Türkiyədə səsvermə qutularının 99,86%-i açılıb.

Son məlumata görə:

Rəcəb Tayyib Ərdoğan: 49,34%,

Kamal Kılıçdaroğlu: 44,99%,

Sinan Oğan: 5,23% səs toplayıblar.

***

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 94.04 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 49,86%

Kamal Kılıçdaroğlu - 44,38%

Sinan Oğan - 5,30%

***

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 91.01 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 50,01%

Kamal Kılıçdaroğlu - 44,21%

Sinan Oğan - 5,3%

***

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 89.27 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 50,13%

Kamal Kılıçdaroğlu - 44,09%

Sinan Oğan - 5,31%

***

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 85.89 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 50,30%

Kamal Kılıçdaroğlu - 43,91%

Sinan Oğan - 5,31%

***

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 83.75 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 50,43%

Kamal Kılıçdaroğlu - 43,77%

Sinan Oğan - 5,31%

***

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 80.22 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 50,68%

Kamal Kılıçdaroğlu - 43,52%

Sinan Oğan - 5,31%

***

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 76.14 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 50,91%

Kamal Kılıçdaroğlu - 43,28%

Sinan Oğan - 5,31%

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 74.91 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 50,97%

Kamal Kılıçdaroğlu - 43,22%

Sinan Oğan - 5,31%

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 72.02 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 51,14%

Kamal Kılıçdaroğlu - 43,05%

Sinan Oğan - 5,31%

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 67.09 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 51,40%

Kamal Kılıçdaroğlu - 42,77%

Sinan Oğan - 5,31%

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 63.91 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 51,56%

Kamal Kılıçdaroğlu - 42,61%

Sinan Oğan - 5,32%

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 58.66 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 51,79%

Kamal Kılıçdaroğlu - 42,36%

Sinan Oğan - 5,32%

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 53.22 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 52,03%

Kamal Kılıçdaroğlu - 42,11%

Sinan Oğan - 5,33%

***

Ölkə.Az xəbər verir ki, Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 49.59 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 52,19%

Kamal Kılıçdaroğlu - 41,93%

Sinan Oğan - 5,33%

***

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 41,79 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,69 faiz səslə öndədir.

Ölkə.az xəbər verir ki, ikinci yerdə 41,39 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,37 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 16,76 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 41,64 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 18,90 faiz, Milliyyətçi Hərəkat Partiyası 13,34 faiz, İYİ Partiya 8,86 faiz, Yaşıl Sol Partiya 8,09 faiz səs toplayıb.

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 39.92 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 52,85%

Kamal Kılıçdaroğlu - 41,23%

Sinan Oğan - 5,37%

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 37.87 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 53,02%

Kamal Kılıçdaroğlu - 41,04%

Sinan Oğan - 5,38%

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 35.87 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 53,17%

Kamal Kılıçdaroğlu - 40,88%

Sinan Oğan - 5,38%

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 33.68 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 53,37%

Kamal Kılıçdaroğlu - 40,68%

Sinan Oğan - 5,39%

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 31.49 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 53,62%

Kamal Kılıçdaroğlu - 40,42%

Sinan Oğan - 5,4%

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 26.86 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 54,27%

Kamal Kılıçdaroğlu - 39,75%

Sinan Oğan - 5,42%

***

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 24,66 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 54,63 faiz səslə öndədir.

Ölkə.az xəbər verir ki, ikinci yerdə 39,39 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,42 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 45,55 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 16,04 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,43 faiz, İYİ Partiya 7,73 faiz, Yaşıl Sol Partiya 7,76 faiz səs toplayıb.

***

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 20,02 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,46 faiz səslə öndədir.

Ölkə.az xəbər verir ki, ikinci yerdə 38,57 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,39 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 46,94 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 15,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,71 faiz, İYİ Partiya 7,32 faiz, Yaşıl Sol Partiya 7,28 faiz səs toplayıb.

***

Türkiyədə seçki qutularının 17%-i açılıb.

