Kremlə PUA hücumunun ssenari müəllifləri müəmmalı qalsa da, əsas hədəf Putin hakimiyyətini demontaj etməkdir, Rusiya elitasının radikal qanadı taktiki nüvə silahı ilə cavab verilməsini tələb edir... Ancaq buna qərar verəcək dairələr Ukrayna savaşında taktiki nüvə silahından istifadənin effektiv addım olmayacağı qənaətindədirlər, bunun Rusiyanın bütün dünyadan tamamilə təcrid olunmasına bəhanə verə biləcəyini düşünürlər...

Bütün dünyanın diqqəti Rusiyanın paytaxtı Moskva şəhərinə yönəlib. Çünki bu nəhəng şəhərdə və onun ətrafında qeyri-adi hadisələr baş verməyə başlayıb. Hər halda, Rusiya öz paytaxtını qorumaqda çətinlik çəkir. Və bu, yaxın vaxtlarda Rusiyanın daxilində kataklizmlərə impuls verə bilər.

Ötən ilin fevral ayında Kremldə Ukraynaya qarşı savaş qərarı verilərkən, yəqin ki, heç kim Rusiyanın belə biabırçı vəziyyətə düşə biləcəyini ehtimal etmirdi. Rusiyanın hərbi-siyasi elitası savaşın başlanmasından cəmisi 3 gün son Ukrayna paytaxtı Kiyev şəhərində qələbə paradı keçiriləcəyinə əmin idi. Və indi Kremldə tamamilə fərqli əhval-ruhiyyə hökm sürür.

Məsələ ondadır ki, Ukrayna savaşı Rusiyanın maraqlarına zidd şəkildə uzanmaqda davam edir və müharibənin nə vaxt bitəcəyi də hələ məlum deyil. Rusiya dövlət olaraq, bütün sahələr üzrə sürətlə zəifləyir. Kremldə Ukrayna savaşında qələbəyə indi yalnız sadəlövhlər inana bilər. Halbuki, Rusiyanın siyasi elitasında sadəlövhlərin ola biləcəyi də qətiyyən inandırıcı deyil.

Gumbez dron.jpg (140 KB)Əvvəllər Ukrayna raketləri Rusiyanın cəbhə bölgəsinə yaxın ərazilərində partlayanda Kremldə qəzəbli reaksiyalar verilirdi. Sonrasa Rusiyanın daha dərinliyində strateji obyektlər partladılmağa başladı. Kreml də buna artıq tədricən vərdiş etməkdəydi. Nəhayət, naməlum PUA-lar Kremlin də üzərində göründü. Və Kremlin üzərində baş verən partlayış bütün Rusiyanı silkələdi.

İndi Rusiya cəmiyyətində bunun necə baş verdiyini anlamaqda hələ də çətinlik çəkirlər. Belə təsəvvürlər var ki, Rusiya öz paytaxtını və dövlətin əsas simvollarından olan Kremli belə, qoruya bilmir. Belə təsəvvürlər Rusiya cəmiyyətində Putin hakimiyyətinin nüfuzunu sarsıtmağa tamamilə yetərli görünür. Bu baxımdan, Rusiya hakimiyyəti Kremlə endirilən PUA zərbəsinə inandırıcı izahat tapmaqda tələsmək məcburiyyətindədir.

Maraqlıdır ki, Rusiya siyasi dairələri Kremlə PUA hücumunu prezident Vladimir Putinə qarşı sui-qəsd kimi izah etməyə çalışırlar. Eyni zamanda, bu hadisəyə görə yalnız Ukraynanı deyil, həm də ABŞ və NATO-nu da suçlayırlar. Halbuki, bu, Rusiya cəmiyyətini narahat edən "Düşmən PUA-ları Kremlin üzərinə qədər necə uça biliblər və onların qarşısı niyə alınmayıb" kimi suallara cavab vermir. Və bu baxımdan, Rusiyanın hərbi-siyasi elitası hazırda cavabsız suallar qarşısında aciz durumdadır.

