Qafqazın taleyi Tiflisdə müəyyən olunur: Bakı və Ağ Evin maraqları bu dəfə Gürcüstanda toqquşur
"Gürcü arzusu" seçkilərdə qalib gələrsə, geopolitik planları pozulan ABŞ və Qərbin regionda təsir məkanı məhdudlaşacaq, Ermənistan təkbaşına geopolitik hədəfə çevrilmiş olacaq... Nəticədə ABŞ və Qərb "geopolitik alət" kimi faydasız duruma düşəcək Ermənistana dəstəyi zəiflədib, Azərbaycanla münasibətləri düzəltmək üçün anlaşma nöqtələri axtarmaq məcburiyyətində qalacaq...

Cənubi Qafqazın gələcək taleyi üçün yaxın bir ayda keçiriləcək iki seçkinin böyük əhəmiyyəti var. ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin bütün dünyada radikal geopolitik dəyişikliklərə yol aça biləcəyi qətiyyən şübhə doğurmur. Bayden administrasiyasını təmsil edən vitse-prezident Kamala Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ın xarici siyasət prioritetlərinə hansı yeni hədəflərin əlavə ediləcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır. Və bu baxımdan, dünyanın indiki çalxantılı hərbi-siyasi situasiyadan qlobal savaş dövrünə keçid etmə ehtimalı hazırda öz aktuallığını qoruyub saxlayır.

Keçmiş Ağ Ev sahibi Donald Trampın prezident seçiləcəyi təqdirdə isə ABŞ-ın xarici siyasətinin indikindən tamamilə fərqli olacağı artıq qətiyyən şübhə doğurmur. Çünki Donald Tramp Ukrayna savaşını dayandıracağına tam təminat verir. Ağ Evin keçmiş sahibi Bayden administrasiyasını ABŞ-ın dövlət büdcəsini Ukrayna savaşına xərcləməkdə suçlayır. O, açıq şəkildə vurğulayıb ki, Bayden administrasiyasının amerikalıların bir çoxunun adını belə, eşitmədiyi ölkəyə - Ukraynaya 300 milyard dollar maliyyə yardımı göstərdiyi halda, təbii fəlakətdən ziyan çəkmiş ABŞ vətəndaşlarına cəmisi 750 dollar ayırması yolverilməzdir və biabırçılıqdır.

kama-harris.JPG (80 KB)

Digər tərəfdən, Donald Tramp Avropa Birliyi ölkələrinin təhlükəsizlik maraqlarına ABŞ büdcəsindən maliyyə sərf edilməsinə də son qoyulacağını bildirib. Onun fikrincə, "qoca qitə" ölkələri öz təhlükəsizliklərini ABŞ büdcəsi hesabına təmin etməməlidir, bu sahəyə maliyyə qaynaqları yaratmaq barədə düşünməlidir. Yəni, Donald Tramp Avropa Birliyi ölkələrinə müəyyən problemlər yaratmaq niyyətini qətiyyən gizlətmir və bunu elə indidən biruzə verir.

Üstəlik, Ağ Evin keçmiş sahibi NATO-nun da öz dövrünü sona çatdırdığına əmindir. Donald Tramp hesab edir ki, ABŞ-ın NATO-ya qətiyyən ehtiyacı yoxdur və bu qurumun mövcud olmasına fantastik məbləğlərin xərclənməsi yolverilməzdir. Və bütün bunları nəzərə aldıqda, Donald Trampın seçki qələbəsinin dünyada bir çox şeyləri ciddi şəkildə dəyişəcəyi, yeni situasiyanın yarana biləcəyi qətiyyən şübhə doğurmur.

Belə məqamların ön planda olduğu bir situasiyada bütün dünyanın, eləcə də, Cənubi Qafqaz ölkələrinin ABŞ-da keçiriləcək prezident seçkilərinə xüsusi həssaslıqla yanaşması o qədər də təəccüblü deyil. Üstəlik, Donald Trampın Ağ Evə qayıdacağı təqdirdə, ABŞ-ın Cənubi Qafqaz siyasətinin də indikindən fərqlənəcəyinə yönəlik hazırda kifayət qədər əminlik mövcuddur. Və xüsusilə də, Ermənistanda Donald Trampın qalib gəlmə ehtimalına ciddi narahatlıqla yanaşıldığını müşahidə etmək mümkündür.

