![]() |
|
"Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsində Azərbaycanın razılığının həyata keçirilməsinə mane olan Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir".
Bunu Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçidi, habelə Ağdam-Xankəndi və Laçın yollarından eyni zamanda açılması məsələsi ilə bağlı xarici işlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli medianın suallarına cavabında deyib.
"Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir", - qeyd edilib.
Rusiya xüsusi xidmət servisləri erməni baş naziri və onun ailə üzvlərini ciddi nəzarət altına alıb, Nikol Paşinyanın Qərbə qaçmaq planını ön plana keçirtməyə çalışdığı barədə məlumatları əldə etmək mümkün olub... Erməni baş nazirin qaçış planına qarantiya verilməsi üçün məhz Anna Akopyanın vasitəçi rolunu öz üzərinə götürdüyü, onun həyatı təhlükədə olan baş nazir Nikol Paşinyanı tez-tələsik Qərb kəşfiyyatına təhvil vermək üçün cəhdlər göstərdiyi bildirilir...
Rusiya və Ermənistan arasında münasibətlər son həddə qədər gərginləşib. Hazırda Kreml Rusiyanın “ən etibarlı hərbi müttəfiqi” olan Ermənistanla necə davranacağını müəyyən etməyə çalışır. Rusiya siyasi dairələri hələlik bu sualın cavabını tapmaqda çətinlik çəkirlər. Hətta Kremldə Ermənistana münasibətdə müəyyən tərəddüdlərin mövcudluğu da qətiyyən diqqətdən yayınmır. Və bu baxımdan, Rusiyanın Ermənistana qarşı daha radikal addımlarının yaxın vaxtlarda müşahidə oluna biləcəyi də qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Kreml rəsmi İrəvana qarşı təzyiq mexanizmlərini işə salmağa başlayıb. Rusiya son davranışlarına görə Ermənistana rəsmi nota ünvanlayıb. Ermənistanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Erməni səfirə konkret suallar ünvanlanıb və hazırda Kreml rəsmi İrəvandan dəqiq cavablar gözləyir. Və Rusiyanın Ermənistana münasibətinin məhz həmin cavabların məzmununa adekvat olacağına eyham vurur.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Kremlin rəsmi İrəvandan narazılığını açıq mətnlə izah edib. Onun dediyinə görə, Rusiyanın Ermənistana xeyli cavabsız sualları yığılıb. Onların sırasında KTMT-nın Ermənistanda ötən il keçirilməsi planlaşdırılan hərbi təlimlərinin ləğv edilməsi isə xüsusi yer tutur. Çünki hazırda rəsmi İrəvan Ermənistanın ABŞ-la ölkə ərazisində hərbi təlimlər keçirtməsinə təhlükəsizlik mexanizmi kimi yanaşır.
Təbii ki, Kreml üçün Paşinyan hakimiyyətinin bu davranışı qəbuledilməz xarakter daşıyır. Ermənistan Rusiyanın hərbi müttəfiqi olduğu halda, KTMT-dan imtina edib, məhz Kremlin beynəlxalq düşməni ABŞ-la hərbi təlimlər keçirir. Belə anlaşılır ki, bu hərbi addım əslində, rəsmi İrəvan dolayısı ilə Rusiyaya qarşı siyasi savaşa start verib. Və bu, Ermənistan kimi kiçik ölkə üçün böyük “cəsarət”dir.
Kremli narahat edən digər önəmli məqamsa, ondan ibarətdir ki, Paşinyan hakimiyyəti məhz Rusiya prezidenti Vladimir Putinə qarşı həbs qərarı çıxarıldıqdan dərhal sonra Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq barədə Roma statutunu Ermənistan parlamentində ratifikasiya etmək niyyətinə düşüb. İndi Kreml rəsmi İrəvandan bu davranışın siyasi anlamının izahını tələb edir. Yəni, Rusiya Ermənistandan “hərbi müttəfiq” və ya “düşmən” olduğunu rəsmən dəqiqləşdirməsini istəyir. Və Kremlin təmsilçisi Dmitri Peskovun “Rusiya Ermənistanın timsalında hərbi müttəfiqi”ni itirməkdən qorxmur” deməsi də rəsmi İrəvana növbəti xəbərdarlıq mesajıdır.