Ölkə.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Son məlumata görə:

Rəcəb Tayyib Ərdoğan: 55,98%

Kamal Kılıçdaroğlu: 38,08%

Sinan Oğan: 5,37% səs toplayıb.

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 9,1 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 59,5%

Kamal Kılıçdaroğlu - 34,8%

Məhərrəm İncə - 0,6%

Sinan Oğan - 5,1%

“Fransa tam başa çatması, tarixin arxivinə göndərilməsi an məsələsi olan münaqişəni yenidən alovlandırmaq istəyir. Paris bu məsələdə “müstəsna” rol oynamaq üçün hətta Ermənistana hərbi-siyasi, hüquqi-iqtisadi dəstək verir. Azərbaycan isə olduqca doğru addımlar atır”.

Bunu “Report”a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, Fransa 2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində məğlub olan ölkənin, Ermənistanın yanında yer alıb: “Rəsmi Paris Azərbaycana qarşı dəyişməz mövqedə israr etməkdə maraqlıdır”.

Ekspertin sözlərinə görə, Afrikada 15-ə yaxın dövləti hələ də müstəmləkə kimi istismar edən, həmin ölkələrdən qanunsuz olaraq vergi alan Fransanın yeni formalaşan dünya düzənində yeri yoxdur və bu açıq-aşkar görünür: “Vaxtı ilə mövcud olmuş və hazırda özünün tənəzzül dövrünü yaşayan BMT-dən sonrakı dövrdə də Fransaya yer olmayacaq. Biz bunu Fransa Prezidenti Emmanuel Makronun Çinə səfərində, həmçinin Parisin Ankara və Moskva ilə münasibətlərində görə bilərik”.

Analitik bildirib ki, Rusiya-Ukrayna müharibəsi Qafqazda boşluq yaradıb və Fransa bu boşluğu Ermənistan və İran kimi məğlub dövlətlərin əli ilə doldurmağa çalışır: “Sülh prosesində ermənilərin müdafiəsi, Laçın yoluna görə Senatda qəbul edilən qətnamələr, artıq tarixə qovuşmuş ATƏT-in Minsk qrupunun dirçəldilməsinə yönəlik cəhdlər, Azərbaycana qarşı beynəlxalq təşkilatlarda mövqelər bunun açıq sübutudur. Fransa gah Qarabağa, gah sərhəddə, gah Ermənistandakı səfirliyinə hərbi gözlə baxmaqla (hərbi attaşe təyinatı-red) proseslərdə nişangaha, gülləyə, mərmiyə üstünlük verir. Bu da BMT Təhlükəsizlik Şurası üvünün beynəlxalq sülhün təsisatındakı rolunu kölgə altına salır”.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

Hazırda Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.

Bu görüş Brüssel formatının bərpasıdır. Çünki Praqada keçirilmiş danışıqlardan sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Belə ki, Parisin müdaxiləsi nəticəsində Fransa və Ermənistan məqsədyönlü şəkildə dördtərəfli formatda görüşün keçirilməsini istəyirdilər və bu istiqamətdə çalışırdılar. Amma Azərbaycan tərəfi buna razı olmadı və nəticə etibarilə də Azərbaycanın iradəsi və qəti mövqeyi sayəsində Brüssel formatında görüş keçirilir və bu danışıqlar Fransasız baş tutur. N.Paşinyan və Ermənistan tərəfi də israrlı şəkildə bu formatda iştirak etməyəcəyini deyərək danışıqlardan boyun qaçırırdılar. Amma sonunda özləri durub gəlməli oldular.

“Azərbaycanın işğaldan azad etdiyi Qarabağın göz bəbəyi olan Şuşada Türk dünyasının mədəniyyət paytaxtı fəaliyyətlərinə start verilib”.

Bu barədə “Haber Global” videosüjet hazırlayıb.

“Erməni işğalının izlərinin silindiyi şəhərdə tarix və mədəniyyət yenidən canlanır. İndi Şuşadan silah səsləri və mina partlayışlarının əvəzinə türk dünyasının xalq mahnılarının səsləri ucalır”, - deyə süjetdə qeyd edilib.

