Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!“ATƏT daxilində olan Minsk qrupu 30 illik faəliyyətində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməmişdir”.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.
“Hesab edirik ki, artıq mandatları tükənmiş, funksional qabiliyyətini itirmiş, arxaik xarakter daşıyan bu qurumların saxlanılmasına heç bir ehtiyac yoxdur. Eləcə də ATƏT-in məhdud büdcəsini nəzərə alaraq deyə bilərik ki, bunun üçün əlavə maliyyənin xərclənməsi da lüzum yoxdur. Belə olan təqdirdə bu təsisatlara istinadların edilməsi vəziyyətin yaxşılaşdırmır, əksinə ona xələl yetirir”, – nazir əlavə edib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turan Rzayev bildirib ki, Ermənistan Azərbaycan münaqişəsinin “Dağlıq Qarabağ” mərhələsi bitdikdən sonra problemlərin həlli istiqamətində yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyəti başa düşülən deyil:
“Münaqişənin gedişatı zamanı ATƏT-in keçmiş Minsk qrupunun üzvləri arasında ciddi narazılıq yarandı. Yəni Fransa və Amerika Birləşmiş Ştatları Rusiyanın vasitəçi qismində iştirakını qəbul etmirdilər. Buna görə də Minsk qrupu fəaliyyətini bir müddət dayandırdı. Daha sonra Fransanın Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq Ermənistanın yanında olması, seperatçı qurumları dəstəkləməsi prosesə ikinci zərbə oldu. ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu. Ceyhun Bayramovun qeyd etdiyi kimi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur və bu əlavə büdcə sərfiyatından başqa bir şey deyil. ATƏT, Minsk qrupuna sərf edəcəyi büdcəni digər münaqişələrə və Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə xərcləyə bilər”.
Ekspert qeyd edib ki, keçmiş status-kvo Ermənistanın leyhinə idi:
“Erməni diasporası Fransa, Amerika və Rusiyada güclü fəailiyyət göstərirdi. Amma Azərbaycanın diplomatik və siyasi cəhətdən güclənməsi tədricən balansı dəyişdi. Əvvəllər həmin tərəflər status-kvonu saxlamaq üçün bir araya gəlirdilər. Ukrayna müharibəsindən sonra proseslər tamamilə dəyişdi və Amerika ilə Rusiya danışıqlar prosesində bir araya gəlməmək qərarı verdilər. Onsuz da ATƏT-in Minsk qrupuna “Dağlıq Qarabağ” münaqişəsini həll etmək üçün mandat verilmişdi. Hazırda elə bir problem olmadığına görə Minsk qrupuna da ehtiyac qalmır. Azərbaycanın bundan sonrakı problemlərinin həlli diplomatik masada tərəflərarası qarşılıqlı danışıqlarından keçir və keçmişin qalığı halına gəlmiş Minsk qrupunun fəaliyyəti ilə tənzimlənməyəcək”.
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?Keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi Paşinyanın 2018-ci il ssenarisinin təkrarı olan hərəkatda əsas detal kilsənin indiyə qədər arxa planda yön verdiyi Ermənistan siyasətində aktiv oyunçuya çevrilməsidir. Kilsə və Paşinyan arasında qarşıdurma yeni deyil, lakin erməni keşişləri siyasətə açıq müdaxiləyə məcbur edən səbəblər var.
1. Paşinyanın “erməni miflərini” dağıtmaq siyasəti kilsənin ideoloji mövcudluğunu da sual altına alır və görünür, keşişlər təsir imkanlarını qorumaq naminə hərəkətə keçməyə qərar verib;
2. Kilsə erməni müxalifətinə ictimai inamsızlıq fonunda siyasi vitrinə çıxmağa məcbur olur, əks təqdirdə, hansısa siyasi fiqurun arxasına sığına, hakimiyyətə qarşı mübarizəni bu formada apara bilərdilər;
Paşinyanın opponenti olaraq hələ də Koçaryan və Sarkisyanı görən Ermənistan ictimaiyyəti 44 günlük müharibədən sonra bütün “etiraz planları”na laqeyd münasibət sərgiləyib. Hazırda baş verənlər mövcud müxalifətin simasında hakimiyyətə qarşı müqaviməti genişləndirməyin mümkün olmadığını anlayan kilsənin prosesləri ələ almaq gedişidir. Və prosesin məhz Tavuşdan başlanması, “Vətən üçün Tavuş hərəkatı” adlandırılması da təsadüfi deyil. Rəsmi İrəvan Qarabağla bağlı daxili ittihamlara “məqsəd Ermənistanın qorunmasıdır” tezisi ilə cavab verirdi. Kilsə-müxalifət Qazaxın kəndlərinin qaytarılmasını bu tezisin yalan olduğunu ispatlamaq fürsəti olaraq gördülər və belə təqdim edirlər ki, Qarabağdan sonra növbə Ermənistana çatıb, bunun qarşısını almaq üçün Paşinyan getməlidir.
Hərəkatın arxasında konkret bir xarici qüvvənin dayandığını demək çətindir. Bu, “erməni miflərinin” dağılmasından qorxuya düşən kilsə və diasporun birgə planı olaraq görünür. Lakin prosesi dəstəkləyən, yaxud hadisələrin inkişafında dəstəkləyə biləcək ölkələr var.
Birincisi, Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır.
Ermənistan hakimiyyətinin Rusiyanı ittiham etməsi “Moskvanın Paşinyanı devirmək” tezisini inkişaf etdirmək, müdaxilə edildikdən Qərbdən dəstək əldə etmək, ümumilikdə hərəkatı “etibarsızlaşdırmaq” məqsədi daşıyır. Lakin Moskva birbaşa iştirakçı yox, maraqlı tərəfdir və ona yaxın qüvvələrin Baqratın ətrafına toplanmasında rolu istisna edilməməlidir. Bu kontekstdə Baqrat Tavuşdan İrəvana yürüş etmək qərarını verəndə Koçaryanın “təcili dəstəyi” də diqqət çəkdi. Koçaryan həm də kilsənin uğur qazanacağı təqdirdə, siyasi pay qazanmaq, xüsusilə yerinə hazırladığı oğlu Levonun önünün açmaq istəyir.
İkincisi, maraqlı tərəf Fransa ola bilər.
Rəsmi Parisin İrəvanla münasibətləri problemsiz görünsə də, Paşinyanın yanaşmaları bölgədəki maraqlarına uyğun görünmür.
- Fransa Qarabağ separatçılarının Bakıya qarşı təzyiq kartı kimi saxlanılmasını istəyir: bir müddət öncə Şahramanyana media tribunasının verilməsi də bundan qaynaqlanırdı;
- Bakı-İrəvan xəttində danışıqların ikitərəfli formatda olmasında maraqlı deyil: Qazax-Tavuş sərhədinin demarkasiyası da bu formata görə dəstəkləmədilər;
Hadisələrin inkişafında Fransanın kilsənin planına müəyyən formada dəstək verməsi ehtimalı mümkündür. Parisin mövqeyinə Fransadakı erməni diasporunun də təsiri ola bilər, misal üçün, Makronla birbaşa təması olan Murad Papazyan keşiş Baqratı dəstəkləyir.
Keşiş Baqratın “Vətən üçün Tavuş hərəkatı” siyasi korporasiyaya bənzəyir: kilsə, həm Qərbdə, həm Rusiyadakı diaspor, “Qarabağ klanı”, Ermənistanda Moskvaya yaxın qüvvələr, bir sözlə Paşinyana qarşı olan hər kəs burada birləşir, lakin hələ də Nikolun taxtını laxladacaq gücdə deyil.

