![]() |
|
Xəbər verdiyimiz kimi, lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlib.
Bakını görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovun təmsil etdiyi bildirilsə də, erməni icmasının nümayəndələrinin kim olduğu açıqlanmamışdı.
Fotoda Davit Melkumyan
Modern.az yazır ki, Xankəndidən Yevlaxa gələn 2-ci şəxs xunta rejiminin qondarma “təhlükəsizlik şurası katibinin müavini” Sergey Martirosyandır.
Siyasi Şərhçi Asif Nərimanlı bildirib ki, bzim üçün görüşdə separatçılıq fəaliyyəti olmayan erməninin iştirakı daha məqbul olardı, lakin bu, mövcud vəziyyətə uyğun atılan addımdır:
"Çünki separatçıların erməni əhalisi üzərində nəzarət etməsi onlar arasından müstəqil nümayəndələrin tapılmasını mümkünsüz edib.
Gündəlik bəllidir: separatçı rejimin ləğv edilməsi, erməni əhalisinin reinteqrasiyası, ermənilərə Azərbaycanda digər azsaylı xalqların malik olduğu hüquqların verilməsi və s. Bunun alternativi yoxdur",- deyə o yazıb.
Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb.
Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar.
Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji müttəfiqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Xəbər verdiyimiz kimi, hazırda Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndə heyəti ilə görüş keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, rəsmi Bakını görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov təmsil edir.
Qeyd edək ki, Ramin Məmmədovun özü əslən Qarabağdandır. O, 1979-cu ildə Ağdərə şəhərində anadan olub, orta məktəbə isə Şuşa şəhərində gedib. 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.
Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Bu illər ərzində “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, dövlət qulluğunun baş müşaviridir.
Xatırladaq ki, R. Məmmədov bu il martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü.
Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlib.
APA-nın yerli bürosunun məlumatına görə, onları Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kontingenti müşayiət edir.
***
Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razı olan qarşı tərəf bu gün görüş Yevlax rayonuna gəlir.
APA xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndə heyəti Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.
Xankəndindən Qarabağdan gələn nümayəndə heyəti artıq Ağdam rayonun keçib Yevlax şəhər istiqamətinə doğru hərəkət edir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunun 5 000-ə yaxın erməni sakini Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziyə gəlib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Bakı və İrəvanla davamlı qarşılıqlı əlaqə saxlanılır.
Sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı erməni əhalinin bir hissəsinin Ağdərə, Xocavənd və Əsgəran ərazisini tərk etdiyi bildirilib./oxu.az
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfər edəcək.
Bu barədə "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin bildirib.
Nazir Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizə işgüzar səfərə gəldi. Səfər ərəfəsində iki ölkənin liderləri bir sıra çox mühüm ikitərəfli əməkdaşlıq sənədlərini imzaladılar. Eləcə də, bir neçə gün bundan əvvəl Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünü təşkil etdik. Cənab İlham Əliyev ölkə başçımız Emoməli Rəhmon tərəfindən görüşə fəxri qonaq qismində dəvət edildi. Biz onun görüşdə iştirakından böyük məmnunluq duyduq”.
“Bu yaxınlarda Azərbaycanda, Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) üzrə sammit keçiriləcək. Tacikistan sammitdə dövlət başçısı ilə yüksək səviyyədə iştiraka hazırlaşır", - nazir vurğulayıb.
Azərbaycan Ordusu Ağdərə rayonunun Çərəkdar kəndinə daxil olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qarabağda etnik təmizləmədən danışmağa əsas yoxdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat xidməti Dmitri Peskov bildirib.
"Qarabağ sakinlərinin bütün hüquqlarına hörmət edilməlidir. Rusiya Federasiyası etiraf edir ki, Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir".
Ermənistan və onun beynəlxalq himayədarlarının məkrli planları ilə qurulmuş “boz zona”dakı erməni separatçı-terrorçuların 30 illik “tetris oyunu” həmişəlik bitirildı… İndi Xankəndi və ətraf bölgədə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpa ediləcəyi, eləcə də, erməni terrorçuların törətdikləri dəhşətli hərbi cinayətlərə görə hesab verəcəyi mərhələ başlayır…
Azərbaycan ordusu qarşıya qoyulan tarixi vəzifəni böyük ustalıqla icra etdi. Tarixi hədəfə nail oldu və 30 illik problemi bir dəfəlik ortadan qaldırmağı bacardı. Üstəlik, Azərbaycan ordusuna bu problemi həll etmək üçün cəmisi 24 saat yetərli oldu. Və bununla da bütün dünyaya meydan oxudu.
Bəli, Azərbaycan dövləti və ordusu növbəti dəfə bütün dünyaya meydan oxudu. Dünyanın ermənipərəst siyasi dairələrinin maskasını yenı yırtdı, onların riyakarlıqlarını gün üzünə çıxartdı. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əhəmiyyət vermədən Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistanın beynəlxalq himayədarları yenə məyus edildilər. Və məlum oldu ki, Ermənistanın beynəlxalq himayədarları nə az, nə çox, düz 30 il Azərbaycanın zamanını oğurlayıblarmış.
