Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.

Dövlət başçısı vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və marionet rejimdən azad etməkdir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində söyləyib.

“Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv edilməsidir. Bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi, iqtisadi və sosial həyatına sülh yolu ilə reinteqrasiyasına daha çox imkan verəcəkdir”, - Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata baxmayaraq, erməni qüvvələri ölkənin suveren ərazilərində qalmaqda davam edir: “Onlar Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqda davam edirlər. Azərbaycan birbaşa dialoq aparmaq üçün Qarabağ ermənilərinin nümayəndəsini Bakıya və digər bölgələrə dəvət edib. Lakin onlar “boz zona” statusunu saxlamaqda davam edirlər ki, bu da Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqdır”.

O həmçinin qeyd edib ki, erməni qüvvələri Azərbaycan ərazisinə də milyonlarla mina qoyub və minalamaqla dinc əhaliyə qarşı təxribat törətməkdə davam edir.

Belə bir təxribat nəticəsində mülki şəxslər və polis əməkdaşları da daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar olaraq, Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məsələsi də var.

“Azərbaycan heç bir halda mülki əhalini hədəfə almır.Yüksəkdəqiqlikli silahlardan istifadə etməklə həyata keçirilən tədbirlər çərçivəsində erməni qüvvələrinin birləşmələrinin mövqeləri, onların uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri sıradan çıxarılıb”.

Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər quraşdırırlar.

“Buna görə də biz yerlərdəki mülki əhalini hərbi obyektlərdən uzaq durmağa və erməni qüvvələrinin birləşmələrinə dəstək verməməyə çağırdıq”, - o əlavə edib.

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə brifinq keçirir

Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

“Artıq 30 ildən çoxdur ki, Azərbaycan və erməni xalqları başqalarının geosiyasi oyunlarının və manipulyasiyalarının girovu olublar. Əl-ələ verib oxuduğumuz, işlədiyimiz, bir-birimizə baş çəkdiyimiz, həyatımızda xoşbəxt hadisələri qeyd etdiyimiz o vaxtları çoxlarınız xatırlayırsınız. Tarixin özü sübut edir ki, biz müharibənin ağır travmalarına baxmayaraq, sülh və harmoniya şəraitində birlikdə yaşaya bilərik”.

Bu barədə Baku TV-nin Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə çağırışla bağlı hazırladığı süjetdə deyilir.

Bildirilir ki, qonşu Rusiya və Gürcüstanda azərbaycanlılar və ermənilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar, hətta ortaq iş aparırlar, bu isə onların bir-birlərinə etibar etdiyini göstərir:
“Bu gün bizim Qarabağı birlikdə yenidən qurmaq, onu firavan, iqtisadi cəhətdən inkişaf etmiş rayona çevirmək, bizim və ən əsası övladlarımızın, nəvələrimizin xoşbəxt gələcəyini təmin etmək üçün tarixi şansımız var. Baxın, Qarabağda həyatın, infrastrukturun bərpası hansı sürətlə gedir, yollar, zavodlar, yaşayış binaları, məktəblər tikilir. Bunu Qukasyan, Saakyan, Arutyunyan kimi bir dəstə qəsbkarın 30 il ərzində bu torpağı necə qarət etməsi ilə müqayisə edin. Bu onilliklər ərzində özləri və ailələri üçün villalardan başqa nə tikiblər?! Və müxtəlif bəhanələrlə Laçın və Ağdam yollarının Qarabağ ermənilərinin üzünə açılmasına imkan verilməməsi və bununla da sadə insanların vəziyyətinin pisləşməsinə səbəb olan vəziyyətin yaranmasında da məhz bu insanlar günahkardırlar”.

Ətraflı süjetdə:

image_20230919110404.jpgYol-xeber.az" xəbər verir ki,  19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olmuşlar.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

ABŞ Azərbaycan və Ermənistanı danışıqlara başlamağa və Qarabağa yüklərin çatdırılmasının əsas marşrutları olan Laçın və Ağdam yolu ilə humanitar yükün həcmini artırmağa çağırıb.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Biz Prezident Əliyevlə bu yaxınlarda müzakirə etdiyimiz humanitar yüklərin Laçın və Ağdam yolu ilə Qarabağa eyni vaxtda göndərilməsini alqışlayırıq” - Blinken qeyd edib.

