Rəsmi Bakı Azərbaycan diplomatiyasının timsalında Ermənistana qarşı növbəti beynəlxalq zəfərini qazandı... Azərbaycanın xarici dostları, xüsusilə də, Qoşulmama Hərəkatındakı tərəfdaşları Ermənistanı və beynəlxalq ermənipərəst dairələri məğlub etdilər...

Ermənistanın növbəti beynəlxalq propoqanda avantürası iflasa uğradı. Halbuki, rəsmi İrəvan Azərbaycana qarşı başlatdığı beynəlxalq propoqandaya böyük ümidlər bəsləyirdi. Hətta Ermənistanın siyasi dairələri Azərbaycana qarşı total hücumun nəticələrini əvvəlcədən təxmin etməyə də çalışırdılar. Və nəhayət ki, Azərbaycanı çətin vəziyyətə salmaq şansı qazandıqlarını düşünürdülər.

Ancaq Paşinyan hakimiyyətinin rəsmi Bakıya qarşı qurduğu planın əvvəlki mərhələləri kimi, son etapı da uğursuz oldu, hətta Ermənistan üçün biabırçı nəticələr ilə yekunlaşdı. Belə ki, rəsmi İrəvan BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana sarsıdıcı zərbə vurmaq niyyətində idi. Uzun müddət sülh danışıqlarında məğlub ölkə durumunda olan Ermənistan BMT-nin Təhlükəsizlik Şurasında Laçın postunun ləğvi ilə bağlı məsələnin müzakirəsinə nail olmaqla, bu vəziyyəti dəyişməyə can atırdı. 

Rəsmi İrəvanın müraciəti ilə keçirilən BMT Təhlükəsizlik Şurasındakı müzakirələrin nəticələri artıq məlum olduğundan indi ümumi situasiya daha aydın xarakter daşıyır. Paşinyan hakimiyyəti qarşıya qoyduğu hədəflərə demək olar ki, çata bilmədi. Əksinə, Ermənistanın içərisində olduğu əlverişsiz durum daha da ağırlaşdı.

bmt.jpg (57 KB)
Düzdür, Paşinyan hakimiyyəti nəhayət ki, Qarabağ və Laçın yolu ilə bağlı mövzuları BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu beynəlxalq platformaya çıxartmağa nail oldu. Ancaq rəsmi İrəvanın bundan başqa əldə etdikləri barədə Ermənistanı qane edəcək hansısa məqamı vurğulamaq qətiyyən mümkün deyil. Çünki BMT Təhlükəsizlik Şurasında sadəcə, müzakirələr oldu. Yəni, yığışdılar, danışdılar, sonra isə dağılışdılar.

Ermənistanın gözləntilərinin əksinə olaraq, BMT Təhlükəsizlik Şurasında heç qərar və ya qətnamə qəbul olunmadı. Bu isə o deməkdir ki, Azərbaycana qarşı hər hansı tələb irəli sürülməyib, öhdəlik müəyyən olunmayıb. Halbuki, erməni siyasi dairələri müzakirələr ərəfəsində rəsmi Bakının BMT Təhlükəsizlik Şurasında qəbul ediləcək qərarı icra etmək məcburiyyətində qalacağını iddia edirdilər.

Digər tərəfdən, Ermənistan müzakirələr zamanı ardıcıl olaraq, sarsıdıcı siyasi zərbələrə məruz qalmış oldu. Belə ki, əksər dövlətlərin təmsilçiləri "Dağlıq Qarabağ" deyil, Qarabağ ifadəsindən istifadə etdilər. Bu isə erməni siyasi terminologiyasının ən nüfuzlu beynəlxalq platformada öz əhəmiyyətini itirməsi anlamına gəlir.

