Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb, onu Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini, iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar və s. müxtəlif sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər:

"Ceyhun Bayramov həmsöhbətinə münaqişədən sonrakı normallaşma prosesi ilə bağlı Azərbaycanın təşəbbüsləri və mövqeyi barədə məlumat verib".

İlham Əliyev Füzulidə

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, yolboyu inşa edilmiş birinci tunelin açılışında iştirak edib.

***
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR

Ermənistanda Azərbaycanla sərhəddə demarkasiya və delimitasiya proseslərinə etiraz olaraq aksiya mayın 9-dan etibarən yeni bir mərəhələyə qədəm qoyub. Qazaxın Xeyrimli kəndində erməni kilsəsinin rəhbərliyi ilə başladılan etiraz aksiyası dünəndən İrəvanın mərkəzi meydanında hökumətin istefası tələbi ilə davam etdirilməkdədir. Bu aksiyalara əvvəlkindən fərqli olaraq erməni kilsəsi rəhbərlik edir və aksiyanın aparıcısı arxiyepiskop Baqrat Qalstanyandır.

Təbii ki, bu aksiyanın arxa planında bölgədə sülhə əngəl yaratmaq istəyən kilsə ilə yanaşı, ölkə daxilində hələ də revanşist planlarından əl çəkməyən qüvvələrlə bərabər bəzi xarici qüvvələr və ölkələr var. Kilsə erməni cəmiyyətində ciddi təsirə malik olsa da, bu prosesdə sadəcə olaraq kütləviliyi təmin etmək və bütün gücləri hakimiyyətə qarşı təzyiqi təmin etmək üçün bir vasitədir.
Kilsənin bu proseslərdə canfəşanlığının digər bir səbəbi də Paşinyan hakimiyyəti ilə düşmən mövqedə olmasıdır. Çünki Paşinyan komandası erməni kilsəsinin dövlət idarəçiliyinə müdaxiləsini məhdudlaşdırması kilsə tərəfindən kəskin əks reaksiya ilə qarşılandığından indi bunun əvəzini mövcud hakimiyyətdən qisas almaqla öz əvvəlki mövqelərini bərpa etməyə çalışır.
Aksiya iştirakçıları hökumətin istefasını tələb etsə də, indiki mərhələdə aksiya təşkilatçılarının əsas hədəfi Paşinyan hakimiyyətinə təzyiq etmək üçün İrəvan mərkəzinə bacardıqca maksimum etirazçı qüvvəsi toplamaq və bunun davamlılığını təmin etməkdir.
Müxalifətin Paşinyan hakimiyyətini siyasi yolla istefaya göndərməsinin bir neçə yolu var:
- növbədəkənar seçkilərin keçirilməsinə vadar etmək
- parlamentdə lazımi səs toplayıb hökumətə etimadsızlıq göstərmək yolu ilə istefaya məcbur etmək
- lazımi güc olduqda zorakı metdolara əl atmaq
- hərbi gücdən də faydlanmaq yolu ilə Paşinyan hökumətini istefaya yollamaq.
Paşinyan hakimiyyətini növbədənkənar seçkilərə vadar etmək üçün müxalifət meydana həddindən artıq güc toplamalı və onun inkişaf tempini bir müddət qoruyub saxlamağı bacarmalıdır. Bununla yanaşı siyasi təzyiq mexanizmlərindən faydalanmalıdır. Təbii ki, xarici güclər, xüsusən diaspora, İran, Rusiya və digərləri hakimiyyətə təzyiq imkanlarından faydalanaraq daxildəki qüvvələrə dəstək verəcəklər. Qeyd edilən qüvvələrə aksiyanın izdihamlılığını təmin etmək üçün maliyyə dəstəyi ilə yanaşı, daxildəki resursları ilə yardım edəcəklər. Bu, qarşıdakı günlərdən aksiyanın davam etmə tendensiyasından asılı olacaq.
İkincisi, parlamentdə hökumətə etimadsızlıq yolu ilə Paşinyan hakimiyyətini yola salmaq qeyri-real görünür. Çünki bunun üçün müxalifətin parlamentdə yetəri gücü yoxdur. Hazırkı vəziyyətdə 105 yerlik parlamentdə cəmi 33 təmsilçisi var. Hökumətə etimadsızlıq nümayiş etdirmək üçünsə, ən azı müxalifətin 53 səsə ehtiyacı var. Buna nail olmaq üçün Paşinyan komandasından 20 deputatın müxalifət cərgəsinə keçməsi və onların tələbini dəstəkləməsi qeyri-realdır. 5-10 səsə ehtiyac olsaydı bəlkə bunu etmək olardı, amma ən azı 20 deputatın səsini qazanmaq qeyri-mümkündür. Həmin deputatların da sonrakı mərhələdə marağını təmin etmək mümkün deyil. Odur ki, Ermənistan müxalifətinin hökumətə etimadsızlıq yolu ilə Paşinyanı istefaya yollaması perspektivi yoxdur.

