İlham Əliyev Lukaşenkoya zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Aleksandr Lukaşenkonu Belarus Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Prezident Aleksandr Lukaşenko göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon danışığı əsnasında dövlət başçıları iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

İran-Azərbaycan sərhədində yeni terminal tikilir

ki ölkə başçıları arasında əldə olunan razılaşmalara əsasən, Araz Tranzit Dəhlizinin tikintisi ilə eyni vaxtda Kəlalə sərhəd-buraxılış məntəqəsində yeni sərhəd və gömrük terminalının yaradılması təsdiq edilib və tikintisi davam etdirilir.

Bu barədə Şərqi Azərbaycan əyalətinin gömrük nəzarətçisi Sadiq Namdar məlumat verib.

“Kəlalədə yeni terminalın açılması ilə İran və Azərbaycan arasında iqtisadi və tranzit əlaqələri asanlaşdırılacaq və əhəmiyyətli dərəcədə artırılacaq", - Namdar deyib. /Axar.az

Kişiliyə yaraşan addım atmaq növbəsi Putindədir - AzTV

"Azərbaycan Prezidenti İlham Əliyevin tələbləri və şərtləri Rusiyaya yamanca yer edib və şimal qonşumuz məsuliyyətini anlayıb baş vermiş faciənin obyektiv araşdırılmasına töhfə vermək əvəzinə media resurslarını işə salaraq üstümüzə hürdürür". 

Bu sözləri AzTV-nin rəhbəri Rövşən Məmmədov AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhərində Rusiya tərəfindən vurulması ilə bağlı danışarkən deyib. O, Rusiyanın məsuliyyətdən yayınmaq üçün uğursuz müqayisələr apardığını bildirib:

"Gah məsuliyyəti tam şəkildə ekipaj üzvlərinin üzərinə atmağa çalışır. Hətta bu məqsədlə yalançı səs yazılarından belə istifadə edir. Rəsmi şəxslər indidən Rusiya mediasında yayılan səslərlə qara qutudakı məlumatların uyğun gəlmədiyini bildirir. 

Üstəlik, bəzi məlumatlarda təyyarənin vurulması əmrinin kim tərəfindən verildiyi də artıq dəqiqləşib. Gah da 2020-ci ilin noyabrında baş verən insidenti xatırladır və uğursuz paralellər aparmağa çalışır. 

Hörmətli rusiyalı həmkarlar, əgər paralellik aparmaq istəyirsinizsə, çox yaxşı, gəlin, birgə aparaq.
2020-ci il noyabrın 9-da Rusiyaya məxsus helikopter Naxçıvan sərhədində vurulub. Niyə? Çünki həmin helikopter müharibənin hələ davam etdiyi zamanda noyabrın 9-da konkret Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində axşam saatlarında erməni hərbçilərini müşayiət edərkən və aşağı hündürlükdə uçarkən vurulub. Niyə aşağı hündürlükdə uçurdu? Çünki helikopter hava müdafiə sisteminin radar müşahidəsinə tuş gəlməməyə çalışırdı. Başqa sözlə, missiyasını gizli yerinə yetirirdi. Missiya erməni hərbçilərini qorumaq idi. Bunu Rusiya tərəfi necə izah edə bilər? Müharibənin faktiki ən gərgin və çətin zamanında belə bir insidentin yaşanmasına Azərbaycan tərəfi onlarla əsas gətirərdi, lakin rəsmi Bakı bunu etmədi. Əvəzində İlham Əliyev hadisəyə görə rusiyalı həmkarına zəng etdi və üzr istədi. Daha sonra helikopterin məbləği ödənildi, ölən hərbçilərə görə ailələrinə kompensasiya verildi. Bir sözlə, bu cür vəziyyətlərdə dövlətin üzərinə hansı öhdəlik düşürdüsə, onu da yerinə yetirdik. Bir ləyaqət, kişilik nümunəsi ortaya qoyduq. İndi də belə bir ləyaqətli və kişiliyə yaraşan addım atmaq növbəsi Rusiya Prezidenti Vladimir Putindədir. Vəssalam! Məsələni bu qədər qəlizləşdirməyə, yaxud yaxın tarixi vərəqləməyə nə ehtiyac var?!"

