prezidentle-xanimi-neftcalaya-getdi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala rayonunda yeni inşa olunan məktəbin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalada Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər.

Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.

Prezident İlham Əliyev Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Ali Məhkəmənin sədri İnam Kərimov Məhkəmə-Hüquq Şurasının üzvü olub.

"Report"un xəbərinə görə, o, Məhkəmə-Hüquq Şurasının üzvü kimi fəaliyyətə başlayıb.

Belə ki, Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Onun tərkibi əsasən hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olur. Ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla İnam Kərimov Ali Məhkəmənin sədri təyin edilib.

Prezident və xanımı Neftçalada - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

Londonda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları İcmasının rəhbəri Fəridə Pənahova Ermənistanda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə məktubla müraciət edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Məktubda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşmələri səbəbinə aydınlıq gətirilib, hərbçilərimizə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib. Bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.

Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılık aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb.

Azərbaycanlı hərbçilərə işgəncə verilməsini qətiyyətlə pisləyən icma rəhbəri britaniyalı naziri bu məsələyə müdaxilə etməyə çağırıb: “Böyük Britaniyanın beynəlxalq hüququn pozulmasına dözməyəcəyinə dair dünyaya aydın mesaj göndərməyimiz və bizim bu iki əsgər barədə ədalətə nail olmaq üçün səylər göstərən
Azərbaycan hökuməti ilə həmrəy olduğumuzu bildirmək vacibdir. Biz inanırıq ki, insan haqlarını və qanunun aliliyini müdafiə etməklə biz dünyanı hamı üçün daha təhlükəsiz və daha ədalətli məkana çevirə bilərik”.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

G7 ölkələri Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşmasını alqışlayıblar.

Bu barədə Böyük yeddilik ölkələrinin XİN başçılarının birgə bəyanatında deyilib.

“Biz ölkələr arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına və regionda gərginliyin azaldılmasına yönəlmiş təşəbbüsləri, o cümlədən İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasına dair son razılaşmanı alqışlayırıq”, - deyə sənəddə qeyd olunub.
Məlumat üçün qeyd edək ki, G7 ölkələrinin (ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya, Kanada, İtaliya və Yaponiya) xarici işlər nazirlərinin builki görüşünə Yaponiya ev sahibliyi edir./oxu.az

İran təbliğat maşınının İFŞASI - İlahiyyatçı fars agentlərinin adlarını AÇIQLADI

““Vilayəti fəqih” deyilən bir sistem var. Bu sistemi 1979-cu ildə İran qurub. Bu layihənin də hədəfi dünyada yaşayan bütün şiələri vahid mərkəzdən idarə etməkdir. Mahiyyət də budur ki, hər bir mömin hansısa müctəhidə-alimə tabe olmalı, onu təqlid etməlidir. Bütün dini ayinləri və ritualları həmin alimin fətvaları ilə icra etməlidir.

Əgər bunu etmirsə, onda həmin adamın bütün ibadəti batildir. Uzun müddət molla-fars rejimi bu üsulla Azərbaycanda təbliğat aparıb. Məsələn, Azərbaycanda çox populyar olan və çoxlarının da alim kimi təqlid etdiyi Lənkərani, Xorasani, Şirazi, Sistani kimi molla-fars rejiminin agentləridir. Onlardan Sistani İraqda yaşasa da fars kökənlidir. Yəni, fars rejiminin adamıdır”.

Bunu Bizim.Media-ya molla-fars rejiminin casus şəbəbkəsindən danışan ilahiyyatçı Tural İrfan deyib.

O, bildirib ki, burda yeganə hədəf insanları idarə etmək deyil, həm də onları iqtisadi cəhətdən istismar etməkdir:

“Fars alimlərinə biət edən möminlər xüms və zəkatı da onlara ödəyirlər. Nəticədə hər il milyonlarla vəsait İrana axır. Təsadüfi deyil ki, Azərbaycandan da hər il külli miqdarda vəsait toplanıb, İrana ötürülürdü. Vaxtilə İranın Bakıda xüsusi nümayəndəsi otururdu. 44 günlük müharibədən sonra getdi”.

İlahiyyatçı məsələnin digər narahatlıq doğuran tərəfinə də toxunub:

“İnanclı şiələrin 95 faizi İran alimlərini təqlid edirlər. Ən pisi də odur ki, məscidlərin axundlarının tam əksəriyyəti İran alimlərini təqlid edirlər. Hazırda istənilən şiə axundundan soruşsan ki, kimə təqlid edirsən? O da cavabında İrana bağlı hansısa müctehidin adını çəkəcək. Son 35 ildə mömin şiələrin şüruna məqsədli şəkildə yeridilib ki, hansısa müctehidə təqlid etməsən sənin ibadətin batildir”.

Tural İrfan bir vacib məqama da diqqət yetirməyi vacib sayır:

“İranda uzun illər təhsil almış azərbaycanlı dindarlar var. Amma molla-fars rejimi həmin dindarların heç birinə alimlik dərəcəsi verməyib. Bunun da səbəbi yuxarıda sadaladığımız səbəblərdir. İran bütün vasitələrlə mömin soydaşlarımızdan maddi və siyasi məqsəd üçün istifadə etməyə çalışıb. Son vaxtlar casus şəbəkəsinin ifşası istiqamətində ciddi iş aparılır.

Amma bu şəbəkəsini çökdürmək üçün uzun zaman lazımdır. Çünki, bu gün axundlar, rəsmi din xadimləri və sadə dindarlar sözdə İrandan üz çevirdiklərini desələr də, əməldə yenə də molla-fars rejiminin agenti olan müctehidlərə təqlid edirlər. Ona görə də ilk növbətə “vilayəti fəqih” sistemi aradan qaldırılmalıdır. Yoxsa İranin casus şəbəkəsini ləğv eləmək çox çətin olacaq. Hesab edin ki, ibadətə yeni başlayan insana ən çox verilən sual bu olur: “Kimi təqlid edirsən? Əgər təqlid elədiyin müctehid yoxdursa, onda sənin ibadətin batildir”.

Paşinyan Azərbaycana qarşı Rusiyadan kömək istəyəcək... - Və bununla da...

Daşnakların Ermənistan dövlətçiliyinin itirilməsi üçün hazırladığı sxem belədir: 1. Ermənistan Azərbaycanla yaxınlaşmağa doğru gedir; 2. Daşnaklar təxribat törədir; 3. Azərbaycanlılar cavab verir; 4. Ermənistan itkilər verir; 5. Paşinyan reytinqini itirir.

Axar.az xəbər verir ki, bunu erməni bloger İşxan Verdiyan Feysbuk səhifəsində yazıb.

“Göründüyü kimi, sxemdə Paşinyanın heç bir halda reytinq qazanması mümkün deyil. Baş nazir kreslosundan gedəcək və onun yerini daşnak (rus agenti, başqaları yoxdur) tutacaq.

Bunun pis tərəfi odur ki, dövrün iterasiyalarından birində Azərbaycanın cavabı Ermənistan üçün dözülməz hala gələndə Paşinyan KTMT-ni köməyə çağıracaq. Bu zaman isə “əlvida, dövlətçilik” deyə bilərik.

Yəni Ermənistan heç bir çıxış yolu olmayan tələyə salınır”, - o bildirib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində atəş açılması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə MN məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatı həqiqəti əks etdirmir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl Qorxmaz oğlu İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib.

M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub.

O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.

M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə ğörə” medalı ilə təltif olunub. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank” ASC Təhlükəsizlik Departamentin direktoru olub.

Arzu Yusif oğlu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xəbər lenti