Nə qədər qəribə də olsa, bu hadisə ilə bağlı versiyalar həddindən artıq çoxdur. Qərbdə hesab edirlər ki, Kremlə PUA hücumunu Rusiyanın xüsusi xidmət servisləri təşkil edib. Belə bir aksiyada Kremlə Ukrayna savaşında daha radikal addımlar atmaq üçün bəhanə qazandırmaq məqsədi güdülmüş ola bilər. Və bu radikal addımların sırasında Rusiyanın taktiki nüvə silahından istifadə etməsi də nəzərdə tutulur.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)

Kremlə qarşı sərt ittihamları ilə tanınan ictimai-siyasi fəal İlya Ponomaryov isə daha fərqli versiya irəli sürüb. Onun iddiasına görə, Kremlə PUA hücumunu Putin hakimiyyətinə qarşı fəaliyyət göstərən silahlı müxalifət təşkil edib. Və o, həmin silahlı müxalifət təmsilçilərini şəxsən tanıdığını da vurğulayıb.

Ancaq Rusiya siyasi dairələri bu iddianı dərhal təkzib ediblər. Rusiyada Putin hakimiyyətinə qarşı silahlı müxalifət qruplaşmasının ümumiyyətlə, mövcud olmadığını vurğulayıblar. Onların fikrincə, PUA hücumu birmənalı şəkildə prezident Vladimir Putinin fiziki cəhətdən sıradan çıxarılması məqsədilə törədilib. Halbuki, bu halda Kremlə PUA hücumunun niyə prezident Vladimir Putinin işdə olmadığı vaxtda, yəni, gecə saat 3-də törədildiyi ilə bağlı cavabsız suallar ortaya çıxır.

Bütün bunlara baxmayaraq, Rusiya siyasi dairələri Kremlə PUA hücumunun ABŞ və Qərb xüsusi xidmət servisləri tərəfindən planlaşdırıldığını israrla vurğulayırlar. Onların fikrincə, bu addımın atılmasında Rusiyanın ABŞ və Qərbə Kremlin bir çox "qırmızı cizgilər"ini keçməyə imkan verməsi xüsusi rol oynayır. Yəni, Rusiya sərt cavablar vermədikcə, ABŞ və Qərb belə addımlara daha da cəsarətlənir.

Maraqlıdır ki, Rusiya hərbi-siyasi elitasında cavab addımı kimi, Ukrayna prezidenti Volodimir Zelenskinin ola biləcəyi məkanlara zərbə endirilməsini vacib hesab edirlər. Halbuki, bu, indiki situasiyada mümkün deyil. Çünki prezident Volodimir Zelenski hazırda Ukrayna ərazisindən kənardadır. Üstəlik, onun Ukraynaya nə vaxt dönəcəyi də hələlik məlum deyil. Və bu baxımdan, prezident Volodimir Zelenskinin rezidensiyasına zərbə endirilməsi Rusiyanın korlanmış beynəlxalq imicini bərpa edə bilməz.

Rusiya siyasi dairələri Kremlə PUA hücumuna cavab olaraq, Ukrayna paytaxtı Kiyevə ağır raket zərbələri endirməyə də həvəsli deyillər. Onların fikrincə, Kiyev "rus şəhəri"dir və Rusiya öz "tarixi şəhər"ini dağıtmamalıdır. Halbuki, indiyə qədər Rusiya Kiyevə dəfələrlə dağıdıcı raket zərbələri endirib və onun "tarixi rus şəhəri" olmasını nəzərə almayıb. İndi birdən-birə "tarixi rus şəhəri" iddiasının ortaya atılması təəccüb doğurur.

2c2875f4-f235-40ec-8e6e-a865a74540ec.jpg (119 KB)Rusiyanın hərbi-siyasi elitası Ukrayna ordusunun baş qərargahına da zərbə endirməyi məqsədə uyğun hesab etmir. Əsas arqument isə ondan ibarətdir ki, bu, heç nəyi dəyişməyəcək. Çünki Ukrayna ordusuna Pentaqondan komandablıq edilir. Deməli, cavab üçün Ukrayna ordusunun baş qərargahına deyil, məhz Pentaqona zərbə endirilməlidir. Rusiya elitası belə bir cavab addımının üçüncü dünya müharibəsi törədə biləcəyini nəzərə alır, bunu yolverilməz hesab edir.

Rusiya elitasının radikal qanadını təmsil edən Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və “Roskosmos”un rəhbəri Dmitri Roqozin ölkənin nüvə doktrinasına uyğun olaraq, taktiki nüvə silahından istifadə etmək hüququna müraciət etməyi məsləhət görürlər. Ancaq buna qərar verəcək dairələr Ukrayna savaşında taktiki nüvə silahından istifadə edilməsinin effektiv addım olmayacağı qənaətindədirlər. Üstəlik, hesab edirlər ki, taktiki nüvə silahı ilə zərbə Rusiyanın bütün dünyadan tamamilə təcrid olunmasına bəhanə verə bilər.

