Kreml Nikolu Azərbaycana hücuma təhrik edib, ancaq… - İLGİNCNikol Paşinyan son müsahibəsində açıq şəkildə anlatdı ki, Moskva Ermənistanı Azərbaycana hücuma təhrik edib və o, Rusiyanın tələbini yerinə yetirməyib.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan yerli mediaya müsahibəsində deyib.

“Yəni Paşinyan Azərbaycana Moskvaya qarşı istifadə edə biləcəyi alətlər verir, Rusiyanın Bakıya təzyiq etmək imkanlarını zəiflədir. Sonra Paşinyan şikayət edir ki, Bakı Moskvanın tələblərinə əməl etmir. Rusiya bir neçə dəfə eyham vurub ki, Ermənistan öz davranışını dəyişməlidir ki, Moskva Azərbaycanla münasibətlərdə əlində olan vasitələrdən istifadə edə bilsin”, - ekspert qeyd edib.

Onun iddiasına görə, Ermənistan hakimiyyətinin “artsax”ın buraxılması haqqında fərmanı ləğv etmək cəhdlərinə fəal müqavimət göstərməsi Paşinyanın Bakı qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlıdır.

O hesab edir ki, Azərbaycan heç vaxt öz iddialarından əl çəkməyəcək və İrəvana təzyiqlərini dayandırmayacaq:

“Bakı üçün əsas problem Ermənistandan keçən dəhlizidir. O, bu ən vacib məsələni aydın şəkildə həll etməyincə, sənədin imzalanmasını daim gecikdirəcək”.
Parisin “cavab addımı” əhəmiyyətsizdir - HƏQİQƏTƏN DƏ...

Fransa-Azərbaycan münasibətləri hazırda özünün ən böhranlı dövrünü yaşayır. Avropanın və Cənubi Qafqazın iki aparıcı dövləti arasında siyasi-diplomatik gərginlik davam edir. Bunun da birbaşa günahkarı məhz Fransadır. Azərbaycanın iki fransız diplomatı "arzuolunmayan şəxs" (“persona-non-grata”) elan etməsindən sonra, Fransanın da “güzgü cavabı” prinsipi ilə iki Azərbaycan diplomatının ölkəni tərk etməsini tələb etməsi rəsmi Parisin Azərbaycana qarşı murdar siyasətinin nəticələrini ört-basdır etmək cəhdidir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi uğurlu əməliyyatlar nəticəsində fransız xəfiyyə-agentura şəbəkəsinin aşkarlanması Makron Fransasının iç üzünü açdı. Bu hadisə Fransanı bütün dünyada rəzil edib. Ona görə də Fransa hökuməti xüsusi tələskənliklə Azərbaycan səfirliyinin iki əməkdaşını “persona non grata” elan etmək qərarına gəlib.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Fransa bu addımı atmaqla özünün zədələnmiş imicini az da olsa düzəltməyə çalışır:
"Lakin əsl həqiqətdə isə Fransanın iki diplomatımızı ölkədən çıxarmaq qərarı onun çarəsizliyini və zəifliyini göstərir. Eyni zamanda ortada saxtakarlıq faktı da var. Fransanın “cavab addımı” əsl saxtakarlıq nümunəsidir. Çünki bu ölkə iki diplomatımızın “arzuolunmaz şəxs” elan edilməsini casusluqda ittiham olunan iki fransalı diplomatın ölkəmizdən qovulmasına “cavab addımı” kimi atdığını bəyan edib. Lakin bu, ağ yalandır. Fransa tərəfinin bizim diplomatlarımızı casusluqda günahlandırmaq üçün heç bir sübutu yoxdur. Çünki fransalı diplomatların qeyri-qanuni surətdə casusluq fəaliyyəti göstərməsindən fərqli olaraq Azərbaycan səfirliyinin əməkdaşları casus kimi yox, əsl peşəkar diplomat fəaliyyəti ilə məşğuldur. Fransalı diplomatların casusluq fəaliyyəti isə artıq beynəlxalq səviyyədə ifşa olunub, sübuta yetirilib. Ona görə də Fransanın “cavab addımı” gözdən pərdə asmağa xidmət edir. Makron hökuməti Azərbaycana qarşı məntiqsiz və məkrli addımları ilə özünü təmizə çıxarmağa çalışır. Lakin Fransa tərəfinin bu addımları onu daha da nüfuzdan salır. Anti-Azərbaycan mövqeyindən çıxış etmək Fransaya ağır zərbə vuracaq".

Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar

Yol-xeber.az" xəbər verir ki,  Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin təntənəli mükafatlandırma mərasimi keçirilib. 

Mərasimdə Laçının yenidən qurulmasında, abadlaşdırılmasında və məşğulluğun təmin olunmasında xidmətlərinə görə bir sıra qurumlar, habelə şirkətlər mükafatlandırılıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də Laçının yenidən qurulmasındakı fəaliyyətinə görə mükafatlandırılanlar sırasında olub. 

Mükafatçılara “Laçın qartalı” heykəli təqdim edilib.

Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar
Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar
Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar
Ermənistan Rusiyanın dediklərini qəbul edəcək - ŞƏRH"Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın iqtisadi istəklərini icra etməyə məcburdur. Çünki hələlik Rusiya və Ukrayna arasında müharibə davam edir".
Sherg.az xəbər verir ki, bu barədə Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Analitik bildirib ki, Paşinyan görür ki, Qərb Ukrayna Prezidenti V.Zelenskiyə təzyiqlər göstərməyə başlayıb: "Qərb Zelenskini Rusiya ilə danışıqlara getməyə vadar etməyə çalışır. Belə olan təqdirdə Ukraynanın dövlət müstəqilliyinin haradan başlayıb, harada bitəcəyi ilə bağlı suallar meydana çıxır. Böyük ehtimal İrəvan hökumətinin başçısı Rusiyaya qarşı bir müddət sürdürdüyü demarşlara son verəcək. Paşinyan yaxşı başa düşür ki, siyasi təhlükəsizliklə bağlı problemlər var. Qərbin Ermənistana qarant olub-olmayacağı da sual altındadır. Ən əsası isə Ermənistan rəhbərliyi iqtisadi məsələlərdə irəliləyiş istəyirsə, burada ona kömək edəcək Qərb yox, məhz sanksiyalara məruz qalmış Rusiya olacaq".

Z.Məmmədov əlavə edib ki, Ermənistanın dövlət büdcəsinin gəlir tempi Rusiya-Ukrayna müharibəsi və Moskvanın sanksiyalarla üzləşməsi fonunda Ermənistanla həyata keçirilən qeyri-leqal ticarətlə bağlıdır:
"Çox güman ki, təkbətək görüşdə Rusiya prezidenti birbaşa, sərt tonda və aşağılayıcı tərzdə Paşinyanın diqqətinə bəzi məsələləri çatdırıb. Nəticə etibarı ilə Ermənistan Rusiyanın dediklərini qəbul edəcək. Bu təkcə Ermənistan-Rusiya münasibətlərinə yox, Cənubi Qafqazda baş verən proseslərə də təsirini göstərəcək. Şübhəsiz, Sankt-Peterburqdakı görüşə fürsət kimi baxan Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi Qərbin yox, Moskvanın vasitəçiliyi ilə aparılsın. Ola bilsin ki, üçtərəfli görüşün keçirilməsi də gündəmə gəlsin".

“Ötən il Cənubi Qafqaz üçün toqquşmalar, siyasi mübahisələr və mürəkkəb geosiyasət mövzuları ili olub”.

Bu barədə “TRT World” telekanalında yayımlanan “Strait Talk” layihəsinin növbəti buraxılışında bildirilib.

Verilişin budəfəki qonaqları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza olub.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib.

“Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var”, - H.Hacıyev vurğulayıb.

 

Yeni ilin gəlişindən qısa müddət sonra Azərbaycan və Ermənistan sülh sazişi imzalaya bilər.

Bu barədə “Kommersant” nəşri yazıb.

Bildirilib ki, sülh sazişi üzərində hazırda tərəflər fəal işi davam etdirirlər.

