![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gəlib.
Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
Suriyadan sentyabrın 18-də altı, İraqdan oktyabrın 7-də iki nəfər Azərbaycana repatriasiya edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriya və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə və İraqa ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlar Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib və nümayəndə heyətinin müşayiəti əsasında qeyd olunan şəxslərin Azərbaycana repatriasiyası həyata keçirilib.
Qeyd edilib ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
"Azərbaycan Respublikası hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir", - deyə məlumatda vurğulanı
7 oktyabr türkiyəli pilot, mühəndis və biznesmen Selçuk Bayraktarın doğum günüdür.
Ölkə.Az doğum günü ərəfəsində onunla bağlı maraqlı faktları bir araya toplayıb.
Əslən trabzonlu olan Səlçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer rayonunda doğulub.
Atası Özdemir Bayraktar 1984-cü ildə Türkiyə aviasiya və kosmos şirkəti olan “Baykar”ı yaradıb. Anası Canan Bayraktar isə Baykar Maliyyə Qrupunun (CFO) prezidenti vəzifəsində çalışır.
Təhsilinə Sarıyer İbtidai məktəbində başlayan Səlçuk, daha sonra Robert Kollecinə daxil olub, 1997-ci ildə ali təhsilə İstanbul Texniki Universitetinin Elektronika və Kommunikasiya Mühəndisliyi fakültəsində başlayıb.
Bakalavr pilləsində təhsil aldığı müddətdə Pensilvaniya Universitetinin GRASP Laboratoriyasından təqaüd qazanıb və 2004-cü ildə magistr dərəcəsinə yiyələnib.
Səlçukun PUA-larla bağlı magistratura tədqiqatı diqqəti cəlb etdiyindən ona Massaçusets Texnologiya İnstitutu tərəfindən əlavə təqaüd təklif edilib.
Corc Pappas və Erik Feronun nəzarəti altında təhsilini davam etdirən Bayraktar pilotsuz helikopter sistemlərinin avtonom, aqressiv manevrləri ilə bağlı araşdırması ilə ikinci magistr dərəcəsini alıb.
Təhsil aldıqdan sonra 2007-ci ildə Türkiyəyə qayıdıb və “Baykar”ın texnoloji mütəxəssisi olub. “Baykar” şirkəti onun rəhbərliyi altında Türkiyənin ilk yerli PUA layihəsi olan Bayraktar Mini PUA, Bayraktar TB2, Bayraktar VTOL və Bayraktar Akıncı-ları inkişaf tetdirib.
Sözügedən PUA-lar Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən PKK-ya qarşı terrorla mübarizə əməliyyatlarında Suriya Vətəndaş Müharibəsi, İkinci Liviya Vətəndaş Müharibəsi, İkinci Qarabağ Müharibəsi və 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi kimi münaqişələrdə istifadə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Bayraktar TB2-lərin Qarabağın azad edilməsində verdiyi töhfələrə görə 2021-ci ildə Səlçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib. 2023-cü ildə isə o, müdafiə naziri Zakir Həsənov tərəfindən “Hərbi Əməkdaşlıq Medalı” ilə, o cümlədən Azərbaycan Prezidentinin qərarı ilə ölkəyə xidmət edən şəxslərə verilən Azərbaycan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin medalı ilə təltif edilib.
2022-ci ildə isə Ukrayna prezidenti Volodimir Zelenski Səlçuk Bayraktarı ölkəsinin “Xidmətlərə görə” ordeni ilə təltif edib. Bu arada Ukraynada “Bayraktar TB2”yə mahnı da qoşublar. Rusiyaya qarşı istifadə edilən Bayraktar puasına Ukraynada mahnı yazılıb və müğənni Taras Borovok ifa edir.
Türkiyə istehsalı Bayraktar PUA-larına dünyada münasibət birmənalı deyil. Belə ki, sözügedən PUA-lar Qarabağ müharibəsində istifadə olunarkən bəzi qüvvələr ona “şeytan” desə də, ukraynada Rus texnikasını məhv edəndə “Ukraynanın xilaskar mələyi” adlandırmışdılar.
Bayraktar TB2 PUA-ları 33, Akıncı TİHA isə hazırda 9 ölkəyə ixrac edilir.
