Biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada əlverişli görünə biləcək hansısa nailiyyət dalınca qaçmaq lazım deyil.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.

“Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsin. Bax, əsas məsələ bu idi”, - deyə dövlətimizin başçısı əlavə edib.

İnfrastruktur layihələri (Qarabağ və və Şərqi Zəngəzurda həyata keçirilən – red.) imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq.

Bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlətimizin başçısı Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sülh sazişinin imzalanmasl gözlənilir? - İrəvan tam hazır deyil

Yanvarın 4-də İrəvan Bakıya Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi ilə bağlı əlavə təkliflər təqdim edib. Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli ictimai televiziyaya müsahibəsində deyib. Onun sözlərinə görə, hələlik rəsmi Bakı bununla bağlı mövqe bildirməyib. Armen Qriqoryan həmçinin əlavə edib ki, yanvarın sonunda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası olacaq. Qeyd edək ki, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin iştirakı ilə görüş 2023-cü ilin noyabrın 30-da baş tutub. Bakı sərhədlərin delimitasiyasını sonraya saxlamağı, sülh sazişinin imzalanmasını, yaxud ən azı bununla bağlı niyyət sənədinin qəbul edilməsini istəyir. İrəvan isə “güzgü prinsipi”ni, yəni qoşunların qarşılıqlı şəkildə geri çəkilməsini irəli sürür. Həmçinin ikitərəfli formatda danışıqları daha çox sərhəd məsələsi üzərində fokuslamaqla əsas müzakirələri Qərb platformasına daşımağa çalışır. Ekspertlərə görə, bu yanaşma sülh sazişinin imzalanmasını gecikdirən amildir.
Tərəflər arasında sülh danışıqları prosesini "Sherg.az"a dəyərləndirən politoloq Azər Rəşidoğlu yaxın günlərdə sülh müqaviləsinin imzalanmayacağını düşünür. Ekspertin fikrincə, bunun baş verməsi üçün Ermənistan tərəfinin ciddi addım atması lazımdır:

"Hazırda belə bir addımın atılacağı niyyətini müşahidə etmirik. Ermənistan siyasi məkanında güclü fikir ayrılığı hökm sürür. Bu ildən etibarən ölkədə vəziyyətin gərginləşəcəyi gözlənilir. Qarabağ separatçılarının Ermənistan ərazisində yenidən qondarma qurumu bərpa etmələri, “dövlət institutlarının” bərpa cəhdləri ona işarə edir ki, İrəvan sülhün imzalanmasında hələlik maraqlı deyil. Ermənistan hökuməti ilk növbədə qanunsuz rejimin bütün fəaliyyətini tam dayandırmalıdır. Bunu etmirsə, deməli, prosesin bu cür gedişində İrəvan da maraqlıdır və şərikdir. Açıqlamalar fərqli yöndə olsa da, reallıqda Ermənistan tərəfi bütün yollardan istifadə etməklə, sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışır. İrəvanın hazırkı strategiyası bundan ibarətdir".

İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib.

Bu barədə Prezidentin Mətbuat Xidməti xəbər yayıb.

Bakının Zəngəzur şərti - “Naxçıvana gedən yüklərə baxıla bilməz...”Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Zəngəzur dəhlizinin iş qrafiki ilə bağlı Azərbaycanın yeni və maraqlı mövqeyini açıqlayıb.

H.Hacıyev müsahibəsində qeyd edib ki, ölkəsi malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyir: “Biz malların gömrük və sərhəd nəzarətindən yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyirik. Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq”.

Bu, o deməkdir ki, Naxçıvana gedən mallar heç bir halda gömrük və sərhəd yoxlanışından keçə bilməz. Çünki həmin məhsullar Azərbaycanın bir hissəsindən digər hissəsinə gedir, məhsullar bağlı formada getməlidir və heç kim ona dəyə bilməz.

İqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov Bakı-xeber.com-a deyib ki, beynəlxalq praktikada belə örnəklər var: “Məsələn, Kalininqrad vilayətinin Rusiya ilə birbaşa quru əlaqəsi yoxdur. Rusiya Litva vasitəsilə gömrük və sərhəd yoxlaması olmadan Kalininqradla əlaqə saxlayır. Ora yüklərin daşınmasını təmin edir. Məsələ ondadır ki, 1991-ci ildə SSRİ dağılandan sonra digər respublikalar kimi, Litva da müstəqillik qazanıb. Bu zaman Rusiyanın eksklavı olan Kalininqrad ölkənin əsas, yəni materik hissəsi ilə əlaqəni itirmiş olub. Düzdür, Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Duma bir müddət sazişi ratifikasiya etmədi. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə olunandan sonra həmin sazişi ratifikasiya etdi. Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb. Ona görə də bənzər qaydada Azərbaycandan Naxçıvana yoxlama və rüsumlar olmadan yüklər daşına bilər. Yetər ki, Ermənistan Naxçıvanla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Çünki prinsipcə, 2020-ci il noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış birgə bəyanatın 9-cu bəndi həmin əlaqənin yaradılmasını nəzərdə tutur. 9-cu bənddə maneəsiz gediş-gəlişin təmin edilməsi məzmun baxımından elə bunu özündə ifadə edir. Ona görə də Azərbaycanın yanaşması tamamilə obyektivdir və beynəlxalq hüquqa söykənir. Ermənistan Azərbaycanın Naxçıvanla maneəsiz tranzit əlaqəsinin qurulması öhdəliyinə əməl etməlidir”.

