Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başlayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan lideri: Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir

Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib: Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik".

 İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

Müxbir: Prezident Əliyev, Sizinlə söhbət etmək həmişə olduğu kimi çox xoşdur. Biz Berlində, Petersberq İqlim Dialoqu tədbirindəyik. Bu, həqiqətən də COP29-a aparan yolun başlanğıcıdır. Yəqin ki, komandanız çox həyəcanlıdır. Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?

Prezident İlham Əliyev: Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz.

Müxbir: Qazıntı yanacağı ideyası ötən il BƏƏ-də keçirilən COP28-də üstünlük təşkil edirdi. Bilmək istərdim iki, Sizin fikrinizcə, COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilirmi?

Prezident İlham Əliyev: Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq.

Müxbir: COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz?

Prezident İlham Əliyev: Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.

Müxbir: Cənab Prezident, Sizinlə söhbət etmək xoş idi. Bu gün bizə vaxt ayırdığınıza görə çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

 
  •  
Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü başlayıb

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Prezidenti Emoməli Rəhmonun mayın 23-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

ABŞ və Qərb Rusiyanı təxribata çəkdi: Kreml nüvə silahı ilə sərt reaksiya verdi, “fəlakət qapı”sı açıldı

Qərb hərbi-siyasi dairələri Rusiyanın son nüvə təhdidlərini qərardan öncəki mərhələ hesab etməklə yanaşı, Kreml sahibinin hər an “nüvə düyməsi”ni hərəkətə gətirə biləcəyindən əndişə edirlər... Bu baxımdan, yaxın vaxtlarda kollektiv Qərbin Ukrayna savaşı ilə bağlı əsas strateji hədəflərinin böyük ölçüdə iflasa uğraya biləcəyi də qətiyyən istisna olunmur...
Ukrayna savaşı ətrafında yaranmış situasiya ABŞ və Qərbin maraqlarına zidd istiqamətlər almağa başlayıb. Hətta hesab etmək olar ki, Qərb hərbi-siyasi dairələri Ukrayna savaşına nəzarəti tamamilə itirmək təhlükəsi ilə də üzləşmiş kimi görünürlər. Əgər, belə davam edərsə, bu, ABŞ və NATO-nun Rusiya ilə savaş ssenarilərini böyük ölçüdə poza bilər. Və bu halda, Qərb Rusiyanın geopolitik diqtəsi ilə hesablaşmaq məcburiyyətindən yayınmaqda çətinlik çəkəcək.

Məsələ ondadır ki, Ukrayna ordusu savaş meydanında mövqelərini itirməyə başlayıb. Ukrayna ordusu ölkənin içərilərinə doğru geri çəkilir. Rusiya ordusunun hücum əməliyyatları isə genişlənməkdə davam edir. Eyni zamanda, rəsmi Kiyev savaş meydanında artan canlı qüvvə və hərbi texnika itkilərini bərpa etmək imkanlarından uzaq düşməyə başlayıb. Və belə vəziyyət Qərb hərbi-siyasi dairələrində ciddi narahatlıq doğurmaqdadır.

Ancaq ABŞ və Qərbin narahatlığına səbəb olmuş situasiyanın əsas səbəblərini indi daha açıq mətnlə bəyan etməyə üstünlük verir. Belə ki, Zelenski hakimiyyəti Ukrayna ordusunun geri çəkilməsini ilk növbədə ABŞ və Qərbin verdiyi vədləri icra etməməsi ilə əlaqələndirir. Rəsmi Kiyev hesab edir ki, ABŞ və NATO ölkələri Ukrayna ordusunun hərbi texnika ilə təchiz edilməsi prosesinin ləngidirlər. ABŞ Konqresində və Avropa Birliyində Ukraynaya hərbi yardım paketlərinin təsdiqlənməsindən xeyli müddət keçsə də, hərbi texnikanın göndərilməsində elə bir ciddi irəliləyiş mövcud deyil.

