Ermənistan-Azərbaycan münaqişəsi böyük regional müharibəyə çevrilə bilər - Görünəni odur ki...Ermənistan Rusiya əvəzinə Hindistandan silah almağa başlayıb. Bu barədə “The Moscow Times” yazır.

Hindistan İran ərazisindən keçməklə Ermənistana silah və sursat daşınmasına start verib. KİV-in məlumatına görə, iyulun 26-da Nurduz sərhəd-keçid məntəqəsindən silah və döyüş sursatı olan karvan keçib. İlkin olaraq yük İranın Ərəb körfəzindəki Bəndər-Abbas limanına çatdırılıb, daha sonra isə Ermənistana gedib.

Hindistandan Ermənistana silah tədarükü son bir ildə iki ölkənin hərbi nümayəndələri arasında fəal görüşlərin nəticəsi olub. Mart ayında Ermənistanın müdafiə naziri Suren Papikyan bildirmişdi ki, son bir il ərzində ölkənin silahlı qüvvələri xeyli miqdarda yeni silah alıb: minaatanlar, zenit-raket kompleksləri, tank əleyhinə qurğular, pilotsuz uçuş aparatları, həmçinin minalardan təmizləmə üçün avadanlıqlar, rabitə və gecə müşahidə qurğuları.

Ermənistan hakimiyyəti 2023-cü ildə müdafiə büdcəsinin 46% artıraraq, 1,3 milyard dollara çatdırıb. İyulun 26-da baş nazir Nikol Paşinyan Müdafiə Nazirliyinə əlavə olaraq 6,5 milyon dollar ayrılması barədə göstəriş verib.

Hindistan Rusiyanı Ermənistanın ən böyük silah tədarükçüsü qismində əvəz etməyə çalışır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesablamalarına görə, Rusiya 2011-2020-ci illərdə Ermənistana ən böyük silah ixracatçısı olub və bu müddət ərzində ölkə ordusunun demək olar ki, bütün əsas silahlarını təmin edib. Ukraynada müharibə başlayandan sonra Ermənistana silah çatdırılması da dayandırılıb.

Ermənistan may ayında Rusiyanın silah ixracı müqavilələrini pozmaqda davam etməsindən şikayətlənib. Rusiyadan sifariş edilən S-400 sistemlərini almayan Hindistanın ardınca Ermənistan hakimiyyəti də Rusiyanın öhdəliklərini yerinə yetirmədiyini açıqlayıb.

Bəs Hindistanın Ermənistanı silahla təchiz etməyə başlaması Cənubi Qafqazda sabitlik üçün nə dərəcədə ciddi təhlükədir? Bu hansı nəticələrə səbəb ola bilər? Və bütün istəyinə baxmayaraq silahlanmada Azərbaycan və Türkiyə ilə paritet əldə etməsinin mümkün olmadığını dəqiq başa düşsə də, bütün bunlar İrəvanın ümumiyyətlə nəyinə lazımdır?

DİA.AZ-ın məlumatına görə, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini Fuad Çıraqov Press Kluba açıqlamasında bildirib ki, Ermənistanın 2023-cü ildə hərbi büdcəsini 46% artırması faktı onun sülh istədiyini, problemin dinc yolla həllində maraqlı olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, ona qarşı ərazi iddialarından əl çəkdiyini iddia edənlərə cavab olmalıdır.

Çıraqov təəssüflə deyir ki, Azərbaycan və Ermənistan arasında vasitəçi olduqlarını iddia edənlər Ermənistanın etməyə çalışdıqlarına məhəl qoymurlar. “Ermənilər bir tərəfdən danışıqlar prosesini ləngitmək və hamını sülh prosesinin əsas gündəliyindən yayındırmaq üçün hər şeyi edirlər, digər tərəfdən isə bu vaxtdan istifadə edərək yeni silahlar almağa və onları silahlı qüvvələrinə inteqrasiya etməyə tələsirlər. Ermənistanın istəyi çox sadədir – minimum məqsəd olaraq diqqətdən kənarda qalmaq. Maksimum məqsəd isə 2020-ci ildən sonra yaranmış reallığı tamamilə dəyişdirə bilsələr, danışıqlarda mövqelərini gücləndirmək və Azərbaycanı mümkün qədər sıxışdırmaqdır”, – deyə tədqiqatçı bildirir.

