Azərbaycan XİN İsraili təbrik etdi

Azərbaycan Xarici işlər Nazirliyi İsraili Müstəqillik Günü münasibətilə təbrik eib.

Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Sizi təbrik edir və Müstəqillik Günündə xoş arzularımızı bildiririk. İsrail Milli Gününüz mübarək!", - deyə paylaşımda qeyd edilib.

ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR

Avropa Parlamentinin üzvü Xaviyer Nart Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və İcmanın sözçüsü Ülviyyə Zülfiqar ilə görüşüb.

Bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, görüşdə İcma sədri ispaniyalı qonağa Qərbi Azərbaycanlıların ötən 200 il ərzində üzləşdiyi soyqırımlar və deportasiyalar barədə məlumat verib, dağıdılan maddi-mədəni irsimizdən bəhs edib. Ə.Ələkbərli Avropa Parlamentində Azərbaycana qarşı qərəz və ayrı-seçkiliyin regionda sabitliyə mənfi təsir göstərdiyini deyib. Parlamentariyə bildirilib ki, soydaşlarımız sonuncu - 1987-1991-ci illər deportasiyası zamanı zorla öz evlərini tərk etməyə məcbur ediliblər. Bu gün onların niyyəti sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına qayıtmaqdır.

Xaviyer Nart öz növbəsində Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandıraraq həqiqətlərimiz barədə daha çox məlumat istəməklə öyrəndiklərini avropalı həmkarlarına çatdıracağını bildirib.

Qonağa Qərbi Azərbaycan İcmasının bir neçə dildə nəşr edilmiş Qayıdış Konsepsiyası da təqdim olunub.

Bundan əlavə, İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici naziri Yan Borqa Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında təxribatçı sual verilib.

Erməni mediası “Bakının ATƏT platformasından özünün Qərbi Azərbaycan gündəliyini və Maltanın dolayısı ilə töhfə verdiyi Ermənistana qarşı “ərazi iddialarını” təbliğ etmək üçün istifadə etməyə çalışdığı” iddia edilib.

Bunun cavabında maltalı nazir qeyd edib ki, Maltanın ATƏT-dəki sədrliyi çox şəffaf və dürüstdür və ölkə hərtərəfli sülhə nail olmaqda Ermənistan və Azərbaycana kömək etmək niyyətindədir.

İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ

Ermənistanda Paşinyan hakimiyyətinə müxalif daxili və xarici güclər, həmçinin bölgədə sülhü istəməyən qüvvələr onu devirmək üçün son illərdə ən müxtəlif klassik taktikalara əl atsa da, nəticədə uğursuzluğa düçar olublar. Nəhayətində Paşinyanın rəqibləri onun öz silahından istifadə etməklə devirmək qərarına gəliblər. Onlar bu taktikanı seçməklə Paşinyan hərəkətlərini təkrar edə bilən tamamilə yeni fiqur da ortaya çıxarıblar. Bu fiqur həm də ermənilərin son inam yeri olan erməni kilsəsinin təmsilçisi keşiş Baqrat Srbazandır. Əgər diqqət yetirsək o zaman keşiş Srbazanın liderliyi altında başlanan prosesdə tamamilə 2018-ci ilin yaz aylarındakı aksiyaların təkrarını görərik. Yəni keşiş Srbazanın aksiyadakı taktikasına, davranışına, danışığına, kütləyə xitabına, tərzinə nəzər yetirsək eynilə 6 il əvvəlki Paşinyanı xatırladır: Srbazan kimi küçə-küçə, qapı-qapı dolaşırdı, hərəkəti iflic etmək üçün avtomobillər və digər texnikalarla yolları bağlayırdı. Bölgələrdə müxtəlif formalarda etiraz yürüşləri, aksiyalar keçirilirdi. İndi sadəcə rolların ifaçılarının yerlərini dəyişdiyini görürük. Burada əvvəlkindən fərqli olaraq irəli sürülən fiqur erməni kilsəsinin təmsilçisidir.
Aksiyanın vüsət almasında qaranlıq məqamlar...
Bəs arxa planda olan və Paşinyan hakimiyyətini devrirməkdə maraqlı olan kimlərdir?
Birincisi, daxildəki revanşist qüvvələr olan "Qarabağ klanı"nın liderləri Robert Köçəryan, Serj Sarqsyan, Paşinyana düşmən erməni kəsilsəsi və digər siyasi güclərdir.
Qeyd edək ki, Robert Köçəryanla Serj Sarqsyan artıq bir müüddətdir Avropadadırlar. Onların hər ikisinin müalicə adı alında Almaniyada olduğu bildirilir. Bu aksiyanın arxa planında duran əsas fiqurların ölkə xaricində olduğu bildirilir. Hadisələrdən bir az əvvəl onların xaricə müalicə üçün getmələrini təsadüfi hesab etmək yanlış olar. Bu daha çox xarici güclərlə daxili qüvvələrin daha rahat formada hakimiyyət çevrilişini detallarınadək birgə müzakirə etməyə, rolları bölüşməyə, aksiyada kütləviliyin təmin edilməsi, maliyyələşdirilməsi, həmçinin lazım gəldikdə proseslərin onlara bağlı olmaması barədə fikir formalaşdırmağa imkan yaradır.
İkincisi, Rusiya və İran Cənubi Qafqazda nəzərəti qoruyub saxlamağa çalışır. Ona görə də Moskva və Tehran yaranmış fürsətdən faydalanaraq bütün resurslarından - siyasi, iqtisadi, hərbi, elm sahəsində, dövlət struktrunda, o cümlədən media və vətəndaş cəmiyyətindəki gücündən istifadə etməklə Paşinyan hakimiyyətini devirməyə çalışır. Hansı ki biz bu gün bunu müşahidə etməkdəyik. Əgər bu da alınmazsa, Paşinyanı yürütdüyü xarici siyasi kursdan çəkindirmək variant işə düşəcək.
Üçüncüsü, bölgədə sülhü istəməyən, həmçinin anti-Azərbaycan və anti-Türkiyə güclərdir. Bura həm də xaricdəki bəzi erməni diaspor təşkilatları daxildir. Onlar da öz maraqları naminə aksiyaya dəstək verirlər.
Niyə məhz indi...
Bir çoxlarını maraqlandıran suallardan biri də ondan ibarətdir ki, nə gözlənilir və niyə məhz indi...
ABŞ-də növbəti prezident seçkiləri yaxınlaşdığından Ağ Evin diqqəti daha çox daxili proseslərə yönlədiyindən Ermənistandakı daxili və xarici güclər bundan maksimum faydalanmağa çalışır. Yaxşı bilirlər ki, İrəvanda ABŞ-nin yetərincə qüvvəsi olsa da, Ağ Ev Ermənistanda vəziyyət gərginləşdikdə və təhlükəli məcraya yönəldikdə lazımi effektiv adekvat reaksiyanı verə bilməyəcək. O baxımdan da ilk günlərdən fərqli olaraq və Paşinyanın Moskva görüşündən sonra aksiya yeni bir mərhələyə qədəm qoyub.
Bəs nə gözlənilir?
Məqsəd Paşinyan hakimiyyətini devirmək olsa da, əsas məsələ kimin hakimiyyəti ələ almasıdır. Aksiyanın episentri İrəvana köçdükdən sonra siyasi qüvvələri və iştirakçıları ən ciddi maraqlandıran sual da budur. Bu səbəbdən də müxalif qüvvələr daxilində hakimiyyət uğrunda daxili çəkişmə yenidən qızışmağa başlayıb. Onlar bunu medianın əli ilə gündəmə gətirməkdədirlər.
Hətta aksiyaya liderlik edən Baqrat Srbazan əvvəlcə məqsədinin yalnız Paşinyan hakimiyyətindən xilas olmağı bəyan etsə də, sonradan baş nazir postuna iddialı olduğunu açıqca dilə gətirməkdədir. İddiasını ortaya qoyan Srbazan "kilsə xeyri-dua verərsə", "xalq tələb edərsə" kimi ifadələr işlədib. Hətta keşiş Srbazan mayın 12-də aksiyada bəyan edib ki, baş nazir postuna namizəd heç bir qüvvənin təmsilçisi olmamalıdır. O bununla həm bir daha öz iddiasını ortaya qoyur, digər tərəfdən də aksiyada kütləviliyi təmin etməyə çalışır. Yaxşı bilirlər ki, indiki məqamda hansısa şəxsin adı çəkilərsə, aksiya istənilən nəticəni verməyəcək və əvvəlki kimi tez bir zamanda səngiyəcək.
İndi bütün qüvvələrin əsas hədəfi aksiyanın kütləviliyini təmin etməkdir və lazımi məqamda iddialının adını açıqlamaqdır.
Əgər aksiya hədəflərə nail olarsa və baş nazir məsələsində ümumi razılıq olmasa, tərəflər ilkin olaraq hakimiyyət dəyişikliyinə nail olub keçid hökumətini formalaşdırmaq, yeni seçkilərin keçirilməsini üçün Srbazanın namizədliyi ilə razılaşa bilərlər. Srbazanın liderliyi altında siyasi qüvvələrdən və cəmiyyətdə nüfuzu olan şəxslərdən ibarət müvəqqəti keçid hökuməti də formalaşdırıla bilər. Mövcud vəziyyətdə bu daha çox real görünür. Bundan sonra yeni seçkilər keçirilə və yeni hökumət formalaşa bilər.
Hətta ola bilsin ki, müxalifət növbəti mərhələdə hərbçilərin də dəstəyindən istifadə etsin. Müxalifətdə əminlik olarsa, güc taktikasından da istifadə istisna deyil. Bu müxalifətin son şansıdır və istəyinə nail olmaq üçün bütün variantlara əl atması da gözləniləndir. Uğurlu olub-olmayacağı başqa məsələdir. Çünki hakimiyyət və Ermənistanda marağı olan Qərb ölkələri prosesləri sakitcə izləməyəcək. Onlar da Paşinyan hakimiyyətinin devrilməməsi üçün adekvat addımlar atacaq.
Amma ən maraqlı məqam isə Paşinyanın son günlərdə prosesi sakitcə izləməsidir.
İlk günlərdə Paşinyan aksiya ilə mövqeyini açıqlayaraq konkret olaraq xarici qüvvə kimi Rusiyanı, daxildə isə Robert Köçəryanla, Serj Sarqsyanı ittiham etsə də, mayın 8-də Kremldəki görüşündən sonra tam sakitçilik hökm sürməkdədir. Ümumiyyətlə, Paşinyanın mayın 8-də Kremldəki görüşünün nəticələri barədə liderlərin birgə açıqlamasının olmaması, sadəcə çox məhdud formada açıqlama verilməsi ciddi məqamlardan xəbər verir. Bu isə onu deməyə əsas verir ki, görüşdə müzakirələr çox gərgin keçib və tərəflər arasında ciddi fikir ayrılığı olub. Hətta Paşinyanın timsalında Ermənistana hədələrin olması da istisna deyil. Çünki aksiya Paşinyanın Kremldəki görüşündən sonra yeni bir mərhələyə qədəm qoyaraq geniş vüsət almağa başladı.
Paşinyanın da sakitcə hakimiyyətdən gedişini düşünmək sadəlöhvlük olardı. Proseslərin təhlükəli hal alması, qarşıdurmanın baş verməsi də istisna deyil.