Belə anlaşılır ki, Kreml Paşinyan hakimiyyətinə atılan addımların doğura biləcəyi nəticələr barədə düşünməyə çağırır. Eyni zamanda, çox üstüörtülü şəkildə Rusiya ilə “hərbi müttəfiqliyin” pozulmasına alternativ variantlara da eyham vurur. Yəni, Ermənistana vaxtilə Rusiyadan üz çevirib, Qərbə yaxınlaşmaq niyyətinə düşən Ukrayna və Gürcüstanın başına gələnlər xatırladılır. Və Ermənistanın həmin iki dövlətdən daha fəlakətli situasiya ilə üzləşə biləcəyi isə şübhə doğurmur.
Maraqlıdır ki, Kreml Ermənistan baş naziri Nikol Paşinyana qarşı təzyiq mexanizmlərini artıq tədricən işə salmağa başlayıb. Bəzi məlumatlara görə, erməni baş nazirin özü və ailə üzvləri Rusiya kəşfiyyatının hədəfinə çevrilməkdədir. Hazırda Paşinyan ailəsinin xarici təmasları, Ermənistandan kənardakı davranışları, keçirtdiyi bütün görüşlər, mal varlığı ciddi şəkildə araşdırılmaqdadır. Və əldə olunan məlumatların bir qismi Rusiya mətbuatına sızdırılmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, bir müddət əvvəl Rusiya kəşfiyyatının nəzarətində olan media holdinq sahibi Aram Qarbrielyanov Ermənistan baş naziri Nikol Paşinyanı “Nemesis” terror qruplaşmasının hədəfinə düşə biləcəyi ilə hədələmişdi. Bu, erməni baş nazirin “Vaqner”in sahibi Yevgeni Priqojinin taleyini təkrarlamaq təhlükəsindən o qədər də uzaq olmadığını göstərir. Və Aram Qarbrielyanovun bu təhdidinin Kremldən Paşinyan hakimiyyətinə yönəlik ciddi xəbərdarlıq kimi də anlaşıla bilər.
İndisə, Kreml Aram Qarbrielyanovun dili ilə erməni baş naziri növbəti dəfə qorxutmağa çalışıb. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Ukrayna paytaxtı Kiyevə səfərinin Kremldə ciddi qıcıq doğurduğu heç kimə sirr deyil. Aram Qarbrielyanov isə iddia edir ki, guya o, Anna Akopyanın Kiyevə getməsinin və Nikol Paşinyanın Qərb mediasına verdiyi axmaq müsahibələrdən tutmuş, son iki həftədə yol verdiyi yersiz hərəkətlərinin əsas səbəbini araşdırıb. Və indi bunu ictimailəşdirmək qərarına gəlib.
Halbuki, erməni Aram Qarbrielyanovun belə araşdırma imkanlarının olmadığını anlamaq qətiyyən çətin deyil. Yəni anlaşılan odur ki, rus kəşfiyyatı Paşinyan ailəsi barədə malik olduğu məlumatların bir hissəsini Aram Qarbrielyanova ötürüb və öz adından yaymağı tapşırıb. Və onun (əslindəsə, rus kəşfiyyatının) iddiasına görə, Anna Akopyan Kiyevdə 40 dəqiqədən çox bir müddət ərzində yoxa çıxıbmış.
Aram Qarbrielyanov vurğulayıb ki, Anna Akopyanı Ukrayna Milli Təhlükəsizlik Xidmətinin maşını götürüb və təxminən 40 dəqiqədən sonra qaldığı otelə geri qaytarıb: “Heç kim bu qadının həmin müddətdə harada olduğunu və kiminlə görüşdüyünü bilmir. Yəqin ki, Kiyev təsadüfi seçilməyib. Çünki rus xüsusi xidmət orqanlarının orada fəaliyyəti göstərməsi daha çətindir. N.Paşinyanın oğlu isə Kanadaya gedib”.
