Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Qarabağda yaşayan bəzi erməniəsilli şəxslər tərəfindən onlar üçün aparılan 40 ton unun guya zəhərli olması barədə iddialarını gülünc adlandırıb.

“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev bir qrup xarici media orqanının Azərbaycan nümayəndəliklərinin əməkdaşlarına açıqlamasında deyib ki, hər kəs həmin mallara baxa bilər:

“Bizim məqsədimiz humanitar yardım göstərmək, kömək etməkdir, əlbəttə, məqsədimiz insanları zəhərləmək deyil. Hər kəs həmin mallara baxa, orada sərbəst şəkildə çəkiliş də apara bilər”,- qurum rəsmisi qeyd edib.

Son vaxtlarda Fransa, Ermənistan və erməni lobbisi koordinasiya olunmuş şəkildə Azərbaycana qarşı davamlı təxribat cəhdləri etməkdədir. Təxribat cəhdlərinin ən pik həddində avqustun 29-da Fransa prezidenti ilə Azərbaycan Prezidenti arasında telefon danışığı baş tutub. Məlumata görə, telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.

Məlumatdan aydın olur ki, Fransa prezidentinin Azərbaycan Prezidenti ilə istər 44 günlük müharibə dövründə, istər ondan sonrakı dövrlərdə telefon danışıqları və birbaşa keçirdiyi görüşlərdən nəticə çıxarmadığı hiss olunur. Hər dəfəsində burnu ovulsa da, yenə erməniyəoxşar məxluq olduğundan həyasızlığından, tərbiyəsizliyindən əl çəkmir ki, çəkmir. Bu dəfə də belə oldu. Makron hesab edirdi ki, sanksiya hədə-qorxusu ilə Azərbaycanı geri otuzdura biləcək. Amma yanıldı. Özü də çox pis formada, burnu ovularaq geri otuzduruldu.

Prezident İlham Əliyev hədəfləri sərrast nişan alaraq erməniləri və onların havadarlarının Azərbaycana qarşı çirkin siyasi oyunlarını ifşa edərək bunun mənasız olduğunu bəyan etdi. Prezident açıqca bəyan etdi ki, Azərbaycan mövqeyində qətiyyətli və israrlıdır, irəli sürdüyü şərtlər qəbul edilməyənədək geri çəkilməyəcək.   

Azərbaycan Prezidenti bəyan etdi ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.

Dövlət başçısı bildirdi ki, bütün bunlara baxmayaraq Azərbaycan Qarabağda yaşayan erməniəsilli insanlara yardım etməyə hər zaman hazırdır. Bu məqsədlə qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə ilkin razılaşma əldə edilib. Lakin qarşı tərəf bu razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir. Necə olur, Xankəndidəki xunta rejimi Ermənistandan və Fransadan humanitar yük adı altında gələn yükləri qəbul etməyə hazırdır, amma Azərbaycandan gələn humanitar yükləri qəbul etmir. Bir yandan “blokada”, “aclıq” deyib haray-həşir salıb yardım istəyəsən, digər tərəfdən isə göndərilən yükü qəbul etməyəsən? Bu, absurd yanaşma, siyasi möhtəkirlik  deyil, bəs nədir?! Özü də ən böyük möhtəkirlik, riyakarlıq.

Məqsəd təbii ki, hamıya bəllidir. Qarabağdakı erməniəsilli insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesini əngəlləməklə sülhə mane olmaq. İndiki dövrdə bu formada gözə kül üfürməklə nəyəsə nail olmağın dövrü keçib. Bu taktika ilə vaxt uzatmaq olar, amma müsbət nəticə əldə etmək qeyri-mümkündür. Bundan isə itirən tərəf Azərbaycan yox, ermənilər olacaq. 

Prezident bir daha ermənilərin havadarı - “böyük bacı” Makronun diqqətinə çatdırdı ki, Azərbaycan Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və digər şəhərlər dəvət edilib, ancaq onlar müxtəlif bəhanələrlə bundan imtina ediblər. 