“Təəssüf ki, Hindistan regiondakı potensial strateji maraqlarını düzgün hesablamır. Mən onların Ermənistana xalis maliyyə qazancı kimi silah satmasına başqa heç bir əsas tapa bilmirəm. Ermənistan Hindistan üçün strateji faydalı ola bilməz, çıxılmaz vəziyyətdə olan ölkədir, onun dəmir yolları Avrasiyada Cənub-Şimal layihəsində strateji baxımdan yaxın gələcəkdə Hindistana faydalı ola bilməyəcək. Azərbaycanın dəmir yolu və nəqliyyat infrastrukturu artıq işləyir və heç bir böyük sərmayə qoymadan Şimal-Cənub layihəsinin yüklərini daşıya bilir. Silah satışına təkcə nə qədər qazana biləcəyiniz prizmasından deyil, həm də strateji maraqlar prizmasından baxmaq lazımdır. Sadəcə olaraq, Azərbaycan və Ermənistanla ticarət dövriyyəsinə, onun ötən il nə qədər artdığına və gələcəkdə hansı potensiala malik ola biləcəyinə baxmaq lazımdır. Düşünürəm ki, gec-tez Hindistan öz səhvini anlayacaq, lakin Ermənistana silah satması faktı münasibətlərə mənfi təsir göstərəcək və onlar bunu düzəltməli olacaqlar.

Silahların İran ərazisindən ötürülməsi heç kimi təəccübləndirmir. Onlar buna icazə verməsəydilər, təəccüblənərdik”, – Çıraqov yekunlaşdırıb.

Hərbi-siyasi elmlər doktoru, professor Vaxtanq Maisayın (Gürcüstan) sözlərinə görə, bölgəmizdə bir növ silahlanma yarışı başlayıb.

“Hesab edirəm ki, Ermənistan, İran və Hindistandan ibarət qeyri-rəsmi olsa da, yeni hərbi-siyasi blokun yaranması tendensiyası var. Bu mümkündür. Silah xərclərinin artması ilə bağlı yuxarıdakı statistik məlumatlar onu göstərir ki, İrəvan hansısa yolla geostrateji manevr etmək və müttəfiqlərini dəyişmək niyyətindədir. Yəni, Rusiya əvvəlki illərdə göstərdiyi bütün mövqe dəyişikliklərinə baxmayaraq, yenə də Ermənistanın strateji tərəfdaşı olaraq qalacaq. Lakin hesab edirəm ki, eyni zamanda yeni hərbi-siyasi blokun xüsusiyyətləri də ortaya çıxacaq ki, bu da Rusiyanın yeni Şimal-Cənub geoiqtisadi layihəsinin həyata keçirilməsi ilə şübhəli şəkildə eyniləşir. Orada da bu dövlətlərdən dördünün də adı var – Rusiya, Ermənistan, İran, Hindistan”, – professor deyir.

O, Paşinyanın hiylə işlətdiyini, hazırkı rəqiblərini aldatmaq, onların sayıqlığını birtəhər kütləşdirmək istədiyini düşünür. “Hazırda Hindistandan gələn silahların tədarükü Şimal-Cənub layihəsinin həyata keçirilməsi ilə üst-üstə düşür. Moskva üçün bu planın potensialı Çin üçün “Bir kəmər – bir yol”un potensialı ilə eynidir. Düşünürəm ki, Hindistan Türkiyə, Azərbaycan və Pakistan arasında formalaşmaqda olan hərbi müttəfiqlik əlaqələrini nəzərə alaraq, bütün bunlarda iştirakını güc balansı yaratmaq zərurəti kimi görür. Regionda hərbiləşmə yaxşı heç nəyə gətirib çıxarmayacaq. Axı buna cavab olaraq Azərbaycan və Türkiyə də hərbi qüdrətlərini gücləndirmək üçün tədbirlər görür. Düşünürəm ki, iki belə blokun qarşıdurması qısa müddətdə ehtirasların qızışmasına gətirib çıxara bilər ki, bu da fərqli səviyyəli münaqişənin – regional müharibənin başlaması ilə nəticələnə bilər”, – Maisaya xəbərdarlıq edir.

“Eyni zamanda, Ermənistanın silahlanmaq cəhdləri həqiqətən onu deməyə əsas verir ki, İrəvan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gecikdirmək, “əzələlərini möhkəmlətmək”, nəfəsini dərmək və gərginliyin yeni mərhələsini başlamaq istəyir. Və biz burada İranla Azərbaycan arasında çətin adlandırıla bilən münasibətlər amilini də nəzərə almalıyıq”, – deyə elmlər doktoru yekunlaşdırıb.
Zəngəzur dəhlizi masada: Ərdoğan nəyə işarə vurdu? - GƏLİŞMƏ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Zəngəzur dəhlizi ilə bağlı danışıb.

O, Azərbaycanın xarici işləri naziri Ceyhun Bayramovu qəbul edərkən, Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin həyata keçiriləsinin vacib olduğunu vurğulayıb.

Həmçinin, Türkiyənin xarici işlər naziri Hakan Fidan da azərbaycanlı həmkarı ilə görüşündə bu məsələyə toxunub:

“Qarabağın bərpasına, yenidən dirçəldilməsinə dəstəyimiz davam edəcək. Güclü Türkiyə güclü Azərbaycandır və güclü Azərbaycan güclü Türkiyədir. Beynəlxaq ictimaiyyət tərəflər arasında ayrı-seçkilik etməməlidir. Onlara çağırış edərək bildirir ki, regionda sülhü dəstəkləsinlər. Regionda sabitliyə gedən yol sülhün imzalanmasından keçir. Zəngəzur dəhlizinin açılması da önəmli rola sahibdir”.