“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır

Qərbdə artıq anlayırlar ki, Ermənistan daxili və xarici faktorlar, eləcə də, hərbi-siyasi potensial baxımından, geopolitik situsiya yaratmaq və onu idarə etmək şansına malik deyil... Buna isə yalnız Azərbaycan qadirdir, ona görə də, Ermənistandakı “kilsə qiyamı”nın nəticəsindən asılı olmayaraq, ABŞ və Qərb əvvəl-axır rəsmi Bakının önünə çıxmağa məcbur qalacaq...
Cənubi Qafqazda Azərbaycanın geopolitik iradəsi regional şərtləri müəyyən edən yeganə faktordur. Hazırda rəsmi Bakı bu regionda geopolitik şərtləri diqtə edir, regional proseslərə tam nəzarətini qoruyub, saxlayır. Ona görə də, Cənubi Qafqaza səfər edən Qərb siyasi dairələrinin yüksək rütbəli təmsilçiləri məhz bu önəmli faktorla hesablaşmaq məcburiyyətində qalıb. Və bu baxımdan, rəsmi Bakının regional supergüc mərkəzinə çevrildiyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq da Azərbaycanın regional liderliyini nəzərə aldığını açıq-aşkar biruzə verib. Belə ki, Qərb qurumlarının regiona, xüsusilə də, İrəvana səfər edən təmsilçiləri adətən, ermənipərəst məzmunlu açıqlamalar verirdilər. Ancaq ATƏT sədri bu dəfə ehtiyatlı davranmağa üstünlük verib.

Məsələ ondadır ki, ATƏT sədri Yan Borq Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı prosesə münasibət bildirməkdən qəti şəkildə imtina edib. ATƏT sədri İrəvanda bildirib ki, onun təmsil etdiyi qurum iki ölkə arasında delimitasiya prosesində iştirak etmir: “Əgər, mən bu prosesə münasibət bildirsəm, bu, faydalı olmayacaq. Çünki ATƏT bu prosesdə iştirak etmir. Bu, ikitərəfli proses olduğundan, mənim münasibət bildirməyim, qətiyyən doğru olmaz”.

Əslində, ATƏT sədrinin mövqeyi tamamilə başadüşüləndir və təqdirə layiqdir. Eyni zamanda, Yan Borq İrəvandan sonra Bakıya səfər edəcəyindən, onun hər hansı yanlış açıqlaması Azərbaycanın siyasi dairələrində qıcıq yarada bilərdi. Nəticədə ATƏT və Azərbaycan arasında əməkdaşlıq prosesinə zərbə vurulmuş olardı. Və rəsmi Bakının prinsipial davranmağa üstünlük verdiyi nəzərə alındıqda, bu, tamamilə inandırıcı görünür.

