Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür


Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.

1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyasının işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qalıb. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
SSRİ arxivindən sənəd: Zəngəzur yolu kimindir? - Video

AzTV-də yayımlanan “Hədəf” verilişində SSRİ arxivlərində qeyd edilən Zəngəzur yoluna (Zəngəzur dəhlizi) aid məxfi sənədlərə nəzər salınıb.

Verilişdə SSRİ hökumətinin qəbul etdiyi qərarlarda bu ərazilərin Azərbayacana məxsus olmasını sübut edəcək faktlara diqqət çəkilib.

Tarixçi-alim Cəbi Bəhramov AzTV-nin efirində bu amili xəritə üzərindən izah edərək əsaslandırıb.

Daha ətraflı videoda:

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, orada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidirlər.

Cahit Bağçı Azərbaycanla bağlı vida paylaşımı edib

Diplomatik fəaliyyətini başa vuran Türkiyə səfiri Cahit Bağçı sosial şəbəkələrdə Azərbaycanla bağlı vida paylaşımı edib.

Səfir paylaşımda Azərbaycanın müxtəlif bölgələrinin gözəlliyini, mədəniyyət və incəsənət zənginliyini, Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb.

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib.

Bu barədə Nazirliyin sosial media hesabında bildirilib.

"Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin havada faciəvi toqquşması bizi dərindən kədərləndirdi. Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və sağ qalanların can sağlığı üçün dua edirik", - qeyd olunub.

Qeyd edək ki, Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.
Təyyarədə 4 ekipaj üzvü olmaqla 60 sərnişin, helikopterdə isə 3 ABŞ əsgəri olub. Yerli medianın məlumatına görə, artıq 18 nəfərin meyiti Potomak çayından çıxarılıb.

Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı

Dünən keçirilən Bələdiyyə seçkilərində lider namizədlərin adları açıqlanıb.

Bu barədə MSK-nın mətbuat xidmətinin rəhbəri Şahin Əsədli məlumat verib.

Aşağıda qeyd olunan siyahının üzərinə toxunmaqla hər bir seçki dairəsi üzrə lider namizədlərin siyahsının görə bilərsiniz.