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizi ətrafında Ermənistan son üç ildən artıq bir zaman kəsiyində nə qədər çılğınlıq nümayiş etdirsə də gerçək olan budur ki, onun bu yolun açılmasına razılıq verməkdən başqa çıxış yolu yoxdur: "Sərhədləri dörd bir tərəfdən azərbaycanlıların yaşadığı ərazilərlə əhatə olunan Ermənistan hökuməti bu məsələdə geriyə heç bir yolun olmadığını hamıdan yaxşı anlayır. Zəngəzur dəhlizinə rusların nəzarət etməsini istəməyən Ermənistan Rusiya ilə arasında yaranmış bu problemi özü çözməlidir. Ermənistan unutmamalıdır ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra imzaladığı kapitulyasiya aktında, öz üzərinə bu kommunikasiyanın açılması və ona rus hərbiçilərinin nəzarət etməsi öhdəliyini götürüb. Rusiya da indi Ermənistan rəhbərliyindən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi tələb edir. Lakin Ermənistan hakimiyyəti Qərbin və ilk növbədə Fransanın şirin vədlərinə inanıb bu öhdəlikdən imtina etməyə çalışır. Sözdə bu öhdəlikdən imtina etmək o qədər də çətin deyil. Ancaq bu, erməni hökuməti üçün o qədər də asan məsələ deyil. Əvvəla, dediyimiz kimi, ortada Ermənistanın imzası ilə təsdiqlənən öhdəlik var. İkincisi, Ermənistanın bütün sərhədlərini ruslar qoruduqları halda nədən onlar bunu Zəngəzur dəhlizində edə bilməsinlər? Üçüncüsü, Ermənistanın ərazisində Rusiyanın bir neçə hərbi bazası mövcuddur. Dördüncüsü, Ermənistan iqtisadiyyatının 80%-ə qədəri birbaşa və dolayısı ilə Rusiyanın nəzarətindədir. Və nəhayət, beşincisi, Ermənistanın ixracının 50%-dən çoxu Rusiyanın payına düşür. Bütün bu dediklərimiz ortada olduğu halda Ermənistan hökumətinin Zəngəzur dəhlizi ilə bağlı hər hansı başqa bir addım atmağa cürətlənməsi, sadəcə, absurddur. Bu gün Rusiya Ermənistanın ondan asılılığını xarakterizə edən, yuxarıda sadaladığımız "alətlərinin" hər hansı birini hərəkətə gətirsə, Ermənistan bir dövlət kimi, sadəcə, çökər.

Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycandan Naxçıvana daşınan yüklər Ermənistanın sərhəd və gömrük nəzarətinə məruz qala bilməz. Bu dəhlizin bizim üçün mövcud olan əsas şərtlərindən biri və birincisi məhz budur".

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, 10 noyabr üçtərəfli bəyanat Ermənistanın müxtəlif vəzifəli şəxsləri tərəfindən zaman-zaman təhrif olunmuş formada təqdim edilir. Həmişə bu bəyanatın müddəalarını onlar öz arzularına uyğun olaraq təhrif və şərh edirlər: "10 noyabr üçtərəfli bəyanatının müddəalarına Azərbaycan tam əməl edib, bu müddəalardan irəli gələn addımları atıb. Ancaq Ermənistan faktiki olaraq bu sənədlə öz üzərinə götürdüyü öhdəliklərin bir çoxunu yerinə yetirməyib. Onlardan biri də Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan müddəadır. Zəngəzur dəhlizinin açılmasını şərtləndirən bu müddəa Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəhlizin açılmasını nəzərdə tutur. Orada yazılmayıb ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana göndərilən və Naxçıvandan göndərilən yüklər Ermənistan qurumları tərəfindən açılıb yoxlanılmalıdır, yaxud Ermənistan tərəfindən gömrük vergisinə cəlb olunmalıdır. Ona görə də Azərbaycan tərəfinin qaldırdığı məsələ tamamilə məntiqlidir və 10 noyabr üçtərəfli bəyanatının şərtinə də uyğundur. Ermənistan tərəfi isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır. Azərbaycan Ermənistana ərazi iddiaları irəli sürmür və Ermənistanın ərazi bütövlüyünün pozulmasına cəhd göstərmir. Zəngəzur dəhlizinin açılması Ermənistanın ərazi bütövlüyünün pozulmasını nəzərdə tutmur. Azərbaycanın mövqeyi həm beynəlxalq hüquqa, həm 10 noyabr üçtərəfli bəyanatına, həm də sülh prosesində əldə edilmiş razılaşmaların mahiyyətinə uyğundur. Bu bir zərurətdir və Ermənistan bunun qarşısını ala bilməz. Əgər Ermənistan sülh istəyirsə, bizim aramızda heç bir məsələ açıq qalmamalıdır və öhdəliklər yerinə yetirilməlidir".

