Ağır məğlubiyyətə uğrayan Ermənistan

Ermənistan hakimiyyəti artıq özünün məkrli və hiyləgər “humanitar şou”sunun girovuna çevrilib. Çıxılmaz vəziyyətə düşən İrəvan nə irəli, nə də geri addım ata bilir. Ermənistan növbəti dəfə Bakının daha düşünülmüş, qətiyyətli və sərt cavabı ilə öz qazdıqları quyuya yenə də özləri düşmüş oldular. Nəticədə “şou”nun müəllif və rejissorları gözlədiyi nəticə ala bilmədilər.
Hiyləgər və məkrli planın müəllifləri hesab edirdilərsə, bununla nəinki erməni cəmiyyətinin, həmçinin beynəlxalq birliyin Azərbaycana təzyiqini təşkil edib onu geri çəkməyə vadar etməyi düşünürdülərsə, yanıldılar.

Birincisi, erməni cəmiyyəti, xüsusən də siyasi palitrada, politoloqlar və ekspertlər cəmiyyəti də bunu “şou” hesab edirlər. Onlar hesab edir ki, bu “şou” erməni cəmiyyətini birdəfəlik Qarabağdan əl çəkməyə xidmət edir. Yəni Paşinyan hakimiyyəti bununla erməni cəmiyyətinə və onu buna vadar edən mərkəzlərə mesaj verir ki, bax, gördünüz, əlimizdən gələni etdik, amma alınmadı.

İkincisi, məqsədinə nail olunmayan “şou” Ermənistanın güczüs və zəif olduğunu dünyaya bir daha nümayiş etdirdi.

Üçüncüsü, beynəlxalq birliyin, xüsusən də sülh danıqşılarında vasitəçi rolunda iştirak edən dövlətlərin və maraqlı güclərin Azərbaycana qarşı təzyiqini təşkil etmək planı iflasa uğradı. Beynəlxalq birlik və maraqlı tərəflər fəaliyyətlərini ancaq bəyanat verib tərəfləri gərginlik yaratmaqdan geri çəkilmək barədə çağırış oldu. Çünki beynəlxalq aləm də əvvəlcədən tərəflər arasında razılaşdırılmayan “humanitar şou”nun beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğundan, belə bir “şou”ya dəstək nəticədə beynəlxalq praktikada xoş olmayan presidentlərə gətirib çıxara bilər. Hətta təbii fəlakətlər və digər böhranlarda dövlətlər humanitar yardım göstərmək istəyərkən yardıma ehtiyacı olan ölkə ilə razılaşdırıb bunu edir. Bu, bir beynəlxalq norma və praktikadır.

Dördüncüsü, İrəvan “humanitar şou” adı altında Azərbaycana qarşı beynəlxalq mediada informasiya müharibəsinə nail olmaq istəyirdi. Amma bu məsələdə də planları iflasa uğradı.

Beşincisi, sülh prosesində iştirak edən ölkələrlə Azərbaycanı qarşı-qarşıya qoymaq planı da puç oldu. Başda ABŞ olmaqla nə Qərb, nə də Moskva məsələdə Bakıya qarşı sərt çıxış etdi. Sülh platformasının iştirakçıları tərəfləri gərginlik yaratmaqdan geri addım atmağa çağırdı. Hətta ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti ilə telefon danışığında Bakının təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadəni bir daha gündəmə gətirməli oldu.
İrəvanın “humanitar şou” aksiyasına isə Bakının adekvat cavabı daha sərt oldu. Bakı Qarabağda əlini azərbaycanlıların qanına bulaşdıran cani Vaqif Xaçaturyanı həbs etməklə ermənilərə və onun havadarlarına “ağlınızı başınıza yığın” ciddi mesajını vermiş oldu. Bununla demək istədi ki, bu cür oyunbazlıqla Azərbaycana təzyiq etmək mənasız və absurd yanaşmadır. Sülh şərtləri bəllidir və Bakı şərtləri açıqlayıb. Əgər sülhə mane olan təxribatlar davam edərsə və ya bundan manipulyasiya, spekulyasiya edilərsə, o zaman Bakı daha sərt addımlara əl ataraq sülhəməcburetmə taktikasına əl ata bilər və bu istisna deyil. Vaqif Xaçatryanın həbsi bunun bariz nümunəsidir.
Xaçatryanın həbsi eyni zamanda Ermənistandakı revanşistlərə, Xankəndidəki terrorçu-quldur dəstəsinə və onların havadarlarına da ciddi mesaj idi. Əgər onlar hesab edirdilərsə ki, onlar törətdikləri bəşəri cinayətlərdən xilas olacaqlar, yanılırlar. Xaçatryanın həbsi bunu bir daha sübut etdi ki, günün birində onların da qolları qandallanıb ədalət mühakiməsi qarşısına çıxarılacaqlar və layiqli cəzalarını alacaqlar.

