Pənahəli xanın ocağından görüntülər

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.

Mədəniyyət naziri Adil Kərimli dövlət başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılıb.

AzTV-yə istinadən ötəngünkü açılışdan videonu təqdim edirik:

Prezident Qarabağ Universitetinin yataqxanasının açılışını etdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

İlham Əliyev Qarabağ Universitetinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.

Yol-xeber.az xəbər verir ki, du dəqiqələrdə dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşür.

İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.

Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

19 sentyabr 2023-cü il tarixində təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

2023-cü il sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Xocalının Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bu gün - sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür.

Prezident İlham Əliyev sentyabrın 19-da "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncamla hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Sənəddə vurğulanıb ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib.

Qeyd olunub ki, Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib, ölkəmizin təbii resursları talan olunub, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib.

Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.

Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

İlham Əliyevin puça çıxartdığı antiAzərbaycan PLANI... - Və yaxud Azərbaycanın YENİ QURTULUŞ DASTANIAzərbaycan tarixi mərhələdən keçir. Belə ki, Azərbaycan ordusu artıq ölkəmizin ərazi bütövlüyünü tam şəkildə bərpa etməyə nail olub. Müstəqillik tariximizdə ilk dəfə olaraq, Azərbaycanın sərhədləri tamamilə nəzarət altına alınıb. İndi Azərbaycan ərazilərinin daxilində erməni separatizmi və terrorizmi də mövcud deyil. Çünki Azərbaycan ordusu onilliklər boyu davam etmiş bu problemi də birdəfəlik həll edib. Və bu baxımdan, Azərbaycan dövlətinin artıq yeni inkişaf mərhələsinə keçid etfiyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, bu önəmli və tarixi qələbə Azərbaycana o qədər də asan başa gəlməyib. Hətta hesab etmək olar ki, Azərbaycan ərazilərinin Ermənistan ordusunun işğalından xilas edilməsinə yol açmış II Qarabağ savaşı əslində, iki mərhələdə davam edib. Birinci mərhələdə Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək, rəsmi İrəvanı kapitulyasiya aktını imzalamaq məcburiyyətində buraxıb. Və bununla da, II Qarabağ savaşının ilk mərhələsi Azərbaycanın parlaq tarixi zəfəri ilə yekunlaşıb.

Ancaq buna baxmayaraq, Rusiyanın vasitəçiliyi ilə imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni silahlı erməni terror dəstələri qalmaqdaydı. Halbuki, üçtərəfli anlaşmaya əsasən, Azərbaycanın Qarabağ regionundakı Ermənistan ordusunun tör-töküntüləri ölkəmizin ərazisindən çıxarılmalı, erməni terror dəstələri isə 3 il əvvəl tərksilah edilməliydilər. Və Ermənistan üçtərəfli anlaşma ilə öz üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməkdən yayınmağa çalışırdı.

Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda regionunda gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal məcrada davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələn hər şeyi etdi. Ancaq Azərbaycanın humanist çağırışlarının qarşılığında Ermənistan Qarabağ regionunda öz silahlı qüvvələrinin sayını artırmaqla, gizli yollarla bölgəyə əlavə silah-sursat daşıyaraq, hərbi təxribatları davam etdirməyə çalışırdı. Hətta vəziyyət o həddə çatmışdı ki, Qarabağdakı erməni separatçı-terrorçular yenidən müstəqillik iddiaları irəli sürür, özlərinə oyuncaq “prezident” seçir, qondarma “parlament”in adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

Ona görə də, rəsmi Bakı "Laçın" nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə erməni terrorçuların davamlı silahlandırılmasının qarşısını almaq qərarına gəldi. Çünki 10 noyabr üçtərəfli anlaşmasına zidd olaraq, Ermənistandan Azərbaycan ərazisindəki silahlı erməni terror dəstələrinə əlavə canlı qüvvə, yeni silah-sursat, minalar, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması təhlükəli həddə çatmlşdı. Və “Laçın” nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan ərazilərində erməni terrorizminin keniş fəaliyyət imkanları qazanmasının qarşısını böyük ölçüdə almış oldu.

Ancaq bütün bunlara baxmayaraq, erməni separatçı-terrorçular rəsmi Bakının reinteqrasiya çağırışlarını eşitmək istəmirdilər. Belə ki, ötən ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı terror qüvvələri ardıcıl və genişmiqyaslı hərbi təxribatlar törətməyə və terror hücumları etməyə başladılar. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, hərbi qulluqçular şəhid olurdular və yaralanırdılar. Azərbaycan ordusunun mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulurdu.