Cənubi Qafqaz böyük önəm daşıyan digər seçkilər isə Gürcüstanda keçiriləcək. Belə ki, bu ay Gürcüstanda keçiriləcək parlament seçkilərində hakimiyyət dəyişikliyinin baş verə biləcəyi istisna olunmur. Gürcüstanın mövcud hakimiyyəti ABŞ-ın təsir dairəsindən kənardadır. Hakimiyyətdə olan "Gürcü arzusu" Partiyası ABŞ və Qərbin bu ölkədəki agentura şəbəkəsinin fəaliyyətini ciddi şəkildə məhdudlaşdıran qanun qəbul edib. ABŞ və Qərbin sərt təzyiqləri, Gürcüstana qarşı sanksiya təhdidləri qarşısında belə, geri çəkilməyib. Və ona görə də, Qərb siyasi dairələri seçki ərəfəsində Gürcüstanda ölkədaxili iğtişaşlar törətmək niyyətindədir.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)

Bəzi iddialara görə, ABŞ və Qərb Gürcüstanda hakimiyyət çevrilişinə qədər inkişaf etməli olan kütləvi etiraz dalğasının təşkil olunmasına yönəlik planlar qurub. Artıq bu planın reallaşdırılmasında rol ayrılan Qərbə bağlı daxili müxalif qruplaşmalara Gürcüstanda qarışıqlıq yaratmaq barədə təlimatlar da verilib. Və bu baxımdan, Gürcüstan öz müasir tarixinin ən taleyüklü seçki dövrünə qədəm qoymuş kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda hakimiyyət dəyişikliyi baş verərsə, bu, Cənubi Qafqazda geopolitik proseslərə birbaşa təsir göstərə bilər. Çünki bu halda, ABŞ və Qərb Cənubi Qafqazda Gürcüstanın timsalında, Ermənistandan sonra daha bir geopolitik yerləşmə məkanı qazanmış olacaq. Rusiyanın regiondakı mövqelərinə sarsıdıcı zərbə vurulacaq və Qərb Cənubi Qafqazda həm geopolitik üstünlüyü, həm də təşəbbüsü ələ keçirəcək. Və bu, Cənubi Qafqazda geopolitik tarazlığın ciddi şəkildə pozulmasına yol aça biləcək təhlükədir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin təsir dairəsindən kənarda olan Gürcüstanda hakimiyyət dəyişikliyi Azərbaycan üçün də geopolitik təhlükə anlamı daşıyır. Çünki bu halda, Cənubi Qafqazın iki dövlətinə - Ermənistan və Gürcüstana nəzarət edən ABŞ və Qərb Azərbaycana qarşı təzyiqləri daha da gücləndirmək şansı qazana bilər. ABŞ və Qərb qarşısında təklənmiş Azərbaycan üçün isə belə total təzyiqlərə tab gətirmək nisbətən çətinləşmiş olacaq. Və bu baxımdan, rəsmi Bakının Gürcüstan ətrafında baş verənlərə xüsusi həssaslıqla yanaşması qətiyyən gözlənilməz deyil.

Maraqlıdır ki, ABŞ və Qərbin Gürcüstanda hakimiyyət çevrilişi ilə bağlı planlarının pozulması həm Azərbaycanın, həm də Rusiyanın geopolitik mənafelərinə tamamilə cavab verir. Çünki "Gürcü arzusu" Partiyası hakimiyyətdə qalarsa, ABŞ və Qərb Cənubi Qafqazda Ermənistana nəzarətlə kifayətlənməli olacaq. Qərbin bu regionda manevr imkanları böyük ölçüdə bloklanmış qalacaq. Ən əsası isə ABŞ və Qərbin Ermənistanı silahlandıraraq, regional hərbi alət kimi istifadə etmək imkanları məhdudlaşacaq. Və hətta bütün yük yalnız Ermənistanın üzərinə düşəcəyindən Azərbaycan-Rusiya tərəfdaşlığı çərçivəsində ortaq əks geopolitik zərbələrin rəsmi İrəvana baha başa gələcəyi də qətiyyən şübhə doğurmur.

rus-qerb-gurcu.JPG (43 KB)

Bu baxımdan, hesab etmək olar ki, "Gürcü arzusu" qalib gələrsə, geopolitik planları pozulan ABŞ və Qərbin regionda təsir məkanı məhdudlaşacağından Ermənistan təkbaşına hədəfə çevrilmiş olacaq. Yəni, Ermənistan üçün bütün proseslər yalnız neqativ məzmun daşıyacaq. Ən əsası isə ABŞ və Qərb Ermənistana dəstəyi zəiflədib, Azərbaycanla münasibətləri düzəltmək üçün anlaşma nöqtələri axtarmaq məcburiyyətində qala bilər.