Digər yollar isə siyasi və hərbi zorakılıq metodundan istifadə etməklə hakimiyyətə gəlməkdir ki, bu da başlanan aksiyanın gələcək günlərdəki inkişaf tendensiyasından asılı olacaq.
Onu da unutmaq lazım deyil ki, Paşinyan hakimiyyəti və ona dəstək verən Qərb ölkələri də sakitcə prosesi izləməycək. Onlar da Ermənistandakı maraqlarını qorumaq üçün adekvat addımlar atmalı olacaqlar. Hazırda Qərb ölkələrinin yetəri səviyyədə kəşfiyyat orqanları ilə yanaşı digər institutları Ermənistanda çalışır. Paşinyan və onu dəstəkləyənlər hansısa formada aksiyanın dinamikliyinin qarışısını almaq üçün hansısa taktikalardan istifadə edəcəklər.
Başqa bir məqam isə ondan ibarətdir ki, meydana toplaşan qüvvələrin daxilində uğur əldə edəcəkləri təqdirdə kimin baş nazir olması məsələsi fikir ayrılığına səbəb ola bilər. Çünki ortada tərəfləri razı sala biləcək real namizəd yoxdur.

Bütün bu və digər amillər onu deməyə əsas verir ki, aksiya təşkilatçıları qarşılarına qoyduqları hədəflərə nail ola bilməyəcəklər. Amma bununla belə onlar ölkənin siyasi səhnəsində ömürlərini uzatmağa və varlıqlarını qoruyub saxlamağa çalışacaqlar.

Onu da qeyd etmək yerinə düşər ki, aksiyadan Paşinyan da öz maraqları üçün maksimum faydalanmağa çalışacaq. Bu aksiya bir neçə məqamda Paşinyanın marağına xidmət edir.
Birincisi, Qərbdəki dəstəkçilərinin daha çox hərtərəfli dəstəyinə nail olmaq baxımdan;
İkincisi, Azərbaycanla sülh danışıqlarında, o cümlədən sərhəddəki demarkasiya və delimitasiya prosesində öz əlini gücləndirmək baxımdan. Amma istənilən halda bu aksiyalar Ermənistanı uğura deyil, daha pis dalana dirəyəcək. Çünki bu aksiya bölgədəki maraqlı güclər arasındakı toqquşmanı daha da kəskinləşdirəcək. Bununla da İrəvan geosiyasi güclərin açıq toqquşma məkanına çevrilə bilər ki, bu da Ermənistanın gələcək taleyini sual altına salar.
Onu unutmaq lazım deyil ki, bəzi güclər Cənubi Qafqazda sülhün deyil, gərginliyin davam etməsində maraqlı olduğundan geosiyasi toqquşmanın açıq müstəviyə keçməsində maraqlıdırlar. Bu da bütövlükdə bölgə üçün təhdiddir.

Bakı və Ankara İrəvanda baş verən prosesləri izləyir və onlar Ermənistandakı hadisələrin təhlükəli həddə çatmasına nə göz yumacaq, nə də proseslərə biganə yanaşacaq.

Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.

 Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad edib.

Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

 

 

 

 
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib.

Bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Müasir dövlətçiliyimizin qurucusu, ölkəmizin inkişaf strategiyasının banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə müstəqil Azərbaycanın inkişaf və rifahı naminə misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik", - paylaşımda bildirilib.

Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur

Rəsmi İrəvan və onun beynəlxalq himayədarları Ermənistanın Avropa məkanına inteqrasiyası üçün bütün imkanlardan istifadə etsələr də, buna qətiyyən nail ola bilmirlər... Rəsmi Bakının isə Azərbaycanı Avropa məkanına inteqrasiyası etdirmək kimi bir hədəfi və ya niyyəti yoxdur, çünki ölkəmizin inkişaf perspektivləri üçün buna qətiyyən ehtiyac duyulmur...
Azərbaycan son illərdə böyük sürətlə beynəlxalq imicini və təsir gücünü artırır. Rəsmi Bakı Azərbaycanın beynəlxalq münasibətlərini birmənalı şəkildə qarşılıqlı maraqlar və bərabərhüquqlu əlaqələr üzərində qurur. Ona görə də, hazırda Azərbaycan beynəlxalq arenada siyasi-diplomatik mövqelərini möhkəmləndirməyə nail olub. Və bu, yaxın gələcəkdə Azərbaycanın beynəlxalq proseslərin əsas iştirakçıları sırasında yer almasına münbit şərait yaradır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Avropa Birliyinin bir çox nüfuzlu dövlətləri ilə Azərbaycanın qarşılıqlı münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa nail olub. Hazırda Azərbaycan hətta Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşıdır. Brüsseldə Avropanın enerji ehtiyaclarının təmin edilməsi baxımından, Azərbaycana xüsusi yer ayrıldığını qətiyyən gizlətmirlər. Və bu, bəzi bəzi beynəlxalq ermənipərəst siyasi dairələrdə, xüsusilə də, Fransada kifayət qədər ciddi qıcıq doğurur.