Maraqlıdır ki, son vaxtlar Qərb siyasi dairələrində Azərbaycanın geopolitik iradəsi qarşısında geri çəkilmə meylləri kifayət qədər qabarıq şəkildə müşahidə olunur. Hər halda, ABŞ və Avropa Birliyi başda olmaqla, əksər Qərb dövlətləri Azərbaycan-Ermənistan sərhəd delimitasiya prosesini dəstəklədiklərini rəsmən bəyan ediblər. Bundan yalnız Fransa kənarda qalmışdı. Rəsmi Paris Cənubi Qafqazda münaqişə faktorlarının və mexanizmlərinin akruallığını qorumaqda maraqlıdır. Ona görə də, sərhəd delimitasiya prosesi ilə bağlı dəstəkləyici mövqedən yayınmağa üstünlük verirdi.

Ancaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən sonra Fransa da öz mövqeyini bəyan etmək məxburiyyətində qaldı. Çünki Ermənistanın xarici işləri Ararat Mirzoyan Azərbaycanlı həmkarı ilə görüşün konstruktiv məcrada keçdiyini vurğulayıb. O, sülh danışıqlarının indiyə qədər elan edilmiş prinsiplər üzrə davam etdirilməsi ilə bağlı anlaşmanın olduğunu bildirib. Və bu, o deməkdir ki, Fransanın Cənubi Qafqazda münaqişə faktorlarının aktuallığının qorunmasına yönəlik ümidləri boşa çıxmaq üzrədir.

Təbii ki, belə situasiyada “ağ qarğa” statusunda qalmaq idtəməyən rəsmi Paris könülsüz də olsa, Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiya prosesini dəstəklədiyini bəyan edib. Rəsmi Paris onu da vurğulayıb ki, Fransa öz tərəfdaşları ilə birlikdə bu prosesi bundan sonra da dəstəkləməkdə davam edəcək. Halbuki rəsmi Bakı ermənipərəst Fransanın dəstəyinin səmimiliyinə inanacaq qədər sadəlövh deyil. Və rəsmi Bakının prinsipial mövqeyini nəzərə aldıqda, Fransanın Cənubi Qafqazda hır hansı prosesdə iştirak şansı qazana biləcəyi qətiyyən inandırıcı görünmür.

Böyük ehtimalla rəsmi Parisin “dəstək bəyanatı”nda Ermənistanda baş verən son hadisələrin də müəyyən təsiri mövcuddur. Çünki Fransa delimitasiya prosesinə susqun qalmaqla, əslində, müəyyən mənada, “kilsə qiyamı”nın yanında yer almış kimi görünürdü. Bu baxımdan, Fransanı Ermənistanda baş verən daxili qarşıdurmaya münasibətdə Rusiya ilə eyni “səngər”də yer almaqda suçlamaq da olardı. Və bu baxımdan, rəsmi Paris həm də bu geopolitik görüntüdən yayınmaq məqsədi güdmüş də ola bilər.

Belə anlaşılır ki, Cənubi Qafqaz üzərində qurulmuş məkrli planlar artıq tədricən pozulmağa başlayıb. Ermənistanda ABŞ və Qərblə Rusiyanın həlledici qarşıdurması artıq taleyüklü mərhələyə keçmək üzrədir. Fransanın bu prosesdə ikibaşlı və riyakar mövqe tutması Paşinyan hakimiyyəti tərəfindən də nəzərə alınmaqdaydı. Hər halda, Ermənistanı dəstəklədiyini hər imkanda qabartmağa çalışan rəsmi Parisin “kilsə qiyamı”na münasibətdə Kremllə ortaq şəkildə susması Paşinyan hakimiyyəti daxilində həm çaşqınlıq, həm də ciddi suallar doğurmaqdaydı.

Bütün bunlar o deməkdir ki, ABŞ, Avropa Birliyi və o cümlədən də, Fransa regional hədəflərindən uzaqlaşmaq təhlükəsi ilə üzləşiblər. Əgər, “kilsə qiyamı” Paşinyan hakimiyyətinin devrilməsi ilə nəticələnərsə, Ermənistanın yenidən Rusiyanın orbitinə qaytarılacağı qətiyyən şübhə doğurmur. ABŞ, Avropa Birliyi və Fransa son vaxtlar Azərbaycana qarşı da riyakar, qərəzli mövqe tutduğundan bu region Qərbin üzünə tamamilə qapana bilər. Və bu səbəbdən də, Qərbin rəsmi Bakı ilə pozulmaqda olan münasibətləri yenidən bərpa etməyə çalışacağı şübhə doğurmur.

