Baş separatçı Şahramanyanın keşiş Baqratla görüşə niyə getmədiyi aydın oldu... - Ermənistan KİVXəbər verdiyimiz kimi, dünən – mayın 21-də erməni kilsəsi Tavuş yeparxiyasının rəhbəri, “Rusiyanın agenti” adlandırılan təxribatçı keşiş Baqrat Srbazan Azərbaycan ərazisində ləğv olunmuş separatçı rejimin İrəvana qaça bilmiş qondarma “hökumət” və parlament üzvləri görüş keçirib. Lakin separatçıların lideri sayılan sonuncu qondarma “prezident” Qarabağdan İrəvana qaça bilmiş Samvel Şahramanyan tədbirdə görünməyib.

Moderator.az xəbər verir ki, “Hraparak” qəzeti səhər saatlarında bəhs edilən görüşün təfsilatıyla bağlı yaydığı xəbərdə S.Şahramanyanın “Rusiyanın məşhur agenti” ilə görüşə gəlməməsinin səbəbini də izah edib.

Görüş belə təsvir olunur:

“Həzrətləri Baqrat ilə Artsax xalqı arasında dünənki qapalı görüş isti atmosferdə keçdi. Artsax xalqı çox emosionaldır, çünki Ermənistana köçdükdən sonra ilk dəfədir ki, onlarla belə rəftar olunur. Yepiskop hər kəsi dinlədi, problemləri qeyd etdi, Artsax məsələsini və onların öz torpaqlarına qaytarılması məsələsini beynəlxalq platformalarda qaldırmağın onun diqqətində olduğunu, Artsax Komitəsinin və Vardan Oskanyanın fəaliyyətindən xəbərdar olduğunu, onları alqışladığını və bu işin dövlət səviyyəsində görülməli olduğunu vurğuladı. Artsax deputatları çıxış edərək hərəkatı alqışladılar. Parlamentin vitse-prezidenti Baqunts möhtərəmi ad günü münasibətilə təntənəli şəkildə təbrik etdi”.

“İclasda yalnız Samvel Şahramanyan iştirak etməyib, çünki o, keçmiş prezidentlərin formatında görüşün təşəbbüskarıdır”- deyə erməni nəşri vurğulayıb.
Leyla Əliyeva BMT-nin İsveçrədəki ofisində görüşlər keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Cenevrə Qlobal ofisinin direktoru Cankarlo Çirri və BMT Ətraf Mühit Proqramının (ƏMP) Avropa üzrə yeni təyin olunmuş regional direktoru Arnold Kraylhuber ilə görüşüb.

 ÜƏP rəsmisi ilə keçirilən görüşdə IDEA təşkilatı ilə ÜƏP arasında BMT-nin dayanıqlı inkişaf məqsədlərindən olan Yer kürəsində aclığın aradan qaldırılması üzrə birgə fəaliyyət, o cümlədən münaqişələr, təbii fəlakətlər və iqlim dəyişmələrindən əziyyət çəkən insanların ərzaqla təminatına dair müzakirələr aparılıb. Leyla Əliyeva IDEA İB-nin Azərbaycanda və bölgəmizdən kənarda müxtəlif BMT qurumları ilə çoxşaxəli əməkdaşlıq nümunələrini diqqətə çatdıraraq, ÜƏP ilə daha sıx tərəfdaşlığa hazır olduqlarını vurğulayıb. Bu xüsusda o, Azərbaycanda son illər könüllülər hərəkatının geniş vüsət tapdığını və istər ölkə daxilində, istərsə də ölkədən kənarda dəyərli təcrübə qazandıqlarını nəzərə alaraq, ÜƏP-in dünyanın müxtəlif bölgələrində fəaliyyətlərinə Azərbaycan könüllülərinin cəlb olunmasını təklif edib.