“Yeni Müsavat”
Ermənistan Qarabağdan birdəfəlik imtina üçün sənəd hazırlayır: - Maddə-maddə dəyişəcək“Hraparak” qəzeti Ermənistanın Baş naziri Nikol Paşinyanın konstitusiya islahatına hazırlaşdığı barədə məqalə dərc edib.

Qeyd edilir ki, Ermənistan konstitusiyaya dəyişiklik edilməsi zərurəti ilə bağlı bir neçə dəfə fikrini dəyişən Nikol Paşinyan artıq bununla bağlı qərara gəlib.

“Cebhe.info”-nun məlumatına görə, bu barədə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan keçirdiyi mətbuat konfransında açıqlama verib.

Qəzet yazır:

“Qeyri-hökumət dairələrində Paşinyanın növbədənkənar seçkilərə qədər konstitusiya dəyişiklikləri edəcəyi uzun müddətdir deyilir. Bəs müəlliflərinin Serj Sarkisyana “paltar tikdiyi”, lakin onun payının Paşinyana çatdığı bu super-prezident Konstitusiyasında onu nə qane etmir? Bəlkə hakimiyyətini daha da gücləndirmək üçün yeni mexanizmlər tətbiq etmək qərarına gəlib, bəlkə məsələ Konstitusiyanın preambulasından imtina etməkdədir?

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Prezidenti aprel müsahibələrinin birində demişdi ki, ermənilər ərazi ambisiyalarından əl çəkməli, konstitusiyalarını dəyişdirməlidirlər. İndiki konstitusiyanın preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsindən bəhs edilir və sənədin bəyannamə əsasında hazırlanmalı olduğu bildirilir. Müstəqillik Bəyannaməsinin əsasını isə Ermənistan Ali Sovetinin və “Qarabağ Milli Soveti”nin Ermənistanla Qarabağın birləşdirilməsi haqqında qərarı təşkil edir.

Qarabağ indi boşalsa da, kağız və mürəkkəblə Azərbaycana təhfil verilməyib. Xatırladırıq ki, konstitusiya islahatı mövzusu idarəetmə modelinin dəyişdirilməsi və super Baş nazirlik hökumətindən imtina məsələsinin müzakirə olunduğu 2018-ci ildən bəri Ermənistan hakimiyyətinin gündəmindədir. Paşinyan 2021-ci ildə 1 mart mitinqi zamanı. yarıprezidentli idarəetmə üsuluna keçəcəyini açıqlayıb. Lakin bunlar 2020-ci il müharibəsindən sonra yaranmış gərginliyi azaltmağa və özünün hakimiyyətini uzatmağa yönəlmiş bəyanatlar idi. Bir neçə ay sonra, 2021-ci ilin dekabrında artıq mövqelərinin möhkəmləndiyi bir vaxtda, o, son aylarda baş verənlərin indiki modelin effektivliyini sübut etdiyini və əvvəlki idarəetmə sisteminə qayıtmağı düzgün hesab etmədiyini bildirib.

O, QHT-lərdən və özünə sadiq siyasətçilərdən konstitusiya islahatları şurası yaradıb. Şuranın tərkibinə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi, Milli Məclisin Dövlət Hüquq Komissiyasının sədri, hüquq müdafiəçisi, Konsitusiya islahatları Şurasının üzvü Vigen Köçəryan, Edmon Marukyan, Respublika partiyasından Masis Melkonyan, Artur Sakunts, Tiqran Yeqoryan və Daniel İhonnisyan daxil idi. Hətta onlar məhz yeni konstitusiyanı yazacaq daha 5 mütəxəssis üzv seçdilər.

