Azərbaycan və Rusiya prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin məhdud tərkibdə görüşü başlayıb.
Putinin rəsmi qarşılanma mərasimi keçirilir - Canlı

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da Bakıda rəsmi qarşılanma mərasimi başlayıb.

Putin Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO

Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb

ABŞ tezliklə keçmiş SSRİ-nin taleyini yaşayacaq: Pentaqon vətəndaş müharibəsinə məhkum olacaq

Əksər Qərb ekspertləri ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən sonra Ağ Evi çox ağır dövrün gözlədiyini düşünürlər... Onların fikrincə, Ağ Evdə hakimiyyətin kimin əlinə keçməsindən asılı olmayaraq, ABŞ-da ölkədaxili xaos qaçılmaz prosesə çevriləcək...
Dünyada qarışıqlıq hökm sürür, hərbi-siyasi cəhətdən olduqca gərgin bir dövr yaşanmaqdadır. Müasir dünya regional müharibələrin, kəskin qarşıdurmaların girovuna çevrilib. Üstəlik, bu durumun yaxın vaxtlarda normal məcraya qaytarılma ehtimalı da qətiyyən inandırıcı görünmür. Və bu baxımdan, yaxın gələcəkdə müasir dünyada daha qorxunc situasiyanın yaranma ehtimalı da istisna deyil.

Təbii ki, bütün bu baş verənlərin kifayət qədər ciddi səbəbləri də olmamış deyil. Belə ki, müasir dünya birmənalı şəkildə ədalətsiz olaraq, idarə edilir. Xüsusilə də, dünya nəhəngləri bəşəriyyəti öz geopolitik maraqlarının əsarətinə almağa cəhd göstərirlər. Müasir dünyanın daha zəif dövlətləri isə birmənalı şəkildə bundan ziyan çəkirlər. Və mövcud situasiyanın nə vaxtsa, nəzarətdən çıxaraq, qlobal xaosa "pəncərə" aça biləcəyi artıq qətiyyən gözlənilməz ehtimal hesab olunmur.

Onu da qeyd etmək lazımdır ki, hazırda beynəlxalq hüquq normaları öz təsirini sürətlə itirməyə başlayıb. BMT Təhlükəsizlik Şurası dünyanın idarə olunması prosesindən yayındırılıb və indi demək olar ki, formal qurum kimi mövcuddur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Dünya beşdən böyükdür" tezisi indi müasir beynəlxalq proseslərin ən dəqiq ifadəsi olaraq, diqqəti çəkir. Və bu səbəbdən də, son vaxtlar BMT Təhlükəsizlik Şurasının tərkibində düzəlişlər edilməsi, veto hüquqlu beş daimi üzv formatının dəyişdirilməsi beynəlxalq gündəmin əsas müzakirə mövzusudur.

Ancaq BMT Təhlükəsizlik Şurasına nəzarət edən veto hüquqlu beş daimi üzv dövlətin - ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Fransanın yeni dünya düzəni ilə bağlı çağırışlara müqavimət göstərməyə çalışması da qətiyyən gözlənilməz deyil. Çünki bu beş dövlətə ədalətli deyil, məhz öz maraqları çərçivəsində idarə edə biləcəkləri bir dünya sistemi lazımdır. Ona görə də, bu beş dövlət öz aralarında da kəskin rəqabət aparmaqla, məhz özlərini sərfəli bir yeni dünya düzəni qurmağa can atırlar. Və digər dünya dövlətlərinin bu yeni düzəndə iştirakına, siyasi iradə sahibi olmaq cəhdinə israrla müqavimət göstərirlər.

Xüsusilə də, Ağ Ev ABŞ-ın beynəlxalq jandarm roluna zidd şərtləri ön plana çıxaracaq yeni dünya düzəninin yaradılma ehtimalına kəskin reaksiya verir. ABŞ belə cəhdlərin beynəlxalq hüquq normalarında ifadə olunma təhlükəsi ilə barışmaq niyyətindən çox-çox uzaqdır. Hər halda, belə dəyişikliklərin ABŞ-ın gələcək taleyində hansı kataklizmlərə yol aça biləcəyini hamıdan yaxşı bilir. Və bu baxımdan, ABŞ-da mövcud olan maliyyə-iqtisadi durumun indiki keyfiyyəti əslində, əsas səbəbləri təxmin etməyə tamamilə imkan verir.

