|
Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzində Azərbaycanla bağlı düz 8 minə yaxın sənəd, əlyazma, nadir kitab, xəritə, xalça, əşya, kitabə və digər bu ölkədən aparılan sərvət saxlanılır. 2014-cü ildə isə Amerikada bir iş adamı Bakıdan alınan Şəki-Şirvan xalçaçılıq məktəbinə aid olan 3 əsrlik xalçanı satışa çıxarmış, Amerika erməniləri tərəfindən 100 min dollardan çox qiymətə alınaraq Matendaranda hədiyyə edilmişdir.
Bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.
O bildirib ki, şəkildə gördüyünüz kitan (aşağıda təqdim edilir – red.) 1939-cu ildə İrəvanda çap edilib:
“Kitab Matendaranda işləyən bir qrup şəxs tərəfindən Torosyan adlı alimin redaktəsi ilə hazırlanıb. Sonradan bu kitab satışdan və bütün kitabxanalardan yığışdırılıb.
Amma Gürcüstanda arxivdə o zaman bunun surətini saxlaya biliblər. Bu kitabın surətini tam əldə etmişəm. Çox maraqlı faktlar və məlumatlar var. İlk olaraq Azərbaycan tarixi və türk dili ilə bağlı faktları ermənilər özləri kitabda bu cür etiraf ediblər:
“Matendaranda Azərbaycan ədəbiyyatı və tarixinə aid qiymətli tarixi sənədlər saxlanılır. Keçən il Matendaranda Alban əlifbası tapılmışdır. Onu ilk dəfə Marra adına Universitetin professoru Şanidze və dosent Abuladze aşkar edib, dərc ediblər. Bu əlifba Azərbaycan tarixi və ədəbiyyatı üçün misilsiz əhəmiyyət daşıyır. Bu yeni əlyazmalar, bizə çatan və hər addımda rastımıza çıxan faktlar sübut edir ki, Azərbaycan xalqı Cənubi Qafqazın mədəni dəyərlərinin yaradılmasında aktiv iştirakçı olubdur.
Matendaranda Azərbaycan tarixinə aid çox qiymətli yazılar var. Türk dilində yazılan şeirlər və əlyazmalar Azərbaycan tarixinə aiddir, heç biri öyrənilməyib”.
Bu, qısa tərcümədir və orijinalı sənəddə rus dilində oxuya bilərsiz. Bu fakt göstərir ki, erməni alimləri Matendaranda saxlanılan Alban əlifbasının Azərbaycana aid olduqlarını təsdiq edirlər və onun türk dilində olmasını da sübut edirlər. Bu gün dünyaya erməni əlifbası kimi göstərilən Alban əlifbası əslində saxtadır və əsl Alban əlifbası türk dilində hazırda Matendaranda gizli qutularda saxlanılır və üzə çıxarılmır”.
Yaxın zamanda Ermənistan və üçüncü dövlətlərin vətəndaşları Qarabağa buraxılmayacaq.
Azərbaycan-Ermənistan sərhədinin Laçın yolunun giriş hissəsində yeni formalaşdırılan DSX-nın nəzarət-buraxılış məntəqəsində Ermənistandan gələn şəxslərin, xüsusilə Qarabağ ermənilərinin passportları və nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılmağa başlanılıb.