O daha sonra qeyd edib: “Çox ehtiyac duyulan ləvazimatların bu çatdırılması irəliyə doğru atılmış mühüm addımdır və biz tərəfləri birbaşa danışıqlara başlamağa və diqqəti humanitar yüklərin artırılmasına yönəltməyə çağırırıq. Birləşmiş Ştatlar uzun müddətdir, mövcud olan problemlərin həlli və layiqli və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanın səylərini dəstəkləməyə sadiqdir”.

Meksikanın ən çox oxunan “El Universal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müəllifi olduğu “Yalan ayaq tutar, yeriməz: Ermənistanın səmimi olmağının vaxtı çatıb” sərlövhəli geniş məqalə dərc olunub.

Səfirlikdən bildiriblər ki, məqalə sözügedən nəşrdə bir neçə gün əvvəl yayımlanmış Ermənistanın xarici işlər nazirinin müavininin yalan və qərəz dolu yazısına cavab olaraq hazırlanıb.

Yazıda erməni yalanları növbəti dəfə açıq şəkildə ifşa olunur, ikiüzlülük və riyakarlıq xislətindən əl çəkməyən Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələrinə toxunulur və Ermənistan rəhbərliyi ölkəmizə qarşı ərazi iddialarından, qarayaxma kampaniyasından əl çəkməyə çağırılır.

Bildirilir ki, Ermənistan beynəlxalq münasibətlərdə səmimiliyi və beynəlxalq hüquqa hörməti ilə tanınan Meksikanın xoşməramlılığından və qonaqpərvərliyindən dəfələrlə öz çirkin məqsədləri üçün sui-istifadə edib, heç bir həqiqətə əsaslanmayan və qərəzli yazının “Meksika-Ermənistan münasibətlərinin inkişaf perspektivləri” adı altında dərc etdirilməsi məhz bu maraqlara xidmət edir.

Məqalədə Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən bu gün də əl çəkmədiyi, 2020-ci il 10 noyabr tarixli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, 10 mindən çox hərbiçisini qanunsuz olaraq Azərbaycan ərazisində saxlamaqda və separatçı rejimi maliyyələşdirməkdə davam etdiyi, eləcə də ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasına mane olduğu vurğulanır. Hətta Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun tərkib hissəsi kimi tanıdığını bəyan etməsinə baxmayaraq, bunun danışıqlarda vaxt qazanmaq üçün istifadə edilmiş erməni hiyləsi olduğu ortaya çıxır.

Eyni zamanda Laçın yolu və “humanitar böhran”la bağlı erməni yalanlarına aydınlıq gətirilir. Müharibədən sonrakı iki il ərzində Azərbaycanın xoş niyyət nümayiş etdirərək Laçın yolunda hər hansı nəzarət mexanizmi təsis etmədiyi halda, Ermənistan tərəfindən ərazilərimizə silah-sursat, hərbi qulluqçuların və terrorçuların daşınması, o cümlədən təbii sərvətlərimizin talan edilməsi ilə bağlı aşkarlanmış çoxsaylı pozuntuların qarşısını almaq məqsədilə “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradıldığı və heç bir məhdudiyyət olmadan fəaliyyət göstərdiyi qeyd olunur. Guya “humanitar fəlakət” yaşayan ermənilərin Bakının Ağdam-Xankəndi yolu ilə göndərdiyi yardımı qəbul etməmələri vəziyyəti “aclıq” kartı ilə manipulyasiya etmək və siyasiləşdirmək məqsədi daşıyır. Diplomat tələsik hazırlanmış qərəzli və heç bir fakta əsaslanmayan “Okampo hesabatı”nın etibarlılığının isə beynəlxalq hüquqşünas Rodni Dikson tərəfindən əsaslı sübutlarla iflasa uğradıldığına, onun ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının bir hissəsi olduğuna diqqət çəkir.

Eyni zamanda, qeyd olunur ki, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından deportasiya edilmiş yüz minlərlə Qərbi azərbaycanlının hüquqları bərpa edilməli və onlar dədə-baba yurdlarına qayıtmalıdırlar. Ermənistan baş nazirinin bu qayıdışı “milli təhlükəsizliyə təhdid” kimi görməsi ikiüzlülüyün növbəti nümunəsidir.

Yazıda o da vurğulanır ki, Ermənistan xarici işlər nazirinin müavini və həmin ölkənin rəhbərliyi qonşu dövlətlərə ərazi iddialarına, qarayaxma kampaniyalarına və hərbi təxribatlara son qoyulmasının vacibliyini dərk etməlidirlər. Belə əməllər regionda uzun zaman gözlənilən sülhün və sabitliyin bərqərar olmasına maneə törədir. Separatçı rejim ləğv edilməklə Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı, bütün kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi açılmalıdır.

