Amerika və Avropanın 18 aparıcı ravvini bakılı həmkarları Zamir İsayevin çağırışına cavab olaraq Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxıblar.

"Report" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, İranın himayəsi altında Ermənistanın Azərbaycanı ləkələmək üçün həyata keçirdiyi üzrə beynəlxalq kampaniya bütün dünyada nüfuzlu ravvinlərin hiddətinə səbəb olub.

Ravvinlər Azərbaycanın "şeytan" obrazında verilməsinə və onun düşmənləri tərəfindən "Holokost" mövzusunun yersiz qabardılmasına etiraz ediblər.

Bakılı ravvin Zamir İsayev öz videomüraciətində sənəd-sübutlardan istifadə etməklə qeyd edib ki, Azərbaycanın guya Qarabağdakı erməniləri soyqırımına məruz qoyması uydurmadır. O, bildirib ki, Azərbaycana qarşı bu əsassız ittihamları İranın himayəsi altında fəaliyyət göstərən müttəfiqləri həyata keçirir. O, həmçinin yəhudi liderlərini XX əsrin əvvəllərində qırğınlardan və nasizm dəhşətlərindən qaçan yəhudilərə sığınacaq verən Azərbaycan xalqını dəstəkləməyə çağırıb.

"İndi Ayətullah rejiminin himayəsi altında fəaliyyət göstərən Ermənistan İsrailin əsl dostu olan Azərbaycana böhtan atmaqla məşğuldur. İsrailin əleyhinə illərlə aparılan qarayaxma kampaniyası indi Azərbaycana qarşı həyata keçirilir. Düşmənlər Azərbaycanı guya Qarabağda minlərlə ermənini acından öldürməkdə günahlandırırlar. Halbuki Qarabağ 30 il əvvəl ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir. Məhz Azərbaycan əhalisini oradan məhv edib qovublar. “Soyqırımı” və ya “aclıq” ittihamları üçün heç bir əsas yoxdur, çünki Azərbaycan Qarabağın erməniəsilli sakinlərini ərzaqla təmin etmək üçün xüsusi olaraq avtomobil yolu çəkib", - ravvin əlavə edib.

Z.İsayev əlavə edib ki, Azərbaycana böhtan atmaq naminə Holokost qurbanlarının xatirəsindən istifadə etmək ən böyük həyasızlıqdır: "Ermənistanın baş naziri Paşinyan AFP-yə müsahibəsində deyib ki, Azərbaycan Qarabağda guya daha bir Holokosta hazırlıq aparır. Hətta Vardanyan bəyan edib ki, ermənilərin iztirabları Holokost qurbanlarının iztirablarından daha çoxdur. Ermənistanın paytaxtının mərkəzində nasist Qaregin Njdenin şərəfinə abidə qoyulduğu və ölkənin bir çox küçələrinin onun adını daşıdığı halda onların Holokostdan danışmağa nə haqqı var?”.

Videomüraciəti ABŞ və Kanadanın Ravvinlər İttifaqının (UOR) rəhbəri Arye Ralbaq, Avropa Ravvinləri Konfransının vitse-prezidenti, Frankfurt şəhərinin baş ravvini Avixay Apel, Strasburq və Aşağı Reyn baş ravvinləri Avraam Veyl, Qafqaz yəhudilərinin baş ravvini Yaniv Naftəliyev, Polşanın baş ravvini Mixael Yosef Şudrix, Moldovanın baş ravvini Pinxas Zaltsman, Vyananın baş ravvini Yaron Engelmayer, Panamanın baş ravvini David Perets və başqaları dəstəkləyiblər.

Xatırladaq ki, bundan əvvəl Bakıda Qafqaz yəhudilərinin irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan, İsrail, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox alim-tədqiqatçı iştirak edib.

Ermənilər Zəngəzur dəhlizinin hərbi yolla açılışına ZƏMİN HAZIRLAYIR... - BUNUN BAŞQA ADI YOXDUR...

“Ermənistanın törətdiyi yeni təxribatlar regionda, xüsusilə Bakı-Xankəndi-Bakı-İrəvan bucağında baş verən proseslərin tərkib hssəsidir. Qənaətimcə, sərhəddə belə təxribatlar davam edəcək və buna hazır olmalıyıq”.

Bu sözləri Reyting.az-a hərbi ekspert Azad İsazadə ermənilərin sərhəddə törətdiyi təxribatlardan danışarkən deyib.