Yekun olaraq onu qeyd etmək olar ki, ermənilər nə qədər belə hiyləgər və məkrli oyunlar quracaqsa, Azərbaycan tərəfinin də həmin oyunları pozub onları öz qazdıqları quyuya salmaq üçün cavab tədbirləri də mövcuddur. Azərbaycanın cavab addımları ilə Ermənistanın öz inadkar “istəyi” ilə daha ağır məğlubiyyətlərə uğradılacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən Ermənistanla münasibətlərin normallaşdırılması prosesini də müzakirə edib.

APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan qeyd edib ki, Ermənistanla normallaşma prosesi üçün Zəngəzur dəhlizinin tezliklə açılması və Azərbaycanla hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsi vacibdir.

Blinken Avropanın İPİNİ ÇƏKƏCƏK... - Okeanın o tayından TIR ŞOUSUna nöqtəfason REAKSİYABlinkenin Əliyevlə telefon danışığında “Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu və humanitar yüklərin Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini” vurğulayıb.

Bakı erməni əhalisinin keçidi və BQXK-nın xəstələrin daşınması üçün Laçın postunu açıq saxlayır, beləliklə, Vaşinqtonun istədiyi tranziti təmin edir. Yüklərin daşınması üçün alternativ marşrut olaraq Ağdam yolunu təklif edir. Blinkenin açıqlamasını ABŞ-ın Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi kimi qəbul edə bilərik. Avropa İttifaqından sonra (Mişelin mövqeyi fonunda Borrelin açıqlaması əsas deyil və daha çox balans yaratmaq məqsədi daşıyır) ABŞ-ın da mövqeyi rəsmi Bakının əlinin güclənməsi baxımından əhəmiyyətlidir. Bu həm də ümumilikdə Qərb cəbhəsinin mövqeyinə təsir edə biləcək amildir.

Asif Nərimanlı
isgaldan-azad-edilmis-seherlerin-gunu-tesis-edildi

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

26 avqust – Laçın şəhəri günü

4 oktyabr – Cəbrayıl şəhəri günü

17 oktyabr – Füzuli şəhəri günü

20 oktyabr – Zəngilan şəhəri günü

25 oktyabr – Qubadlı şəhəri günü

8 noyabr – Şuşa şəhəri günü

20 noyabr – Ağdam şəhəri günü

25 noyabr – Kəlbəcər şəhəri günü.

Mədəniyyət Nazirliyinə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter“də məlumat yayıb.

Qeyd olunub ki, nazir rəsmi səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir məqbərəsini ziyarət edərək, böyük öndərin məzarının önünə əklil qoyub.

 

 

 

 

“Bizi buraxmayacaqlar. Ağdam yolundan keçəcəklər (yük maşınlarını nəzərdə tutur). Əldə etdiyim məlumata görə, bu, 100 faiz belə olacaq”.

Bu barədə adı açıqlanmayan naməlum quldur erməni danışıb.

“Vəziyyət biz düşündüyümüzdən də pis olacaq. Bundan əlavə, Ağdam yolu minalıb. Bunu bizimkilər (erməni quldurları) edib”, - o bildirib.

