|
ansu Bektaş, Qamze Altun və Nuray Güngör “Tərəqqi” medalı ilə təltif edilib.
"Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif edilirlər:
Cansu Bektaş
Qamze Altun
Nuray Güngör.
“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə ermənilərin terror təşkilatlarının törətdikləri siyasi qətllərdən və Ermənistan Respublikasının öz terror ənənələrindən imtina etmək fikrində olmadığından söz açılıb.
Xatırladaq ki, aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı baş tutub.
Müəllif bildirir ki, Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-22-ci illərdə Azərbaycanın ovaxtkı baş naziri Fətəli xan Xoyski, parlamentinin sədr müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud xan Cavanşir, baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər.
Videoda qeyd olunur ki, faktiki olaraq terror əməllərini legitimləşdirən Nikol Paşinyan bununla öz elektoratı qarşısında “günahlarını yuyur”.
“Ermənistan qonşu dövlətlərin ərazisinə iddia etməməlidir” deyən Paşinyan, digər tərəfdən, İrəvanın mərkəzində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışına şərait yaradır”, – müəllif qeyd edir.
Daha ətraflı “Caliber”in süjetində:
Dövlət Gömrük Komitəsinin Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başlaması Bakının Xankəndiyə doğru daha bir addımı kimi qiymətləndirilə bilər və bu, yaxın dövrdə tətbiq ediləcək bir sıra qərarlarla bağlı da ehtimalları önə çıxarır:
- Ermənilərin Azərbaycan pasportuna sahib olması reallaşa bilər:
Qarabağdakı ermənilər ya qondarma “pasport” daşıyır, ya da Ermənistan pasportu, bundan sonra onların Ermənistana gedişinə icazə verilsə də, geri qayıtmaq istəyənlərdən Azərbaycan pasportu tələb olunacaq; Ki, bu da yaxın dövrdə Azərbaycan pasportlarının Xankəndidə görünəcəyi gözləntisini artırır;
- Bakı humanitar yüklərin Qarabağa daşınmasına bütün şəraiti yaradır, hərçənd, gömrükçülərin posta çıxması daşınan yüklərdən rüsumun alınacağı gözləntisini də gündəmə gətirir: Ermənistandan gələn yüklərə rüsum qoyan Azərbaycan bundan sonra erməni əhalisinin ehtiyacının təminatı ilə bağlı proqramını təqdim edəcək;
Ermənilərin ilk dövrdə bunu etirazla qarşılayacağı aydındır, lakin tədricən buna məcbur olacaqlar. Və Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının qarşısını ala bilməyən kənar güclər Bakının pasport və rüsum gedişinə də mane ola bilməyəcəklər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Bu gün Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi insanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!”
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Nicat Orucov Biləsuvar RPŞ-nin rəisinin xidmət üzrə müavini təyin edilib.
O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyib.
Türk Dövlətləri Parlament Assambleyasının XII plenar iclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (MM) sədri Mustafa Şentopla görüşüb.
MM-in Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Mustafa Şentop, tədbirə hazırlıq və müzakirə olunacaq məsələlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Türkiyənin də həmişə Azərbaycanın haqq işinə dəstək verdiyini bildirən Mustafa Şentop, istər 44 günlük Vətən müharibəsində, istərsə də müharibədən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən quruculuq və bərpa işlərində Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında olduğunu qeyd edib. O, bir neçə gün əvvəl Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını kəskin pisləyərək, bunu vandallıq adlandırıb.
Mustafa Şentop həmçinin, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyaya dəstəyini ifadə edərək, deyib ki, Ermənistanın Laçın yolundan minaların, hərbi texnikanın və silahların, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının daşınması üçün istifadə etməsi qətiyyən yolverilməzdir. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə TBMM sədrinə təşəkkürünü bildirərək, dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün beynəlxalq platformalarda uğurlu əməkdaşlığını qeyd edib. Spiker vurğulayıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Sahibə Qafarova Vətən müharibəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalandığını xatırladaraq, deyib ki, bu sənədin imzalanması ilə bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini yeni və daha yüksək zirvəyə qaldırdı.