 

 

Prezident yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev yanvarın 27-də Sloveniyanın Bakıya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.

Bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Toponimiya Komissiyasının sədri, sədr müavini və katibi seçilib 

Milli Məclisi yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

İsa Həbibbəyli yenidən Toponimiya Komissiyasının sədri seçilib.

Eyni zamanda Musa Quliyev sədr müavini, Cavid İskəndərov katib seçilib.

Qeyd edək ki, Komissiyanın üzvləri İsa Həbibbəyli, Elnarə Akimova, Nizami Cəfərov, Əziz Ələkbərov, Mahirə Hüseynova, Anar İsgəndərov, Elçin İsmayılov, Musa Quliyev, Hikmət Məmmədov, Möhsün Nağısoylu, Sabir Rüstəmxanlı və Cavid İsgəndərovdur.

Sülhməramlılara deyilmişdi, ya çıxın, ya gizlənin... - AzTV-nin süjeti

Rus mediası hələ 2023-cü ilin antiterror əməliyyatları zamanı öldürülən sülhməramlılara görə də qınayıb. Gəlin, buna da cavab verək: Əvvəla, rusların döyüşlər getdiyi zaman Qarabağda nə işi var?! Yəni Azərbaycan ordusu 19-20 sentyabr tarixlərində Qarabağda mənzillənmiş erməni silahlı birləşmələri və kriminal rejimin separatçı bandalarına qarşı lokal əməliyyata start verərkən rusiyalı sülhməramlıları öncədən xəbərdar etmişdi ki, ərazidən çıxırsınız çıxın, çıxmırsınızsa, əməliyyat zamanı gizləndiyiniz yerdə qalın, kazarmada oturun. Bir sözlə, güllə altına girməyin. Lakin ruslar nə etdi? Bir neçə hərbçi öz avtomobili ilə döyüş ərazisinə girdi və Azərbaycan hərbçiləri də onları ermənilər zənn edərək məhv etdilər. Vəssalam.

Bu sözləri "Həftə" proqramında AzTV-nin rəhbəri və verilişin aparıcı Rövşən Məmmədov bildirib.

O çıxışına belə davam edib: "Odur ki, bunun günahı Azərbaycan dövlətinin məsuliyyətinə yazılmamalıdır. Hərçənd bu hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarına başsağlığı verdi, üzr istənildi və hadisə ilə bağlı cinayət işi başlandı. Yəni rəsmi Bakı yaxın tarixə aid hər bir insidentin qarşılıqlı anlaşma, obyektiv baxış çərçivəsində araşdırılmasının tərəfdarıdır. Ona görə yox ki, Azərbaycan coğrafi baxımından kiçik ölkədir. Gəlin qarışdırmayaq. Bəli, biz bir çox dövlətdən, o cümlədən Rusiyadan coğrafi baxımdan çox kiçiyik, lakin əsas ərazi vahidi deyil. Əsas addımlardır, verilən qərarladır, böyüklük, real böyüklük məhz bu zaman ortaya çıxır. Azərbaycan da qeyd olunan hadisələrdə ləyaqətlə davranmaqla öz böyüklüyünü ortaya qoydu. Odur ki, bir daha deyirik, sıra şimal qonşumuzdadır. Böyüklüyünüzü göstərin, daha tarixdən hadisələr gətirib məsuliyyətdən boyun qaçırmaq lazım deyil. Bu cür cılız yanaşma heç kimə başucalığı gətirməyib".

İlham Əliyevin Davosda çinli jurnalistlə səmimi söhbəti - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

AzTV telekanalı sosial şəbəkə hesabında Prezident İlham Əliyevin müsahibədən əvvəl çinli jurnalistlə səmimi söhbətini əks etdirən görüntülər paylaşıb.

İrəvan Kremli necə "hipnoz" edib: Rusiyanın müəmmalı acizliyi üzərindən sirr pərdəsi qalxır

Kreml rəsmi İrəvanın davamlı xəyanətinə müəmmalı dözümlülük nümayiş etdirir, Ermənistan isə ABŞ və Qərbin maraqlarına xidmətini Rusiya ilə "balanslaşdırma" siyasəti kimi izahlayır... Halbuki, Rusiya Ermənistanın indiki davranışlarına bənzər xarici siyasət yürüdən Ukraynaya qarşı dərhal dağıdıcı müharibəyə başlamışdı...