A. İsazadə bildirib ki, Ermənistan belə təxribatlarla əlavə vaxt qazanmaq, prosesi uzatmaq məqsədi güdür: “Digər tərəfdən, onlar sülh istəmir, sülh danışıqlarının da baş tutmasında maraqlı deyillər. Ümumən sülh bağlamaq, məsələni bitirmək istəyənlər də var. Amma sülh sazişinin baş tutmasını istəməyən qüvvələr belə təxribatlarla həm də öz mövqelərini qoruyub saxlamağa çalışırlar. Aydındır ki, sülh əldə edilsə, Ermənistanda bu qüvvələrin karyerası bitəcək. Yəni müxtəlif qüvvələrin bunda marağı var. Odur ki, təxribatlar baş verir. Biz, ümumiyyətlə, gələcəkdə də belə təxribatlar gözləməliyik. Hazırda baş verənlər hərbi fazadadır, amma bunun böyüyəcəyini güman etmirəm. Ordumuz öhdəsinə düşəni edir, təxribatların qarşısını alır”.

A. İsazadə əlavə edib ki, Azərbaycan Ordusu belə təxribatlara uzun müddət dözməyəcək: “Bəli, belə təxribatlar olanda ordumuz cavab verir. Amma nəzərə alınmalıdır ki, biz gec-tez onsuz da hərəkət edəcəyik. Yəni belə təxribatların birində irəli gedə bilərik. Mən bunu istisna etmirəm. Güman edirəm ki, xarici qüvvələrin də Azərbaycana qarşı istəyi baş tutmayacaq”.

Paşinyan öz aləmində siyasi gedişlər edir... - Qatar isə çoxdan hərəkətdədir...Son olaylara nəzər salsaq, əslində baş verənlərin daha çox Ermənistanı narahat etməli olduğunu görərik. Çünki istənilən halda regionda müharibə ovqatının artması bəzilərinin iddia etdiyi kimi, yenidən dünyanin diqqətinin məhz erməni açısından Qarabağa yönəldilməsi anlamına gəlmir, yəni o qənaət yaranmır ki, Qarabağda ermənilər var və guya onların hüquq və azadlıqları pozulur. Əksinə olaraq belə qənaət yaranır ki, artıq Güney Qafqazdan gedə biləcəyini anlayan Rusiya ÇABA GÖSTƏRİR və bu məsələdə hər zaman olduğu kimi, yenə də Ermənistandan bir alət kimi istifadə etməkdədir.

Yəni artıq beynəlxalq aləm Qarabağ probleminin hər türlü mövcudiyyətinin mıhz rusların marağında olmasına gün kimi əmindir. Ona görə də ermənilərin həm TIR şosu, həm də hərbi gücə əl atma cəhdləri yalnız və yalnız Avropanın bəzi korrupsuyalaşmış dairələrinin marağındadır. Ən əsası isə təbbi ki, əsas faydalanan tərəf də Rusiyadır.

Bunu Paşinyan da əslində gözəl anlayır, sadəcə alət olduğundan ifadə edə bilmir. Həm də etiraf edə bilmir ki, artıq beynəlxalq aləm israrlıdır ki, ruslar Güney Qafqazdan getsin. O səbəbdən bir-birinə zidd açıqlamalar verir, özünü gülünc vəziyyətə salır.

Bundan sonra NƏ OLACAQ? Bu sualın cavabı artıq aydındlr. Rusiya hır yerdə olduğu kimi Güney Qafqazda da öz sınırları içinə qədər çəkiləcək. Geri çəkilmə aqibətini eyni zamanda Ermənistan da yaşayacaq. Başqa cür ola da bilməz. Artıq proses başlayıb. Özü də lap çoxdan... 2020-ci ildən də əvvəl...

Məhəmməd Ərsoy

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçidədir.

 Rusiya teleqram kanalları V.Putinin Soçidə R.T. Ərdoğanı qarşıladığı anların videosunu paylaşıb.

Liderlər əl sıxışaraq görüşüblər. Türkiyə prezidentinin “buralar çox gözəldir, bizim Qaradəniz kimi” sözlərinə Putin gülümsəyərək “eynilə” cavabını verib.

Rusiyalı politoloq Sergey Markov iki dövlət başçısının görüşünü belə şərh edib:

“Putin və Ərdoğan arasında danışıqlar başladı və dərhal burada saatlarla davam edən güclü leysan və tufan başa çatdı. Günəş çıxdı, iki böyük dövlətin iki liderini qarşıladı. Tamamilə heyrətamizdir. Hətta Soçidəki çimərliklər pis hava şəraitinə görə bağlıdır, lakin danışıqlar günəşlidir!"

