Lentsovun “sürgün” edildiyi deyilir - AKTUALRusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingentinin komandanı, general-polkovnik Aleksandr Lentsovun geri çağırıldığı iddia edilir. Məlumatı erməni mənbələri yayıblar.

Məlumat hələlik nə rəsmi Kreml, nə də Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiq olunub. Amma maraqlıdır ki, bundan əvvəl də “sülhməramlıların” komandanı dəyişən zaman hər dəfə bu barədə ilk olaraq Ermənistan KİV-i xəbər yayıb, daha sonra bu xəbər təsdiqini tapıb. Və üç ilə yaxın müddətdə bir dəfə də olsun erməni mənbələrinin bu barədə məlumatı səhv çıxmayıb.

Qeyd edək ki, Lentsov Rusiya silahlı qüvvələrinin ən təcrübəli generallarından biridir, müxtəlif vaxtlarda Əfqanıstan, Çeçenistan, Gürcüstan və Suriyadakı qaynar nöqtələrdə xidmət edib. 2009-2013-cü illərdə Rusiya Hava-desant qoşunlarının komandan müavini, 2013-2020-ci illərdə Rusiya Quru qoşunları baş komandanının müavini postlarını tutub. 2020-ci ildə Rusiya prezidentinin sərəncamı ilə bu postundan azad edilərək, Rusiya Müdafiə nazirinin müşaviri vəzifəsinə təyin edilib. Və bu günə qədər də Müdafiə nazirinin müşaviri postunu tutur.

Lentsov Rusiya “sülhməramlılarının” komandanı vəzifəsinə bu il aprelin 25-də, Azərbaycan Laçında keçid-buraxılış məntəqəsini qurduqdan cəmi iki gün sonra təyin edilib. O zaman Rusiya Müdafiə nazirinin müşaviri ranqlı, general-polkovnik rütbəli (Lentsovun növbəti rütbəsi ordu generalı olmalıdır), yuxarıda sadalanan hərbi təcrübəsi olan şəxsin Qarabağa göndərilməsi suallar yaratmışdı. Ermənilər bunu Rusiya hərbçilərinin Azərbaycana qarşı ən sərt addım atmağa hazırlaşmasının göstəricisi kimi qələmə verməyə cəhd edirdilər. Elə Azərbaycan tərəfində də Lentsovun təyinatından narahat olanlar vardı. Rusiya isə bölgədə çevik qərar qəbul edə biləcək generalının olmasının marağında idi.

Amma Lentsovun Qarabağda xidmət etdiyi müddət ərzində xüsusi heç bir hadisə baş vermədi. Azərbaycan tərəfi (o cümlədən hərbçilərimiz) mövqelərini gücləndirməkdə davam etdi. Ermənilər isə hələ də Rusiyanın timsalında mifik “hərbi müttəfiq”ə ümid etməkdə davam edirlər.

Əgər məlumat doğrudursa və Lentsov həqiqətən də Qarabağdan geri çağırılırsa, ortaya “niyə” sualı çıxır. Öncə qeyd edək ki, Rusiya hərbi kontingentinin rəhbərliyinin (elə hərbçilərinin də) rotasiyası öncədən nəzərdə tutulub. Qaydaya görə, sülhməramlı qüvvələrin tərkibindəki hərbçilər və komandanlar altı aydan bir dəyişilməlidir. Bu səbəbdən də Lentsovun 2 ay sonra – oktyabrın sonlarında geri çağırılması heç bir sual doğurmazdı. Amma komandanlıq müddətinin başa çatmasına 2 ay qalmış dəyişməsi maraq doğurur.

General-polkovnikin geri çağırılması bir neçə səbəbdən ola bilər. Əvvəla, Lentsov Qarabağda xidmət etdiyi dövrdə xüsusi olaraq “parlamasa” da, həm azərbaycanlılar, həm də ermənilərlə münasibətlərini pozmağa müvəffəq olub. Onun Laçın yolunda keçid-buraxılış məntəqəsinin götürülməsi ilə bağlı Azərbaycana tələb irəli sürməsi, sərhəddəki bayraq olayı zamanı tutduğu mövqe Azərbaycan tərəfinin narazılığına səbəb olmuşdu. Öz növbəsində ermənilər rus generalı Azərbaycanın maraqlarını müdafiə etməkdə və Laçın keçid-buraxılış məntəqəsi ilə bağlı passivlikdə ittiham edirdilər. Buna görə də, ehtimal etmək olar ki, ortaq mövqe tapmağa çalışan Rusiya hərbi rəhbərliyi onu dəyişmək qərarına gəlib.