"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqaz uğrunda mübarizədə Ermənistanın Rusiya əleyhinə düşərgədə yer aldığı artıq inkaredilməz reallıqdır. Belə ki, rəsmi İrəvan açıq-aşkar Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma xarici siyasət kursunda israrlı mövqe tutur. Üstəlik, bunu bacardığı qədər nümayişkəranə şəkildə edir. Və Rusiyanın Ermənistana münasibətdə hansı cavab addımları ata biləcəyi isə hələ də qeyri-müəyyən xarakter daşımaqdadır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişini imzalaması əslində, Paşinyan hakimiyyətinin Rusiyaya xəyanətinin de-yure təsdiqlənməsi anlamı daşıyır. Eyni zamanda, Paşinyan hakimiyyəti Ermənistanın Avropa Birliyinə üzvlük prosesinə də artıq rəsmən start verib. Düzdür, rəsmi İrəvan bunu ictimai təşəbbüslərə cavab reaksiyası kimi təqdim etməyə çalışır. Ancaq ictimai təşəbbüslərə bağlı həmin sənədin parlamentdə təsdiqlənməsinə qərar verilməsi Paşinyan hakimiyyətinin siyasi manipulyasiya ilə məşğul olduğunu da göstərir. Və bununla Rusiyanın sərt reaksiyanı nisbətən zəiflətmək niyyəti güdülür.

Digər tərəfdən, rəsmi İrəvan Qərb hərbi-siyasi dairələrinin Cənubi Qafqaza daha sıx yaxınlaşması üçün də müəyyən manevrlər etməyə çalışır. Xüsusilə də, baş nazir Nikol Paşinyan Ermənistanı NATO-nun himayəsi altına yerləşdirmək üçün əlindən gələn hər şeyi edir. Onun NATO baş katibi Mark Rütte ilə görüşündə müzakirə edilən mövzular da belə cəhdlərin mövcudluğundan xəbər verir. Və Rusiyanın hərbi müttəfiqi olan Ermənistan Kremlin qlobal düşməni NATO-nun regiona yerləşməsinə məkan açmağa can atır.

Maraqlıdır ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesinə vasitəçiliyini bərpa etmək üçün bir neçə dəfə rəsmən müraciət yayıb. Ancaq buna müqavimət göstərən rəsmi İrəvan Cənubi Qafqazdakı sülh prosesini məhz NATO-nun baş katibi ilə müzakirə etməyə üstünlük verib. Bu nəhəng hərbi-siyasi alyansın rəhbəri bildirib ki, regional sülh prosesini dəstəkləyir. Və Cənubi Qafqaz NATO-nun qlobal təhlükəsizlik maraqlarında böyük önəm daşıyır.

Göründüyü kimi, NATO-nun baş katibi Cənubi Qafqaza bu hərbi-siyasi alyansın qlobal təhlükəsizlik maraqlarında xüsusi yer ayırır və rəsmi İrəvan buna geniş imkanlar açmağa çalışır. Nə qədər qəribə də olsa, Paşinyan hakimiyyəti bu davranışını Ermənistanın balanslaşdırılmış xarici siyasət kursu ilə izah edir. Baş nazir Nikol Paşinyan hesab edir ki, Ermənistanın Qərbə yaxınlaşma istiqamətində atdığı addımlar barədə Kremlin məlumatlandırılması Rusiya ilə hərbi müttəfiqliyə sadiq qalındığını göstərir. Və üstəlik, o, Kremlin bu absurd erməni məntiqinə inanmasına ümid bəsləyir.

