İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı baş verən faciəli hadisə ilə bağlı başsağlığı verib.

Azərbaycan Prezidentinin məktubunda deyilir:

"Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Qeyd edək ki, ötən gün Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 11 nəfər ölüb, 80-dək insan xəsarət alıb. Məlumata görə, avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib.

İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərifə məktub ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Pakistan İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.

Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.

Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Qarşılıqlı inam, hörmət və dəstəyə əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Pakistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz qardaş Pakistanla siyasi, iqtisadi, ticari, nəqliyyat, hərbi-texniki, humanitar və digər sahələrdə çoxşaxəli əməkdaşlığımızı və strateji tərəfdaşlığımızı daim genişləndirməyə xüsusi əhəmiyyət veririk. İyul ayında ölkənizə həyata keçirdiyim dövlət səfəri əlaqələrimizin tarixində yeni səhifə açmışdır, bu səfəri ən xoş təəssüratlarla xatırlayıram.

COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi, Sizinlə mehribanlıq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadilələrini yüksək qiymətləndirirəm. 2025-ci ildə Sizin Azərbaycana dövlət səfərinizi səbirsizliklə gözləyir, bunun qardaşlıq münasibətlərimizin möhkəmlənməsinə, səmərəli birgə fəaliyyətimizin daha da dərinləşməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Bir daha Sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

***

Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisini Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə təbrik edib.

"Ölkə.az"ın məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Dost ölkənizin ev sahibliyi ilə keçirilən bu mötəbər tədbir zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə Misir Ərəb Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Siz təbrik mesajınızda qeyd etdiyiniz kimi Azərbaycanın təşkilata üzvlüyü ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacaqdır.

Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.

Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Hörmətli cənab Prezident,

Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Misir münasibətlərinin və əməkdaşlığının hazırkı səviyyəsi məmnunluq doğurur. Keçən ilin əvvəlində Sizin Azərbaycana, cari ilin iyununda isə mənim Misirə səfərim dövlətlərarası əlaqələrimizin tarixində yeni mərhələnin əsasını qoymuşdu.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

***

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana məktub göndərib.

"Ölkə.az"ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə İran İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.

Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.

Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Fürsətdən istifadə edərək qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsi yolunda birgə səylərimizi davam etdiricəyimizə inamımı ifadə edirəm.

Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

***

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

"Ölkə.az"ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Türkiyə Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Ölkəmizin D-8-ə qəbul olunmasının təşkilatın gücləndirilməsinə xidmət edəcəyi ilə bağlı sözlərinizə görə Sizə minnətdaram.

28 il bundan əvvəl Türkiyənin təşəbbüsü və liderliyi ilə yaradılmış bu təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatı daxilində rolunun artması, iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi və yeni imkanların yaradılması, beynəlxalq səviyyədə mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.

Qahirədə D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisi və eyni zamanda bizim üçün xüsusi qürur mənbəyidir. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Əziz Qardaşım,

Fəxr hissi ilə qeyd etmək istərdim ki, dərin tarixi köklər, ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək pillədə qərarlaşmışdır. Sarsılmaz dostluq və qardaşlığımız, siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız və birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillərdəndir.

Noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi yüksək qiymətləndirir, Sizinlə səmimiyyət, qarşılıqlı etimad və mehribanlıq şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Metropolitenin yeni sədri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov Prezident İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub.

Vüsal Aslanovun dosyesini təqdim edir:

V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb.

2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.

2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.

V.Aslanov 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədrinin müşaviri kimi fəaliyyət göstərib.

Evlidir, 3 övladı var.

prezident-baki-metropolitenine-yeni-sedr-teyin-etdi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, Prezident bu gün imzaladığı digər sərəncamla Zaur Hüseynovu “Bakı Metropoliteni”nin sədri vəzifəsindən azad edib.

Zakir Həsənov Türkiyə nümayəndə heyətini qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan və Türkiyənin qədim dövrlərə əsaslanan birgə hərb tarixinin inkişaf mərhələlərindən danışan müdafiə naziri hər iki qardaş ölkənin dövlət başçılarının şəxsi dostluq münasibətləri sayəsində hərbi əməkdaşlığımızın müasir dövrdə daha da inkişaf etdirilərək strateji müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən general-leytenant T.Altuğ səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını müdafiə nazirinə çatdırıb.