Ona görə də, hazırda Ukrayna ordusu hərbi texnika və silah-sursat defisiti ilə üzləşib. Bu defisit isə öz nəvbəsində Ukrayna ordusunun daha çox canlı qüvvə itirməsinə və döyüş mövqelərini tərk etmək məcburiyyətində buraxır. Rəsmi Kiyev ABŞ və NATO ölkələrini daha cəsarətli olmağa cağırmağı da qətiyyən unutmur. Zelenski hakimiyyəti hesab edir ki, ABŞ və NATO ölkələrinin Rusiyanın nüvə təhdidlərindən çəkinməsi üçün elə bir ciddi əsas yoxdur. Çünki Kiyevdə əmindirlər ki, Kreml nüvə silahından istifadə etməyə cəsarət etməz və bu faktordan yalnız Qərbi qorxutmaq üçün yararlanır.

Əslində, Ukrayna savaşının başlanmasından sonrakı ilk aylarda Rusiya ABŞ və NATO-nu nüvə faktoru ilə daha radikal şəkildə təhdid edirdi. Sonrakı mərhələdə prezident Vladimir Putin və onun yaxın ətrafı nüvə ritorikasını nisbətən yumşaltmağa üstünlük verdi. Qərbdə Kremlin bu yumşalmasından bir qədər cəsarətlənməyə başladılar. Və ona görə də, son vaxtlar Qərb hərbi-siyasi dairələrinin Rusiyanı qıcıqlandıracaq variantları gündəmə gətirməsi qətiyyən təəccüblü deyildi.

Onu da qeyd etmək lazımdır ki, bir müddət öncəyə qədər ABŞ və bəzi NATO ölkələri Rusiyanın radikal addımlara reaksiya potensialını sınaqdan çıxartmağa çalışırdılar. Xüsusilə də, Fransa NATO-nu Ukraynaya hərbi kontingent göndərmək təklifləri ilə Kremlə qarşı hərbi-psixoloji təzyiqləri maksimum həddə çatdırmışdı. Hətta prezident Emmanuel Makron o qədər cəsarətlənmişdi ki, Fransanın Ukraynaya hərbi qüvvə göndərə biləcəyindən də danışmağa başlamışdı. Və Kremlin şübhəli susqunluğundan sonra Qərbdə bu variantı qərar vermə mərhələsinə keçirtmişdilər.

Ancaq Rusiya ABŞ və NATO ölkələrinin uzaqgedən ssenarilərini növbəti dəfə bloklamağı bacardı. Belə ki, prezident Vladimir Putin əvvəlcə NATO ölkələrini qlobal nüvə savaşına səbəb ola biləcək davranışlarda suçladı. Ardıncasa, Kreml sahibi Rusiyanın nüvə arsenalının həmişə istifadəyə hazır olduğunu bəyan edərək, bunu Qərbə sübuta yetirmək qərarı verdi. Hər halda, prezident Vladimir Putinin əmri ilə Rusiyanın Ukrayna sərhədləri ətrafında taktiki nüvə silahının tətbiq olunması üzrə təlimlərə başlaması Qərb hərbi-siyasi dairələrində artıq “soyuq duş” effekti yaratmış oldu.

Maraqlıdır ki, bütün bunlardan sonra ABŞ və NATO Rusiyanı qəzəbləndirə biləcək hərbi ssenarilərin gündəmə gətirilməsindən artıq ehtiyat etməyə başlayıb. Belə ki, Qərb hərbi dairələri Rusiyanın taktiki nüvə silahı ilə bağlı son mesajını tamamilə ciddiyə alırlar. Qərbdə hesab olunur ki, Kreml Rusiyanın maraqlarını qorumaq üçün bütün vasitələrə əl atmaq, o cümlədən də, nüvə savaşına qərar vermək niyyətinə sadiqdir. Və bu səbəbdən də, NATO ölkələrinin Ukrayna savaşına bulaşması görüntüsü yarada biləcək addımlardan yayaınmağa üstünlük verilir.