 

Son günlər Ermənistanda və Qarabağda baş verənlərə nəzər saldıqca aydın olur ki, Moskva Ağdam-Xankəndi yolunun açılmasına, Bakı ilə İrəvan arasında hər hansı ikitərəfli razılaşmalara bütün gücü ilə təxribat törətməyə çalışır. Hətta Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağla bağlı son hücumu da müəyyən mənada Rusiya Federasiyasının hərəkətlərinin nəticəsidir.

Ölkə.Az bu barədə təhlil hazırlayan “Бакинский Бурила” rusdilli teleqram kanalının məqaləsini təqdim edir:

Köhnə personajlar - Robert Köçəryan və Serj Sarqsyan da fəallaşmağa başlayıblar. Onlar İrəvandakı mitinqə çıxıblar və görünür kiməsə güvənirlər. Bu ikisi heç bir səbəb olmadan özünü göstərmək üçün çox hiyləgər və təcrübəlidirlər.

Üstəlik, onların nəyinsə nəticə verə biləcəyinə inanmaq üçün əsasları var. Çünki ssenari Moskvaya aiddir.

406913

Rusiya Ermənistanın təsirdən çıxmasına imkan verə bilməz: nə İrəvandakı güc mənasında, nə də Qarabağdakı separatçıların son məhvi mənasında. Əslində, Ruben Vardanyan da bunun üçün Qafqaza göndərilib. Vardanyan isə öz tapşırıqlarını yerinə yetirə bilmədi. O, Bakı tərəfindən darmadağın edildi, Qarabağdakı digər qruplar onun altına keçməkdən imtina etdilər və əslində, Rubenin gündəmi bir şəkildə ələ keçirmək cəhdlərinə məhəl qoymadılar. Hər şey onunla yekunlaşdı ki, Vardanyan separatçıların “prezidenti” postuna müraciət etməyəcəyini təsdiqlədi və əslində, məğlubiyyətinə imza atdı.

Yeri gəlmişkən, bu yaxınlarda yıxılan Arayik Arutyunyanın Paşinyanın adamı sayılsa da, “klan”la müəyyən əlaqələri var idi. Düzdür, Araik çox qorxaq idi ki, bu əlaqələr heç bir nəticə verməsin: “keçmiş”lə təmaslar həddən artıq zəhərli və riskli sayılırdı. Əslində, buna görə Araikin gedişi həm Köçəryan, həm Sərkisyan, həm də onların Moskva kuratorları üçün şans oldu. Və onlar bu şansdan istifadə etdilər: İndi Xankəndini “Qarabağ klanı” ilə çox da yaxın olmasa da, müəyyən mənada əlaqələri olan qruplar idarə edir, amma onlar Araik Arutyunyandan radikaldırlar. Bunu daha qədim personajların - Bako Saakyan və hətta Arkadi Qukasyanın separatçıların bütün iclaslarında və şuralarında getdikcə daha çox və fəal şəkildə iştirak etməsi də təsdiqləyir. Onların Köçəryana və Sərkisyana münasibəti haqda deyiləsi söz yoxdur.

406916

Deməli, Köçəryan və Sarqsyan bunu çox gözəl başa düşür. Onlar isə anlayırlar ki, indi çeynənmiş olsalar da, həm Ermənistan, həm də Qarabağ separatizmi mənasında Moskvanın əlində yeganə kart qalıblar. Onlara belə bir inam verən də budur.

Bundan əlavə, onlar başa düşürlər ki, Ermənistanda üçüncü qüvvə yaranmayıb. Bu o deməkdir ki, xalq bunu istəyir, ya yox, əgər Paşinyanı İrəvandan uzaqlaşdıra bilsələr, indi yeganə alternativ qüvvə hakimiyyəti bir anda ələ keçirmiş Qarabağın köhnə səhra komandirləridir.

Baş verənləri anlayır Paşinyan da anlayır. Və buna görə də özü üçün iki davranış xətti seçdi. Bir tərəfdən Ermənistanın baş naziri Moskvanı daha tez-tez və hətta daha sərt tənqid edir. Digər tərəfdən, o, Azərbaycanla münasibətlərdə vəziyyəti gərginləşdirməyə məcburdur: Paşinyan axmaqcasına hesab edir ki, Köçəryan və Sarqsyanın mövqeləri möhkəmlənərsə, o zaman onların gündəminə hansısa yolla müdaxilə etmək lazımdır. Bu nədir? Revanşizmdə "hər şeyi yenidən fəth etməyi" vəd edir. Buna gətirib çıxaran Paşinyan Bakı ilə müharibədən sonrakı bütün razılaşmaları mahiyyətcə pozaraq ərazi bütövlüyü haqqında cəfəngiyyat danışmağa başlayır.