Məsələ ondadır ki, ABŞ-ın büdcə kəsiri hazırda tarixi rekorda yüksəlib. Belə ki, ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, bu göstərici 7 trilyon dollara yaxınlaşır. Düzdür, ABŞ-ın dollar istehsal edən müəssisələri olsa da, indiki situasiyada bu, qətiyyən çıxış yolu deyil. Ağ Ev ABŞ kimi nəhəng dövlətin maliyyə defisitini əlavə dollar çap etməklə, qapada bilməz. Çünki bu problemin həlli yalnız maliyyə-iqtisadi proqramların düzgün hədəflərə yönəldilməsindən keçir. Əlavə dollar istehsalı isə yaxın perspektivdə bu valyuta vahidinin informasiyaya uğramasına yol aça bilər. Və bu haldasa, Ağ Ev ABŞ-ın ən güclü beynəlxalq təsir mexanizmini - dolların dünya hegemonluğunu itirə bilər.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, dünya dövlətləri artıq dollar üzərindən ticarət dövrünə son qoyulması variantını indi daha tez-tez gündəmə gətirirlər. Hətta öz iqtisadi-ticari münasibətlərini ABŞ valyutasından yan keçməklə, qurmağa çalışan dövlətlər də mövcuddur. Yəni, dünyada dollar hegemoniyasına, dolayısı ilə də ABŞ-ın şəriksiz jandarm rolunu oynamasına müqavimət məqsədilə atılan addımlar intensivləşməyə başlayıb. Və bu, yaxın gələcəkdə ABŞ-a qarşı sərt maliyyə-iqtisadi zərbələr kimi prioritet qazana da bilər.

Ümumiyyətlə, amerikalı mütəxəssislər hesab edirlər ki, ABŞ-ı yaxın gələcəkdə dərin sosial-iqtisadi böhran gözləyir. Ona görə də, Ağ Ev dünyada hərbi-siyasi gərginliyin səviyyəsini maksimum həddə çatdırmaq yolu ilə ABŞ-ın çöküş prosesini önləməyə, yaxud da heç olmasa, ləngitməyə çalışır. İndiki situasiya Ağ Evə dünyanın resurslarını başqa ölkələrin əlindən zorla alaraq, ABŞ-ın dövlət ehtiyaclarına yönəltmək imkanı verir. Əgər, Ağ Ev beynəlxalq səviyyədə imperialist mövqeyindən məhrum qalarsa, bu, ABŞ-ın keçmiş SSRI-nin taleyini yaşaması ilə də nəticələnə bilər. Və indi Ağ Evdə əsasən məhz bu təhlükədən yayınmaq üçün dünyada hərbi-siyasi qarşıdurmaları daha da alovlandırmağa yönəlik planlar qurulur.

Ancaq bütün bunların ABŞ üçün real xilas resepti olacağına tam əminlik də qətiyyən mövcud deyil. Belə ki, əksər Qərb ekspertləri ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən sonra Ağ Evi çox ağır dövrün gözlədiyini düşünürlər. Onların fikrincə, bu, Ağ Evdə hakimiyyətin dəyişib-dəyişməyəcəyindən asılı olmayaraq, qaçılmaz prosesə çevriləcək. Yəni, hətta Bayden administrasiyasının təmsilçisi Kamala Harris də prezident seçilsə, nəticə eyni məzmunlu olacaq. Və ABŞ dərin sosial-iqtisadi böhran mərhələsinə keçid edəcək.