Baxmayaraq ki, bu, 2022-ci ilə qədər planlaşdırılırdı. Dekabrın 28-də konstitusiya islahatları konsepsiyasının layihəsi təsdiqlənib Baş nazirin Aparatına təqdim edilməli idi. 2023-cü ilə qədər isə layihə iyunun 30-da təsdiqlənməli idi. Lakin bütün müddətlər pozuldu. Yalnız dünən məlum olub ki, konsepsiya ilin sonunda qərargaha göndərilib, proseslər sürətlənib, bəlkə də Paşinyan fövqəladə rejimə keçmək qərarına gəlib”.

Dünən Konstitusiya İslahatları Şurasının üzvləri və ədliyyə naziri Qriqor Minasyan mətbuat konfransı keçirib.

“Bizim hazır konsepsiyamız var, onun 70 faizi şurada müzakirə edilib və səsə qoyulub, ancaq bir neçə konseptual müddəalarımız var ki, onlar yalnız ekspert komissiyasının müzakirəsinə çıxarılıb... Yanvarın 15-dən başlayaraq çox intensiv işlərimiz olacaq. Bir neçə aydan sonra isə yekun konsepsiyamız olacaq... Şura tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətin məlumatlandırılması proseduru başlayacaq. Yəni maddə-maddə dəyişəcək, yeni konstitusiya yazılmağa başlayacaq. Biz müddəti bir az 2023-cü ilə keçirdik. Ancaq Lakin ilin sonunda həqiqi vaxta çatdıq”,-nazir belə deyib.

Yeni konstitusiyanın konsepsiyasına gəlincə, bəzi detallar məlum olub. Nəşrin məqaləsindən aydın olur k, hakimiyyət modelinin dəyişdirilməsi planı yoxdur, Ermənistan parlament sistemi ilə yaşamağa davam edəcək. Əvəzində ilk növbədə, bəzi problemli təkliflər təsdiqlənib ki, bunlar da Nikol Paşinyana sərfəlidir:

“Güman ki, Milli Məclisə növbədənkənar seçkilər üçün Baş nazirin istefası lazım olmayacaq. Mövcud konstitusiyaya görə, Baş nazir iki dəfə seçilməsə, bu, parlamentin buraxılması ilə nəticələnəcək. Dəyişikliklərdən biri növbədənkənar seçkilər zamanı parlamentin özünü buraxma ehtimalına aiddir. Bununla da Nikol Paşinyan güman ki, istefasından sonra da postunu tutması və seçki proseslərinə təsir göstərməklə bağlı tənqidlərdən yayınmaq istəyir.

Konsepsiyada öz növbəsində, parlamentin rolunun artırılması, siyasi böhranın həlli açarı qanunvericilik strukturuna həvalə olunması mənasız əsaslandırılır. Lakin aydındır ki, bir tərəfdən Baş nazir böhranın həllini parlamentin çiyninə buraxaraq məsuliyyətdən imtina edir, digər tərəfdən, istefa vermiş məmurun evə getməli olduğu və parlament yeni Baş nazir seçənə qədər vəzifəsində qalmaması ilə bağlı tənqidlərdən xilas olur.

Yeri gəlmişkən, 2018-ci il avqustun 17-də Respublika meydanında Nikol Paşinyan daxili siyasi vəziyyətdən danışarkən demişdi:

“...Biz konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edirik, bunun mənası ondan ibarətdir ki, növbədənkənar parlament seçkiləri təkcə Baş nazirin istefası şəraitində keçirilə bilməz, həm də müstəqil seçkilər barədə parlamentin özü qərar verə bilsin”.

Lakin kontekst bugünkü siyasi vəziyyətdən çox fərqlidir. Həmin vaxt Milli Məclisin buraxılması (o vaxt Ermənistan Respublika Partiyası Milli Məclisdə çoxluq təşkil edirdi) və yeni parlamentin formalaşdırılması variantları ətrafında qızğın müzakirələr gedirdi. Axı, 2018-ci ildə növbədənkənar seçkilər Konstitusiyaya düzəlişlər edilmədən baş tutub.

Eynilə, konsepsiyada “Ermənistan Respublikası Prezidenti institutunun gücləndirilməsi” fəsli var. Lakin məzmun baxımından bu, “şişirdilmiş şar”dır və Prezidentin səlahiyyət dairəsi bir millimetr də genişlənmir. Əvəzində Ermənistan Respublikasının Ali Baş Komandanının kimin olması dilemması həll olunacaq ki, buna görə həm müharibə, həm də sülh dövründə Ali Baş Komandan Ermənistanın Baş naziridir. Yeni Konstitusiyada Baş Qərargahla bağlı heç bir tənzimləmə planlaşdırılmır.