Paşinyan daha çevik hərəkət edə bilərdimi? Bilərdi. Amma onun ya hiyləgərliyi, ya siyasi təcrübəsi, ya da hər ikisi yox idi. Nəticədə həm özünə qarşı, həm də Moskvanın əlinə keçdi: İrəvanda xalqın narazılığı nə qədər güclü olsa, bu həm Rusiya Federasiyası, həm də “Qarabağ klanı” üçün bir o qədər sərfəlidir.

Paşinyan öz demaqogiyası ilə ikinci dəfə tam hərbi əməliyyatlara əl atsa, onlar üçün daha sərfəlidir. Onların nəticəsi göz qabağındadır və seçicilər ona ikinci rüsvayçılığı bağışlamayacaqlar. Növbədənkənar seçkilərlə manevr də Paşinyana kömək etməyəcək. O zaman erməni arenasına yeni-köhnə “xilaskarlar” çıxacaq.

Bəs bunu anlamaq üçün Paşinyanın beyni çatacaqmı? Tezliklə öyrənəcəyik.

Tərcümə:Ölkə.Az

Sülh gündəminin təşəbbüskarı olduğunu deyən Paşinyan, əslində, müharibəni qızışdırır. O, 2020-ci ildə Qarabağı Ermənistanın bir hissəsi adlandıraraq müharibəyə səbəb olub. İndi də 44 günlük müharibədə biabırçı məğlubiyyətdən sonra düşmən ölkənin rəhbərinə verdiyi şifahi vədləri yerinə yetirməməyə cəsarət edəndə yenidən müharibəni qızışdırır.

Bu barədə erməni nəşri "Hraparak" yazır.

Qəzet qeyd edir ki, Paşinyan daim özünü alçaldır, sülh üçün yalvarır: "İnsanlar hələ 100 il əvvəl əmin idilər ki, sülh naminə alçaldılma müharibəyə gətirib çıxarır".

"Nikol baş nazir vəzifəsindən uzaqlaşdırılmalıdır. Çünki Nikol sülh adına müharibə generatoruna çevrilib. Müharibənin kölgəsindən xilas olmaq istəyiriksə, baş naziri istefaya məcbur etməliyik. Sadəcə olaraq başqa variant yoxdur", - "Hraparak" bildirir.

Sentyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, C.Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın XİN başçısı səfər çərçivəsində Macarıstanın diplomatik nümayəndəlikləri rəhbərlərinin konfransında da çıxış edəcək.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ermənistan hökumətindən pul almasını ifşa edib, həmçinin BBC-ni qərəzli olmaqda suçlayıb.

“Bu barədə Prezidentin köməkçisi eksdə paylaşım edib.

 Pullar danışır” seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma “Dağlıq Qarabağ Res.”in “yubileyi” ərəfəsində Ermənistan hökumətinin və erməni lobbi qruplarının göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilib.

Biabırçılıq da olsa, ən azından NATO-nun keçmiş baş katibi (Anders Foq Rasmussen – red.) təbliğat kampaniyasına görə Ermənistan hökuməti tərəfindən pul aldığını inkar etmir...Bəzi siyasətçilər riyakarlıqla dünyanı “yaxşı və pis separatçılar və cinayətkarlar”a bölürlər. Köhnə vərdişlər vaz keçmək çətindir!

Amma narahat edən odur ki, BBC öz Nizamnaməsində “bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiq olduğunu, bu öhdəliyin reputasiyaları, dəyərləri və tamaşaçıların etimadı üçün əsas” olduğunu bildirsə də, birtərəfli və qərəzli aqressiv manipulyasiya və yalan təbliği ilə məşğuldur, o cümlədən “Kontekst” proqramında. BBC bütün səslər, xüsusən də həssas mövzular üçün platforma rolunu oynamalıdır”, - o qeyd edib.

Hacıyev NATO-nun sabiq başçısının hansı mənbələrdən gəlir aldığına dair bəyannaməni də paylaşımına əlavə edib.