Maraqlıdır ki, Ağ Evin keçmiş sahibi Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ rəsmi dairələrinin ölkədaxili böhranın doğuracağı sosial-ictimai situasiyaya verəcəyi reaksiyanın daha sərt olacağı ehtimal edilir. Yəni, Donald Trampın prezident seçiləcəyi təqdirdə, ABŞ-da baş qaldıra biləcək kütləvi etiraz dalğasına, iğtişaşlara və hətta qiyam cəhdlərinə maksimum zorakılıq metodları ilə cavab verəcəyi gözlənilir. Və respublikaçıların elə indidən gələcək ölkədaxili kataklizmlərə yönəlik planlar qurtaraq, hazırlaşmağa çalışdığı barədə də məlumatlar mövcuddur.

Əsas iddialar ondan ibarətdir ki, Donald Tramp ABŞ ordusundan ölkədaxili iğtişaşların yatırılmasında istifadə edəcəyi bildirilir. Ağ Evin ölkədaxili siyasətinə etiraz edən kütlələr dərhal ABŞ ordusunun hərbi gücü ilə qarşılaşacaq. Etiraz elektoratında xüsusi təbəqə rolunu oynayacağı ehtimal olunan miqrantlara qarşı isə ABŞ ordusunun iştirakı ilə əsl savaş açılacaq. Hadisələrin belə inkişafı isə ABŞ-ın yaxın gələcəkdə daxili böhran üzərindən xaosa sürüklənərək, çöküş mərhələsinə keçid etməsinə yol aça bilər.(Yeni Müsavat)

Prezident və xanımı evlərində Putini belə qarşıladı - VİDEO

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycana dövlət səfərinə gəlib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində ölkəmizdə dövlət səfərində olan Vladimir Putinlə şam ediblər.

Həmin görüntüləri təqdim edirik:

Prezident DSX hərbçilərini təltif etdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Yol-xeber.az-ın xəbərinə görə, Sərəncamla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə DSX-nin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli “Rəşadət” ordeni ilə

Abdullayev Cavid Mirhəmzə oğlu – general-leytenant

Musayev Elşad Nadir oğlu – polkovnik

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Faiq Həmzəağa oğlu – general-mayor

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Cəbrayılov Rahil Ağacəfər oğlu – polkovnik

Paşayev Emin Rauf oğlu – polkovnik

Şərifova Maya Kərəm qızı – polkovnik

Əliyev Rüfət Fizuli oğlu – gizir (ölümündən sonra)

“Vətən uğrunda” medalı ilə

Əhmədov Zaur Bəhlul oğlu – 1-ci dərəcəli kapitan

Məmmədov Pərviz Şakir oğlu – 1-ci dərəcəli kapitan

Muradova Pərvanə Şamil qızı – polkovnik

Məmmədov Samir Əmirxan oğlu – polkovnik-leytenant

Abbasova Xəyalə Kamil qızı – mayor

Baxışlı Baxış Elşən oğlu – mayor (ölümündən sonra)

Əliyev Sədi Sadil oğlu – mayor

Bəşirov Turxan Ərəstun oğlu – kapitan

Cəfərov Məhəmməd Əmiraslan oğlu – kapitan

“İgidliyə görə” medalı ilə

Hüseynov Zakir Əmir oğlu – polkovnik

Əmirov Vüsal Cəbrayıl oğlu – 2-ci dərəcəli kapitan

Quliyev Ramil Heydər oğlu – polkovnik-leytenant

Babayev Bəxtiyar Səyavuş oğlu – kapitan-leytenant

Fazilzadə Fazil Məhərrəm oğlu – kapitan-leytenant

Şirinov Əşrəf Namiq oğlu – baş leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Cabbarov Bəxtibar Səyyaf oğlu – polkovnik