Belə anlaşılır ki, Kreml ABŞ və NATO-nu növbəti dəfə təhdid etməyi bacarıb. Qərb hərbi-siyasi dairələri Rusiyanın təhdidlərini qərardan öncəki mərhələ hesab etməklə yanaşı, Kreml sahibinin hər an “nüvə düyməsi”ni hərəkətə gətirə biləcəyindən əndişə edirlər. Ona görə də, son vaxtlar rəsmi Kiyevin bütün israrlı cəsarət çağırışlarına baxmayaraq, Qərbdə daha çox susqun qalmağa üstünlük verirlər. Rusiya ilə qarşıdurma mövzusuna reaksiyalar verildikdəsə, bir qayda olaraq, NATO-nun Ukrayna savaşına birbaşa qarışmayacağı xüsusi olaraq, vurğulanır. Və bu baxımdan, yaxın vaxtlarda kollektiv Qərbin Ukrayna savaşı ilə bağlı hədəflərinin böyük ölçüdə iflasa uğraya biləcəyi də qətiyyən istisna olunmur.(Yeni Müsavat)

Bakı bu ölkəni İrəvanın “əlindən” alır – Fürsət

Hindistan yüksələn güc mərkəzlərindən biridir, ölkədə 968 mln. səsvermə hüququ olan vətəndaş yaşayır. Ermənistanla yaxınlığın tarixi köklərini bir kənara qoysaq, Azərbaycanın Hindistanla daha sıx əlaqələri olduğu üzə çıxır və praqmatik Hindistan hökuməti Azərbaycanla əlaqələrə önəm verir. Bu işdə yeni logistika xətləri, Azərbaycan Dəmir Yollarının (ADY) gördüyü işlər də mühüm rol oynayır.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O xatırladıb ki, 2023-cü ildə Ermənistanla Hindistan arasında ticarət dövriyyəsi cəmi 380 mln. dollar olub:

“Ötən il Azərbaycanla Hindistanın arasında ticarət dövriyyəsi isə 1 mlrd. 435 mln. dollar təşkil edib – yəni, bizim Hindistanla illik ticarət dövriyyəmiz Ermənistanla müqayisədə az qala 4 dəfə çoxdur. Hindistandan Azərbaycana gələn turist sayı kəskin artıb – bu ilin ilk 4 ayında 2023-cü ilin eyni dövrü ilə müqaisədə Hindistandan 2,4 dəfə çox turist gəlib, gələn turistlər sıralamasında Hindistan 4-cü yerə çıxıb.

Rəqəmlər deyir ki, Hindistanla münasibətlər heç də pis deyil, deməli, “dostunu yaxın, rəqibini (düşmənini) daha da yaxın saxla” prinsipini davam etdirmək lazımdır. Hindistanın Azərbaycana münasibəti bizim ölkəmizlə bağlı deyil, daha çox bizim Pakistanla daha sıx münasibətlərə cavab refleksidir. Amma bu refleksi daha sıx ticarət, logistika ilə neytrallaşdırmaq mümkündür və bunun üçün əla fürsət yaranıb: Mayın 13-də Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. Bu sənədə əsasən 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar limanı İranın Hind okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan mövcud limanı idarəçiliyə götürməklə Rusiya, Cənubi Qafqaz, Avropa və Orta Asiya ilə ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi kimi qiymətləndirilir (yeri gəlmişkən, Hindistanın ingilisdilli “The Economic Times” nəşri bu məsələ ilə bağlı geniş yazı dərc edib).

Azərbaycan regional logistik “hab” olmaq istəyir, bunun üçün çox iş görür, yeni layihələrə yatırımlar qoyur və ADY bu işdə aparıcı icra qurumuna çevrilib, çünki hamını maraqlandıran ucuz və sürətli dəmir yolu daşımalarıdır. Məsələnin məğzi budur ki, Hindistan İran və Azərbaycan üzərindən Orta Asiya, Rusiya, gələcəkdə isə Şimali Avropa bazarlarına çıxmaq üçün qısa və effektiv yol axtarır, bu məqsədlə Azərbaycanla, ölkənin rəsmi qurumları, o cümlədən ADY ilə intensiv danışıqlar aparır. Əgər nəzərdə tutulan layihələr tam reallaşsa, Hindistan üçün Cənubi Qafqazda əsas tərəfdaş Azərbaycan olacaq, başqa seçim yoxdur. Azərbaycanın infrastrukturu bu layihə üçün çox əlverişlidir, bu isə ölkəmizə əlavə dividendlər gətirə bilər – həm də Hindistanın maraqlarını nəzərə alaraq, Azərabaycan bu qarşılıqlı asılılıqdan istifadə edərək Hindistanın mövqeyini dəyişə, ən azı neytrallaşdıra bilər”.

İqtisadçı hazırkı şəraiti fürsət olaraq qiymətləndirib və rəqabətə şərait yaradılması üçün hökuməti idarəetmə-vergi-gömrük islahatlarına səsləyib.

