BƏƏ Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın yanvarın 9-da rəsmi qarşılanma mərasimi olub.

"Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verdi.

Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya komissiyaları görüşəcək.

Bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
“Razılaşma var ki, delimitasiya komissiyaları yanvarın sonunda görüşəcək, biz ümid edirik ki, bu, baş verəcək”, - Qriqoryan qeyd edib.

Bakının sülh təklifi ilə bağlı məsələyə aydınlıq gətirən Qriqoryan deyib ki, İrəvan yanvarın 4-də Bakının sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verib,
O həmçinin əlavə edib ki, Azərbaycan tərəfi sülhlə bağlı təklif edilən prinsipləri qəbul edir.

Dövlət Departamentinin hesabatı Azərbaycana siyasi təzyiq məqsədi daşıyır - FAKT BUDUR!

ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində reallıqdan uzaq və qərəzli iddialar irəli sürülüb.

Hesabatın Azərbayacana aid hissəsi milliyyətcə erməni olan Daniela Aşbaxyanın rəhbərliyi ilə hazırlanıb.

Professor Qabil Hüseynli Reyting.az-a açıqlamasında deyib ki, hesabatın Azərbaycan hissəsi qərəzlidir.

Q. Hüseynli bildirib ki, Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycanı dini etiqad azadlığının ciddi şəkildə pozulması və buna dözümlülüyünə görə özünün “xüsusi izləmə siyahısı”na daxil etməsi anlaşılmazlıqlar yaradır.

Onun sözlərinə görə, Dövlət Departamentinin bu əməli dəyərlərə xəyanət və prinsipsizlikdir.

Q. Hüseynli xatırladıb ki, dünənə qədər ABŞ Azərbaycanın islam fundamentalizmi, kənardan siyasi islamın ixrac edilməsinə qarşı mübarizəsini dəstəkləyirdi: “Hələ üstəlik Azərbaycandan xahiş edirdi ki, qonşu ölkələrdən bu kimi məqsədli siyasi dini xətlərin ölkədə hökmran olmasına, təşəkkül tapmasına qarşı tədbirlər görsün. İndi nə olub ki, Dövlət Departamenti dünənini unudub və hadisələri baş-ayaq təqdim etməyə çalışır?”.

Professor əlavə edib ki, Azərbaycan siyasi, fundamental, radikal və bu qəbildən olan dini cəryanlarla mübarizə aparmalı, onların ölkəmizə qarşı həyata keçirməyə çalışdığı qara niyyətlərin qarşısını almalıdır: “Azərbaycan multikurtal dəyərləri inkmişaf etdirir, dünyəvilik və dini etiqad azadlığı arasında münasib balans yaradıb. Üstəlik, Azərbaycan Konstitusiyasında dini etiqad azadlığı haqqında maddə var. Əlbəttə, biz dünyəvi dəyərləri möhkəmləndirmək məqsədilə addımlar atmalı, siyasət həyata keçirməliyik. Bəyəm ABŞ görmür ki, Azərbaycanın bir tərəfində teokratik İran, ondan bir qədər aralıda islamın ən radikal tələblərini əldə rəhbər tutan Əfqanıstan var? Görmür ki, Azərbaycan radikal islama, terrora və fundamentalizmə qarşı mübarizə aparır? Əgər bunları gördüyü halda ABŞ yanaşmasını dəyişirsə, Azərbaycanı tənqid edirsə, deməli, sənəd tam siyasidir, təzyiq məqsədi daşıyır”.

Q. Hüseynli qeyd edib ki, ABŞ Dövlət Departamenti belə bir sənədi hazırlayarkən Azərbaycanla bağlı məlumatları erməni D. Aşbaxyandan alması da diqqət çəkir: “Sözügedən sənəddə könüllü sürətdə Azərbaycan ərazilərini tərk edərək Ermənistana köçən Qarabağın erməni əhalisinə istinad edilir, guya bu prosesdə dini təsirin olduğu iddia edilir. Üstəlik, Azərbaycandakı Alban tarixi məbədləri erməni kilsəsi kimi təqdim olunur və Azərbaycanın bu abidələrə dözümsüzlük nümayiş etdirdiyi iddia olunur. Sözsüz ki, bunlar məqsədli şəkildədir”.

Professor əlavə edib ki, Azərbaycan ərazi bütövlüyünü tam təmin etdikdən sonra Dövlət Departamenti ölkəmizə qarşı qərəzli yanaşmaların sayını artırıb:

“İkincisi, bəyəm ABŞ görmürdü ki, dünənə qədər Azərbaycanda kərimə dini dövləti yaratmaq üçün çıxışlar edilirdi? Azərbaycan da haqlı olaraq belə qüvvələri, daha doğrusu, kəşfiyyat şəbəkələrini sarsıdıb, onları zərərsizləşdirib. İndi ABŞ həmin şəbəkəni “etiqad məhbusu” kimi təqdim edir. Biz belə prinsipsizliyi, dəyərlərə zidd yanaşmaları rədd edirik”.