Bununla da rəsmi Ankara Zəngəzur dəhlizi məsələsində öz mövqeyini bir daha ortaya qoydu və Azərbaycanın yanında olduğunu növbəti dəfə beynəlxalq aləmə bəyan etdi.

Cebhe.info-ya açıqlama verən politoloq Murad Sadəddinov bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı bütün məsələlər üçtərəfli Bəyanatda öz əksini tapıb:

“Yəni o zaman Azərbaycan tərəfi Qarabağdakı müharibəni dayandırmaq üçün bir neçə şərt irəli sürdü.

Ağdam, Kəlbəcər və Laçının təhvil verilməsi ilə yanaşı, Ermənistan tərəfi Azərbaycanla Naxçıvan arasındakı quru yolu əlaqəsinin bərpa olunmasına dair öhdəlik götürdü. Biz də onun əvəzində ermənilərə Laçın yolundan istifadə etməyə imkan yaratdıq.

Təəssüflər olsun ki, onlar həmin yoldan humanitar məqsədlər üçün deyil, mina və silah-sursat daşımaq üçün istifadə etdilər. Ona görə də həmin yol bağlıdır. Amma Ermənistan tərəfi həmin yolun açılmasını istəyir və beynəlxalq aləmə müraciət edir. Hətta dünyada erməni təbliğatının təsiri altında olan siyasətçilər Laçın yolunun açılması ilə bağlı fikirlər səsləndirirlər”.

Politoloq qeyd edib ki, bütün bunların fonunda Türkiyə tərəfi Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında 30 ildən çoxdur blokadanın mövcud olduğunu beynəlxalq aləmin yadına salır:

“Ermənistan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında istər kommunikasiya, istərsə də energetikanın təmin olunması baxımından öhdəlik götürsə də, bununla bağlı heç bir iş görməyib.

Nəzərə alaq ki, Türkiyə kimi regionun aparıcı dövləti, Rəcəb Tayyib Ərdoğan kimi nüfuzlu siyasi lider bir daha beynəlxalq aləmə müraciət edərək, Zəngəzur dəhlizinin tezliklə açılmalı olduğunu vurğulayıb. Məhz Zəngəzur dəhlizinin açılması Azərbaycanın mövqeyini möhkəmləndirir”.

Bakı və İrəvan sülh bağlasa, Rusiya gedəcək - EUReporter

Cənubi Qafqazda sülh Rusiyanın regiondakı hegemonluğuna son qoyacaq.

Axar.az xəbər veror ki, bu barədə “EUReрorter"də dərc olunan məqalədə bildirilib.

Qeyd olunub ki, münaqişənin bitməsi Rusiyanın məğlubiyyəti və regionda təsir rıçaqlarının itirilməsi anlamına gələcək:

Məqalədə vurğulanıb ki, Azərbaycan tərəfinin Qarabağ ermənilərinə humanitar yardım daşımaq üçün təklif etdiyi Ağdam-Xankəndi yolunun bağlanması Kremlin himayədarı Vardanyanın təşəbbüsü ilə olub:

“Bu, sadəcə sübut edir ki, digər iki tərəf faktiki olaraq sülhə can atsa da, Kreml regionda sabitliyi pozmaqda qərarlıdır.

Regionda möhkəm sülh Azərbaycandan enerji resurslarının tədarükü üçün yeni nəqliyyat dəhlizlərinin açılması, Rusiyadan yan keçməklə Çin və digər Asiya ölkələrindən yüklərin daşınması deməkdir. Bu, Kremlin enerji şantajına son qoyacaq və Avropaya mal idxalını ucuzlaşdıracaq. AB və ABŞ-ın Bakı ilə İrəvan arasında danışıqlar prosesində fəal iştirakı və regionda vəziyyətin sabitləşməsi Moskvanı Cənubi Qafqazdakı mövqeyindən məhrum edəcək. Bu, həm də Ermənistanın son olaraq Qərbə yönləndirilməsinə töhfə verəcək".

“Münaqişənin (Azərbaycan və Ermənistan arasında) bitməsinin məğlubiyyət və regionda təsir rıçaqlarının itirilməsi demək olduğu yeganə güc Rusiyadır”.

Bu barədə “EUReporter”in Avropa nəşri yazır.

Qeyd olunur ki, Azərbaycan tərəfinin Qarabağ ermənilərinə humanitar yardımın daşınmasını təklif etdiyi Ağdam-Xankəndi yolunun bağlanması, Kremlin himayədarı Vardanyanın təşəbbüsü olub.