Vəziyyət kəskinləşir - Ərdoğan Azərbaycanla bağlı xəbərdarlıq etdiPolitoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Revanşist hərəkata rəhbərlik edən keşiş Baqrat Qalstanyan mayın 26-da böyük mitinq keçirəcəyini və hakimiyyət dəyişikliyinə dair yol xəritəsi təqdim edəcəyini açıqlayıb. Sizcə, revanşistlərin yol xəritəsi onlara cəmiyyətdən geniş dəstək qazandıracaq qədər cəlbedici ola bilərmi?

- Düşünmürəm. Baqrat Qalstanyan və digərləri nə edə bilərdilərsə, onu da etdilər. Sərhəddən yürüşlə İrəvana gəldilər, mayın 9-da orada bir mitinq keçirdilər, vəssalam. Yəni nə potensialları vardısa, hamısını ortaya qoydular. Bu dövrə qədər də onların keçirdikləri etiraz aksiyaları və mitinqləri izdihamlı olmayıb. Son aksiyalarda da təxmimən 20-25 min adam yığıldı. Baqrat müxtəlif qurumları, universitetləri gəzdi, amma ətrafında ciddi etirazçı kütlə toplaya bilmədi. Baqrat yenidən Tavuşa qayıtdı, amma polis onu Kirants kəndinə buraxmadı, sonra təkrar İrəvana döndü, indi də guya müxtəlif siyasi qüvvələrlə danışıqlar aparır.

Əslində Baqratın özünün siyasi ambisiyalarının olduğu ortadadır. Amma Ermənistan konstitusiyası ona hansısa dövlət vəzifəsi, xüsusən də baş nazir postunu tutmasına imkan vermir. Çünki o, həm də Kanada vətəndaşıdır. Açığı, mayın 26-da keçiriləcək mitinqin izdihamlı olacağı və bunun Nikol Paşinyan hakimiyyəti üçün təhlükə yaradacaq ciddi siyasi proseslərə təkan verəcəyi fikrində deyiləm.

- Sizcə, bu revanşist hərəkatı təşkil edənlər – erməni kilsəsi və “Hayastan” blokunun lideri Robert Köçəryan böyük dəstək almayacaqlarını bilmirdilərmi, bilirdilərsə, bu nəticəsiz səyləri nə ilə bağlıdır?

- Hesablamışdılar ki, delimitasiya prosesi gedərkən erməni kilsəsi də prosesə qoşulsa, bu, Ermənistan cəmiyyətinə təsir edə bilər. Həqiqətən də kilsəsinin erməni cəmiyyətindəki rolu kifayət qədər ciddidir. Düşünürdülər ki, bununla kifayət qədər etirazçı kütlə toplayıb hakimiyyəti dəyişmək imkanı əldə edə bilərlər. Amma görünən budur ki, erməni cəmiyyəti hətta kilsəsinin də çağırışlarını qeyri-real hesab edir. Bunun Ermənistana ciddi faydasının olmayacağını anladığından prosesə ciddi dəstək vermədilər.

Fikir verdinizsə, erməni kilsəsi gedişatda siyasi proseslərə qarışmadıqlarını bəyan etdi. Əslində bu, ciddi məqamdan xəbər verir. Çünki kilsə hakimiyyətlə qarşıdurmada ciddi uğur qazanmayacağını gördü, bu səbəbdən də müəyyən qədər geri çəkildi.

- Ermənistanla yanaşı, Gürcüstanda da siyasi fəallıq var. İki ölkədə eyni vaxtda başlayan proseslər eyni ssenarinin tərkib hissəsidirmi?

- Eyni mərkəzdən idarə olunduğunu düşünmürəm. Gürcüstan və Ermənistandakı narazılıqların köklərində tamamilə fərqli məsələlər durur. Gürcüstandakı etiraz aksiyaları daha genişmiqyaslıdır. Tiflisdə hakim “Gürcü Arzusu” Partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edilir. Gürcüstanda ciddi məqamlardan bir də, Prezident Salome Zurabişvilinin etiraz aksiyalarını dəstəkləməsidir. Artıq o, qanuna veto qoyub. Gürcüstandakı proseslərdə kollektiv Qərbin iradəsini müşahidə edirik. Qərbdən müəyyən qədər Gürcüstanın daxili işlərinə qarışma elementləri göründü. Belə ki, Gürcüstana gələn İslandiya və Baltik ölkələrinin xarici işlər nazirləri aksiyalara qatıldılar, açıq şəkildə anti-hakimiyyət etirazlarına dəstək verdilər.