Digər tərəfdən, Kremldə də Rusiyanın Cənubi Qafqaz siyasətində olan kobud səhvləri artıq düzəltmək qərarına gəliblər. Belə ki, Kreml hazırda "Gürcü arzusu"nun Gürcüstanda daxili mövqelərini gücləndirmək barədə düşündüyünü sezdirir. Rusiya bu məqsədlə Gürcüstandakı iki separatçı regionu - Abxaziya və Cənubi Osetiyanı qurban verməyə hazır görünür. Yəni, Rusiya vaxtilə Azərbycanın Qarabağ regionundakı erməni separatçı-terrorçulara münasibətdə olduğu kimi, bu dəfə də Gürcüstandakı separatçılardan dəstəyini çəkmək qərarına çox yaxındır.

Bu iki separatçı region vaxtilə Gürcüstana Rusiyanın təzyiq mexanizmləri kimi, Kreml tərəfindən icad edilmişdi. Hətta Kreml bu iki separatçı bölgənin "müstəqilliyini" belə, tanımışdı. İndi isə Rusiyanın geopolitik maraqları bu iki separatçı bölgənin qurban verilməsi ilə ərazi bütövlüyü bərpa olunacaq Gürcüstanın Qərbdən uzaq tutulmasını tələb edir. Və bütün bunları nəzərə aldıqda, Gürcüstanda keçiriləcək parlament seçkilərinin yekun nəticələrinin Cənubi Qafqaz üçün nə qədər önəmli olduğunu müəyyən etmək çətin deyil.(musavat.com)

 İlham Əliyev Hadrutun azad edilməsi ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunması ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir:

"Zəfər tariximiz - Hadrutun Ermənistan işğalından azad edilməsindən dörd il ötür...".

Paşinyan gülüş hədəfinə çevrildi

"Kreml jurnalistləri və mətbuat katibi Peskov fotoşəkillərin nə üçün qəsdən, son dərəcə ədəbsiz şəkildə yayılmasını  izah etməyə borcludurlar. Bu kadrları yaratmaqda və ya dərc etməktə hədəfləri nə olub?" 

Bunu etiraz olaraq erməni telegram kanalları  bildiriblər.

Qeyd edək ki,  Ermənistan baş naziri Nikol Paşinyanın bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında əyilməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. Hətta rusiyalı politoloq İqor Korotçenko sosial media hesabında fotonu  paylaşaraq deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin nüfuzunu, böyüklüyünü və siyasi üstünlüyünü tanıyır və qəbul edir. O, Paşinyanın İlham Əliyevin qarşısında baş əyməsini “Günün fotosu” kimi təqdim edib.

Paşinyan Əliyevin qarşısında başını aşağı salır və Azərbaycan liderinin gözlərinin içinə baxmamağa çalışır”. – deyə Korotçenko əlavə edib.

Ermənistan bəzi saytları  bu görüntülərdən hiddətə gələrək Rusiyanın rəsmi şəxslərini günahlandırıblar.

"Əgər konkret məsul şəxslər varsa, məsələn, RİA/RT-nin baş direktoru Kiselev, o zaman Kiselev məsuliyyət daşımalıdır. Peskovun şərhi yoxdursa, Kiselev məsuliyyətə cəlb edilməlidir. Bu ciddi bir tədbirdir və ölkəni təmsil edən lider hansısa personajların girovuna çevrilə bilməz".

Hadrutun işğaldan azad olunmasından 4 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

“ 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi.

Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb. Bununla da qəsəbə və qeyd olunan kəndlər düşmən tapdağından azad olunub. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sor kəndləri də düşmən işğalından azad olunub.

2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib.

İlham Əliyevdən Rusiya ilə münasibətlərin inkişafı ilə bağlı AÇIQLAMA - VİDEO

"Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

Dövlətimizin başçısı qeyd edib:

“Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.

 
azerbaycanla-belarus-ve-pakistan-arasindaki-senedler-tesdiqlendi

Azərbaycanla Belarus arasında yeni sənədlərin təsdiq edilməsi məsələsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İclasda “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Saziş çərçivəsində Azərbaycan və Belarus baytarlıq orqanları arasında əlaqələrin gücləndirilməsi, heyvan xəstəliklərinin qarşısının alınması və yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi, o cümlədən epizootiya vəziyyətinə nəzarət və qarşılıqlı məlumatlandırma sistemlərinin inkişafı nəzərdə tutulur.

