pa-rehberi-de-ses-verdi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev yanvarın 29-da 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.

“Bu seçki məntəqəsində də seçicilər öz hüquqlarından fəal şəkildə iştirak edirdilər.

Qeyd edək ki, bələdiyyə seçkilərdə 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək.

Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir.

 

 


 
dovlet-resmileri-seckiye-qatildi

Baş prokuror Kamran Əliyev bələdiyyə seçkilərində iştirak edib.

 Kamran Əliyev 15 saylı Yasamal birinci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səs verib. Baş prokuror səsvermə hüququndan istifadə etdikdən sonra məntəqənin işinə uğurlar arzu edib.

***

Milli Məclisin sədri Sahibə Qafarova da bələdiyyə seçkilərinə qatılaraq 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

***

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da səsvermə hüququndan istifadə edərək 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

 

 



 
ilham-eliyev-si-cinpini-tebrik-etdi

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

“Məktubda deyilir:

“Hörmətli cənab Sədr,

Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Çin təqvimi ilə yeni ilin qədəm basmasını qeyd edən, təbiətin oyanışının və həyatın yenidən canlanmasının rəmzi olan Çuntsze bayramının bütün xalqınıza xoş əhvali-ruhiyyə, bol ruzi-bərəkət və rifah bəxş etməsini arzulayıram.

Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Biz Çin ilə sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlığımızın hərtərəfli inkişafına böyük önəm veririk. Əminəm ki, dostluq münasibətlərimizin və qarşılıqlı fəaliyyətimizin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram münasibətilə bir daha Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

prezident-bu-komitenin-terkibinde-deyisiklik-etdi

2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Təşkilat Komitəsinin tərkibi aşağıdakı kimidir:

Təşkilat Komitəsinin sədri

Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının gənclər və idman naziri

Təşkilat Komitəsinin üzvləri:

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini

Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

“CBC Sport” televiziya kanalının baş direktoru

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini

Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini.

Saat 10:00-a olan seçici fəallığı: Ortalama seçici fəallığı 8,38 faiz olub

Respublika üzrə 499 575 nəfər səs verib.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bələdiyyə seçkilərində saat 10:00-a olan aktivliyi açıqlayarkən deyib.

O qeyd edib ki, ortalama seçici fəallığı 8,38 faiz olub.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Hikmət Hacıyev bələdiyyə seçkisində səs verdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bələdiyyə seçkisində səs verib.

Teleqraf.com xəbər verir ki, Hikmət Hacıyev 17 saylı Yasamal 3-cü seçki dairəsi, 1 saylı məntəqədə səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkisi keçirilir.

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfər üçün yola düşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksəksəviyyəli ikitərəfli görüşləri planlaşdırılır.

MSK sədri seçicilərə çağırış etdi

Bütün seçicilərə çağırış edirəm ki, bələdiyyə seçkilərində fəal iştirak etsinlər.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, gün ərzində müraciətlər daxil olsa, bu müraciətlərə baxılacaq.

İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.

Xəbər lenti