Belə anlaşılır ki, hazırda Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiya prosesinə verilən dəstək ən yaxşı halda, Qərbin rəsmi Bakı ilə anlaşma zəmini axtarmasında başlanğıc “geopolitik yatırım” rolunu da oynaya bilər. Yəni, Ermənistan Rusiyanın təsir dairəsinə qaytarılacağı təqdirdə, ABŞ və Qərbin Azərbaycana minnətçi düşməkdən başqa yolu qalmayacaq. Hətta “keşiş qiyamı” yatırılsa belə, bundan sonra Qərbin rəsmi Bakıya daha çox ehtiyacı olacaq.

Çünki Qərbdə artıq anlayırlar ki, Ermənistan daxili və xarici faktorlar, eləcə də, hərbi-siyasi potensial baxımından, geopolitik situsiya yaratmaq və onu idarə etmək şansına malik deyil. Buna yalnız Azərbaycan qadirdir və artıq geopolitik situasiya birmənalı şəkildə rəsmi Bakı tərəfindən idarə olunur. Ona görə də, Ermənistandakı “kilsə qiyamı”nın nəticəsindən asılı olmayaraq, Qərb siyasi dairələri üçün ümumi qərar faktoru da hesab etmək olar. Və istənilən qərar Qərbi əvvəl-axır rəsmi Bakının önünə çıxaracaq.(Yeni Müsavat)

Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?Ermənistanda revanşist qüvvələrin də dəstəklədiyi keşiş Baqratın başladığı hərəkatın sonrakı mümkün gedişatı bu ölkədə ciddi müzakirə mövzusudur. Bir qism ekspertlər hesab edir ki, Nikol Paşinyan hakimiyyətinə qarşı indi klassik müxalifət deyil, Erməni Apostol Kilsəsi dayanır. Bu da Paşinyan hökumətinin ənənəvi üsullara-hədə-qorxu, həbs, təqib və təzyiqlərə əl atmağa imkan vermir. Ekspertlərə görə, hakimiyyətin etirazlara başçılıq edən Baqrat Srbazana qarşı güc tətbiq ediləcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı heç bir hesablamaları yoxdur. Bu mənada Paşinyan hökuməti kifayət qədər çətin vəziyyətə düşüb.

“İrəvanda siyasi hakimiyyət məsələsinin həllini gözləmədən Ermənistanın bütün yaşayış məntəqələrində təcili olaraq könüllülərdən ibarət dəstələr yaratmaq lazımdır”. Musavat.com yekramas.org-a istinadən xəbər verir ki, bu çağırışla siyasi elmlər doktoru, hərbi tarixçi Armen Ayvazyan özünün Facebook səhifəsində çıxış edib.

Ayvazyan iddia edir ki, Azərbaycan istənilən an- ya Paşinyanın istefasından əvvəl, ya da ondan sonra yaranmış qeyri-müəyyən vəziyyətdən istifadə edərək Ermənistana genişmiqyaslı hücuma keçə bilər. “Rusiya qoşunlarının Ermənistanın Azərbaycanla sərhədlərindən çıxarılması Azərbaycanın hücununun yaxınlarda olacağını deməyə əsas verir” deyə, tarixçi bildirib.

Ayvazyan ölkədəki böhranlı vəziyyətdən çıxmaq üçün “Respublika” meydanında “kölgə hökumətinin” baş nazirinin, müdafiə nazirinin və xarici işlər nazirinin adını elan etmək, sonradan keçid hökuməti formalaşdırmaq lazımdır: “Xalq yeni hökumət haqqında aydın təsəvvür əldə etməli və onun üzvlərini Paşinyan və onun əlaltılarından müsbət şəkildə fərqləndirməyi bacarmalıdır. Əsl məqsəd güclü xalq hərəkatı yaratmaqdırsa, keçid hökumətində “köhnə” şəxslərdən hər hansı birinin olması istisna edilməlidir”.