Sənədlər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

***

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də müzakirəyə çıxarılıb.

Sazişlərin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi müzakirə zamanı diqqətə çatdırılıb.

Sənədlər səsverməyə qoyularaq qəbul edilib.

ilham-eliyev-kremldedir

Moskvada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Kremlə gedib.

Bu barədə məlumatı TASS yayıb.

cop29-yaxinlasdiqca-olkemize-qarsi-tezyiqler-guclenmekdedir

“COP29 yaxınlaşdıqca, anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı təzyiqləri və hücumları daha da güclənməkdədir. Amnesty International və Human Rights Watch təşkilatları bu gün səhər yaydıqları bəyanatda Azərbaycanın COP29-a ev sahibliyindən sui-istifadə edərək, ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürürlər”.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, bu bəyanatların eyni gündə yayımlanması Azərbaycana qarşı son həftələrdə artan hücumların sözügedən hər iki təşkilata nəzarət edən vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir daha göstərir. Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyən qüvvələrin siyasi motivli bu hücumları ölkəmizin beynəlxalq arenada qazandığı uğurlara kölgə salmaq və ölkəmizi nüfuzdan salmaq cəhdidir.

“Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ötən ilin avqust ayında İcmamızın Amnesty International və Human Rights Watch-a göndərdiyi müraciətin cavabsız qalması bu təşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaq olduğunu göstərir. Bütün bunlar Amnesty International və Human Rights Watch-un məlum dairələrin əlində bir siyasi vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkilik siyasəti apardığını sübut edir.

Biz Amnesty International və Human Rights Watch-un anti-Azərbaycan mövqeyini, insan hüquqlarına zidd davranışlarını və irqi ayrı-seçkilik siyasətlərini kəskin şəkildə qınayır və onları bu yanlış əməllərdən əl çəkməyə çağırırıq”.

Sammitdə soyuq qarşılanan Paşinyan - Ermənistanın Frankofoniya fiaskosu

Fransada keçirilən Beynəlxalq Frankofoniya sammiti Ermənistanın baş naziri Nikol Paşinyan üçün sözün əsl mənasında fiasko ilə nəticələnib. Bu iddia və fikir Rusiya, yaxud Qərb deyil, Ermənistan mediasında səslənib. Xəbərlər və şərhlərdə bildirilir ki, Paşinyanın xarici siyasətdəki uğursuzluqlar seriyası davam edir. Söhbət hakim komandanın birtərəfli qaydada Birləşmiş Ştatlara "stavka" etməsindən gedir. Frankofoniya sammitində baş nazir soyuq qarşılanıb. Düzdür, onun Fransa Prezidenti Emmanuel Makron, Kanadanın Baş naziri Castin Trüdo ilə görüşü baş tutub. Lakin prezidentlə görüş xüsusi seçilməyib, daha çox protokol xarakteri daşıyıb. Erməni mediası xüsusi qeyd edir ki, sammitdə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı yekun bəyanat da daha çox neytral xarakter daşıyıb.

Səbəblər də maraqlıdır. Qeyd olunur ki, baş nazirin Vaşinqtonla yaxınlığı Rusiya, İran və Azərbaycanla yanaşı, Fransanın da narazılığına səbəb olub. İranın narazılığına gəldikdə, bu ölkənin mediasından sitatlar gətirilib. Məsələn, İran İslam İnqilabı Keşikçilərinə məxsus "Telegram" kanalı maraqlı bir mesaj paylaşıb: "İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi ilə görüşüb. Daha əvvəl İranın atdığı raketləri izləmək və hədəfləri müşahidə etmək məqsədilə Ermənistanın İranla sərhədində ABŞ-nin uzaqmənzilli radarlarının yerləşdirilməsini göstərən sənədlər və videolar da dərc edilmişdi". Erməni mediası yazır ki, "bu, nə Moskva, nə Paris, nə Tehran, nə də Bakı tərəfindən rəğbətlə qarşılanacaq. İran narazılığını bu formada çatdırıb".