Nəticədə bütün bu təxribatların qarşısının alınması, üçtərəfli anlaşmanın müddəalarının icrasının təmin olunması, Qarabağ regionunda Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan ordusunun cəmisi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatları nəticəsində erməni separatçı-terrorçular döyüş meydadında məğlub edildilər və ağ bayraq qaldırmağa məcbur oldular. Və bundan sonra Azərbaycanın Qarabağ regionunda erməni terror dəstələrinin tərksilah olunması prosesinə başlanılaraq, qısa müddətdə uğurla yekunlaşdırıldı.

Bununla da II Qarabağ savaşının ikinci mərhələdi də Azərbaycanın parlaq hərbi zəfəri ilə sona çatdı. Bu tarixi hərbi zəfər sayəsində rəsmi Bakı nəhayət ki, Qarabağ regionunda Azərbaycan Konstitusiya quruluşunun bərpa prosesini sona çatdırmış oldu. Ən əsasısa, Azərbaycan ərazisi onilliklərlə mövcud olmuş erməni terrorizmindən birdəfəlik təmizləndi. Rəsmi Bakı Azərbaycanın müstəqillik dövrünün ən böyük probleminin həllinə nail oldu. Və bundan sonra Azərbaycan ərazisində “erməni problemi” daha heç vaxt mövcud olmayacaq.

Təbii ki, indi rəsmi Bakı Azərbaycanın inkişaf perspektivlərini reallığa çevirmək imkanlarını ön plana çəkmək şansı qazanıb. Hər halda, onilliklər boyi erməni terrorçuların nəzarətində qalmış Azərbaycanın tarixi Xankəndi şəhəri də artıq əsl sahiblərinin ixtiyarındadır. Azərbaycan erməni separatçı-terrorçuların daşı-daş üstündə buraxmadığı Qarabağ regionunda dağıdılmış şəhərləri yenidən tikərək, bərpa edir. Erməni separatçı-terrorçuların həmin yaşayış məntəqələrindən vaxtilə didərgin saldığı Azərbaycan vətəndaşları tədricən öz yurd-yuvalarına geri dönməyə də başlayıblar. Və bütün bunlar Azərbaycanın müasir tarixində gələcək nəsillərin də yalnız qürur duya biləcəyi parlaq dönüş mərhələsinin başlanğıcıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
prezidentin-bir-gunu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərinə səfər edib.

“Yol-xeber.az”nun məlumatına görə, dövlət başçısı azad edilmiş ərazidə bir sıra açılışlarda iştirak edib, yenidənqurma-bərpa işləri ilə tanış olub.

Prezidentin səfərindən maraqlı fotoları təqdim edirik:

 

 







 
prezidentle-oglu-agdamda-temelqoyma-merasiminde-istirak-etdiler

Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib.

Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

Diqqətə çatdırılıb ki, kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, bayraq meydanı, tibb məntəqəsi, digər xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.

Prezident İlham Əliyev Eyvazxanbəyli kəndinin təməlini qoyub.

***

Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub.

Dövlət başçısına kənddə görülən işlər barədə məlumat verilib.

İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Quruculuq işlərinin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Qeyd edildi ki, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşdırılacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 292 fərdi ev inşa edilir.

Bildirildi ki, kəndin ərazisində söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanıb. Bundan başqa, 292 fərdi evin torpaq, bünövrə, hörgü işləri və 278 fərdi evin isə xarici tamamlama işləri başa çatdırılıb.

Hazırda 94 fərdi ev üzrə daxili bəzək işləri görülür və mebel avadanlığı quraşdırılır. Həmçinin kəndin mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir.

Diqqətə çatdırılıb ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə sakinlərin işlə təmin olunması nəzərdə tutulur.

Prezident İlham Əliyev kənddə hazır evlərə baxıb.

***

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında iştirak edib.

***

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak edib.

***

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında iştirak edib.

***

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun açılışında iştirak edib.

***

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak edib.

***

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışında iştirak edib.

***

Prezident İlham Əliyev Ağdam rayonunun Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub.