Göründüyü kimi, nə qədər qəribə də olsa, Aram Qarbrielyanov hətta rus kəşfiyyatının belə, fəaliyyət göstərməkdə çətinlik çəkdiyi Kiyevdə Anna Akopyanın barəsində məlumat əldə edə bilibmiş. Əslində, bu, dolayısı ilə rus kəşfiyyatının Anna Akopyan barədə məlumatları ona ötürdüyünün dolayısı etirafıdır. Və Aram Qarbrielyanov həmin məlumatlara əsasən, Ermənistan baş naziri Nikol Paşinyanın qarşısında cəmisi iki variantın olduğunu iddia edir.
Onun (rus kəşfiyyatının) fikrincə, erməni baş nazir ya ölkə parlamentini çağırıb, KTMT-dən çıxmaq barədə qərar verməlidir və Rusiya hərbi bazasının Ermənistandan çıxılmasını tələb etməlidir. Buna paralel olaraq da ABŞ-ın Ermənistanda hərbi baza yaratmasına nail olmalıdır. Buna alternativ ola biləcək ikinci variantı isə baş nazir Nikol Paşinyanın ailəsini də götürüb, Ermənistandan Qərb ölkələrinin birinə qaçmasıdır.
Aram Qarbrielyanov (rus kəşfiyyatı) yekunda Anna Akopyanın izlənilməsindən əldə olunan əsas nəticəni açıqlayıb. Onun dediyinə görə, Anna Akopyanı İrəvandan Kiyevə həm birinci, həm də ikinci variantla bağlı Qərb kəşfiyyatından növbəti təlimatları almaq üçün göndəriblər: “Anna Akopyanın isə öz ərinin – Nikol Paşinyanın Qərb kəşfiyyatına təhvil verilərək, xilas edilməsi variantına daha çox üstünlük verdiyi artıq məlumdur”.
Bütün bunlar onu göstərir ki, Rusiya kəşfiyyatı erməni baş naziri və onun ailə üzvlərini ciddi nəzarət altına alıb. Ona görə də, baş nazir Nikol Paşinyanın Qərbə qaçmaq planını ön plana keçirtməyə çalışdığı barədə məlumatlar əldə etmək mümkün olub. Üstəlik, erməni baş nazirin qaçış planına qarantiya verilməsi üçün məhz Anna Akopyanın vasitəçi rolunu öz üzərinə götürüb. Bu isə o deməkdir ki, Anna Akopyan həyatı təhlükədə olan baş nazir Nikol Paşinyanı tez-tələsik Qərb kəşfiyyatına təhvil vermək üçün cəhdlər edir.(Yeni Müsavat)
İki gündür keçidi ləngidlən Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndiyə keçidi baş tutub.
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndiyə doğru hərəkət edib.
“Ermənistan və Azərbaycan yenidən müharibə astanasındadır”.
Bu barədə Rusiyanın media resursu “Regnum” qeyd edir.
“Azərbaycanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bildirir ki, Ermənistan qoşunları atəşkəs sazişinin şərtlərini pozur. Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Qarabağ və Ermənistana qarşı yeni hərbi təxribatlar hazırlayır – bu bəyanatlar Qərb mediası, məsələn, Fransanın “Frans 24” kanalı tərəfindən fəal şəkildə yayımlanır”, - deyə bildirilir.
Qeyd edilir ki, Ermənistanın Sünik rayonu ilə Azərbaycan sərhədində hərbi əməliyyatlar başlaya bilər: “Bura Azərbaycanın Zəngəzur kimi tanınan tarixi bölgəsidir. Orada yaşayan azərbaycanlıların kütləvi şəkildə məhv edilməsindən və deportasiyasından sonra Sovet hakimiyyəti tərəfindən Ermənistana verilib”.