Məmmədov Zəka Nazim oğlu – 1-ci dərəcəli kapitan

Salamov Samir Akif oğlu – polkovnik

Abbasov Murad Abbas oğlu – polkovnik-leytenant

Abdullayev Xanlar Tofiq oğlu – 2-ci dərəcəli kapitan

Allahverdiyev Fikrət Kərəm oğlu – polkovnik-leytenant

Allahverdiyev Fikrət Məmməd oğlu – polkovnik-leytenant

Həsənov Samir Həsən oğlu – polkovnik-leytenant

Hüseynov İlqar Əslan oğlu – polkovnik-leytenant

İmanov Turxan Mamed oğlu – polkovnik-leytenant

Quliyev Mehman Nizaməddin oğlu – polkovnik-leytenant

Məmmədov Samir Güləhməd oğlu – polkovnik-leytenant

Müseyibov Hafiz Zakir oğlu – polkovnik-leytenant

Rzayev Elvin Vahid oğlu – polkovnik-leytenant

Salamov Zaur Rəhman oğlu – 2-ci dərəcəli kapitan

Veyisov Mehdi Hüseyn oğlu – polkovnik-leytenant

Abbaszadə Zəka Vəli oğlu – mayor

Abdulov Yaşar Kazım oğlu – mayor

Ağayev Muxtar Sənan oğlu – mayor

Baxışov Rahib Nüşrəvan oğlu – 3-cü dərəcəli kapitan

Əliyev Fərid Fəzayıl oğlu – mayor

İsmayılov Afiq Nadir oğlu – 3-cü dərəcəli kapitan

Məmmədova Günay Xaliq qızı – mayor

Mirzəyev Amil Habil oğlu – mayor

Muxtarov Elnur Eynullah oğlu – mayor

Mustafayev Allahverdi Cəlil oğlu – mayor

Nağızadə Elnur Fətulla oğlu – mayor

Nəbiyev Samir Ağanəbi oğlu – mayor

Nəcəfov Cəlal Qüdrət oğlu – mayor

Nəcəfzadə Ramiq Elçin oğlu – mayor

Sadıqov Şahin Mustafa oğlu – mayor

Sadıqov Teymuraz Surxay oğlu – mayor

Şahbazov Ülvi Sakit oğlu – mayor

Şirəliyev Rəşad Yaşar oğlu – mayor

Şirinzadə Emin Firuz oğlu – mayor

Altınbəyov Fuad Ənvəroviç – kapitan

Babayev Xalid Sərdar oğlu – kapitan

Bayramov Şəhriyar Azər oğlu – kapitan

Behbudov Anar Eyvaz oğlu – kapitan

Cəfərli Orxan Niyazi oğlu – kapitan

Cəfərov Sərxan İbrahim oğlu – kapitan

Dadaşova Gültac Vahid qızı – kapitan

Əhədov Zamiq Nazim oğlu – kapitan

Əhmədov Rauf Məmməd oğlu – kapitan

Əlicanlı Vahid Ələddin oğlu – kapitan

Əliyev Murtuzəli Mustafa oğlu – kapitan

Fərhadova Yeganə Ziyad qızı – kapitan

Hüseynli Orxan Elman oğlu – kapitan-leytenant

Hüseynov Şəmistan Şahlar oğlu – kapitan

Xəlilov Ülvi Səməd oğlu – kapitan

Məmmədov Elsevər Ağaverdi oğlu – kapitan

Mövlayev Anar Ələkbər oğlu – kapitan

Muradov Bəhruz Novruz oğlu – kapitan

Süleymanov Fərhad Mahir oğlu – kapitan

Vaqifli Eltun Aydın oğlu – kapitan

Zeynalov Orxan Bəhrəm oğlu – kapitan

Alıyev Rəşad Vəli oğlu – baş leytenant

Aslanov Rüstəm Mirzə oğlu – baş leytenant

Bağırov Alçın Bayram oğlu – baş leytenant

Daşdəmirov Orxan Əmircan oğlu – baş leytenant

Əliyev Firal Hafis oğlu – baş leytenant

Əmiraslanov Elmar Emin oğlu – baş leytenant

Həsənov Ramin Vahid oğlu – baş leytenant

Hüseynli Faiq Bilal oğlu – baş leytenant

Hüseynli Vahid Hüseynqulu oğlu – baş leytenant

Qəhriyev Yaşar Şadət oğlu – baş leytenant

Qubadov Asiman Nuru oğlu – baş leytenant

Quliyev Asim Bahadır oğlu – baş leytenant

Quliyev Camal Tarzan oğlu – baş leytenant

Qurbanov Orxan Yaşar oğlu – baş leytenant

Mədətli Təbriz Araz oğlu – baş leytenant

Məmmədov Amil Rafiq oğlu – baş leytenant