Maraqlıdır, DSX-nın nəzarət-buraxılış məntəqisindən ərazilərimizə buraxılan Qarabağ erməniləri yoxlanış zamanı hansı pasportları təqdim edirlər? Qarabağ ermənilərinə nə zaman Azərbaycan pasportu veriləcək? Digər önəmli məqam isə başda qondarma rejimin rəhbəri Araik Aratyunyan başda olmaqla Azərbaycanın suverenliyinə və xalqına qarşı cinayət törətmiş separatçıların nəzarət-buraxılış məntəqəsində ölkəmizin təhlükəsizlik orqanları tərəfindən həbs olunması ehtimalıdır.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Laçın-Xankəndi yolunun girişində DSX-nın nəzarət-buraxılış məntəqəsinin qoyulması Azərbaycanın Zəfər tarixində ən böyük addım hesab olunmalıdır:
“Azərbaycanın Ermənistanla sərhədin Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin qurulmasından bir neçə gün keçib. Qısa müddət ərzində bütün pasport, viza problemlərini həll etmək, hətta giriş-çıxış üzərində beynəlxalq standartlara uyğun olaraq tam nəzarətin bərpası mümkün deyil. Əlbəttə, Azərbaycan rəhbərliyi hazırda Qarabağ ermənilərinə müəyyən güzəştlər edir. Amma bu güzəştlər qısa zamanda başa çatacaq. “Qarabağ ermənilərinin pasport, eləcə də digər mürəkkəb məsələləri tez bir zamanda həll etmək mümkündür” demək yanlışlıq olardı. Çünki hər bir problem öz zamanında həll edilir. Xatırladaq ki, bir vaxtlar Ağdamın ərtaf kəndlərinə yaxınlaşa bilmirdik. Zaman gəldi, torpaqlarımızı erməni işğalından azad etdik, hətta Şərqi Zəngəzurda Ermənistanla sərhədi bağlamaqla son uğurlu addımımızı da atdıq. Bunun qürurunu yaşamalıyıq. Dövlətimiz də bütün problemlərin ədalətli və şəffaf həlli üçün əlindən gələni edəcək”.
Hərbi ekspertin sözlərinə görə, Ermənistanın və digər dövlətlərin rəsmiləri bundan sonra Qarabağa sərbəst və azad şəkildə daxil ola bilməyəcəklər:
“Azərbaycanın razılığı olmadan nə Ermənistan rəsmiləri Qarabağa daxil ola biləcəklər, nə də Qarabağdakı erməni separatçıların Laçın yolu ilə Ermənistana getməsinə imkan veriləcək. Bütün bunlar Azərbaycanın qanunvericiliyinə uyğun tənzimlənəcək”.
Ədalət Verdiyev Azərbaycana qarşı cinayət törətmiş erməni separatçıların Laçındakı məntəqədə həbs olunma ehtimalını təsdiqləyib:
“Ölkəmizin suverenliyinə qarşı cinayət əməllərində adı hallanan və beynəlxalq axtarışa verilən erməni separatçıların nəzarət-buraxılış məntəqəsində yoxlanış zamanı saxlanılması və həbs edilməsi normal hal kimi qarşılanacaq. Bu, digər sərhəd-buraxılış məntəqələrində də tətbiq olunan prosedurdur. Hər hansı milli və dini mənsubiyyətə məxsus olmasına baxmayaraq, axtarışda olan şəxsin yeri həbsxanadır. Yaxın zamanda erməni separatçıların sərhədçilərimiz tərəfindən hüquq-mühafizə orqanlarına təhvil veriləcəyinə şahidi olacağıq”.
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) təhqiqat şöbəsinə yeni rəis təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elşad Şahbazov Suraxanı RPİ-nin təhqiqat şöbəsinə rəis təyin olunub.
O, bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib.
Dövlət başçısı, ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edib. Referendumu qardaş Özbəkistanın hərtərəfli inkişafı və demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndirən Azərbaycan Prezidenti qeyd edib ki, bu referendum, eyni zamanda, Özbəkistan Prezidentinin həyata keçirdiyi kursa xalqın göstərdiyi etimaddır.
Prezident İlham Əliyev Özbəkistana səfərləri zamanı bu ölkədə gedən böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd edib. Dövlət başçısı Özbəkistan Prezidenti ilə keçirilən görüşlər zamanı əldə olunmuş razılaşmaların, o cümlədən avtomobil istehsalı sahəsində həyata keçirilən işlərin də əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Uluqbek Rozukulov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.
Şavkat Mirziyoyevin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayan qonaq dövlət başçılarının tapşırıqları əsasında azərbaycanlı həmkarları ilə daim əzmlə çalışdıqlarını diqqətə çatdırıb.
Uluqbek Rozukulov ölkəmizə səfəri çərçivəsində Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcəyi barədə dövlətimizin başçısına məlumat verib. Qeyd edib ki, hər iki müəssisə Azərbaycanda avtomobil istehsalının lokallaşdırılması istiqamətində növbəti addım olmaqla sənayenin bu sahəsinin inkişafına töhfə verəcək.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib.