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib.

"Report" xəbər verir ki, əklil vida mərasiminin keçirildiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evinə gətirilib.

Əklil mərhumun məzarının üzərinə qoyulacaq.

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. Hazırda mərhumla vida mərasimi keçirilir. Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.

 

 

 

Pentaqonda əmindirlər ki, Çin lideri Si Tsinpinin orduda "təmizlik kampaniyası" yaxın gələcək üçün elə də ciddi effekt verməyəcək, rəsmi Pekinə vəziyyəti xilas etmək üçün onilliklər lazım ola bilər... Raket sistemləri yararsız vəziyyətə salınmış Çinin ABŞ və Qərb qarşısında hərbi cəhətdən müdafiəsiz qaldığı bildirilir, bu nəhəng dövlətin çöküş mərhələsində olduğu iddia edilir...
Dünya supergücləri arasında beynəlxalq hegemonluq savaşı hazırda həlledici mərhələyə keçmək üzrədir. Bəzi Qərb siyasi dairələri indi cərəyan edən hərbi-siyasi proseslərin əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olduğunu vurğulayırlar. Onların fikrincə, hazırda baş verənlərin real nəticələri təxminən bir neçə ildən sonra ortaya çıxmağa başlayacaq. Və dünyanın hansı supergücün maraqları çərçivəsində idarə olunduğu dəqiqləşmiş olacaq.

Onu da qeyd etmək lazımdır ki, dünyanın daha heç vaxt əvvəlki kimi olmayacağı barədə xəbərdarlıq mesajlarına bəzi nüfuzlu dövlətlərin liderləri də müəlliflik ediblər. Kreml sahibi Vladimir Putin açıq şəkildə bildirib ki, ABŞ və Qərbin əsas hədəfi Rusiyasız dünya düzəni qurmaqdan ibarətdir. Prezident Vladimir Putin onu da vurğulayıb ki, bu planın reallaşdırılması mümkün olmayacaq, çünki Rusiya buna imkan verməyəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da vaxtilə yeni dünya düzəninin qaçılmaz olduğundan danışmışdı. Pandemiya dövrünün dünyanın siyasi idarəçilik sistemini dəyişdiyini vurğulayan Türkiyə lideri Ukrayna savaşının da beynəlxalq məkanda yeni şərtlərin ön plana keçməsinə səbəb olduğuna eyham vurmuşdu. Və rəsmi Ankara yeni dünya düzənində Türkiyənin avanqard dövlətlərin sırasında yer almasına yönəlik addımların atılması ilə diqqəti çəkir.

ABŞ prezidenti Co Bayden isə yaxın 5-10 il ərzində dünyaya yeni düzən vəd etmişdi. Ağ Ev sahibi üstüörtülü şəkildə mövcud qlobal sistemin artıq öz dövrünü sona çatdırdığını və əvvəlki kimi işlək olmadığını bildirmişdi. ABŞ prezidentinin bu açıqlaması müəyyən mənada, hansısa gizli planın israrla icra edilməkdə olmasından da xəbər verirdi. Və bu gizli planın bir neçə mərhələni əhatə etdiyi isə qətiyyən artıq qətiyyən şübhə doğurmur.

Təbii ki, koronavirus epidemiyasının süni şəkildə, yəni insan zəkası ilə törədildiyi böyük ölçüdə təsdiqləndiyi üçün yeni dünya düzəni ilə bağlı gizli planın başlanğıc fazasının pandemiya olduğunu ehtimal etmək olar. Hər halda, pandemiya ABŞ-ı idarə edən "dərin güclərə" bəzi nəhəng dövlətlərin daxili resurslarını tükənmək, onların zəif yerlərini müəyyən etmək, eləcə də, dünya iqtisadiyyatında həlledici sahələri nəzarət altına almaq imkanları açdı.

Ukrayna savaşı isə ikinci mərhələ hesab olunur. Belə ki, məhz bu müharibə sayəsində keçmiş SSRİ dövründən ABŞ-ın əsas rəqibi olan Rusiyanı "savaş bataqlığı"na salmaq mümkün oldu. İndi Rusiya beynəlxalq məkanda siyasi iradə nümayiş etdirmək imkanlarından məhrum olunub. Rusiya rəsmi dairələri hazırda Kremlin "qala divarları" daxilində sıxışdırılmış vəziyyətə düşüblər. Kremlin beynəlxalq arenaya dönüşü üçün hazırda yalnız Rusiyanın öz rəqiblərinə qarşı "nüvə faktoru"ndan istifadə edəcəyi təqdirdə, mümkün ola bilər.