ƏMP Regional direktoru ilə keçirilən görüşdə IDEA İB-nin bu BMT proqramı ilə Azərbaycanda həyata keçirdikləri müxtəlif layihələrə istinad edilmiş, uğurlu əməkdaşlıq nümunələri kimi canlı aləmin bir sıra növlərinin mühafizəsini ehtiva edən layihələr, o cümlədən Xəzər dənizinin ekologiyasının mühafizəsi və bərpası təşəbbüsləri göstərilib. Leyla Əliyeva xüsusilə qeyd edib ki, 30 ilə yaxın işğal altında olan ərazilərimizdə meşələr qırılmış, su hövzələri çirklənmiş, təbii ehtiyatlarımız amansızcasına istismar olunmuş, nəticədə ölkəmizin ekologiyasına ciddi zərər vurulub. Bu baxımdan, işğala məruz qalmış ərazilərimizdə təbiətin bərpası və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ƏMP ilə əməkdaşlığın vacibliyi qeyd olunub.

IDEA İB-nin rəhbəri hər iki BMT proqramının nümayəndəsini bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına dəvət edib və bu proses çərçivəsində birgə tədbirlər keçirmək imkanlarını müzakirə etməyə hazır olduqlarını diqqətə çatdırıb.

 

 

 
Əli Əsədov Tehranda keçirilən rəsmi anım mərasimində iştirak edəcək

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.

Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko 16-17 may tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

Axar.az xəbər verir ki, Lukaşenkonun Prezident İlham Əliyevlə görüşdə dediyi sözlər, xüsusilə Füzuli və Şuşaya səfər etməsi, o cümlədən 44 günlük müharibəni torpaqların azad edilməsi savaşı olaraq ədalətli dəyərləndirməsi erməni ekspertlər arasında “narahatlıqla” qarşılanıb. Onların fikrincə, Belarus Ermənistanla birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının üzvüdür, buna baxmayaraq, Lukaşenko Azərbaycanla münasibətləri hər zaman İrəvandan qat-qat üstün tutub.

Rusiyalı politoloq Sergey Markedonov da bu məsələyə toxunub. O, sosial şəbəkə hesabında bildirib ki, Lukaşenko ölkəsinin Ermənistanla KTMT və Aİİ-də tərəfdaş olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyününün bərpasını açıq şəkildə dəstəklədi, 44 günlük savaşın nəticələrini müdafiə etdi və işğaldan azad edilən ərazilərdəki yenidənqurma işlərində birbaşa iştirak qərarını nümayişkaranə şəkildə elan etdi.

Onun fikrincə, bunun əsas səbəblərindən biri Azərbaycanla iqtisadi əlaqələrdir – Belarusla Azərbaycan arasında tiracərt dövriyyəsi son 10 ildə əhəmiyyətli dərəcədə artıb. İkinci səbəb hərbi-siyasi əməkdaşlıqdır, belə ki, Belarus Azərbaycana hərbi məhsullar ixrac edib (“Polonez”lər nəzərdə tutulur – red.).

Markedonov üçüncü səbəb kimi beynəlxalq vəziyyəti, Qərbin sanksiyaları nəticəsində Belarusun daha çox dost tapmaq istəyini, o cümlədən Fransa timsalında Azərbaycana təzyiq etməyə çalışan ölkələrə münasibətdə “ümumi yanaşmanı” göstərib.

Qeyd edək ki, Markedonov bir məqamı unudur: Lukaşenko Azərbaycanın ərazi bütövlüyü məsələsində daim birmənalı mövqe nümayiş etdirib. Hətta 2012-2016-cı illərdə Serj Sərkisyanla danışıqlarda açıq mətnlə Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğaldan imtina etməsi gərəkdiyini bildirdiyini əks etdirən görüntülər də ortaya çıxıb.
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı ilkin addımlar atılıb. Sözsüz ki, üç mühüm sənədə (1991-ci Almatı razılaşması, 1976 və 1979-cu il keçmiş sovet dövrünün hərbi xəritələri) istinadən yerdə iş aparılıb. Sərhədin ayrı-ayrı hissələrinə aid başqa hansı sənədlərə istinad edilə bilər?