O, Vətən müharibəsi dövründə TBMM sədrinin Azərbaycana səfər etdiyini, səfər çərçivəsində Gəncə şəhərinə gedərək, Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətləri öz gözləri ilə gördüyünü xatırladıb.
Milli Məclisin sədri cari ildə Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyənin yanında olduğunu bildirib və bunu qardaş dəstəyi kimi qiymətləndirib.
Görüşdə spiker Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib.
Milli Məclisin sədri deyib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da uğurlu və geniş əlaqələr qurulub. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. O cümlədən, parlamentlərimizin komitələri, dostluq qrupları arasında da müsbət əlaqələr mövcuddur.
Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Spikerlər bu sənədin münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Yol-xeber.az xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Prezident İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.
Azərbaycan növbəti siyasi-diplomatik qələbəsini qazandı. Rəsmi Bakı Azərbaycanın Cənubi Qafqazda artıq şəriksiz hegemon dövlət olduğunu bu regionda maraqları olanlara qəbul etdirməyə nail oldu. Çünki bu regionla bağlı bütün geopolitik qərarlar məhz Azərbaycan tərəfindən qəbul edilir. Və bu reallıq artıq beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən də qəbul olunmağa başlayıb.
Buna əmin olmaq üçün son vaxtlar Cənubi Qafqaz ətrafında baş verən hadisələrə diqqət yetirmək tamamilə kifayətdir. Azərbaycanın Laçın yolunun Ermənistanla sərhəd başlanğıcında nəzarət-buraxılış məntəqəsi quraşdırmasına verilən beynəlxalq reaksiyalar da olduqca önəmli örnəkdir. Çünki ABŞ, Avropa Birliyi, Rusiya və digər beynəlxalq siyasi iradə mərkəzlərinin reaksiyası "narahatlıq" ifadə edilməsindən uzağa getmədi. Bu, rəsmi İrəvan üçün nə qədər məyusedici olsa da, real situasiya ilə bağlı nəticələr çıxarmağa imkanlar açır
Maraqlıdır ki, indi hətta Ermənistanın "bacısı" olan Fransa belə, rəsmi Bakının son addımlarına reaksiya verərkən, maksimum səviyyədə ehtiyatlı davranmağa çalışır. Belə ki, ənənəvi ermənipərəst mövqeyini nisbətən yumşaldan rəsmi Paris də bu dəfə "narahatlıq" keçirənlərin sırasında qalıb, xüsusi can-fəşanlığa həvəs göstərmədi. Və bununla da rəsmi Paris Fransanın Cənubi Qafqaz siyasətində prioritetləri dəyişmək məcburiyyətində qaldığını sezdirmiş oldu.
Halbuki, məhz rəsmi Parisin açıq ermənipərəst mövqeyi Cənubi Qafqazın "qapılar"ının Fransanın üzünə bağlanmasına səbəb olmuşdu. Azərbaycan Prezident İlham Əliyev Fransanın Cənubi Qafqazda hər hansı prosesdə iştirakına imkan verilməyəcəyini birmənalı şəkildə bəyan etmişdi. Nəticədə rəsmi Paris Cənubi Qafqazda cərəyan edən önəmli geopolitik prosesləri yalnız uzaqdan müşahidə etmək məcburiyyətində qalmışdı. Və buna vərdişli olmayan rəsmi Paris strateji səhv etdiyini, bundan Fransanın ciddi ziyan çəkə biləcəyini artıq anlamağa başlayıb.
Fransanın siyasi elitası Cənubi Qafqaza müvəqqəti "geopolitik alət" rolundan başqa heç nəyə yaramayan Ermənistan üzərindən yerləşməyin mümkün olmadığını nəhayət ki, dəqiqləşdirə bilib. Halbuki, rəsmi Paris də Fransanın dövlət maraqlarını Ermənistan ucbatından qurban vermək istəmir. Və bunun Fransaya yalnız geopolitik deyil, həm də geoiqtisadi, geostrateji ziyan vəd etdiyinin fərqindədir.