Səlçuk Bayraktar həmçinin Türkiyənin ilk milli pilotsuz döyüş təyyarəsi “Bayraktar KIZILELMA”nın yaradıcısı və ilk uçan avtomobil prototipi olan CEZERİ-ni hazırlayan komandanın rəhbəridir. O, eyni zamanda “Fərqani” adlı texnoloji təşəbbüsü ilə kosmos tədqiqatları aparır.
Bayrakdarın təşəbbüsü ilə həmçinin Türkiyənin ilk və yeganə aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST təşkil edilib.
Sözügedən festival 2022-ci ildə ilk dəfə Azərbaycanda da keçirilib.
“Baykar” İdarə Heyətinin sədri Səlçuk Bayraktar 2022-ci ildə ən çox gəlir vergisi bəyan edərək vergi rekordmeni olub.
2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Erdoğanla ailə quran Bayraktar iki uşaq atasıdır. Onun şəxsi pilot lisenziyası var.
Ölkəmizdə də çox sevilən Səlçuk Bayraktar Azərbaycan xalqının xüsusi günlərində qardaşlıq mesajı verərək, təbriklər edir.
ABŞ və Qərb Rusiyadan sülhü Ukrayna əraziləri hesabına "satın almağa" çalışır, ancaq bu "hərbi-siyasi bazarlıq"da NATO-nun bu ölkəyə yerləşməsinə Kremlin verəcəyi reaksiya daha böyük əhəmiyyət daşıyır... Kreml bu təklifi Rusiyaya ən real təhlükə hesab edərək, geri də çevirə bilər, deməli, bu halda, rəsmi Kiyevin NATO üzvlüyü barədə icra edilməyəcək ənənəvi vədlərlə ABŞ və Qərb tərəfindən aldadılması da tamamilə mümkündür...
Ukrayna savaşı ətrafında situasiya böyük sürətlə dəyişməkdə davam edir. Belə ki, bir müddət öncə Ukrayna ordusu Rusiya ərazisində bəzi önəmli bölgələri hərbi nəzarət altına almağa nail olmuşdu. Hazırda Ukrayna ordusu həmin Rusiya ərazilərində daha uzun müddət üçün döyüş mövqelərini möhkəmləndirməyə çalışır. Halbuki, Ukrayna ordusunun malik olduğu döyüş potensialı hələlik buna yetərli imkanlar vermir. Və bu baxımdan, rəsmi Kiyev israrla Qərb siyasi dairələrindən əlavə hərbi texnika tələb edir.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyevi çətinə salan məqamlardan biri də Rusiyanın Ukrayna ərazisində hücum taktikasına keçmək cəhdləri ilə birbaşa bağlıdır. Çünki Ukrayna ordusu eyni vaxtda iki cəbhədə savaşmaq məcburiyyətində qalıb. Üstəlik, hər iki cəbhədə həm canlı qüvvə, həm də hərbi texnika itirir. Və belə situasiyada Ukrayna ordusunun hər iki cəbhə üzrə yüksək savaş potensialını qoruya bilməsi olduqca ağır problemdir.
Təbii ki, belə vəziyyətdə ABŞ və Qərbin yetərli dəstəyi olmadığından Ukrayna ordusu Rusiyanın hər iki istiqamət üzrə paralel hücumlarına tab gətirməkdə ciddi çətinliklərlə üzləşir. Rəsmi Kiyevin Qərbdən daha müasir hücum silahları ilə bağlı tələbləri, eləcə də, Kremli daxili xaosa sürükləmək məqsədilə Rusiyanın dərinliklərinə zərbə icazəsi barədə müraciətləri hələlik cavabsız qalmaqdadır. Və nəticədə Ukrayna ordusu növbəti dəfə Rusiya ilə savaşda məhdud imkanlar çərçivəsində davam etməyə məcburdur.