“Tədbir çərçivəsində türk dünyası mətbəxindən müxtəlif ləzzətlər təqdim olunub. Bursa Böyükşəhər Bələdiyyəsinin qurduğu stenddə türk mətbəxi təqdim edilib”, - deyə bildirilib.
Süjetdə xatırladılıb ki, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” adı Bursadan Azərbaycan mədəniyyət və incəsənətinin ən mühüm mərkəzlərindən biri olan Şuşaya verilib.

Daha ətraflı videsüjetdə:

Ötən gün Türkiyə Prezidenti qarşıdakı seçkilərlə bağlı sualları cavablandırıb.
 
"Qafqazinfo" xəbər verir ki, Ərdoğan Dolmabahçe Sarayında 14 telekanala eyni vaxtda müsahibə verərkən maraqlı anlar yaşanıb.
 
O, jurnalistin CHP lideri Mustafa Kılıçdaroğlunun Azərbaycandan və Zəngəzur dəhlizindən yan keçəcək “Yeni Orta Doğu” projesi ilə bağlı sualına cavab verib.
 
Həmin videogörüntünü təqdim edirik:

Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının Minsk şəhərində keçirilmiş 2021-ci il 28 may tarixli iclasında imzalanmış “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolu Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edib.

Bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.

Abşeron rayon Polis İdarəsinin rəis müavini işdən azad edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəis müavini İsa Babaşov tutduğu vəzifədən azad olunub.

İ. Babaşov Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qardaşıdır.

Qeyd edək ki, bir müddətdir Abşeron rayon Polis İdarəsində yoxlamalar keçirilib. Yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. İsa Babaşovun da nöqsanlar səbəbilə işdən çıxarıldığı bildirilir.

Bundan əvvəl keçirilən yoxlamalar zamanı isə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.

“Paşinyanın son illər bütün xarici səfərlərində, o cümlədən son dəfə Çexiyada ölkəmizi antidemokratiklikdə suçlaması, Qərbin “Demokratiya sammitləri”ndə Ermənistana tribuna verilməsi ölkəmiz əleyhinə yeni planlardan və qarşıdırma məqsədlərindən xəbər verir. “Azərbaycanın hərbi təhdidi Ermənistan demokratiyası üçün təhlükədir” ritorikasını işə salanlar unudur ki, işğalçı və separatizmə dəstək verən dövlət demokratik sayıla bilməz. Ötən il 12-14 sentyabr toqquşması zamanı Nikol Paşinyan “müharibədə məğlub olsaq da ədalətli seçki keçiririk” bəyanatları ilə Avropa dövlətlərini Azərbaycana təzyiq göstərməyə çağırdı. Halbuki 3 ildir uzanan “sülh müqaviləsi” bu il imzalanmasa, sərhədlər açılmasa Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq”.

Bunu deputat Zahid Oruc parlamentin bu güm keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanı “demokratiya mayakı” kimi tərif edənlərə Azərbaycan vətəndaşı olmaq istəyən şəxsə qaldırılan cinayət işini xatırladırıq.

“Xankəndi erməniləri ilə birgəyaşyışdan danışan kimi bizi hüquq və azadlıqları pozmaqda suçlayırlar. "Human Rihgts Watch" son 30 ildə Qarabağın demokratiya və azadlıq indeksini ölkəmizdən irəliyə qoyub. Əslində, belə hesabatlar və “Demokratiya zirvələri” işğalçılığın, separatizmin qorunmasına xidmət edir. Misirə, Liviyaya, Yaxın Şərqə inqilab ixrac edənlər yüz minlərlə insanı demokratiyaya görə qətlə yetirdilər. İndi Gürcüstan həbsxanasında can savaşı verən Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar indi də Paşinyandan 2-ci Saakaşvili düzəldirlər”, - o qeyd edib.