Eyni zamanda, konstitusiyada Baş nazirin müharibə və qeyri-müharibə dövrlərində nəzərdə tutulan Silahlı Qüvvələrin komandanı olduğunu dəqiq müəyyən etmək təklif olunur. Həmçinin, Milli Məclisdə sabit çoxluq təminatının ləğvi təklif edilir. Söhbət Konstitusiyanın və Seçki Məcəlləsinin müddəalarından gedir ki, bunun sayəsində seçkilərdə birinci yeri tutan partiyanın deputat mandatı bu partiya sabit səs çoxluğu əldə edənə qədər artırılır.

Bunun əvəzində absurd deyilən alternativlər təklif edilir ki, onlardan birinə görə, əgər sabit çoxluq təşkil olunmasa, o zaman hökumət İrəvan Ağsaqqallar Şurasının seçkilərinə bənzər modeli tətbiq etmək və ən çox səs toplayan qüvvədən namizədi baş nazir seçmək qərarına gəlib. Yəni azlıq hökuməti qurmaq imkanı verilir”.

Məqalədə daha sonra bildirilir:

“Parlamentin buraxılması təklifinin müəllifi olan Konstitusiya İslahatları Şurasının üzvü Vigen Köçəryandan “Bu, Baş nazirə öz mövqeyində seçki proseslərinə təsir etmək səlahiyyətini vermirmi”,-deyə soruşduq.

Köçəryan özünü elə göstərdi ki, sualın mənası ona aydın deyil və əvəzetmə süni prosedurlardan imtina etmək üçün edilib:

“Ümumiyyətlə, bütün bu konstitusiya dəyişikliklərinin məqsədi belə konstitusiya normalarının çatışmazlıqlardan azad olması, ikincisi, müvafiq ictimai münasibətləri daha səmərəli tənzimləməkdir”.

O, həmçinin əmin edib ki, Konstitusiyanın preambulasından imtina məsələsi nə komissiyada, nə də şurada müzakirə olunub:

“Burada söhbət Konstitusiyanın dəyişdirilməsindən yox, konstitusiyaya düzəlişlərdən gedir, ona görə də, fikrimcə, bunu gələcəkdə tətbiq etmək olmaz”.

Rahim Səfəralıyev Bakı şəhər prokurorunun böyük köməkçisi təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

O, bu təyinatadək Xızı rayonunun prokuroru vəzifəsində işləyirdi.

Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.

Paşinyan hakimiyyəti KTMT-dan çıxmaq istiqamətində niyyətini artıq qətiləşdirsə də, bu barədə verilmiş qərarın icrası ilə bağlı hələlik siyasi iradə böhranı da yaşayır... Ona görə də, rəsmi İrəvan bu hərbi-siyasi alyansın Ermənistan üçün yararsızlığı barədə iddialarla Rusiyanı şantaj edərək, uydurduğu bəhanə-səbəblər qarşısında Kremli arqumentsiz buraxmağa cəhd göstərir...

Cənubi Qafqazda geopolitik proseslərin inkişaf istiqamətləri artıq böhranlı həddə yaxınlaşır. Hazırda bu regionda regiondan kənar güclərin maraq toqquşmaları olduqca təhlükəli mərhələyə keçmək üzrədir. Üstünlük, bu geopolitik maraq toqquşmaları əsasən Ermənistanın üzərində çarpazlaşmış kimi görünür. Və bu baxımdan, yaxın vaxtlarda Ermənistanın suverenliyinin ciddi təhlükə altına düşə biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, rəsmi İrəvan bir-birinə düşmən olan beynəlxalq güclərin hamısından eyni vaxtda faydalanmaq taktikası "icad" edib. Paşinyan hakimiyyəti bu taktika ilə Ermənistanın hərbi-siyasi itkilərini kompensasiya edə biləcəyinə hələ də ümidlidir. Halbuki, Paşinyan hakimiyyətinin faydalanmaq istədiyi regiondan kənar güclərin Ermənistandan gözləntiləri və tələbləri kəskin ziddiyyət təşkil edir. Və belə vəziyyətdə rəsmi İrəvanın hamının maraqlarını ifadə edə bilməsi sadəcə, mümkün deyil.

bdc8a33a9e5e5d4d52412ab666a4046f.jpg (73 KB)ABŞ və Qərb israrla Ermənistanın Rusiyadan uzaqlaşmasını tələb edir. Avropa Birliyi, o cümlədən də Fransa Cənubi Qafqaza Ermənistan üzərindən yerləşmək planları qurur. Rusiya və İran isə Paşinyan hakimiyyətinin "taktika"sından ciddi şəkildə narahatdır. Bu iki ölkə rəsmi İrəvanın ABŞ və Qərbi Cənubi Qafqaza yerləşdirmək cəhdlərinə açıq şəkildə etiraz edir. Və bunun həm Ermənistan, həm də bütövlükdə Cənubi Qafqaz üçün ağır nəticələrinin ola biləcəyinə eyhamlar vurur.