Digər tərəfdən, Rusiyanın Ukraynada apardığı müharibədə işləri o qədər də yaxşı getmir. Artıq bir neçə general hərbi əməliyyatlardan və komandanlıqdan uzaqlaşdırılıb. Onların arasında ordu generalı Sergey Surovikin və Rusiya “sülhməramlılarının” Qarabağdakı ilk komandanı general-polkovnik Rüstəm Muradov da var. Yəni, Rusiyaya Ukraynada müharibəni davam etdirmək üçün yeni və təcrübəli komandan lazımdır. İstisna deyil ki, Əfqanıstandan tutmuş Suriyaya kimi hərbi yol keçən Lentsov növbəti mərhələdə Ukraynaya göndəriləcək.

Lentsov başqa məqsəd üçün də hazırlana bilər. Məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı döyüşlərin gedişatından və “Vaqner” hərbi qruplaşması ilə baş verən olaylardan sonra Müdafiə Nazirliyinin və Baş Qərargahın rəhbərliyindən narazıdır. Bəzi mənbələr Sergey Şoyqu və Valeri Gerasimovun, eləcə də bir çox yüksək rütbəli hərbçilərin istefaya göndərilməsinin vaxt məsələsi olduğunu iddia edirlər. Lentsov da boşalacaq yerlərdən birinə hazırlana bilər.

Press Klub
Xankəndidəki silahlı insidentin detalları məlum oldu: - Sıravi ermənilər Arayikə hücum çəkiblər

Az öncə xəbər vermişdik ki, Xankəndidə silahlı toqquşma baş verib. JAMAZ.İNFO xəbər verir ki, hadisənin Arayik Harutyunyanın iqamətgahı qarşısında baş verdiyi qeyd edilirdi.

Lakin hadisənin hansı səbəbdən və kimlər tərəfindən törədildiyi qapalı saxlanılırdı. Az öncə məlum olub ki, silahlı insidenti törədənlər saxlanılıblar. Onların sıravi ermənilər olduğu iddia edilir.

“Hraparak” qəzeti yazır ki, həmin şəxslər insidentdən qabaq Arayik Harutyunyanın otağında olublar. Orada Qarabağdakı vəziyyətlə bağlı qızğın müzakirə aparıblar. Hətta aralarında mübahisə də yaranıb. Qəzet iddia edir ki, Qarabağ erməniləri Arayikdən təcili tədbir görülməsini tələb ediblər. Hazırkı durumda yaşaya bilmədiklərini vurğulayıblar.

Görüş o qədər gərgin keçib ki, otaqdan çıxan ermənilər silaha əl atıblar. Onlar Arayikin oturduğu binanı, xüsusən də onun əyləşdiyi kabinetin pəncərələrinə atəş açıblar.

Arayik Arutyunan Xankəndi üçün yuxusuz və gərgin gecədə keçirilən 6 saatlıq müzakirələrin detallarını açıqlayıb.

Xankəndidə meydanında ermənilər qarşısında çıxış edən Arutyunyanın sözlərinə görə, gərgin keçən müzakirələrdə əsasən aşağıdakı məsələlərdən danışılıb: “Laçın SBM-də üç gəncin Azərbaycan tərəfdən saxlanması və onların taleyi, çörək məsələsi, yolun açılmasının zəruriliyi, eləcə də onun mümkün istefası ilə bağlı məsələ müzakirə olundu”.

Arutyunyan çörək probleminin bir neçə gün ərzində həll olunacağını bəyan edib.