“Bu, sadəcə, sübut edir ki, digər iki tərəf faktiki olaraq sülhə can atsa da, Kreml regionda sabitliyi pozmaqda qərarlıdır”, - məqalədə vurğulanır.

“Regionda möhkəm sülh Azərbaycandan enerji resurslarının tədarükü üçün yeni nəqliyyat dəhlizlərinin açılması, Rusiyadan yan keçməklə Çin və digər Asiya ölkələrindən yüklərin daşınması deməkdir. Bu, Kremlin enerji şantajına son qoyacaq və Avropaya mal idxalını ucuzlaşdıracaq. Aİ və ABŞ-nin Bakı ilə İrəvan arasında danışıqlar prosesində fəal iştirakı və regionda vəziyyətin sabitləşməsi, Moskvanı Cənubi Qafqazdakı mövqeyindən məhrum edəcək. Bu həm də Ermənistanın son olaraq Qərbə yönləndirilməsinə töhfə verəcək”, - qəzet qeyd edir.

İlham Əliyevin “China Media Group”a müsahibəsi - CANLI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” telekanalına müsahibə verib.

Avqustun 1-də müsahibənin qısa versiyası “Euronews” telekanalında yayımlanıb.

Müsahibəni tam versiyasını təqdim edirik:

Müxbir: Cənab Prezident Əliyev, bizi burada qəbul etdiyinizə görə Sizə çox minnətdarıq. Bu bölgə Cənubi Qafqazın yeni tarixində bəzi ən zorakı epizodların cərəyan etdiyi səhnə olub. Bununla belə, 2020-ci ildəki sülh razılaşmasından sonra gərginlik hələ də tam aradan qalxmayıb. Daimi düşmənçiliyi Siz nə ilə əlaqələndirirsiniz?

Prezident İlham Əliyev: Demək çətindir. Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq.

Müxbir: Elə mən də onu soruşmaq istəyirdim. Sözünüzü kəsdiyimə görə üzr istəyirəm. Siz bu yaxınlarda Brüsseldən qayıtmısınız. Sülh danışıqlarının növbəti raundu keçirildi. Bir çox insan tərəfindən bu danışıqlar Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə aparan ümid kimi qarşılandı. Ən sonuncu raunddan sonra ümidli olmaq bizim tərəfdən düzgün olardımı?

Prezident İlham Əliyev: Bəli, ümidli olmaq düzgün məsələdir. Lakin deməliyəm ki, sülh danışıqları xarici işlər nazirləri tərəfindən aparılır. Brüsseldəki görüşlərimiz Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Əslində, həmin görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir.

Müxbir: Məsələn.

Prezident İlham Əliyev: Sərhədlərin gələcək parametrləri ilə bağlı məsələ, çünki Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır. Sovet İttifaqının süqutu ərəfəsində biz həmin təcavüzlə üzləşdik. Onda sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Çünki İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə sülh variantını tapa bilərik. Bəlkə ilin sonunadək.

Müxbir: Danışıqlar haqqında sonra daha çox söhbət edəcəyik. Lakin mənim üçün soruşmaq maraqlıdır ki, vəziyyəti nizamlamağa cəhd edən çox beynəlxalq iştirakçı olub. Avropa İttifaqı danışıqlar masasına nəyi gətirir?

Prezident İlham Əliyev: Əslində, 1992-ci ildən etibarən, hələ işğal dövründə danışıqlar apardığımız zaman Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki düşünürük ki, Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik.

Müxbir: Sizin fikrinizcə, Qərbin, yəni Avropa İttifaqının və həmçinin Birləşmiş Ştatların artan vasitəçiliyi bu regionda daha ənənəvi gücdə – Rusiyada qıcıq yarada bilərmi? Rusiyanın Ukrayna ilə məşğul olması faktı Azərbaycan ilə Ermənistanın ümumi razılığa gəlməsi üçün müəyyən imkan yaradırmı?

Prezident İlham Əliyev: Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik. Yeri gəlmişkən, xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar aparılıb. Hazırda biz bu ayın sonunda danışıqların raundunu Rusiyada keçirmək barədə Rusiyadan dəvət aldıq və bununla razılaşdıq. Beləliklə, əgər hər hansı digər məkan olarsa, əlbəttə ki, biz razılaşacağıq, çünki bizim üçün razılığa gəlmək və nəticə əldə etmək vacibdir. Əlbəttə, müəyyən siyasi rəqabəti, bəzi iştirakçıların daha fəal olmaq cəhdlərini anlayırıq, lakin biz bunu yalnız alqışlaya bilərik. Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq.

Müxbir: Rusiya ilə uzun tarixi və əhatəli münasibətlərinizin olduğunu anlayıram. Sizin fikrinizcə, Rusiyanın hazırda bölgədəki təsiri necədir?

