Prezident bütün suallara CAVAB VERDİ... - AKTUALƏliyev Milli Məclisdə çıxışı zamanı sərhədin müdafəsinin gücləndirilməsini növbəti vəzifə olaraq qeyd etdi. Sərhədin möhkəmləndirilməsini zəruri edən birdən çox səbəb mövcuddur.
Birincisi, texniki olaraq qiymətləndirmək olar. Qarabağın azad edilməsindən sonra Ermənistanla uzunluğu 500 kilometr olan şərti sərhəddə ordumuzun mövqeləri gücləndirilməli, yeni mühəndislik işləri aparılmalıdır. Dağlıq relyef görülməli olan işləri ikiqat çətinləşdirir.
İkincisi, Ermənistanın mümkün təxribat hücumlarıdır. Hazırda İrəvana Avropadan tutmuş Hindistana qədər müxtəlif ölkələrdən silah partiyaları daşınır. Bununla yanaşı, Ermənistan ordusunun gücləndirilməsi istiqamətdə ABŞ da daxil olmaqla bir sıra ölkələr yaxından iştirak edir. Cəsarətlənən İrəvanın sərhəddə üstünlük qazanmaq, eləcə də maraqlarına uyğun olmadığını hesab etdiyi danışıqlar gündəliyini dəyişdirmək və Qərbin kollektiv dəstəyini əldə etmək üçün eskalasiyanın yaradılması məqsədilə təxribatlar törədə biləcəyi mümkün perspektivdir.
Üçüncüsü, Qərbi Zəngəzur ABŞ, Avropa, Rusiya, Türkiyə, İran, hətta Çinin maraqlarının toqquşduğu geosiyasi hesablaşma poliqonuna çevrilir. Və bəllidir ki, bu hesablaşma məhz Azərbaycan-Ermənistan sərhədində mümkün eskalasiyanı şərtləndirə bilər.
Və bütün bunların fonunda Azərbaycan-Ermənistan şərti sərhədinin dəyişməsi – sərhəd xəttinin Qərbi Zəngəzurun dərinliklərinə doğru çəkilməsi perspektivi də həmişə aktualdır.

Asif Nərimanlı
Azərbaycanda 3 yeni peşə bayramı təsis edildi

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il martın 16-sı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd ediləcək.

Sənədə əsasən, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 2997 nömrəli Sərəncamı ləğv edilib.

Prezidentin xəbərdarlığı: Müharibə BAŞLAYIR!? - Sülh istəyiriksə, SAVAŞA hazır olmalıyıq?Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb. APA xəbər verir ki, dövlət başçısı deyib: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib: “Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

Prezident onu da deyib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır.

Onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan dövlət başçısı bəyan edib ki, qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Əldə edilmiş məlumatların bunu göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.

Prezident eyni zamanda xəbərdarlıq edib ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq.

Prezidentin bu açıqlamaları və xəbərdarlığı vəziyyətin ciddiliyindən və hər an müharibə ehtimalının olduğundan xəbər verir?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etməsinə baxmayaraq, ölkəmizin hələ də müxtəlif təhlükələrlə üzləşdiyini bildirib: "Dövlət başçısı Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını bununla əsaslandırıb. “Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi” deyən dövlət başçısı böyük ehtimalla təhlükə barədə kəşfiyyat məlumatlarına əsaslanıb. Prezidentin “hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır” cümləsi ondan xəbər verir ki, yaxın müddətdə quru sərhədlər açılmayacaq. Deməli, hələ müxtəlif təhlükələrdən qurtulmamışıq. Dövlət başçısı qəti əmindir ki, bir sıra Qərb ölkəsi Ermənistanı Azərbaycana qarşı silahlandırır. Ermənistanı silahlandıran əsas Qərb ölkəsi Fransadır. Bu ölkənin Cənubi Qafqaz siyasətində dəyişən heç nə yoxdur. Ermənistanın silahlandırılması həm də o deməkdir ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən ölkə qısa müddətdə hərbi gücünü artıra bilsin və Azrbaycan qarşısında duruş gətirə bilsin. Ermənistanın silahlandırılması bölgədə növbəti toqquşma ehtimalını artıra bilər. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədə maraqlı olmadığını bildirsə də, ordusuna tam nəzarət edə bilmir, özü də bir neçə dəfə deyib ki, "Ermənistan ordusunda beşinci kolon" mövcuddur. Bu isə o deməkdir ki, həmin “beşinci kolon” müxtəlif xarici dairələrin əlində Azərbaycana qarşı alətə çevrilə bilər. Ona görə də Prezidentin xəbərdalığı və açıqlaması həm də “hər an müharibəyə hazır olun” deməkdir".

Politoloq qeyd etdi ki, Prezident İlham Əliyevin Azərbaycana qarşı media kampaniyasından danışarkən, “xarici dairələr Azərbaycana qarşı yeni planlar hazırlayıb” cümləsini işlətməsi ciddi məsələyə işarədir: “Bura Qərbdəki dairələrlə yanaşı İrandakı mühafizəkar dairələri də aid etmək olar. Çünki Azərbaycana qarşı qarayaxma və media kampaniyasını İrandakı dairələr də həyata keçirirlər. Həmin dairələr Zəngəzur dəhlizinə qarşı bütün güclərini səfər ediblər. Halbuki Zəngəzur dəhlizi bölgəyə sülh və əməkdaşlıq gətirəcək. Azərbaycana qarşı media kampaniyasının arxasında Bakıda noyabr ayında keçiriləcək COP29 tədbiri də dayanır. Bakıda bu kimi tədbirlərdən əvvəl hər zaman belə kampaniyalar həyata keçirilib”.
italiya-mudafie-naziri-bakidadir

İtaliya müdafiə naziri Quido Krosetto müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə bu gün Bakıya gəlib.