Laçın yoluna gəldikdə isə Prezident daha sərt və konkret formada Azərbaycanın qəti mövqeyini ortaya qoyub. “Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər”. Bu isə o deməkdir ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Laçın yolu artıq gömrük keçid məntəqəsi kimi fəaliyyət göstərəcək və viza rejimi ilə gediş gəliş mümkün olacaq.

Azərbaycanla təzyiq, təhdid dili ilə danışmaq heç kimə fayda verməyib və verməyəcək də! 

Odur ki, bu gün fransızların Laçın sərhədinə doğru “yürüşü” iflasa uğrayacaq. Onların iki yolu var - ya Azərbaycanın dediyi formada hərəkət edəcəklər, ya da burnu ovula-ovula geri dönməli olacaqlar. Başqa üçüncü yol yoxdur. İstər Makronun telefon danışığı, istərsə də Fransanın “humanitar yük” şousu ermənilərə, Parisə, erməni lobbisinə və digər erməni havadarlarına soyuq duş olacaq.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı hələ də Ağdam-Xankəndi yolundadır.

Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, içərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bu hesabatın hazırlanmasında əsas məqsəd 4000-ə yaxın itkin düşmüş azərbaycanlının bugünədək naməlum qalan taleyi ilə bağlı məsələnin, habelə onların ailələrinin çağırışlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, itkin düşmüş şəxslər haqqında məlumatların verilməsinin təmin edilməsidir.

Məlumdur ki, bugünədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində bir neçə kütləvi məzarlıq aşkarlanıb və tapılan qalıqların eyniləşdirilməsi aparılaraq onların itkin düşmüş azərbaycanlılara məxsus olması öz təsdiqini tapır. Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir. Ombudsmanın hesabatında da bu mövzuya toxunulub və itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları təqdim etməsi üçün dünya ictimaiyyəti tərəfindən Ermənistana çağırışlar edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə itkin düşmüş şəxslərlə bağlı milli və beynəlxalq qurumlarla əməkdaşlıqda əldə edilmiş məlumatlar toplanaraq ümumiləşdirilib. Eyni zamanda, Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşlarının itkin düşmüş şəxslərin ailə üzvləri, ermənilər tərəfindən girovluqda saxlanmış şəxslərlə keçirdiyi görüşlər, bu görüşlər zamanı doğmalarının həmin şəxslər haqqında verdiyi məlumatlar hesabatda öz əksini tapıb.Bununla yanaşı, Ombudsmanın bugünədək bu sahədə həyata keçirdiyi fəaliyyətlə bağlı yerli və xarici mətbuatda yayımlanmış informasiyanın ümumiləşdirilməsi aparılıb, aidiyyəti foto və videomateriallardan istifadə edilib.

Hesabatın tam mətni ilə buradan tanış olmaq mümkündür.

Separatçılar üçün yük daşıyan fransız yük maşınları İrəvanın mərkəzindən yola çıxıb.

Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, onların Zəngəzurda Naxçıvanla şərti sərhəddən görüntüləri də yayılıb.

Üzərində təxribat xarakterli yazıları olan 10 TIR-ı Paris və Strasburq bələdiyyə başçıları müşayiət edir.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik Z.Həsənov 30 Avqust - Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin müdafiə nazirinin Türkiyə Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.

Xankəndiyə yardım aparan TIR-lar Ağdam yolunda gözləməyə davam edir. Son məlumatlara görə, yardımın erməni əhalisinə çatdırılması ilə bağlı danışıqlar aparılsa da, hələ ki, nəticə yoxdur. Yardımı aparan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Ağdam yolunda çadır quraraq, gecələyiblər.

Xankəndidəki separatçılar yardımı qəbul etməkdən imtina etdilər, hərçənd, onların erməni əhalisinin adından danışmaq hüququnun olmadığı da bəllidir. Sadəcə olaraq, separatçıların təzyiqi altında olan əhali proseslərə səssiz reaksiya verir.