Görüşdə ölkələr arasında hərbi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüşün sonunda regional təhlükəsizlik, hərbi əlaqələrin cari vəziyyəti və maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Prezidentə yeni səlahiyyət verilməsi təklif olundu

Milli Məclisdə Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyət verilməsi təklif olunub.

Bununla bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb.

O qeyd edib ki, bununla əlaqədar qanun layihəsi qəbul oluna bilər.

“Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmasını təklif edirəm”, - deputat vurğulayıb.

“Yalançı dördlük” - niyə Qərb mediasının hədəfindəyik?

Ekspert: “Bu da bir həqiqətdir ki...”

Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində “The Washington Post”, “The New York Times”, “Le Figaro” və “Le Monde” kimi mətbu orqanları “yalançı dördlük” adlandırıb. 

“Bir sıra Qərb mediası orada keçirilən COP29 iqlim konfransına görə Azərbaycana paxıllıq hissi ilə dolu materiallar dərc etdi, bu, heç bir çətinlik yaratmadı, sadəcə olaraq, ikrah və ikrah hissi doğurdu”, - deyə dövlət başçısı bildirib.  

Prezident deyib ki, Azərbaycan mediasının 1 faizini də ABŞ maliyyələşdirə bilməz. ABŞ-da medianı maliyyələşdirməyə nə ehtiyac var? Biz ABŞ-da medianı maliyyələşdirmirik. Niyə bizim mediamızı maliyyələşdirməlidirlər? Onsuz da “Amerikanın Səsi” və “AzadlıqRadiosu” kimi mövcud resursları vasitəsilə gecə-gündüz xalqımızın üzərinə, ölkəmizə çirkab tökürlər".

“Müasir dövrdə biz Qərbin bəzi ölkələri tərəfindən müstəqil siyasət yürüdən ölkələrə qarşı hücumlaırn və təzyiqlərin şahidi oluruq. Bu hücum və təzyiqlər zamanı isə vasitə kimi bəlli mətbu orqanlardan istifadə edilir. Daha doğrusu, həmin mətbu orqanlar vasitəsilə müstəqil siyasət yürüdən, Qərbin müstəmləkə boyunduruğuna qarşı olan ölkələrin əleyhinə çirkin informasiya hücumları, qərəzli kampaniya aparılır”.

Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov: Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir - AZƏRTAC

Vüqar İskəndərov

Onun sözlərinə görə, bu sırada “The Washington Post”, “The New York Times”, “Le Figaro” və “Le Monde” xüsusi olaraq “fərqlənir”: “Demək olar ki, bu dördlük Qərbin müstəqil siyasət yürüdən ölkələrə qarşı informasiya müharibəsində ön sırada gedir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində adıçəkilən mətbu orqanları "yalançı dördlük" adlandırıb. Çünki məhz bu dördlük başqa olmaqla bir sıra Qərb mediası zaman-zaman ölkəmizə qarşı informasiya hücumları təşkil edir".

V.İskəndərovun sözlərinə görə, oxşar halla COP29 ərəfəsində və tədbir zamanı da rastlaşırdıq: “Bu mətbu orqanlar COP29 iqlim konfransına görə Azərbaycana paxıllıq hissi ilə dolu materiallar dərc etdi. Dövlət başçısının da bəyan etdiyi kimi, bu, heç bir çətinlik yaratmadı, sadəcə olaraq, ikrah və ikrah hissi doğurdu. Bu istiqamətdə daha bir məsələ ABŞ-ın Azərbaycanda media sahəsinə müdaxilə cəhdidir. Bu tamamilə qəbuledilməz bir haldır. Dövlət başçısının da bəyan etdiyi kimi, Azərbaycan mediasının 1 faizini də ABŞ maliyyələşdirə bilməz. Ümumiyyətlə, ABŞ-da Azərbaycanda medianı maliyyələşdirməyə nə ehtiyac var? Axı biz ABŞ-da medianı maliyyələşdirmirik. Elə isə niyə onlar bizim mediamızı maliyyələşdirməlidirlər? Onsuz da "Amerikanın Səsi" və “AzadlıqRadiosu” kimi mövcud resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar. Lakin bütün bu cəhdlər əbəsdir. Ölkəmiz müstəqil siyasət yürüdür və heç bir qüvvə bizi öz yolumuzdan döndərə bilməz".

