Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvar ayının 18-də Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

DİN-dən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.01.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

İranşünas kimi təqdim edilən Vardan Voskanyan Ermənistanın 29,8 min kv.km ərazisinin hələ də Azərbaycan tərəfindən tanınmadığını bildirib.

Axar.az xəbər verir ki, Bakının ünvanına kəskin ifadələr işlədən Voskanyan bir xətirə də paylaşıb və Azərbaycanın məhz belə bir Ermənistan görmək istədiyini deyib.

Voskanyanın ifadə tərzindən asılı olmayaraq, məsələ budur ki, sözügedən xəritə 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan Respublikasının real ərazilərini əhatə edir.

Görünür, Voskanyan özü də Ermənistanın ərazisinin hara qədər olduğunu yaxşı bilir və iranşünas olaraq anlayır ki, Göyçə, Zəngəzur, Vedibasar ərazilərini Sovet imperiyası 1920-ci il işğalından sonra Azərbaycandan qopararaq Ermənistana birləşdirib.

2024-cü ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Plana müvafiq olaraq cari ildə nəzərdə tutulan birgə tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.

2024-cü il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər icra olunacaq.

Ağ Ev rəsmisi özü də istəmədən mövcud situasiyada Rusiyanın deyil, məhz ABŞ-ın Cənubi Qafqazda savaşa sponsorluq etdiyini dolayısı ilə təsdiqlədi... Ona görə də, Azərbaycan ermənipərəst ABŞ və Qərbin vasitəçilik etdiyi sülh platformalarındakı müzakirələrdən haqlı olaraq, məsafə saxlamağa üstünlük verir...

Cənubi Qafqazda geopolitik gərginliyin aradan qaldırılması istiqamətində atılan addımlar hələlik müsbət nəticələrdən uzaqdır. Belə ki, regional sülh prosesində hələ də böhranlı situasiya hökm sürür. Üstünlük, zaman keçdikcə, sülh prosesi ətrafında mövcud olan vəziyyət daha da qəlizləşməkdə davam edir. Və bu, yaxın vaxtlarda yekun sülh sazişinin imzalanma ehtimalına olan ümidləri də ciddi şəkildə zəiflədir.

Onu da qeyd etmək lazımdır ki, son bir neçə ay ərzində ötən ilin sona qədər yekun sülh sazişinin imzalanacağı vəd olunurdu. Xüsusilə də, Paşinyan hakimiyyəti bunun mümkün olduğunu iddia edirdi. Rəsmi İrəvan üzərində anlaşma əldə əldə edildiyi üç prinsip əsasında yekun sülh sazişini imzalamağa hazır olduğunu bəyanlayırdı. Halbuki, bu, hələ də baş verməyib. Və yenicə başlamış bu il də reallığa çevrilib-çevrilməyəcəyi kifayət qədər ciddi şübhələr doğurur.

Təbii ki, regional sülh prosesində belə uğursuz vəziyyətin yaranmasının önəmli səbəbləri də mövcuddur. Üstünlük, bu səbəblərin sırasına rəsmi İrəvanın yekun sülh sazişini müxtəlif manipulyativ manevrlərlə yayınması ilə yanaşı, Cənubi Qafqazda geopolitik maraqları olan dünya nəhənglərinin bu prosesə kobud müdaxiləsi də daxildir. Xüsusilə də, ABŞ və Qərbin regional sülh prosesində tərəfsiz vasitəçilik prinsiplərindən imtina edərək, birmənalı şəkildə ermənipərəst mövqe tutması ən böyük əngələ çevrilib.

Maraqlıdır ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin son açıqlamaları da real vəziyyətin daha obyektiv təhlilinə əlavə imkanlar açır. Çünki Ağ Ev rəsmisi bildirib ki, Rusiya heç bir halda, ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur. Ona görə də, Ağ Ev bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətindədir. Və ABŞ rəsmi dairələri Azərbaycan-Ermənistan nizamlanması üzrə xarici işlər nazirlərinin görüşünü keçirməyi də planlaşdırır.

Əslində, Ağ Ev rəsmisinin bu açıqlamasında məzmun etibarilə müəyyən etiraflar da mövcuddur. Üstəlik, həmin dolayısı etirafın məzmunu onu göstərir ki, Azərbaycan ABŞ və Qərbin sülh danışıqları platformalardan məsafə saxlamaqda tamamilə haqlıdır. Xüsusilə də, açıqlamada Rusiyanın sülh prosesinə əngəl olmadığının vurğulanması ABŞ və Qərbin bloklayıcı fəaliyyətini növbəti dəfə təsdiqləmiş olur. Və bu baxımdan, ABŞ-ın vasitəçiliyi ilə xarici işlər nazirlərinin görüşünün təşkili də əslində, reallaşa biləcək məsələ təsiri bağışlamır.