Yardım TIR-ları Ağdam yoluna çatdıqdan sonra erməni mənbələr müxtəlif şaiyələr yaymağa başladı:

- Azərbaycan TIR-ları sülhməramlıların müşaiyəti ilə Xankəndiyə gedir;
- Azərbaycanlılar sülhməramlıların postunu keçdikdən sonra çadırlar qurmağa başlayıb;

Bu şaiyələr hazırlanan təxribatın bir hissəsi idi. Çünki informasiyaların yayılmasından sonra bir qrup erməni təxribatçı yardımın qarşısını kəsmək məqsədilə Ağdam yolunda Rusiya sülhməramlılarının postu qarşısına toplaşdı. Daha sonra çadırlar quraraq, həmin ərazidə gecələyəcəklərini bildirdilər. Bununla yanaşı, separatçıların "silahlı dəstələri” də həmin əraziyə gəldi. Erməni təxribatçılar Rusiya sülhməramlılarına qarşı da fiziki təzyiqə əl atıb. Yayılan görüntülər təxribatçıların sülhməramlıların avtomobilinə hücum etdiyini, rusiyalı hərbçiləri təhqir etdiyini təsdiq edir. Sülhməramlıların avtomobili ərazidən təcili şəkildə uzaqlaşaraq, xilas ola biliblər.

Ağdam yoluna toplaşanlar kimlərdir?

Onların erməni əhalisinin mövqeyini ifadə etmədiyi, bir qrup təxribatçı dəstə olduğu sirr deyil. Erməni mənbələr həmin şəxslərin Ruben Vardanyanın yaratdığı qondarma "Qarabağ təhlükəsizlik və inkişaf cəbhəsi”nin üzvlərinin olduğunu yazır. Təxribata qondarma təşkilatın "rəhbəri” Arşak Abramyan başçılıq edir.

Erməni təxribatı nəyi sübut edir?

Ağdam yolunda Azərbaycan TIR-larının qarşısının kəsilməsi "Qarabağda humanitar fəlakət yaşanır” iddialarını da ifşa etmiş olur. Çünki əgər "humanitar fəlakət” varsa, Ağdam yolundan yükləri qəbul etməlidirlər, etmirlərsə, manipulyasiya etdikləri təsdiqlənir. Bu baxımdan, rəsmi Bakının Ağdam yoluna yardım çıxarmaqla Ermənistanı və separatçıları dilemma qarşısında qoyduğu aydın görünür.

Dünya strateqləri siyasətlə şahmat arasında paralellik aparması təsadüfi deyil. Bu baxımdan da şahmat oyunu digər oyunlardan tamamilə fərqlənir. Əgər digər oyunlarda güc, fəndlər, taktika, fiziki hazırlıq, çeviklik əsas rol oynayırsa, şahmatda daha çox rəqibin üzərində qələbə çalmaq üçün təkcə öz oyununu qurmaq yox, eyni zamanda qarşı tərəfin hansı kombinasiyalar qurması və əks həmlələrlə planları pozub məğlub etmək qabliyyəti tələb olunur. Siyasətdə də eyni qayda işləyir. Əgər peşəkar siyasətçi gedən prosesləri düzgün müəyyənləşdirib dəyərləndirə bilmirsə və buna uyğun strateji, taktiki addımlarını müəyyənləşdirmirsə, uğur qazanmır. Ona görə də siyasəti əyani göstərmək imkanı baxımından şahmat oyunu olduqca maraqlı hesab olunur. Bəzən şahmatda olduğu kimi siyəsətdə də piyada və ya zəif oyunçu kimi gördüyün oyunçu özünü şah hesab edəni ağır məğlubiyyətə düçar edir. Ona görə də şahmatda olduğu kimi, siyasətdə də illüziyalara qapılmaq yox, reallığı soyuq başla adekvat şəkildə dəyərləndirib strateji düşünmək, qərar vermək, bacardığı qədər hadisələrin gələcək inkişaf tendensiyasını proqnozlaşdırmaq kimi vərdişlərə malik olmaq lazımdır. Bundan əlavə, lazımi əlverişli məqamı gözləyib, məhz o zaman hərkət etmək lazımdır. Belə olarsa, qələbə qaçılmazdır. Ona görə də yaxşı siyasətçi, yaxşı şahmatçı düşünməyi bacarmalıdır. Şahmatda olduği kimi siyasətdə də heç vaxt təsadüfi gedişlər olmur. Təsadüfi və ya yanlış səhvlər, bəxtə güvənmək acı nəticələrə gətirib çıxarır.