Ancaq Azərbaycanın əleyhdarı olan həmin dairələr rəsmi Bakının tədricən Avropaya nüfuz etməsinə müqavimət göstərməkdə çətinlik çəkirlər. Çünki indi Avropa Birliyi Azərbaycana deyil, əksinə, Azərbaycan Avropa Birliyinə lazımdır. Azərbaycan Avropa Birliyinin ehtiyac duyduğu enerji resurslarına sahibdir. Və belə zəngin enerji qaynağına çıxış qazanmaq üçün isə məhz Azərbaycan ilə yaxşı münasibətlər qurmağı bacarmaq vacibdir.

ee5b2c60a3266c63e030d04215a729e1.jpg (189 KB)Maraqlıdır ki, bəzi Şərqi Avropa dövlətləri bu önəmli reallığı artıq özləri üçün dəqiqləşdirməyə imkan tapıblar. Ona görə də, həmin dövlətlərin siyasi liderlərinin bir-birinin ardınca Bakıya rəsmi və işgüzar səfərlərə gəlməsi qətiyyən təəssüfi deyil. Hər halda, indi Şərqi Avropa ölkələrinin mütləq əksəriyyəti Azərbaycanın strateji tərəfdaşıdır. Və bu, Azərbaycanın beynəlxalq məkanda siyasi-diplomatik təsir gücünün artmasında önəmli faktor rolunu oynayır.

Məsələ ondadır ki, Serbiya Azərbaycanın beynəlxalq dostları sırasına daxildir. Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi təmsil olunmaqla yanaşı, Azərbaycanın strateji tərəfdaşıdır. Hətta Macarıstan bir müddət öncə Avropa Birliyinin Sülh Fondundan Ermənistana hərbi məqsədlər üçün maliyyə vəsaiti ayrılması barədə layihəni veto edərək, bloklayıb. Və öz mövqeyini dəyişmək üçün həmin proqrama Azərbaycanın da daxil edilməsini əsas şərt kimi irəli sürüb.

Avropa Birliyinin nüfuzlu üzvlərindən olan İtaliya isə Fransanın ermənipərəst mövqeyini, Azərbaycana qarşı qərəzli ittihamlar irəli sürməsini sərt şəkildə tənqid edib. Rəsmi Bakının enerji diplomatiyası faktiki olaraq, Azərbaycanın beynəlxalq rəqiblərinin, o cümlədən, Fransanın məkrli oyunlarını iflasa uğradır. Azərbaycanın beynəlxalq səviyyədə siyasi iradə sahibinə çevrilməsinə geniş imkanlar açır. Və Avropaya daha da yaxınlaşmasını təmin edir.

shutterstock_2209617543-800x450.jpg (41 KB)Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının enerji diplomatiyası son vaxtlar öz əhatə dairəsini daha da genişləndirməyə başlayıb. Azərbaycan son vaxtlara qədər Avropanın 8 ölkəsinə enerji resursları ixrac edirdisə, indi onların sırasına Slovakiya da əlavə olunub. Belə ki, bir neçə gün öncə Slovakiyanın baş naziri Robert Fitso Azərbaycana səfər edib. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya əməkdaşlıq sənədlərinin imzalanması mərasimi olub. Həmin sənədlərin sırasında Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq barədə Birgə Bəyannamə də yer alır.

Slovakiya baş nazirinin ardınca isə Bolqarıstan prezidenti Rumen Radev də Azərbaycana rəsmi səfər edib. Bu Şərqi Avropa ölkəsi hələ 2015-ci ildən Azərbaycanın strateji tərəfdaşıdır. Son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsi də bir neçə dəfə artıb. Bunun əsas səbəbi isə enerji sektorundakı əməkdaşlıqdır. Xüsusilə də, son illərdə Azərbaycan Bolqarıstana təbii qaz ixracını ciddi şəkildə artırıb. Hazırda Bolqarıstanın təbii qaza olan ehtiyaclarının təqribən 50 faizi Azərbaycanın enerji resursları hesabına ödənilir.