Göründüyü kimi, Kremlə PUA hücumu Rusiya hərbi-siyasi elitasını çaşqın vəziyyətə salıb. Üstəlik, bu hücumun arxasında kimlərin ola biləcəyi də müəmmalı olaraq, qalmaqdadır. Kreml ABŞ və NATO-nu ittiham edir. Qərb isə bunu Rusiya xüsusi xidmət servislərinin reallaşdırdığını vurğulayır. Ona görə də, törədilmiş hadisənin müəllifi və əsas hədəfi hələlik müəmmalı xarakter daşıyır.

Ancaq məlum olan yeganə reallıq ondan ibarətdir ki, Rusiyanın onsuz da korlanmış olan beynəlxalq imicinə daha bir sarsıdıcı zərbə vurulub. Kremldə isə bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkirlər. Yəni, Rusiyanın mövcud situasiyada cavab reaksiyası üçün hansısa ciddi variantı hələlik yoxdur. Və Putin hakimiyyətinin demontaj prosesinə yol aça biləcək bu hadisə Rusiya dövlətçiliyinin gələcək perspektivlərini böyük şübhələr altında buraxır.(musavat.com)

“Xalqın iradəsi seçkilərin nəticəsini müəyyənləşdirəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mayın 5-də səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.

O, seçkilərin şəffaf keçəcəyinə əminliyini bildirib: “Seçicilər həm də Gəncə və Naxçıvanda səs verə bilərlər. Proses mayın 7-dək davam edəcək”.

Qeyd edək ki, bu gün Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb. Mayın 5-də Bakı vaxtilə səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb.

Qardaş ölkə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda yerləşir. Bundan başqa, Türkiyə vətəndaşları Naxçıvan və Gəncədə də səs verə bilirlər.

Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.

Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb.

"Report"un xəbərinə görə, mayın 5-də səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb.

Qardaş ölkə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda yerləşir. Bundan başqa, Türkiyə vətəndaşları Naxçıvan və Gəncədə də səs verə bilirlər.

Səsvermə bütün ünvanlarda mayın 7- si saat 21:00- dək davam edəcək.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”da Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Azərbaycan və Ermənistan ABŞ-də keçirilən danışıqlarda davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə edib.

APA bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün yekununa həsr olunmuş mətbuat konfransında bildirib.

“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”, - ABŞ diplomatı bildirib.

"Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz həqiqətən də sülh razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olanıdır. Biz bunu bilirik", - Blinken əlavə edib.

***

“Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”.

Bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

“Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə edilə bilər, lakin son mərhələ həmişə ən çətin olanıdır”-deyə, o bildirib.

Prezident Zəngilan rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib.

"Yol-xeber.az" xəbər verir ki, dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.

“Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda hakim yüksəklikləri götürməklə nəzarətimizdə olmayan əraziyə operativ nəzarəti təmin edir. Bununla əslində, Azərbaycan hökuməti bir növ “küp strategiyası”nı həyata keçirir. Aprelin 23-də Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini qoymaqla küpün ağzını bağlayır. Hesab edirəm ki, bu, Şuşanın alınmasından sonra ən mühüm hərbi - strateji uğur idi”.

Bunu siyasətçi Sülhəddin Əkbər “azpolitika”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, yolun ağzını bağlamaqla, biz artıq Azərbaycanın suveren ərazisində olan Rusiya “sülhməramlılarını”, Ermənistanın qeyri-qanuni hərbi birləşmələrini və separatçıları tam operativ nəzarətə götürmüş olduq.

Siyasətçi hesab edir ki, azərbaycan bundan sonra hakim yüksəkliklərdən yavaş- yavaş aşağı enmək prosesi başlayacaq: “Azərbaycan 48-72 saatlıq bir hərbi əməliyyata hazır olmalıdır. Bunun üçün Ukrayna-Rusiya cəbhəsində Ukraynanın başladacağı əks-hücum əməliyyatları bizə fürsət verəcək. Biz 48 -72 saat olacağı gözlənilən əməliyyatın ərəfəsindəyik. Bu, xarakter etibarilə xüsusi əməliyyat, yaxud siyasi, diplomatik, iqtisadi, sosial tədbirlərin hərbi və xüsusi əməliyyatla kombinasiyası da ola bilər. Yəni, bir kompleks tədbirlər planı həyata keçirilə bilər”.