Qərb siyasi dairələri Ukrayna ordusunun ən yaxşı halda, gələn il yenidən hücum əməliyyatlarına başlaya biləcəyini vurğulayırlar. Onların qənaətinə görə, məhz bir neçə aydan sonra Ukrayna ordusunu növbəti hücum əməliyyatlarına hazırlamaq mümkün ola bilər. Çünki buna yalnız Ukrayna ordusu deyil, elə Qərb ölkələri də intensiv şəkildə hazırlaşmalı olacaq. Xüsusilə də, silah-sursat və hərbi texnika tədarükü üçün ABŞ və Qərbin müəyyən zamana ehtiyacı var. Və Ukrayna savaşı ilə yanaşı, daxili hərbi təhlükəsizlik xərclərinin də artması Qərbin rəsmi Kiyevə dəstək potensialını məhdudlaşdırır.
Ancaq Qərb siyasi dairələri hələlik bu barədə danışmaq istəməsələr də, Ukraynaya təhlükə yaratmağa başlayan daha bir problem ortaya çıxmağa başlayıb. Belə ki, Yaxın Şərqdəki hərbi böhran tədricən qlobal savaşa çevrilmək istiqamətində inkişaf edir. Ona görə də, hazırda ABŞ və müttəfiqləri əsas hərbi-siyasi diqqəti məhz Yaxın Şərqdə baş verənlərə yönəltməyə üstünlük verirlər. Və bu baxımdan, Ukraynaya nəzərdə tutulmuş hərbi dəstəyin əhəmiyyətli bir hissəsinin Yaxın Şərq hərbi böhranına sərf edilməyə başlandığı müşahidə olunur.
Belə anlaşılır ki, ABŞ və Qərb üçün Ukrayna savaşı öz əhəmiyyətinə görə daha arxa plana keçirilməkdədir. Üstəlik, Ukrayna savaşından yorulmuş Avropa Birliyi də bundan sonra rəsmi Kiyevə hərbi dəstək deyil, maliyyə kreditləri vermək niyyətində olduğunu sezdirir. Yəni, Qərbdə bəziləri Ukrayna savaşından uzaqlaşmağa çalışırlar. Onlar bu savaşa boşuna maliyyə vəsaiti xərcləmək istəmədiklərini sezdirirlər. Və ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışı ilə Ukraynaya yatırılan hərbi sərmayələrin batacağını düşünürlər.
Maraqlıdır ki, Yaxın Şərqdəki hərbi böhrana müdaxilənin saha önəmli olması və Donald Trampın seçkilərdə qələbə ehtimalı Qərb siyasi dairələrini öz mövqelərinə yenidən məcburiyyətində buraxıb. Bu iki faktorun ağır təsir yükü Qərbdə Ukrayna savaşı ilə bağlı Donald Trampın həll variantını ortaq hədəfə çevirməyə başlayıb. Belə ki, Qərbdə artıq Donald Trampın bu savaşı Ukraynanın ərazi bütövlüyü hesabına dayandırmaq ideyası fəqrli məzmunda ön plana keçirilməkdədir. Və bu, hətta NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin vasitəsilə gündəmə gətirilib.
Onu da qeyd etmək lazımdır ki, Yens Stoltenberq yenicə öz postunu yeni NATO baş katibinə təhvil verib. Bu baxımdan, Qərbin Ukrayna savaşı ilə bağlı bütün planlarından tam xəbərdar olduğunu üçün Yens Stoltenberqin gündəmə gətirdiyi məqamların məqsədli şəkildə onun dilindən səsləndirilməsi anlamı da daşıyır. Və NATO-nun keçmiş baş katibinin dedikləri Ukrayna üçün təhlükəli mərhələnin başlandığını düşünməyə əsas verir.
Məsələ ondadır ki, Yens Stoltenberq Ukraynanın öz ərazi bütövlüyünü bərpa etmədiyi halda belə, NATO-ya üzv qəbul edilə biləcəyini vurğulayıb. Ancaq bu halda, Ukraynaya veriləcək təhlükəsizlik təminatının itirilmiş bölgələrə aid olunmayacağını, yalnız rəsmi Kiyevin nəzarətində olan ərazilərə tətbiq ediləcəyini bildirib. Əslində, bu, dolayısı ilə Donald Trampın Ukrayna əraziləri hesabına sülh modelinin fəqrli məzmunda təkrar edilməsi deməkdir. Və bu, Qərbin Ukraynanın ərazi itkiləri ilə barışdığı anlamı daşıyır.