“500 nəfərlik siyahı dedikdə burada Azərbaycana qarşı silah işlədənlərdən bəhs edilir. İnteqrasiya prosesi isə həmin şəxslərə aid deyil. Çünki dünyanın heç bir yerində terrorçu ilə müzakirə aparılmır, onun inteqrasiyası gündəmə çevrilmir. Hətta bəzi ölkələr belə terrorçuların cəsədlərini dənizə atır. Məsələn, “Əl-Qaidə” lideri Üsamə bin Ladenin cəsədi ABŞ hərbçiləri tərəfindən dənizə atıldı. Odur ki, bu məsələ silah işlədənlərə aid deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

Hərbi ekspert Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiya prosesində həyata keçirəcəyi filtrizasiyanın detallarına toxunub.

Müsahibimiz xatırladıb ki, cənab Prezident onlar üçün amnistiya təklifini verib:

“Amnistiya isə o deməkdir ki, onların müəyyən günahları var, cinayətlər işlədiblər, lakin bu cinayətlər ağır cinayət deyil. Yəni silah işlədiblər, amma bunun nəticəsində kimsə həlak olmayıb, yaxud kiməsə işgəncə verməyiblər. Məhz belə şəxslərə amnistiya tətbiq oluna bilər. Amma bu, heç bir halda Vaqif Xaçatryana, Seyran Ohanyana, Robert Koçaryana, Samvel Babayana və digərlərinə aid edilə bilməz. Cinayət işi açılan erməni silahlıları məsuliyyətə cəlb olunacaqlar. Onlar məsuliyyətə cəlb olunduqdan sonra isə başqa addımları, o cümlədən amnistiya addımları atıla bilər”.

Ə. Verdiyev aydınlaşdırıb ki, müəyyən cinayətlər var ki, bunlar yüngül cinayət hesab olunur:

“Bu maddə ilə istintaqa cəlb olunanlar məhkəməyə çıxarılmadan əfv oluna bilirlər. Amma bu cinayət, azərbaycanlılara qarşı soyqırımı törədənlərə, əhalimizin doğma yurd-yuvasından qovulmasında iştirak edənlərə, onlara işgəncə verənlərə, əmlakımızı dağıdıb satanlara, dağıdanlara, yandıranla aid deyil”.

Hərbi analitik qeyd edib ki, V. Xaçatryanın həbsi ilə bağlı proseslərdə Azərbaycan nümayiş etdirdi ki, biz Qarabağda baş verənlər və yaşayanlar haqqında məlumat bazasına malikik:

“Biz 680 nəfərin sərhəddən keçməyinə icazə veririk, amma onların içindən 1 nəfəri həbs edirik. Bu, okeanda zərərli bir damcını götürmək kimi bir şeydir. Belə olan halda kiminsə Azərbaycan dövlətini, hüquq-mühafizə orqanlarımızı yan keçməklə hansısa nəticələr əldə etməsi mümkün deyil. Kimsə səhv edibsə, bağışlanıla bilər, lakin bu, səhvin miqyasına və cinayətin maddəsinə baxır”.

Rəsmi Bakının tələbi ilə qondarma rejimə məxsus 56 zirehli texnika Qarabağ ərazisindən çıxarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə rejimin “təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayan məlumat verib.

Onun sözlərinə görə, Araik Arutyunyan və Vitali Balasanyan bununla bağlı Bakı ilə razılığa gəliblər.

Bir sıra erməni siyasi analitiklər isə bunu “Artsax müdafiə ordusu”nun tərksilah edilməsi kimi qiymətləndirib. Onların fikrincə, bölgənin demilitarizasiya edilməsi Qarabağın dağlıq hissəsinin Azərbaycana reinqteqrasiya prosesini sürətləndirəcək.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.

“Məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Görüş dövlət başçısının iqamətgahında keçiriləcək.

Qeyd edək ki, C.Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində o, Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

***
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə yola düşüb.

XİN-dən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Daxili işlər orqanlarında yeni təyinat olub.

Unikal xəbər verir ki, daxili işlər Naziri Vilayət Eyvazovun əmrinə əsasən Goranboy RPŞ-nin İstintaq bölməsinin rəisi polis mayoru Elnur Ramiz oğlu Heydərli tutduğu vəzifədən azad edilərək, Sabirabad RPŞ-nin İstintaq bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Elnur Heydərli əvvəllər DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində, ondan əvvəl isə Binəqədi və Şəmkir rayon polis idarələrində müstəntiq, baş müstəntiq vəzifələrində işləyib.

Xəbər lenti