Məmmədov Ramin Həbib oğlu – baş leytenant

Məmmədzadə Vüsal Qabil oğlu – baş leytenant

Musayev Xəzər Azər oğlu – baş leytenant

Nəsirov Cabbar Etibar oğlu – baş leytenant

Rəsulov Hüseyn Rəsul oğlu – baş leytenant

Tağıyev Tacəddin Qəhrəman oğlu – baş leytenant

Tağızadə Əflatun Nurəddin oğlu – baş leytenant

Vəliyev Zamin Şirəhməd oğlu – baş leytenant

Əkbərov Fərid Namiq oğlu – leytenant

Abişov Sadiq Əlman oğlu – baş gizir

Cəfərov Vüsal Fizuli oğlu – baş gizir

Əsgərova Sevda Rasif qızı – baş gizir

Mustafayev Elman Səməd oğlu – baş gizir

Naqiyev Nicat Yusub oğlu – baş gizir

Sadiqov Pərvin Hüseyn oğlu – baş gizir

Ağayev Əziz Mürsəl oğlu – gizir

Xəlilov Elşən Azadxan oğlu – gizir

İsmayılov İsmayıl Fazil oğlu ­– gizir

Qəssəbov Aşqın Şahmar oğlu – gizir

Məcidov Rauf Ramiz oğlu – gizir

Mikayıllı Pənah Maqsud oğlu – gizir

Səfərov Elvin Səfiyar oğlu ­– gizir

Səmədov Həmid Bilman oğlu – gizir

Şahpələngov Elnur Şahabbas oğlu – gizir

Vəliyev Cavid Zubeyir oğlu – gizir

Kazımzadə Tural Əzizağa oğlu – baş çavuş

Nağıyev Əli Elşən oğlu – əsgər (ölümündən sonra).

DSX-nin şəhid hərbi qulluqçuları təltif edildi

Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) üç əməkdaşını təltif edib.

Yol-xeber.az xəbər verir ki, Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bu il iyun ayında Laçında ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu “Vətən uğrunda” medalı ilə və onun əsgəri Nağıyev Əli Elşən oğlunu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Putinin Bakıya prinsipial səfəri: Nələr gözlənilir? - GƏLİŞMƏDünyada qloballaşmanın dağılması, regional birlik və təşkilatların əhəmiyyətinin yenidən qiymətləndirilməsi ilə bağlı yeni geosiyasi vəziyyət yaranır. Bu baxımdan Rusiya və Azərbaycan kimi bir-birinə vacib olan iki ölkə Rusiya liderinin Bakıya dövlət səfərini hər iki tərəf üçün aktual görünən bütün məsələlərin müzakirəsi üçün istifadə edəcək.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış politoloq İqor Korotçenko Rusiya Prezidenti Vladimir Putinin Bakıya baş tutacaq səfərini “Vestnik Kavkaza”ya şərh edərkən deyib.

"Rusiya prezidentinin səfəri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün genişmiqyaslı proqramların həyata keçirildiyi şəraitdə baş tutacaq. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması da son mərhələdədir.

Eyni zamanda, Ermənistandan bir növ “Troya atı” kimi istifadə edərək, Cənubi Qafqaza nüfuz etmək və orada möhkəmlənmək üçün regiondankənar oyunçuların israrlı səylərini görürük. Bu, istisnasız olaraq Cənubi Qafqazın bütün ölkələri üçün ciddi təhlükəsizlik çağırışıdır və prezidentlər bu barədə mütləq danışacaq.
Rusiya ilə Azərbaycan arasında regionlararası, siyasi, ticari-iqtisadi əlaqələr, o cümlədən enerji sektoru uğurla inkişaf edir. Rusiya siyasi rəhbərliyi Azərbaycana ən mühüm strateji tərəfdaş kimi baxır. Ümumiyyətlə, Azərbaycanın nüfuzu artır, xalqa və iqtisadiyyata xeyir vermək üçün Rusiya-Azərbaycan birgə səyləri son dərəcə vacib görünür”, - o bildirib.