“Bu regionda Ermənistan ərazisinin 40 km-lik dar bir hissəsi Azərbaycanın böyük hissəsini və Naxçıvan anklavını (Türkiyə ilə həmsərhəddir) bir-birindən ayırır”, - “Regnum” əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib. Görüşün videokonfrans formatında keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
"Söhbət zamanı ikitərəfli münasibətlərimizə toxunularaq, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu ilin mayında Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi bildirilib. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisinin İsrailə səfəri qeyd olunub, ölkəmizin İsraildə səfirliyinin açılmasının əhəmiyyəti vurğulanıb.
Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən məmnunluq ifadə edilib, bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.
Avi Dixterin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinlənləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Artıq 2-ci gündür ki, Bərdə şəhərində gözləyən Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) ərzaq dolu yük avtomobili ötən gün Ağdam Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hələ də keçid baş tutmayıb. Artıq 2-ci gündür ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidinin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Digər məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən küsüb, ona görə də, Kreml sahibini regiondakı vəziyyəti müzakirə etdiyi dövlət liderlərinin sırasına daxil etməyib... Kreml isə Rusiyanın "təxribat emissarı"nın dili ilə Paşinyan hakimiyyətini təhdid edir, Ermənistanda mümkün hakimiyyət çevrilişinin açıq anonsunu verir və bu hədəfinə çatmaq üçün tələsdiyini də gizlədə bilmir...
Azərbaycan və Ermənistan arasında hərbi-siyasi gərginlik artıq olduqca təhlükəli görüntülər almağa başlayıb. Rəsmi İrəvanın hərbi təxribatları hər an genişmiqyaslı silahlı toqquşmalara yol aça bilər. Çünki mövcud situasiya indi artıq real savaş mərhələsinə keçmək üzrədir. Və hazırda yaranmış vəziyyətə görə isə hərbi təxribatları törədən Ermənistan məsuliyyət daşıyır.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti son davranışları ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar təhdid edir. Rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarından hələ imtina etmədiyini də dolayısı ilə təsdiqləyir. Hər halda, rəsmi İrəvanın Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistan ordusunun tör-töküntülərini hələ də bölgədən çıxartmaması, erməni separatçı-terrorçulara dəstək verməsi regionda sülhə və sabitliyə əsas təhlükədir. Ona görə də, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması, üzünmüddətli sabitliyə nail olunması üçün mütləq Ermənistan ordusunun qeyri-qanuni silahlı dəstələri ən qısa zamanda Azərbaycan ərazisindən çıxarılmalıdır. Və erməni separatçı-terrorçuların qondarma "qurumları" ləğv edilməlidir.
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistana və onun beynəlxalq himayədarlarına artıq bu barədə sərt xəbərdarlıq etmişdi. Nazirlik vurğulamışdı ki, qeyri-qanuni "qurum"un "prezident"inin planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil.
Ancaq görünən odur ki, Paşinyan hakimiyyəti və erməni separatçı-terrorçular rəsmi Bakının xəbərdarlığının nə demək olduğunu anlamaqda hələ də çətinlik çəkirlər. Hər halda, Qarabağdakı erməni separatçı-terrorçulara 22 səslə yeni rəhbərin "seçilməsi" rəsmi Bakının bu bölgə ilə bağlı atacağı bütün addımlara legitimlik qazandırdı. Və bundan sonra Azərbaycan öz suveren hüquqlarını təmin etmək üçün ən radikal addımlar atmaqdan çəkinməyəcək.
Üstəlik, onu da nəzərə almaq lazımdır ki, indiyə qədər Qarabağda reallaşdırılan hüquqi cinayətə münasibət bildirən beynəlxalq qurumlar və dövlətlər qondarma "seçki"ni tanımadıqlarını birmənalı şəkildə bəyan ediblər. Yəni, erməni separatçı-terrorçular beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərdiklərinin növbəti dəfə gündəmə gətirilməsinə səbəb vermiş oldular. Beynəlxalq hüquq normalarına uyğun olmayan qondarma "qurumlar" isə Azərbaycan ərazisində fəaliyyət göstərə bilməz. Və rəsmi Bakı cəmisi 22 cinayətkarın istəyi ilə Azərbaycan ərazisində erməni terrorçuların "boz zona"sının mövcudluğuna imkan verməz.