Daha bir önəmli məqam Ermənistanın iddialarının əksinə olaraq, Laçın postunun ləğvi ilə bağlı tələbə verilən reaksiyadır. Çünki Laçın yolundan istifadənin vacibliyi vurğulansa da, Laçın postunun ləğvi tələb edilmədi. Üstəlik, Laçın yolu barədə danışılarkən, bir sıra ölkələrin təmsilçiləri açıq şəkildə Ağdam-Xankəndi marşrutuna yönəltməyin önəmli olduğunu da vurğuladılar. Bu isə rəsmi İrəvanın istəməyəcəyi bir məqamdır.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)
Belə anlaşılır ki, Ağdam-Xankəndi yolu ilə bağlı Azərbaycanın təklifləri beynəlxalq məkanda pozitiv və proqressiv variant kimi qəbul edilir. Yəni, rəsmi Bakı bu variantı beynəlxalq gündəmə çıxartmağa artıq nail olub. Paşinyan hakimiyyətinin bu variantdan imtina etməsi bundan sonra çox çətin olacaq və hətta Ermənistanın əleyhinə çevriləcək faktor rolunu oynayacaq. Və bu, şübhəsiz ki, Azərbaycan diplomatiyasının böyük uğurudur.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin "Stepanakert" deyil, Xankəndi ifadəsini istifadə etməsi Ermənistanın mövqelərinə sarsıdıcı zərbə xarakteri daşıyır. Çünki bu, o deməkdir ki, beynəlxalq məkanda erməni yalanları artıq yetirmir. Qarabağın Azərbaycan ərazisi, Xankəndinin isə Azərbaycan şəhəri olduğunu açıq şəkildə təsdiqləyirlər. Və bu, Ermənistanın iddialarının tamamilə iflas etməsi anlamına da gəlir.

Bütün bunlar onu göstərir ki, BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələr Ermənistanın tam məğlubiyyəti ilə nəticələnib. Bu müzakirələri belə izah etmək olar ki, Ermənistan BMT Təhlükəsizlik Şurasından "Qarabağ Azərbaycandır" mesajı aldı. Üstəlik, Ermənistan həm də dolayısı ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ölkə durumuna da düşmüş oldu. Və bundan sonrakı proseslərdə rəsmi İrəvan daha ağır şərtlərlə barışmaq məcburiyyətində qalacaq.

Məsələ ondadır ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasındakı müzakirələrdən əliboş ayrıldı. Üstəlik, rəsmi İrəvanın ənənəvi iddiaları bu müzakirələr sayəsində hətta sıfırlanma nöqtəsinə gəlmiş oldu. Deməli, rəsmi İrəvan yaxın vaxtlarda Azərbaycanın diqtə etdiyi bütün şərtləri qəbul etməyə də artıq dərhal hazırlaşmağa başlamalıdır.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)
Böyük ehtimalla Laçın yolu ilə bağlı mövzu artıq bitdi. Ermənistan həmin yoldan istifadə edə bilməyəcək. Paşinyan hakimiyyəti yaxın günlərdə "humanitar yük" karvanını da İrəvana doğru geri çevirməli olacaq. Çünki bu məsələ ilə bağlı Ermənistanın xeyrinə ola biləcək hər hansı məqam qalmadı. Ağdam-Xankəndi yolundan istifadə isə indi qaçılmaz xarakter daşıyır. Və bu yol erməniləri yalnız Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətinə aparacaq.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərarlar, hətta sanksiyalar xəyalı qursa da, əslində, Ermənistanın durumunu daha da ağırlaşdırdı. Yəni, rəsmi İrəvan Azərbaycana hücum hazırlayarkən, demək olar ki, Ermənistana zərbə endirdi. Paşinyan hakimiyyəti son vaxtlara qədər ənənəvi iddialarını BMT Təhlükəsizlik Şurasında əldən verib geri döndü.

Rəsmi Bakı isə Azərbaycan diplomatiyasının timsalında Ermənistana qarşı növbəti zəfərini qazandı. Azərbaycanın beynəlxalq dostları, xüsusilə də, Qoşulmama Hərəkatındakı tərəfdaşları Ermənistanı və beynəlxalq ermənipərəst dairələri məğlub etdilər. İndi rahatlıqla demək olar ki, Xankəndidə hələlik erməni var, ancaq problem yoxdur.(musavat.com)

Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 104 ili tamam olur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

Son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub.

Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illər yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.

2007-ci il iyunun 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2008-ci il sentyabrın 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başlayıblar.

Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Ulu Öndərin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib.

Bu gün DSX-nin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması, sözsüz ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısının təzahürüdür. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərinin toxunulmazlığının təminatı istiqamətində davamlı dinamik inkişafa nail olunub. Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və avadanlığın sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilir.