Göründüyü kimi, rəsmi İrəvan Ermənistan üçün dolaşıq geopolitik situasiya yaradıb. Paşinyan hakimiyyətinin ölkəni bu situasiyanın bumerang effektindən yayındırması o qədər asan olmayacaq. Son vaxtlara qədər Ermənistanı bütün məsələlərdə israrla və böyük həvəslə dəstəkləyən rəsmi Tehranın da artıq öz narazılığını biruzə verməyə başlaması Paşinyan hakimiyyəti üçün yeni geopolitik problemin uzaqda olmadığını göstərir. Və indi rəsmi İrəvan Rusiya ilə yanaşı, həm də İranın artıq tədricən ortaya çıxmaqda olan təzyiqlərinə tab gətirməli olacaq.

Maraqlıdır ki, Ermənistan mətbuatı İranın son vaxtlar artan narahatlığı ilə bağlı sensasion məlumatlar yayıb. Baş nazir Nikol Paşinyanın yaxın ətrafına daxil olan mənbəyə istinadən iddia edilir ki, İran prezidenti İbrahim Raisi baş nazir Nikol Paşinyanla telefon danışığında rəsmi İrəvanın ABŞ və Qərbi Cənubi Qafqaza yerləşdirmək istiqamətində atdığı addımların yolverilməz olduğunu vurğulayıb. İran prezidenti onu da bildirib ki, Cənubi Qafqazın regiondan kənar dövlətlər arasında rəqabət məkanına çevrilməsinə imkan vermək olmaz. Və Cənubi Qafqazın problemləri kənar müdaxilə olmadan region dövlətləri tərəfindən həll edilməlidir.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

Əslində, rəsmi Tehranın bu reaksiyası qətiyyən gözlənilməz deyil. Çünki rəsmi İrəvan tərəfindən ABŞ və Qərbin regiona cəlb edilməsindən İranın narazı qalacağı elə əvvəlcədən istisna edilmirdi. Hər halda, rəsmi Tehran ABŞ və Qərbin Ermənistanı yaxın gələcəkdə İran əleyhinə hərbi-siyasi mərkəzə çevirə biləcəyi ilə bağlı ehtimalı mütləq nəzərə almaq məcburiyyətindədir. Və bu məsələyə münasibətdə İranın Cənubi Qafqazda Rusiya ilə ortaq davranmağa çalışacağı da qətiyyən istisna deyil.

Rəsmi İrəvanın Rusiya ilə münasibətləri isə daha qəliz məzmun daşıyır. Çünki Kreml Paşinyan hakimiyyətinin tədricən Rusiyanın geopolitik "qırmızı cizgilər"ini təhlükəyə atdığını nəzərə almaq məcburiyyətində qalıb. Baş nazir Nikol Paşinyan ötən ilin sonuna doğru Kremlin sərt təzyiqlərinə tab gətirməyərək, Rusiyaya səfər etsə də, rəsmi İrəvanın Ermənistanı Qərbə "qaçırmaq" niyyətindən imtina etdiyi hələlik müşahidə olunmur. Və rəsmi İrəvan bu niyyətin reallaşması istiqamətində yeni səbəb-bəhanələr uydurmağa cəhd göstərir.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gözləntilər içərisində olması tamamilə mənasızdır: "Biz bunu artıq birmənalı şəkildə anladıq. KTMT öz hərbi-siyasi məsuliyyət zonasını qəbul etmədi. Bu, Ermənistan üçün olduqca ciddi problemdir. Rusiya və KTMT tərəfindən Ermənistana heç bir hərbi-texniki dəstək təklif edilməyib".

Göründüyü kimi, rəsmi İrəvan KTMT-dan çıxmaq niyyətində olduğunu biruzə verir. Bu məqsədinə çatmaq üçün isə məhz Rusiyanı və KTMT-nı ittiham edir. Paşinyan hakimiyyətinin bu ittihamlarında siyasi şantaj əlamətləri də kifayət qədər qabarıq şəkildə nəzərə çarpır. Paşinyan hakimiyyəti Rusiyaya mesaj verir ki, Kreml ya rəsmi İrəvanın istəklərini yerinə yetirməlidir, maraqlarını təmin etməlidir. Ya da Ermənistanın KTMT-nı tərk etməsi və Rusiyadan uzaqlaşması ilə barışmalıdır.

pasha-bohran-kreml.PNG (941 KB)

Armen Qriqoryanın açıqlamasından da görünür ki, Paşinyan hakimiyyəti KTMT-ya bəslədiyi ümidlərdən çox-çox uzaq qalıb. Həmin ümidlər isə Rusiyanın və KTMT-nın Ermənistanın əvəzinə Azərbaycana qarşı vuruşmalı olduğunu əhatə edir. Rəsmi İrəvan hesab edir ki, Rusiya Ermənistanın hərbi müttəfiqi olduğu üçün Azərbaycanla savaşa borcludur. Eyni zamanda, Paşinyan hakimiyyəti Ermənistanın üzv olduğu KTMT-nı da rəsmi İrəvanın istəyinə uyğun məsuliyyət zonası müəyyən etməyə məcbur hesab edir. Yəni, bu hərbi-siyasi alyansı Azərbaycanla savaşdan yayınmaqda qınayır.

