İlham Əliyev “Vətən” İdman Liseyində - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına liseydə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, “Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.

Liseyin əsaslı təmir olunmuş tədris korpusunda 22 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Bu korpusda kimya, fizika, biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir. Liseydə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Təhsil ocağının idman korpusunda isə universal zal (basketbol, voleybol, gimnastika, qılıncoynatma və s.) və güləş zalı əsaslı təmir olunub. Bundan əlavə, trenajor, cüdo zalı, fizioterapiya otağı, reabilitasiya idman zalı, buxar və yardımçı otaqlar yenidən qurulub.

Layihə çərçivəsində 100 nəfərlik yataqxana korpusu da əsaslı təmir olunub. Buradakı yeməkxana 220 nəfər üçün nəzərdə tutulub. Korpusdakı mətbəx, camaşırxana və digər yardımçı otaqlar da ən müasir avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, yenilənən təhsil müəssisəsində tədris V-XI siniflər üzrə aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur.

Burada bölgələrdən gələn və peşəkar idmanla məşğul olan şagirdlərin yataqxana ilə təmin edilməsi də nəzərdə tutulur. Liseydə həmin idmançıların günlük yemək normalarına uyğun qidalanması da təmin ediləcək.

Təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb.

İlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTOİlham Əliyev “Vətən” İdman Liseyində - FOTO
Avropa Komissiyasından Azərbaycanla bağlı qərar 

1 fevral 2025-ci il tarixindən etibarən Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğu (DG ENEST) fəaliyyət göstərir ki, bu da genişlənmə və Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkələr və potensial namizədlərlə üzvlük danışıqlarına cavabdehdir.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bura həm də Aİ-yə üzv dövlətlərdə, eləcə də genişlənmə üzrə tərəfdaşlarda genişlənmənin faydaları barədə kommunikasiyalar daxildir. Bura eyni zamanda regional əməkdaşlıq və regional təşəbbüslər, o cümlədən namizəd ölkələrin İttifaqına inteqrasiyası istiqamətində addımlar daxildir.

Baş Direktorluq Aİ-nin genişlənmə üzrə tərəfdaşlarına, eləcə də Aİ-nin Ermənistan, Azərbaycan və Belarus kimi Şərqi Qonşuluq ölkələrinə maliyyə və texniki yardımının böyük hissəsini idarə edəcək. Bundan əlavə, Baş Direktorluq Ukraynaya davamlı və davamlı dəstək verəcək və Ukraynanın bərpası və yenidən qurulması üzrə işlərini davam etdirəcək.

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Təlim toplanışının əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək

Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla P.Bülbüloğlu bu mükafata Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Həkimlərə və klinikalara qadağa qoyulsun – Milli Məclis

Milli Məclisin komitə sədri “Reklam haqqında” qanuna dəyişiklik edilib tibbi müəssisələrin və həkimlərin şou proqramlara sponsorluğunun qadağan edilməsini təklif edib.

Belə bir təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Komitə sədrinin sözlərinə görə, bu gün şou-proqramların klinikalar və həkimlər tərəfindən sponsorluq edilməsinin şahidi olmaqdayıq. “Bu da sonda ortaya mənfi nəticələrə gətirib çıxarır. Xüsusən də qeyd etmək istərdim ki, plastik, bədənin şəkilləndirilməsi zamanı ölüm halları da bu cür reklamların nəticəsidir”, - deputat qeyd edib.

Komitə sədri əlavə edib ki, dünyada klinikaların və həkimlərin hər hansı şou proqrama sponsorluq etməsi, həmçinin klinika və həkimin reklam praktikası yoxdur. “Ona görə də reklam zamanı tibbi etik qaydalara riayət olunmalıdır. Bir daha qeyd edirəm ki, bu sponsorluq fəaliyyətinin tibb sahəsində mənfi təsirləri olduğundan “Reklam haqqında” qanuna dəyişikliyi zəruri edir. Qanuna dəyişiklik edilməklə həkimlərin, klinikaların həm sponsorluq etməsi, həm də reklamı qadağan olunmalıdır. Çünki dünyada nə həkimin, nə klinikanın reklamı, nə də ki “bir nömrəli həkim”, “bir nömrəli klinika”, “dünyaca məşhur həkim” reklam praktikası yoxdur”, - deputat bildirib.

XİN Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib.

Nazirlik bu barədə rəsmi "X" sosial media hesabında yazıb.

Palyaşımda Pakistanla həmrəylik qeyd olunub:

"Pakistan İslam Respublikasının Bəlucistan əyalətindəki terror aktı xəbəri bizi dərindən kədərləndi. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir".

Milli Məclisin yaz sessiyası başladı

Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclas başlayıb.

Sessiya dövlət himninin oxunması ilə açılıb.

İlk plenar iclasın gündəliyinə 16 məsələ daxil edilib.

Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır: Ermənistan isə geri çəkilir, Zəngəzur dəhlizinin önü açılır

Rəsmi İrəvan hazırda ya Azərbaycanın bütün şərtlərini qəbul etməklə, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir, ya da buna qarşı çıxaraq, Ermənistanın Cənubi Qafqazdakı geoiqtisadi layihələrdən kənarda qalması ilə barışmalıdır... Paşinyan hakimiyyətinin müqaviməti Ermənistanı blokada vəziyyətinə məhkum buraxa bilər, kəskin regional geopolitik ziddiyyətlər şəraitində “erməni dövlətçiliyi”nin uzun müddət buna tab gətirə bilməyəcəyi isə qətiyyən şübhə doğurmur...

"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazda geopolitik, geoiqtisadi və geostrateji proseslər artıq həlledici mərhələyə keçid etmiş kimi görünür. Belə ki, bu regionun gələcək inkişaf istiqamətləri tədricən dəqiqləşməyə yönəlməkdədir. İndi yaxın gələcək üçün Cənubi Qafqazda şəriksiz hegemonluğun konkret ünvanı da aydınlaşmaq üzrədir. ABŞ, Avropa Birliyi və Fransa bu regionu öz təsir dairəsinə daxil etmək hədəflərindən uzaqlaşmış kimi görünür. Çünki ABŞ və Qərb hazırda ən yaxşı halda, yalnız Ermənistana tam nəzarət etmək imkanlarına malikdir. Və bu, Cənubi Qafqaza yönəlik strateji hədəflərin böyük risk altında olduğunu göstərir.

Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Fransa bütün israrlı cəhdlərinə baxmayaraq, Cənubi Qafqaz uğrunda mübarizədə Ermənistanı “geopolitik müstəmləkə”yə çevirməkdən daha artığına nail ola bilmədi. Halbuki, Ermənistan hazırda Cənubi Qafqazda real geopolitik dəyəri olan dövlət hesab olunmur. Ermənistanın regional önəmini artırmaq üçün maliyyə-iqtisadi və hərbi-siyasi resursları mövcud deyil. Əksinə, Ermənistan, bu süni yaradılmış dövləti himayə edənlər üçün yalnız əlavə yük rolunu oynayır. Və bu baxımdan, Ermənstana nəzarət mexanizmləri Cənubi Qafqaz uğrunda mübarizədə təsirsiz faktordur.

Onu da qeyd etmək lazımdır ki, ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqaz uğursuzluğu Rusiyanın regional mövqelərinin möhkəmlənməsi anlamı daşımır. Əksinə, Ukraynada “savaş bataqlığı”na düşən Rusiya Cənubi Qafqazda da təsir gücünü böyük sürətlə itirməyə başlayıb. Hər halda, ABŞ və Qərblə regional qarşıdurma Rusiyanın Ermənistanı da itirmək təhlükəsini gücləndirib. Bu baxımdan, indi Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi məhz Azərbaycan hesab oluna bilər. Və Gürcüstanın da həm Qərbdən, həm də Rusiyadan məsafə saxlaması Azərbaycanın regional liderlik mövqelərini daha da gücləndirir.

Göründüyü kimi, Cənubi Qafqazda geopolitik proseslər böyük ölçüdə Azərbaycanın maraqlarına uyğun şəkildə cərəyan edir. Ona görə də, həm ABŞ və Qərb, həm də Rusiya bu regiondakı maraqlarını Azərbaycanın geopolitik hədəfləri ilə uzlaşdırmaq məcburiyyətindədir. Əks halda, hər iki tərəf elə bir ciddi regional önəmi olmayan Ermənistan üzərində qarşıdurmaya məhkum vəziyyətdə qalmalı olacaqlar. Və bu baxımdan, rəsmi Bakı taleyüklü regional layihələrlə bağlı təkbaşına prinsipial qərarlar vermək imkanlarına malikdir.

Onu da qeyd etmək lazımdır ki, hazırda rəsmi Bakının geopolirik, geostrateji və geoiqtisadi hədəfləri sırasında məhz Zəngəzur dəhlizinin açılması xüsusi yer tutur. Belə ki, Azərbaycan bu geoiqtisadi layihənin reallaşdırılması ilə həm Naxçıvana birbaşa çıxış qazanmaq, həm də gələcəkdə böyük geostrateji əhəmiyyəti olacaq Türk dünyasını vahid nəqliyyat-kommunikasiya məkanında birləşdirmək hədəflərini qarşısına əsas vəzifələrdən biri kimi qoyub. Və son proseslər onu göstərir ki, rəsmi Bakı bu strateji hədəflərinə çatmaq üçün bütün imkanlara artıq sahibdir.