Ona görə də, Ağ Evdə son vaxtlar Rusiya məsələsində daha arxayın davranmaq ənənəsi də formalaşmağa başlayıb. ABŞ rəsmi dairələri Rusiyanın "nüvə faktoru"na sığınmağa cəsarət etməyəcəyinə demək olar ki, əmindirlər. Bu səbəbdən də, Ağ Ev hazırda ABŞ-ın əsas problemləri sırasında yer alan Çinlə haqq-hesab çəkmək mərhələsini ön plana çəkməyə başlayıb. Hər halda, son vaxtlar Çinin beynəlxalq məkandan sıxışdırılması, bu ölkənin iqtisadiyyatının çökdürülməsi istiqamətində müəyyən addımlar atılır. Və Çin iqtisadiyyatının təməlində yerləşən bəzi nəhəng şirkətlərin iflas təhlükəsinə yaxınlaşması rəsmi Pekinə qarşı preventiv zərbələrin effektiv olduğunu göstərir.

Ancaq Ağ Evi məmnun edən daha bir önəmli faktor mövcuddur. Belə ki, ABŞ kəşfiyyatı Çinin "axilles dabanı"nı böyük ölçüdə müəyyən etməyə nail olub. Hətta iddia edilir ki, Çin hazırda öz beynəlxalq rəqibləri ilə hərbi qarşıdurmaya belə, yetərli savaş resurslarına sahib deyil. Üstünlük, ABŞ kəşfiyyatı Çinin "axilles dabanı" barədə əldə etdiyi məlumatları Qərb mətbuatına sızdırmaqla, rəsmi Pekin üçün situasiyanın nə qədər qəliz olduğunu qabardıb.

Dünyaca ünlü "Bloomberg" agentliyi ABŞ kəşfiyyatına istinadən Çin raket sistemlərinin iddia edildiyi kimi mükəmməl olmadığını iddia edib. Həmin iddiaya görə, Çin lideri Si Tsinpin ölkənin müdafiə qabiliyyətini bərpa etmək üçün hərbi sektorda "total təmizlik" aparmaq məcburiyyətində qalıb. Əsas səbəb kimi isə Çinin hərbi sektorunu bürüyən korrupsiyanın dövlətin gələcək taleyini böyük təhlükə altına salması göstərilir. Və indi Çin ordusunun modernləşdirilməsi sona çatdırılmadığından ölkənin savaş qabiliyyəti də ciddi şübhə doğurmağa başlayıb.

ABŞ kəşfiyyatı əmindir ki, korrupsiyanın yayılma səviyyəsi Çini yaxın gələcəkdə ölkə xaricində hərbi əməliyyatlar aparmaq imkanlarından tamamilə məhrum edib. Ən önəmli məqam isə ondan ibarətdir ki, Çinin raketlərinin yanacaq əvəzinə su ilə doldurulmuş vəziyyətdə olduğu iddia edilir. Bu səbəbdən də Çinin qərb ərazilərində olan raketlərin funksianalllıqdan uzaq olduğu bildirilir. Və Çinin raket sistemlərinin hazırda həm müdafiə, həm də hücum məqsədilə istifadə edilə bilməyəcəyi vurğulanır.

Bütün bunları nəzərə alan Pentaqonda əmindirlər ki, Çin lideri Si Tsinpinin orduda təmizlik kampaniyası yaxın gələcək üçün elə də ciddi effekt vəd etmir. Mövcud vəziyyəti aradan qaldırmaq üçün rəsmi Pekinə onilliklər lazım ola bilər. Halbuki, belə uzun müddət Çinin gələcək taleyini müəyyən etmək üçün tamamilə yetərli hesab olunur. Və rəsmi Pekinin Qərbdən gələn təzyiqlər qarşısında müdafiəsiz qala biləcəyi də artıq qətiyyən istisna edilmir.

Məsələ ondadır ki, ABŞ öz əsas rəqiblərindən olan Çinin belə zəif durumundan istifadə etməyə çalışacaq. Çünki Ağ Evin rəsmi Pekinə Çin ordusunu gücləndirmək şansı tanıyacağına inanmaq sadəlövhlük olardı. Əksinə, ABŞ Çinin "axilles dabanı"nı tam dəqiqliyi ilə müəyyən etməyə nail olduğundan yaxın vaxtlarda rəsmi Pekinə qarşı hərbi-siyasi təzyiqlərin maksimum səviyyədə güclənə biləcəyi tamamilə inandırıcı görünür. Yəqin ki, ABŞ Çinin də Rusiya kimi küncə sıxışdırmaqla, yeni dünya düzənində avanqard dövlət mövqeyindən məhrum buraxmağa çalışacaq.(Yeni Musavat)

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, toplanışa cəlb edilən şəxsi heyətin nəzəri və praktiki məşğələlərdə müasir ümumqoşun döyüşünün təşkili, aparılması üzrə bilik və bacarıqları, həmçinin fiziki və sıra hazırlıqları yoxlanılacaq.