“Aclığa görə qınaya bilərsiniz. Niyə gecikdin? Məni təhqir, tənqid edə bilərsən, amma istəyirəm ki, məni başa düşəsiniz. Biz hər şeyə - fövqəldövlətlərə, BMT-yə inandığımız üçün bu nöqtəyə gəldik. Bu günə qədər gözlədik, inandıq. Biz Putinə, Baydenə, Makrona və Ermənistan hökumətinə inandıq... Amma onlar bizi girov qoydular. Biz təkik. Nə dostumuz var, nə də dəstəyimiz. Bütün məsələləri sizinlə birlikdə həll edəcəyik”, - deyə, Arutyunyan vurğulayıb.

O əlavə edib ki, 6 saatlıq müzakirə nəticəsində ümumi bir qərara gəlmək mümkün olmadı.
“Bu gün mənim “prezident” olub-olmamağım məsələsi də müzakirə olundu. Sabah, o biri gün hər şey barədə daha dar tərkibdə qərar verəcəyik, lazım gəlsə, istefa verəcəm”, - Arutyunyan yekunlaşdırıb.

Ə.A.Zeynallının Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qismət Füzuli oğlu Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamı ilə Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

“2020-ci il müharibəsindən sonra Qarabağ və Azərbaycan nümayəndələri arasında vaxtaşırı təmaslar olub, bununla bağlı Arayik Arutyunyan özü bu yaxınlarda azərbaycanlıların erməni tərəfinin hüquqlarına hörmət etdiyini bəyan edib. Belə olan halda, Arutunyan qarşı tərəfin münasibətini dəyişdirən əməlləri barədə məlumat verməlidir”.

Bunu erməni politoloq Arqişti Kiviryan deyib.

“Buraya Arayik Arutyunyanın insanlara yalan danışmaq vərdişi ilə tanındığını deyən Ruben Vardanyanın (tək o deyil) son bəyanatını da əlavə etsək, o zaman Arutyunyanın da azərbaycanlılara qarşı eyni siyasəti apardığını istisna etmək olmaz. Bu da ağır nəticələrlə sonuclanıb”, - o əlavə edib.

Ekspert hesab edir ki, Bakı indiki siyasətlə Qarabağ ermənilərini danışıqlar masası arxasına öz şərtləri ilə oturmağa məcbur etmək istəyir: “Ona görə də Bakı sonda danışıqlar masasına oturacaq, ancaq öz şərtləri ilə. Görüşün formatı və ya yeri məsələsində güzəştə getsə də, məzmun baxımından daha çətin güzəştlər tələb edəcək.

Azərbaycan göstərmək istəyir ki, vəziyyətin hakimi məhz odur. Bu, xüsusi hazırlanmış siyasətdir. Hər gün təxminən 100 nəfər Qarabağı tərk edir. Əgər belə sürətlə davam edərsə, Qarabağda insan qalmaya bilər”, - Kiviryan qeyd edib.

O hesab edir ki, danışıqlar yolu ilə hər iki tərəfin müəyyən normalara əməl etməsini və azərbaycanlıların öz siyasətini dayandırmasını təmin etmək olar.

“Əgər 2020-ci il müharibəsindən sonra kiçik güzəştlər bahasına olsa belə, Bakının mümkün hərəkətlərinə cavab olaraq tədbirlər strategiyası hazırlansaydı, vəziyyət başqa cür olardı. İndi isə bu olmadığı bir şəraitdə Azərbaycan davamlı şərtləri sərtləşdirir”, - analitik bildirib.

O izah edib ki, gərginliyin aradan qaldırılıb ortaq qızıl xətt tapılmasına nail olunmalıdır: “Bu, ilk növbədə erməni tərəfi üçün lazımdır”.

Özəl hərbi şirkətin muzdluları haqqında film çəkmək istəyən media mənsubunun bağlı qalan qətli açıla bilər

“Vaqner” Özəl Hərbi Təşkilatının (ÖHT) rəhbəri Yevgeni Priqojinin ölümü onun adına bağlı olan, bu günə qədər qatı açılmayan qanlı cinayətləri də gündəmə qaytarıb. Priqojinin “Vaqner”çilərinin qara qitədə - Afrikada qətlə yetirdikləri həmyerlimiz, hərbi jurnalist, əfsanəvi Heydər Camalın oğlu Orxan Camalın ölüm işi də bu sıradadır. Dünya şöhrətli hərbi jurnalist Orxan Camal, məşhur rejissor Aleksandr Rostorquyev, operator Kiril Radçenko 2018-ci ilin avqustunda vəhşicəsinə qətlə yetiriliblər. Mövzu bu gün də aparıcı dünya xəbər agentliklərinin manşetlərindədir.