- Delimitasiya və demarkasiya uzun bir prosesdir. Ermənistanın baş naziri Nikol Paşinyan 1970-ci il xəritələrinə istinad edir. Amma rəsmi şəkildə bu, Azərbaycan tərəfindən təsdiqlənməyib. Azərbaycan üçün əsas məsələ sərhədin hissə-hissə dəqiqləşdirilməsinə nail olmaq və iki ölkə arasında olan ziddiyyətləri həll etməkdən ibarətdir. Bu istiqamətdə də ardıcıl olaraq işlər aparılır. Ermənistan tərəfi anlamalıdır ki, hazırda əsas prioritet sülh müqaviləsinin bağlanmasıdır. Eyni zamanda erməni tərəfi üzərinə götürdüyü öhdəlikləri icra etməlidir.

- Sülh müqaviləsindən öncə delimitasiyanın başa çatması ehtimalı varmı? Sərhədlərin dəqiqləşməsinin mürəkkəb proses olduğunu nəzərə alsaq, bu, nə dərəcədə real görünür?

- Delimitasiya və demarkasiya prosesinin sülh müqaviləsindən əvvəl tam olaraq başa çatması istisna edilir. Gözlənilən odur ki, Paşinyan ardıcıl olaraq öz qarşısında olan məsələləri həll etsin. Sözsüz ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələr də var. Bu proseslərə kənar müdaxilələrin olması da mümkündür. Ermənistan daxilində artıq Paşinyana qarşı müxalifət addımlar atmaq niyyətindədir.

- Yekun razılaşma üçün əsas menəə nədən ibarətdir? Ermənistanın mövcud normativ hüququ aktları, yəni Azərbaycana qarşı daxili qanunvericilikdə olan qeydlər bu prosesə necə təsir edəcək?

- Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh sənədinin imzalanması çox vacibdir. Belə bir sənədin olması üçün isə Ermənistanın normativ hüquqi aktlarında dəyişikliklər edilməlidir. İrəvan bununla yeni konsepsiyanı ortaya qoymalıdır. Ona görə də, Paşinyanın 1970-ci illərin xəritələri ilə bağlı xəyalları elə arzu olaraq qalacaq.

- Azərbaycanın sülh müqaviləsi ilə bağlı əsas şərtləri nədən ibarətdir?

- Rəsmi Bakıdan hansı illərə əsasən iki ölkə arasında sərhəd xəttinin müəyyənləşməsi ilə bağlı konkret ismarıclar verilməyib. Ermənistanda hakimiyyətə revanşistlər gələcəksə, erməni kilsəsi indiki yaramaz siyasətini davam etdirəcəksə, o zaman bu ölkənin gələcək sərhəd xəritəsinin erməni kilsəsinin ətrafında olması da istisna edilmir. Belə olan halda isə hər şey erməni xalqından asılı olacaq. Yaxşı olardı ki, erməni xalqı məsuliyyəti öz üzərinə götürsün. Çünki Ermənistandakı avantürist qüvvələr yenidən ölkəni idarə edəcəklərsə, bu yenidən iki ölkə arasında gərginliyə səbəb olacaq. Ona görə də, erməni xalqı özü qərar verməlidir. Onlar Azərbaycanla Paşinyanın apardığı sülh siyasətinə razıl olub-olmadıqlarını bəyan etməlidir.

- Ermənistan qanunvericiliyində Azərbaycana qarşı olan ərazi idiaları ilə bağlı müddəaların çıxarılmaması fonunda imzalanacaq sülh sənədinin effektivliyi ilə bağlı yanaşmalar necədir? Bu sənədin ölkə daxili qanunlara təsirini haqqında fərqli fikirlər var...

- Hər bir halda iki ölkə arasında imzalanacaq sənəd beynəlxalq statusa malikdir. Bu, eyni zamanda hər hansı qeyri-qanuni normativ hüquqi aktlardan üstündür. Eyni zamanda Azərbaycan tərəfi burada özünü sığortalamalıdır. Ona görə də, Ermənistan konstitusiyası, gerbi, normativ hüquqi aktlarını dəyişməlidir. Əgər Ermənistan Azərbaycanla sülhə gedirsə, onun hüquq normativ aktlarında Azərbaycana qarşı ərazi iddiası olmamalıdır.