Keçək əsas mətləbə... Bu gün biz Cənubi Qafqazda gedən geosiyasi oyunları şahmat taxtasındakı oyun kimi hesab edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev siyasi səhnədə özünü dünyanın güclü qrossmeysteri olduğunu sübuta yetirərək, geosiyasi oyunda qələbə qazanaraq yeni reallıq yaradıb. Əldə etdiyi qələbəni qoruyub saxlamaq, onun dönməzliyini təmin etmək üçünsə proseslərə illüziyalara qapılmadan düzgün strategiya tətbiq etməklə davamlı qələbəsini qazanıb, mövqeyini möhkəmlədib, güclü oyunçu olduğunu təsdiq etməkdədir. Bu gün Ermənistan və havadarları İlham Əliyevin əlverişli məqamda hücum qabliyyəti nəticəsində məğlubiyyətə uğradılıb və uğradılmaqdadır. Məğlubiyyətlərini həzm etmək istəməyənlər, xüsusən də Fransa Azərbaycana qarşı etdiyi fitnə-fəsad Azərbaycan Prezidentinin “onluğ”u hədəfə alması və düzgün taktiki hücumu ilə iflasa uğradılıb. Çox təəssüflər olsun ki, Fransa bundan hələ də dərs çıxarmaq istəmir. Ola bilsin ki, illüziyalara qapılıb. Bilmək olmur. Fransa anlamalıdır ki, erməninin oyununa gedib növbəti təxribatlar cəhdləri etməklə sülhə əngəlliklər yaratmaq istəyir. Amma Azərbaycan Prezidentinin verdiyi bəyanatlar onu deməyə əsas verir ki, Fransanın gedişinə qarşı şahmatdakı kimi hansısa ciddi oyun kombinasiyası hazırlanır. Bakı növbəti dəfə də Fransanın bu oyununu pozacaq. Və gedişlər bunu deməyə əsas verir.

Bakının Xankəndinə yardım göndərməsi, artıq erməniləri və onların havadarlarını pat vəziyyətə salıb. Erməni tərəfi və onların havadarları Bakının göndərdiyi humanitar yardımı qəbul etməsələr, özləri özlərini oyundankənar və ya mat vəziyyətinə salmış olacaqlar. Odur ki, Azərbaycanın “Şah və mat!” deməyinə az qalıb. Bax, onda nə ermənilərin, nə erməni lobbisinin, nə Fransanın, nə də digər erməni havadarı olan oyunçuların şahmatdakı kimi heç “qala qurmaq” üçün də imkanları olacaq.

ABŞ və Qərbə Rusiyanın for-postu olan Ermənistan lazım deyil, ona görə də, rəsmi İrəvanın beynəlxalq dəstək almaq şansı getdikcə daha da zəifləyir... Azərbaycan-Türkiyə İttifaqı Ermənistanı Rusiyanın asılılığından xilas edə biləcək yeganə geopolitik iradə mərkəzidir, düşmənçilik davam edərsə, Qərbə çıxış "pəncərə"si həmişə qapalı qalacaq...

Cənubi Qafqazda geopolitik şərtlərin müəyyən edilməsi hüquqları yalnız iki dövlətin əlində cəmləşib. İndi bu region şəriksiz olaraq, Azərbaycan və Türkiyənin nəzarəti altındadır. Ona görə də, nə Rusiya, nə də ABŞ və Qərb Cənubi Qafqazın gələcək taleyində həlledici mövqe nümayiş etdirmək şansına sahib deyil. Və bu reallıq Ermənistanın xarici siyasət kursuna da birbaşa təsir göstərməyə başlayıb.