Seçki dairəsinin adı
1 SAYLI ŞƏRUR-SƏDƏRƏK SEÇKİ DAİRƏSİ
2 SAYLI ŞƏRUR-KƏNGƏRLİ SEÇKİ DAİRƏSİ
3 SAYLI BABƏK-ŞAHBUZ-KƏNGƏRLİ SEÇKİ DAİRƏSİ
4 SAYLI NAXÇIVAN ŞƏHƏR SEÇKİ DAİRƏSİ
5 SAYLI BABƏK-NAXÇIVAN-CULFA SEÇKİ DAİRƏSİ
6 SAYLI ORDUBAD-CULFA SEÇKİ DAİRƏSİ
7 SAYLI SƏBAİL SEÇKİ DAİRƏSİ
8 SAYLI BİNƏQƏDİ BİRİNCİ SEÇKİ DAİRƏSİ
9 SAYLI BİNƏQƏDİ İKİNCİ SEÇKİ DAİRƏSİ
10 SAYLI BİNƏQƏDİ ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ
11 SAYLI BİNƏQƏDİ-QARADAĞ SEÇKİ DAİRƏSİ
12 SAYLI XƏZƏR BİRİNCİ SEÇKİ DAİRƏSİ
13 SAYLI XƏZƏR İKİNCİ SEÇKİ DAİRƏSİ
14 SAYLI XƏZƏR-PİRALLAHI SEÇKİ DAİRƏSİ
17 SAYLI YASAMAL ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ
18 SAYLI NƏRİMANOV-NİZAMİ-BİNƏQƏDİ SEÇKİ DAİRƏSİ
19 SAYLI NƏRİMANOV BİRİNCİ SEÇKİ DAİRƏSİ
21 SAYLI NƏSİMİ-BİNƏQƏDİ SEÇKİ DAİRƏSİ
25 SAYLI NİZAMİ İKİNCİ SEÇKİ DAİRƏSİ
26 SAYLI SABUNÇU BİRİNCİ SEÇKİ DAİRƏSİ
27 SAYLI SABUNÇU İKİNCİ SEÇKİ DAİRƏSİ
28 SAYLI SABUNÇU ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ
29 SAYLI SABUNÇU DÖRDÜNCÜ SEÇKİ DAİRƏSİ
30 SAYLI SURAXANI BİRİNCİ SEÇKİ DAİRƏSİ
31 SAYLI SURAXANI İKİNCİ SEÇKİ DAİRƏSİ
32 SAYLI SURAXANI ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ
33 SAYLI XƏTAİ BİRİNCİ SEÇKİ DAİRƏSİ
36 SAYLI XƏTAİ-SURAXANI SEÇKİ DAİRƏSİ
37 SAYLI QARADAĞ SEÇKİ DAİRƏSİ
39 SAYLI GƏNCƏ İKİNCİ SEÇKİ DAİRƏSİ
40 SAYLI GƏNCƏ ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ
41 SAYLI GƏNCƏ-SAMUX-GORANBOY SEÇKİ DAİRƏSİ
42 SAYLI SUMQAYIT BİRİNCİ SEÇKİ DAİRƏSİ
46 SAYLI SUMQAYIT BEŞİNCİ SEÇKİ DAİRƏSİ
47 SAYLI SUMQAYIT-ABŞERON-QARADAĞ SEÇKİ DAİRƏSİ
48 SAYLI ABŞERON BİRİNCİ SEÇKİ DAİRƏSİ
49 SAYLI ABŞERON İKİNCİ SEÇKİ DAİRƏSİ
50 SAYLI ABŞERON ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ
51 SAYLI ŞİRVAN SEÇKİ DAİRƏSİ
52 SAYLI YEVLAX SEÇKİ DAİRƏSİ
53 SAYLI YEVLAX-MİNGƏÇEVİR SEÇKİ DAİRƏSİ
54 SAYLI MİNGƏÇEVİR SEÇKİ DAİRƏSİ
55 SAYLI SİYƏZƏN-QUBA-XIZI SEÇKİ DAİRƏSİ
56 SAYLI ŞABRAN-XAÇMAZ SEÇKİ DAİRƏSİ
57 SAYLI XAÇMAZ ŞƏHƏR SEÇKİ DAİRƏSİ
58 SAYLI XAÇMAZ KƏND SEÇKİ DAİRƏSİ
59 SAYLI QUBA SEÇKİ DAİRƏSİ
60 SAYLI QUBA-QUSAR SEÇKİ DAİRƏSİ
61 SAYLI QUSAR SEÇKİ DAİRƏSİ
62 SAYLI KÜRDƏMİR SEÇKİ DAİRƏSİ