Nəşr vurğulayıb ki, ilin sonunda Cənubi Qafqaz danışıqları prosesində davamlı uğursuzluqlara və fasilələrə baxmayaraq, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşən Nikol Paşinyan və İlham Əliyev sülh müqaviləsinin imzalanmasına və münaqişəyə son qoymağa həmişəkindən daha yaxın idilər.(axar.az)

Paşinyan sülh müqviləsi BAĞLASA BELƏ... - eyni uğurla poza da bilər...Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 26-da MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub. Medianın məlumatına görə, söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib. Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Baş nazir Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər: “MDB-nin qeyri-rəsmi sammiti zamanı Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında qeyri-rəsmi təmaslar olub. Ermənistan və Azərbaycan arasında sülh gündəliyi ilə bağlı məsələlər müzakirə edilib. İkitərəfli formatda müzakirələr aparılıb". Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Rusiyanın "Birinci" kanalına bildirib ki, Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdır: "Onlar müharibə edən tərəflər deyil, onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur".
Erməni analitik Ruben Marqaryan da Paşinyanın iştirak etdiyi MBD sammitini şərh edib: “Əliyevi zəfər qazanmış adam kimi mehribanlıqla qarşıladılar. Paşinyanın özü Əliyevi kifayət qədər səmimi qarşılayıbsa, MDB ölkələrinin digər liderləri Əliyevi niyə səmimi salamlamasınlar ki?! Hamı buna diqqət yetirsə də, heç kim təəccüblənmədi. Əgər yaxın vaxtlara qədər onları bir-birindən ayıran problem, yəni “Artsax” artıq mövcud deyilsə, niyə Azərbaycan və Ermənistan liderləri əl sıxmasın? Peskovun da dediyi kimi, Əliyev və Paşinyan müharibə edən tərəf deyillər, onlar sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bəyan ediblər. Paşinyanın mətbuat katibi Baqdasaryan da təsdiqləyib ki, Paşinyan və Əliyev sülh müqaviləsi məsələsini tədbirdə vasitəçisiz müzakirə ediblər. İlk baxışdan qəribə görünür. Axı Əliyevlə Paşinyan arasında əvvəlki razılaşma, yəni üçtərəfli bəyanat Rusiya tərəfinin birbaşa iştirakı ilə bağlanıb. İndi Moskva sülh müqaviləsi üzərində işdə kömək edəcəyini vəd etsə də, prosesdən bir qədər uzaqlaşır. Görünür, bu, erməni tərəfi üçün pis əlamətdir. Ehtimal etmək olar ki, İrəvanla Bakı arasında artıq razılaşdırılmış sülh müqaviləsinin mətni erməni tərəfi üçün o qədər pisdir ki, Moskva yenidən Rusiyaya “xəyanətdə” ittiham olunmamaq üçün özünü vasitəçi elan etmək niyyətində deyil. Moskva başa düşür ki, İrəvanla Bakı arasında hazırlanan sülh müqaviləsi Azərbaycanın “son təcavüzündən” sonra ortaya çıxan reallıqların İrəvanın qəbul etməsindən başqa bir şey olmayacaq”.