Ermənistana gəlincə, düşünmürəm ki, bu ölkədə baş verənlər cəmiyyətin etirazının təzahürüdür. Həmin aksiyaları keçirənlər müəyyən təbəqəni təmsil edirlər. Onlar yenidən hakimiyyətə can atan revanşist qüvvələrdir, arxalarında da Rusiyanın dayandığı açıq şəkildə görünür.

Hər iki ölkədə baş verənlərin həm məqsədləri, həm də miqyasları bir-birindən ciddi şəkildə fərqlənir. Gürcüstanda aksiyalara 100 min, Ermənistanda isə təxminən 20 min adam qatıldı. Fərqli situasiyalardır. Proseslərin gedişi də göstərir ki, hər iki ölkədə hakimiyyət kifayət qədər möhkəm və dayanıqlıdır. Belə aksiyalarla Paşinyan hakimiyyətini devirmək imkanları olduqca məhduddur, müxalifətin buna potensialı çatmır. Bu durumda başqa üsullara əl ata bilər ki, bunun hakimiyyətə müəyyən təhlükələr yaratması mümkündür.

Gürcüstan hakimiyyəti təzyiqlərin qarşısında kifayət qədər möhkəm durur. Artıq müxalifət də, onun başında duran prezident də bildirdi ki, məqsədləri hakimiyyəti devirmək yox, payızda keçiriləcək seçkilərlə iqtidara gəlməkdir. Hesab edirəm ki, Gürcüstanda qarşıdurma bir qədər də davam edəcək. Nəticədə “Gürcü Arzusu” hökuməti prezidentin veto qoyduğu qanun layihəsinin üzərində işləyib, yenidən səsverməyə çıxaracaq. Qanun layihəsi bu dəfə də qəbul edilsə, bu o deməkdir ki, prezidentin vetosu keçmir. Etirazlar bundan sonra da davam eləsə də, bir müddət sonra səngiyəcək və əsas diqqət seçkilərə yönələcək.

- Cənubi Qafqaz ətrafında gərginliyin artdığı vaxtda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan telefon danışığı apardı. Türkiyə lideri Azərbaycana dəstəyini yenilədi, üstəgəl, bundan sonrakı publik çıxışında Ərdoğan ölkəmizə geniş yer ayırdı. Sizcə, indiki məqamda Türkiyədən gələn mesajlar və Ərdoğanın Azərbaycana dəstəyini yeniləməsini necə izah etmək olar?

- Sizin də qeyd etdiyiniz kimi, hazırda Cənubi Qafqazda vəziyyət kifayət qədər mürəkkəbdir. Regionun iki ölkəsində - Gürcüstan və Ermənistanda hakimiyyətlər əleyhinə etiraz aksiyaları keçirilir. Faktiki olaraq, bu proseslərin arxalarında duran qlobal qüvvələr bir-birlərinə qarşı olan tərəflərdir. Bir tərəfdə Rusiya, digər tərəfdə kollektiv Qərb dayanır. Cənubi Qafqazda rəqabət məhz bu qüvvələr arasında gedir, bu da vəziyyəti gərginləşdirən əsas amildir.

Azərbaycan artıq özünün ən ciddi problemlərini, ərazi bütövlüyü və suverenliklə bağlı məsələlərini həll edib, o cümlədən prezident seçkilərini keçirib, qarşıda parlament və bələdiyyə seçkiləri var. Bunlarla yanaşı, bizi noyabrda böyük bir tədbir gözləyir, söhbət COP29-dan gedir. O dövrə qədər bölgədə vəziyyəti gərginləşdirmək istəyən qüvvələr və buna yönəlik cəhdlər ola bilər. Həmin qüvvələrin sırasında Fransanın adını xüsusi qeyd etmək istəyirəm. Bütün bunlar bölgədə müəyyən narahatlıq yarada bilər.