- Bu iddiaların davam etməsi fonunda sülh danışıqlarında fasilələr yarana bilərmi?

- Azərbaycana qarşı bu iddialar davam edəcəksə, Bakının da İrəvana qarşı tutarlı tarixi iddiaları mövcuddur. Digər tərəfdən iki ölkə arasında imzalanacaq sənədi sülh və yaxud paraflanmış sənəd də adlandırmaq olar. Bunun münasibətləri normallaşdıracaq sənəd də adlanması mümkündür. Hazırda bu istiqamətdə işlər görülür. Əsas ifadələrlə bağlı o qədər də böyük problem yoxdur. Çünki Qarabağın dağlıq hissəsində artıq çağırışlar həll edildi. Qarabağın Azərbaycanın daxili hissəsi olduğunu Paşinyan Praqa sammitində və ondan sonrakı görüşdə etiraf edib. Belə olan halda yeganə problem Ermənistan konstitusiyası və onun parlamentinin ayrı-ayrı vaxtlarda qəbul etdiyi sənədlərdir.
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə faciədən əvvəl iki saatdan çox birlikdə olduğunu, bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlərin müzakirə edildiyini bildirib.

Bunu dövlət başçısı mayın 21-də İranın Azərbaycandakı səfirliyində İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verdikdən sonra diplomatik missiyanın müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi ilə söhbətində deyib:

“İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”.

İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)

Prezident İlham Əliyev mayın 21-də İranın Azərbaycandakı səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.

İran səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi dövlət başçısını qarşıladı.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.

Sonra səfirliyin müvəqqəti işlər vəkili ilə söhbət edən Prezident İlham Əliyev dedi:

- İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması bizim hamımızı dərindən sarsıtdı. Onunla bərabər xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər şəxslər faciəli şəkildə həlak olublar. Allah onlara rəhmət eləsin. İran xalqının başı sağ olsun. Bu, böyük itkidir. Bu itki təkcə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib.

Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlərim hər zaman məndə çox böyük təəssürat izi buraxırdı. Onunla son görüşüm isə tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər.

Faciənin baş verməsi, əlbəttə ki, böyük dərddir, həm onun yaxınlarına, həm onu tanıyanlara. Amma təsəlli verən odur ki, o, öz həyatını İran xalqının inkişafına həsr etmişdir. İran dövlətinin milli maraqlarının müdafiə edilməsində onun xüsusi rolu var idi. Həm Prezident vəzifəsində çalışdığı zaman, həm ondan əvvəlki dövrlərdə o, İran xalqının rifahını yaxşılaşdırmağa çalışırdı və milli maraqların müdafiəsində onun böyük rolu olmuşdur.

Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda.

Əfsuslar olsun ki, gələcək layihələrin icrasını görmək ona nəsib olmadı. Tale ilə hər kəs barışmalıdır. Ancaq yenə də deyirəm, təsəlli verən amil odur ki, öz həyatını İranın inkişafına qurban vermişdir və bizim yaddaşımızda, İran xalqının, Azərbaycan xalqının yaddaşında o, parlaq şəxsiyyət, böyük dövlət xadimi, Azərbaycan dövlətinin və xalqının böyük dostu kimi qalacaq. Bir daha başınız sağ olsun. Allah rəhmət eləsin.

***
Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları əlaqədar başsağlığı verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları əlaqədar başsağlığı verib.

 

 

 

 
Prezident Qüdrətovu qəbul etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.

 

 

 

 
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları əlaqədar başsağlığı verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları əlaqədar başsağlığı verib.

“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO

Müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Təlimin planına əsasən, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif çaplı atıcı silahlardan praktiki atışlar icra ediblər.

Bundan başqa, yaşayış məntəqəsində döyüşün aparılması və şərti düşmənin zərərsizləşdirilməsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Azərbaycan Ordusunun hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Qeyd edək ki, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən beynəlxalq təlim mayın 30-dək davam edəcək.

Xəbər lenti