Sankt-Peterburq sammiti ilə bağlı rusiyalı siyasi şərhçi Aleksandr Razuvayev maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Putin öz milli maraqlarını qoruyan güclü suveren dövlətlərlə işləməyin çox rahat olduğunu, onlarla razılığa gəlməyin mümkünlüyünü dəfələrlə qeyd edib: “Postsovet məkanında bu ölkə Azərbaycandır. MDB məkanında qeyri-suveren oyunçuya misal olaraq isə Ermənistanı göstərmək olar. Onun Qərblə yaxınlaşma istiqamətində indi atdığı addımlar təkcə özünə deyil, eyni zamanda MDB “orqanizmində” mövcud sabitliyə mənfi təsir göstərəcək. Bu mənada Ermənistan birlikdə sabitliyin pozulmasının aparıcı qüvvəsidir. Bölgədə kənar oyunçuların maraqlarını təşviq edən belə bir tərəfdaşla işləmək olduqca çətindir. Azərbaycanı MDB dövlətləri arasında vasitəçi də adlandırmaq olar. Axı Bakı MDB-nin daxili strukturunda regional çoxluğu təşkil edən Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirir. Rusiya-Azərbaycan münasibətləri isə həmin strukturu daha da gücləndirən alətdir”.
İRNA agentliyi də bildirib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dekabrın 26-da Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Qafqaz regionunda baş verən hazırkı hadisələrə toxunaraq Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqlar prosesini alqışlayıb, İranın regionda sülh və sabitliyin yaranmasına dəstəyini vurğulayıb. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da "Guardian"a müsahibəsində deyib ki, yekun sülh müqaviləsinə çox da uzaq olmadığımız müzakirələrin bu vacib mərhələsində nəticəyə yönəlmiş addımlar atmağa ehtiyacımız olduğunu anlamaq vacibdir: “Mən bilirəm ki, otuz il davam edən və önəmli bir nəticə əldə edilməyən müzakirələrdən sonra hər iki tərəfdə müəyyən yorğunluq və məyusluq var ki, biz nə vaxta qədər heç bir məntiqli nəticə əldə etmədən bir-birimizlə görüşməyə davam edəcəyik”. Elçin Əmirbəyov Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsindəki beş prinsipə toxunaraq, “hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birilərinə qarşı hər hansı ərazi iddialarının rədd edilməsi, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi kimi BMT-nin Nizamnaməsinə zidd olan hər hansı aktların rədd edilməsi və iki ölkənin sərhədlərinin delimitasiyası məsələsini” əhatə etdiyini qeyd edib. Qeyd edək ki, Azərbaycanın Qarabağda antiterror əməliyyatından sonra oktyabrın 26-da Tbilisidə Azərbaycan Baş naziri Əli Əsədov və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olub. Daha sonra Azərbaycan regiondan kənar qüvvələrin iştirakı olmadan danışıqların davam etdirlməsini təklif edib. Beləliklə, Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının noyabrın 30-da iki ölkənin dövlət sərhədində beşinci görüşü keçirilib. Hazırda iki ölkə sülh müqaviləsi üzərində işi davam etdirməklə bir-biri ilə təkliflərini bölüşür.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşündə ən mühüm məqamlardan biri Azərbaycan və Ermənistan liderlərinin görüşü oldu. Ekspertin fikrincə, sülh gündəliyinin müzakirə edildiyi görüş qeyri-rəsmi formada baş tutsa da, burada iki məqam diqqət çəkir:

"Birincisi, İlham Əliyevlə Paşinyan Qarabağdan erməni separatizminin ləğvindən sonra ilk dəfə birbaşa təmas qurdu. İkincisi, Qərb görüş təşkil etmək üçün çox israr etsə də, bu, Rusiyada baş tutdu. Ən mühüm detal isə dövlət başçısı İlham Əliyevlə Paşinyanın ikitərəfli formatda müzakirə aparmasıdır. Halbuki vasitəçilik üzərində Rusiya-Qərb qarşıdurması fonunda Putinin üçtərəfli formata çalışacağı gözləntisi var idi. Görünür, Sankt-Peterburqdan sonra Qərbin görüş təşkilində israr edəcəyi gözləntisinə qarşı üçüncü tərəflərin prosesdə iştirak etməməsi prinsipi qorunub. Putin üçün hazırda əsas olan da görüşün Rusiyada baş tutmasıdır. Və belə demək mümkünsə, Rusiya bu görüşlə bölgədə əsas oyunçu olduğunu ən azı vizual olaraq nümayiş etdirdi. Bütün bunlarla yanaşı, Əliyevlə Paşinyanın Sankt-Peterburq təmaslarında yadda qalan iki məqam da var. Tərəflər söhbəti ayaqüstə aparıb və MDB iclasını birlikdə tərk ediblər. Bu texniki detallar ermənilər üçün kabus olan “lift diplomatiyası”nı xatırladır".
Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə liderlərin Sankt-Peterburqda ikitərəfli şəkildə apardığı müzakirələr üçüncü tərəflərin prosesə müdaxiləsi olmadan sülh sazişinin imzalanmasına töhfə verə bilər: "Hər iki liderin iclasdan birlikdə çıxması detalını da əslində ikitərəfli təmas mühitinin formalaşması kimi qəbul etmək mümkündür. Lakin həlledici amil Nikol Paşinyanın sülh gündəliyinə nə qədər sadiq qalacağıdır. “Lift diplomatiyası” adlandırılan Düşənbədə baş nazir verdiyi sözə əməl etməmişdi. Bu baxımdan, Sankt-Peterburq görüşünün ikinci “lift diplomatiyasına” çevriləcəyi, yoxsa sülhə töhfə verəcəyi proseslərin inkişafında bilinəcək".
Erməni-fars cütlüyünün TƏBRİZ HOQQASI - ŞƏRHİran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana səfər edib və erməni həmkarı Arorat Mirzoyanla görüşüb. Hər zamankı kimi Abdullahian İrəvanda sevinc və mehribanlıqla qarşılanıb. Tərəflər ikili əlaqələrin genişləndirilməsindən və Azərbaycanla sülh müqaviləsindən danışıblar. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüb. Görüşdə ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə hər iki tərəf Ermənistan və İran arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin və bu istiqamətdə razılaşmaların həyata keçirilməsi üçün səmərəli addımların atılmasının vacibliyini vurğulayıb. Tərəflər Ermənistan hökumətinin təqdim etdiyi “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsinə də toxunub və regionda uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar”, - məlumatda qeyd olunub. İran xarici işlər naziri onu da əlavə edib ki, 2024-cü ilin ilk həftələrində Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq. Məlumdur ki, İran da Qafanda öz konsulluğunu açmışdı. Görünür, Tehran rejimi buna cavab olaraq Təbrizdə Ermənistana baş konsulluq hədiyyə etməyi qərara alıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev deyib ki, Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması siyasi bir addımdır. Bu, bizim üçün müəyyən mesajdır. O, bu qərarın İranda yaşayan azərbaycanlılar üçün hansısa problem yaradacağını düşünmür: "İran suveren bir ölkə kimi Ermənistanla hansısa münasibətlər qura bilər. Biz illərdir Təbrizdə mədəni mərkəz yaratmaq istəyirik, bu məsələ həll olunmur, lakin necə olursa, Ermənistanın təklifləri tez bir zamanda həllini tapır”.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında öncə Ermənistan üçün Təbrizdə konsulluğunun açılması nə qədər vacibdir məsələsini şərh edib. Deputat bildirib ki, əslində, Ermənistanın Təbrizdə konsulluq açması məntiqsiz bir addımdır: "Çünki Təbriz azərbaycanlıların yaşadığı şəhərdir və orada ermənilər barmaqla sayılacaq qədərdir. Belə olan halda Təbrizdə Ermənistan konsulluğunun xidmətlərindən kim yararlanacaq? Demək olar ki, heç kim. Bu, sadəcə iki əməkdaşdan ibarət bir ofis olacaq. İranla Ermənistan arasındakı ticarət dövriyyəsinə baxsaq görərik ki, burda da nəzərə çarpacaq və böyük perspektivlər vəd ediləcək bir mənzərə yoxdur. Ermənistanın İranla ticarət dövriyyəsi 500 milyon dollar ətrafındadır. Bu dövriyyənin əsas hissəsi Ermənistandan İrana elektrik enerjisi və İrandan Ermənistana qaz ixracı ilə formalaşır. Digər istiqamətlərdə də nəzərəçarpacaq ticarət dövriyyəsi yoxdur. Belə olan halda Ermənistanın Təbrizdə konsulluğun açılmasına nə ehtiyac var?!".
Parlamentari vurğulayıb ki, məsələnin kökündə siyasi məqsədlər dayanır: "İran Qafanda konsulluq açıb. Ancaq məntiqlə məsələyə yanaşsaq, görərik ki, İrana da Qafanda konsulluq lazım deyil. Bu, sadəcə İranın layihəsidir və Ermənistan da İranın planları ilə hərəkət edir. Abdullahian İrəvanda yenə də Ermənistan sərhədlərinin özləri üçün "qırmızı xətt" olduğunu bildirdi. İranı narahat edən əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. İran bütün vasitələrlə Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyir. Çünki yol ancaq İranın ərazisindən keçdiyi təqdirdə rəsmi Tehran siyasi və iqtisadi dividendlər əldə edə biləcək. Zəngəzur dəhlizinin açılacağı təqdirdə İran ərazisindən keçən yolun əhəmiyyəti azalacaq".