Digər tərəfdən, rəsmi İrəvan Rusiyadan silah-sursat və hərbi texnika da umur. Son illərdə, xüsusilə də, Ukrayna savaşının başlanmasından sonra Rusiyanın Ermənistana hərbi texnika "hədiyyə" edə bilməməsindən ciddi şəkildə narazıdır. Ona görə də, Armen Qriqoryan Rusiyanın Ermənistandakı səfirinin iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı barədə açıqlamasını dərhal təkzib etməyə çalışır. Bununla da, həm Rusiyanı hərbi texnika satışı barədə anlaşmanı pozmaqda suçlayır, həm də ABŞ və Qərbə Kremllə əməkdaşlığın olmayacağı barədə mesaj verməyə çalışır.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti ABŞ və Qərbin təlimatları ilə KTMT-dan çıxmaq barədə artıq qəti siyasi qərar verib. Ancaq həmin qərarın icrası ilə bağlı hələlik siyasi iradə böhranı yaşayır. Rusiyanı davamlı olaraq, şantaj etməklə, Ermənistanın KTMT-nı tərk etməsinə münbit şərait yaratmağa çalışır. Və bu səbəbdən də KTMT-nın Ermənistan üçün yararsız hərbi-siyasi alyans olduğu barədə iddialarını mümkün qədər qabartmağa üstünlük verir.

Molla rejimi İrəvana silah təklif edib: Azərbaycana qarşı döyüşmək üçün - Düşmənin BUYNUZU OLMUR Kİ...“İran Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyir”.

“Cebhe.info” xəbər verir ki, bunu İran və Avrasiya Tədqiqatları İnstitutunun eksperti Qüdrətulla Şafeyi Ermənistan mətbuatına deyib.

O bildirib ki, bunun üçün ilk növbədə Ermənistanın özünün istəyi lazımdır.

“Mühakimə edə bildiyimiz qədər, Ermənistanın özü İranın hərbi texnikasını almaqda o qədər də maraqlı deyil”, - deyə Şafeyi əlavə edib.

Onun fikrincə, bu, İrəvanın avropalılar və amerikalılarla münasibətləri korlamaq istəməməsi ilə bağlıdır.

Eyni zamanda, ekspert Ermənistana qarşı müharibə olacağı təqdirdə İranın İrəvana kömək üçün öz qoşunlarını göndərəcəyinə inanmadığını deyib:

“İran əsgərləri heç vaxt başqa ölkədə, o cümlədən husilərin vuruşduğu Yəməndə, Livanda və ya Suriyada döyüşməyib. Bütün bu hallarda söhbət İrandan alınan hərbi texnika və kəşfiyyat dəstəyindən gedir, lakin İran silahlı qüvvələrinin özü döyüşmür. Ona görə də Bakıdan (İran hakimiyyəti və hakimiyyətə yaxınlığı ilə seçilən qüvvələr Azərbaycan Respublikası barədə danışarkən əsasən “Bakı” ifadəsi işlədirlər-red.) Ermənistana qarşı yeni hərbi təxribat olarsa, İran əsgərləri Ermənistan üçün döyüşməyəcək”, - deyə o vurğulayıb.

Eyni zamanda ekspert İranın İrəvana dolayısı ilə kömək edəcəyini də istisna etməyib.

“Ola bilsin ki, İranın hərbi texnikasından istifadə olunsun. Amma Ermənistanın özü öz maraqlarını qorumalıdır”, - deyə Şafeyi fikrini yekunlaşdırıb.
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO -YENİLƏNİB

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz.

Sizin Azərbaycana səfər etməyiniz tarixi hadisədir, bu, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verəcək.

Biz Sizinlə dünən rəsmi ziyafət zamanı bir çox məsələləri ətraflı müzakirə etdik və bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik.

Şadam ki, bizim şəxsi görüşlərimiz müntəzəm xarakter alır. Keçən ay biz Sizinlə Əbu-Dabidə görüşmüşdük.