63 SAYLI HACIQABUL-KÜRDƏMİR SEÇKİ DAİRƏSİ
64 SAYLI SALYAN SEÇKİ DAİRƏSİ
65 SAYLI SALYAN-BİLƏSUVAR-NEFTÇALA SEÇKİ DAİRƏSİ
66 SAYLI SAATLI SEÇKİ DAİRƏSİ
67 SAYLI SABİRABAD SEÇKİ DAİRƏSİ
68 SAYLI SABİRABAD-ŞİRVAN SEÇKİ DAİRƏSİ
69 SAYLI BİLƏSUVAR SEÇKİ DAİRƏSİ
70 SAYLI NEFTÇALA SEÇKİ DAİRƏSİ
71 SAYLI CƏLİLABAD ŞƏHƏR SEÇKİ DAİRƏSİ
72 SAYLI CƏLİLABAD KƏND SEÇKİ DAİRƏSİ
73 SAYLI MASALLI-CƏLİLABAD SEÇKİ DAİRƏSİ
74 SAYLI MASALLI SEÇKİ DAİRƏSİ
75 SAYLI YARDIMLI-MASALLI SEÇKİ DAİRƏSİ
76 SAYLI LƏNKƏRAN-MASALLI SEÇKİ DAİRƏSİ
77 SAYLI LƏNKƏRAN ŞƏHƏR SEÇKİ DAİRƏSİ
78 SAYLI LƏNKƏRAN KƏND SEÇKİ DAİRƏSİ
79 SAYLI ASTARA SEÇKİ DAİRƏSİ
80 SAYLI LERİK-ASTARA SEÇKİ DAİRƏSİ
81 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ
82 SAYLI İMİŞLİ-SAATLI SEÇKİ DAİRƏSİ
83 SAYLI BEYLƏQAN SEÇKİ DAİRƏSİ
84 SAYLI FÜZULİ SEÇKİ DAİRƏSİ
85 SAYLI FÜZULİ-AĞCABƏDİ SEÇKİ DAİRƏSİ
86 SAYLI AĞCABƏDİ SEÇKİ DAİRƏSİ
87 SAYLI QOBUSTAN-ŞAMAXI-İSMAYILLI SEÇKİ DAİRƏSİ
88 SAYLI ŞAMAXI SEÇKİ DAİRƏSİ
89 SAYLI İSMAYILLI SEÇKİ DAİRƏSİ
90 SAYLI AĞSU SEÇKİ DAİRƏSİ
91 SAYLI GÖYÇAY SEÇKİ DAİRƏSİ
92 SAYLI GÖYÇAY-AĞDAŞ SEÇKİ DAİRƏSİ
93 SAYLI AĞDAŞ SEÇKİ DAİRƏSİ
94 SAYLI UCAR SEÇKİ DAİRƏSİ
95 SAYLI ZƏRDAB-KÜRDƏMİR-UCAR SEÇKİ DAİRƏSİ
96 SAYLI GORANBOY-NAFTALAN SEÇKİ DAİRƏSİ
97 SAYLI TƏRTƏR-AĞDƏRƏ-GORANBOY SEÇKİ DAİRƏSİ
98 SAYLI BƏRDƏ-TƏRTƏR SEÇKİ DAİRƏSİ
99 SAYLI BƏRDƏ SEÇKİ DAİRƏSİ
100 SAYLI GÖYGÖL-DAŞKƏSƏN-KƏLBƏCƏR SEÇKİ DAİRƏSİ
101 SAYLI SAMUX-ŞƏMKİR SEÇKİ DAİRƏSİ
102 SAYLI ŞƏMKİR ŞƏHƏR SEÇKİ DAİRƏSİ
103 SAYLI ŞƏMKİR KƏND SEÇKİ DAİRƏSİ
104 SAYLI GƏDƏBƏY SEÇKİ DAİRƏSİ
105 SAYLI TOVUZ-GƏDƏBƏY SEÇKİ DAİRƏSİ
106 SAYLI TOVUZ SEÇKİ DAİRƏSİ
107 SAYLI TOVUZ-QAZAX-AĞSTAFA SEÇKİ DAİRƏSİ
108 SAYLI AĞSTAFA SEÇKİ DAİRƏSİ
109 SAYLI QAZAX SEÇKİ DAİRƏSİ
110 SAYLI BALAKƏN SEÇKİ DAİRƏSİ
111 SAYLI ZAQATALA-BALAKƏN SEÇKİ DAİRƏSİ
112 SAYLI ZAQATALA SEÇKİ DAİRƏSİ
113 SAYLI QAX-ŞƏKİ SEÇKİ DAİRƏSİ
114 SAYLI ŞƏKİ ŞƏHƏR SEÇKİ DAİRƏSİ
115 SAYLI ŞƏKİ KƏND SEÇKİ DAİRƏSİ
116 SAYLI QƏBƏLƏ SEÇKİ DAİRƏSİ
117 SAYLI OĞUZ-QƏBƏLƏ-ŞƏKİ SEÇKİ DAİRƏSİ
119 SAYLI AĞDAM SEÇKİ DAİRƏSİ
İrəvan Əliyevin mesajlarını düzgün oxumalıdır: Zəngəzur dəhlizi açılacaq...

