Prezident İlham Əliyev 4 avqust 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edib.

"Yol-xeber.az" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi dövlət orqanlarındakı inzibati vəzifələrin siyahısına aid edilib.

İ.Əliyevin imzaladığı digər fərmana görə isə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi dövlət qulluqçuları ilə eyni səviyyədə sosial müdafiəyə malik olacaq, aylıq vəzifə maaşı alacaq.

Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini, bütün musiqisevərləri 18 sentyabr – Milli Musiqi Günü münasibətilə təbrik edib.

"Yol-xeber.az"ın məlumatına görə, mətndə deyilir:

"Bu mədəniyyət bayramı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən hər il ölkəmizdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə təntənə ilə qeyd edilir.

Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır.

Arif Məlikov Azərbaycan mədəniyyətinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməmizə yeni səhifələr yazmışdır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir.

Mövzu zənginliyi və rəngarəngliyi, milli musiqi ənənələri ilə yeni düşüncənin vəhdətində formalaşan özünəməxsus üslub, dolğun məzmun, obrazların dərin emosional-psixoloji və fəlsəfi ifadəsi Arif Məlikov yaradıcılığının səciyyəvi xüsusiyyətidir.

Arif Məlikov bütün həyatı boyu Azərbaycana bağlı, onu ürəkdən sevən böyük şəxsiyyət idi. Əsl ziyalılıq və vətəndaşlıq mövqeyi, öz xalqına bağlılığı və dövlətinə sədaqəti ona ümumxalq məhəbbəti qazandırmışdır.

Bəstəkarın şah əsəri görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baletidir. XX əsr dünya balet musiqisinin incilərindən sayılan, yarım əsrdən artıq bir dövrdə məşhur teatr səhnələrini bəzəyən bu əsər musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

İlk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariinski Teatrında səhnələşdirilmiş “Məhəbbət əfsanəsi” baleti sonralar 60-dan çox ölkədə nümayiş etdirilərək, müəllifə dünya şöhrəti qazandırmışdır.

Sevindirici haldır ki, bəstəkarın yaradıcılığının zirvəsi hesab olunan “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün yenidən müəllifin Vətənində səhnəyə qoyulur.

Arif Məlikovun yaradıcılıq irsi Azərbaycan xalqının mədəni sərvətidir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən, insanları mənəvi kamilliyə səsləyən Arif Məlikov musiqisi əbədi yaşayacaqdır".

Xızı Rayon Polis Şöbəsində yeni təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, polis kapitanı Vüsal Mərdanov Xızı RPŞ rəisinin xidmət işləri üzrə müavini vəzifəsinə göndərilib.

Qeyd edək ki, V.Mərdanov bu təyinatadək Bakı şəhər DYP-nin YPX şöbəsinin inspektoru vəzifəsində çalışıb.

“Qarabağda təsirləri altında olanlardan proksi kimi faydalanaraq Ağdam-Xankəndi yolunu bağladanlara öz əlləri ilə oradakı beton blokları götürtdük. Həmən yolla birinci onların humanitar yükünü daşıtdıq. Qırımızı Xaça "qırmızı xətti"ni pozdurduq. İkinci onları göndərdik... R28 yoluyla, yəni Yevlax-Ağdam-Laçın marşrutuyla Xankəndiyə”.

Bunu deputat Sahib Alıyev Ağdam-Xankəndi və laçın yolu ilə Xankəndiyə humanitar yükün çatdırılmasını şərh edərkən deyib.

Deputat daha sonra deyib:

“Rusiyanın Qarabağda qalma müddəti 2025-ci ildə bitən hərbi kontingentinin sözü gedən yolun açılması barədə verdiyi xəbərdə "Ağdam-Stepanakert marşrutu", "Qarabağın paytaxtı", "Azərbaycanın tətbiq etdiyi blokada səbəbindən" ifadələrini işlətməsi bax bu reallıqdan doğur. Aclıq şouları fiaskoya uğrayan "miatsumçu"lar "heç vaxt açılmağa qoymayacağıq" dedikləri yolla indi yüklərin daşınmasını tam təsiri altında olduqlarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin ayağına yazdıqları kimi, bunlar da geri çəkilmək zorunda qalmalarının heyfini belə ifadələrlə çıxırlar. Az qalır, lap az, uzağı iki il!”


Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
 
Yol-xeber.az xəbər verir ki, Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Ölkə.az xəbər verir ki, Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Ölkə.az xəbər verir ki, Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılıb.

 
 
 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Ermənistan tərəfindən Azərbaycana təqdim ediləcəkdir. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilmə aparılması uzun müddət mövcud olan humanitar böhranın aradan qaldırılmasına xidmət edərdi”, - Xidmət rəisi əlavə edib.

Ə.Nağıyev vurğulayıb ki, biz bu istiqamətdə hərtərəfli əməkdaşlığa hazırıq:

“Lakin ötən dövrdə bu sahədə biz Ermənistanın konstrukrtiv mövqe tutacağına ümid etsək də, gözləntilərimiz özünü tam doğrultmamışdır. Bu konfransın yaratdığı imkanlardan istifadə edərək rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm”.

"Əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı marionet rejim əvvəldən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda işləməsinə mane oldu və vəziyyətin humanitar deyil, siyasi xarakter daşıdığını bir daha sübut etdi".

"Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.

"Azərbaycan öz suveren torpağında yeganə qərar qəbul edən ölkə olaraq uzun müddətdir ki, yüklərin çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda istifadəsi təklifini dəstəkləmiş və təcrübəçi tərəfdaşlarla danışıqlarda bu təklifin həyata keçirilməsinə razılıq vermişdir. Lakin təəssüflər olsun ki, əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı marionet rejim əvvəldən bunun həyata keçirilməsinə mane oldu və vəziyyətin humanitar deyil, siyasi xarakter daşıdığını bir daha sübut etdi. Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Laçın sərhəd-keçid məntəqəsində gömrük və sərhəd prosedurlarına riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının paralel istifadəsini təmin etməyə hazırdır",- o vurğulayıb.

Prezident taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə başsağlığı verib

"Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm".

Bunu Prezident İlham Əliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir: "Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.

İtkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir.

İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər".

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

“Prezident İlham Əliyevin müraciətini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev oxuyub.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yüklər daşıyan Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib.

"Report"un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, maşınlara vizual baxış keçirildikdən sonra onların keçidi təmin olunub. Hazırda 1 maşın əraziyə yük daşıyır.

Bundan başqa, 2 minik maşını ərazidən keçir.

Bununla paralel olaraq Ağdam - Xankəndi yolu vasitəsilə də Qarabağa ərzaqlar daşınır.

Qeyd edək ki, sülhməramlıların müvəqqəti yerləşdiyi Laçın - Xankəndi va Ağdam - Xankəndi yolu vasitəsilə əraziyə ərzaqların daşınması barədə sentyabrın 1-də razılıq əldə olunub.

Xəbər lenti