Digər tərəfdən, ABŞ və Avropa Birliyinə yaxınlaşmaq istiqamətində konkret addımlar atan rəsmi İrəvan buna paralel olaraq, həm də, Ermənistanın KTMT çərçivəsində fəaliyyətini bərpa etmək niyyətindən uzaq olduğunu da qətiyyən göstərmir. Belə ki, rəsmi İrəvan KTMT-da Ermənistanın fəaliyyətinin "dondurulmuş" vəziyyətdə qalacağını artıq birmənalı şəkildə bəyanlayıb. Üstəlik, rəsmi İrəvanın bu qərarı məhz Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin illik hesabatında yer alıb. Və bu, Paşinyan hakimiyyətinin xarici siyasətinin həm necə, həm də hansı tərəfin xeyrinə balanslaşdırıldığını anlamağa imkan verir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvana təsir göstərə biləcək Rusiyaya aid hərbi faktorlar da tədricən sıradan çıxarılmağa başlayıb. Belə ki, bir müddət öncə İrəvan hava limanında Rusiya sərhədçilərinin fəaliyyətinə son verilmişdi. İndi isə artıq Rusiya sərhədçilərinin tamamilə Ermənistandan çıxarılması prosesi başladılıb. Hər halda, Rusiya sərhədçiləri tezliklə Ermənistan-Türkiyə və Ermənistan-İran sərhəd bölgələrində xidməti dayandırmalı olacaqlar. Bunun əvəzində isə ABŞ hərbçilərinin təlim keçəcəyi erməni sərhədlər həmin bölgələrdə xidmətə başlayacaq.

Maraqlıdır ki, rəsmi İrəvan bunu Ermənistanın öz sərhədlərini qorumağı öyrənməsinin vacib olması ilə izah edir. Ancaq nədənsə, Ermənistan hərbçiləri sərhədlərin qorunmasını müttəfiq Rusiyadan deyil, məhz Kremlin düşməni ABŞ-dan öyrənməyə üstünlük verir. Kremlin rəsmi İrəvanın davamlı xəyanətinə müəmmalı dözümlülük nümayiş etdirməsinin qarşılığında Ermənistanın xarici siyasət kursunda yer alan belə "balanslaşdırma" əslində, gözlənilməz deyil. Və bütün bunlar Rusiyanın Ermənistana münasibətdə maksimum tolerant davranmasından qaynaqlanır.

Məsələ ondadır ki, Kremldə Rusiyaya açıq-aşkar xəyanət etməkdə olan Ermənistanı hələ də hərbi müttəfiq kimi dəyərləndirirlər. Hətta KTMT belə, bu qurum çərçivəsində fəaliyyətini dondurub, ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamış Ermənistanı müttəfiq kimi qəbul edir. Halbuki, baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-nin fəaliyyətində iştirakını de-fakto dayandırdığını birmənalı şəkildə bəyanlayıb. Bu qurum çərçivəsində fəaliyyətini bərpa etmək və üzvlük haqqı ödəmək niyyəti olmayan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə rəsmi İrəvanın hazırda KTMT-dən de-yure çıxma prosesinin bütün mümkün risk ehtimalların hesablama mərhələsində olduğunu bildirib.

Belə anlaşılır ki, Kremldə Ermənistan hələ də hərbi müttəfiq hesab olunsa da, rəsmi İrəvan KTMT-dan çıxmaq barədə artıq qərarını verib. Sadəcə, Paşinyan hakimiyyəti bunun üçün ən uyğun zamanı gözləyir və Ermənistanı Rusiyanın mümkün radikal reaksiyasından yayındırmaq barədə düşünür. Halbuki, indiki situasiyada Rusiyanın radikal reaksiya verib-verməyəcəyi də hələlik kifayət qədər müəmmalı xarakter daşıyır.

Hər halda, Kreml Ermənistanın indiki davranışlarına bənzər xarici siyasət yürüdən Ukraynaya qarşı dağıdıcı müharibəyə başlamışdı. Bu baxımdan, rəsmi İrəvanın toxunulmaz qalmaq üçün ya Kremli hipnoz etdiyini, ya da Rusiyanın Ermənistana yönəlik tolerant mövqeyinin arxasında olduqca ciddi və müəmmalı səbəbin gizləndiyini də düşünmək olar. Və bu müəmmalı məqamın üzərində olan sirr pərdəsinin əvvəl-axır aradan qalxacağı isə qətiyyən şübhə doğurmamalıdlr.

Baş nazir qərar imzalayıb

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası”nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Tramp Paşinyana "qapıları" qapadır: Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir

Tramp adminstrasiyası dönəmində ABŞ-ın Ermənistana indiki dəstəyi əhəmiyyətli səviyyədə zəifləyərsə, bu, Avropa Birliyinin, hətta Fransanın belə, ifrat ermənipərəst mövqeyinə ciddi şəkildə neqativ təsir göstərə bilər... Nəticədə Azərbaycanla enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq münasibətləri olan Avropa Birliyi Ermənistana dəstəyi geri çəkməyə məcbur qalar, Fransa isə oyundankənar vəziyyətə düşər...