Azərbaycanın tanınmış telejurnalisti, yazıçı Həmid Herisçi Camal ailəsi ilə yaxından dost olub. O, mərhum Heydər Camal və onun oğlu Orxan Camalla yaxın münasibətləri olmuş azsaylı azərbaycanlılardandır.

Orxan Camal qətlə yetiriləndən sonra Həmid Herisçi “Yeni Müsavat”a bu mövzuda maraqlı açıqlamalar vermiş, qətli “Vaqner”çilərin icra etdiyini açıqlamışdı. Həmid Herisçinin dediklərindən sitat:

“Orxan Rusiya ictimai həyatında milli maraqlarımızı müdafiə edən tanınmış, hörmətli peşəkarlardan idi. Özü də bu səfər Orxanın qara qitəyə, yəni Afrikaya birinci səfəri deyildi. Hələ 2011-ci ildə, Liviyada Müəmmər Qəzzafi devrilərkən Orxan bu döyüşlərin tən ortasında idi. Çəkiliş zamanı o, iriçaplı silahdan atılan mərmi ilə bərk yaralanmışdı. Ayağı topuq nahiyəsində parçalanmışdı. Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev, jurnalist Maksim Şevçenkonun vasitəçiliyi ilə Orxanı hadisə yerindən xüsusi təyyarədə Vyanaya, dünyanın ən məşhur cərrahiyyə klinikasına evakuasiya etdirmişdi. Orxan 8 dəfə cərrahiyyə masasına uzadıldı. Sağalınca, yenidən səyyar çəkilişlər. Donbas döyüşləri zamanı başını, telekamerasını, fotoaparatını səngərlərdə gizlətmədi. Ancaq necə deyərlər, "axır suda sınar suyun səhəngi" - Mərkəzi Afrika səfəri Orxan üçün sonuncu oldu".

Həmid Herisçi demişdi ki, Orxan Camalın son səfərini tanınmış Rusiya oliqarxı Mixail Xodorkovski maliyyələşdirib və onların qətlindən sonra buna görə tənqidlərə məruz qalıb: “Bu cinayətlə əlaqədar Xodorkovskini xeyli tənqid edirlər. Deyirlər niyə o, bu üç jurnalisti sığortasız, müdafiəsiz MAR-a (Mərkəzi Afrika Respublikasına) ezam edib. Sifarişi Xodorkovski vermişdi. İcraçı təşkilat SUR-du (rusca Sentr Upravlenie Rassledovaniy)”.