Müasir tələblərə cavab verən sərhəd zastavalarında, hərbi hissələrdə şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün tikilən, mebel və avadanlıqla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlətin əsas rəmzlərindən biri olan dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə dövlət sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin prioritet sahələrindən biri olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib.

Buna misal olaraq 2018-ci il fevralın 22-də Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar. Bu, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən biri kimi tarixə düşüb. Milli dövlətçilik tarixində ilk dəfə olaraq dövlət sərhədinin rəsmən müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin real nəticəsi, Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərin dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin daha bir göstəricisi, milli diplomatiyamızın növbəti uğuru olub.

Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısı, Azərbaycan sərhədçisinə olan inam və etibar dayanır.

Bu gün Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılıb. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıq ilə təchiz edilib, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin DSX tərəfindən təhvil alınması barədə tapşırıq vermişdi. Sərhədçilərimizə yüksək etimadın ifadəsi olan və Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması və burada xidməti-döyüş fəaliyyətinin DSX-nin Sərhəd Qoşunları tərəfindən təşkil edilməsi, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlər həyata keçirildi. Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı oldu.

Uzaqgörənliklə atılmış bu addım Azərbaycan sərhədçilərini həm də daha böyük amala - ən müqəddəs vəzifə olan bütün sərhədlərimizin mühafizəsi yolunda böyük sınaq idi. Bu sınaqdan üzüağ çıxan Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsinə və sərhədlərimizin mühafizəsinə nail olunması yolunda əsl qəhrəmanlıq və şücaət göstərdi.

Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edildi. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və qəhrəmanlıq göstərdilər.

Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edildi, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancıldı, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olundu.

Dövlət Sərhəd Xidməti tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görülüb, bu ərazilərdə iyirmiyə yaxın yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əsas təyinatı dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsidir. Dövlət sərhədlərimizin bütövlükdə mühafizə olunması Azərbaycan sərhədçisinin ən böyük amalı, ən vacib missiyasıdır. Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.

Bu müqəddəs vəzifənin sərhədçilərimiz tərəfindən ən yüksək səviyyədə yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daim qiymətləndirilir. Dövlətimizin başçısının ötən gün imzaladığı sərəncamlarla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin 131 əməkdaşının ali rütbə, orden və medallarla təltif edilməsi sərhədçilərimizin xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirmələrinə və vətənpərvərliyinə verilmiş ali diqqət və qayğının növbəti təzahürüdür.

Azərbaycan sərhədçisi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu yüksək diqqət və qayğısından bəhrələnərək göstərilən etimadı layiqincə doğrultmaq üçün bundan sonra da Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağa, xidməti vəzifələrini ən yüksək səviyyədə yerinə yetirməyə daim hazırdır.

 

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

“Azərbaycan Bayrağı” ordeni ilə

Şirinzadə Firuz Böyükağa oğlu – general-leytenant

Mustafayev İlkin Aydın oğlu – polkovnik-leytenant

Səfərov Elvin Sərraf oğlu – polkovnik-leytenant

Quliyev Anar Sədi oğlu – kapitan

2-ci dərəcəli “Rəşadət” ordeni ilə

Yunisli Ziya Rauf oğlu – kapitan

3-cü dərəcəli “Rəşadət” ordeni ilə

Hüseynov Naseh İbrahim oğlu – polkovnik

Nağıyev Murad Tofiq oğlu – polkovnik

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

İbrahimov Elçin Zaur oğlu – general-leytenant

Abuzərli Natiq Zahid oğlu – general-mayor

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Rəsul Rasim oğlu – polkovnik