Böyük ehtimalla Qərbdə Rusiyanın ciddi şəkildə zəiflədildiyini düşünürlər. Ona görə də, Kremlin Ukraynanın NATO-ya üzvlüyünə sərt müqavimət reaksiya imkanlarını artıq istisna edirlər. Üstəlik, bu model Rusiyaya Ukrayna əraziləri hesabına öz sərhədlərini genişləndirmək imkanları da verir. Ona görə də, Qərbdə hesab edirlər ki, Rusiyanın indiki çöküş mərhələsində Kremlin belə uduşlu sülh variantı ilə razılaşmaq məcburiyyətində qalması qaçılmazdır. Və Qərb siyasi dairələri Ukrayna savaşının durmadan artan yükündən xilas olmaq üçün bu variantı sınaqdan çıxartmağa cəhd göstərirlər.
Maraqlıdır ki, NATO-nun keçmiş baş katibi Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik təminatının digər örnəklərinin olduğunu da vurğulayıb. O, bildirib ki, ABŞ Yaponiyaya təhlükəsizlik təminatı verib, ancaq bu, Rusiya ilə mübahisəli Kuril adalarını əhatə etmir. Yəni, ABŞ və Qərb o qədər də uyğun gəlməyən Yaponiya örnəyi ilə həm Ukraynanı, həm də Rusiyanı sülh sazişinə hazırlamağa çalışır. İlk baxışda hətta hər iki tərəfi şirnikləndirməyə də cəhd göstərir. Yəni, Rusiya əlavə ərazilər qazanacaq, Ukrayna isə NATO-ya üzv ola biləcək. Halbuki, bundan ən böyük uduş Rusiyanın sərhədlərində - Ukraynada birbaşa yerləşmək hüququ qazanacaq NATO-nun, yəni ABŞ və Qərbin payına düşəcək.
Belə anlaşılır ki, ABŞ və Qərb Rusiyadan sülhü Ukrayna əraziləri hesabına satın almağa çalışır. Yalnız bu "hərbi-siyasi bazarlıq"da NATO-nun Ukraynaya yerləşməsinə Rusiyanın verəcəyi reaksiya daha böyük əhəmiyyət daşıyır. Çünki Kreml bunu Rusiyanın gələcək taleyinə ən real təhlükə hesab edərək, Qərbin təklifini geri də çevirə bilər. Bu halda, əgər, Qərb bu savaşdan həqiqətən çıxmaq istəyirsə, onda, yalnız Ukrayna ərazilərinin güzəştə gedilməsi ilə kifayətlənmək məcburiyyətində də qala bilər. Və deməli, rəsmi Kiyevin NATO üzvlüyü barədə icra edilməyəcək ənənəvi vədlərlə aldadılması da tamamilə mümkündür.(Yeni Müsavat)
Azərbaycan Prezidenti İlham Əliyev feysbuk sosial şəbəkəsi hesabında Zəfər tariximiz - Cəbrayılın Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
Zəfər tariximiz - Cəbrayılın Ermənistan işğalından azad edilməsindən dörd il ötür.
Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir? - bizə qarşı olan düşmənçilik siyasəti dayanmır.
Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.
Dövlətimizin başçısı deyib:
“O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.
“Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik. Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın”.
Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.
“Mən bu sözləri istənilən yerdə deyə bilərdim. Yenə də deyirəm, Azərbaycan xalqına həmişə həqiqətləri deyirəm, fikirlərimi deyirəm. Dünyada vəziyyət dəyişir. Əlbəttə ki, bizim də hadisələrə münasibətimiz adekvat olmalıdır. Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın”, - dövlət başçısı əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Dövlət başçısı tədbirdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Bu gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bu münasibətlə sizi, bütün cəbrayıllıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl hadisəni biz dörd il sonra bu gün Cəbrayılda qeyd edirik. Bildiyiniz kimi, mənim Sərəncamımla 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilmişdir. Əminəm ki, bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik.
Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Biz şəhidlərimizlə əbədi fəxr edəcəyik. Əlbəttə, Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı.
Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır. Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi, özü də bütün təpələrdə onlar yerləşmişdi, Cəbrayılda da, həmçinin. Şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər.
Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və qeyd etdiyim kimi, döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişik. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Beləliklə, İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilmişdir.
Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır və bu gün Cəbrayıla gələn hər bir insan görür, həm köhnə yol, hansı ki, sovet vaxtında olan yol yenidən qurulmuşdur və mən o yolu çox yaxşı xatırlayıram. Çünki Zəfərdən sonra o yolla dəfələrlə bu bölgələrə gəlmişəm. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir.
Digər infrastruktur layihələrinin icrası da uğurla, sürətlə həyata keçirilir. Təkcə Cəbrayıl rayonunda yox, bütün azad edilmiş bölgələrdə. Dünən burada olarkən biz yeni məktəbin açılışını qeyd etdik və siz də bilirsiniz ki, gələn həftədən başlayaraq uşaqlar artıq məktəbə gedəcəklər. Bu yeni məhəllədə xəstəxananın tikintisi və müvəqqəti olaraq tibb məntəqəsi də nəzərdə tutulur. Əlbəttə, belə gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.
Deyə bilərəm ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Dünən mən tikintisi gedən Horovlu kəndinin bərpası ilə tanış olmuşam. Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar.
Amma bununla işlərimiz bitmir. Biz, eyni zamanda, buraya qayıdacaq insanların məşğulluğu ilə məşğuluq. Təkcə dünən Cəbrayıl rayonunda yerləşən beş yeni müəssisənin təməlini qoydum. O vaxta qədər “Araz Vadisi Sənaye Zonası”nda 10-a yaxın müəssisənin həm təməli qoyulmuşdu, həm də ki, bir müəssisə artıq fəaliyyətdədir. Təkcə dünən təməlini qoyduğum müəssisələrdə mindən çox insan çalışacaq. Bu müəssisələri ərsəyə gətirən iş adamlarına da mənim tövsiyəm o idi ki, orada işləyənlərin əksəriyyəti Cəbrayıla qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Yəni, həm yaşayış yerləri, həm bütün infrastruktur - su, qaz, elektrik enerjisi, yollar, məktəblər, xəstəxanalar, eyni zamanda, məşğulluq.
Dünən təməlini qoyduğum müəssisələrin fəaliyyətə başlaması gələn il nəzərdə tutulur. Bəlkə də bəzi müəssisələrin daha genişmiqyaslı fəaliyyəti olacaq və ilyarıma ərsəyə gələcək. Yəni, bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Bizim bu görüşümüz də bu dağıntılar arasındadır.
Mən tarixi Zəfərimizdən sonra birinci dəfə Cəbrayıla gələndə dəhşətə gəldim. Biz bilirdik ki, ermənilər bizim torpaqlarımızda öz vəhşiliyini hər yerdə göstərmişlər. Bilirdik ki, ərazilərimizin böyük əksəriyyəti dağıntılar içindədir. Amma bu dərəcədə vəhşiliyi, qeyri-insani hərəkətləri təsəvvür etmək mümkün deyildi. Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi. Qalan bütün şəhər, bax, bu cürdür və bunu görmək istəməyən, Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Görürlər, amma görməzliyə vururlar. Bizi ittiham edirlər, bizə qarşı sanksiyalar tətbiq edilir. Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr. Onlar hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdular. Halbuki Təhlükəsizlik Şurasının qətnamələri mütləq icra edilməlidir. 1993-cü ildə dörd qətnamə qəbul edilmişdir. Kimsə 2020-ci ilə qədər onlara bir söz dedi ki, sən o torpaqları işğal etmisən, oradan çıxmalısan? Xeyr. Minsk qrupu nə ilə məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə. Minsk qrupunun fəaliyyəti bundan ibarət idi. Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın. Bax, bütün bunları biz eşitmişik, həm rəsmi çıxışlarda, həm bağlı qapılar arxasındakı təmas əsnasında. Bizim isə mövqeyimiz birmənalı, qətiyyətli idi və dəyişməz idi: bir qarış torpaq işğal altında qala bilməz! Məsələ sülh yolu ilə həllini tapmasa, biz məsələni müharibə yolu ilə həll edəcəyik. Mənim sözlərim bütün arxivlərdə vardır. Buna nə desələr yaxşıdır?! Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni, Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Bu ədalətsizliyin dərəcəsinə baxın ki, bizim torpaqlarımızı Ermənistana bağışlamaq istəyən ölkələr bu münaqişənin guya həlli ilə məşğul olurdular. Amma onların əsl niyyəti bizi daim təzyiq altında saxlamaq və bu torpaqları Ermənistana bağışlamaq idi. Onların təklifləri nədən ibarət idi? Ondan ibarət idi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə müstəqillik verilsin. Axı, bu riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?! Bu gün Rusiya-Ukrayna müharibəsinə baxın, Qərb dövlətləri, Fransa, Amerika, o birilər nə deyirlər? Deyirlər, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir, Ukrayna silahdan istifadə etməlidir. Bütün növ silahları Ukraynaya verirlər. Yaxşı, bəs bizim işğal altında olan torpaqlarımıza niyə münasibət fərqli idi? Axı, bizim də ərazi bütövlüyümüz pozulmuşdu. Bizim insanlar – 1 milyon insan evsiz-eşiksiz qalmışdır. Kim bizə kömək edirdi? Vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, çadırlarda 1 milyon insan yaşayanda niyə bu dərəcədə ikiüzlülük göstərilirdi? Bu suallara cavab tələb edirik. Amma cavabı biz harada görürük? Yenə də anti-Azərbaycan addımlarında. Bu gün səhər mənə məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz - Cəbrayılın sakinləri.
