Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.

“Report” xəbər verir ki, bu gün məntəqədən BQXK-yə məxsus 9 nəqliyyat vasitələri keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 25-ə yaxın şəxs olub. Həmin şəxslər arasında BQXK əməkdaşları ilə yanaşı, mülki vətəndaşlar da var.

Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Afrika ölkələrinin əsrlərlə talan etdiyi təbii sərvətlərinə nəzarəti itirən rəsmi Paris Fransanın beynəlxalq mövqelərini xilas etmək üçün Cənubi Qafqaza yerləşməyi hədəfləyib... Böyük ehtimalla rəsmi Parisə güvənərək, regional sülh prosesini pozmağa cəhd göstərən Ermənistan isə dağılmaqda olan Fransa imperiyasının dağıntıları altında qala bilər...

Fransa Cənubi Qafqaza can atır. Rəsmi Paris bu regionda yerləşmək, bölgənin gələcək taleyini müəyyən etmək iddiasına düşüb. Yəqin ki, Cənubi Qafqazın gələcək gələcək inkişaf perspektivləri - geopolitik, geostrateji və geoiqtisadi layihələrlə bağlı potensialı Fransanın siyasi dairələrinə olduqca cəlbedici görünür. Ona görə də, bu regiona can atan digər beynəlxalq rəqiblərini qabaqlamağa cəhd göstərir.

Dənizkənarı Parkın tarix yolu: Bakı Bulvarının yaradılmasına nə qədər  vəsait ayrılmışdı? – MÜSAHİBƏ + FOTO - TuranMedia.AzOnu qeyd etmək lazımdır ki, Fransanın Cənubi Qafqaz regionuna yol tapması o qədər də asan deyil. Bu önəmli bölgənin hegemon dövləti olan Azərbaycan Fransanın Cənubi Qafqaza yerləşmək cəhdlərini bloklayır. Rəsmi Parisi Azərbaycan ilə heç bir siyasi-iqtisadi, hərbi-strateji, mənəvi-tarixi və s. əlaqə bağlamır. Əksinə, Fransanın ənənəvi ermənipərəst mövqeyi rəsmi Bakını bu Avropa ölkəsinə münasibətdə maksimum səviyyədə ehtiyatlı davranmağa, hətta mümkün qədər məsafə saxlamağa sövq edir.

Digər region dövləti Gürcüstan da Fransanın istinad nöqtəsi tapa biləcəyi ölkə deyil. Çünki hazırda rəsmi Tiflis səhnə arxasında Rusiya ilə müəyyən əməkdaşlığa malikdir. Eyni zamanda, Gürcüstan siyasi dairələri Avropa Birliyinə üzvlük niyyətini aktual saxlasalar da, Fransa ilə deyil, ABŞ ilə daha sıx münasibətlərə üstünlük verirlər. Və bu, Gürcüstanı da Fransa üçün uğursuz "eniş zolağı"na çevirir.

Bütün bunlara Azərbaycanın Türkiyə ilə hərbi-strateji müttəfiqlik münasibətlərini də əlavə etmək lazımdır. Çünki bu reallıq rəsmi Ankaranı Cənubi Qafqazda əsas geopolitik iradə sahibləri sırasına qatır. Üstəlik, Türkiyənin Gürcüstanla da sıx siyasi-iqtisadi münasibətləri mövcuddur. Yəni, Türkiyə artıq öz regional istinad məkanları baxımdan, Cənubi Qafqaz ölkəsi sayıla bilər. Və Türkiyənin güclü siyasi iradə sahibi olduğu bir regionda Fransanın özünə yerləşmə məkanı tapması çox qəliz məsələdir.

3+3" formatı Cənubi Qafqaz üçün nə vəd edir?Ona görə də, rəsmi Paris üçün Cənubi Qafqazda manevr məkanı olaraq, yalnız ənənəvi olaraq, himayə etdiyi Ermənistanın ərazisi qalır. Halbuki, hələlik Ermənistan da Rusiyanın for-postu statusundan uzaqlaşa bilməyib. Üstəlik, yaxın gələcəkdə, sülh sazişinin imzalanmasından sonra Ermənistanın Azərbaycan-Türkiyə İttifaqının nəzarət dairəsinə düşmə ehtimalı tamamilə realdır. Və bu səbəbdən də, hazırda rəsmi Paris bir tərəfdən regional sülh prosesini pozmağa, digər tərəfdən isə beynəlxalq rəqiblərini qabaqlamaq üçün daha sürətli addımlar atmağa çalışır.