Asif Nərimanlı
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...

Mayın 15-i Tavuşun demarkasiya prosesini başa çatdırılmasının son tarixdir. Razılaşmaya əsasən, Ermənistan-Azərbaycan tərəfləri mayın 15-dək protokol imzalamalıdırlar.

Bu məsələ Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair sənəddə əksini tapıb.

Lakin Ermənistanda bəzi qüvvələrə sərhədlərin demarkasiya prosesinin əleyhinə çıxaraq etiraz aksiyalarına başlayıb və bu proses mayın 9-dan etibarən daha kütləvi xarakter alıb. Etiraz dalğasının güclənməsi fonunda İrəvan sərhəddə demarkasiya prosesini müvəqqəti də olsa dayandırıb.

Sərhəd dirəkləri yalnız Xeyrimli kəndi ərazisinin müəyyən hissəsində yerləşdirilib. Xeyrimlidə daha 3 sərhəd dirəyinin qoyulması nəzərdə tutulur. Komissiyanın fəaliyyət planına və razılaşmaya görə, bu ərazidə sərhədlərin demarkasiyası prosesi bu gün bitməli idi. Buna uyğun olaraq da İrəvanla Bakı arasında qeyd edilən ərazidə sərhədlərin demarkasiyasının başa çatması barədə müvafiq sənəd imzalanması nəzərdə tutulurdu. Amma İrəvan yenə də hər zaman olduğu kimi, bu dəfə də üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Ermənistan hələ də anlamaq istəmir ki, sərhədlərin demarkasiyası tərəflər arasında etimad mühitinin yaranmasına və sülhün daha da tezləşməsinə təkan verən amildir. İrəvanın sülhdən yayınması Ermənistana uğur vəd etmir, əksinə, böhran, özünütəcrid və itki... Azərbaycan onsuz da istəyinə nail olub və bundan sonra da olacaq.

Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin

Aİ missiyası Ermənistanın qonşuları olan Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür və açıq-aşkar təxribat xarakterli fəaliyyətlər həyata keçirir.

Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, missiyanın Aİ-nin hibrid müharibəsinin aləti olması faktı onun məxfiliyini, məsuliyyətsizliyini və istər Ermənistan, istər Azərbaycan, istərsə də digər maraqlı dövlətlər və strukturlar tərəfindən nəzarətsizliyini təsdiqləyir: "Missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğul olur, Ermənistan cəmiyyətində Avropa İttifaqının Ermənistan üçün “təhlükəsizlik və firavanlıq mənbəyi” olması barədə yanlış fikirlər aşılayır. Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakteri alır".

XİN rəsmisi bildirib ki, əgər uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışılırsa, o zaman qərblilərin regionu hərbiləşdirmək, Aİ və NATO-nun oradakı hərbi-siyasi təsirini genişləndirmək planları onlarla tamamilə uyğun gəlmir.

"Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam şəkildə açılmasının tərəfdarıdır. 2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qərarı ilə üç ölkənin baş nazirinin müavinlərinin birgə sədrliyi ilə yaradılmış üçtərəfli işçi qrupu məhz bunu edir. Qərb dövlətlərinin təzyiqi ilə İrəvan bu yolda da üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib", - o deyib.

Moskva nəinki Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sistemini blokdan çıxarmaq, həm də regionda davamlı sülh və rifahın bərqərar olması üçün qrupun tamhüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edir.

Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...Fransa mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundunun keçirilməsini alqışlayır.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda deyilib.
Sənəddə aparılan delimitasiya işlərini sona çatdırmağın vacibliyi bildirilib:
“Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşün davamı kimi tərəflərin 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyini və bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləməsinin vacibliyini vurğulayır. Bu kontekstdə Fransa 19 aprel 2024-cü il tarixli bəyannamədə qəbul edilmiş prinsiplərə əsaslanaraq sərhədin delimitasiyasını, həmçinin iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır. Biz Qazaxıstan hakimiyyətinin bu danışıqları asanlaşdırmaq təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək".

Mövzu ilə bağlı “Sherg.az”a danışan xanım politoloq Aytən Qurbanova bildirib ki, Fransa da artıq keçmiş ATƏT-in Minsk qrupunun digər həmsədrləri kimi yeni reallıqları qəbul etmək ərəfəsindədir:

“Təbii ki, bu Fransanın regionla bağlı məkrli niyyətlərinin tamamilə yox olması demək deyil. Eyni zamanda, rəsmi Parisin qərəzli anti-Azərbaycan mövqeyində də ildırım sürətli dəyişiklik gözlənilmir. Amma Fransanın həm Cənubi Qafqazdakı, həm də Türk dünyasındakı maraqlarının ifadəsi Azərbaycan ilə olan münasibətlərin dinamikasından birbaşa asılı olduğu üçün o post-müharibə dövrünün reallıqları ilə barışmağa məcburdur. Çünki cənab Prezident İlham Əliyevin dəfələrlə aydın şəkildə bəyan etdiyi kimi nəinki Fransa, ümumiyyətlə qlobal sistemin heç bir aktoru Azərbaycanın maraqlarını gözardı edərək diktə dili danışa bilməz. Belə olan halda Fransa XİN-nin 10 may 2024-cü il tarixində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş Almatı görüşü ilə bağlı dərc etdiyi bəyənatda ifadə olunan fikirlər mövcud reallığın rəsmi Paris tərəfindən çox yaxşı bilindiyini növbəti dəfə bəyan etmiş olsa da, bunlar onun səmimi mövqeyinin ifadəsi olaraq dəyərləndirilə bilməz”.
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏGürcüstan parlamentinin Hüquq Komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanunu 67 saniyə ərzində üçüncü oxunuşda nəzərdən keçirib və dəstəkləyib.

Bir müddətdir parlament binasına yaxınlaşmağa icazə verilməyən müxalifət nümayəndələri komitə iclasında iştirak etməyə vaxt tapmayıb. Komitənin sədri Anri Oxanaşvili bildirib ki, üçüncü oxunuşda yalnız redaksiya xarakterli düzəlişlər nəzərdə tutulur. Hakim partiyanın deputatlarının hər hansı şərh və sualları olmayıb.

