Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

image_20240510144407.jpg

Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xalqımızın tarixində və taleyində əvəzsiz rolu olan, Azərbaycanı məhv olmaq təhlükəsindən qoruyan, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ulu öndərin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Ulu öndərin dövlətçilik tariximizdəki yeri və mövqeyi ilə bağlı çıxış edən  Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov qeyd edib ki, böyük bir imperiyanın tərkibində olsa da Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Məhz onun Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.
Ümummilli Lider Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edən Ə.Qasımov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən Ulu Öndər dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.

Ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizəyə, ictimai asayişin qorunmasına ulu öndərin xüsusi önəm verdiyini vurğulayan daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev bildirib ki,
 bu gün ölkəmizdə hüquqi-normativ bazanın formalaşmasında mühüm əhamiyyətə malik qanunların qəbul edilməsində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində, eyni zamanda, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində ulu öndərin əvəzsiz xidmətləri var. 
O, ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanın bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoyduğunu diqqətə çatdırıb. Bildirilib ki, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunların, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamələr qəbulu ulu öndərin daxili işlər orqanlarının fəaliyyətinə verdiyi böyük önəmin bariz nümunəsi idi.
2020-ci ildə başlayan və qələbəmizlə başa çatan Vətən müharibəsinin, ölkəmizin beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasının, bir sözlə qazandığımız bütün uğurların təməlində ulu öndərin ideallarının dayandığını vurğulayan natiqlər bu dahi şəxsiyyətin xalqımızın tarixi ilə bağlı olan siyasi fəaliyyətinin gələcək nəsillər tərəfindən dərindən öyrəniləcəyinə, onun hər anının, hər səhifəsinin örnək, əsasını qoyduğu azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağına əminliklərini ifadə ediblər. 

Daha sonra tədbir iştirakçıları ulu öndərin möhtəşəm fəaliyyətindən bəhs edən “Tarixin izi ilə - Ömrün zirvəsi Heydər Əliyev” sənədli sənədli filminə baxıblar.

64889548-4b05-493d-b72c-57339b7f934e

567c0ef7-e0c2-49de-adfe-4388029b7419

bba87530-c449-4968-a930-7e9d1288107f

bbe70cb1-2d50-465a-8191-a5b667f1c5ea

caaa672e-273c-4c3c-9b35-11e293ba9fcd

774d298a-4a01-48b5-8b7d-5249eacd5d77

f4afa2d4-29ab-4b88-b10f-62f60d93a71f

11a87e07-a740-429e-8130-deae74d0f01c

15fbbc62-26fb-4203-b835-617d46e8670a

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib FOTO

Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə qərargahın növbəti iclası Xankəndi şəhərində keçirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov da iclasda iştirak edib. 

İclas iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

İclasda qeyd olunub ki, Xankəndidəki binaların əksəriyyəti, o cümlədən bugünkü iclasın keçirildiyi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi bina məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə inşa edilib.

Qərargahın rəhbəri ulu öndərin siyasi irsinin layiqli davamçısı İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində Azərbaycanın tarixi qələbə qazandığını, ərazi bütövlüyü və suverenliyinin hərbi-siyasi yolla tam bərpa edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhali sayının 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin daha da artacağını diqqətə çatdırıb, həmçinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini vurğulayıb.

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasından irəli gələn müvafiq tapşırıqlar verilib.

İclasdan sonra Xankəndi və Xocalı şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində müvafiq ərazilərə baxış keçirilib.

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib FOTO
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib FOTO
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib FOTO
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim ediblər.

Modern.az xəbər verir ki, mənzillə təmin olunanlardan biri də Şuşanın 1991-ci ildə güllələnmiş icra başçısı Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova olub.

Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur. O, bu vəzifəyə ötən il təyin olunub.

O, görüş zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.

“Təşəkkür edirəm, minnətdaram. Bu gün atamın ruhu şaddır. Bütün şəhidlərimizin ruhu şaddır. Biz sizinlə fəxr edirik, qürur duyuruq. Təşəkkür edirəm, çox sağ olun”, - o deyib.

Qeyd edək ki, Səbinə Gözəlovanın atası Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olub. O, 1991-ci ilin 11 dekabrında Şuşadakı iş otağında güllələnərək öldürülüb.

 

 

 
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıdakı danışıqları iki gün davam edəcək.

Bu barədə APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verib.

Qeyd edək ki, hazırda XİN rəhbərlərinin görüşü davam edir.

***
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir.

“Report” xəbər verir ki, C.Bayramov və A.Mirzoyan danışıqlar aparmaq üçün Almatıdakı Dostluq Evinə gəliblər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb.

Daha sonra onlar mətbuata bəyanatlarla çıxış edəcəklər.

Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Noyabra qədər Azərbaycanla Ermənistan arasında sülhün əldə ediləcəyi iddia edilir. Bu vaxta qədər razılaşma olmasa, Bakının şərtləri dəyişdirəcəyi bildirilir. Siz necə düşünürsünüz?