Məsələ ondadır ki, Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın nəzarətində saxlanması üçün Minsk Qrupu adı altında beynəlxalq siyasi fırıldaq missiyası yaradılmışdı. Həmin beynəlxalq fırıldaqçılar 30 il ərzində “Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkün olmadığı”nı Azərbaycan dövlətinə qəbul etdirməyə çalışdılar. Ancaq Azərbaycan dövləti əksinə onlara sübut etdi ki, “Dağlıq Qarabağ problemi”nin sülh danışıqları yolu ilə həlli yoxdur. Və Azərbaycan ordusu Minsk Qrupunun 30 il sülh danıçıqları yolu ilə həllinə imkan vermədiyi “Dağlıq Qarabağ” problemini cəmisi 44 gün ərzində nizamladı, beynəlxalq fırıldaqçılar missiyasını da birdəfəlik dəfn etdi.
Son bir neçə günə qədərsə, rəsmi Bakıya təlqin etməyə çalışırdılar ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatizmi ilə bağlı problemin hərbi yolla həlli yoxdur. Yəni, onların fikrincə, rəsmi Bakı mütləq erməni terrorçularla müzakirələr aparmalıydı. Hətta erməni separatçı-terrorçuların “hüquq və təhlükəsizlik” iddialarını dialoq mövzusu kimi qəbul etməliydi. Bu, Azərbaycan ərazisində erməni separatizminin və terrorizminin ömrünü uzatmaq cəhdlərindən başqa bir şey deyildi.
Azərbaycan ordusunun lokal antiterror tədbirlərinin başlanmasından dərhal sonra ABŞ, Fransa, Avropa Birliyi və s. ermənipərəst beynəlxalq dairələr dərhal hərəkətə gəldilər. Rəsmi Bakının antiterror tədbirlərini dayandırmağa çağırdılar, üstəlik, yenə də bu problemin hərbi yolla həllinin mümkün olmadığını xüsusi olaraq, vurğuladılar. Yəni, yenə də uydurma siyasi dialoq tezisləri ilə rəsmi Bakını Azərbaycan ərazsindəki “boz zona”nı ləğv etmək qərarından daşındırmağa çalışdılar.
Ancaq baş tutmadı, rəsmi Bakı ABŞ, Fransa və Avropa Birliyinə əhəmiyyət vermədi, lokal antiterror tədbirlərinin sona qədər davam etdirilməsində prinsipial mövqe tutdu. Nəticədə, ABŞ, Fransa və Avropa Birliyinin hərbi yolla həllinin olmadığını iddia etdiyi problemi Azərbaycan ordusu cəmisi 24 saat ərzində sıradan çıxartdı. Və bununla da rəsmi Bakı Azərbaycanın üzləşdiyi problemlərin həlli yollarını beynəlxalq ermənipərəstlərdən daha yaxşı bildiyini növbəti dəfə sübuta yetirdi.
Erməni separatçı-terrorçuların Azərbaycanın Qarabağ regionunda 30 illik “tetris oyunu” sona çatdı. Bu hərbi cinayətkarlar Azərbaycan ərazisində “tetris bayraq” yelləyirdilər və o “bayraq” artıq düşdü. Əvəzində Azərbaycan ordusunun “dəmir yumruğu” erməni terrorçuları ağ bayraq qaldırmağa məcbur buraxdı. Və bundan sonra Azərbaycan dövlətinin şərtlərini yerinə yetirmək məcburiyyətində qaldılar.
Rəsmi Bakının şərtləri isə konkretdir və prinsipialdır. Ermənistan ordusunun tör-töküntüləri tərsilah olunacaq, silahlı erməni terror dəstələri ləğv ediləcək. Silah-sursatı, hərbi texnikanı təhvil verdikdən sonra Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazilərindən çıxarılacaq. Erməni separatçı-terrorçuların qondarma “qurumları” özünü buraxacaq. Xankəndi və ətraf bölgə Azərbaycan Konstitusiyasının müddəalarına uyğun şəkildə idarə olunacaq.
Azərbaycanın Qarabağ regionunda yaşayan erməni azlığı isə reinteqrasiya prosesinə cəlb ediləcək. Bu məsələ ilə bağlı ilk görüş Yevlax şəhərində keçiriləcək. Həmin görüşdə erməni azlığının təmsilçilərinə Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin bütün prosedurları və şərtləri prinsipial şəkildə izah olunacaq. Və erməni azlığının rəsmi Bakının reintqrasiya şərtlərini müzakirə etmək, ya da ondan yayınmaq şansları isə yoxdur.
Böyük ehtimalla Azərbaycana qarşı hərbi cinayətlər törətmiş erməni separatçı-terrorçular da cəzasız qalmayacaqlar. Onların böyük əksəriyyətinin həbs edilmə ehtimalı kifayət qədər ciddidir. Hər halda, Ermənistanın “Hraparak” nəşri bu barədə artıq məlumat yayıb. Erməni nəşrinin iddiasına görə, rəsmi Bakı Qarabağdakı separatçılara konkret siyahı göndərib və orada adları olan şəxslərin Azərbaycana təhvil verilməsini tələb edib.
Hələlik rəsmi təsdiqini tapmamış məlumata görə, həmin siyahıda Qarabağdakı separatçı-terrorçuların keçmiş liderlərinin, aktiv separatçılıq fəaliyyəti göstərmiş şəxslərin, hərbi cinayətkarların, habelə I və II Qarabağ savaşlarında Azərbaycan ordusuna qarşı vuruşmuş, mülki əhaliyə qəddarlıq etmiş, ağır cinayətlər törətmiş şəxslərin adları qeyd olunub. Yəni, belə anlaşılır ki, erməni separatçı-terrorçular istənilən halda, törətdikləri hərbi cinayətlərə görə cavab vermək məcburiyyətində qalacaqlar. Və “boz zona”da artıq sona çatan “tetris cinayətləri”nə görə hesab verməyin vaxtı çatıb.