Onu da qeyd etmək lazımdır ki, Bolqarıstan həm də təbii qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Belə ki, Azərbaycan təbii qazı Bolqarıstan ərazisindən digər qonşu dövlətlərlərə də ixrac edilir və gələcəkdə bu ölkələrin sayının daha da artacağı bildirilir. Ümumiyyətlə, Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi müsbət dinamika üzrə inkişaf edir və  energetika sahəsindəki əməkdaşlıq ön planda yer alır.

Çünki Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən də Bolqarıstanla “yaşıl enerji” layihəsi üzrə geniş əməkdaşlıq mərhələsinə start verib. Azərbaycan tədricən Avropa məkanı üçün yalnız neft-qaz təchizatçısı deyil, eyni zamanda, "yaşıl enerji" qaynağına da çevrilməyə başlayıb. Üstəlik, Azərbaycan Avropa Birliyini Asiya qitəsi ilə birləşdirəcək əsas nəqliyyat-kommunikasiya marşrutunun da üzərində yerləşir. Və bu marşrutun logistika təminatçısı rolunda da məhz Azərbaycan çıxış edir.

Ilham-Aliyev-Europe-flag-06-02-20.jpg (64 KB)Bütün bunlar onu göstərir ki, Avropa Birliyi üçün Azərbaycan olduqca önəmli və etibarlı enerji təhlükəsizliyi tərəfdaşıdır. Avropa məkanında olan dövlətlər enerji resursları ilə zəngin və geniş tranzit potensialına malik olan Azərbaycanla strateji tərəfdaşlıqda birbaşa maraqlıdır. Rəsmi Bakı bütün bunlardan yalnız Azərbaycanın iqtisadi-ticari gəlirlərinin artırılması məqsədilə istifadə etməklə kifayətlənmir.

Əksinə, Azərbaycanın bu imkanları həm də siyasi-diplomatik hədəflərin reallaşmasında stimulverici faktora çevrilib. Rəsmi Bakı Azərbaycana qarşı beynəlxalq təzyiqləri məhz enerji diplomatiyası sayəsində dəf etməyi bacarır. Və bu, o deməkdir ki, rəsmi Bakı siyasi-diplomatik hədəflərlə enerji faktorunun sintezinə artıq böyük ölçüdə nail olub.

Bütün bunların əsas nəticələri isə geopolitik məkanda özünü qabarıq şəkildə göstərir. Belə ki, rəsmi İrəvan və onun beynəlxalq himayədarları Ermənistanın Avropa məkanına inteqrasiyası üçün bütün imkanlardan istifadə edirlər. Ancaq buna qətiyyən nail ola bilmirlər.

Rəsmi Bakının isə Azərbaycanı Avropa məkanına inteqrasiyası etdirmək kimi bir hədəfi və ya niyyəti yoxdur. Çünki Azərbaycanın inkişaf perspektivləri üçün buna qətiyyən ehtiyac duyulmur. Və bu səbəbdən də, Avropa dövlətlərinin özləri hazırda həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-kommunikasiya resursları baxımdan, olduqca cazibədar ölkə olan Azərbaycana inteqrasiya etməyə başlayıb.(musavat.com)

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi

Ölkəmizin mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik müraciəti ünvanlayıb.

Təbrikdə deyilir:

“Sizi Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq, adının əbədiləşdirilməsi, onun dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərir.

Heydər Əliyev Fondu yarandığı gündən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətində yaxından iştirak edərək Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin qorunması və onların həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təşviqində mühüm rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasında, müasir sosial-mədəni infrastrukturun qurulmasında, Azərbaycan mədəni irsinin ümumbəşəri dəyərlər qismində tanınmasında Fondun verdiyi töhfələr əvəzsizdir. Reallaşdırdığınız və dəstək olduğunuz yerli və beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyinin bünövrələrini, xalqımızın özünə və ali dəyərlərə inamını möhkəmləndirir, mədəniyyətimizi hamı üçün əlçatan və doğma edir. Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində, eləcə də beynəlxalq mədəniyyət mübadiləsindəki misilsiz xidmətləri mədəniyyət ictimaiyyəti və xalqımız tərəfindən yüksək dəyərləndirilir.

İnsanların ümid, pənah yerinə çevrilmiş Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, 44 günlük Vətən müharibəsində və daha sonra şəhid və qazilərlə, onların ailələri ilə bağlı həyata keçirdiyi layihələr onun humanitar missiyasının bariz nümunəsidir.

Hörmətli Mehriban xanım!

Bir daha Sizi rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun yubileyi münasibətilə təbrik edir, ölkəmizin hərtərəfli inkişafı naminə göstərdiyiniz dəyərli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik”.

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib.

 
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilib.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.

Dövlət başçısı İlham Əliyev xalqımıza bu il sentyabrın 19-da növbəti qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Bununla da müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Xəbər lenti