Kreml Rusiyaya xəyanət etmiş Paşinyan hakimiyyətinin devrilməsi üçün "düymə"yə basıb, regionda yeni savaşa münbit şərait yaradılır... Köçəryan-Sarkisyan cütlüyünün liderlik etdiyi radikal-revanşist Qarabağ klanının iqtidara qaytarılması planı artıq hərəkətə gətirilmiş kimi görünür...
Ermənistan çıxılmaz vəziyyətə düşüb. Rəsmi İrəvan "xaos diplomatiyası" ilə girdiyi "geopolitik labirint"də öz özünü "divarlara" çırpmaqda davam edir. "Çıxış qapısı"nı tapa bilməyəcəyini anladığı "labirintin divarları"nı yıxmağa cəhd göstərir. Buna isə nə gücü çatır, nə də resursları yetir. Və nəticədə hər dəfə "divara" çırpılıb, yerə düşür.

Paşinyan hakimiyyətinin son illərində yürütdüyü "xaotik xarici siyasət"in qısa və obrazlı qısa izahı yalnız bundan ibarətdir. Belə ki, rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşnaq üçün əlindən gələn hər şey etdi. Ancaq bacarmadı, nəticədə Kremllə münasibətlərini ciddi şəkildə korlamış oldu. Kremlin patronajlığı altında olan KTMT-dan çıxmaq variantını sınaqdan çıxartdı. Və Ermənistanın hərbi təhlükəsizlik maraqlarını riskə atdı.

Paşinyan hakimiyyəti son vaxtlar Ermənistan cəmiyyətində sosial dayaqlarını itirdiyinə əmin olduğundan mövcud situasiyadan daha çox narahat olmağa başlayıb. Rəsmi İrəvan anlayır ki, Rusiya ilə münasibətlərin korlandığı bir dövrdə daxili dəstəyin sürətlə itirilməsi olduqca təhlükəlidir. Çünki bu, ilk növbədə Paşinyan hakimiyyətindən ciddi şəkildə narazı olan Rusiyanın maraqlarına tamamilə cavab verir. Və Paşinyan hakimiyyətini devirməyə xüsusi həvəsli olan Rusiyanın planlarını gücləndirir.

Ona görə də, Paşinyan hakimiyyəti bir tərəfdən Rusiya əleyhinə propoqandanı davam etdirir. Digər tərəfdən isə Ermənistan cəmiyyətində situasiyanı öz xeyrinə dəyişmək cəhdləri göstərir. Yəni, Kremlə bağlı erməni radikal-revanşist siyasi qüvvələrin şüarlarını onların əlindən alıb, özü istifadə etməyə can atır. Ermənistan baş naziri Nikol Paşinyan yalnız bu variantda hakimiyyətini qoruyub, həbsxanaya qapadılmaq təhlükəsindən yayına biləcəyinə ümid bəsləyir.

Erməni baş nazir hazırda Brüssel, Praqa və Vaşinqton görüşlərinin pozitiv nəticələrini sıfırlamaq üçün əlindən gələn hər şeyi edir. Hakimiyyəti ciddi şəkildə zəifləmiş baş nazir Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarında üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq niyyətindədir. Və onun son açıqlamaları da məhz bu hədəfin reallaşdırılmasına hesablanıb.

Məsələ ondadır ki, erməni baş nazir Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə müxtəlif platformalarda, hətta beynəlxalq məkanda rəsmən bəyan edib. Üstəlik, həmin bəyanatlarında Qarabağın Azərbaycana məxsus olduğunu da birmənalı şəkildə vurğulayıb. Və Qarabağ mövzusunun məhz Bakı-Xankəndi birbaşa təmasları ilə nizamlanmasının vacibliyini bildirib.

İndisə baş nazir Nikol Paşinyan bütün bunlardan imtina etməyə can atır. O, son açıqlamasında vurğulayıb ki, Azərbaycan-Ermənistan yekun sülh sazişində mütləq Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi barədə xüsusi maddə yer almalıdır. Və əks halda, sülh sazişinin imzalanması mümkün olmayacaq.

Təbii ki, baş nazir Nikol Paşinyan rəsmi Bakının sülh sazişində belə məntiqsiz və beynəlxalq hüquq normalarına zidd maddənin yer almasına imkan verməyəcəyini tam dəqiqliyi ilə bilir. Çünki rəsmi Bakı Azərbaycanın suveren ərazisi olan Qarabağ regionu ilə bağlı heç bir mövzunu hər hansı xarici ölkə, o cümlədən də, Ermənistan ilə müzakirə etmək niyyətində deyil. Bu baxımdan, erməni baş nazir faktiki olaraq, sülh sazişinin dayandırmasına yönəlik yeni xətt tutmuş kimi görünür.