Politoloq qeyd edib ki, əvvəlki dövrdə Azərbaycan Rusiya silahlarının ən böyük alıcılarından biri olub:

"Hərbi-texniki əməkdaşlıq məsələlərinin də Vladimir Putinin İlham Əliyevlə aparacağı danışıqların mühüm tərkib hissəsinə çevriləcəyini deməyə əsas var. Gözləyirik ki, səfər zamanı Rusiyanın müxtəlif profilli şirkətlərinin işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpasında iştirakına dair razılaşmalar da əldə olunacaq.

Bu, çox ciddi səfərdir, prinsipial xarakter daşıyır".
Vardanyanın Xankəndidəki iş otağından “Naxçıvan atlası” tapılıb

Ruben Vardanyanın Xankəndidəki iş otağından tapılmış “Naxçıvan atlası” bizə təqdim olunub və hazırda bu atlası təhlil edirik.

Bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov məlumat verib.

O bildirib ki, bu atlası 2012-ci ildə Erməni Memarlıq Fondu nəşr edib, atlasda yer alan xəritələr başdan-ayağa saxtakarlıqlar üzərində qurulub:

“Atlasda iddia olunub ki, guya Naxçıvan daim erməni dövlətlərinin və knyazlıqlarının tərkibində əyalət olub. Bu xəritələr Azərbaycana qarşı ərazi iddialarıdır. Atlasda ilk xəritə guya yunan mütəfəkkiri Ptolemeyin II əsrdə yazdığı “Coğrafiya” əsəri əsasında tərtib olunub və orada “Böyük Ermənistan”dakı yer adları erməni toponimləri ilə verilib. Ancaq elmi ictimaiyyətə çoxdan məlumdur ki, Ptolemeyin “Coğrafiya” əsəri günümüzə gəlib çatmayıb, əsərin orijinalı IV əsrdə itib və yalnız 1000 il sonra versiyalarından biri tapılıb, iki dəfə də həmin versiya bir-birinə tam uyğun gəlməyən formada latın dilinə tərcümə olunub”.

Müqabil Bayramov onu da deyib ki, atlasda saxtalaşdırılmış bir sıra xəritələrdə Naxçıvan ərazisi heç bir əsas olmadan qırmızı xətlərlə işarələnib:

“Bu atlas Azərbaycana qarşı ərazi iddialarının guya tarixi legitimliyini saxtakarlıqlarla əsaslandırmaq üçün ucuz təbliğat materialıdır. Kartoqrafiya ciddi sahədir, onu siyasi oyunbazlığın alətinə çevirmək olmaz. Düşündürücüdür, Vardanyan Naxçıvanla niyə bu qədər maraqlanıb?! Görünür, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı onun çox arzusunu ürəyində qoyub”.

Ermənistan böyük maliyyə dəstəyinə hazırlaşırdı, AMMA... - NƏ BAŞ VERİR?Ermənistanın qərbyönlü qüvvələrindən yaradılan “Demokratik Qüvvələrin Platforması” yaxın günlərdə Avropa Birliyinə (AB) üzvlük məsələsinin referenduma çıxarılması tələbi ilə imzatoplama təşəbbüsünə başlayacaq. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır. “Respublika”, “Respublika Naminə” və digər avropayönlü partiya, eləcə də QHT nümayəndələrinin iştirakı ilə formalaşan platforma bir neçə həftə əvvəl AB-yə üzvlüklə bağlı referendum üçün ümumxalq imzatoplamasının keçirilməsi təşəbbüsü barədə məlumat vermişdi. Artıq 200 mindən çox izləyicisi olan “Eurovote” Feysbuk qrupu ötən həftə fəaliyyətə başlayıb. Platformaya daxil olan Tiqran Xzmalyan “Hraparak”a bildirib ki, hazırlıq işləri yekunlaşmaq üzrədir, yaxın günlərdə imzatoplamaya start veriləcək. Onun sözlərinə görə, ikinci mərhələdə ideyanı həyata keçirməyə, 300 min imza toplamağa çalışacaqlar ki, məsələ qanunun gücü ilə referenduma çıxarılsın. Referendumla bağlı qanunda 45 gün nəzərdə tutulub, bu müddət ərzində 50 min imza toplanmalı, sonra bu imzaların qanuniliyi Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanılmalıdır. Ardınca sənəd parlamentə göndərilməlidir, parlament də referendum təklifini ya qəbul, ya da rədd edəcək.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Tofiq Abbasov bildirib ki, Avropa Xalq Partiyası, Avropa Solçular Partiyası, Birləşmiş Millətlər Təşkilatı kimi birliklər mövcuddur:

"Amma bunların fəaliyyətindəki pik dövr geridə qalıb. Yəni 1990-cı illərin axırlarında və 2000-ci illərin əvvəllərində həmin partiyaların nüfüzları var idi. Eyni zamanda onların simasını formalaşdıran güclü siyasətçilər mövcud idi. İndi isə bütün dünyada, xüsusilə də Qərbdə güclü lider qıtlığı yaşanır. Özləri də bunu sir kimi saxlamırlar. Çünki demokratiya vaxt ötdükcə tərs mütənasib nəticələr verir. Seçim etmək, əlbəttə, üstünlük gətirən məqamdır. Amma rəqabətdə qalib gələnlər daha sonra çoxluğun nüfüzunu qazanmalıdır. Bax bu baxımdan onların zəifliyi açıq şəkildə özünü büruzə verir. Ermənistanda cidd cəhdlə çalışan Qərbyönümlü partiyalar var. Qərbyönümlü partiyaların əsas məqsədi isə Rusiyanın təsirini Ermənistanda minimuma endirməkdən ibarətdir. Amma sözügedən məsələ alınan deyil. Çünki Ermənistanda rusiyayönümlü partiyalar daha güclüdürlər. Digər tərəfdən Rusiyanın ciddi potensialı sahib "5-ci kolon" adlanan şəbəkəsi mövcuddur. Yəni Rusiya istəsə, Ermənistanda vəziyyəti qəlizləşdirə və hakimiyyət çevrilişi edə bilər. Ermənistanın siyasi sistemi çox kövrəkdir. 20 ildən çox rusiyayönümlü siyasət yürüdən Ermənistanın bəzi qüvvələri, xüsusilə də "Qarabağ klanı" adlanan quldur dəstəsi faktiki olaraq Rusiyanın səhmlərini rəsmi İrəvanın seçici kütləsi arasında müflisləşdirdilər. Ona görə də hazırda Rusiyaya böyük rəğbət yoxdur".

Ekspert qeyd edib ki, sözügedən qurumlara üzvlüklə bağlı Ermənistan tərəfindən müraciət edənlərin amalı Qərbin dəstəyini almaqdır:
"Ermənistan böyük maliyyə dəstəyinə hazırlaşırdı. 5 aprel Brüsseldə görüşə Nikol Paşinyan həvəslə getdi. Nəticədə isə Ermənistanın gözləntiləri özünü doğrultmadı. Belə hadisələr Qərb institutlarının tipik yanaşmasıdır. Hazırda Ermənistanı Qərbə doğru yönəldən qüvvə və imza toplayanlar üzvlük haqqını qazansalar da, erməni xalqının rifahını düzəldə biləcəklərinə inanmıram. Ermənilər intizarında olduqları maddi, mənəvi, investisiya dəstəyini ala bilməyəcəklər. Avropa çox yaxşı bilir ki, bəzi ölkələri öz təsirləri altına almaq üçün belə oyunlar aparmaq lazımdır. Onlar, sadə üzvlük hesabına Ermənistanın maliyyə xərclərini öz çiyinlərinə yığacaq qədər sadəlövh deyillər. Qərb tərəfi kiməsə yardım etmədən öncə yüz ölçüb, min biçirlər".

Xəbər lenti