Ancaq rəsmi Paris tələskən addımlar atmaqla, ciddi səhvlərə yol verir. Eyni zamanda, Fransa siyasi dairələrinin ermənipərəst mövqeyi də rəsmi Parisin səhvlərini dərinləşdirir. Yəni, fransız siyasətçilərin şəxsi maraqları Fransanı geopolitik praqmatizmdən uzaqlaşdırır. Nəticədə Cənubi Qafqazda Fransanın real tərəfdaşlıq qura biləcəyi əsas dövlət olan Azərbaycanı geopolitik ortağa deyil, məhz rəqibə çevirir. Və bununla da, Fransa regional proseslərdə iştirak imkanlarını məhdudlaşdırmış olur.

Böyük ehtimalla rəsmi Parisin belə qeyri-praqmatik Qafqaz siyasətində Fransanın nəhəng dövlət statusuna olan inamın da müəyyən təsiri olmamış deyil. Hər halda, rəsmi Paris hələ də dünyanın idarə edilməsində baş rollardan birinə sahib olduğuna əmindir. Ona görə də, hesab edir ki, əgər, Fransa qərar veribsə, tələb edirsə, deməli, digər ölkələr, o cümlədən də, Azərbaycan bununla mütləq hesablaşmaq məcburiyyətindədir.

Son baş verən proseslərdə rəsmi Parisin bu özünə əsassız əminliyi qabarıq şəkildə müşahidə olunur. Belə ki, prezident Emmanuel Makron açıq şəkildə Ermənistanı himayə edəcəyini və Azərbaycana təzyiq göstərməyə çalışacağını bildirmişdi. Eyni zamanda, Parisin və digər Fransa şəhərlərinin merləri Laçın postunun açılması missiyasını öz üzərlərinə götürmüşdülər. Yəqin ki, hesab edirdilər ki, onların müşayiət etdiyi "humanitar yük" heç bir əngəllə üzləşmədən birbaşa Azərbaycanın Xankəndi şəhərinə qədər irəliləyə biləcək.

image

Ancaq böyük ehtimalla indi yalnız ermənipərəst fransız merlər deyil, Fransanın hakim dairələri də çaşqınlıq içərisindədir. Çünki rəsmi Bakı nə Fransaya, nə də onun ermənipərəst merlərinə heç bir əhəmiyyət vermədi. Fransanın təxribat karvanı Laçın postundan buraxılmadı. Hətta geri dönmək məcburiyyətində qaldı. Bu baxımdan, bütün dünyaya "güclü Fransanın siyasi iradəsinin təntənəsi" deyil, onun acizliyi nümayiş etdirilmiş oldu. Və bununla da rəsmi Bakı ermənipərəst Fransanın beynəlxalq imicinə sarsıdıcı zərbə vurdu.

Halbuki, Cənubi Qafqazda atılan addımların uğur qazanması indiki situasiyada Fransa üçün böyük əhəmiyyət daşıyırdı. Çünki rəsmi Paris Cənubi Qafqaza Fransanın beynəlxalq mövqelərinin xilas edilə biləcəyi önəmli region kimi yanaşır. Rəsmi Paris Afrikada üzləşdiyi siyasi-iqtisadi və hərbi-strateji itkilərin bir qismini məhz Cənubi Qafqazda kompensasiya edə biləcəyinə ümid bəsləyir. Və indi bu ümidlər kompensasiyadan daha çox əlavə itkilər vəd edir.

Əslindəsə, rəsmi Parisin indi reallığı qəbul etməsi, xarici siyasət prioritetlərində düzəlişlərə başlaması Fransa üçün daha faydalı ola bilər. Çünki hazırda rəsmi Paris qəbul etmək istəməsə də, Fransanın artıq əvvəlki kimi güclü dövlət olmadığını bütün dünya bilir. Fransanın Afrikadakı müstəmləkələrində ardıcıl dövlət çevrilişləri baş verməkdədir. Fransaya xidmət edən hakimiyyətləri yeni qüvvələr əvəzləyir. Hakimiyyət dəyişikliyi baş vermiş ölkələr dərhal rəsmi Parisdən Fransa ordusunu çıxartmağı tələb edirlər. Fransanın əsas gəlir mənbəyi olan Afrika ölkələrindən uran və qızıl ixracı dayandırılır, mövcud dövlətlərarası müqavilələr ləğv edilir.

Rəsmi Paris Azərbaycanın jestini alqışladıGöründüyü kimi, Fransanın yüzillər boyu talan etdiyi Afrikanın təbii sərvətləri artıq rəsmi Parisin əlindən çıxır. Fransa bu prosesə müqavimət göstərmək gücündən uzadır. Çünki Fransanın qovulduğu Afrika ölkələri indi ABŞ, Çin, Rusiya və Türkiyə ilə əməkdaşlığa üstünlük verirlər. Və bu baxımdan, Fransa sürətlə iflasa doğru istiqamət alıb, rəsmi Parisin isterik şəkildə atdığı addımlar isə bu prosesi əngəlləmək əvəzinə daha da sürətləndirir.