Nağıyev Məhəmməd Biladon oğlu – polkovnik

Rəhmanov Elşən Sabir oğlu – polkovnik

Abdullayev Anar Arif oğlu – polkovnik-leytenant

Səfiyev Mübariz Məhəmməd oğlu – mayor

“Vətən uğrunda” medalı ilə

Dünyamalıyev Ağamirzə Bəhman oğlu – polkovnik

Həbibov Elnur Arif oğlu – polkovnik

Mirzəyev Mirzə Adil oğlu – polkovnik

Baxşıyev Ravil Sabir oğlu – polkovnik-leytenant

Umudov Xəyyam Ehsan oğlu – 2-ci dərəcəli kapitan

Rzayev Emin Salam oğlu – kapitan

“İgidliyə görə” medalı ilə

Pirimov Ceyhun Ələkbər oğlu – tibb xidməti leytenantı

“Hərbi xidmətlərə görə” medalı ilə

Abbasov Aftandil Qabil oğlu – polkovnik-leytenant

Abdullayev Ruslan Mehman oğlu – polkovnik-leytenant

Əkbərov Yusif Mürsəl oğlu – polkovnik-leytenant

Əzimova Gülnar Bəhram qızı – polkovnik-leytenant

Quliyev Elməddin Çingiz oğlu – polkovnik-leytenant

Məmmədli Rəhman Bayram oğlu – polkovnik-leytenant

Nağıyev Yaşar Tofiq oğlu – polkovnik-leytenant

Sadiqov İsmayıl Rəfael oğlu – polkovnik-leytenant

Əliyev Vəfadar Çingiz oğlu – mayor

Lazımzadə Azər Xudaverdi oğlu – mayor

Mirzəyev Elçin Cavanşir oğlu – mayor

Müslümov Elçin Qəşəm oğlu – mayor

Məmmədov Cavid Yusif oğlu – kapitan

Niftullayev Tural Calal oğlu – kapitan

Salahov Rəşad Maarif oğlu – kapitan

Səmədov Etibar İlqar oğlu – kapitan

Əliyev Əlizadə Eyyub oğlu – baş leytenant

Hüseynov Şamxal Əli oğlu – baş leytenant

Qarayev Toğrul Əhməd oğlu – baş leytenant

Quliyev Rəvan Əyar oğlu – baş leytenant

Nəcəfov Samir Əli oğlu – baş leytenant

Ramazanov Elvin Allahverdi oğlu – baş leytenant

Abdullayev Vüsal Fikrət oğlu – baş gizir

Cəlilova Dilşad Həsən qızı – baş gizir

Xanbutayeva Zabitə Firudin qızı – baş gizir

Mikayılova Şəlalə Elman qızı – baş gizir

İsaqzadə İlkin Yasin oğlu – gizir

Zeynalov Məqsəd Əsəd oğlu – kiçik gizir

Mənafov Emil Nazim oğlu – kiçik çavuş

Hüseynov Elnur Azər oğlu – əsgər

Hüseynov Ruslan Vidadi oğlu – əsgər

Novruzlu Nihad Elburus oğlu – əsgər.

Polkovnik Babək Mürsəl oğlu Ələkbərova “general-mayor” ali hərbi rütbəsi verilib.

Yol-xeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezident İlham Əliyev polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova da “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80 milyon manat vəsait ayrılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Sərəncamla Maliyyə Nazirliyinə bu sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı məsələnin müzakirəsi fiaskoya uğradı.

Bunu açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, bir aya yaxın idi ki, ermənilər Azərbaycana qarşı beynəlxalq səviyyədə “humanitar böhran”, “blokada”, “aclıq” adı altında haray-həşir salıb kampaniya başlatsalar da, nəticədə bu kampaniya da iflasa uğradı.

“Ermənistan havadarlarının və erməni lobbisinin səyi nəticəsində məsələ BMT Təhülkəsizlik Şurasının iclasında müzakirəyə çıxarılsa da, heç bir yekun sənəd qəbul edilmədi. Sadəcə, dinləmələr oldu və orada bütün iştirakçılar məsələ ilə bağlı mövqeyini səsləndirdi. Fransa xaric çıxış edən digər dövlətlərin təmsilçisi, əslində, Azərbaycanın təkliflərini dəstəkləyərək məsələnin həllinə tərəfdar olduqlarını qeyd etdilər. Azərbaycanın təmsilçisi Yaşar Əliyev isə erməni tərəfinin “humanitar böhran”, “aclıq”la bağlı səsləndirdiyi bütün iddiaları alt-üst edərək növbəti dəfə onların iç üzünü, riyakarlığını, yalanını açıb ortaya qoydu. Bir sözlə, Azərbaycan Prezidentinin hücum diplomatiyası öz bəhrəsini verdi və erməniləri növbəti ağır məğlubiyyətə düçar etdi”, – o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan bir daha dünyanın ən mötəbər beynəlxalq təşkilatında öz ədalətli mövqeyini qətiyyətli şəkildə müdafiə edərək qarşı tərəfi ifşa etməyi bacardı:

