Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək

Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndinə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası çərçivəsində yeni yol çəkiləcək.

Ermənistanın baş nazirinin administrasiyasının rəhbəri Araik Arutyunyan sosial şəbəkələrdə Kirants-Açarkut yolunun yenidən qurulmasına başlandığını bildirib.

"Dünən Kirants-Açarkut yolunun bərpası üzrə işlərə start verilib. Yol beynəlxalq standartlara uyğunlaşdırılacaq", - deyə o yazıb.

Vurğulanıb ki, yol genişləndiriləcək və yük maşınlarının gediş-gəlişi təmin ediləcək. Bərpa işləri iki ay ərzində başa çatdırılmalıdır.

Daha əvvəl Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəklərinin quraşdırıldığı bildirilmişdi.

Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ

İran hakimiyyətinin özləri pis hava şəraitində təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisi də daxil olmaqla, dövlətin yüksək vəzifəli şəxslərinin daşınması üçün köhnə, 45 yaşlı helikopterdən istifadə etməkdə günahkardırlar.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Əvvəla, biz sanksiyalar rejimimizə görə heç üzr istəməyəcəyik. Biz İran hökuməti tərəfindən idarə olunan təyyarələrə qarşı sanksiyalar da daxil olmaqla, sanksiyalar rejimimizi tam şəkildə tətbiq etməyə davam edəcəyik”, - Miller deyib.

Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...

"İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması, Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsddən, Serbiya prezidenti Aleksandr Vuçiçə qarşı bir sıra təhdidlərdən və Türkiyədə dövlət çevrilişinə cəhddən sonra baş verib. Bu hadisələrin ardıcıllığı baş verənlərin heç də təsadüfi olmadığından xəbər verir".

Bunu politoloq, ABŞ ordusunun təqaüdçü polkovnik-leytenantı Erl Rasmussen “İzvestiya”ya  müsahibəsində  deyib.

Rasmussen vurğulayıb ki, dövlətlərin yüksək səviyyəli rəsmiləri ilə bağlı bütün hadisələr, eləcə də Səudiyyə Ərəbistanında mümkün problemlər barədə hesabatlar son bir ay ərzində baş verib. 

Politoloqun sözlərinə görə, xarici siyasətdə çox nadir hallarda “belə təsadüflər” olur. 

454735

“Qəzaya düşən helikopterin göyərtəsində olan İran liderləri, eləcə də çox qısa müddət ərzində müxtəlif ölkələrdə baş verən bir çox hadisələr qəribə görünür. Deməli, əgər bunun daha çox sübutu olsaydı, bu, şübhəsiz ki, məni təəccübləndirməzdi”, - deyə o vurğulayıb.

Əlavə edib ki, ictimaiyyət heç vaxt kənardan müdaxilə olub-olmadığını bilməyəcək, lakin vəziyyət bunu göstərir.

Rasmussen həmçinin qeyd edib ki, Rəisi helikopterinin qəzaya uğradığı dağlarda qatı duman bu bölgədə normadır və hava karvanından iki helikopter təhlükəsiz eniş edib.

“Ona görə də üçüncü pilotun qrupdan ayrılması olduqca qəribədir. Əminəm ki, Rəisinin helikopterini idarə edən ən təcrübəli pilot olub. Bu helikopterdə təkcə prezident deyil, həm də onun xarici işlər naziri, həmçinin vilayət qubernatoru olub. Helikopterdə çox nüfuzlu adamlar olub. Hadisəyə nasazlıq və ya hava şəraiti də ola bilər. Düşünürəm ki, ciddi araşdırma aparılacaq”.

Bütün son hadisələr bir-biri ilə əlaqəli ola bilər, lakin bunun heç bir sübutu yoxdur.

“Sonra da hər birinə baxmaq lazım olacaq – Türkiyədə çevriliş olsa, kimə sərfəli olacaq? Fitso həqiqətən ölsəydi kim qalib gələrdi? İrandakı bütün bu yüksək səviyyəli siyasətçilər, təkcə prezident deyil, helikopterdəki digər şəxslər, xüsusən də onun Yaxın Şərqdə çox nüfuzlu xarici işlər naziri ölübsə, kim qazanacaq?”, - Rasmussen yekunlaşdırıb.

Xankəndiyə prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.
Məlumatı Baş prokurorluğun Mətbuat xidməti yayıb.

Bildirilir ki, Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir şəhər prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz rayon prokurorluğun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Qeyd edək ki, Qubadlı rayonunda anadan olan Rəşad Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğu yaradılıb.

İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 
  •  

 

Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı

Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəkləri quraşdırılıb.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Sərhəd dirəklərinin yanında sərhədçilərin dayandığı bildirilir.

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Kamerun Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Kamerun xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölümü ilə əlaqədar onların yaxınlarına və İran xalqına başsağlığı verib.

Bu barədə XİN başçısı "X"də yazıb.

"İran İslam Respublikasının Prezidentinin, xarici işlər naziri, əziz dostum Hüseyn Əmir Abdullahiyanın və digər rəsmi şəxslərin həlak olması xəbəri məni dərindən sarsıtdı. Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət diləyir, dost İran xalqına dərin hüznlə başsağlığı verirəm", - o qeyd edib.

ilham-eliyev-xameneyiye-bassagligi-verdi

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib.

Başsağlığında deyilir:

“Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti İbrahim Rəisini daşıyan helikopterin İranda qəza enişi etməsi ilə bağlı “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır".

 

 

Xəbər lenti