Orxan Camal əslində kim olub? - Həmid Herisçidən heç yerdə eşitmədiyiniz FAKTLAR

Həmid Herisçi Orxan Camalın son səfərinin marşrutunu da açıqlamışdı: “27 iyul 2018-ci ildə Orxangil Mərakeşin Kasablanka hava limanında yerə enirlər. Əvvəlcədən hazırlanmış ssenariyə görə çəkiliş heyəti burada bir gün ləngiməli idi. Ancaq təcili bir zəng əsasında anında MAR-a yollanırlar. Hadisələrin axarı ilk dəfə məhz bu zəngə görə dəyişib. 30 iyulda Orxangil paytaxt Bangidən 400 kilometr aralı Bambari şəhəri istiqamətində yola çıxırlar. Səfərin məqsədi "Martin" kod isimli informatordan müsahibə almaq olub. Həmin şübhəli şəxs oradakı BMT missiyası əməkdaşı idi. İndi o, mobil telefonlarda deyildiyi kimi, əhatə dairəsindən kənardadır. Yoxdur. İynə olub Afrika cəngəlliklərində itib. Həmin bu coğrafi məntəqədə əsl vətəndaş müharibəsi alovlanır. Əks tərəfləri barışdıran beynəlxalq MINUSCO təşkilatı BMT tabeçiliyindədi. Afrikada axşam - qaranlıq 6 radələrində düşür. 30 iyul saat 22-20-də qətl hadisəsi baş verib. Cinayət Sübyu və Dekao yaşayış məntəqələri arasında, Kaqa-Banboro şəhərinə gedən şose yolu kənarında törədilib. Bu, razılaşdırılmış marşrutdan xeyli aralıdır. Deyilənə görə, jurnalistləri GPS vasitəsilə azdırıblar. Bu isə sadə qaradərili yaraqlıların imkanı xaricindədir. Əsl müəmmalı sirr də, ruslar demiş, “it də burada basdırılıb”. Cəsədlər burada, Sübyuya gedən trasın kənarında aşkarlanıb. Onlar geriyə qayıdarkən Bambariyə gedən şosedən xeyli kənara aralanıblar. Sürücü - yerli sakin Byenvenyu Nduvokama sağdır. İlkin fərziyyələr məhz onun ifadələri üzərində qurulub. Sürücünün dəqiq yeri bəlli deyil. Onu MAR rəsmiləri haradasa gizlədiblər. Orxangili 30 iyulda qətlə yetiriblər. Xodorkovski qrupu, SUR öz araşdırmalarını artıq avqustun 4-də elan edib. Bu cür tələskənlik məndə şübhələr doğurur. Aydındır, Xodorkovski ünvanına səslənən ittihamlardan xeyli narahatdır. Yamanca tələsir. Ancaq Rusiyanın rəsmi Tədqiqat Komitəsi də öz araşdırmalarına start verib. İş gedir. Detallar açıqlanmır. Jurnalist Maksim Şevçenko həmin detallara bələddir. Başqa versiya səsləndirir. Cinayətdə Xodorkovskinin, Qərb xüsusi məxfi qurumlarının izini görür".

Bəs Orxangil Mərkəzi Afrika Respublikasına niyə getmişdilər?

Həmid Herisçinin bu suala cavabı belə olmuşdu: “2017-ci ilin oktyabrında MAR prezidenti Fosten-Arkanja Tuader Rusiya xarici işlər naziri Sergey Lavrovla Soçidə rəsmi şəkildə görüşürlər. Yeni seçilmiş prezident Tuader Rusiyadan hərbi kömək, öz mühafizəsini istəyir. Sonra Moskvaya, futbol çempionatına gəlmiş Tuader bu xahişini telekameralar qarşısında, Vladimir Putinin hüzurunda bir daha təkrarlayır. Nəticədə, kontrakt əsasında MAR-a 170, yaxud 800 rus muzdlusu göndərilir. Xalq arasında bu muzdlulara şərti olaraq "Vaqner qrupu" deyilir. Xatırladım ki, məhz həmin rus muzdluları bu ilin fevralında Suriyanın Deyr əz-Zor bölgəsində amerikalıların havadan zərbəsinə məruz qalıb, bəzi məlumatlara görə, 206 qurban veriblər. Hər muzdlunun həyatı 1 milyon dollar civarında sığortalanıb. İndi özünüz hesablayın...

İtlər vadisi" (Hekayə) – Həmid Herisçi | mucru.art

Həmid Herisçi

Rus liberalları, Xodorkovski isə əks iddiadadırlar. Deyirlər bəs Orxangil Mərkəzi Afrikadakı rus şirkətlərinin qara işlərini aşkarlamışdılar. Əllərində təkzibolunmaz sübutlar varmış. Guya rus muzdluları buna görə barmaqlarını tətiyə sıxıblar. Orxanı bəlkə də işgəncə ilə dindiriblər də. Biləklərində guya qandal izləri var".