Məsələ ondadır ki, rəsmi Bakı son vaxtlar yalnız Cənubi Qafqazda deyil, ümumiyyətlə, bütün dünyada, xüsusilə də Avropa Birliyi məkanında Azərbaycanın mövqelərini böyük sürətlə möhkəmləndirməyə başlayıb. Azərbaycan hazırda Fransanın avanqard ölkələrindən olduğu Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşı statusuna sahibdir. Rəsmi Bakı Avropa Birliyi ölkələrinin enerji resursları ilə təmin edilməsində əvəzolunmaz paya sahibdir.
Digər tərəfdən, Azərbaycan Orta Asiya enerji resurslarının Avropa məkanına çatdırılmasında da yeganə tranzit qovşağı rolunu oynayır. Çünki Orta Asiya enerji resurslarının Avropa məkanına ixrac edəcəyi neft-qaz boru kəmərləri Azərbaycana aiddir. Yəni, Azərbaycan və Orta Asiya enerji resurslarına ehtiyac duyanlar mütləq rəsmi Bakı ilə münasibətlərini inkişaf etdirmək barədə düşünməlidirlər. Əks halda, rəsmi Bakının siyasi iradəsi prinsipial reaksiya ilə onlara ciddi problemlər yarada bilər.
Digər tərəfdən, Azərbaycan Cənubi Qafqazın logistika qovşağını da öz əlində cəmləşdirib. Hazırda Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizi Azərbaycan ərazisindən keçir, yaxın gələcəkdə isə Qərb-Şərq nəqliyyat-kommunikasiya dəhlizi də məhz ölkəmizin nəzarəti altında olacaq. Bütün bu geoiqtisadi, geostrateji və logistika layihələri Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır.
Təbii ki, rəsmi Paris Azərbaycanın nəzarəti altında cəmləşən belə önəmli iqtisadi-ticari, enerji və nəqliyyat-kommunikasiya qovşağının vəd etdiyi külli miqdarda gəlir qaynağından kənarda qalmaq istəmir. Fransa üçün mütləq müəyyən pay qopara biləcəyinə ümid bəsləyir. Üstəlik, bunun yalnız rəsmi Bakını məmnun edəcəyi, Azərbaycan ilə münasibətlərini normallaşdırmağa nail olacağı təqdirdə, mümkün ola biləcəyini də artıq tam dəqiqliyi ilə anlayır.
Ona görə də, rəsmi Parisin son davranışlarında açıq və qatı ermənipərəst mövqeyindən nisbətən geri çəkilməyə çalışdığı müşahidə olunur. Fransa Azərbaycanla korlanmış münasibətlərinin təmir edilməsi yollar axtarır, müəyyən cəhdlər edir. Və Fransanın ermənipərəst xarici işlər naziri Katrin Kolonnanın Cənubi Qafqaz turnesi bu baxımdan, diqqəti çəkir.
Məsələ ondadır ki, rəsmi Paris öz yüksəkrütbəli təmsilçilərini adətən, Ermənistana göndərirdi. Hətta digər region ölkələrin də paralel ziyarət olunması nəzərdə tutulduqda belə, yenə də səfər Ermənistandan başlayırdı. Və son illərdə rəsmi Paris bu ənənəsinə həmişə sadiq qalmışdı.
Ancaq bu dəfə rəsmi Paris bu dəyişməz ənənəni ciddi şəkildə pozmağa üstünlük verdi. Belə ki, Fransanın xarici işlər naziri Katrin Kolonna öz Cənubi Qafqaz turnesinə məhz Azərbaycan paytaxtı Bakıya səfər etməklə başladı. Daha sonra Ermənistan və Gürcüstana səfər nəzərdə tutulur. Və bu, rəsmi Parisin Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklərin ola biləcəyinə yönəlik dolayısı bir mesaj da sayıla bilər.