Prezident Ərdoğanın bəyanatı və Azərbaycan lideri ilə telefon danışığı iki ölkənin müttəfiqliyinə söykənən məsələlərdir. Bu mesajlar bölgəni qarışdırmağa cəhd edən qüvvələrə yönəlib. Xüsusən də İran Prezidenti İbrahim Rəisinin faciəli şəkildə həyatını itirməsini Azərbaycana qarşı istifadə etməyə çalışanlar var. Hesab edirəm ki, Türkiyə liderinin bu mesajı həm də onlaradır.
Minsk Qrupunun buraxılmasını əngəlləyən dövlət Fransadır - NƏ ETMƏLİ?Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun və onun bəzi təsisatlarının ləğvinin vaxtının gəlib çatdığını bu ilin fevralında sözügedən təşkilatın baş katibi xanım Şmidlə Münxendəki görüşündə demişdi. Minsk Qrupuna həmsədrlik edənlərin və ümumiyyətlə, ATƏT-i təsiri altında saxlayan böyük güclərin sözügedən təsisatların ləğv olunmasını qətiyyən istəmədiklərini bilə-bilə dövlət başçısı bu məsələni ikinci dəfə bugünlərdə Bakıda səfərdə olan ATƏT sədri ilə görüşdə də dedi. Son olaraq Xudafərindəki açılışda da dövlət başçısı Azərbaycanın bu tələbini yenidən təzələdi. “Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bax, burada - bu yaxınlıqda yerləşən ərazilər işğal altında idi. Torpaqlarımızın təxminən 20 faizi zəbt edilmişdi, oradan Azərbaycan əhalisi çıxarılmışdı, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdı, bir milyon azərbaycanlı evsiz-eşiksiz qalmışdı. Uzun illər bu məsələ ilə məşğul olan ATƏT-in Minsk Qrupu və onun həmsədrləri məsələni həll etmək üçün yox, məsələni dondurmaq üçün çalışırdılar. 28 il ərzində fəaliyyət göstərən, əslində fəaliyyətsiz olan Minsk Qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir. Onlar 28 il ərzində məsələni həll etməyə yox, yenə də deyirəm, dondurmağa səy göstəriblər”, - deyə dövlət başçısı bildirib.

Yada salaq ki, 1992-ci ildə Azərbaycanla Ermənistan o zaman ATƏM adlandırılan ATƏT-ə üzv qəbul edilərkən iki ölkə arasında konfliktin aradan qaldırılması üçün Minskdə konfrans keçirmək qərara alındı. Lakin həmin qərarın ardınca Ermənistan Azərbaycanın digər ərazilərini də işğal etməyə başladığına görə konfrans baş tutmadı. O zamandan bəri də həmin qrupa üzv olan dövlətlər heç zaman bir yerə yığışmayıb. Sadəcə olaraq, Minsk Qrupuna həmsədrlik edənlərin mandatı təsdiqlənib. Azərbaycan öz gücünə münaqişəni həll etdiyi üçün ATƏT təsisatlarının uzun illər heç bir nəticə verməyən fəaliyyətinə də ehtiyac yoxdur. Ermənistanın sülh danışıqlarına həmsədrləri cəlb etmək cəhdləri alınmadı.