Ayvazyana görə, Ermənistanın xarici siyasətinin və hərbi təhlükəsizliyinin yeni konsepsiyalarının əsas müddəaları müzakirə edilməli və dərc edilməlidir. Erməni tarixçi deyib ki, xarici siyasətin əsas istiqaməti İranla dərinləşdirilmiş strateji müttəfiqlik sənədi bağlamaq olmalıdır. Ermənistanın hərbi siyasətində “Millət-Ordu” modelinin qəbulu, onun tərkib hissəsi çoxminlik könüllülər dəstəsinin formalaşdırılması olmalıdır. Keçid hökuməti Paşinyan xuntasının Ermənistanın müxtəlif sahələrində törətdiyi dağıntıları düzəltmək üçün ən əsas addımları dərc etməlidir. Məsələn, hakimiyyətə gələndən elə ertəsi gün təhsil və elm sahələrində qəbul edilən antierməni qərarları, proqramları ləğv etmək lazımdır. Hakimiyyətə gəldikdən dərhal sonra yad etno-milli ünsürlərin Ermənistana immiqrasiyasının dayandırılması və repatriasiyanın qanunvericilik, maliyyə və bütün digər yollarla təşviq edilməsi barədə qərar qəbul edilməlidir”.

Ayvazyan hesab edir ki, İrəvanda keçirilən mitinqlərdə bu məsələlər prioritet kimi müzakirə edilməli və təklif olunan həll yolları tapılmalıdır. “Uğursuzluq bu dəfə seçim deyil, son ola bilər” – Armen Ayvazyan təkliflərini yekunlaşdırıb.

Musavat.com
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq

Ermənistanın "Niyan tapan" media orqanında politoloq Boris Navasardyanla müsahibə zamanı Rusiya-Ukrayna münaqişəsi fonunda Cənubi Qafqazdakı geosiyasi durum, bölgəni gözləyən hadisələr və bu şəraitdə İrəvanla Bakının yürütdüyü siyasət müzakirə edilib.

Aparıcının son vaxtlarda Moskvanın bölgədə fəallığını təqdir etməsinə reaksiya verən erməni politoloq Boris Navasardyan deyib ki, burada ilk növbədə təqdir olunası ölkə varsa, o da Azərbaycandır. "O baxımdan da burada əhsən Rusiyadan daha çox Azərbaycana düşür", - politoloq deyib.

Ekspertin sözlərinə görə, son vaxtlarda baş verən proseslərin hələ nə qədər və hansı formada inkişaf edəcəyini deyə bilməz. "Ola bilsin ki, Ukraynadakı hadisələrin fonunda Rusiyanın Cənubi Qafqazda fəaliyyəti daha da məhdudlaşın və bu da Moskvanın bölgədən tamamilə çıxması ilə nəticələnsin. Əgər uğur əldə edərsə, o zaman tamamilə fərqli situasiya yaranacaq. Biz bölgədə Rusiyanın aktiv fəaliyyətini müşahidə etməli olacağıq. Amma proseslərin necə inkişaf etməsindən asılı olamayaraq, bütün hallarda Azərbaycan udur", - Navardasyan qeyd edib.

Azərbaycanın əldə etdiyi uğurları Prezident İlham Əliyevin 22 fevral 2020-ci il və 22 aprel 2024-cü ildə Moskvaya səfəri ilə bağlı parallelik aparan erməni politoloq deyib ki, 22 fevral 2022-ci ildəki səfər zamanı Bakı ilə Moskva arasında strateji müttəfiqlik barədə saziş imzalandı: "Prezident İlham Əliyev Moskva ilə belə bir sənədi imzalamaqla Azərbaycan suverenliyini Rusiya tərəfindən gözlənilən bütün təhdidlərdən və aqressiyalardan xilas etmiş oldu. İlham Əliyev Azərbaycanı SSRİ-ni bərpası layihəsində 2:0 hesabı ilə uddu. Bu sənədi imzalamaqla Azərbaycan Baltik ölkələrini çıxmaq şərtilə SSRİ-yə qatılmamasını tam təminatını əldə etmiş oldu".

Politoloq əlavə edib ki, Rusiyanın Azərbaycandan başqa digər hər hansı keçmiş SSRİ məkanında olan ölkələrlə belə bir sazişi yoxdur: "Rusiya geosiyasi təhlükə adı altında istənilən digər ölkənin suveren hüquqlarına və ya onun daxili işinə birbaşa müdaxilə edə bilər. Bakı Moskva ilə belə bir sənədi imzalamaqla istənilən halda Rusiyanın Azərbaycana müdaxilə etməsinin qarşısını almış oldu və Rusiya belə bir öhdəçiliyi üzərinə götürüb".

Prezident İlham Əliyevin 22 aprel 2024-cü ildə Putinlə saatlarla davam edən görüşünün əhəmiyyətinə toxunan Navasardyan deyib ki, bu görüşdə İlham Əliyev yeni şəraitə uyğun olaraq uğurunu bir daha möhkəmləndirdi: "Yəni bu o deməkdir ki, gələcəkdə Rusiyanın Ukraynada uğur əldə edib-etməməsindən asılı olmayaraq baş verən geosiyasi dəyişikliklər Azərbaycanın suverenliyinə xələl gətirməyəcək. Ermənistanı isə təhlükələr gözləyir".

Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməli, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Reyestrin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Eyni zamanda, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti reyestri mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və təhlükəsizlik meyarları üzrə onun monitorinqini həyata keçirməli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə Reyestrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə digər tədbirlər görməlidir.

Müdafiə nazirinə yeni müavin təyin olundu

Müdafiə nazirinə müavin - Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.

"Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub.

Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib.

Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. O, eyni zamanda Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini də icra edib.

Prezident Millətlər Birliyinin baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyinin (Commonwealth) baş katibi Patrisiya Skotlendi qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qərb İrəvana

Qərbdə Ermənistanın Rusiyadan yaxın gələcəkdə birdəfəlik qoparılmasının mümkün olmayacağına artıq tam əmin olmağa başlayıblar... Ona görə də, Qərb orta və uzunmüddətli perspektivdə faydalana bilməyəcəyi Ermənistana əlavə "hərbi-siyasi investisiya" yatırmaq istəmir...
Cənubi Qafqazda ABŞ və Qərbin Rusiya ilə qarşıdurması artıq açıq müstəviyə keçib. Xüsusilə də, bu iki nəhəng düşərgənin məhz Ermənistanda həlledici savaşa başladığı açıq-aşkar nəzərə çarpır. Hər halda, hazırda ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasında "ikinci cəbhə xətti"nin elə Ermənistan ərazisindən keçdiyi artıq inkaredilməz reallıqdır. Və hazırda Ermənistanda baş verənlər məhz bu savaşın real nəticələri hesab oluna bilər.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistanda və hətta Cənubi Qafqazda məhz Qərbi təmsil edir. Rəsmi İrəvan Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi edir. Qərbdən verilən təlimatları və sifarişləri yerinə yetirməyə çalışır. Və bu baxımdan, Qərbin Paşinyan hakimiyyətinə daha effektiv dəstək verməsi qətiyyən gözlənilməz olmazdı.

Ancaq Paşinyan hakimiyyətinin ABŞ və Qərbdən effektiv dəstək ala bildiyini iddia etmək çox çətindir. Hər halda, Rusiya, eləcə də digər Qərb əleyhinə düşərgə təmsilçilərinin dəstəklədiyi "kilsə qiyamı" ətrafında yaranmış situasiya bəzi suallar doğurmaqdadır. Çünki ABŞ və Qərb hazırda çox qəliz vəziyyətə düşmüş Paşinyan hakimiyyətinə açıq dəstək verməyə qətiyyən tələsmir. Və bu baxımdan, "kilsə qiyamı"nın başlandığı gündən indiyə qədər Qərbin daha çox susmağa üstünlük verməsi təəccüblü görünür.

Halbuki, ABŞ və Qərbin Rusiyaya qarşı təlimatları dərhal yerinə yetirməyə can atan Paşinyan hakimiyyətini siyasi meydanda təkbaşına buraxması Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb ola biləcək faktordur. Rəsmi İrəvan indiyə qədər Kremlə xəyanətini məhz Qərbin dəstək vədlərinə güvənərək, inkişaf etdirib, Ermənistanın Rusiya ilə münasibətlərini tamamilə korlayıb. Yəni, normal məntiqə görə, Qərb "erməni demokratiyası"nı daha həvəslə müdafiə etməliydi. Və indiki situasiyada belə niyyətin ümumiyyətlə, olmadığı da açıq-aşkar nəzərə çarpır.

Böyük ehtimalla Qərbdə Ermənistan məsələsinə daha "praqmatik pəncərə"dən baxmağa üstünlük verirlər. Belə ki, Paşinyan hakimiyyəti nə qədər Qərbin bütün təlimatlarını qeyd-şərtsiz icra etsə də, Ermənistanın yaxın gələcəkdə Rusiyadan uzaqlaşmaq şansı mövcud deyil. Yəqin ki, Qərbdə bu inkaredilməz və taleyüklü reallığı anlayırlar, elə məhz buna istinadla da qərar verməyi üstün tuturlar. Və bu, o deməkdir ki, Ermənistan Qərb üçün ən yaxşı halda, sadəcə, "geopolitik alət"dən başqa bir şey deyil.

Belə anlaşılır ki, Qərbdə Ermənistanın Rusiyadan qoparılmasının mümkün olmayacağına əmindirlər. Ona görə də, Ermənistandan hələlik Rusiya əleyhinə mümkün olduğu qədər istifadə etmək indiki situasiyada ən realist yanaşmadır. Qərb orta və uzunmüddətli perspektivdə faydalana bilməyəcəyi Ermənistana əlavə hərbi-siyasi investisiya yatıracaq qədər sadəlövh deyil. Və bu, Ermənistan üçün gələcək fəlakətlərin demək olar ki, "yol xəritəsi" rolunu oynaya biləcək məqamdır.