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirəsində Azərbaycanın həyata keçirdiyi nəqliyyat dəhlizləri nəticəsində Avrasiya coğrafiyasında oynadığı rolun əhəmiyyəti, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının mövqeyini bütün maraqlı tərəflərin diqqətinə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin müşavirədə verdiyi mesajları belə oxumaq olar:

- Azərbaycan qlobal çağırışlara zamanında çevik reaksiya verərək, yeni dünya düzəninin oyun qaydalarına uyğun olaraq, enerji sahəsində olduğu kimi, nəqliyyat dəhlizləri sahəsində də Avrasiya coğrafiyasının xəritəsini cızıb. Azərbaycanın nəqliyyat dəhlizləri baxımdan da logistik bir mərkəzə çevrilməsi, təkcə onun yerləşdiyi coğrafiyanın yaratdığı imkanları deyil, məhz görülən məqsədyönlü praktik fəaliyyətin nəticəsidir.

Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib - YENİLƏNİB

Bu səbəbdən də Avrasiyanın yeni nəqliyyat dəhlizlərini Azərbaycansız təsəvvür etmək mümkün deyil. 

- Bakı bu istiqamətdə daha fəal rol oynayacaq ki, bu da Bakının Avrasiya coğrafiyasında daha ciddi oyunçuya çevrilməsinə, yeni fürsətlər və imkanların, əməkdaşlıq formatlarının yaranmasına, qarşısındakı hədəflərə nail olmasına imkan verəcək. Enerji dəhlizi nəqliyyat dəhlizlərinin yaranmasına imkanlar yaratdığı kimi, nəqliyyat dəhlizləri də öz növbəsində Azərbaycanın yaşıl enerji və digər kommunikasiya qovşaqlarına çevrilməsinə təkan verəcək. Nəticə etibarilə Azərbaycan Avrasiya coğrafiyasında deyil, eyni zamanda Şimali Afrika qitəsində də əvəzolunmaz bir çoxşaxəli logistik mərkəz rolunu oynayacaq. Bunun üçün Azərbaycan əlverişli coğrafiyada yerləşməklə yanaşı, potensiala və resurslara da malikdir. 

- Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsidir. Dəhliz mütləq açılmalıdır, açılacaq da, bunun başqa alternativi yoxdur. Azərbaycanla Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin olunmalıdır.   

Zəngəzur dəhlizi beynəlxalq leksikonda istifadə olunub və Bakı bu dəhlizin açılması istiqamətində praktik addımlar atır. 

Prezident İlham Əliyev Zəngəzur dəhlizinə qarşı çıxanlara da öz mesajını çatdırdı. Mesajı belə oxumaq olar: heç kim layihənin reallaşmasına mane ola bilməyəcək. Bu sadəcə zamana bağlı olan məsələdir. Nə qədər tez olsa, daha yaxşıdır və bundan hamı qazanacaq. Dəhlizin açılmasına qarşı çıxıb mane olan, prosesi gecikdirən isə itirəcək.

495707

Bakı Zəngəzur dəhlizinin açılmasını istəyən və istəməyən maraqlı, eyni zamanda fərqli baxış sərgiləyən güclər arasında çoxgedişli strategiyanı tətbiq etməklə hədəfinə nail olmaq istəyir. Bu da ondan ibarətdir ki, Zəngəzur dəhlizi Qərblə Şərq arasında Orta Dəhlizin tərkib hissəsi olduğu kimi, Şimalla Cənub arasındakı dəhlizin tərkib hissəsi rolunu oynayacaq. 
Burada bir neçə məqama diqqət etmək lazımdır.

Birincisi, ondan ibarətdir ki, Tehran Zəngəzur dəhlizinin açılmasını özünün qırmızı xətti elan edərək buna qarşı çıxır. Amma Bakının yürütdüyü davamlı siyasət nəticəsində Tehranın da bu məsələdə mövqeyi yumşalmaqdadır.

İkincisi, İrəvanın da Qərbə meyillənməsi, Tehranı Bakının şərtlərini qəbul etməyə vadar edir.

Üçüncüsü, Tehran üzləşdiyi mövcud geosiyasi reallıqlarda Rusiya ilə daha sıx əməkdaşlıq münasibətləri qurmaq istəyir ki, bu da Azərbaycansız mümkün deyil. Bu da Bakıya Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin yumşaldılması və qəbul edilməsi baxımdan əlavə imkanlar yaradır.

Dördüncüsü, İrəvan və Qərb də bu dəhlizin açılmasında maraqlıdır, onlar bu yolun ancaq Ermənistanın yurisdiksiyası nəticəsində reallaşmasını istəyirlər. İrəvan və Qərb bu niyyətini reallaşdırmaq üçün "Sülh kəsişməsi" layihəsini ortaya atır.