Böyük ehtimalla ən yaxın vaxtlarda erməni separatçı-terrorçular ilə bağlı məsələnin həlli Azərbaycan ordusuna həvalə olunacaq. Bu sahədə böyük təcrübəsi olan Azərbaycan ordusu isə çox qısa müddətdə, təxminən bir neçə saat ərzində Qarabağ regionunu erməni terrorizmindən təmizləyəcək. Və bu prosesin yaxın vaxtlarda başlaya biləcəyi isə artıq qətiyyən şübhə doğurmur.
Bütün bunlar onu göstərir ki, Qarabağ regionunun gələcək taleyi ilə bağlı məsələ həllini tapmaq üzrədir. Tezliklə Xankəndinin öz həqiqi sahibinə - Azərbaycan dövlətinə geri təhvil-təslim mərhələsi başlayacaq. Və Qarabağ ərazisinin erməni separatçı-terrorçular üçün "boz zona" olduğu dövrün sona çatdığını indi yalnız sadəlövhlər anlamaya bilərlər.
Ancaq erməni radikal-revanşistlər, eləcə də onların arxasından boylanan Rusiya Qarabağ regionundan sonuncu dəfə öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışırlar. Kreml məhz bu regiondakı erməni terrorçulardan Ermənistanda dövlət çevrilişi məqsədi ilə yararlana biləcəyinə ümid bəsləyir. Və Rusiyaya qarşı xəyanət etmiş Paşinyan hakimiyyətinin devrilməsi Kreml üçün prinsipial hədəfə çevrilmiş kimi görünür.
Rusiyanın Qarabağa göndərdiyi "təxribat emissarı" Ruben Vardanyan son açıqlaması da bunu təsdiqləyir. Bu beynəlxalq cinayətkar bildirib ki, hazırda Ermənistanı idarə edənlər səriştəsizdirlər, nə etdiklərini başa düşmürlər, təcrübələri yoxdur və öyrənmək istəmirlər: "Bəli, mən bütün "sağlam qüvvələr"lə birləşməyə və Ermənistanda hakimiyyətin tezliklə dəyişdirilməsini dəstəkləməyə hazıram”.
Göründüyü kimi, Ruben Vardanyan açıq mətnlə Ermənistanda dövlət çevrilişinə çağırış edir. Əslində isə onun dedikləri məhz Kremlin direktivlərindən ibarətdir. Çünki bu cinayətkar Rusiyanın dəstəyi olmadan Qarabağa gələ bilməzdi və Ermənistanda da hakimiyyətə iddia etmək cəsarətinə düşməzdi. Kreml məhz "təxribat emissarı"nın dili ilə Paşinyan hakimiyyətini təhdid edir və Ermənistanda mümkün hakimiyyət çevrilişinin anonsunu verir. Və Kremlin Ruben Vardanyanı belə açıq şəkildə Paşinyan hakimiyyəti ilə savaş meydanına atması o deməkdir ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planlarının reallaşdırılmasında artıq "düymə"yə basıb və hətta tələsir.
Əslində, Paşinyan hakimiyyəti də yaxınlaşan təhlükənin nə qədər ciddi olduğunu artıq anlayır. Ona görə də, Rusiyaya qarşı ittihamları sərtləşdirməklə, Kremllə qarşıdurmanı dərinləşdirməklə ABŞ və Qərbin dəstəyini qazana biləcəyinə ümid bəsləyir. Və hazırda Rusiya propoqanda mexanizmlərinin məhz Paşinyan hakimiyyətini açıq hədəfə çıxartması da erməni baş nazirin maraqlarına cavab verir.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan ABŞ və Qərbi vəziyyətin ciddiliyinə inandırmağa çalışır. Hətta erməni baş nazir son günlər regionda yaranmış vəziyyəti müzakirə etdiyi dövlət liderlərinin sırasına Rusiya prezidenti Vladimir Putini daxil etməyib. Halbuki, 44 günlük savaş dövründə erməni baş nazir Ermənistanı xilas etmək ümidilə davamlı olaraq, Kreml sahibi ilə telefon əlaqəsi yaradırdı. İndi bu təcrübədən imtina edilməsi Paşinyan hakimiyyəti ilə Ermənistanın yeganə hərbi müttəfiqi Rusiya arasında iplərin qopmaq üzrə olduğunu göstərir.