Cənubi Qafqazda yeni savaşın vaxtı məlum oldu: ABŞ, AB və Rusiya  Ermənistana necə dəstək verəcəkOnu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti son vaxtlar nə qədər Azərbaycan əleyhinə beynəlxalq təzyiq dalğası yaratmağa çalışsa da, rəsmi İrəvan real nəticələrdən çox-çox uzaqdır. Böyük ehtimalla rəsmi İrəvan da Azərbaycan və Türkiyə faktorunun Ermənistanın gələcək taleyini müəyyən edəcəyini anlayır. Sadəcə, Paşinyan hakimiyyəti bu reallığı Ermənistan cəmiyyətinə qəbul etdirmək üçün beynəlxalq məkanda bacardığı qədər siyasi manevrlər etmək məcburiyyətindədir.

Çünki beynəlxalq məkanda Azərbaycan qarşısında alınan hər sarsıdıcı məğlubiyyət Paşinyan hakimiyyətinə daxili ictimai rəyi dəyişdirmək şansı qazandırır. Hər halda, Paşinyan hakimiyyəti hazırda "biz əlimizdən gələn hər şeyi edirik, ancaq situasiyanı dəyişmək mümkün deyil" tezisinin Ermənistan cəmiyyətində qəbul edilməsinə cəhd göstərir. Və böyük ehtimalla rəsmi İrəvanın Ermənistanın gələcək taleyini xilas etmək planlarının effekti məhz bundan birbaşa asılıdır.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin əsas xarici siyasət hədəfinin Ermənistanı Rusiyadan uzaqlaşdırmaq olduğunu indi Kremldə də tam dəqiqliyi ilə bilirlər. Ancaq rəsmi İrəvanın bu hədəfi reallaşdırması qətiyyən asan deyil, əksinə, olduqca qəliz prosesdir. Xüsusilə də, Ermənistanın hərbi-siyasi, eləcə də, maliyyə-iqtisadi cəhətdən tamamilə Rusiyanın ovucunda olması Paşinyan hakimiyyəti qarşısında təhlükəli perspektiv vəd edir. Üstəlik, Rusiyadan uzaqlaşmaq üçün Ermənistana etibarlı alternativ də lazımdır.

Kamal Aliyev: Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdıra bulərmi? -  KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar MerkeziTəbii ki, İran Ermənistanı himayə edən ölkələrin sırasına daxildir. Ancaq Ermənistan üçün hətta Rusiya belə, İrandan daha sərfəli variantdır. Çünki İran Ermənistanı həm qoruya, həm də inkişaf etdirə biləcək ölkə deyil. Yəni, rəsmi İrəvan heç bir halda, Rusiyanı İranla əvəzləməkdə maraqlı olmaz. Və bu baxımdan, əslində, İran da Rusiya kimi, Ermənistanın əvvəl-axır arxa çevirəcəyi müvəqqəti tərəfdaşdır.

Ona görə də, Paşinyan hakimiyyətinin ABŞ və Qərbi hər imkanda Rusiyaya ən sərfəli alternativ kimi təqdim etməyə çalışması qətiyyən təəccüblü görünmür. Ancaq burada da rəsmi İrəvanın qarşısına olduqca ciddi əngəllər çıxır. Çünki ABŞ və Qərbə indiki Ermənistan heç bir halda, lazım deyil. Birincisi, Ermənistan Rusiyanın hərbi müttəfiqidir, Kremlin patronajlığı altında olan KTMT-nın üzvüdür. Ermənistanın ərazisində Rusiya hərbi bazası və rus sərhədçilər dislokasiya olunub. ABŞ və Qərb tamamilə Kremlin ovucunda olan Ermənistana siyasi, maliyyə-iqtisadi və hərbi-texniki dəstək vermək niyyətindən uzaqdır.