495708

Bakı isə bəyan edir ki, Zəngəzur dəhlizinin açıqlması ilə İrəvanın təklif etdiyi "Sülh kəsişməsi" layihəsi fərqli şeylərdir. 

Zəngəzur dəhlizi ilk növbədə Bakıya Ermənistan-Azərbaycan arasında deyil, Azərbaycanın anklav ərazisi olan Naxçıvanla təhlükəsiz, heç bir maneə olmadan əlaqəsinin yaradılması üçün lazımdır. Çünki Azərbaycanın Zəngəzur dəhlizi olmadan belə, Ermənistandan yan keçməklə Qərblə Şərqi, Şimalla Cənubu, eyni zamanda Naxçıvanı birləşdirən alternativ nəqliyyat infrastrukturu mövcuddur. 

Burada əsas məsələ ondan ibarətdir ki, Bakı İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaratdığı yeni reallıqlara uyğun olaraq bütün region ölkələri ilə sıx əməkdaşlıq qurmaq niyyətindədir. Bakı Zəngəzur dəhlizi vasitəsilə İrəvanın da Orta Dəhlizinin imkanlarından faydalanması niyyətini ortaya qoyub.

Təbii ki, İrəvanla Bakı arasında sülh sazişi imzalandıqdan sonra iki ölkə arasında diplomatik, iqtisadi-ticari, kommunikasiya əlaqələrinin yaradılması labüddür. O zaman həmin yoldan Ermənistana gediş-gəliş üçün istifadə edilərsə, təbii olaraq, sərhəd-keçid məntəqləri yaradıla və orada beynəlxalq hüququn şərtlərinə uyğun olaraq müvafiq zəruri qaydalar tətbiq oluna bilər. Buna kimsə etiraz edə bilməz. 

Beşincisi, Zəngəzur dəhlizi Bakının şərtləri daxilində açılmayacaqsa, o zaman Prezident İlham Əliyevin bəyan etdiyi kimi, İrəvanın təklif etdiyi "Sülh kəsişməsi" də kağız parçasından başqa bir şey olmayacaq.  "Sülh kəsişməsi"ndə təklif olunan dəhlizlər əsasən Azərbaycanla bağlıdır. Azərbaycan bu layihədə iştirak etməyəcəksə, o layihənin dəyəri deyildiyi kimi "iki qəpik" də etmir. Qeyd etmək lazımdır ki, təklif olunan layihə Azərbaycan, Türkiyə, İran və Gürcüstanı əhatə edir. Ermənistanın onsuz da İran və Gürcüstanla bu əlaqələri mövcuddur. Odur ki, İrəvan Azərbaycan Prezidentinin mesajlarını düzgün oxuyub ona uyğun adekvat real addımlar atmalıdır. 

İrəvan müxtəlif bahanələrlə və yaxud "Sülh kəsişməsi" layihəsi adı altında sülhdən yayınıb Azərbaycana qarşı çirkin oyunlarını davam etdirəcəksə, sonunda bundan itirən tərəf yenə də Ermənistan olacaq. Və Zəngəzur dəhlizi də açılacaq.

Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir

Kreml müasir dünya dəyərləri ilə ziddiyyət təşkil edən imperialist narrativləri ilə Rusiyanı beynəlxalq məkanda təklənmə təhlükəsinə doğru sürükləyir... Əgər, rus siyasi zehniyyəti dünyada geopolitik şərtlərin artıq ciddi şəkildə dəyişdiyini qəbul etməzsə, Rusiya öz sərhədləri daxilinə sıxışdırılmış dövlətə çevrilə bilər...

"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazın və region dövlətlərinin əsas problemləri sırasında Rusiyanın hegemonluq iddiaları da yer alır. Belə ki, Kreml Cənubi Qafqaza ənənəvi olaraq, Rusiyanın “arxa baxçası” kimi yanaşır. Üstəlik, çar Rusiyası dönəmindən üzübəri Kremlin bi imperialist mövqeyi heç vaxt dəyişməyib. Rusiya hətta keçmiş SSRİ-nin dağılmasından sonra region dövlətlərinin müstəqilliyini belə, formal hüquqi status kimi qəbul edir. Və Rusiyanın Ukraynada “savaş bataqlığı”nda zəifləməsi Kremlin Cənubi Qafqaza təzir imkanlarının məhdudlaşması baxımından da böyük önəm daşıyır.