O əlavə edib ki, ölkəmizdə seçkilər, insan haqları və demokratik azadlıqlar sahəsində görüləsi işlər hələ çoxdur: “Lakin 90-cı illərdə beynəlxalq hesabatlarda bizə ön yeri verənlər, torpaqlarımız işğala uğrayanda ona yardım etdilər. 2020-ci ildə isə ordumuz Şuşanı fəth edərkən, xarici indekslərin heç bir əhəmiyyəti qalmadı”.

"Cənab Ərdoğanla İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini o səviyyəyə qaldırıb ki, orada hansısa hakimiyyət dəyişikliyi də bu münasibətlərə ciddi ziyan vura bilməz. Belə bir cəhd etmək istəyən şəxsləri də Türkiyə xalqı əfv etməz".

Bunu deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"Ona görə də mən növbəti dəfə Ermənistanın bu təxribatçı fəaliyyətini qınayıram. Azərbaycan Respublikası Prezidentinin Fransanın iştirakı ilə hər hansı bir danışıqda iştirak etməyəcəyinə dair mövqeyini növbəti dəfə dəstəkləyirəm və alqışlayıram. Hesab edirəm ki, Fransa Ermənistanın böyük bacısı kimi özünün tərəfsizliyini nümayiş etdirə bilməyib. Ona görə də, bu proseslərdə iştirak etməməlidir və Azərbaycan da buna imkan verməməlidir”, - deyə o bildirib.

Azərbaycanda toqquşan maraqlar: Kimlər üz-üzə gəlir? - ekspert danışır

“Son proseslər göstərir ki, Rusiya, ABŞ və Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesində geosiyasi rəqabətə giriblər”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Qərb və Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesində son təşəbbüslərini şərh edərkən deyib.

O bildirib ki, dünyanın üç geosiyasi mərkəzi Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olunmasından daha çox öz siyasi və iqtisadi maraqlarını güdür:

“Son dövrlərdə baş verən prosesləri diqqətlə nəzərdən keçirsək görərik ki, Rusiya, ABŞ və Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində aparıcı rolu öz üzərinə götürmək üçün bir-birilə geosiyasi rəqabətə giriblər.

Regionda öz maraqları uğurunda mübarizə aparan güc mərkəzləri arasında geosiyasi rəqabət Bakı və İrəvan arasında görüşlərin sayının artmasına səbəb olub. Bu, müsbət hal hesab oluna bilər, lakin onların geosiyasi rəqabəti görüşlərdə iki tərəf arasında həlledici nəticələrin əldə olunmasında bir çox problemlər yaradıb.

Bildiyimiz kimi, Rusiya Cənubi Qafqazı özünün təhlükəsizlik konsepsiyasına daxil olan region hesab edir. Moskva bu regionda digər güc mərkəzlərinin vasitəçiliyi ilə hər hansı həlledici qərarın qəbul olunmasına qısqanclıqla yanaşır. Kreml hər zaman istənilən güc mərkəzinin Qafqazla bağlı sülh təşəbbüslərinə müxtəlif vasitələrlə mane olmağa çalışıb. Eyni zamanda Avropa İttifaqı da kifayət qədər böyük enerji və nəqliyyat potensialına malik olan Cənubi Qafqazda söz sahibinə çevrilmək istəyir. Brüssel, həqiqətən bu regionda öz siyasi və iqtisadi nüfuzunu artırmağa çalışır.

Aİ-nın enerji təhlükəsizliyində Cənubi Qafqaz coğrafi cəhətdən xüsusi prioritetlərdən biri hesab olunur. Bununla yanaşı, Avropa İttifaqı regionun üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan üzərində geostrateji nüfuzunu artırmaqla Rusiyaya təsir göstərmək niyyətindədir. Həmçinin dünyanın hegemon ölkəsi hesab olunan ABŞ-ın da son dövrlər Cənubi Qafqazda siyasi proseslərdə aktivləşməsi müşahidə olunur”.