Rəşad Məcid 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Rəşad Məcid

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid belə halların qarşısını almağın həm də dövlətin vacib vəzifəsi olduğunu söylədi: “Cənab Prezident bir dəfə "insinuasiya" termini işlədib, başqasını ləkələmək məqsədilə qəsdən yalan uydurmaq hallarını təsvir edib. Çox təəssüf edirik ki, adıçəkilən mətbuat orqanlarında Azərbaycana qarşı bu cür insinuasiya hallarına yol verilir. Bu media qəsdən və bilərəkdən Azərbaycanı ləkələmək məqsədilə bizə qarşı təxribat xarakterli yazılar dərc edib və nəticədə həmin mətbuat orqanlarının etibarı demək olar ki, tamamilə azalıb. Bu da bir həqiqətdir ki, başqa bir ölkənin və ya ölkələrin digər bir ölkədə medianı maliyyələşdirməsi məqbul deyil, qanuna da ziddir. Belə halların qarşısını almaq dövlətin həm də vacib vəzifəsidir".

taleh şah.jpeg (32 KB)

Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı Qərb dairələrində Cənubi Qafqazı münaqişə bölgəsinə çevirmək üçün bir sıra media quruluşlarından istifadə edildiyini diqqətə çatdırdı: “Azərbaycan Prezidenti müsahibəsində kifayət qədər geniş məsələlərə toxundu və Azərbaycanın milli maraqlarını, dəyişən dünyaya rəsmi Bakının mövqeyini dolğun və mükəmməl bir şəkildə beynəlxalq ictimaiyyətə çatdırdı. Bəli, bir sıra transmilli media quruluşları Azərbaycana qarşı mütəmadi məqalələr hazırlayır və yayır. Hər dəfə Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər təşkil olunanda bu cür qara PR materiallarının sayı dəfələrlə çoxalır. Elə COP29 ərəfəsində də eyni hal müşahidə olundu. Əgər xatırlayırsınızsa, bu böyük tədbir zamanı erməni diasporası açıq şəkildə deyirdi ki, Azərbaycana qarşı kampaniyanı onlar təşkil edir. Bu "səmimi etiraf" qarşısında adları çəkilən media qurumları utanmaq əvəzinə, Azərbaycana qarşı daha da aqressivləşirdi. Bir şeyi dəqiq bilməliyik ki, kollektiv Qərb Qarabağ zəfərimizi həzm etmir. Onlar ermənilərə hər zaman bizim regionumuzu qarışdırmaq üçün alət kimi baxıblar. İndi alət əllərində qırılıb və onu təmir etməklə yenidən Cənubi Qafqazı münaqişə bölgəsinə çevirmək istəyirlər. Bunun üçün “Amerikanın Səsi”, “AzadlıqRadiosu” və digər bu kimi xaricdən maliyyələşən KİV-lərindən də istifadə olunur. Bu cür media quruluşları Azərbaycanın informasiya məkanına jurnalist peşəkarlığından uzaq, qərəzli bir şəkildə müdaxilə edirlər. Əsas məqsədləri xalqımızın öz liderinə güvənini sarsıtmaqdır. Amma bizim cəmiyyətimiz kifayət qədər rasionaldır. Xalqla iqtidar arasındakı etimadın ölkəmizin gələcəyi üçün nə qədər önəmli olduğunu çox yaxşı bilirik".