Burada əsas diqqət Fransayadır. Makron hakimiyyəti, sadəcə, hər vəchlə Ermənistanı özünün növbəti koloniyasına çevirmək niyyətindədir. Bu istiqamətdə isə Birləşmiş Ştatlar ona əsas maneədir. E.Makron burada bir həqiqəti yaddan çıxarır. Ermənistan üçün müttəfiq, dost anlayışı yoxdur. Rusiya ilə münasibətlərdə yaşananlar bunun əyani sübutudur.

Fransa, daha doğrusu, Makron hökuməti isə hələ də ümid edir ki, Ermənistana hərtərəfli maddi, mənəvi dəstək verməklə nəyəsə nail ola biləcək. Bu şəxs rasionallıq hissini o qədər itirib ki, Beynəlxalq Frankofoniya Təşkilatının nüfuzuna xələl gətirir. Təşkilatı daha qlobal məsələlərin müzakirəsi meydanına çevirməkdənsə, ölkələrin daxili işlərinə burun soxmaqla məşğuldur. Bundan əlavə, Bakıda gələn ay keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qarşı çirkin iftira kampaniyasına start verib. COP29 başlamazdan əvvəl Azərbaycanın imicini ləkələmək cəhdlərini xeyli artırıb.

Uğursuzluqlarından getdikcə daha çox ümidsizləşən Fransa ucuz təxribatlara əl atır. Məsələn, erməni lobbisindən yemlənən Bordo şəhərinin mer müavini Loran Giyom COP29-da iştirak bəhanəsi ilə elektrikli velosipedlə Avropaya səyahət şousu təşkil edib. Bunu keçən il Fransa şəhərlərinin merlərinin Laçın keçidi ətrafında qurduqları ucuz şounun davamı kimi də qeyd etmək olar. Şübhəsiz ki, Fransanın belə səthi və primitiv variantlara əl atması onun mövqeyinin nə qədər zəif və yanlış olduğunu göstərir. Makron rejimi əxlaq və nəzakət normalarına zidd olan bu kimi addımlarla vəziyyəti gərginləşdirmək, həmçinin Azərbaycanın COP29-u layiqincə keçirməsinə imkan verməmək üçün əks istiqamətdə hərəkət edir.

Bundan əvvəl isə fransız liderin riyakarlığı pik həddə çatıb və o, suveren dövlətlərin liderlərini iqlim sammitində iştirak məqsədilə noyabrda Bakıya nəzərdə tutduqları səfərdən imtinaya məcbur etmək üçün açıq şəkildə onlara təzyiq göstərir. Xüsusilə, Prezident Makron Nigeriya rəhbərinə sammiti boykot etmək tələbini göndərib. Lakin Prezident Bola Tinubu Makronun hədələrinə məhəl qoymayaraq tədbirdə iştirak edəcəyini bildirib. Deməli, bu cür müraciət və tələblər digər ölkələrin liderlərinə də göndərilib. Ermənistanın iştirakına gəlincə, onun rəhbərliyi əvvəldən COP29-da iştirak etmək niyyətində olduğunu bildirmişdi. Lakin Paşinyanın Parisə səfərindən sonra İrəvanın mövqeyi dəyişdi. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında təsdiqlənir. Bəyanatda vurğulanır ki, Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.

"Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv dövlətlərinə təşəkkürünü bildirir", - Azərbaycan XİN-in bəyanatında vurğulanıb.

Göründüyü kimi, Fransa Ermənistanı sözün əsl mənasında öz istəklərinə boyun əyməyə məcbur edir. Lakin nəticə baxımından rəzil duruma düşən Ermənistan və şəxsən Paşinyan olur. İrəvan özü də yaxşı başa düşür ki, orada yad cisimdir, adıçəkilən təşkilata aidiyyəti yoxdur. Ermənistan xalqı da nəhayət anlamalıdır ki, Fransa ondan yeni müstəmləkə düzəldir.

"Report" İnformasiya Agentliyi

Putin İlham Əliyev və Paşinyanla görüşlər keçirəcək

Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının çərşənbə axşamı günü keçiriləcək iclasından əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.

Bunu Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.

O əlavə edib ki, üçtərəfli görüş hələ planlaşdırılmayıb.

Uşakov xüsusilə qeyd edib ki, Moskva bir neçə ay ərzində 600 nəfərə qədər artmış Aİ missiyasının Ermənistandakı fəaliyyətini müsbət qarşılamır.

Xəbər lenti