Onun sözlərinə görə, Vaşinqton, Brüssel və Moskvanın rəqabətyönlü siyasəti nəticəsində Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında bir çox problemlər yaranıb:

“Bütün hallarda bir daha vurğulamaq lazımdır ki, ABŞ, Avropa İttifaqı və Rusiya Cənubi Qafqazda uzunmüddətli münaqişləri həll etmək əvəzinə daha çox münaqişələr vasitəsilə regionda öz təsir imkanlarını artırmağa çalışırlar.

Bu da Azərbaycan-Ermənistan sülh prosesində əsaslı və həlledici qərarların qəbul edilməsinə ciddi manelər yaradır. Ermənistan bundan sui-istifadə edərək pozuculuq fəaliyyəti ilə məşğul olur. Belə ki, bir güc mərkəzinin təsiri altında konstruktiv razılaşma əldə olunur, lakin Ermənistan bu razılaşmadan bilərəkdən yayınmaq üçün digər güc mərkəzinə yaxınlaşır və ya onun diktəsi ilə hərəkət edir. İrəvan bu şəkildə sülh prosesini uzatmağa cəhd edir.

Hesab edirəm ki, Azərbaycan və Ermənistan sülh prosesi ilə bağlı danışıqları lokallaşdırmalıdırlar. Yəni, Bakı və İrəvan vasitəçilərin iştirakı olmadan və ya bir vasitəçinin iştirakı ilə bir-birilə danışıqlar aparmalıdırlar. Tərəflərarası birbaşa təmasların qurulması daha çox müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq”.

Sonda Elnur Kəlbizadə qeyd edib ki, ABŞ, Avropa və Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqlarda qətiyyətli addımlar atacağı sual altındadır:

“İstər Rusiya, istərsə Avropa İttifaqı, istərsə də ABŞ-ın çətiri altında keçirilən görüşlər müəyyən nəticələrə səbəb ola bilər, amma indidən həlledici nəticənin olacağını proqnozlaşdırmaq qeyri-mümkündür”.

Sülh müqaviləsi bu öhdəliklər üzərindən razılaşdırılacaq - DETALLAR

“İyunun 1-də Kişinyovda sülh müqaviləsinin imzalanacağı gözlənilmir. Prinsipial məsələlərdə razılıq olsa da, yarımçıq qalan ciddi nüanslar da az deyil”.

Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Ekspert bildirib ki, həllini tapmayan məsələlərdən biri Ermənistan-Azərbaycan sərhəd xəttinin hələ də müəyyənləşdirilməməsidir.

Əziz Əlibəyli Paşinyanın təqdimatına diqqət çəkərək qeyd edib ki, Ermənistan əslində Azərbaycanın ərazi bütövlüyünü tanımır: “Digər tərəfdən, Azərbaycan Ermənistanı öz silahı ilə cəzalandırmaq istəyir. Qarabağdakı ermənilərlə bağlı məsələnin şişirdilməsinin, sözün əsl mənasında müharibəyə çevrilməsinin səbəbkarı Ermənistandır.

Ermənistanın Qarabağla bağlı öhdəlikləri olmalıdır. Ermənistanın bu məsələdən tamamilə kənarlaşması, Qarabağın Azərbaycana məxsus olması fikrini bəyan etməli olduğunu daha məqbul sayırdım, lakin bu, Ermənistanı xilas edə bilməz. Qarabağdakı erməni terrorçuların silahlandırılması, qoşuna rotasiyanın verilməsi və s. amilləri nəzərə aldıqda Ermənistanın bəlli öhdəlikləri olmalıdır. Sülh müqaviləsi də həmin öhdəliklər üzərindən razılaşdırılacaq. Bunun qısa zamanda reallaşması gözlənilmir. Sülh müqaviləsi iki mərhələdə imzalana bilər: kommunikasiyaların açılması və yekun sülh müqaviləsi”.

Qeyd edək ki, “news.am”ın yazdığına görə, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib ki, sülh müqaviləsinin mətni danışıqlar masasındadır: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir araya gələcəklər. Nazirlərin görüşü mayın 19-da baş tutacaq”.

M.Səfəryan görüşün harada keçiriləcəyini açıqlamayıb.

Xəbər lenti