A.Badamov qeyd edib ki, Abdullahianın İrəvana səfərinin zamanı da diqqətdən kənarda qalmamalıdır: "Paşinyan Sankt-Peterburqa səfər edir və Rusiya ilə münasibətlərini yoluna qoymaq istiqamətində hərəkətlər müşahidə olunur. O cümlədən Qərbin Ermənistanla bağlı səsləndirdiyi fikirlər azalmağa başlayıb. İranın da istəyi Ermənistanın Qərbə doğru getməsi deyil. Tehran İrəvanın Rusiyaya yaxın qalmasında maraqlıdır. Ermənistanda Qərb möhkəmlənərsə, bu, İranın maraqlarına ziddir. Ona görə də Abdullahian dərhal İrəvana gəlir və Təbrizdə konsulluğu tez-bazar açdırmaqla ermənilərin könlünü almağa çalışır. Ermənistana isə bu konsulluq lazım deyil və konsulluğun saxlanılması xərcləri İran tərəfindən qarşılanacaq".
Millət vəkilinin qənaətincə, Təbrizdə Ermənistan konsulluğunun açılması həm də Azərbaycana bir mesajdır: "İran bununla demək istəyir ki, istədiyi yerdə konsulluq aça bilər. Bu, güneydəki azərbaycanlıların istəklərinə qarşıdır. İranın belə addımlarını Azərbaycana qarşı münasibətinin necə olduğunun göstəricisi hesab edirəm. Azərbaycan İranla münasibətlərini normallaşdırmağa çalışır. İran isə öz hərəkətləri ilə münasibətlərin normallaşması prosesinə balta vurur".
Liderlər mövqelərini AÇIQ DEDİLƏR... - ikilikdə... təmtəkcə...Dünyanın ən ciddi siyasi formatlarından medianın və oxucunun ən çox yadında qalan anlar məhz bu cür epizodlardır. Hansısa ciddi prosesin taleyini həll edən, ən ağır siyasi qərarlara səs verən liderlərin, televiziya dili ilə desək, “qalstuksuz” halları. Xüsusilə, onlar bir-biri ilə 30 illik müharibə dövrünü yenicə arxada qoymuş iki ölkənin liderləri olanda.