Təbii ki, Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdə Rusiyanın da öz geopolitik maraqları mövcuddur. Yəni, elə Kreml də bütün imkanları çərçivəsində regional sülh prosesinə kobud şəkildə müdaxilə edərək, Rusiyanın geopolitik maraqlarını təmin etməyə çalışır. Ancaq önəmli məqamlardan biri odur ki, Rusiyanın regional sülh prosesinə birbaşa müdaxilə imkanları hazırda o qədər də geniş deyil.

Əksinə, əvvəlki dövrlərdən fərqli olaraq, indi Rusiya Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında müəyyən mənada, oyundan kənar vəziyyətə salınmış kimi görünür. Çünki Paşinyan hakimiyyəti ABŞ və Qərbin təlimatlarını icra edərək, Rusiyanın vasitəçiliyi ilə təşkil olunan görüşlərə qatılmaqdan imtina edir. Və bu səbəbdən də, Kreml "sülh masası"ndan məsafəli durumdadır.

Bütün bunları nəzərə aldıqda, hazırda Rusiyanın sülh prosesinə birbaşa əngəl törədə bilmədiyini də düşünmək olar. Ancaq ABŞ və Qərb isə əksinə, indi Cənubi Qafqazdakı sülh prosesinə ciddi şəkildə müdaxilə edir. Bu məqsədlə isə "geopolitik alətə" çevirdiyi Ermənistandan istifadə etməyə çalışır. Yəni, ABŞ, eləcə də Avropa Birliyi və Fransa Azərbaycan-Ermənistan sülh danışıqlarını öz geopolitik maraqlarının girovuna çevirməyə can atır.

Məsələ ondadır ki, bir müddət öncə məhz ABŞ ermənipərəst mövqe tutaraq, Azərbaycanı təhdid etmişdi, rəsmi Bakıya təzyiq göstərməyə çalışmışdı. Bunun cavabı adekvat addımlar ilə verildikdən sonra isə Ağ Ev geri çəkilmək və Azərbaycan-ABŞ münasibətlərini yenidən normallaşdırmaq məcburiyyətində qalmışdı. Və bundan sonra ABŞ-ın tərəfsiz vasitəçilik prinsiplərindən danışmaq hüququ demək olar ki, qalmayıb.

Eyni zamanda, hazırda məhz Fransa Ermənistanı silahlandırmaqla, Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti gərginləşdirən addımlar atmaqla, məşğuldur. Yəni, Rəsmi Paris öz ermənipərəst davranışları ilə Cənubi Qafqazda sülh prosesini pozmağa cəhd göstərir. Digər tərəfdən, ermənipərəst Fransaya paralel olaraq, Avropa Birliyi də məhz Ermənistanın qatı beynəlxalq himayədarı statusunda çıxış edir.

Təbii ki, bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda sülh prosesinin qarşısında əsas əngəl rolunu indiki situasiyada Rusiyadan daha çox, məhz ABŞ və Qərb oynayır. Ona görə də, rəsmi Bakı ABŞ və Qərbin vasitəçilik etdiyi sülh platformalarındakı müzakirələrdən haqlı olaraq, imtina edir. Əgər, ABŞ və Qərb həqiqətən Cənubi Qafqazda sülh istəyirsə, onda ermənipərəst mövqeyindən imtina etməlidir, tərəfsizlik prinsiplərini hər şeydən üstün tutmalıdır.

Göründüyü kimi, Ağ Ev rəsmisinin son açıqlaması məzmun etibarilə əslində, ABŞ-ın Cənubi Qafqazda gərginliyi artıraraq, hərbi-siyasi qarşıdurma yaradan əsas tərəf olduğunun dolayısı etirafıdır. Yəni, Ağ Ev özü də istəmədən boynuna alır ki, mövcud situasiyada Rusiyadan daha çox məhz ABŞ savaşın sponsoru funksiyasını icra edir. Və bu baxımdan, ABŞ-ın sülh naminə sadəcə, kənara çəkilməsi daha faydalı variant ola bilər.

"Yeni Müsavat"

“Azərbaycanda dini etiqad azadlığı ilə bağlı narahatlıqların ifadə edilməsi Azərbaycan cəmiyyətinin ən güclü tərəflərindən biri olan dini və etnik tolerantlığı pozmağa yönəlmiş yersiz cəhd kimi görünür”.