İcma Ermənistandan azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edib

Qərbi Azərbaycan İcması (QAİ) Ermənistan hökumətindən qayıdış hüququna hörmət etməyi, silahlanma siyasətinə dərhal son verməyi və ərazi iddiasını əsas sənədlərindən çıxarmağı tələb edib.
Bu barədə QAİ-nin yaydığı bəyanatda bildirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” mətbuat orqanına 2004-cü il dekabrın 19-da verdiyi müsahibəsində Ermənistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə və Qərbi Azərbaycan məsələsinə dair bir sıra zərərli və həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

İcma N.Paşinyanın Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışmasının əsassız olduğunu bildirib:

"Əvvəla qeyd edək ki, Baş nazirin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır. Vurğulamaq lazımdır ki, azərbaycanlıların əsrlərlə yaşadığı və Ermənistan tərəfindən total etnik təmizləməyə məruz qaldığı keçmiş İrəvan xanlığı, Zəngəzur və digər bölgələri əhatə edən “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən bir termindir".

QAİ bəyanatda qayıdış hədəfinə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində nail olmaq üçün çalışdığını qeyd edib:

"Bu baxımdan, İcmanın Ermənistan hökumətinə rəsmi şəkildə müraciət edərək dialoq təklif etməsi xüsusilə qeyd edilməlidir. Ermənistan hökuməti tərəfindən etnik təmizləmə, ayrı-seçkilik, mülkiyyət və digər hüquqlarının pozulmasına məruz qalmış Qərbi azərbaycanlıların ilk addımı ataraq dialoqa təşəbbüs etməsi onların barışıq və sülh yolunu tutduğunu göstərir. Ermənistanın İcmanın dialoq təklifini cavabsız qoyması isə təəssüf doğurur".

Bəyanatda qeyd olunub ki, N.Paşinyan apardığı silahlanma siyasətini suveren seçim kimi izah etməyə çalışır.

"N.Paşinyana xatırlatmaq istərdik ki, revanşist və radikal ideologiyanın dərin kök saldığı Ermənistan hərbi güclə məsuliyyətlə davranmağı bacarmır. Bu və Ermənistanın aqressiv keçmişi nəzərə alınmaqla onun sərbəst şəkildə silahlanmasına yol vermək olmaz".

İcma Baş nazirin sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını bildirib:

"N.Paşinyanın Ermənistan Konstitusiyasında əks olunmuş ərazi iddiasını aradan qaldırmaqdan imtina etməsi, hələ bu azmış kimi guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının yer almasını bildirməsi onun sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını göstərir".

Azərbaycan səfiri Rusiya XİN müavininə Bakının sülh müqaviləsinə dair mövqeyini təqdim edib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev dekabrın 19-da bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

“Report xəbər verir ki, söhbət zamanı onlar ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Ötən ildə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin uğurlu inkişafı qeyd olunub. Vurğulanıb ki, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı səfərlər həyata keçirilib.

R.Mustafayev M.Qaluzinə Ermənistanla sülh müqaviləsi məsələlərinə dair rəsmi Bakının mövqeyi barədə məlumat verib.

Tərəflər, həmçinin qarşıdan gələn 2025-ci ildə keçiriləcək ikitərəfli təmasların və yüksək səviyyəli səfərlərin cədvəlini müzakirə ediblər.

Azərbaycan Fələstində 600 yerlik məktəb inşa etmək üçün vəsait ayırdı

Azərbaycan hökuməti Fələstində 600 şagird yerlik məktəbin inşası üçün vəsait ayırıb.

Bu barədə baş nazir Əli Əsədov Qahirədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı D-8-in 11-ci sammiti çərçivəsində “Fələstin və Livandakı vəziyyət” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.

Əli Əsədov vurğulayıb: “Daha çox qan axıdılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. Azərbaycan İslam dünyasının ayrılmaz hissəsi olaraq, bu çətin dövrdə Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir. Biz zorakılığın eskalasiyasını, gücün qeyri-proporsional tətbiqini və mülki şəxslərin ölümünü qətiyyətlə pisləyirik. Bu, beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır. Azərbaycan həmişə Fələstin xalqına maliyyə yardımı göstərmək üçün səylər göstərib.”

Baş nazir əlavə edib ki, Azərbaycan Fələstindəki böhran nəticəsində zərər çəkmiş xalqa humanitar yardım məqsədilə 2 milyon ABŞ dolları ayırıb.

Bu humanitar təşəbbüs Azərbaycan xalqının Fələstin xalqına dəstəyini bir daha təsdiq edir.

Xəbər lenti