Prezident İlham Əliyev bu barədə mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edərkən bildirib.
Dövlət başçısı ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edib. Referendumu qardaş Özbəkistanın hərtərəfli inkişafı və demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndirən Azərbaycan Prezidenti qeyd edib ki, bu referendum, eyni zamanda, Özbəkistan Prezidentinin həyata keçirdiyi kursa xalqın göstərdiyi etimaddır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Bu barədə MN-dən bildirilib.
Başsağlığında deyilir: "Şırnak-Uludərə yolunda qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri məni çox kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Şəhid hərbi qulluqçulara rəhmət diləyir, onların yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
Xəbər verdiyimiz kimi, "TEKNOFEST” festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev orada İkinci Qarabağ müharibəsinin qazisi Taleh Camalovla görüşüb.
Qazi Camalov həmin anları Xəzər xəbər-ə danışıb: "Necə doğma hiss ilə öpdü, qucaqladı. Mehriban xanım dedi ki, mən sizin bacınızam. Allah Vətənimizi qorusun".
Qeyd edək ki, həmin vaxt "Teknofest”də iştirak edən qazi Taleh Camalov və Azərbaycan Prezidenti arasında maraqlı dialoq yaşanıb.
Fulya Öztürk: İkinci Qarabağ müharibəsi qazisi də burada, "TEKNOFEST”dədir. Adınızı öyrənə bilərəm?
Qazi: İkinci Qarabağ müharibəsinin qalibi, iki ayağını da ağır döyüşlərdə itirmiş qazi Taleh Camalov. Vətən sağ olsun.
Prezident İlham Əliyev: Gör nə qədər medalı var. "Xocavənd”, "Cəbrayıl”, "Füzuli”, "Fərqlənməyə görə”, "Xarı bülbül”.
Qazi Taleh Camalov: Bir ay döyüşdə oldum.
Prezident İlham Əliyev: Qəhrəmandır, bizim torpaqlarımızı azad edənlər bunun kimi qəhrəmanlardır.
Qazi Taleh Camalov: Sizin sayənizdə, Selçuk Bayraktar qardaşımızın sayəsində, onların silahlı PUA-larının sayəsində.
Daha ətraflı videoda:
Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırdığı sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər yayılıb.
“Görüntülərdən sərhədçilərimizin qaydalara uyğun olaraq sərhədi keçən ermənilərin pasport yoxlanışını həyata keçirdiyini görmək mümkündür.
Qeyri-qanuni rejimin nümayəndələri Azərbaycan sərhədçiləri tərəfindən guya “qəfil dayandırılıb yoxlanılan” sadə erməniləri “qurban” kimi təqdim etməyə çalışırlar.
Amma videodan da göründüyü kimi, Azərbaycan sərhədçiləri ilə etnik ermənilər arasında ünsiyyət tamamilə rahat şəkildə gedir və Dövlət Sərhəd Xidməti ilə görüşdə ermənilər üçün heç bir “sürpriz” yoxdur.
Heç nəyin olmadığı yerdə problem icad etmək istəyi bir şeydən danışır - Ermənistanın sülhə iradəsinin olmaması.
İstanbulda “Texnofest-2023” festivalının açılışı oldu. Bu açılış ötən il Bakıda keçirilən açılış kimi möhtəşəm idi. Prezidentlərimiz İstanbuldan bütün dünyaya birlik mesajı verdilər.
Bu sözləri Axar.az-a İlham Əliyevin “Texnofest-2023” festivalının açılış mərasimində iştirakı haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general Yücel Karauz deyib.
General münasibətlərin artıq ən yüksək müttəfiqlik səviyyəsinə qalxdığını bəyan edib:
“İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və xalq qarşısında çıxışı, eyni zamanda Bakıda birgə PUA istehsalı zavodunun qurulacağı haqqında verilən anons, prezidentlərinin səhnədə qol-qola, çiyin-çiyinə dayanması festivala öz damğasını vurdu. Dünyada və ölkələrimiz ətrafında baş verən prosesləri göz önünə gətirdiyimiz zaman hadisənin böyüklüyünü daha yaxşı anlamaq olur.