Belə vəziyyətdə Paşinyan hakimiyyətinin üzünü Azərbaycan və Türkiyə istiqamətinə çevirməkdən başqa çarəsi qalmır. Birincisi, Azərbaycan və Türkiyə Ermənistanla müqayisə edilməyəcək səviyyədə güclü iki qonşu ölkədir. Üstəlik, Ermənistanın Qərbə çıxış "pəncərə"si də məhz Azərbaycan-Türkiyə İttifaqının tam nəzarəti altındadır. Yəni, rəsmi İrəvanın Azərbaycan-Türkiyə İttifaqından yan keçərək, Qərbə yaxınlaşmaq şansına qətiyyən malik deyil.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblərVə bu iki Türk dövləti hazırda Ermənistan üçün mövcudluğu təyin edə biləcək əsas vahid geopolitik siyasi iradə mərkəzidir.

Təbii ki, bütün bunlar Paşinyan hakimiyyəti üçün real geopolitik labirint durumu yaradır. Çünki Ermənistan özü üçün Qərbə yeganə çıxış "pəncərə"si olan Azərbaycan-Türkiyə İttifaqı ilə düşmən münasibətlərə malikdir. Yəni, əgər, rəsmi İrəvan həqiqətən Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə yaxınlaşmaq şansı qazanmaq istəyirsə, deməli, mütləq Azərbaycan-Türkiyə İttifaqı ilə münasibətlərini düşmənçilik keyfiyyətindən çıxarıb, tərəfdaşlıq səviyyəsinə çatdırmalıdır. Əks halda, Ermənistan həmişə blokada şəraitində və Rusiyanın for-postu statusunda qalmalı olacaq.

Ona görə də, Paşinyan hakimiyyətinin qarşısında olduqca qəliz situasiya mövcuddur. Birincisi, Türkiyə ilə mövcud olan problemləri, xüsusilə də, Ermənistan konstitusiyasında və gerbində yer alan ərazi iddialarından imtina etməlidir. Əslində, baş nazir Nikol Paşinyan artıq bir neçə dəfə bu mövzuda Ermənistan cəmiyyətinə ehtiyatla müəyyən mesajlar verib. Halbuki, erməni radikal-revanşist siyasi dairələri buna kəskin müqavimət göstərməyə çalışırlar. Və bununla da, Ermənistanın gələcək mövcudluq şansını böyük risk altına atmış olurlar.

Digər tərəfdən, hətta Türkiyə ilə münasibətləri normallaşdıra biləcək addımların atılması belə, Paşinyan hakimiyyətinə rəsmi Ankaraya yaxınlaşmaq şansı vəd etmir. Çünki rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərini Azərbaycanla anlaşma variantına bağlayır. Yəni, əgər, Paşinyan hakimiyyəti Türkiyə ilə normal münasibətlərə can atırsa, ilk növbədə Azərbaycanın maraqlarını təmin etməlidir. Əks halda, rəsmi İrəvanın normallaşma cəhdləri iflasa məhkumdur.

Erməni media mənbələri - Rusiya Ermənistana “atıb”

Belə anlaşılır ki, Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyadan qoparıb, ABŞ və Qərbə yaxınlaşdırmaq niyyətinin perspektivi ilk növbədə məhz Azərbaycan-Türkiyə İttifaqından asılı vəziyyətə düşüb. Rəsmi İrəvan əvvəlcə Azərbaycan və Türkiyə ilə anlaşıb, problemlərini həll etməlidir. Yalnız bundan sonra Qərb siyasi məkanı ilə yaxınlaşma barədə düşünməlidir. Və Rusiyanın da buna bütün imkanları çərçivəsində kəskin müqavimət göstərməyə çalışacağını nəzərə aldıqda, planın reallaşma şansı hələlik o qədər də real görünmür.