Digər tərəfdən, hazırda Paşinyan hakimiyyətinə yaxın mətbuat qurumları Kremlin Ermənistanda dövlət çevrilişi etmək məqsədilə "Vaqner"in 12 min nəfərlik bir qrupunu göndərdiyini iddia edir. Halbuki, bu, o qədər də inandırıcı görünmür. Çünki Kremlin Ermənistanda hakimiyyət çevrilişi üçün "Vaqner"in dəstəyinə ehtiyacı yoxdur. Rusiya bu hədəfinə daha sadə variantlar üzərindən də çata bilər. Paşinyan hakimiyyətinin "Vaqner"in Ermənistana gətirilməsində əsas məqsədi böyük ehtimalla erməni toplumunda Rusiyaya və onun "5-kalon"una qarşı müqavimət prosesini dərinləşdirməkdən ibarətdir.(Yeni Müsavat)
Ermənistanın yeni fazaya daxil etdiyi Azərbaycanla bağlı yeni ziddiyyətlərin birbaşa və yan elementləri də xeyli maraq doğurur. Xüsusilə də Rusiya - Ermənistan platformasında yaşananlar çox manidar qəbildəndir.
Ermənistan-Rusiya diplomatik çəkişməsi davam edir. Yeni Dehlidə keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında Sergey Lavrov İrəvanın Birləşmiş Ştatlarla birgə hərbi təlimlər keçirmək niyyətindən təəssüfləndiyini bildirib:
"Biz aqressiv NATO ölkəsinin müttəfiqimiz Ermənistanda (ABŞ nəzərdə tutulur) olmasında yaxşı heç nə görmürük. Zaqafqaziyaya nüfuz etməyə çalışır. Düşünmürəm ki, bu, heç kim üçün, o cümlədən Ermənistanın özü üçün yaxşıdır. Biz Ermənistan rəhbərliyinin hərəkətlərindən təəssüflənirik”.
Açığı, son 30 ildə, bəlkə də 1828-ci ildən bəridir ki, Rusiyanın Ermənistana dair belə sərt mövqeyi kimsə xatırlamır. Yəni ümumiyyətlə, tarixdə baş verməyib.
Sentyabrın 11-də Ermənistanda "Tərəfdaş Qartalı 2023" adlı erməni-amerikan birgə hərbi təlimləri başlayacaq və 10 gün davam edəcək. Təlimlər sülhməramlı missiyalar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edəcək.
Lavrovun sözlərinə görə, erməni-amerikan birgə hərbi təlimləri haqqında razılaşma "çox qəribə görünür, çünki Ermənistan iki ildir, KTMT hərbi təlimlərində iştirakdan imtina edir. Mən həqiqətən ümid edirəm ki, bizim aramızda mövcud olan bütün müttəfiqlik öhdəlikləri var və biz onları qiymətləndiririk. Hələ də qüvvəyə minəcək və Ermənistanın xarici siyasətində üstünlük təşkil edəcək”.
Rusiya artıq onun hərbi blokunun Ermənistanın mövqeyi nəticəsində çat verdiyini yaxşı anlayır. Ən pis ssenari isə İrəvandan sonra nümunə götürərək digər ölkələrin olma ehtimalıdır.
Gələk, Ermənistan ilə Rusiyanın ilk narazılıq səbəbinə...
Ermənistan iddia edir ki, "Azərbaycan 9 noyabr 2020-ci il tarixindən sonra ən azı 150 kvadrat kilometr ərazini işğal edərək Ermənistana onlarla hərbi hücumlar həyata keçirdi. Lakin Ermənistandakı rus qoşunları, Gümrüdəki 102-ci hərbi baza və birləşmiş erməni-rus kontingenti təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib".