O cümlədən iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, atıcı silahlardan atışlar icra olunacaq.

Keçirilən toplanışın əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzəri biliklərinin və peşəkarlıq səviyyələrinin artırılması, qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsidir.

 

 

 

 

Bu gün prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

“Report”un xəbərinə görə, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.

Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək.

Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

Xatırladaq ki, MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.

Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

MSK-nın bu il yanvarın 6-da keçirilən toplantısında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Solçuların planını Bakı pozdu: Hücumun istiqamətini dəyişdilər - İlginc faktlarABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il hesabatında Azərbaycanı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına” daxil etməsi açıq şəkildə qərəzi xarakterizə edir. Əslində bu kimi hallar gözlənilən idi. Prezident İlham Əliyev Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciətində bu məsələləri konkret və açıq şəkildə qeyd etmişdi. Çox təəssüf ki, Qərb və onun ətrafında yığılan bəzi qüvvələr Azərbaycanın bu qalibiyyətini qəbul etmir. Ölkəmizin siyasətinə dəstək vermək əvəzinə onun əksinə çıxırlar.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

“Başa düşülməlidir ki, Azərbaycanın milli maraqlarını Qərbdə hansısa bir qüvvə dəstəkləməyəcək. Bu, dəfələrlə müşahidə olunub. Belə hadisələrin canlı şahidi olmuşuq. Regionda güc mərkəzləri siyahısını formalaşdırsaq, Azərbaycanın burada mövqeyinin açıq göründüyünü müşahidə edəcəyik”, - deyə o qeyd edib.

Millət vəkili bildirib ki, ABŞ və Qərb siyasi gücünü burada istədiyi kimi yeridə, maraqlarını təmin edə bilmədiyinə və tam təşəbbüsü itirdiyinə görə, indi belə “bəyanatlar”, “hesabatlar” verməyə məcbur olur:

“Azərbaycana qarşı bu “bəyanatlar”ın verilmə tarixinə də xüsusiilə yanaşmaq lazımdır. ABŞ Dövlət katibi Entoni Blinkenin Türkiyəyə getməmişdən öncə bu “bəyanatı” səsləndirməsi də təsadüfi sayıla bilməz. Əslində bu, onların növbəti yanlışı oldu. Heç olmasa, Blinken hara və kiminlə danışığa getdiyini dərk etməli idi. Çünki Azərbaycanla qardaş, müttəfiq ölkə olan Türkiyə ilə Yaxın Şərqin ciddi məsələlərini müzakirə gedən ərəfədə belə “yanaşma”nın sərgilənməsi məntiqsizlikdir. Bu addımı atan Azərbaycanla Türkiyə arasında olan müttəfiqlik sazişini ya başa daşmür, ya da qəbul etmək istəmir”.

Səməd Seyidova görə ABŞ prezident Cozef Bayden, Entoni Blinken, Avropada olanlar beynəlxalq solçu qüvvələrdir:

“Beynəlxalq solçuların hərəkəti, məqsədi hegemonluq, qlobal ağalıqdır. Tolerantlıq, hansısa dəyərlərin pozulması, guya azlıqlara “təzyiq” kimi məsələlər regionlara, dövlətlərə təsir vasitəsidir. Onlar dünyanı bu istiqamətdə idarə etmək niyyətindədir. Amma Azərbaycan nadir ölkələrdəndir ki, Avropa və Qərbdə sosial demokrat fəlsəfəsini açıq şəkildə ifşa edir. Buna qarşı konkret mövqe sərgilənir. Sözsüz ki, ABŞ-nin indiki administrasiyası bundan razı ola bilməz. Hansısa formada narazılıqlarını bildirirlər. Amma bunun mənbəyi nədir və niyə edilir? Bu bizə məlumdur. Təbii ki, bu siyasətin axırı yoxdur. Ukrayna, Yaxın Şərq, Əfqanıstan və bəzi ərəb ölkələrində bu özünü açıq şəkildə göstərdi. İndi də iflasa uğrayan, reallığı əks etdirməyən siyasəti həmin qüvvələr davam etdirir”.

Muxtar Bahadur oğlu Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilib.

" Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycan Respublikası ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verir.

Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.

İqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcəkdir.

Azərbaycan beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görəcəkdir.

2. Müəyyən edilmiş Prezidentə (President-Designate) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səlahiyyəti verilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Növbədənkənar prezident seçkilərində seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi üçün ayrılan müddət başa çatıb.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalanadək seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 8-dək olan dövrü əhatə edib və artıq təşviqat materialları üçün yerlər müəyyənləşdirilib.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar seçkilər keçiriləcək.

Xəbər lenti