Prezident İlham Əliyev: Bilirsiniz, region haqqında demək mənim üçün çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir. Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini, sadəcə, müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə çox şey dəyişməyib, çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var. Bu, xüsusən də indiki dövrə aiddir. Layihələr enerjinin inkişafına aiddir. Əlbəttə ki, mədəniyyət sahəsi də çox vacibdir.

Müxbir: Hazırda Siz məhz enerji sektorunda Qərblə bir çox razılaşmalar əldə etmisiniz. Elədirmi?

Prezident İlham Əliyev: Bəli, Qərblə var. Lakin bu, uzun müddət əvvəl əldə edilib və o vaxt biz Bakıdan İtaliyaya vahid boru kəməri sistemini qurmaq təşəbbüsünü irəli sürdük. O, mərhələli şəkildə icra olundu və onun yekun mərhələsi iki ildən çox əvvəl icra olunmuşdur. Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Əlbəttə, Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək. Lakin yenə də Rusiya ilə münasibətlərimiz nöqteyi-nəzərindən, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra çox şey dəyişməyib.

Müxbir: Burada olan vəziyyət haqqında danışaq. Beynəlxalq Ədalət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi, ABŞ və Avropa İttifaqı hamısı Laçın dəhlizinin bağlı qaldığı təqdirdə, əhalinin potensial qaydada girova düşmək təhlükəsini qeyd edərək, həmin dəhlizdə hərəkət azadlığına dair zəmanətləri tələb ediblər. Hazırda Laçın dəhlizində baş verənlər haqqında nə deyə bilərsiniz?

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi. Bununla belə, həmin yerdəki vəziyyət dəyişməyə başladı. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi. Bu sərvət bizə məxsusdur. Bir neçə xarici şirkət qızıl və mis mədənlərimizi qeyri-qanuni olaraq istismar edirdilər. Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra aydındır ki, bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı. Sonra isə noyabrda həmin iş yenidən başladı. Vətəndaş cəmiyyətinin nümayəndələri rus sülhməramlılarından xahiş etdilər ki, mədənlərdə nəyin baş verdiyini görmək üçün orada monitorinq keçirsinlər. Biz gördük ki, dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Həmin yerə getmək hüququmuz təmin edilmədi və beləcə vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma yenə də yol bağlı deyildi. O, tam azad idi və hərəkət azad idi.

Müxbir: Yəni, o, heç vaxt bağlanmamış, hərəkət heç zaman dayandırılmamışdır?

Prezident İlham Əliyev: Xeyr, xeyr!

Müxbir: Onda fikrinizcə, həmin təsisatlar xüsusən də Azərbaycandan niyə bunları soruşurlar? Onlar qeyd edirlər ki, Siz həmin sahənin ətraf hissəsinə cavabdehsiniz. Siz hərəkət etmək azadlığını təmin etməlisiniz. Sizcə, nəyə görə onlar Sizi hədəfləyirlər?
Prezident İlham Əliyev: Əslində, Beynəlxalq Ədalət Məhkəməsi bizə öz ismarışını ünvanladı ki, hər hansı hərəkətin pozulmaması üçün biz vətəndaş cəmiyyətinin fəalları ilə danışaq. Biz bunu etdik. Biz Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsini qurduqdan dərhal sonra, - bu, bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir, – biz burada Şuşadakı nümayəndəm vasitəsilə QHT nümayəndələri ilə danışdıq ki, həmin fəaliyyəti dayandırsınlar. Onlar bunu etdilər və getdilər. Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb. Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. İyunun 15-də Ermənistan digər hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı.

Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar, çünki...

Müxbir: Yük maşınları, sadəcə, sürücülər tərəfindən istifadə olunurdu...

Prezident İlham Əliyev: Bəli, lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir.

Müxbir: Laçın dəhlizi, sərhəd-keçid məntəqəsi və bu, çox mühüm keçid yolu məsələsinin indi sülhə əngəl olan əsas maneələrdən biri olduğunu deyərdinizmi?

Prezident İlham Əliyev: Mən belə düşünmürəm. Çünki Laçın-Xankəndi yolundakı vəziyyət biz aprel ayının 23-də sərhəd-buraxılış məntəqəsi yaradanda yerində dəyişdi. O vaxta kimi bizim sülh razılaşmasına gəlmək üçün iki il yarım vaxtımız var idi. Yeganə əngəl Ermənistanın rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəməməsi idi. Bəli, onlar bunu bəyanatlarla, şifahi bəyanatlarla edirdilər. Bu da mövqeyin ifadə edilməsinin bir yolu idi, lakin onlar sənədə imza atmalı idilər. Odur ki, mən bu iki məsələnin bir-biri ilə bağlı olduğunu düşünmürəm. Çünki Ermənistanla aparılan sülh danışıqlarının uğurlu bir ssenari ilə yekunlaşacağına ümid edirəm və bunun yaxın aylarda baş verəcəyinə ümidvaram.