Məsələnin digər maraqlı tərəfi də ondan ibarətdir ki, Ermənistanı Rusiyanın asılılığından xilas edə biləcək yeganə geopolitik iradə mərkəzi də məhz elə Azərbaycan-Türkiyə İttifaqıdır. Çünki rəsmi İrəvan Azərbaycan-Türkiyə İttifaqı ilə normal münasibətlər çərçivəsində iqtisadi-ticari əlaqələr qurmağa nail olarsa, bu, Ermənistanın həm hərbi-siyasi, həm də maliyyə-iqtisadi problemlərini həll edə bilər. Və bu halda, Ermənistan Rusiyadan asılılığı minimuma endirmək şansı qazanmış olar.

Belə anlaşılır ki, Ermənistan hazırda Azərbaycan-Türkiyə İttifaqının ovucundadır. Rəsmi İrəvan Türk İttifaqıyla düşmənçiliyi davam etdirərsə, Ermənistan üçün Qərbə çıxış "pəncərə"si həmişə qapalı qalacaq. Və bu, Ermənistanın tədricən əriyib, yoxa çıxması ilə bağlı təhlükəni daimi olaraq, reallıq səviyyəsində saxlayacaq.(musavat.com)

“Azərbaycan ərazisində separatizmin kökü birdəfəlik kəsilməlidir” - ÇAĞIRIŞLaçın yolu ilə bağlı Azərbaycana haqsız beynəlxalq təzyiqlər davam edir. Bir müddətdir ki, Ermənistanın başlatdığı “humanitar böhran” şousu çərçivəsində erməni havadarı olan təşkilat və ölkələrdən Azərbaycan əleyhinə bəyanatlar səsləndirilir. Bəyanatlar xüsusilə də, Qərb ölkə və təşkilatları tərəfindən səsləndirilir. Təzyiqlərin davam etdiyini Azərbaycan Prezidenti İlham Əliyev də səsləndirdi.

Ölkə başçısı Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı xatırlatdı ki, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulub: “Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar”.

“Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”, - deyə Prezident xatırlatdı.

Onu da bildirək ki, bu günlərdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər edib, müxtəlif fikirlər səsləndirib. Eyni zamanda, Fransanın Laçın yolu ilə bağlı məsələni yenidən BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq istədiyi məlumatları var. Ekspertlər bildirirlər ki, bütün bu təzyiqlərin bir neçə səbəbləri var.

DİA.AZ-ın məlumatına görə, mövzu barədə AYNA-nın suallarını cavablandıran Azərbaycan Milli Məclisinin üzvü Elşad Mirbəşiroğlu deyib ki, məsələyə keçmişdən üzü bu yana dayanaraq baxmaq lazımdır:

- 2020-ci ildən sonra Fransa başda olmaqla, Qərb ölkələri ATƏT-in Minsk Qrupu platformasını aktivləşdirməyə çalışdılar. Azərbaycan Prezidenti bu barədə qəti mövqeyini ortaya qoydu, “artıq münaqişə yoxdur, Minsk Qrupuna da ehtiyac yoxdur” mesajı verdi. Amma biz gördük ki, bu istiqamətdə kifayət qədər ciddi cəhdlər edildi, həmsədrlik institutunun bərpası istiqamətdində dəridən-qabıqdan çıxdılar. Bu gün də həmin cəhdlər davam edir. Məsələn, bu günlərdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər etdi. Biz onun Laçın yolu ilə bağlı erməni uydurmalarına qulaq asdığını gördük. ATƏT platformasında hansısa müzakirələrin başladılmasına cəhdlər edilir. Azərbaycana qarşı təzyiq elementlərindən biri də budur.

- Təzyiqlər hansı formadadır?