O səbəbdən ATƏT Minsk Qrupunun və ona bağlı qurumların ləğvi haqda mümkün qədər tez qərar verməlidir. Çünki nə problem var, nə də onunla məşğul olmağa ehtiyac... Bəs ATƏT niyə qərar verməyə tələsmir?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqunu qəbul edərkən Minsk Qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin zəruri olduğu fikrini bir daha ona xatırladıb: “İlham Əliyev ATƏT sədri ilə əvvəlki görüşündə də Minsk Qrupunun tarixə qovuşduğu söyləmişdi. Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini bərpa edib. Ermənistan mövcud reallığı qəbul edib. Belə olan halda keçmişdə Qarabağ probleminin həlli məqsədilə yaradılan və nəticə əldə etməyən Minsk Qrupunun özünü buraxdığı barədə açıqlamanın niyə rəsmən verilmədiyi suallar yaradır. Minsk Qrupunun keçmiş həmsədri olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov 24 iyun 2022-ci ildə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə "Minsk Qrupu fəaliyyətini dayandırıb" açıqlamasını vermişdi. Minsk Qrupunun digər həmsədri olan ABŞ da Minsk Qrupuna ehtiyac görmür. ABŞ dövlət katibinin Qafqaz üzrə müşaviri Filip Riker 2022-ci ilin noyabrın 17-də verdiyi açıqlamada, faktiki Lavrovun sözlərini bu şəkildə təkrarlayıb: “Minsk Qrupu mexanizmi işləmir. Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna dəstək verir”. Beləliklə, Minsk Qrupunun 3 həmsədrindən ikisi bu təşkilatın fəaliyyətinə ehtiyac duymadığını bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan da mövcud reallıqları qəbul edərək Minsk Qrupunun adını heç yerdə çəkmir. Buna baxmayaraq, qrupun üçüncü həmsədri Fransa bu mövzuda mövqeyini bildirməyib. Bunun səbəbi də məlumdur. Paris erməni separatizminin Azərbaycan ərazisinə qayıdışının mümkün olmadığı fikrindən imtina etmək istəmir. Minsk Qrupu Fransanın Cənubi Qafqazda “varlığını” təmin edən yeganə format idi. Ona görə də bu formatdan imtina etmir. Minsk Qrupunun yaradılması barədə ATƏT sədri qərar verməlidir. Ya da Minsk Qrupu özü bir araya gəlib qərar verməlidir. Minsk Qrupunun buraxılmasını əngəlləyən dövlət Fransadır".

Politoloq qeyd etdi ki, Minsk Qrupunun fəaliyyətini davam etdirməyin məntiqi qalmayıb. ATƏT rəhbərliyi bu məsələni uzatmamalıdır. Digər tərəfdən, Ukrayna müharibəsi fonunda ABŞ və Fransanın digər həmsədr Rusiya ilə dialoqunu davam etdirməsi mümkün deyil: “Minsk Qrupu məsələsində tək qalan Fransa ATƏT-ə "Minsk Qrupu qalmalıdır" siyasətini diktə edə bilməz. ATƏT-in hazırkı sədri mövcud reallıqları qəbul edib Minsk Qrupunu buraxa bilər. ATƏT sədri İrəvandakı mətbuat konfransında erməni jurnalistin “ATƏT Qarabağ məsələsini bağladı? ATƏT geri dönüşü necə təsəvvür edir” sualına belə cavab verib: “ATƏT özünün iştirak etmədiyi prosesə daxil ola bilməz və iki ölkənin mövqeyinə hörmətlə yanaşır”. Əslində bu cavab ondan xəbər verir ki, ATƏT sədri də Minsk Qrupuna ehtiyac olmadığına işarə edib, sadəcə, bunu rəsmiləşdirmək lazımdır. Fransa Minsk Qrupunun Ermənistan-Azərbaycan sülh danışıqlarında vasitəçiliyinə nail olmağa çalışır".

“Yeni Müsavat”
Paşinyan bu maneəni də AŞA BİLDİ... - BUNDAN SONRA...“Hökumət daxilindəki narahatlıqlar keçib. Hakim "Vətəndaş sazişi"("VS") partiyası əmindir ki, onların hökuməti hazırda təhlükədə deyil.

Moderator.az xəbər verir ki, bunu səhər saatlarından Ermənistannın gündəlik “Joqovurd” qəzeti yazıb.

"Məsələ ondadır ki, son günlər itaətsizlik aksiyalarının, mitinqlərin dayandırılması "VS"-ni sevindirib. Hakimiyyət ümid edirdi ki, itaətsizlik aksiyaları yenidən başlasa belə, onlar artıq hərəkatın ilk günlərindəki kimi böyük olmayacaq. Daxili müzakirələrdə əksəriyyət "Təhlükə artıq sövuşub, adamlar da yığışmayacaq -narahat olmağa dəyməz" fikrini bildirib.

Xatırladaq ki, "Rusiyanın agenti" və "Robert Köçəryanın adamı" adlanan üzdəniraq keşiş Baqrat Qalstanyanın mayın 4-dən Qazaxın qaytarılan 4 kəndi ilə sərhəddəki Kirants"(Güney") kəndindən başlanan yürüşü İrəvanda Paşinyan hakimiyyətinə qarşı müəyyən qədər kütləvi etiraz aksilarına təkan versə də, heç bir real nəticəyə səbəb olmayıb...

Xəbər lenti