Müxbir: Düşünürəm ki, indi Sizə ünvanlayacağım suala artıq cavab vermisiniz. Amma mən istənilən halda Sizin burada olduğunuza və Sizə sual vermək üçün çoxlu imkanımın olmayacağına görə yenə bu sualı Sizə vermək istəyirəm. 2020-ci ildə hər iki tərəfdən təxminən 5 min insan tələfatı oldu. Mən burada idim, mən Dağlıq Qarabağa gəlmişdim və həlak olmuş bir çox erməni əsgərlərinin anaları ilə görüşdüm. Həmçinin Azərbaycanda işləyən həmkarlarım sayəsində digər tərəfin, Sizin tərəfin ağrısı və acısının da şahidi oldum. Lakin mən müharibəyə və oğlunun ölümünə görə siyasətçiləri günahlandırdığını deyən bir ana ilə danışdığımı xatırlayıram. O, siyasətçilərin müharibə tələsinə düşmədən məsələləri diplomatik yolla həll etməli olduqlarını deyirdi. Siz missiyanızın nədən ibarət olduğunu deyərdiniz? Missiyanız müharibədə qalib gəlmək, yoxsa dayanıqlı sülhə nail olmaqdır?

Prezident İlham Əliyev: Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq. Beləliklə, bu, artıq tamamlanmış bir nömrəli missiya idi. İndi isə biz sülh haqqında danışırıq.

Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Demək olar ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acıya baxmayaraq, biz qisas almadıq. Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri bizə təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Bu, bizim onları buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur. İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual atlına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik.

Müxbir: Siz artıq əhaliyə və dövlətlərə mesajlar, o cümlədən təminatlar vermisiniz ki, istəsələr onlara qalmağa icazə veriləcək, onlar qorunacaqlar və burada yaşamağa icazə veriləcək. Bu gün ola bilsin ki, bizi izləyən ermənilərə mesajınız varmı? Şərt deyil bu, hökumət olsun, mən bilirəm, Siz baş nazir Paşinyanla təmasdasınız və ona mesaj göndərmək üçün bizim kameralarımıza ehtiyacınız yoxdur. Bəs ola bilsin ki, bizi izləyən başqa ermənilərə gəlincə necə? Bu gün qarşı tərəfə mesajınız nədən ibarətdir?

Prezident İlham Əliyev: Mən bu barədə düşünməmişəm, çünki həyatımda ilk dəfədir ki, mənə bu sual verilir.

Müxbir: Həqiqətənmi?

Prezident İlham Əliyev: Bəli. Düşünürəm ki, mən sualı iki hissəyə bölərdim. Birincisi, əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.

Beləliklə, erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımız bir vaxtda? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm.

Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Rusiya sülhməramlıları yox idi, onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.

Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, - hazırkı və bundan əvvəlki “liderlər”, - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər.

Burada, Şuşada işğal dövründə tikilmiş üç villa var. Maraqlanırsınızsa, sizə onları göstərə bilərlər. Bu villalar Qarabağ ermənilərinin liderləri üçün tikilmişdi. Onlar bunu özləri üçün tikmişdilər. Şəhər tamamilə xarabalıqlar içərisində idi. Sizin indi gördükləriniz, o cümlədən bu “Qarabağ” hoteli, icra hakimiyyətinin binası, mehmanxanalar və hər şey bizim yenidənqurma prosesinin başlanğıcıdır. Onlar şəhərin ən yaxşı yerində özləri üçün 3 villa tikiblər. O insanlar ki, bu gün həmin qondarma, tanınmamış respublikaya rəhbərlik edirlər. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm.

Müxbir: Prezident İlham Əliyev, “Euronews”a müsahibə verdiyiniz üçün təşəkkür edirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Müsahibədən sonra Prezident İlham Əliyev “Euronews”un müxbirinə işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri barədə məlumat verdi.

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - CANLI YAYIM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” telekanalına müsahibə verib.

Avqustun 1-də müsahibənin qısa versiyası “Euronews” telekanalında yayımlanıb.

Müsahibəni tam versiyasını təqdim edirik:

Rəsmi Bakı dəfələrlər bəyan edib ki, istənilən revanşist hərəkətin və sülh danışıqlarını pozacaq  təxribatların qarşısı yerindəcə alınacaq. Bunun ağır bədələni Ermənistan dövlətçiyili və ermənilər ödəməli olacaq.