Bu baxımdan, Moskvada MDB dövlət və hökumət başçılarının sonuncu qeyri-rəsmi görüşü də istisna olmadı.

Görüş bir neçə bu cür epizodla yadda qaldı. Rusiya Prezidenti Vladimir Putinin tünlükdə Ermənistan Baş naziri Nikol Paşinyanıb qolundan çəkərək ona əl-qolla nəyisə izah etməsi anı, Azərbaycan Prezidentinin digər ölkə başçıları ilə görüş səhnələri… Bizim auditoriya üçün isə ən maraqlı an Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın deyə-gülə nə barədəsə danışmaları epizodu oldu.

İlham Əliyev və Nikol Paşinyan nümayəndə heyəti üzvləri və cangüdənlərin əhatəsində hansısa binanı birlikdə tərk edirlər. Digər ölkələrin rəhbərləri isə görünmür. İlham Əliyevin üzünü Paşinyana tutaraq təbəssümlə nəsə deməsi iki liderin ayaqüstü söhbətinin nəticəsinin olduğunu, ən yaxşı halda isə pis keçmədiyini deməyə əsas verir.

Bu, Qarabağdakı separatçılığa son qoyulandan və Azərbaycan özünün bütün ərazisində suverenliyini təmin edəndən sonra liderlərin ilk təması idi. Həm də Moskvada və qeyri-formal sammitdə. Bir çox siyasi müşahidəçilər, diplomatlar da şəxsi müşahidələrinə və təcrübələrinə əsaslanaraq bildirilər ki, bəzən ən ciddi problemləri, rəsmi görüşlərdə söyləmək mümkün olunmayanları beləcə qeyri-rəsmi, qalstuksuz, səmimi görüşlərdə çatdırmaq olur. Mümkündür ki, bu görüş də həmin vacib görüşlərdən biridir.

Daha bir maraqlı məqam. Bir neçə həftə öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva sammiti çərçivəsində İlham Əliyevlə Paşinyan arasında danışıqların mümkünlüyünü dilə gətirmişdi. Amma Putinin mətbuat katibi Dmitri Peskov görüşdən bir neçə gün öncə açıqlama ilə çıxış edərək, Moskvada Əliyev-Paşinyan danışıqlarının nəzərdə tutulmadığını bildirdi. Görüş isə baş tutdu, amma Lavrovun (Rusiyanın) söylədiyi kimi yox. Geniş ictimaiyyətə açıqlanan görüntülərdən birində Azərbaycan və Ermənistan liderlərinin bir kənara çəkilərək, ikilikdə söhbət etdiyi görünür. Və həmin epizodda Əliyevin nəyisə Paşinyana çatdırmaq istədiyi hiss olunur.

Belə aydın olur ki, Azərbaycan və Ermənistanı liderləri görüşməkdə və danışmaqda problem görmürlər, məsələ harada və necə görüşməkdir. Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşün olmayacağı açıqlansa da, Əliyev və Paşinyanın ikili görüşü, hər halda, baş tutdu. Vasitəçisiz…

Hər halda, ən pis sülh, ən yaxşı müharibədən daha gözəldir.

Mənbə: Press Klub

2024-cü ilin noyabrında Azərbaycan COP29 tədbirinə ev sahibliyi edəcək. Bu çərçivədə bir neçə ölkədən çox sayda nümayəndənin ölkəmizə gəlməsi nəzərdə tutulur.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 tədbirinə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı bir çox ölkələrin rəsmi nümayəndələri, prezidentləri, baş nazirləri qatılmışdı. O cümlədən Ermənistan Prezidenti Vaaqn Xaçatryan da sammitə iştirak üçün Dubaya səfər etdi.

Maraqlıdır ki, Ermənistanın Baş nazir administrasiyasının Azərbaycanla birgə bəyanatında İrəvanın COP29-un keçirilməsi üçün namizədliyini geri götürdüyü, digər Avropa ölkələri də Azərbaycanın namizədliyini dəstəkləməyə çağırdığı qeyd olunurdu.

Beləliklə ölkəmizin ev sahibliyi edəcəyi tədbirdə iştirak üçün Ermənistan Prezidenti, yaxud baş nazirinin Bakıya gəlməsi mümkündürmü?

Mövzunu Globalinfo.az-a dəyərləndirən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, tədbir təkcə Azərbaycan üçün deyil, Qafqaz üçün vacibdir:

“COP29 hər növ savaşdan, qarşıdurmadan, müharibədən öndə gələn, yüksək idealları özündə birləşdirən bir qlobal tədbirdir. Hesab edirəm, Prezident İlham Əliyevin Azərbaycanın bu tədbirə ev sahibliyi etmə təşəbbüsü ölkəmizin dünyada nüfuzuna çox ciddi müsbət təsir göstərəcək. İqlim və ətraf mühit daxil, ümumi təhlükəsizlik və stabilliyə təhdid yaradan qayğıları dünya ilə bölüşəcəyik. Bakı deklarasiyası özlüyündə yeni hədəflər və öhdəliklər müəyyənləşdirəcək.

Bütün prosesin tərkib hissəsi olan əsas amillərdən biri sülh və əməkdaşlıqdır. Ermənistan nümayəndələrinin tədbirdə iştirak üçün Bakıya gəlmələri də gözləniləndir. Tədbir sadəcə Azərbaycan üçün deyil, Qafqaz üçün əhəmiyyətlidir”.

Xəbər lenti