Fransa bu davranışla onun üçün Azərbaycanın əhəmiyyətinin artıq Ermənistandan daha ön plana keçməkdə olduğunu sezdirir. Hər halda, rəsmi Paris Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşı ilə münasibətlərini normallaşdırmaqda maraqlıdır. Üstəlik, rəsmi Parisin Cənubi Qafqazda yerləşmə şansı da Azərbaycanla anlaşa bilməsindən birbaşa asılıdır. Çünki bu məsələdə Ermənistan və ya Gürcüstan deyil, məhz Azərbaycan mütləq söz sahibidir.
Maraqlıdır ki, Fransanın xarici işlər naziri Katrin Kolonnanın Azərbaycanda keçirdiyi rəsmi görüşlərdə səsləndirdiyi fikirlər rəsmi Parisin tam sürətlə geriyə çəkilməkdə olduğu bildirir. Hər halda, xanım Kolonnanın "Azərbaycan sülh təşəbbüsü ilə çıxış edən tərəfdir. Fransa bu təşəbbüsü dəstəkləyir" deməsi rəsmi Parisin ənənəvi siyasi kursuna uyuşmur. Və bu baxımdan, rəsmi Parisin Azərbaycanı təqdir etmə modeli ilə yeni geopolitik manevrlərə başladığı açıq-aşkar nəzərə çarpır.
Fransanın xarici işlər naziri Katrin Kolonnanın ərazi bütövlüyü mövzusunda Bakıda dedikləri isə Ermənistanda ümumiyyətlə, çaşqınlıqla qarşılanıb: "Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması üçün şans qazanıblar. Ona görə də, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımalıdırlar. Bu halda, sülh sazişi istiqamətində qətiyyətli addım atılmış olacaq".
Təbii ki, Ermənistan cəmiyyəti üçün rəsmi Parisin ərazi bütövlüyünün tanınması mövzusunu qabartması anlaşılmazdır. Çünki erməni toplumu Fransanın yalnız Ermənistanın maraqlarından çıxış etməsinə maraqlıdır. İndi rəsmi Parisin Ermənistana sərfəli hesab olunmayan bu mövzunu qabartması və dəstəkləməsi erməni toplumu üçün gözlənilməz xarakter daşıyır.
Ona görə də, hazırda Ermənistan cəmiyyətində Fransaya qarşı tənqidlər və ittihamlar ön plana keçməyə başlayıb. Erməni politoloqlar hesab edirlər ki, xarici işlər naziri Katrin Kolonnanın Cənubi Qafqaza turnesinə Azərbaycana səfərlə başlaması Fransanın da Ermənistandan üz çevirmək üzrə olduğunun əlamətidir. Xarici işlər naziri Katrin Kolonnanın hər iki tərəfi ərazi bütövlüyünü tanımağa çağırması isə ümumiyyətlə, Fransanın Ermənistana xəyanəti kimi xarakterizə olunur.
Belə anlaşılır ki, Fransa-Ermənistan "siyasi bacılıq" prinsipləri kobud şəkildə pozulmağa başlayıb. Rəsmi Bakı öz prinsipial mövqeyi ilə Fransaya təzyiq göstərməyə nail olmaqdadır. Müəyyən mənada, rəsmi Bakının atdığı son addımlarla Fransanı erməni diasporunun siyasi girovluğundan çıxartmağa başladığını da düşünmək olar. Və rəsm Paris nə vaxtsa, Fransanın xarici siyasətini erməni təsirindən tamamilə xilas edərsə, ilk növbədə Azərbaycanın prinsipial mövqeyinə minnətdar olmalıdır.(Musavat.com)
Bu gün oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 100 il ötür.
Akademik 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib.
1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu bitirib.
1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirib.
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.
Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü ildə isə həmin kafedranın müdiri olur.
Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunub.
Xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Elmlər Akademiyasının akademiki seçilib.
Z.Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib.