Sabah, mayın 14-də hakim “Gürcü arzusu” partiyası sessiyanın iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxıb təsdiq etməyi planlaşdırır.

Artıq qanun layihəsinin qəbul ediləcəyi şübhə doğurmur. Bu isə Gürcüstan hakimiyyətinin ölkədəki kütləvi etiraz aksiyalarına baxmayaraq, öz mövqeyindən geri çəkilmək niyyətində olmadığını göstərir. Ona görə də mayın 14-dən, yəni “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra ölkədə siyasi gərginliyin pik həddə çaytacağı gözlənilir.

"Gürcü arzusu"nun təsisçisi Bidzina İvanişvili iqtidarının qeyd edilən addımı Qərbin Gürcüstanla münasibətlərində də siyasi ziddiyyətləri artıra bilər. Nəticədə, ABŞ və Avropa İttifaqının Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edəcəyi istisna olunmur.

Həmçinin, Gürcüstanın Avropa İttifaqının üzvlüyünə namizədliyinin dondurulması da gündəmə gələ bilər. Qərbin rəsmi Tiflisə digər təzyiq vasitəsi kimi ölkədə “məxməri inqilab”ı dəstəkləməsi də mümkün variantlardan biridir. Parlamentin adıçəkilən qanun layihəsini qəbul etməsi, buna paralel olaraq Gürcüstan hakimiyyəti daxilində fikir ayrılığını dərinləşdirəcək.

Qərbyönümlü Prezident Salome Zurabişvili və “Gürcü arzusu” partiyası arasında mövcud narazılıq ölkədə yaranmış siyasi böhranın güclənməsinə səbəb ola bilər. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayenin “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulunu müzakirə etmək üçün mayın 13-də Tiflisə səfəri başlanıb. Yəqin ki, ABŞ diplomatı Gürcüstan rəsmilərini qanun layihəsindən imtina etməyin vacibliyinə inandırmağa çalışacaq.

Bildirək ki, hazırda Gürcüstan parlamentinin Hüquq Komitəsi və “Gürcü arzusu” qanunla bağlı qərarını elan edib, bu isə indidən Obrayenin səfərinin nəticəsiz başa çatacağını deməyə əsas verir. Yəni Gürcüstandakı siyasi proseslərin bundan sonrakı inkişafı Ceyms Obrayenin apardığı danışıqların yekunudan asılı olacaq. Əgər hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini Gürcüstanın daxili işi olduğunu bəyan edərsə, o zaman ABŞ “məxməri inqilab”a dəstək verə bilər.

Gürcüstanda hakimiyyət dəyişikliyi isə bütün regiona təsir edə biləcək prosesdir. Çünki Gürcüstanda baş verən hadisələr Rusiya və Qərb arasında Cənubi Qafqazda artan qarşıdurmanın gərgin mərhələyə keçməsinə səbəb ola bilər.

Bu mənada, Gürcüstandakı etiraz aksiyalarına kompleks şəkildə, yəni bütövlükdə Qara dəniz - Cənubi Qafqaz geosiyasi xətti üzərində cərəyan edən proseslərin tərkib hissəsi kimi baxmaq lazımdır. Hazırda Gürcüstanda və Ermənistanda müşahidə olunan vəziyyət dolayısı ilə Ukraynada baş verən qarşıdurmanın davamıdır.

Son siyasi epizodlar fonunda bu maraqlar toqquşması daha qabarıq görünür. Belə ki, Vladinir Putinin yenidən prezident seçilməsindən sonra Rusiya ordusunun Ukraynada aktiv hücumlarının artdığını və müəyyən əraziləri ələ keçirdiyini görmək olar. Rusiyanın bu irəliləməsi Qərbdə Avropa İttifaqını ciddi narahat etməklə yanaşı, hətta ABŞ Konqresindəki respublikaçıları da öz fikrindən daşınmağa və Ukraynaya 61 milyard dollar yardım ayırmağa vadar etdi.

Həm ABŞ-ın ilkin olaraq, 400 milyon dollar dəyərində silahlar göndərməsi, həm Britaniyadan Ukraynaya döyüş vasitələrinin yola salınması, eləcə də NATO-nun rəsmi Kiyevə dəstəyi artırmaq üçün gözlənilən toplantısı Qərbin cəbhədə əks-reaksiyasından xəbər verir. Bu ziddiyətlərin Moldovaya keçməsi Rusiyanın Ukraynadakı uğurlarından asılı olacaq.