 

 

 

Ermənistanın Azərbaycan ərazisində separatizmi və terrorizmi dəstəkləməkdən dərhal imtina etməlidir, Qarabağdakı erməni azlığının inteqrasiya prosesinə əngəl törətməkdən əl çəkməlidir... Əks halda, Ermənistan Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etdiyinə və öz hərbi qüvvələrini hələ də çıxartmadığına görə rəsmi Bakının elan edəcəyi müharibəyə də hazır olmalıdır...

Ermənistanın və erməni diasporunun beynəlxalq propoqanda "arqumentləri" növbəti dəfə iflasa uğradı. Bu, artıq Azərbaycanın Qarabağ regionu üzərində öz suveren hüquqlarını bərpa etməsi prosesində yeni mərhələnin başlanması anlamına gəlir. Və indi bu prosesin əngəlləməsi əvvəlki kimi asan olmayacaq.

Məsələ ondadır ki, Azərbaycan bütün dünyaya, o cümlədən də Ermənistana öz geopolitik iradəsini qəbul etdirməyə nail oldu. Belə ki, rəsmi Bakı "Laçın dəhlizi" termininin istifadə müddətinin son çatdığını sübuta yetirdi. Laçın postunun qurulmasından sonra bu marşrut Azərbaycanın tam nəzarəti altında olan yola çevrildi. Və reallığı artıq dəyişmək qeyri-mümkündür.

Rəsmi Bakı Laçın-Xankəndi marşrutuna alternativ olaraq, məhz Ağdam-Xankəndi yolunu gündəmə gətirmişdi. Azərbaycan öz prinsipial və beynəlxalq hüquqa istinad edən mövqeyi ilə bu layihəni də bütün dünyaya qəbul etdirməyə nail oldu. Düzdür, Ermənistan və ermənipərəst dairələr rəsmi Bakının Ağdam-Xankəndi yolu ilə bağlı layihəsinə müqavimət göstərməyə çalışdı. Bunun üçün beynəlxalq məkanda bütün siyasi manipulyasiya imkanlarından istifadə etməyə cəhd göstərdilər.

Ancaq yekun nəticə dəyişmədi. Daha doğrusu, bu məsələ Azərbaycanın müəyyən etdiyi şərtlər çərçivəsində həllini tapdı. Rəsmi Bakının şərtləri isə həm sadə, həm də beynəlxalq hüquq normalarına uyğun idi. Yəni, Ağdam-Xankəndi yolu Qarabağdakı erməni azlığının ərzaq və tibbi ləvazimatlarla təchizatı üçün əsas marşrut rolunu oynayacaq. Buna paralel olaraq, Laçın-Xankəndi yolu da fəaliyyət göstərəcək. Ancaq bu marşrutdan birmənalı şəkildə Azərbaycan qanunvericiliyinə bağlı sərhəd rejimi və gömrük prosedurlarına riayət olunmaqla, istifadə etmək mümkün olacaq.

Göründüyü kimi, rəsmi Bakının mövqeyi və qərarları konkretdir. Azərbaycan ərazisində "boz zona"nın bundan sonra da qalması artıq qeyri-mümkün xarakter daşıyır. Rəsmi Bakı bu mövqeyini açıq mətnlə dəfələrlə bəyan edib və geri çəkilmək niyyətində deyil. Və bu baxımdan, Azərbaycanın həm minimum, həm də maksimum hədəflərinin reallaşması indi artıq qaçılmaz xarakter daşıyır.

Maraqlıdır ki, Ermənistan da, onun beynəlxalq himayədarları da bu reallıqla artıq barışmış kimi görünürlər. Hər halda, Ağdam-Xankəndi yolunun rəsmən fəaliyyətə başlaması da bunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, Beynəlxalq Qırmızı Xac Komitəsinin yükləri artıq Ağdam-Xankəndi yolundan keçməyə başlayıb. Və bu, önəmli bir prosesin həlledici mərhələsinə keçidin baş tutması anlamı daşıyır.