Fürsətdən istifadə edərək, COP28 Konfransının uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar verdiyiniz dəstəyə görə bir daha minnətdarlığımı bildirirəm. Bir daha fürsətdən istifadə edərək, BMT Təhlükəsizlik Şurasındakı mövqeyinizə görə, Azərbaycana verdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün bir çox önəmli sənədlər imzalanmışdır, bir azdan sonra sənədlərin mübadiləsi mərasimi keçiriləcək. Əminəm ki, bu sənədlər gələcək əməkdaşlığımız üçün çox güclü zəmin yaradacaq.

Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır. Keçən ilin oktyabr ayında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı olmuşdur. Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq birinci addımdır. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Sizin ölkənizin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur.

Keçən ay Bakıda daha iki önəmli sənəd imzalanmışdır. Onlardan biri - Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradıldı. İkinci önəmli sənəd informasiya-kommunikasiya sektoruna aiddir.

Biz bunu çox yüksək qiymətləndiririk, çünki Sizin ölkəniz Sizin rəhbərliyinizlə çox böyük uğurlara imza atıb, dünyanın ən inkişaf etmiş, ən uğurlu ölkələrindən birinə çevrilib. Bilirəm ki, bir çox ölkələr üçün Sizin uğurlu təcrübəniz bir nümunədir.

Əminəm ki, Sizin səfəriniz bizim strateji tərəfdaşlığımızı möhkəmləndirəcək, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcək. Bir daha xoş gəlmisiniz.

x x x

Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan çıxış edərək dedi:

- Cənab Prezident, Azərbaycana səfər etməkdən çox böyük məmnunluq duyuram, qonaqpərvərliyə və səmimi qəbula görə Sizə minnətdarlığımı bildirirəm. Xüsusən də dünən rəsmi ziyafət zamanı bizim apardığımız danışıqlar və iki ölkə arasında əlaqələrin perspektivinə dair əldə etdiyimiz razılaşmalar sevindiricidir. Cənab Prezident, Sizin dövlətinizə, Sizin xalqınıza uğurlu il arzu edirəm.

Biz iki ölkə arasında bu gün imzalanmış Strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu qeyd etmək istəyirik. Bu Anlaşma Memorandumu ilə ölkələrimiz arasındakı əlaqələr strateji əhəmiyyət kəsb edir. Ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində də əlaqələrimizin və əməkdaşlığımızın inkişafı istiqamətində səylərimizi səfərbər edəcəyik.

İki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və biz müxtəlif sahələrdə daimi inkişaf və uğurun şahidi oluruq. Biz də Birləşmiş Ərəb Əmirliklərində iki ölkə arasında, iki ölkənin və iki xalqın rifahı və çiçəklənməsi naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq.

Qeyd etdiyiniz kimi, münasibətlərimizin inkişafı öz başlanğıcındadır. Biz də öz növbəmizdə ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi və yeni körpülərin yaradılması istiqamətində səylərimizi səfərbər edirik.

Cənab Prezident, bu il Azərbaycanın COP29 tədbirinin keçirilməsi ilə bağlı seçilməsi münasibətilə Sizə bir daha öz təbriklərimi çatdırmaq istəyirəm. Bu da öz növbəsində bütün dünyanın Azərbaycana etimadının bir təzahürüdür və bu münasibətlə Sizə uğurlar arzulayıram. Keçən dəfə Dubayda görüşdüyümüz zaman qeyd etdiyimiz kimi, əlbəttə ki, Azərbaycan bu kimi mötəbər tədbirlərin keçirilməsinə qadirdir və hazırdır.

Cənab Prezident, qonaqpərvərliyə, səmimi qəbula və xüsusən də dünən iki saatdan artıq keçirdiyimiz gözəl vaxta görə, - həqiqətən bu iki saat ərzində mən bizim görüşümüzdən çox həzz aldım, - Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Cənab Prezident, dünən də qeyd etdiyim kimi, Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsi hesab edin ki, Sizin əlinizdədir. Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa hazırıq.

Bildiyiniz kimi, Birləşmiş Ərəb Əmirliklərinin bir çox sahədə böyük təcrübəsi var, biz də Sizin kimi qardaş ölkələrlə bu təcrübəni paylaşmağa, bölüşməyə hər zaman hazırıq. Amma bəzi məqamlar, bəzi sahələr var ki, o sahələrdə biz də öyrənirik. Çox sağ olun, cənab Prezident.

x x x

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

x x x

Sonra səfər çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi”, “ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanıb.

Daha sonra danışıqlar təkbətək görüş əsnasında davam etdirilib.

***

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.

"Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.

Sonra səfər çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi”, “ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanıb.

Daha sonra danışıqlar təkbətək görüş əsnasında davam etdirilib.

***

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.

"Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.

 

 

 

 

Xəbər lenti