Son Vaşinqton, Brüssel və Moskva görüşündən sonra da ermənilərin sülh prosesini pozmaq istiqamətindəki növbəti təxribat cəhdləri boşa çıxdı. Bakının qətiyyətli və sərt mövqeyi qarşısında nəinki boşa çıxdı, bəlkə də indiyədək üzləşmədikləri ən pis çıxılmaz duruma düşdülər. Əgər əvvəlki təxribatlarda erməni ordusu itkiyə məruz qalıb geri çəkilirdisə, bu dəfə ermənilər öz  düşünülməmiş prosesləri düzgün dəyərləndirə bilmədiklərindən bütövlükdə Ermənistanın dövlətçiyliyinin gələcək taleyi, dünya erməniliyinin gücsüzlüyü, acizliyi, geosiyasi proseslərdə heç bir rol oynamadığı, ancaq bəzi güclərin əlində alət olduqlarını ortaya qoymuş oldular.  Nəticələri hesablanmayan bu təxribat cəhdlərinin iflasa uğraması, bütövlükdə dünya erməniçiliyinə sarsıdıcı zərbə vurdu. Bunu bəlkə də, dünya erməniliyinə 44 günlük müharibədən sonra vurulan ikinci ən ciddi sarsıdıcı zərbə hesab etmək olar. Onları çarəsiz bir vəziyyətə saldı. Çünki onlara havadarlıq edən güclər belə, yekunda Bakının qətiyyətli mövqeyi qarşısında geri çəkilib, irəli sürdüyü şərtlər daxilində danışıqların davam etdirilməsini qəbul etdilər. Erməniləri də Bakının şərtlərini qəbul etməyə çağırdılar. 

Nəticədə Xankəndidəki terrorçu-quldurlar Bakının şərtlərini qəbul edib danışıqlara getmək zorunda qaldılar. Artıq Yevlaxda belə bir görüşün keçirilməsi nəzərdə tutulur. 

Ermənistan hakimiyyətinin “humanitar şou”su isə çox biabırçı şəkildə sonuclanacaq. 19 TIR necə deyərlər, “suyu tökülə-tökülə” üzüqara insanlar kimi başıaşağı gəldiyi kimi yenidən  İrəvana dönəcək. 

Son hadisələr bir daha sübut etdi ki, Cənubi Qafqazın gündəliyini müəyyən edən və şərtləri diktə edən Azərbaycandır. Qəbul etməyənin isə aqibəti bəlli... Çox ağır bədəl ödəmək...

Erməni tərəfi növbəti belə bir acı bədəl ödəmək istəmirsə, o zaman Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın şərtlərini qəbul etməli və qısa zamanda bunun icrası istiqamətində real addımlar atmalıdır. Əks təqdirdə, onları daha ağır məğlubiyyət gözləyir. Şərtlərin qəbul edilməməsi isə hətta Ermənistan dövlətçiliyini sual altına alacaq.

Son olaraq deyə bilərik ki, Ermənistanın və ermənilərin gələcək taleyi Yevlaxda müəyyənləşəck.

Rəsmi Bakı dəfələrlər bəyan edib ki, istənilən revanşist hərəkətin və sülh danışıqlarını pozacaq  təxribatların qarşısı yerindəcə alınacaq. Bunun ağır bədələni Ermənistan dövlətçiyili və ermənilər ödəməli olacaq.

Son Vaşinqton, Brüssel və Moskva görüşündən sonra da ermənilərin sülh prosesini pozmaq istiqamətindəki növbəti təxribat cəhdləri boşa çıxdı. Bakının qətiyyətli və sərt mövqeyi qarşısında nəinki boşa çıxdı, bəlkə də indiyədək üzləşmədikləri ən pis çıxılmaz duruma düşdülər. Əgər əvvəlki təxribatlarda erməni ordusu itkiyə məruz qalıb geri çəkilirdisə, bu dəfə ermənilər öz  düşünülməmiş prosesləri düzgün dəyərləndirə bilmədiklərindən bütövlükdə Ermənistanın dövlətçiyliyinin gələcək taleyi, dünya erməniliyinin gücsüzlüyü, acizliyi, geosiyasi proseslərdə heç bir rol oynamadığı, ancaq bəzi güclərin əlində alət olduqlarını ortaya qoymuş oldular.  Nəticələri hesablanmayan bu təxribat cəhdlərinin iflasa uğraması, bütövlükdə dünya erməniçiliyinə sarsıdıcı zərbə vurdu. Bunu bəlkə də, dünya erməniliyinə 44 günlük müharibədən sonra vurulan ikinci ən ciddi sarsıdıcı zərbə hesab etmək olar. Onları çarəsiz bir vəziyyətə saldı. Çünki onlara havadarlıq edən güclər belə, yekunda Bakının qətiyyətli mövqeyi qarşısında geri çəkilib, irəli sürdüyü şərtlər daxilində danışıqların davam etdirilməsini qəbul etdilər. Erməniləri də Bakının şərtlərini qəbul etməyə çağırdılar. 

Nəticədə Xankəndidəki terrorçu-quldurlar Bakının şərtlərini qəbul edib danışıqlara getmək zorunda qaldılar. Artıq Yevlaxda belə bir görüşün keçirilməsi nəzərdə tutulur. 