Analoji prosesi Ermənistanda və Gürcüstanda da müşahidə etmək mümkündür. Rəsmi İrəvanın son aylar artan Qərbə inteqrasiya kursu və Rusiyanın geosyasi orbitindən uzaqlaşmaq cəhdləri gözlənildiyi kimi Moskvanın Moldovada oxşar gərinliyin yaranmasına cavab olaraq Rusiya Nikol Paşinyan hakimiyyətini devirmək üçün etiraz aksiyalarını dəstəkləyir. Bu baxımdan, arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə Ermənistanda baş verən etirazlara məhz Rusiya-Qərb geosiyasi qarşıdurması kontekstində yanaşmaq lazımdır.

Gürcüstanda da “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müxalifət tərəfindən Rusiyanın planı adlandırılması təsadüfi deyil. Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusu qazanması Rusiyanı çox narahat edir. Moskva bu prosesə Qərbin Cənubi Qafqazda, öz sərhədlərində mövqelərinin möhkəmlənməsi təhlükəsi kimi baxır. Hətta Rusiya Avropa İttifaqından sonra növbəti mərhələdə Gürcüstanın NATO-ya daxil ola biləcəyindən ehtiyatlanır.

Ona görə də Qərbin demokratik təsisatlarının Gürcüstanda sıradan çıxmasında maraqlıdır. İvanişvili hakimiyyəti əli ilə sözügedən qanunun qəbulu Qərbyönümlü vətəndaş cəmiyyətinin və müxalifətin fəaliyyətini məhdudlaşdırmağa imkan verir. Bu gün Gürcüstanda etirazların baş qaldırması isə öz növbəsində, Qərbin buna cavabı kimi başa düşülməlidir. Ermənistanla yanaşı, Gürcüstandakı hadisələr Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurmasının əhatə dairəsinin genişləndiyini göstərir.

Ermənistandan fərqli olaraq, Gürcüstan Rusiya ilə həmsərhəd olması Moskva üçün strateji əhəmiyyət kəsb edir. Çünki hər iki ölkənin sərhəddində iki münaqişə ocağı var. Üstəlik, Abxaziya və Cənubi Osetiya coğrafi baxımdan, Ukrayanaya yaxın ərazidə yerləşir. Qərb isə bundan istifadə edib Rusiyaya qarşı ikinci cəbhə aça bilər. Əgər Gürcüstanda “məxməri inqilab” baş versə, o zaman bu ölkə Mixail Saakaşvilinin prezidentliyi dövründə olduğu kimi, Rusiyanın tam təsir zonasına keçəcək.

Ona görə də Rusiya Gürcüstanda Qərbin inqilab etmək cəhdlərini sakit qarşılamayacaq. Gürcüstanda hakimiyyət dəyişikliyinin baş verməsi Paşinyanın da Qərbə inteqrasiya etmək və Rusiyanın təhlükəsizlik sistemindən çıxmaq üçün siyasi manevr imkanlarını artıracaq. Bu baxımdan, bu gün regionun siyasi taleyinin Tiflisdə həll olunduğunu demək mümkündür.

Müşfiq Abdulla
“Cebhe.info”
Ruslar Zəngəzurdan çıxır

Zəngəzur istiqamətində rus sərhədçiləri bölgəni tərk etməyə başlayıb.

Bu barədə Qafanın Nerkin Hand kənd icmasının rəhbəri Xaçatur Bağdasaryan məlumat verib.

Onun sözlərinə görə, mayın 12-də onlar rus sərhədçilərinin tarlada rabitə kabellərini yığdığını görüblər. "Yəqin ki, bölgəni tərk edirlər", - o qeyd edib.

Rusiya sərhədçiləri bu əraziyə 44 günlük müharibədən sonra Ermənistan hökumətinin təşəbbüsü ilə yerləşdirilib.

Kremlin mətbuat katibi Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması prosesinin mayın 8-də Moskvada Ermənistan və Rusiya başçılarının görüşü zamanı razılaşdırıldığını açıqlayıb. Peskovun sözlərinə görə, İrəvanın tələbi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində qalmağa davam edəcək.

Ermənistan hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan bildirib ki, Rusiya sərhədçiləri Basarkeçər (Geqarkunik), Zəngəzur (Sünik), Tavuş, Ararat və Dərərləyəz "Vayots Dzor" bölgələrini, həmçinin "Zvartnots" hava limanını tərk edəcəklər.

Prezident Şen Yueyueni qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK

Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Dəyişikliklə sənədə yeni bənd əlavə olunub. Yeni bəndə əsasən, bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

Prezident qəbul keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

 

Xəbər lenti