Ümumiyyətlə, Ermənistanda ya beynəlxalq hüququ oxumurlar, ya oxuyub əməl etmək istəmirlər, ya da sadəcə, yaşadıqları yalanı həyat tərzinə çevirib nəinki indiki nəsli, gələcək nəsillərə də faciələri miras buraxmaq, 1915- çi il əfsanələri ilə (bu da bir növ erməni şiəliyi, erməni qaraçılığı, erməni tarixi qaranlığı adlandırmaq düzgün olardı ki, farslarla eyni adət-ənənə daşımaları təəccüblü deyil) yenidən yüzillik inşa etmək xəstəliyi var. Və bu düşüncə təəssüf ki, hakimiyyətə gəlir, qərarvermə orqanına rəhbərlik edirsə, çıxış yolu yenidən baxış sərgiləməkdən keçir.
Və davamı:
İkinci arqument:
"Onlar Ermənistanın suveren ərazisinin qorunmasında Ermənistan silahlı qüvvələrinə dəstək vermədilər. Bu arada Ermənistan ABŞ, Avropa İttifaqı, İran, Hindistan və Fransadan diplomatik və siyasi dəstək alıb".
Bu cümlənin təhlili, əslində, həqiqəti yox, planı, niyyəti göstərir. Yəni konkret Rusiyasız gələcək hədəfindən söhbət getdiyini ortaya qoyur. Mövqe isə pərdələməkdən başqa bir işə yaramır.
Niyyət 2.
Ermənistanın KTMT-dən çıxmaq istəyir deyə, Azərbaycanla bağlı ziddiyyətli manipulyasiya edir.
Ermənistanın KTMT-dən çıxmaq çağırışlarını şərh edən Lavrov qeyd edib:
"Bir çox siyasətçilər var ki, Rusiya haqqında kifayət qədər təkəbbürlü bəyanatlar verirlər. Biz bunu görürük, bu, dünən başlamadı".
Bəhanə 1.
Yenə iddia edilir ki, Lavrov Ermənistanla bağlı ritorikasının həcmini azaltsa, yaxşı olardı;
"Rusiyanın Ermənistana qarşı xəyanətkar siyasəti dünən də başlamadı. Ermənistan həm 2021-ci il 12 may, həm də 13 sentyabr 2022-ci il hücumları zamanı Rusiya və KTMT-yə hərbi dəstək üçün müraciət edib. Lakin KTMT və Rusiya Azərbaycanın təcavüzünü qiymətləndirməkdən və dəstək verməkdən imtina ediblər".
Axı bu Rusiyanın Azərbaycana müdaxiləsi üçün hüquqi səbəb ola bilməz. Çünki Rusiya başqa bir suveren dövlətin açıq formada cəzalandırılması üçün addım atarkən nəzərə almalı olduğu reallıqlar var, üstəgəl, bu ölkə Moskva müqaviləsi ilə münasibət qurduğu müttəfiqi Azərbaycan olarsa, üstəgəl, mövcud münaqişənin əsasını qoyub inşa edən ölkədirsə, tarixi sənədləri də arxivdən çıxara bilərsə...
Məsələn, Azərbaycan üçün Putinə Ukrayna etdiyini Ermənistana etsə necə, məsələn, desə ki, Ukraynanı Lenin Rusiya torpaqları hesabına yaradıb, eynən SSRİ Ermənistani Azərbaycan torpaqlarınds inşa edib.
Necə ssenaridir?
Bəhanə 2.
2022-ci ilin sonunda BMT Təhlükəsizlik Şurasında Azərbaycan - Ermənistan münasibətlərinin müzakirəsi zamanı Rusiya Bakının tezislərini müdafiə edərək Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmadığını və Azərbaycanın addımlarının leqal olduğunu təsdiq etdi.