“BMT TŞ-nin dünən keçirilən iclasından bu nəticələrə gəlmək olar:

- Ermənilərin Azərbaycana qarşı növbəti təbliğat kampaniyası darmadağın edildi və bu onlara ağır zərbə oldu.
- Beynəlxalq aləm Azərbaycanın sülh təkliflərini məqbul saydılar.
- Ağdam-Xankəndi yolunun açılması BMT səviyyəsində səsləndirildi və bu yolun açılması ilə bağlı beynəlxalq səviyyədə ustalıqla ictimai rəy formalaşdırıldı. Yəni Qarabağdakı erməni icması öz tələbatını bu yoldan istifadə etməklə təmin etməlidir. Bu yolun eyni zamanda Qarabağdakı erməni icmasının reinteqrasiyasında müstəsna rol oynayacağı qeyd edildi.
- Laçın SBM Ağdam-Xankəndi yolu ilə paralel fəaliyyət göstərməlidir.

Bir sözlə, BMT TŞ iclası ermənilərin gözləntilərini doğrultmadı və onların ümidlərini puça çıxardı. Odur ki, erməni tərəfinin Azərbaycanın şərtlərini qəbul etməkdən başqa alternativi qalmır. Ya onlar bunu xoşluqla qəbul edəcəklər, ya da Azərbaycan güc tətbiq etmədən beynəlxalq hüququn verdiyi imkanlardan beynəlxalq norma və prinsiplərinə uyğun şəkildə buna nail olacaq. Gücədək yetərincə hüquqi cəhətdən təsir mexanizmləri mövcuddur və Azərbaycan bu təsir rıçaqlarından faydalanmaqla erməniləri məğlub duruma salacaq”.

“İnanıram ki, Azərbaycan-İndoneziya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubunda ifadə edib.

İndoneziya Prezidentinə və onun simasında dost İndoneziya xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlətimizin başçısı bu bayram günündə Coko Vidodoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.

“İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcək”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yazıb.
Qabon Prezidentini və onun simasında bütün xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən Prezident İlham Əliyev bu əlamətdar gündə Ali Bonqo Ondimbaya ən xoş arzularını çatdırıb, dost Qabon xalqına əmin-amanlıq və rifah diləyib.

“Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri arasında danışıqlar prosesi birbaşa olmalıdır”.

Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko BMT TŞ-nin dünən keçirilən iclası ilə bağlı danışarkən deyib.

O, iclasda Rusiyanın mövqeyinin mahiyyəti ilə əlaqədar bildirib ki, Qarabağ ermənilərinə Azərbaycan vətəndaşı kimi yanaşılır.

“Regionda heç bir xarici hərbi kontingent olmayacaq - yalnız Rusiya sülhməramlı kontingenti. Ağdam-Xankəndi yolunun (və Zəngəzur dəhlizinin) işə salınması lazımdır, o zaman Laçın yolu işə düşəcək. Moskva Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqlədi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın alternativi yoxdur”, - o bildirib.

Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri post-münaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir.

Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri post-münaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir.

Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüquq normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini nəhayət ki, anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.

BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyi barədə verilən bəyanatları yüksək qiymətləndiririk.

Müzakirələr, Azərbaycanın "Ağdam-Xankəndi" yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yarattığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi.

Bundan başqa, bəzi üzv dövlətlər tərəfindən Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının etirafı regionda müəyyən çağırışların aradan qaldırılması istiqamətində perspektivli addımdır.

Azərbaycanın müzakirələrdə qeyd etdiyi kimi, ölkəmiz Ermənistana iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif edib. Digər tərəfdən, Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Hər iki istiqamətə sadiq olduğumuz kimi, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda da əzmliyik.

Azərbaycan normallaşma gündəliyinin irəli aparılmasında həqiqətən maraqlı olan və bununla da regionda çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq üçün öz töhfəsini vermək istəyən, habelə bu istiqamətdə müvəffəq olan bütün tərəflərlə konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir.

Xəbər lenti