Digər tərəfdən, prezidentlərimizin İlham Əliyevin idarə etdiyi “Togg” avtomobilində festival ərazisinə gəlməsi başqa bir önəmli mesajdır. Cənab Əliyevin öz çıxışı zamanı 44 günlük müharibədə Ərdoğanın, dövlətimizin, Türkiyə xalqının verdiyi dəstəyi vurğulamasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Ölkə başçısı Şuşa Bəyannaməsi haqqında danışaraq ölkələrimiz arasındakı münasibətlərin “bir millət iki dövlət” anlayışından artıq müttəfiqlik səviyyəsinə qalxdığını, ordu quruculuğunda və müdafiə sənayesində addımların pillə-pillə həyata keçirildiyini, “Qızılalma” və “Akıncı”ların yaxın zamanda Azərbaycan səmasında olacağını vurğuladı. Cənab Rəcəb Tayyib Ərdoğanın da ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Türkiyədə buraxılan poçt markasını İlham Əliyevə təqdim etməsi tədbirin xüsusi məqamlarından idi. 6 fevralda yaşadığımız ağır zəlzələ fəlakətindən sonra cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan dövləti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, bütün xalq ölkəmizə maddi və mənəvi cəhətdən yanımızda olmuşdur. Ölkə başçılarının Azərbaycanın Qəhrəmanmaraşda inşa edəcəyi məhəllənin təməlini atması qardaşlığımızın əsrlər sonra belə xatırlanacaq nümunəsinə çevriləcək. Fikrimcə, buraya məhəllə yox, rayon desək, daha doğru olar. Çünki layihə yaşayış üçün vacib olan kompleks tədbirləri özündə birləşdirir”.
Yücel Karauz ölkələrimiz barədə kirli planlar quranların verilən mesajlardan özləri üçün dərs çıxarmalı olduğunu vurğulayıb:
“İlham Əliyevin çıxışı zamanı region və bütün dünya ölkələrinə “bir millət, iki dövlət və tək dəmir yumruq” mesajı tədbirin ən önəmli məqamıdır. Dövlət başçılarımız birlikdə əllərini havaya qaldıraraq bu dəmir yumruğu dosta da, düşmənə də göstərdi. Münasibətlərin tariximizin ən yüksək səviyyəsinə qalxmasında Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rolu danılmazdır. 85 milyon Türkiyə və 10 milyon Azərbaycan xalqı olaraq üzərimizə düşən vəzifə bu qardaşlığı daha da möhkəmləndirmək və ortaya qoyulan hədəfləri daha da irəliyə aparmaqdır. “Texnofest” ilk başladığı zaman buraya 30-40 komanda və 3-4 min nəfər insan qatılıb. İndi isə festivala ölkəmizin bütün vilayətlərindən və 96 ölkədən qırx bir sahədə və yüzə yaxın alt sahədə qatılanlar var. Ən böyük komanda isə Azərbaycan komandasıdır. Ulu öndər Atatürkün 1920-ci ildə elan etdiyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”, ümummilli lider Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” və İlham Əliyevin dünən vurğuladığı “bir millət, iki dövlət, tək dəmir yumruq” fəlsəfəsi illər, əsrlər boyunca sönməyəcək bir məşəldir. Yaşadığımız hadisələr növbəti dəfə Türkiyənin hərbi və siyasi gücünün həm də türk dünyası üçün həyati əhəmiyyət daşıdığını, Cənubi Qafqazda təhlükəsizliyin qarantı olduğunu göstərilir. Şuşa Bəyannaməsi də yalnız ölkələrimiz üçün deyil, bütün digər qardaş dövlətlər üçün də yol göstəricisidir. Fikrimcə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsini həzm edə bilməyənlər də bütün sadaladıqlarımızdan yanlış addım atacaqları təqdirdə nə ilə qarşılaşacaqlarını anlamalı, öz paylarını götürməlidirlər”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.