Məsələ ondadır ki, Rusiya Ermənistanın ticarət dövriyyəsində hegemon üstünlüyə malikdir. Eyni zamanda, Qərbdə Paşinyan hakimiyyətinin Rusiyaya qarşı sanksiyalara riayət etməməsindən də ciddi şəkildə narahatdırlar. Çünki bu, rəsmi İrəvanın Qərblə yaxınlaşma siyasəti ilə kəskin ziddiyyət təşkil edir. Üstəlik, Paşinyan hakimiyyətinin Qərbə də xəyanət edə biləcəyini biruzə verir. Və belə qəliz "geopolitik alət"dən yalnız faydalanmaq daha sərfəli taktika kimi görünür.

Ona görə də, indi Qərb Ermənistana daha çox ümidlər doğura biləcək vədlər verməklə rəsmi İrəvandan Kremllə qarşı istifadə etməyi üstün tutur. Üstəlik, rəsmi İrəvana verilən vədlərin uzunmüddətli perspektivə bağlı olması və həm də reallaşma ehtimalından uzaq qalması da diqqəti çəkir. Belə ki, Avropa Parlamentinin mart ayında Ermənistana Avropa Birliyinə üzvlük üçün namizədlik statusunun verilməsini təklif etməsi erməni toplumunda böyük ümidlər yaratmışdı. Halbuki, bu təklifin Ermənistan üçün elə bir ciddi perspektiv vəd etmədiyi, daha çox "siçan tələsinə qoyulmuş pendir" rolunu oynadığını düşünmək daha realist yanaşma olardı.

Hər halda, bu təklif hələ uzun müddət sadəcə, müzakirə ediləcək. Bu müzakirə dövründə isə Ermənistandan Rusiya ilə "körpüləri tamamilə yandırmaq" tələb olunacaq. Sonrakı mərhələdə hətta Ermənistan Avropa Birliyi üzvlüyünə namizədlik statusu qazansa belə, bu, rəsmi İrəvanın "boynunda zəncir"dən başqa heç nəyi ifadə etməyəcək. Yəni, rəsmi İrəvan onilliklər boyu məhz bu "zəncir"lə sağa-sola çəkiləcək, idarə ediləcək, Rusiyaya qarşı istifadə olunacaq. Və yekun nəticədə namizədliyini heç vaxt tam hüquqlu üzvlüyə çevirə bilməyəcək.

Məsələ ondadır ki, Ermənistanın Avropa Birliyinə üzvlüyə namizədlik statusu qazanması üçün ilk növbədə rəsmi İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı prosesə start verməsi qaçılmazdır. Yəni, Avropa Parlamentinin təklifi Ermənistanı növbəti Rusiya əleyhinə addıma şirnikləndirmə aktından başqa bir şey deyil. İndi rəsmi İrəvan Avropa Birliyinə üzvlüyə namizədlik statusu üçün Ermənistan üçün əsas iqtisadi-ticari gəlir qaynağı olan Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə düşünməlidir. Və bu, indiki situasiyada Ermənistan üçün maliyyə-iqtisadi fəlakət anlamı daşıya bilər.

Hər halda, Qərb Ermənistana Avrasiya İqtisadi İttifaqından əldə etdiyi maliyyə-iqtisadi gəlir qaynağına alternativi də təklif etməyə qətiyyən həvəs göstərmir. Böyük ehtimalla Paşinyan hakimiyyəti də Ermənistanın önünə "siçan tələsində pendir" qoyulduğunu anlayır. Ancaq rəsmi İrəvan son illərdə yürütdüyü xarici siyasət ilə elə bir qəliz "geopolitik labirint"in içərisinə salıb ki, oradan çıxış yolu, demək olar, görünmür.

Belə ki, Ermənistanın Rusiya ilə münasibətləri ciddi şəkildə korlanıb, Qərbə yaxınlaşma isə baş tutmayıb. Nəticədə indi nə Qərbə doğru getmək, nə də Rusiyaya doğru geri dönmək mümkün deyil. Hər iki variant Ermənistana ağır geopolitik zərbələr vəd edir. Eyni yerdə və yaxud da mərkəzdə dayanmaq isə daha təhlükəlidir. Çünki bu halda, həm Qərbin, həm də Rusiyanın çarpaz təzyiqləri altında əzilmək perspektivi mövcuddur.(Yeni Müsavat)

Xəbər lenti