Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

Azərbaycan paytaxtının azadlığından 105 il ötür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.

Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Tarix boyu Türkiyə Azərbaycana daim öz dəstəyini nümayiş etdirib. Bu dəstək həm siyasi, həm də hərbi formada mümkün olub. İşğal altında olan torpaqlarının azadlığı uğrunda 2020-ci ilin sentyabrın 27-də başlatdığı Vətən müharibəsinin ilk günündən Türkiyə Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Belə ki, Azərbaycanın haqq savaşında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları və bəyanatları bir daha iki ölkə arasında dostluq və qardaşlığın təcəssümü idi. Türkiyə Prezidentinin nümayiş etdirdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan haqq savaşında qələbə qazanmasında mühüm rolu olub.

Azərbaycan və Türkiyə əlaqələri bu gün də yüksələn xətlə inkişaf edir. İstər Vətən müharibəsindən əvvəl, istərsə də sonra iki ölkə arasında imzalanan çoxsaylı sənədlər, qardaş dövlətlərin bir-birinə nümayiş etdirdiyi dəstəyin və birliyin göstəricisidir.

Qərbin Azərbaycana təzyiqinin əsl SƏBƏBİ - Ekspert danışır

“Qərbin, xüsusilə ABŞ və Fransanın Ermənistanı Azərbaycana qarşı təxribatlara təhrik etməkdə əsas hədəfi öz məqsədlərinə nail olmaqdır”. Bu sözləri politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında ABŞ və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında son gərgin proseslərə münasibətini şərh edərkən bildirib. Onun sözlərinə görə, ABŞ-ın əsas məqsədi Cənubi Qafqaz uğrunda geosiyasi rəqabətdə Rusiyanı regiondan sıxışdırıb çıxartmaq və Moskvanın Ermənistan üzərində təsir imkanlarını minumuma endirməkdir.

“Qərbin Azərbaycana təzyiqləri ölkəmizin Ermənistandan fərqli olaraq müstəqil xarici siyasət yürütməsinə görədir. Ermənistanda sorosçuların və Rotşildlərin təmsilçisi olan Nikol Paşinyan onların maraqlarına xidmət etdiyi halda, Azərbaycanın dövlət rəhbəri İlham Əliyev dövlət siyasəti və dövlət strategiyasını məhz ölkənin təhlükəsizlik maraqlarına əsasən həyata keçirir. Bu, Qərb tərəfindən xoş qarşılanmır. Eyni zamanda, Qərb Azərbaycanı Qarabağda erməni separatçıları ilə danışıqlar aparmağa sövq edir. Halbuki Qərb dövlətləri heç bir zaman özünün təhlükəsizliyini təhdid edən separatçılar və terrorçu ünsürlərlə danışıqlar aparmayıb.

Bununla bərabər, Ermənistandan fərqli olaraq Azərbaycan Qərbin təhlükəsizlik sisteminə inteqrasiya ilə bağlı prosesin süni şəkildə sürətləndirilməsində maraqlı deyil. Əlbəttə, söhbət əsasən NATO barədə gedir. Azərbaycan regionla bağlı müəyyən geosiyasi problemlər kontekstindən hərəkət edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan hərbi-siyasi bloklara qoşulmayan dövlətlərin birliyində təmsil olunur. Qərbin Azərbaycan üzərində təzyiqlərində bu amil xüsusi yer tutur. Bu məsələdə digər amil isə Azərbaycanın Rusiya ilə münasibətləridir”.

O xatırlaıdb ki, Qərbin israrlı mövqeyinə baxmayaraq, Azərbaycan, eləcə də Türkiyə Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb:

“Azərbaycan Rusiya ilə yüksək səviyyədə münasibətlər qurub. Azərbaycan Rusiya üçün xüusi əhəmiyyət daşıyan logistik mərkəzə çevrilib. Həmçinin, Azərbaycan çox yaxşı bilir ki, Qərblə müqayisədə Rusiya Qarabağ probleminin həllində daha çox təsir imkanlara malikdir. Bildiyimiz kimi, rus sülhməramlıları Qarabağ bölgəsində vəziyyətə nəzarət edirlər. Sadaladığım bu amillər Qərbin Azərbaycana təzyiqlərinin artmasına gətirib çıxarır”.