Onu da qeyd etmək lazımdır ki, Fransanın Afrikada itirdikləri yalnız "qara qitə"nin təbii sərvətlərinə nəzarətin əldən çıxması ilə məhdudlaşmır. Belə ki, Fransanın müstəmləkəçiliyindən xilas olmağa çalışan Afrika ölkələri rəsmi Parisi beynəlxalq məkanda dəstəkləməkdən də imtina edirlər. Məsələn, Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında sənədlərin qəbuluna çalışan Fransa artıq bu qurumda əvvəlki dövrlərdə olduğu qədər dəstək qazana bilməyəcək.

Bütün bunlar onu göstərir ki, nəhəng müstəmləkəçi Fransa imperiyası artıq çökmə mərhələsinə qədəm qoyub. Böyük ehtimalla rəsmi Parisə güvənərək, regional sülh prosesini pozmağa cəhd göstərən Ermənistan da dağılmaqda olan Fransa imperiyasının dağıntıları altında qalacaq. Ən əsası isə Azərbaycan rəsmi Parisin bütün təzyiqlərini dəf edib, onun regiona soxulmaq cəhdlərini bloklamaqda davam edərsə, çökməyə başlamış Fransa imperiyasını Qafqaza dəfn etmiş olacaq.

İndiki şəraitdə Qarabağdakı quldur rejimdəki istənilən “dəyişiklik” separatçılar üçün fəlakətli olacaq.

Bunu rusiyalı ekspert Modest Kolerov deyib.
Onun sözlərinə görə, “dəyişiklik” Bakıdan icazə almağı zəruri edəcək, Azərbaycan isə heç vaxt razılığa gəlməyəcək.

“Hazırda faktiki olaraq Qarabağın təslim olması prosesi baş verir və Arayik Arutyunyan da bununla məşğuldur.

İki il əvvəl məndə olan ilk məlumata görə, Araik Arutyunyanın iki ildən sonra gedəcəyini gözləyirdim. Bu baş verdi, bunu reallaşdırdı. Bu isə “dqr”in sonudur. Ondan sonra gələcək şəxs ancaq rejimin ləğvetmə komissiyası olacaq”, - Kolerov əminliklə bildirib.

Ekspert onu da qeyd edib ki, yeni gələn şəxsin əsas işi Qarabağdakı ermənilərin necə təxliyə etmək olacaq.

“Artıq onun Qarabağı Bakının nəzarətindən kənarda saxlamaq imkanları yoxdur. Ermənistan, Arayik imtina etdi, orada heç bir əlaqə yoxdur, Rusiya Ukraynada məşğuldur, Fransanın nəyəsə təsir etmək cəhdləri gülüncdür”, - deyə o yekunlaşdırıb.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra müvafiq sənədi imzalamamaqda ittiham edib.

Onun sözlərinə görə, bununla da Paşinyan vəziyyəti daha da gərginləşdirib və müharibəni yaxınlaşdırıb.

“Əgər biz Qarabağ məsələsində verdiyimiz vədlərdən əl çəkməsək, digər tərəfdən Paşinyanın vədlərini əks etdirən sənədi imzalamasaq, o zaman müharibə qaçılmaz olacaq. Çünki Azərbaycan bunu güc yolu ilə edəcək. Belə olan halda beynəlxalq ictimaiyyət heç nə edə bilməyəcək və deyəcəklər ki, ermənilər söz verdilər, lakin sözlərinə əməl etmədilər. Ona görə də Bakının bütün bunları güc yolu ilə almaqdan başqa yolu yox idi”, - deyə qorxuya düşən sabiq məmur bildirib.(oxu.az)

"Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında paylaşımında bildirib.

"Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - o paylaşımında qeyd edib.

Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqlənib.

Prezident İlham Əliyevin 2023-cü il 31 avqust tarixli Sərəncamı ilə təsdiq edilən dövlət müəssisələri bunlardır:

1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti.

2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki:

2.1. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti;

2.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.

3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti.

4. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti.

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan:

5.1. “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu);

5.2. Karbamid zavodu;

5.3. Metanol zavodu.

İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu universitetə yeni rektor təyin edilib

Zəfər Qəzənfər oğlu Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.

"Yol-xeber.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XVI Ali Başçısı əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu il biz Azərbaycan-Malayziya əlaqələrinin tarixində əlamətdar ildönümünü – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Əminəm ki, Azərbaycan ilə Malayziya arasında dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Malayziya xalqına daim rifah və firavanlıq arzulayıram".

İlham Əliyev Sadır Japarovu təbrik etdi

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti ati-aliləri cənab Sadır Japarova təbrik məktubu ünvanlayıb.

Məktubun mətnini təqdim edirik:

“Hörmətli Sadır Nurqojoyeviç,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Keçən il qardaş Qırğızıstana dövlət səfərim zamanı Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı islahatların və quruculuq işlərinin ölkənizin hərtərəfli inkişafına və rifahına xidmət etdiyini görməkdən məmnun oldum.

Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Xəbər lenti