Məsələ ondadır, erməni baş nazirin həmin açıqlaması məzmun və iddialar etibarilə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdindən başqa bir şey deyil. Bu, həm də baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dediklərinin cəfəngiyyat olduğunu və nəticə etibarilə onun riyakarlığını növbəti dəfə birmənalı şəkildə təsdiqləyir. Çünki erməni baş nazirin açıqlamasında Azərbaycana qarşı ərazi iddiası açıq-aşkar nəzərə çarpır.

Belə anlaşılır ki, devrilmək təhlükəsi qarşısında qorxuya düşən Paşinyan hakimiyyəti, bir müddət öncəyə qədər sülh sazişindən və münasibətlərin normallaşmasından danışsa da, indi artıq kəskin şəkildə buna qarşı çıxan erməni radikal-revanşistlərin təbliğ etdiyi "ideoloji tezislərə" möhtac qalıb. Yəni, erməni baş nazir hazırda istəsə də, istəməsə də, radikal-revanşist qüvvələrin sıralarına doğru keçməyə başlayıb. Və Paşinyan hakimiyyəti Rusiyanın Ermənistanda dövlət çevrilişi planlarını yalnız belə poza biləcəyinə ümid bəsləyir.

Belə anlaşılır ki, hazırda Ermənistan cəmiyyətində, o cümlədən də, Azərbaycanın Qarabağ regionunda olan erməni separatçı-terrorçular arasında Rusiyanın təsiri əvvəlkindən daha güclüdür. Ümumiyyətlə, erməni toplumunda müşahidə olunan proseslər və dəyişikliklər Kremlin nəzarəti altındakı Koçaryan-Sarkisyan xəttinin ciddi şəkildə gücləndiyini, onlara bağlı siyasi qruplaşmaların aktivləşərək, yenidən cəmiyyətdə üstün mövqelər qazanmaqda olduğunu göstərir.

Təbii ki, Qarabağ regionundakı erməni separatçı-terrorçulara rəhbərlik edən Araik Arutunyan da Koçaryan-Sarkisyan qruplaşmasına birbaşa bağlı idi. Ancaq o, zəif xarakterli və cəsarətsiz olduğundan öz fəaliyyəti ilə erməni radikal-revanşistlərin maraqlarını tam ifadə edə bilmirdi. İndi onu əvəzləyənlər isə daha radikal mövqeləri ilə diqqəti çəkirlər, ağır cinayətlər törətmiş Arkadi Qukasyan və Bako Saakyanın qarşıdurma xəttini davam etdirməyə çalışırlar.

Onu da nəzərə almaq lazımdır ki, indi ön plana keçən erməni radikal qruplaşması Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Brüssel prosesinin pozitiv inkişafına əngəl törətməyə çalışırdı. Hazırda Qarabağ regionunda mövcud olan gərginliyin səbəbkarları və Ağdam-Xankəndi yolunun açılmasını sabotaj edən də bu cinayətkar qruplaşmadır.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın Qarabağ regionunda baş verənlər Ermənistanın daxili proseslərinə hələ də birbaşa təsir edir. Görünən odur ki, Ermənistanda Qarabağ klanı növbəti hakimiyyət çevrilişinə hazırlıq prosesinə artıq başlayıb. Koçaryan-Sarkisyan qruplaşması Rusiyaya arxalanalraq, mövqelərini ciddi şəkildə gücləndirməyə nail olub.

Yəni, Kremlin qurduğu ssenari üzrə Paşinyan hakimiyyətinin devrilməsinə start verilib. Hər halda, son vaxtlar baş verən hadisələr Rusiyanın Cənubi Qafqazda yeni məkrli oyunlar qurduğunu təsdiqləyir. Və Kremlin təlimatı ilə Paşinyan hakimiyyətinin yaxın vaxtlarda devrilmə ehtimalı qətiyyən istisna deyil.(Yeni Müsavat)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqa təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk. Vyetnamla beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığımızı vurğulamaq istərdim.

Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün yaxşı imkanlar vardır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hazırda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Vyetnam şirkətlərinin də iştirakını görməkdən məmnun olardıq.

İnanıram ki, Azərbaycan-Vyetnam ənənəvi dostluq əlaqələrinin mövcud potensialından tam bəhrələnmək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizi genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbər lenti