Yeni əməliyyatlar an məsələsidir - GƏLİŞMƏ

Rəsmi İrəvanla son vaxtlara qədər aparılan sülh danışıqları artıq iflasa uğramaq üzrədir. Çünki qüsurlu erməni zehniyyəti ilə anlaşmaq demək olar ki, mümkün deyil. Ermənilər hər şeyi yalnız öz maraqlarından arqumentləşdirməyə yönəlik cəhdlərə vərdiş ediblər. İstənilən beynəlxalq sənədi yalnız “ermənicə” oxuyurlar. Heç bir beynəlxalq hüquq normalarına əhəmiyyət vermədən dəyərləndirirlər. Azərbaycanın Qarabağ regionunda olan erməni azlığının "hüquq və təhlükəsizliyindən" danışırlar, üçtərəfli anlaşmalara istinad edirlər. Ancaq həmin sənəddə Ermənistanın Azərbaycanın Qarabağ regionunda qalan silahlı tör-töküntüsünün çıxarılması barədə öhdəliklə bağlı israrla susurlar. Halbuki, Ermənistan ordusunun tör-töküntüləri məhz rus sülhməramlıların bölgəyə müvəqqəti dislokasiyasına paralel olaraq, Azərbaycan beynəlxalq hüquqa görə, ayrılmaz tərkib hissəsi olan Qarabağ regionundan artıq çoxdan çıxardılmalıydı. Bütün bunlar onu göstərir ki, Ermənistanla siyasi-diplomatik platformada anlaşmaq o qədər də asan iş deyil. Ermənistan daim hərbi gücün əzici təsirini öz üzərində hiss etməlidir. Qarabağ regionunda erməni separatizmi və terrorizminin hələ də öz mövcudluğunu qoruyub saxlaya bilmə müddəti məhz bu səbəbdən uzanır. Ancaq son baş verən hadisələr onu göstərir ki, Azərbaycan artıq daha prinsipial davranmaqda qərarlıdır. Rəsmi Bakı Azərbaycan ərazisində heç qanunların işləmədiyi, cinayətkarlığın hökm sürdüyü “boz zona”nın hələ də qalmasından narahatdır. Ona görə də ən qısa zamanda erməni terrorizminin girovuna çevrilmiş həmin “boz zona”nın ləğv edilməsində israrlıdır. Son aylarda atılan qətiyyətli addımlar tədricən öz təsirini göstərməyə başlayıb. Laçın postunun yaradılması Ermənistandan Azərbaycanın Xankəndi və ətraf bölgəsinə sərbəst silah-sursat, hərbi texnika daşınması prosesini tamamilə bloklayıb. Rəsmi İrəvan Qarabağ regionunda qeyri-qanuni saxladığı Ermənistan ordusunun tör-töküntülərini təchiz etməkdə artıq ciddi problemlərlə üzləşib. Ona görə də indi erməni separatçı-terrorçular arasında ciddi qarşıdurmanın olduğu barədə də məlumatlar mövcuddur. Təbii ki, istənilən halda, erməni separatçı-terrorçular arasında qarşıdurmanın dərinləşməsi “boz zona”nın ləğv edilməsi prosesini sürətləndirə biləcək məqamdır.
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Azərbaycan tərəfi öz ərazisində "boz zona"nın yaranmaması üçün bir sıra addımlar atmalıdır. Ekspertin sözlərinə görə, burada iki önəmli məsələ var:

"Birincisi odur ki, Azərbaycan həm beynəlxalq ictimaiyyətə, həm də münaqişədə maraqlı olan tərəflərə mövcud reallıqları tam açıq şəkildə göstərməlidir. Bəzi məsələlər var ki, Ermənistan və Qarabağdakı separatçılar, terrorçular onları şantaj yolu ilə həll etməyə çalışır. Rusiya Prezidenti V.Putin öz dili ilə etiraf etmiş oldu ki, Moskva Qarabağın Azərbaycana verilməsinin tərəfdarı deyilmiş. Amma Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları, addımları Rusiyanı çıxılmaz vəziyyətdə qoyub. Əslində bu, bizə "yol xəritəsi" kimi görünə bilər. Deməli, Rusiya "sülhməramlıların" vasitəsilə prosesi pozmağa çalışırmış. Ancaq beynəlxalq gedişlər, siyasi şərait Azərbaycanın əlində kifayət qədər imkanların formalaşmasına gətirib çıxarıb. Rəsmi Bakı Qarabağla bağlı müəyyən təsir imkanlarına sahibdir. Buna rəğmən, təklif edirik ki, separatçılar, silahlı dəstələr özləri təslim olsunlar, bölgəni tərk etsinlər. Əgər bunu etmirlərsə, Azərbaycanın legitim haqqıdır ki, öz ərazimizdə qeyri-qanuni silahlı dəstələrin varlığına son qoyaq. Bu, bizim suveren haqqımızdır. "Boz zona"nı heç bir dövlət öz ərazisində istəməz. Rəsmilərin söylədiklərindən aydın olur ki, Azərbaycan Qarabağdakı separatçı rejimin tamamilə təmizlənməsində qərarlıdır. Lazımi vaxtda bunu həyata keçirəcəklər. Beynəlxalq ictimaiyyətə bununla bağlı açıq mesaj verilib. Proseslərin gedişini izləyirik. Azərbaycanın səbri tükənməz deyil".

Şahramanyan “ağır məsuliyyət”in altında qalacaq - Başqa cür ola da bilməz...