- Biz əslində bunu xeyli müddətdir müşahidə edirik. Ermənistanın “humanitar böhran” şousu, Laçın yolu ilə bağlı yaradılan süni ajiotaj bu təzyiqlərin bir növüdür. Hazırda Laçın yolu məsələsi və Qarabağda yaşayan ermənilərin vəziyyəti barədə siyasi spekulyasdiyalar davam edir. Bu spekulyasiyalar “Madrid prinsipləri”ni xatırladır. Bu sənədin müəllifi də Qərb idi, ATƏT idi. Yaxud da, 1997-98-ci illərdə ATƏT-in Minsk Qrupu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün üç variant irəli dürülmüşdü. Bu variantların hər birində də Ermənistana açıq dəstək mövcud idi. Bu gün ATƏT-in Minsk Qrupu platformasının reabilitasiya edilməsindəki cəhdlər onu göstərir ki, bölgədə geosiyasi mübarizənin şiddətləndiyini deməyə əsas verir. Amma unudurlar ki, artıq 1997-ci il deyil. Azərbaycan artıq ərazilərini işğaldan azad edib, ərazi bütövlüyü bərpa olunub.

- Geosiyasi mübarizə dedikdə nəyi nəzərdə tutursunuz?

- Qərb hesab edir ki, Azərbaycan-Ermənistan münasibətləri bütün hallarda Qərbdən gələn təşəbbüslər əsasında tənzimlənməlidir. Bu, Qərb ölkələrinin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracaq. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, vaxtilə əsasında danışıqlar aparılmış “Madrid prinsipləri”nə uyğun olaraq Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşsa da, açıq məsələ qaldı. Bu məsələ də Azərbaycan ərazisində yaşayan ermənilərin “statusu” məsələsidir.

“Madrid prinsipləri”ndə məsələ bu cür qoyulurdu: Laçın yolu dəhliz adlanırdı və Ermənistanla Xankəndi arasında əsas kommunikasiya xətti kimi qalırdı, “ermənilərin statusu” məsələsi də gələcəyə saxlanılırdı. Bu gün də bu prinsiplərə sadiqlik nümayiş etdirirlər, baxmayaraq ki, Azərbaycan mövqeyini açıq və qəti şəkildə qoyub. Yenə də o təşəbbüsləri eşidirik ki, hansısa beynəlxalq mexanizmlər tətbiq olunmalıdır, hansısa nəzarət qrupları regionda fəaliyyət göstərməlidir.

- Azərbaycanın bu təzyiqlər qarşısında geri çəkilməsi ehtimalı varmı?

- Əlbəttə, xeyr! Biz məsələnin bu cür inkişafına yol verə bilmərik. Ötən əsrin 90-cı illərində proses məhz bu cür başladı, sonrakı mərhələlər də bəllidir. Azərbaycan ərazisində separatizmin kökü birdəfəlik kəsilməlidir. Çünki biz keçmişdən dərs çıxarmışıq.

Azərbaycanın bugünkü strategiyası bütün ərazilərində suverenliyini təmin etməkdən ibarətdir. Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurmaqla tarixi addım atdı, ərazi bütövlüyünü təmin etdi. Bütün dünya Azərbaycanın formalaşdırdığı yeni geosiyasi konfiqurasiya ilə razılaşmaq məcburiyyətindədir.

- Amma bununla razılaşmayan ölkələr də qalır. Məsələn, Fransa Laçın yolu ilə bağlı məsələni yenidən BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq niyyətindədir...

- Təbii ki, Fransa əvvəlki mövqeyində qalır. Nə Ermənistan, nə də onun havadarları dinc dayanmaq fikrindədirlər. Cənab Prezident İlham Əliyev də bəyan etdi ki, biz hər zaman hazır olmalıyıq – həm siyasi cəhətdən, həm də hərbi cəhətdən.. Amma Azərbaycan ötən əsrin Azərbaycanı deyil. Bizim yolumuz Ermənistan bizim qonşumuz olduğu müddətdə Azərbaycanın təhlükəsizliyinə hər zaman təhdidlər qalacaq bütün ərazilərimizdə suverenliyimizi təmin etmək və Ermənistanın bütün təxribatlarının qarşısını qətiyyətlə, zamanında almaqdır. Bu istiqamətdə də addımlarımızı atırıq. Siyasi və hərbi müstəvidə mübarizəmiz davam edəcək.

Xəbər lenti