Məsələ ondadır ki, bundan sonra Ermənistan və Qarabağdakı erməni separatçı-terrorçular daha "aclıq", "blokada" və "genosid" kimi uydurma iddialar ilə hay-küy sala bilməyəcəklər. İndi Ermənistan tamamilə kənara çəkilməlidir. Erməni diasporu müqavimətin yersiz və əhəmiyyətsiz olması ilə barışmalıdır. Erməni separatçı-terrorçular isə tərksilah olaraq, təslim olmaq barədə düşünməlidirlər. Əks halda, bu cinayətkarların tərksilah olunması üçün daha radikal mexanizmlərin hərəkətə gətiriləcəyi qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, Azərbaycanın Qarabağ regionundakı erməni azlığının təmsilçiləri də fərdi qaydada seçim etməli olacaqlar. Yəni, Azərbaycan ərazisində yaşamaq istəyən hər kəsin ölkəmizin müvafiq qurumlarına vətəndaşlıq üçün müraciət etməsinə ehtiyac yaranacaq. Bunu etmək istəməyənlər ya könüllü şəkildə Azərbaycan ərazisini tərk etməli olacaqlar, ya da onlar beynəlxalq hüquq normalarına uyğun olaraq, deportasiya ediləcəklər. Və bununla da, Azərbaycan həm Qarabağ regionu üzərində öz suveren hüquqlarını bərpa etmiş olacaq, həm də ermənilərin "boz zona"da qanunlara əhəmiyyət vermədən yaşama dövrü sona çatacaq.

Beləliklə, Ağdam-Xankəndi yolunun açılması ilə Qarabağdakı erməni azlığının Azərbaycanın siyasi-hüquqi sisteminə inteqrasiya prosesi rəsmən start götürmüş oldu. Bu prosesin maksimum davam edə biləcəyi müddəti də elə indidən təxmin etmək mümkündür. Belə ki, 2025-ci ildə üçtərəfli anlaşmalar formal qüvvəsini də rəsmən itirmiş olacaq. Rəsmi Bakı icazə vermədiyi təqdirdə, rus sülhməramlılar Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qalacaqlar. Və bu, o deməkdir ki, Qarabağda yaşamaq istəyən hər bir erməni 2025-ci ilə qədər Azərbaycan vətəndaşlığını qəbul etməyə borcludur.

Eyni zamanda, yaxın vaxtlarda Ermənistan öz büdcəsindən Azərbaycanın Qarabağ regionundakı erməni azlığına maliyyə vəsaiti ayırmalarını dayandırdığını rəsmən bəyan etməli olacaq. Çünki hər hansı qonşu ölkənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa maliyyə vəsaiti yönləndirməsi beynəlxalq hüquq normalarına ziddir. Və rəsmi Bakı buna kəskin etirazını böyük ehtimalla qabarıq şəkildə biruzə verəcək.

Nəhayət, Ermənistanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda hərbi kontingent saxlaması da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Yəni, rəsmi İrəvan istəsə də, istəməsə də, Ermənistan ordusunun tör-töküntülərini Azərbaycan ərazisindən çıxartmağa məcbur olacaq. Çünki bu, Azərbaycanın Ermənistana rəsmən müharibə elan etməsi üçün legitim səbəbdir. Və bu legitim səbəb aradan qaldırılmazsa, savaş qaçılmaz ola bilər.

Göründüyü kimi, Ermənistanın Azərbaycan ərazisində erməni separatizmini və terrorizmini dəstəkləmək imkanları məhdudlaşır. İndi rəsmi İrəvan ya bu davranışlarından dərhal imtina etməlidir. Bununla da Qarabağda yaşayan erməni azlığının Azərbaycan cəmiyyətinə inteqrasiyasına əngəl törətməkdən əl çəkməlidir. Ya da Ermənistan Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etdiyinə, erməni separatizmini və terrorizmini dəstəklədiyinə görə, rəsmi Bakının elan edəcəyi müharibəyə hazır olmalıdır. Və bu, o deməkdir ki, daha heç nə əvvəlki kimi ola bilməz.(musavat.com)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbə mümkün dördtərəfli görüş barədə açıqlama verib.

O, RİA Novosti-yə bildirib ki, Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün tarixi və yeri barədə konkret məlumat yoxdur.

Mənbə məsələnin hələlik təklif səviyyəsində olduğunu qeyd edib.

Xatırladaq ki, Ərdoğan Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif edib.

O, BMT Baş Assambleyasının iclasına getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, regionla bağlı vəziyyətin müzakirə olunmasında bu regiondan uzaq olan dövlət və hökumət başçılarının deyil, regionda olanların müzakirə etməsi vacibdir.

Xəbər lenti