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Arutyunyanın istefasından təəssüfləndiyini bildirib. O, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. Paşinyan qeyd edib ki, onlar arasında “çox yaxşı işgüzar atmosfer və qarşılıqlı anlaşma” olub: "Qarabağın yeni “seçilmiş” “prezidenti” Samvel Şahramanyana gəlincə, hesab edirəm ki, vəziyyət elədir ki, təbrik etmək üçün xüsusi bir şey yoxdur və onun üzərinə çox böyük məsuliyyət düşür”.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Nikol Paşinyan separatçıların yeni “rəhbəri” Samvel Şahramanyanı niyə təbrik etməməsi məsələsinə aydınlıq gətirərkən bildirib ki, beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər. Yəni təbrik etməklə qondarma “seçkini” qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər:

"Erməni baş nazirin açıqlamasını belə oxumaq olar. Samvel Şahramanyan üzərinə qoyulan “ağır məsuliyyət”in altında qalacaq. İrəvan Xankəndidəki separatçıların yaxın dövrdə ləğv ediləcəyi perspektivini gördüyü üçün buna uyğun mövqe sərgiləyir. Nikol Paşinyanın separatçıların yeni “rəhbərliyi” ilə qarşıdurmada olması da bu yanaşmasında rol oynayan amillərdəndir".

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edir - CANLI YAYIM

Tacikistanın paytaxtı Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə həmin görüşdə fəxri qonaq qismində iştirak edir:

 

Putin niyə danır ki... - GƏLİŞMƏJurnalist Putinə sual verib ki, bəs Paşinyanın başqa liderlərə zəng edərkən Sizə zəng etməməsi və Rusiyadan uzaqlaşmağa çalışması Sizi narahat edirmi? Putin özünə sındırmayaraq münasibətlərdə problem olmadığını, Paşinyanla təmas içində olduğunu, hətta ondan geniş məzmunlu məktub aldığını deyib. Birincisi, Nikol Paşinyanın özü Putinə məktubunda nələr yazdığına aydınlıq gətirməyib. İkincisi, Putin Paşinyandan narazılığı yoxdursa, naziri Sergey Lavrovu və sözçüləri Dmitri Peskovla Mariya Zaxarovanı niyə erməni rəsmilərin üzərinə püskürdüb? Putin bal kimi də narahatdır, sadəcə Ukrayna kimi Ermənistanın aradan çıxmaq istədiyini açıq deyə bilmir.

Elxan Şahinoğlu

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin 13 sentyabr tarixli bəyanatına cavab verib.

Ayxan Hacızadə bildirib ki, ötən ilin sentyabr ayında, eləcə də 2021-ci ilin may və noyabr aylarında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilmiş növbəti təxribatlara cavab olaraq ölkəmizin gördüyü tədbirlərin nəticələrini Ermənistan ərazilərinin işğalı kimi təqdim edilməsi Ermənistan tərəfinin siyasi avantürasının tərkib hissəsidir.

“Azərbaycanın suveren torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 2020-ci il Vətən müharibəsinin nəticələrinə baxmayaraq, Azərbaycana məxsus 8 kəndi Azərbaycana təhvil verməyən, üçtərəfli bəyanata zidd olaraq, erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən hələ də çıxarmayan, davamlı hərbi təxribatlar törədən Ermənistanın Azərbaycanı işğalda təqsirləndirməsi saxtakarlıq nümunəsi olmaqla yanaşı, reallıqların təhrif edilməsidir.

Müharibə və hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn pozuntularını müvafiq olaraq araşdıran, bu kimi halların törədilməsində şübhəli bilinən şəxslərlə bağlı istintaq aparan Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi Xocalı soyqırımı daxil, azərbaycanlılara qarşı insanlıq əleyhinə törətdiyi cinayətlərdən fəxrlə danışması hər kəsə məlumdur.

Azərbaycanın Qarabağ bölgəsinə istinadlarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına alan Ermənistan tərəfinin bölgədə qüvvə toplamasını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat səylərindən fikir yayındırmaq cəhdləri ciddi təhdid mənbəyidir.

Bölgədə sülh və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoymaqdır”, - XİN rəsmisi qeyd edib.

Düşənbədə İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb

Sentyabrın 14-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb.

Bu barədə AZƏRTAC xəbər verir.

Prezident İlham Əliyev Tacikistana səfərə gedib

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gedib.

"Yol-xeber.az" xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.

“Qafqazda sülhün bərqərar olması üçün hər iki tərəfə diqqət yetirilməlidir”.

“Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

“Azərbaycanın bu bölgəsi - Qarabağ 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal olunub. 1990-cı illərin əvvəllərində 1 milyona yaxın azərbaycanlının öz torpaqlarından etnik təmizləməyə məruz qaldığı amansız müharibədən sonra işğalçı Ermənistan silahlı qüvvələri bu ərazinin minlərlə kvadrat metrini minalayıblar. Orada, Azərbaycanda qalan etnik ermənilərin icması Ermənistanla vahid quru yolu - Laçın yolu ilə əlaqə saxlayırdı.

Qanunsuzluğun və minaların bu boz zonası üç il əvvələ qədər, Azərbaycan 44 günlük müharibədə Qarabağ ərazisinin böyük hissəsini azad edənə qədər qeyri-qanuni və mübahisəsiz olaraq mövcud idi. Hüquqi və mənəvi cəhətdən bu boz zolağın qalan hissəsində yaşayan vətəndaşlar Azərbaycan vətəndaşlarıdır - hətta Ermənistanın indiki baş naziri də Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu açıq şəkildə etiraf edir”, - o bildirib.

Xəbər lenti