S.Əkbər belə bir əməliyyatın Ukraynanın əks-hücum əməliyyatları fonunda keçirilməsi çox zəruridir. “Ukrayna təxminən 5-21 may tarixləri arasında əks-hücum əməliyyatlarına start veriləcəyi gözlənilir. Hesab edirəm ki, çox uğurlu əməliyyat olacaq. Ukraynanın uğurlu hücumunun pikində Azərbaycan qeyd etdiyim 48 -72 saatlıq əməliyyatı həyata keçirməlidir. Məqsəd bu günə qədər bizim yurisdiksiyamızdan kənarda olan ərazidə suverenliyimizin bərpası olmalıdır”, - o qeyd edib.

Siyasətinin fikrincə, azərbaycan belə bir əməliyyat keçirərsə, Rusiya buna ciddi reaksiya verə bilməyəcək:

“Rusiya 23 apreldə bizim atdığımız addıma elə də kəskin reaksiya vermədi. Rusiya prinsipcə buna razıdır.

Ona görə ki, Rusiya Azərbaycanla hesablaşmağa məcburdur. Rusiya Qafqazda Türkiyə-Azərbaycan İttifaqına qarşı ikinci bir cəbhə açmaq iqtidarında deyil. Rusiya yaxın perspektivdə Ukraynanın başladacağı hücuma hazırlaşır.

Belə bir vəziyyətdə Rusiya hazırda asılı olduğu Türkiyə - Azərbaycan ittifaqına qarşı ikinci cəbhə aça bilməz. Rusiya Türkiyə-Azərbaycan İttifaqı və onun ətrafında olan geniş koalisiya qarşısında geri çəkilməyə məcbur olacaq.

Biz burada Böyük Britaniya, İsrail və xüsusən də Türkiyə ilə birlikdə hərəkət etməli, Rusiya ilə aktiv siyasi, diplomatik fəaliyyət aparmalıyıq. Sabah Azərbaycan xüsusi təyinatlıları Rusiyanın “sülhməramlılarıyla” birgə Xankəndiyə enərsə, biz buna təəccüblənməməliyik. Bir məsələni də qeyd etmək istərdim ki, yeni təyin olunan komandan Rusiyanın Müdafiə naziri ilə birbaşa əlaqəsi olan, ona yaxın adamdır. Bilirsiniz ki, Sergey Şoyqunun da Azərbaycanda xüsusi əlaqələri var. Onunla necə dil tapmaq lazım olduğunu Azərbaycan hakimiyyəti çox yaxşı bilir”.

Prezident Laçın və Qubadlı rayonlarına səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.

"Yol-xeber.az" xəbər verir ki, dövlətimizin başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub.

BMT-nin Baş katibi Antoniu Quterreş Ermənistanın Azərbaycan Ordusunun əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovu beynəlxalq qanunlara zidd olaraq əsir saxladığı barədə məlumatlandırılıb.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev A.Quterreşə ünvanladığı məktubda əsir əsgərlərin məsələsinə də toxunub.

Diplomat bildirib ki, Ermənistan KİV-ləri tərəfindən yayılan görüntülərdə hər iki hərbçinin qandallı halda vəhşicəsinə döyülməsini əks etdirilib.

“Müvafiq beynəlxalq öhdəliklərinə əsasən, Ermənistan hərbçilərimizi dərhal azad etməli, onlara qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftara görə məsuliyyət daşıyanları lazımi qaydada araşdırmalı və cəzalandırmalıdır”, - Azərbaycan nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Hərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibMayın 3-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə qurumun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən əvvəl mərasim iştirakçıları dünya şöhrətli siyasətçinin və şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Mərasimdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən geniş bəhs etməklə çıxışını davam etdirən Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Ölkəmizin çox çətin bir durumunda yalnız dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən böyük qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb, bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində görülmüş müstəsna əhəmiyyətli işlərdən, düşmən tapdağında olan dədə-baba torpaqlarımızın hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilməsindən, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazmaqlarından, eləcə də ölkəmizdə həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, iqtisadiyyatımızın güclənməsindən bəhs edən Hərbi prokuror Xanlar Vəliyev, bütün bunların Azərbaycan Prezidentinin dərin zəkası, yüksək erudisiyası, mükəmməl rəhbərliyi, qətiyyəti, yorulmaz fəaliyyəti, xalqın müdrikliyi və əzmkarlığı sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində mümkün olduğunu vurğulayaraq, dövlətimizin daha da qüdrətlənməsindən, beynəlxalq nüfuzunun hərtərəfli artaraq mövqeyinin dünya ölkələri sırasında möhkəmlənməsindən danışıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki, əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, mədəniyyətimizin bütün dünyaya tanıdılmasında hərtərəfli biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi və səmimiliyi ilə seçilən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də mühüm əhəmiyyət kəsb etməkdədir.