Onu da qeyd etmək lazımdır ki, müstəqillik dövründə Azərbaycanın güclənərək, müstəqil xarici siyasət yürütməsi Rusiyanın geopolitik maraqlarına qətiyyən uyğun deyil. Belə ki, Rusiyanın Ermənistanda hərbi bazaları olsa da, Azərbaycanın tamamilə nəzarətdən çıxmasının Rusiyaya regional geopolitik proseslərdə ciddi problemlər yaratdığını Kremldə anlayırlar. Və bu səbəbdən də, Kreml Azərbaycana qarşı səhnəarxasında həmişə qərəzli siyasət yürütməyə üstünlük verib.

Məsələ ondadır ki, Azərbaycanın Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibinə çevrilməsi hazırda Kremldə ciddi qıcıq doğurur. Halbuki, rəsmi Bakı Rusiya ilə münasibətlərində həmişə geopolitik balansı qorumağa və faydalı əməkdaşlığa üstünlük verib. Rusiya siyasi dairələrindən isə analoji davranışların müşahidə edilməsinə isə hələ təsadüf olunmur. Və bu baxımdan, Rusiyanın Azərbaycana münasibətində hələ də qüsurlu yanaşma tərzinin ön planda olduğu inkaredilməz reallıqdır.

Maraqlıdır ki, Kreml Azərbaycanın artıq Rusiyanın təsir dairəsindən tamamilə çıxdığını da anlayır. Ancaq nə qədər qəribə də olsa, bununla barışmaq istəmir. Ona görə də, hazırda rəsmi Bakının Kremlin qərəzli davranışlarına verdiyi sərt reaksiya Rusiya siyasi dairələrində açıq-aşkar qıcıqla qarşılanır. Xüsusilə də, Kreml Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində raketlə vurulmasını rəsmən etiraf etmək istəmir. Və bu hərbi cinayətlə bağlı faktların üzərini ört-basdır etmək üçün əlindən gələn hər şeyi etməyə çalışır.

Rəsmi Bakının isə Kremldən gözləntisi konkretdir. Belə ki, Rusiya AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya əraisində vurulduğunu etiraf edərək, Azərbaycandan üzür istəməsi iki ölkə arasında qarşılıqlı münasibətlərin korlanma ehtimalını böyük ölçüdə bloklaya bilər. Kreml isə bunun əksinə olaraq, mövcud faktları inkar etməklə, münasibətlərin qəlizləşməsinə münbit şərait yaradır. Və ən əsasısa, Kreml öz müəmmalı davranışları ilə Azərbaycan-Rusiya strateji müttəfiqlik fəaliyyəti barədə sənədin hüquqi statusunu ciddi risk altına atmış olur.

Belə anlaşılır ki, Kreml əslində, normal münasibətlər çərçivəsində əməkdaşlıq etməyi bacarmır. Ona görə də, Rusiyanın strateji müttəfiqlərinin azlığı qətiyyən təəccüblü deyil. Son illərdəsə, Kremlin dostları sırasında Belarisdan başqa demək olar ki, heç bir dövlət qalmayıb. Çünki KTMT çərçivəsində müttəfiqliyin də formal xarakter daşıdığı Ukrayna savaşı yanaşma tərzi ilə növbəti dəfə təsdiqlənmiş oldu. Hə halda, KTMT üzrə hərbi müttəfiq ölkələrdən heç birisi Rusiyanın Ukraynaya qarşı işğalçılıq savaşını dəstəkləmədi. Hətta Belarus belə, bu savaşda Rusiyanın yanında yer almağa həvəs göstərmədi. Və bu baxımdan, Kremlin öz davranışları ilə Rusiyanı müttəfiqsizliyə məhkum buraxdığını iddia etmək mümkündür.