Cənubi Qafqaz taleyüklü geopolitik mərhələyə sürətlə yaxınlaşmağa başlayıb. Belə ki, bu regionda maraqlı olan kənar güclər hələlik geopolitik qarşıdurmada həlledici üstünlük qazana bilməyiblər. Ona görə də, ABŞ və Qərb ilə Rusiya arasında davam edən Cənubi Qafqaz savaşının müəyyən mənada, dalana dirəndiyini də düşünmək olar. Və mövcud situasiya regional sülh prosesinə də neqativ məzmunda təsir göstərir.

Onu da qeyd etmək lazımdır ki, mövcud regional situasiya hazırda Cənubi Qafqaz dövlətləri arasında ən çox Ermənistan üçün real təhlükələr vəd etməyə başlayıb. Belə ki, rəsmi İrəvan ən ciddi beynəlxalq himayədarını artıq itirib. Hər halda, ABŞ-da hakimiyyəti artıq təhvil vermiş Bayden administrasiyası Ermənistanın silahlandırılaraq, yenidən gücləndirilməsi cəhdlərində avanqard beynəlxalq himayədar rolunu oynayırdı. Və artıq Ermənistan Bayden adminstrasiyasının genişmiqyaslı dəstəyindən məhrum qalıb.

24564576764578.jpg (55 KB)

Əslində, Paşinyan hakimiyyəti indiki situasiyanın qaçılmaz xarakter daşıdığını anlayırdı. Ona görə də, ABŞ-da hakimiyyəti təhvil almış Tramp administrasiyası ilə təmasların qurulması üçün mümkün ola biləcək bütün variantları sınaqdan keçirməyə çalışırdı. Hətta Ermənistanın "əkiz bacısı" olan Fransanın prezidenti Emmanuel Makrondan Paşinyan hakimiyyəti ilə Tramp adminstrasiyası arasında təmasların inkişaf etdirilməsi üçün vasitəçilik xahişləri də olunmuşdu. Və prezident Makron bu xahişlərə yalnız Ağ Evin yeni sahibi Donald Trampla Ermənistan baş naziri Nikol Paşinyanı qısamüddətli görüşdürməklə, cavab verə bilmişdi.

Ancaq sonrakı proseslər onu da göstərdi ki, Parisdə bir neçə dəqiqəlik ayaqüstü Tramp-Paşinyan görüşü Ermənistanın ümidləri üçün qətiyyən yetərli deyil. Hər halda, həmin görüşün uğursuz olduğu artıq elə də ciddi şübhə doğurmur. Çünki Ağ Evin yeni sahibi "erməni faktoru"na əhəmiyyət vermədiyini hələ əvvəlki dönəmində biruzə vermişdi. Elə məhz bu məqam erməni siyasi dairələrini olduqca ciddi səhvə yönəltmişdi. Və həm rəsmi İrəvan, həm də ABŞ-dakı erməni diasporu son prezident seçkilərində məhz Bayden adminstrasiyasını təmsil edən namizəd Kamala Harrisi dəstəkləmişdi.

Ona görə də, hazırda erməni siyasi dairələrində ciddi narahatlıq hökm sürür. Belə ki, "erməni faktoru"na onsuz da laqeyd olan prezident Donald Trampın rəsmi İrəvanın buraxdığı önəmli səhvi asanlıqla unudacağına inanmaq sadəlövhlük olardı. Rəsmi İrəvanın və ABŞ-dakı erməni diasporunun bütün cəhdlərinə baxmayaraq, prezident Donald Trampın andiçmə mərasiminə Ermənistan baş naziri Nikol Paşinyanın dəvət edilməsi ilə bağlı xahişlərin geri çevrilməsi də kifayət qədər ciddi mesajdır. Və bu baxımdan, Bayden administrasiyası ilə tez-tələsik imzalanmış ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişinin rəsmi İrəvanın işinə yaraya biləcəyi hələlik ciddi şübhələr doğurur.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

Göründüyü kimi, Paşinyan hakimiyyəti əsas beynəlxalq himayədarını artıq itirib. Çünki prezident Donald Trampın hakimiyyəti dönəmində ABŞ-ın Ermənistana Bayden administrasiyasının göstərdiyi dəstəyi davam etdirəcəyinə indi hətta rəsmi İrəvan da inanmır. Və Tramp adminstrasiyasının Cənubi Qafqaz siyasəti fərqli geostrateji hədəflərə yönəldilərsə, ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişi lazımsız kağız parçasına çevrilə bilər.