Daha sonra Milli Məclisin deputatları Rauf Əliyev, İlham Məmmədov, Elman Nəsirov, general Yücel Karauz, xalq şairi Vahid Əziz və digər şəxslər də dünya şöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxışlar ediblər.

Sonda Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında müstəsna xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Tədbir əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.


Hərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilibHərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib
 

Əliyevin İranla münasibətlərə dair açıqlaması Tehranın Bakıya normallaşma mesajı verdiyini, lakin tələblərin hələ də icra edilmədiyini deməyə əsas verir.

Bakının tələbləri aydındır: səfirliyimizə qarşı törədilən teraktın icraçısı və sifarişçiləri cəzalandırılmalıdır; Azərbaycana qarşı terror və təhdid dilindən imtina edilməlidir; İranda mənzillənən, Azərbaycanda konstitusiya quruluşunu devirmək planlarının icrasının həvalə edildiyi “Hüseyniyyun” qruplaşmasının üzvləri neytrallaşdırılmalıdır.

Bu kontekstdə “Hüseyniyyun”un rəhbərlərinin – Tohid İbrahimbəyli və Orxan Məmmədovun bir həftə öncə həbs edildiyi xəbərlərinin yayılması, bu gün isə onların Qumda mollalarla poz verməsi diqqət çəkir.

Ceyhun Bayramovla Abdullahianın bir müddət öncə iki gün davam edən telefon müzakirəsi zamanı Bakının bu şəxslərin neytrallaşdırılması və Azərbaycana təhvil verməsi tələbini də irəli sürdüyü istisna deyil. Bunun fonunda onların “həbs xəbəri” və “azad edilməsi”nin birdən çox hədəfi ola bilər:

Birincisi, İran Azərbaycanın tələb etdiyi bu şəxsləri qorumaq, yaxud gizlətmək üçün “həbs edildiyi” informasiyasını tirajladı;

İkincisi, onlar həqiqətən də həbs olunub, lakin rejim daxilində bununla bağlı fikir ayrılıqları olduğu üçün nəticədə azad ediliblər;

Üçüncüsü, Tehran Bakıya bu tələbinin yerinə yetirilməsinin əlində olduğunun, lakin bunun üçün istəklərinin nəzərə alınmasının mesajını verir.

“Hüseyniyyun” qruplaşmasının “neytrallaşdırılması” mümkündür, hətta 2018-ci il Gəncə hadisələrindən sonra qruplaşma bir müddət yer altına çəkildi. 2020-ci ilin Tovuz döyüşlərinə qədər əsasən “dini maarifləndirmə” adı altında çıxış edirdilər. Tovuz döyüşlərindən dərhal sonra qruplaşma “Türkiyənin Azərnbaycana gəlişinə” dair İran maraqlarını müdafiə edən antitürkiyə təbliğatına başladı. 44 günlük müharibə və sonrasında da eyni xətt davam etdirildi. İndi İranın onları müvəqqəti susdurulması ola bilər, lakin ideoloji olaraq imtina etmələri mümkünsüz görünür. Çünki Qasım Süleymaninin “xaç atası” olduğu “Hüseyniyyun” qruplaşması Hizbullah ideologiyasının uzantısıdır və Azərbaycanda silahlı dəstələr yaratmaq üçün ortaya atılıb. Bu baxımdan, qruplaşma üzvlərinin Azərbaycana ekstradisiya olunması ehtimalı olduqca azdır.

Bununla yanaşı, İrandan son günlər Azərbaycana qarşı informasiya hücumları səngisə də, səfirliyimizdə terakt törətmiş terrorçu və hücumun sifarişçiləri hələ də qorunur. Və bu məqamlar Bakı-Tehran xəttində münasibətlərin normallaşması ehtimalını da zəiflədir.

Xəbər lenti