 

 




















 
İranın Zəngəzur oyununda SON PƏRDƏ - "Rusiyanın dediyi olacaq"İran Zəngəzur dəhlizi məsələsinə kifayət qədər aqressiv yanaşır. Eyni zamanda bunu özünün qırmızı xətti elan edir. Amma bunun heç bir əsası yoxdur. Çünki Zəngəzur dəhlizinin açılması məsələsi üç ölkənin liderinin imzaladığı bəyanatda yer almış bir müddəadır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın öhdəlikləri var:

“Bu öhdəliklər yerinə yetirilməlidir. Buradan açılacaq kommunikasiya xətlərinin İranın təhlükəsizliyi, yaxud onun sərhədlərinin təhdid altına alınması ilə bağlı səsləndirilən fikirlər absurddur. Həqiqəti əks etdirmir. Sadəcə olaraq İran burada Ermənistandan daha çox özünün maraqlarını önə çəkir. İranın bu maraqları nədən ibarətdir? Zəngəzur dəhlizi ilə bağlı İranın siyasi maraqları var. İran istəyir ki, bu dəhliz onun öz ərazisindən keçsin. İran çox yaxşı bilir ki, Zəngəzur dəhlizi orta dəhlizin əsas komponentidir. Bu dəhliz üzərindən ildə 10 milyon tondan artıq yükün daşınması nəzərdə tutulub. Belə bir potensial var. Bundan başqa, bu dəhlizdən hər il 10 minlərlə avtonəqliyyat vasitəsi və 100 minlərlə insan səfər edə bilər ki, bunların hər biri də kifayət qədər maliyyə vəsaitlərini özündə əks etdirir. Yəni İran ilk növbədə belə bir dəhlizdə nəzarəti əlində saxlamaqla bundan təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Digər tərəfdən burada böyük maliyyə vəsaitlərinin daxil olması məsələsi var ki, İran bu maliyyə vəsaitlərindən məhrum olmaq istəmir. İranın əsas niyyəti ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin Güney Qafqazda rolunun möhkəmlənməsinə imkan verməsin. Bu ittifaqın güclənməsinə əngəl törətsin. Məhz İran bu baxımdan Zəngəzur dəhlizinin açılmasını istəmir.

Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanın Türkiyə ilə birbaşa əlaqələrin yaranması demək olacaq. Eyni zamanda, Türkiyənin bu dəhliz vasitəsilə Azərbaycan, o cümlədən Orta Asiya ilə əlaqələri ciddi şəkildə irəliləyəcək. Bu da İran tərəfindən arzuolunan bir məsələ kimi qəbul edilmir. İran hakimiyyəti hələ də Firdovsinin şahnaməsində olduğu kimi İran-Turan savaşı aparmaq niyyətindədir. Məhz bu səbəbdən də dəhlizin açılmasını istəmir. İran hazırda bu məsələdə Rusiya ilə üzbəüz gəlib. Düşünürəm ki, bu işin sonunda Kreml qətiyyət göstərsə, Rusiyanın dediyi olacaq.

Rusiyanın Ermənistan üzərində kifayət qədər təsir imkanları var, eyni zamanda üçtərəfli bəyanatda Ermənistanın öhdəlikləri və Paşinyanın imzası var. Bu baxımdan İranın nə deməsindən asılı olmayaraq, bu dəhliz açılacaq. İranın hazırkı isterikası həm də onunla bağlıdır ki, İranın yeni hakimiyyəti Qərblə yaxınlaşma xəttini həyata keçirməyə çalışır. Buna görə də hazırda İranın bu məsələ ilə bağlı fikirləri Amerika, Fransa və digərləri ilə daha çox üst-üstə düşür. Amma bütün hallarda bu işin sonunda hesab edirəm, İranın dediyi yox, əks cinahın dediyi və öhdəliklərə uyğun məsələ həllini tapacaq”.

Politoloq bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan son illər, xüsusilə də münasibətləri ciddi şəkildə inkişaf etdiriblər və bu, strateji tərəfdaşlıq hətta bu münasibətlər müttəfiqlik səviyyəsinə qədər artıq yüksəlməkdədir:

“İran çox yaxşı bilir ki, bu ölkələri qarşısını almaqla İran ciddi problem yaşaya bilər. Baxmayaraq ki, İran həm Pakistan, Türkiyə, həmçinin də Azərbaycana qarşı əslində qısqanc və qeyri-dost davranışları var. Amma İran eyni zamanda onu da anlayır ki, həm Pakistan, həm Türkiyə dünyada nüfuzlu dövlətlərdir. Pakistan həm də nüvə dövlətidir. Güclü orduya və iqtisadiyyata malikdirlər. İranla da geniş sərhədlərə sahibdirlər. İran bu faktorları nəzərə almağa məcburdur. İranda xarici siyasəti müəyyən edən prezident deyil. Bu dini lider və onun ətrafında SEPAH və digər qurumlar tərəfindən müəyyən olunmuş xarici siyasət var və biz həmin xarici siyasətdə hansısa 30 ildə dəyişikliklər olduğunu görmürük. Yaxın gələcək də, İranın Pakistan, Türkiyə, Azərbaycan üçlü formatına qoşulma ehtimalını mümkünsüz hesab edirəm”.

Xəbər lenti