Başqa yerlərdə də bütün Azərbaycan kəndlərini bax, bu günə qoyublar. Məscidlərimizi dağıdıblar, heyvanxana düzəldiblər, inək-donuz saxlayıblar. Qərbdə bir adam deyib ki, Azərbaycanın mədəni irsi talan edilir, dağıdılır, təhqir edilir? Yox. Ancaq bizi nədə ittiham edirlər? Guya biz hansısa tarixi irsi məhv edirik. Tamamilə əsassızdır. Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün? Bax buna görə, buna görə, bu binaya görə. Bunun kimi bütün bölgələrdə inşa etdiyimiz, bərpa etdiyimiz keçmiş köçkünlərimizin yaşayış yerlərinə görə. Bax, onların gözü bunu götürmür, bu günü götürmür. Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu bir neçə gün bundan əvvəl demişəm. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir. Açıq demək lazımdır, yəni diplomatik dillə qoy, diplomatlar danışsın. Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir. Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Xüsusilə mən gənc nəsli nəzərdə tuturam. Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında. Yəni, gənc nəslin şüuruna təsir etsələr, demək olar ki, Azərbaycanın gələcəyinə təsir edəcəklər, heç vaxt gənclər unutmasınlar.
Bu dağıntılar təbii ki, bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır. Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil. Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz.
Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O, sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik.
Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik. Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Mən bu sözləri istənilən yerdə deyə bilərdim. Çünki yenə də deyirəm, Azərbaycan xalqına həmişə həqiqətləri deyirəm, fikirlərimi deyirəm. Dünyada vəziyyət dəyişir. Əlbəttə ki, bizim də hadisələrə münasibətimiz adekvat olmalıdır. Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın.
Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik.
Sizə isə mən burada xoşbəxt həyat arzulayıram. Siz buna layiqsiniz. Siz uzun illər çadırlarda, qaçqın düşərgələrində yaşamısınız. Biz imkan daxilində çalışmışıq ki, həyatınızı bir az yüngülləşdirək. Burada artıq 100-dən çox insan məskunlaşıb, bu gün də, dünən də gələnlər var. Onlardan bir hissəsi Biləsuvardakı qaçqın şəhərciyində yaşamışdır. Yəqin ki, mənim o şəhərciyə gəlişimi xatırlayan da var. Birinci dəfə 20 il bundan əvvəl orada olmuşam. Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və təqribən 300 minə yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir. Bir daha sizi təbrik edirəm.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi.
Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev İkinci Qarabağ müharibəsi ərzində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasının dördüncü ildönümü ilə bağlı "X"də paylaşımında qeyd edib.
PA rəsmisi bildirib ki, 4 oktyabr 2020-ci il tarixində Azərbaycanın Gəncə şəhəri və onun mülki əhalisi Ermənistan tərəfindən atılan "Skad" ballistik raketləri ilə vuruldu:
"Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi. Məqsəd geniş miqyasda mülki tələfata səbəb olmaq və dəhşət yaratmaq idi".