Məsələ ondadır ki, Zəngəzur dəhlizinə kəskin şəkildə müqavimət göstərən İran artlq ciddi şəkildə zəifləməyə başlayıb. Eyni zamanda, bu dəhlizə birbaşa nəzarəti ələ keçirtmək niyyətində olan Rusiya da oyundankənar vəziyyətdə qalmağa çox yaxındır. Çünki rəsmi İrəvan ABŞ və Qərbin təlimatları ilə Rusiyanı Ermənistandan sıxışdırıb, çıxartmaq istiqamətində addımlar atmaqda davam edir. Üstəlik, Abş və Qərbin Rusiyanı Zəngəzur dəhlizi layihəsində görmək istəmədiyini nəzərə aldıqda, rəsmi İrəvanın bu məsələdə Kremlə hər hansı güzəştə gedəcəyi qətiyyən inandırıcı görünmür. Və Kremldən verilən açıqlamalarda da Zəngəzur dəhlizinə nəzarət hədəfinin uzaqlaşmasından məyusluq hiss olunur.

Təbii ki, belə situasiyada indi Zəngəzur dəhlizinin açılması ilə bağlı şərtlərin diqtə olunması hüquqları məhz Azərbaycanın əlinə keçmiş kimi görünür. Belə ki, rəsmi Bakı Ermənistandan bu dəhlzin məhz Azərbaycanın şərtləri daxilində açılmasını tələb edir. Əks halda, rəsmi İrəvana Ermənistanın bundan sonra da blokada şəratinə məhkum qalacağı xatırladılır. Eyni zamanda, rəsmi Bakı Ermənstanı mümkün qədər sürətli qərar verməyə də məcbur edir. Və əgər, rəsmi Bakı Naxçıvana birbaşa marşrutu İran ərazindən keçirərsə, Ermənistanın blokada şəraitində qalması qaçılmaz xarakter daşıya bilər.

Ona görə də, rəsmi İrəvan son vaxtlar Zəngəzur dəhlizi ətrafında yaranmış qəliz situasiyadan narahatlığını gizlətməkdə çətinlik çəkir. Belə ki, baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin məhz Azərbaycanın şərtləri çərçivəsində açılmasının mümkünlüyünü qətiyyən istisna etməyib. Azərbaycanın əsas şərti isə Naxçıvana maneəsiz gediş-gəliş modelinin təmin olunması ilə birbaşa bağlıdır. Erməni baş nazir isə Ermənistanın maneəsiz marşrut modelinə qarşı olmadığını vurğulayıb. Və bu, rəsmi İrəvanın Azərbaycanın mövqeyi qarşısında geri çəkilmək məcburiyyətində qaldığını göstərir.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti hazırda taleyüklü və strateji seçim qarşısında qalıb. Yəni, rəsmi İrəvan ya Azərbaycanın bütün şərtlərini qəbul etməklə, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Ya da buna qarşı çıxaraq, Ermənistanın Cənubi Qafqazdakı geoiqtisadi layihələrdən kənarda qalması ilə barışmalıdır. Və Ermənistanın iqtisadi-ticari maraqları baxımından, rəsmi İrəvanın ikinci variantı seçmə şansı o qədər də cəlbedici görünmür.

Xüsusilə də, Paşinyan hakimiyyətinin müqaviməti Ermənistanı blokada vəziyyətinə məhkum buraxa bilər. Kəskin regional geopolitik ziddiyyətləri də nəzərə aldıqdasa, Ermənistanın uzun müddət blokada şəraitinə tab gətirə bilməyəcəyi qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinə mümkün qədər tez bir zamanda razılıq vermək məcburiyyətində qalacağı istisna deyil.

Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı

Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib:

Ağalarov Mircavid Elşad oğlu

Əjdərli Aytac Ceyhun qızı

Əzimov Rüstəm Bakir oğlu

Hacıbəyli Rafael Siyavuş oğlu

İsrafilova Fatimə Seymur qızı

Məhərrəmova Şövkət Fikrət qızı

Məmmədzadə Vüqar Əbdüləli oğlu

Muradova Jalə Tərlan qızı

Nuruzadə Ömər İman oğlu

Birgə fəaliyyətə görə:

Abdullayev Nihat Rauf oğlu

Əliyeva Ləman Əhəd qızı.

Azərbaycanda süni intellekt strategiyası hazırlanır - Baş nazir

Azərbaycanda süni intellekt strategiyası hazırlanır.

Trend xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsəsdov Almatıda "Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı deyib.

"Rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir. Hazırda biz Azərbaycan üçün süni intellekt strategiyasını hazırlayırıq. Biz süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar ilk növbədə səhiyyə, nəqliyyat və təhsildir", - o bildirib.

Baş nazir qeyd edib ki, müasir qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir.

"O cümlədən, bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı əlaqəni sadələşdirir və rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir", - Əli Əsəsdov bildirib.

Xəbər lenti