Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir.

Dövlət başçısının müraciətini təqdim edirik:

Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək.

Bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

Plana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə birgə 2024-cü ildə Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpünün tikintisinə dair təklif hazırlayacaq.

Xankəndidəki xunta rejimi Bakının şərtlərini qəbul edərək yevlaxda görüşə razılıq verib.

Artıq bu barədə Xankəndidəki xunta rejimi qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan tərəfinin reinteqrasiya, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaldırdığı məsələlər, habelə əldə olunmuş razılaşmaya əsasən Azərbaycan Konstitusiyasına uyğun olaraq Qarabağ əhalisinin güzəranının təmin edilməsi məsələləri 21 sentyabr 2023-cü il tarixində Yevlax şəhərində yerli erməni əhalisinin nümayəndələri ilə Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının nümayəndələri arasında keçiriləcək görüşdə və sonrakı görüşlərdə müzakirə olunacaq.

Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

"Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 20 sentyabr 2023-cü il saat 13:00-dan etibarən hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub”.

Bu barədə Xankəndidəki xunta rejimi bəyanat yayıb.

“Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi heyətinin Rusiya sülhməramlı kontingentinin yerləşdirilmə zonasından çıxarılması və “Dağlıq Qarabağ Müdafiə Ordusu” və ağır texnika və silahların tezliklə zərərsizləşdirilməsi məqsədi ilə Dağlıq Qarabağ ərazisindən çıxarılması.

Azərbaycan tərəfinin reinteqrasiya, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaldırdığı məsələlər, habelə Azərbaycan Konstitusiyasına uyğun olaraq Qarabağ əhalisinin güzəranının təmin edilməsi məsələləri.

Əldə edilmiş razılaşma 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində yerli erməni əhalisinin nümayəndələri ilə Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının nümayəndələri arasında keçiriləcək görüşdə və sonrakı görüşlərdə müzakirə olunacaq”, - deyə bəyanatda bildirilib.

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar.

Bu barədə erməniyönümlü KİV mənbələrə istinadən məlumat veriblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar verdiyi bəyanatda ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, - deyə Prezident Administrasiyasının açıqlamasında qeyd olunub.

Qarabağın erməni əhalisinə erməni dilində müraciət vərəqələrinin yayıldığı bildirilir.

Müraciətdə deyilir:

"Diqqət! Diqqət! Silahı yerə qoyun və təslim olun. Mənasız müqavimət göstərməyin. Həyatınızı xilas edin. Silahlı müqavimətlə məhv olacaqsınız. Özünüzü və ailənizi düşünün. Sizinlə və ailə üzvlərinizlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılacaq. Hüquqlarınız qorunacaqdır. Sizə su və yemək veriləcək. Sizə tibbi yardım göstəriləcəkdir. Təslim olun! Bu, sağ qalmaq və yaşamağa davam etmək üçün son şansınızdır".

 

 

 

“Hazırkı Qarabağ müharibəsinin əsas səbəbi 2020-ci il üçün atəşkəs sazişinin (üçtərəfli bəyanat-red.) Ermənistan, Azərbaycan və Rusiya tərəfindən imzalanmasıdır”.

Bu sözləri NATO-nun soyuq müharibə müdafiə strategiyası üzrə italiyalı mütəxəssis Tomas Teyner qeyd edib.

“Ermənistan məğlubiyyətini etiraf edib silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarıb və Qarabağdan kənarda işğal olunmuş əraziləri geri qaytarıb.
Ancaq Qarabağ erməniləri müharibəni heç vaxt uduzmadıqlarını iddia edirdilər və nə qədər çılğın mövqe tutsalar da, Putinin onları qoruyacağına inanırdılar.

Beləliklə, sülh bağlamaq əvəzinə, Azərbaycandan Qarabağ ermənilərinin işğal etdikləri, 100 min nəfəri etnik təmizləməyə məruz qoyduqları, sonra talan etdikləri və tamamilə yer üzündən sildikləri əvvəllər işğal olunmuş ərazilərin qaytarılmasını tələb edirdilər.

Qarabağ erməniləri bütün kompromislərdən imtina etdilər və 2020-ci il müharibəsində qalib gəldiklərini iddia edirdilər. Lakin Putin onlara əhəmiyyət vermir. Bütün bu qarışıqlığın məsuliyyəti yalnız aldanmış Qarabağ ermənilərinin üzərinə düşür”.

O, dəfələrlə paylaşım edərək Qarabağın Azərbaycan ərazisi olduğunu xarici jurnalistlərə xatırladıb:

“Jurnalistlər üçün: Qarabağ "mübahisəli ərazi" deyil. Ermənistan da daxil olmaqla yer üzündə hər millət (!), Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır”.

T.Teyner əlavə edib ki, bu lokal hərbi əməliyyatlarla bağlı Putin heç nə etməyəcək:

“Dərs 1: Rusiya silah sistemləri faydasızdır. Dərs 2: Rus sülhməramlıları əhəmiyyətsizdir. Bitdi. Qarabağ erməniləri təslim olmalıdırlar”.

Xankəndidəki cinayətkar xunta rejimi Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlı qərar verməlidir.

Bu barədə Gevorg Arstamyan öz Facebook səhifəsində yazıb.

O yazıb ki, əldə etiyi məlumata görə Xankəndidəki xunta rejiminin rəhbərliyi bu gün qərar verəcək: “Ya qalırıq, ya gedərik, bir sözlə, biz qalırıq, inteqrasiya edirik, ya da bu əraziləri tərk edirik”.

Xəbər lenti