Orxan Camalın qətli ilə bağlı bu günə qədər dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb. Orxan Camalın keçmiş həyat yoldaşı İrina Qordiyenko bu cinayətin araşdırılmasının gedişatı ilə bağlı mətbuata açıqlamasında bildirib ki, istintaqı aparan dörd müstəntiq dəyişib və onlar bir nəfər kimi onunla görüşdə “köməksiz şəkildə baxaraq şikayətlənirlər ki, heç nə edə bilmirlər”. Müstəntiqlərdən sonuncusu - İqor Zolotov onun vəkillərinin “Dosye” mərkəzinin apardığı müstəqil araşdırmanın materiallarının cinayət işinin materiallarına əlavə edilməsi barədə vəsatətlərini rədd edib, eyni zamanda bu araşdırmanı aparanların dindirilməsindən boyun qaçırıb. Vəsatətə jurnalistləri qətlə yetirildikləri yerə aparmış sürücü Byenvenü Duovokamanın, yerli jandarm Emanuel Kotofionun, MAR prezidentinin müşaviri Valeri Zaxarovun və onun tabeliyində çalışan Aleksandr Sotovun telefon nömrələri də əlavə olunub. “Dosye”nin məlumatlarına əsasən, son iki şəxs Rusiyanın “Vaqner özəl hərbi şirkəti” ilə sıx bağlıdır. Bütün adı çəkilənlər jurnalistlərin Afrikaya gəldiyi və qətlə yetirildiyi günlər ərzində öz aralarında dəfələrlə zəngləşiblər. Bundan əlavə, Qordiyenko deyir ki, 2018-ci ilin sentyabrında onun vəkili qətlə yetirilənlərin geyimlərinin Moskvaya gətirilməsi barədə vəsatət qaldırıb, belə ki, geyim əşyaları və digər şəxsi əşyalar olmadan tam dəyərli ballistik ekspertiza aparıla bilməz. Müstəntiq Zolotov həmin vaxt bildirib ki, əşyaların Moskvaya gətirilməsi qeyri-mümkündür, çünki Rusiya və MAR arasında hüquqi yardımlaşma haqqında saziş imzalanmayıb. Halbuki Qordiyenkonun bildirdiyinə görə, bu belə deyil - ölkələr arasında 2018-ci ildə hərbi əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb və sazişdə “hüquq-mühafizə orqanlarının cinayət və digər işlərin araşdırılmasında birbaşa əməkdaşlığı” bəndi yer alır. Həmçinin Orxan Camalın keçmiş həyat yoldaşı danışıb ki, MAR-da Rusiya səfrliyinin birinci katibi Viktor Tokmakov ona qətlin araşdırılmasına şəxsən kömək edəcəyinə dair vəd verib, lakin bunu etməyib. Xatırladaq ki, rusiyalı jurnalistlər Orxan Camalın, Aleksandr Rastorquyevin və Kiril Radçenkonun cəsədləri iyulun 30-da Mərkəzi Afrika Respublikasında aşkar edilmişdi. Onlar “Vaqner” özəl hərbi şirkətinin muzdluları haqqında film çəkmək niyyətində idilər. BMT missiyasının məsləhətçisi ilə görüşə gedərkən onların olduğu avtomobil yolda gülləbaran edilmişdi. Rusiya Federasiyasının İstintaq Komitəsi rusiyalıların qətli ilə əlaqədar cinayət işinə başlamışdı.

“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.

Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

“Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

ABŞ-nin Vaşinqtonun iki əsas düşməni olan Rusiya və İranla müttəfiqlikləri səbəbindən Ermənistana kömək etmək üçün çox az strateji motivasiya var.

Bu barədə yazan Fransanın “İssues” nəşri ABŞ-nin ona qarşı hələ də sanksiyalar tətbiq etməməsini “bəxtinin gətirməsi” ilə əlaqələndirib.

Nəşr Vaşinqtonun İrəvana kömək etmək istəməməsinin əsas səbəblərini göstərir:

▪️ Ermənistan Rusiya Federasiyasına Qərbin sanksiyalarından və ixrac nəzarətindən yayınmağa kömək edir;

▪️ Ermənistan İranla enerji əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb;

▪️ Ermənistan ABŞ-nin Sanksiyalar vasitəsilə Düşmənlərlə Mübarizə Aktını pozaraq İrandan pilotsuz təyyarələr və raketlər alıb;

▪️ Ermənistan KTMT və Aİİ kimi Rusiyanın rəhbərlik etdiyi əsas qurumların üzvüdür.

▪️ Vaşinqton heç bir ikitərəfli və ya çoxtərəfli təhlükəsizlik sazişləri ilə İrəvanla hüquqi bağlı deyil.

▪️ Azərbaycan İsrail və ABŞ-nin strateji tərəfdaşıdır.

▪️ Azərbaycan NATO üzvü olan Türkiyənin müttəfiqidir.

▪️ Azərbaycan Ukrayna müharibəsi fonunda Aİ-nin etibarlı enerji tərəfdaşıdır.

Xəbər lenti