Ona görə də, Paşinyan hakimiyyəti hazırda Tramp adminstrasiyası ilə səhnəarxası təmasları intensivləşdirməyə çalışır. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan da iki ölkə arasında strateji tərəfdaşlığı inkişaf etdirməyə hazır olduqlarını vurğulayıb. Və bu baxımdan, o, ABŞ-ın müəyyən öhdəliklərinin olduğuna eyham vursa da, Tramp administrasiyasının Ermənistanla strateji tərəfdaşlığa önəm verəcəyinə də qətiyyən əmin deyil.

Təbii ki, bütün bunlar rəsmi İrəvan üçün əlavə problemlər də yarada bilər. Belə ki, ABŞ-ın Ermənistana dəstəyi əhəmiyyətli səviyyədə zəifləyərsə, bu, Avropa Birliyinin, hətta Fransanın da mövqeyinə birbaşa təsir göstərə bilər. Çünki ABŞ-ın intensiv dəstəyi olmadan Avropa Birliyi və Fransanın Cənubi Qafqazda geopolitik planlar qurması uğursuz məşğuliyyətə çevrilmiş olacaq. Nəticədə Azərbaycanla enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq münasibətləri olan Avropa Birliyi də Ermənistana dəstək məsələsinə yenidən baxmalı olacaq.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)Əgər, bütün bunlar baş verərsə, Avropa Birliyi də Ermənistana dəstəkdən geri çəkilə bilər. Buna paralel olaraq, Fransanın Ermənistanı himayə etməsi də öz əhəmiyyətini ciddi şəkildə itirmiş olar. Yəni, Ermənistan üçün daha çətin dövrün başlama ehtimalı qətiyyən istisna deyil. Hətta hazırda Ermənistanın əsas beynəlxalq himayədarları olan ABŞ və Avropa Birliyinin yaxın perspektivdə Azərbaycanın strateji tərəfdaşlarına çevrilmə ehtimalı da mövcuddur. Və bu baxımdan, Paşinyan hakimiyyəti daxilində hökm sürən ciddi əndişə əslində, qətiyyən yersiz deyil.

Üstəlik, digər önəmli faktorlardan biri də odur ki, yaxın vaxtlarda ABŞ-Avropa Birliyi qarşıdurmasının amansız mübarizə mərhələsinə keçmə perspektivi də mövcuddur. Bu iki nəhəng arasında strateji hesablaşma ehtimalı qaçılmaz xarakter alarsa, onda Ermənistan nə ABŞ-ın, nə də Avropa Birliyinin maraq dairəsində yer almayacaq. Nəticədə Ermənistan yenidən "sahibsiz və qulpsuz çamadan" durumuna düşə bilər. Və bu halda, Ermənistanın indiyə qədər israrla yürütdüyü Qərbə inteqrasiya siyasətinin sarsıdıcı əks zərbələrinə məruz qala biləcəyi də qətiyyən şübhə doğurmur.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan son bir neçə ildə yürütdüyü xaotik xarici siyasət kursu ilə əslində, Ermənistanın təhlükəsizlik təminatına nail ola bilməyib. Əksinə, hazırda bu siyasi kurs indi Ermənistan üçün bumeranq effekti vermə təhlükəsi də yaradır. Yəni, Paşinyan hakimiyyəti yeni himayədarlar axtarışı ilə əslində, Ermənistanı indi real geopolitik təhlükələrin hədəfinə çıxarmaq riski ilə baş-başa buraxıb. Və mövcud situasiyadan indiki xaotik xarici siyasət anlayışı ilə çıxmaq şansının ola biləcəyi isə hələlik qətiyyən inandırıcı görünmür.(musavat.com)

Xəbər lenti