- Özünü "politoloq" adlandıranlar elə danışırlar ki, elə bil Ali Baş Komandan onlardır və Azərbaycanı da onlar yönəldirlər. Bu adamlar bir qədər düşünsələr yaxşı olar. Belə açıqlamalarla, bəzi məsələləri gündəmə gətirməklə diqqət mərkəzində olmaq istəyirlər. Amma mahiyyətdən xəbərsizdirlər. Ona görə də, bu kimi məsələlərə ciddi yanaşmaq lazımdır. Təbii ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin hazırkı səviyyəsində, sülh müstəvisində normal məcrada danışıqlar müşahidə edilir. Nikol Paşinyan da sülhə meyil edir. Artıq Azərbaycanla Ermənistan arasında sərhəd dirəkləri də basdırılıb. Bu amillər prosesin başlanğıcıdır. Sadəcə olaraq hansısa məsələ ilə bağlı konkret vaxt söyləmək və bundan sonra olacaqlarla bağlı əsassız bilgilər vermək məntiqsizdir.

- Müharibə siqnalları vermək, gərginlik olacağına dair fikirlər söyləmək hansı məqsədlərə xidmət edir?

- Azərbaycan hazırda Böyük Qayıdış proqramını həyata keçirir. Artıq tarixi Şuşa şəhərinə qayıdış başlayıb. Belə bir şəraitdə az qala Ermənistanla Azərbaycan arasında yeni müharibə siqnalları vermək ağılsızlıqdır. Az qala indi Zəngəzuru müharibə ilə almaq istəyənlər ortaya düşüb. Bu adamların davranışları bəzi məsələləri korlamağa xidmət edir.

- Sizcə, payızda Bakıda baş tutacaq COP29-a qədər sülh istiqamətində hansısa irəliləyişin olması gözlənilirmi?

- COP29-a qədər, yəni bu ilin noyabrında Azərbaycanda keçiriləcək beynəlxalq tədbirə qədər Ermənistanla sülhün əldə olunacağı deyilir. Sözsüz ki, razılaşma ondan öncə də imzalana bilər. Buna heç kəs qadağa qoymayıb. Paşinyanı da Bakıya dəvət etmək fikrində olanlar var. Burada anormal bir şey yoxdur. Azərbaycan COP29 tədbirinə bütün ölkələri dəvət edəcək. Bu, Bakının daxili işidir.

- Noyabra qədər sülh olmasa nə dəyişəcək ki?..

- O vaxta qədər sülh sazişinin imzalanmaması Azərbaycan üçün problem demək deyil. Sentyabrda, avqustda sülhün olması mümkündür. Ona görə də, sülhlə bağlı konkret vaxt qoymaqla əksinə məsələləri çətinə, düyünə salmaq istəyirlər. İddia edirlər ki, guya bu kimi açıqlamalarla ermənilər qorxuya düşəcək. Yaxşı olardı ki, proseslərə hamı düzgün yanaşsın.

- Belə çıxır ki, tərəflər yekun razılaşmaya çox yaxındır...

- Bütün bunların fonunda sülhün tezliklə baş verəcəyi inandırıcıdır. Artıq Ermənistan rəhbərliyi də bu məsələləri ikitərəfli qaydada həyata keçirmək istəyir. Müharibədən sonra Azərbaycan Prezidenti sülhə hazır olduğumuzu bəyan edib. Qalib tərəf Azərbaycandır. Bakı sülhlə bağlı hansısa şərtlərin müzakirəsində geri çəkiləsi deyil. Ona görə də, sülhlə bağlı proqnozlar müsbətdir və bunun tezliklə baş verməsi gözlənilir.

- Yeni müharibə və yaxud gərginliyin baş verməsi ehtimalı qalıbmı?

- Azərbaycanın yeni müharibə etmək niyyəti yoxdur. Ermənistanın işğalında qalmış 8 kənddən anklav olmayan 4 kənd Qazax rayonuna məxsus ərazilər təhvil verilib. Digər kəndlərin məsələsi isə delimitasiya prosesinin gedişində öz həllini tapacaq. Ona görə də, 4 kəndlə bağlı yenidən mühairəbənin başlaması ehtimalları yoxdur.

- Anklavlarla bağlı məsələnin həll prosesi necə proqnozlaşdırılır? Ərazi mübadiləsi fonunda referendumun keçirilməsi gözlənilirmi?

- Əslində son zamanlar bu müstəvidə fikir müxtəlifliyinə deputat Rasim Musabəyovun açıqlaması səbəb oldu. Azərbaycan əraziləri vaxtilə Ermənistana qeyri-qanuni olaraq verilib. Göyçə, Zəngəzur Ermənistana veriləndə Azərbaycan xalqının razılığı olmayıb. Bunu erməni tərəfi yaxşı bilir. İndi isə Azərbaycan qalib tərəf kimi öz şərtlərini masaya qoyub. Qalib tərəf olaraq Bakı istədiyi xəritə ilə sərhədlərin dəqiqləşdirilməsini aparmaqda haqlıdır. Anklavlar və eksklavlarla bağlı torpaq mübadiləsi aparmaq kimi məsələlər düşünülmuş şəkildə həyata keçirilə bilər. Mövcud qanunvericiliyə görə, topaq mübadiləsi üçün referenduma ehtiyac qalmır. Amma burada heç də məsələ torpaq mübadiləsindən getmir. Həmin kəndlər Azərbaycana məxsusdur. Ola bilsin ki, Naxçıvanın Kərki kəndi və Gədəbəyin Başkənd kəndi ilə bağlı hansısa bir addım atılsın. Qazaxın anklav olan 3 kəndi ilə bağlı da eyni yanaşmaların olması mümkündür. Bütün bunlar isə qarşılıqlı razılaşmaya əsaslanacaq. Bu halda referenduma ehtiyac qalmayacaq.

Xəbər lenti