İndi Kreml öz imperialist geopolitik vərdilşləri ucbatından Cənubi Qafqazda yeganə normal münasibətləri ola biləcək Azərbaycanla da münasibətlərini korlamaq üzrədir. Belə ki, Rusiyanın Gürcüstan və Ermənistanla münasibətləri uzun müddətdən üzübəri qəlizdir. Kremlin Gürcüstan ərazisindəki iki separatçı bölgəni – Cənubi Osetiya və Abxaziyanı aşıq-aşkar dəstəkləməsi rəsmi Tiflisin Rusiyadan siyasi məsafəni açmasına səbəb olub. Və bu problemə Ermənistanın da Rusiyadan uzaqlaşıb, Qərbə inteqrasiyasa siyasəti yürütməsi də əlavə edilib.

Əgər, rəsmi Bakı ilə münasibətlər tamamilə korlanarsa, onda, Cənubi Qafqaz Rusiya üçün tamamilə itirilmiş regiona çevrilə bilər. Kremldə Azərbaycanın müstəqil xarici siyasət yürütmək hüquqları ilə barışmalıdırlar. Əks halda, Rusiyanın Azərbaycanla strateji müttəfiq olan Türkiyə ilə də müəyyən problemləri yarana bilər. Ona görə də, Kreml Türkiyə kimi güclü strateji müttəfiqi olan Azərbaycanla bərabərhüquqlu tərəfdaşlıq imkanlarını qorumağı bacarmalıdır. Və Cənubi Qafqazın lider dövləti Azərbaycanın Rusiyadan tamamilə uzaqlaşmasından yayınmağa çalışmalıdır.

Ən önəmli məqamlardan biri də odur ki, rəsmi Bakı Rusiyanın onilliklər boyu Azərbaycana qarşı məqsədyönlü ədalətsizliyi qətiyyən unutmayıb. Prezident İlham Əliyevin keçmiş SSRİ dönəmində Zəngəzur bölgəsinin Azərbaycandan qoparılaraq, Ermənistana verilməsini xatırlatması əslində, Rusiyaya yönəlik birbaşa mesajdır. Üstəlik, rəsmi Bakı Kremlə Rusiyanın 20 yanvar faciəsini törətməsini, Azərbaycanı parçalamaq üçün süni “Dağlıq Qarabağ problemi”ni yaratmasını, həm 44 günlük savaş dönəmidə, həm də ondan əvvəlki dövrlərdə Ermənistan külli miqdarda silah-sursat göndərməsini və s digər yolverilməz davranışları da xatırlada bilər. Və bu baxımdan, Kremlin rəsmi Bakı tərəfindən gündəmə gətirilən haqlı iradlara həssas yanaşması, iki qonşu dövlət arasında normal münasibətlərin qorunması baxımından, böyük önəm daşıyır.

Göründüyü kimi, Kreml müasir dünya dəyərləri ilə ziddiyyət təşkil edən imperialist mövqeyi ilə Rusiyanı beynəlxalq məkanda təklənmə təhlükəsinə doğru sürükləyir. Halbuki, indi Rusiyanın tərəfdaş dövlətlərin sırasını genişləndirməyə daha çox ehtiyacı var. Əgər, Kreml həm dünyada, həm də MDB məkanında geopolitik şərtlərin ciddi şəkildə dəyişdiyini qəbul etməkdə gecikərsə, bu, Rusiyanın öz sərhədləri daxilinə sıxışdırılmış dövlətə çevrilməsi ilə də nəticələnə bilər. Və bu baxımdan, Kremldə artıq anlamalıdırlar ki, köhnəlmiş imperialist narrativlər daha heç bir fayda gətirmir.

Azərbaycanda bələdiyyə seçkisidə ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb - YENİLƏNİB

Bu gün keçirilən bələdiyyə seçkisi üzrə səsvermədə ən çox seçici aktivliyi 59 saylı Quba seçki dairəsində qeydə alınıb.

"Report" xəbər verir ki, burada seçici fəallığı 38.50 faiz olub.

Ən az seçici aktivliyi isə 54 saylı Mingəçevir seçki dairəsinə aiddir.

Burada aktivlik göstəricisi 24.45 faizdir.

Qeyd edək ki, səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

***

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb.

Seçki məntəqələri bu gün saat 8:00-da açılıb, səsvermə 19:00-da başa çatıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 28,77 faiz olub.

Belə ki, həmin vaxta qədər 1 milyon 715 min 291 nəfər səs verib.

Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.

685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.

Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Xəbər lenti