Sergey Lavrov həmçinin bildirib:
"Ermənistan Milli Assambleyasının prezidentinin Rusiyanın Dağlıq Qarabağı Azərbaycana "təslim etməsi" ilə bağlı bəyanatı həqiqətə uyğun deyil."
Bəhanə 3.
2020-ci il noyabrın 9-dan sonra Rusiya sülhməramlılarının gözü qabağında Azərbaycan Tağlar, Çaylaqaya, Farux kəndlərini, Ağdərə və Qaraqlux yüksəkliklərini, Xankəndi - Gorus yoluna bitişik yüksəkliklərdə nəzarəti bərpa edib.
Maraqlıdır ki, Rusiyanın düşmən obrazının yaradılmasında onların əl buyuruqcusu Araik də rol alıb. Belə ki, o çıxışında Rusiyanın təzyiqi ilə Laçın dəhlizinin köhnə marşrutunun dəyişdirildiyini, "Sus, Ağavno və Berdzor qəsəbələrinin Rusiyanın təzyiqi altında Azərbaycana təhvil verildiyini" iddia etmişdi.
Bəhanə 4.
Azərbaycan haqlı olaraq 2022-ci il dekabrın 12-də ekoloji aksiya ilə Azərbaycan Laçın dəhlizini bağladı, daha sonra nəzarət-buraxılış məntəqəsi qurdu. Rusiya sülhməramlıları Azərbaycanın dəhlizi açması üçün heç bir tədbir görmədi ki, bu, ermənilər üçün ruslarla bağlı səbir kasasını lap daşırıb.
Üstəgəl, separatçılar inciyiblər ki niyə , ruslar azərbaycanlılara Həkəri çayı üzərindəki körpünün üzərinə Azərbaycan bayrağı sancmaqda kömək ediblər. Xüsusi əməliyyatda Rusiya komandiri Lentsov şəxsən iştirak edib.
Və maraqlı bir iddia daha...
Rusiya sülhməramlıları blokadada olan Qarabağa humanitar yüklərin daşınması üçün yerli ermənilərdən rüşvət tələb ediblər, nəticədə guya məhsulların qiyməti qalxıb.
Daha bir iddia:
"Bu gün Rusiya sülhməramlıları vertolyotlarla Qarabağa yalnız özləri üçün ərzaq aparır, yerli ermənilərə vermirlər".
Axı Azərbaycanın iki yük maşını, indi də Rusiyanın yük maşını Ağdamda gözləyir ki, Xankəndiyə keçsin və rusları yazdığım mövzularda ittiham edən erməni separatçıları hansı məntiqlə yolu kəsiblər.
İttiham: Nəhayət, Lavrov Qarabağın Azərbaycana inteqrasiyasını təklif edir. Lavrovun planına görə, Qarabağın heç bir statusu olmayacaq, Ermənistanın və yerli idarə strukturları, Müdafiə Ordusu buraxılmalıdır. Üstəlik, Lavrovun ikinci planına görə, Azərbaycanın hərbi cinayətkar hesab etdiyi erməniləri həbs etmək hüququ olacaq.
Ortada bir problem var: yazmaq istədim, amma ortada bir yox, iki problem var: Ermənistan Rusiyaya müharibə elan edir. Heç bir leqal əsası olmadan, onu başqasının torpağını işğal etdiyi üçün və çıxmağa səslədiyi üçün lənətləyir.
Açığı, Rusiyanın bugünkü zəif performansı da anlaşılan deyil. Ukraynaya görədirsə, Ermənistanda Nikol üçün varfolomey gecəsi yaşadacaq minlərlə muzdlu tapmaq olar.
Amma hələ də başa düşə bilmədiyim bu da var:
Nəyinə güvəndin, Ermənistan?!
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli
“Mərakeşdə baş verən zəlzələ nəticəsində insan tələfatı bizi dərindən kədərləndirdi”.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb.
“Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısının tezliklə şəfa tapmasını diləyirik. Mərakeş hökuməti və xalqını dəstəkləyirik”, - paylaşımda bildirilib.