Rusiya sülhməramlılarının komandanı Aleksandr Volkovun vəzifəsindən azad ediləcəyi, onun yerinə müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsovun təyin ediləcəyi gözlənilir. Lentsov 2020-ci ilə qədər isə Quru Qoşunlarının Baş komandanının müavini olub. Çeçenistandakı hər iki müharibədə, Əfqanıstanda, 2008-ci ildə Gürcüstan, 2014-2015-ci illərdə isə Ukraynadakı hərbi əməliyyatlarda iştirak edib. Rusiyanın Suriyadakı qoşun birləşmələrinin komandanının müavini olub. Bundan əlavə, generalın danışıqlar aparmaqda xüsusi məharətinin olduğu deyilir.
Rusiyanın Ermənistandakı əsas təbliğatçısı sayılan bloger Mikayıl Bədəlyan Moskvadan olan yüksəkvəzifəli qrupun, guya, bir müddət əvvəl Bakı ilə danışıqlar apardığını iddia edib. Onun sözlərinə görə, Kreml situasiyanın bütün ciddiliyini dərk etməyə başlayıb. Ona görə Ermənistanda yaxın zamanlarda hərəkətə keçməyə hazırlıq aparılır: "Maraqlı məqam Moskvanın Ermənistandakı təsir agentlərinin də aktivliklərini artırmasıdır. Xüsusilə Rusiya müdafiə nazirinin müşaviri Aleksandr Lentsovun Qarabağdakı sülhməramlılara rəhbər gətirilməsi xəbəri onların fəallaşmasına şərait yaradıb". Bədəlyan Rusiya müdafiə nazirinin müşaviri Aleksandr Lentsovun gəlişindən sonra çox şeyin dəyişəcəyini iddia edib.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Şərq"ə açıqlamasında bildirib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığından dəyişikliyin intensiv hal alması ondan xəbər verir ki, sülhməramlılar Moskvanın etimadını doğrultmur. Analitik qeyd edib ki, rus sülhməramlılarının komandanı regionda, tərəflər arasında Kremlin arzuladığı balansı qura bilmir:
"Dekabr ayından bu yana Azərbaycan ekofəalları Şuşa-Xankəndi yolu üzərində dinc aksiyaya başladılar. Bu aksiya Rusiya və Ermənistana Qarabağ üzərindən qanunsuz əməllərini icra etməyə imkan vermədi. Ermənistanın terrorçu dəstələrinin, separatçı rejimin və Rusiyanın Qarabağdakı maraqları təmin olunmadı. Məlum olaylardan sonra Laçın yolunda nəzarətin Azərbaycana keçməsi Rusiyanın Ermənistanda və Qarabağdakı nüfuzuna böyük zərbə vurdu. Bunu xüsusi qeyd etmək lazımdır. Ermənistanın, separatçıların gözləntiləri belə deyildi. Onlar ümid edirdi ki, Moskva qısa müddətdə Azərbaycana təzyiq göstərəcək və rəsmi Bakı geri addım atacaq. Ancaq bunlar baş vermədi və ermənilərin ümidləri özünü doğrultmadı. Sülhməramlı komandanların tez-tez dəyişdirilməsi bununla bağlıdır".
S.Hümbətov vurğulayıb ki, müdafiə naziri Sergey Şoyqu öz müşavirini Qarabağa göndərməklə nəzarəti bərpa etməyə səy göstərir:
"General Lentsov Rusiya tərəfindən icra edilən bir çox hərbi əməliyyatlarda iştirak edib. Lakin bu məqamın indiki halda nəyisə dəyişəcəyi ehtimalı yoxdur. Komandanlığın dəyişməsi mövcud nəticənin dəyişməsinə gətirib çıxartmayacaq. Laçın rayonunun Ermənistanla sərhədində postun qurulması o deməkdir ki, bütün nəzarət Azərbaycandadır. Bundan sonra yolun başında qurulmuş nəzarət-buraxılış məntəqəsinin oradan götürülməsi qeyri-mümkündür".