Ermənistan hakimiyyətinin “humanitar şou”su isə çox biabırçı şəkildə sonuclanacaq. 19 TIR necə deyərlər, “suyu tökülə-tökülə” üzüqara insanlar kimi başıaşağı gəldiyi kimi yenidən  İrəvana dönəcək. 

Son hadisələr bir daha sübut etdi ki, Cənubi Qafqazın gündəliyini müəyyən edən və şərtləri diktə edən Azərbaycandır. Qəbul etməyənin isə aqibəti bəlli... Çox ağır bədəl ödəmək...

Erməni tərəfi növbəti belə bir acı bədəl ödəmək istəmirsə, o zaman Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın şərtlərini qəbul etməli və qısa zamanda bunun icrası istiqamətində real addımlar atmalıdır. Əks təqdirdə, onları daha ağır məğlubiyyət gözləyir. Şərtlərin qəbul edilməməsi isə hətta Ermənistan dövlətçiliyini sual altına alacaq.

Son olaraq deyə bilərik ki, Ermənistanın və ermənilərin gələcək taleyi Yevlaxda müəyyənləşəck.

“Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar”.

Bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.

 İki ölkənin konvoy planı baş tutmadı: Azərbaycan əməliyyatlara başlayır – Kritik gəlişmə

Ağdam-Xankəndi yolunun açılmasına qarşı separatçıların dirəniş göstərməsi tək onlarla bağlı deyil. Separatçılara sadəcə olaraq orada bir rol ayrılıb. Eyni zamanda Ermənistan öz havadarları ilə şərtlərini Azərbaycana qəbul etdirmək istəyir. Qarşı tərəf düşünür ki, onun şərtləri qəbul ediləndir. Amma hər hansı bir dövlətin ərazisinə hümanitar yardım icazə verilən marşurutdan keçə bilər. Bundan kənarda başqa bir yerə israr edilməsi legitim deyil. Azərbaycan Konstitusiyası da Laçın yolundan istifadəni məhz bu şərtlər altında tanıyır.

Bunu Teleqraf.com-a politoloq Yeganə Hacıyeva deyib.

O qeyd edib ki, beynəlxalq hüquq Ermənistana Laçın yolundan keçidi tanımır:

“Çünki bura Azərbaycan ərazisidir. Ermənistan isə başqa dövlətdir. Ora gələn TIR-lar isə Ermənistana məxsusdur. Eyni zamanda Laçın yolunun bağlı olması Qarabağın resurslarını talayanlar üçün problemlər yaradıb. Çünki onlar taladıqları resursları çıxara bilmir. Hümanitar yük adı altında iri tonnajlı maşınları ona görə gətiriblər ki, onlar geri dönəndə həmin resursları çıxara bilsinlər. Bununla da hümanitar konvoy adı altında talanmış resursların buradan çıxarılması təmin olunacaqdı”.

Politoloq hesab edir ki, bu əslində Rusiya və Fransanın birgə əməliyyatıdırır:

“Laçın yolunun aktuallığının itməsi ilə rus sülhməramlılarının Azərbaycan ərazisində yerləşməsi aktuallığını itirir. Ona görə də, Laçın yoluna Ermənistanı təşviq etməklə faktiki olaraq Rusiya sülhməramlıların bu yola nəzarət imkanlarını saxlamağa çalışır. Paralel olaraq Fransa buradadır. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin mənasız açıqlaması isə burada heç bir məna kəsb etmir”.

Yeganə Hacıyeva vurğulayıb ki, proses yekunda onların Ağdam-Xankəndi yolundan istifadəsi ilə nəticələnəcək:

“Çünki burada başqa yol yoxdur. Beynəlxalq hüquqla da bu cürdür. Bundan öncə onların üç istiqamət üzrə cəhdləri iflasa uğramışdı. Xankəndidə aclıq aksiyasi ifşa oldu. Beynəlxalq Ədalət Məhkəməsi Laçın dəhlizi ilə bağlı tənzimləmənin Azərbaycanın daxili işi olduğunu qeyd etdi. Bunun ardınca eyni yanaşmanı Avropa İnsan Haqqları Məhkəməsi tanıdı. Çünki burada hüququn interpertasiyası yoxdur. İndiki cəhd isə erməni tərəfinin nümayişkaranə sonuncu cəhdidir. Azərbaycanın isə əslində bununla Qarabağda olan qanunsuz silahlılara qarşı konstitusiya ilə legitim addım atmaq hüquqları tanınmış oldu”.

Bakının tanınmış DYP rəisi işdən çıxarılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, C.Ələkbərov Bakının tanınmış DYP rəislərindən biridir. Onun adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.

Sonuncu dəfə isə mediada onun rüşvət alması ilə bağlı səs yazıları yayılmışdı.

O zaman C.Ələkbərovla bağlı səs yazısını yayan şəxs həbs edilmişdi.

Xəbər lenti