Bu barədə “Trend”ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Azərbaycanda yaşamaq və ABŞ-Azərbaycan münasibətləri üzərində işləmək şəxsi təcrübəm göstərir ki, Azərbaycan müxtəlif dini icmalara gəldikdə təəccüblü dərəcədə müxtəlif və tolerantdır. ABŞ-ın nöqteyi nəzərindən Azərbaycanın strateji baxımdan ən güclü tərəflərindən biri Azərbaycan cəmiyyətinin əsasən şiə İslam cəmiyyətinin olduğu dünyəvi, lakin mahiyyətcə dünyəvi olmasıdır”, - deyə o bildirib.
M.Brayza qeyd edib ki, əhalisinin əksəriyyəti şiə olan dünyəvi cəmiyyət olmaqla Azərbaycan tolerantlıq və iqtisadi inkişaf nümunəsidir:

“Mən Azərbaycanda yaşayanda katolik idim. Hər bazar günü Bakıdakı Roma Katolik Kilsəsindəki katolik mərasimində iştirak edirdim. Mən həmçinin fəal protestant icmaları və pravoslav xristianlarla tanışam, həm də təbii ki, dünyanın ən qədim icmalarından biri olan oradakı yəhudi icması ilə də tanışam. Düşünürəm ki, demək olar ki, bütün azərbaycanlılar Krasnaya Slobodanın dağ yəhudiləri ilə fəxr edirlər. Mən bilirəm ki, pravoslav yəhudi icması inkişaf edir və onun baş ravvinlərindən biri bir dəfə mənə dedi ki, Azərbaycanda antisemitizm yoxdur. Və təbii ki, dini müxtəliflik baxımından Azərbaycanda təkcə şiə müsəlmanlar deyil, böyük əksəriyyəti təşkil etmələrinə baxmayaraq, təbii ki, sünnilər də var, xüsusən də bildiyim kimi Azərbaycanın şimal-qərbində”.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər.

Əziz həmvətənlər!

Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!".

Azərbaycan Respublikasının İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Danimarka Kraliçası II Marqrete tərəfindən bu ölkədə akkreditə olunmuş səfirlər üçün keçirilən Yeni il qəbulunda iştirak edib.

“Bu barədə azərbaycanlı diplomat “X” hesabında paylaşım edib.

Kristiansborq Sarayında keçirilən qəbul zamanı səfir Zaur Əhmədov Kraliçaya və Vəliəhd Şahzadə Fredrikə Yeni il təbriklərini çatdırıb.

“Mən Ülyahəzrət Kraliçanın Kopenhagendəki Kristiansborq sarayında keçirilən Yeni il qəbulunda iştirak etməkdən, Ülyahəzrət Kraliçaya və Danimarkanın Vəliəhd Şahzadəsinə xoş arzularımı çatdırmaqdan şərəf duyuram”,- o yazıb.

429718

Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

Prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.

Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək.

Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.

Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Rusiya sülhməramlıların Qarabağda qalması ilə bağlı məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir.

Lent.az bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, məsələnin müzakirəsi Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycana aid olduğunu etiraf etmək qərarından sonra intensivləşib.

"Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-dakı üçtərəfli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilib", - diplomat xatırladıb.

O qeyd edib ki, bu sənədi heç kim ləğv etməyib. "Bu, sülhməramlılarımızın bölgədə 5 il, yəni 2025 - ci ilin noyabr ayına qədər və sonra daha da uzadılması ehtimalı ilə yerləşməsini nəzərdə tutur", - Qaluzin deyib.

O, etiraf edib ki, "yer üzündə" vəziyyət Ermənistanın Qarabağla bağlı Avropa İttifağının himayəsi altında keçirilən sammitlərdə təsbit olunmuş qərarından sonra kəskin şəkildə dəyişib.

"İndi sülhməramlıların Qarabağda qalması ilə bağlı məsələlərə yalnız Azərbaycan tərəfi ilə baxılır", - diplomat vurğulayıb.

Rusiya Azərbaycanla sülhməramlıları müzakirə edir... - 2025-ci ilin noyabr ayınadək...Moskva Qarabağdakı sülhməramlılarla bağlı bütün məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir.

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.

Qaluzin xatırladıb ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilib.

"Bu sənədi heç kim ləğv etməyib. Orada bizim sülhməramlılarımızın 5 il müddətində, yəni 2025-ci ilin noyabr ayına qədər qalması nəzərdə tutulur", - o əlavə edib.
Qaluzin qeyd edib ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və sülhməramlılarla bağlı msələlər Azərbaycanla birlikdə nəzərdən keçirilir.

"İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv şəraitdə baş verir", - nazir müabini vurğulayıb.

Rusiya xarici işlər nazirinin müavini iddia edib ki, ABŞ Cənubi Qafqazı Rusiyaya qarşı “ikinci cəbhə” üçün tramplin hesab edir: "Bu, region xalqlarının maraqlarına ziddir".

Xəbər lenti