O, “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.

İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.

 

 
 
bu-azerbaycanin-gucunun-butun-dunyaya-numayisi-idi

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra nailiyyətlərə imza atmağa müvəffəq olub. Müstəqil siyasət yürüdən Azərbaycan beynəlxalq və regional təzyiqlərə baxmayaraq demokratik inkişaf yolunu hədəf seçib. Məqsədinə nail olmaqdan ötrü çoxsaylı təzyiqlərə sinə gərərək müstəqilliyini qoruyub saxlaya bilib. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra dövlətçiliyin möhkəmləndirilməsi, milli və ideoloji təhlükəsizliyin təmin edilməsi, milli iqtisadiyyatın inkişaf etdirilməsi kimi məsələləri prioritet elan etdi. Qətiyyətli və şaxələndirilmiş xarici siyasət nəticəsində qısa zaman ərzində Azrbaycan Respublikasının beynəlxalq imicini formalaşdıra bildi. Ən əsası xalq-iqtidar-ordu birliyinə nail olan dövlət başçısı ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin etdi.

 Azərbaycan xalqının birliyi, iradəsi, Azərbaycan ordusunun gücü hesabına 30 il işğal altına olan torpaqlarımız azad edildi. 44 günlük Vətən müharibəsində dünyada misli görünməmiş müasir hərbi taktika ilə uzun illər ərzində Qarabağda kök salmış separatizmin kökü kəsildi, terrorizmə son qoyuldu. Ən nəhayət, bir günlük antiterror tədbiri nəticəsində ölkənin suverenliyi və ərazi bütövlüyü təmin edildi. Bu zəfər təkcə işğalçı dövlət olan Ermənistan üzərində qələbə deyildi, həm də  Azərbaycan dövlətinin gücünün, xalqımızın əyilməz ruhunun bütün dünyaya nümayişi idi. 

Təbii ki, əldə edilmiş Zəfər bölgədə yeni reallıqların yaranmasına səbəb oldu. Çox təəssüf ki, yeni reallıqla barışmaq istəməyən, xüsusən Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsini həzm edə bilməyən dairələr ölkəmizə qarşı total hücuma keçiblər. Avropa koalisiyası, ABŞ, Fransa kimi dünyanın aparıcı ölkələri ədaləti, beynəlxalq hüququ deyil, açıq-aşkar separatizmi dəstəkləyirlər. İran, Rusiya, Fransa, Hindistan kimi dövlətlər beynəlxalq hüquqa zidd gedərək işğalçı dövləti silahlandırmaqda davam edirlər. Məhz dünyada və bölgədə yaranmış xaotik vəziyyət Azərbaycanın yeni strategiya, yeni hədəflər müəyyən  etməsini zəruri edir. 
Elə bu səbəbdən də  Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Azərbaycan Respublikasının yeni hədəflərinin cizgilərini cızıb. Şübhəsiz ki, dövlət başçısı yeni hədəfləri hazırkı dövrə kimi əldə edilmiş nəticələrin təhlili əsasında irəli sürüb. Belə ki, dövlət başçısının nitqində ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilir və əsaslandırılır. Dövlət başçısının proqram xarakterli çıxışında İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin nəticələrinin ölkəmizin qarşısında açdığı yeni imkanlar qiymətləndirilərək qarşıda duran vəzifələr sadalanır. Yeni çağırışlardan biri milli təhlükəsizliyin təmin edilməsidir ki, dövlət başçısı buna nail olmaq üçün "yol xəritəsi"ni açıqlayıb. 

Dövlət başçısı bəyan edib ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır: "Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir".

Belə məlum olur ki, dünyada gedən proseslər, Ermənistanda revanşizm meyilləri hərbi sahəyə daim diqqət göstərilməsini zəruri edir. Beynəlxalq hüquq anlayışının tamamilə sarsılması, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının iflasa uğraması Ordumuzun daha da güclənməsini zəruri edir. Məlumdur ki, Ermənistanda revanşist qüvvələr mütəmadi olaraq baş qaldırır, həm marginal siyasi ünsürlərin, həm də  Ermənistan hakimiyyətinin revanşizm xülyaları ilə yaşayır. Sürüşkən siyasət yürüdən Ermənistanın silahlanması heç də bölgədə sülhün, əminamanlığın bərpa olunmasına xidmət etmir. Üstəlik, Ermənistana qahmar çıxan ölkələrin ikili siyasəti, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qəbul etdirdikləri qətnamələr çirkin oyunun hələ də davam etməsini göstərir. Bir sözlə, Azərbaycanın qələbəsini həzm edə bilməyən xarici dairələr ölkəmizə qarşı yeni planlar hazırlayırlar. Məhz bu amillər nəzərə alınaraq ölkəmizin hərbi gücünün artırılması ön planda olmalıdır.

İrəvanın yeni müharibə hazırlığı: Kimə qarşı? - AKTUALPrezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistanın silahlanmasından danışıb.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Ermənistan Fransadan pulsuz silah alır:

“Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir”.

Prezident Ermənistanı silahlandıranlara bir daha xəbərdarlıq edib:

“Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır.

Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.

Qeyd edək ki, Ermənistanın sürətlə silahlanması onun əsl məqsədlərinin müzakirələrə səbəb olmasına gətirib çıxarır. Siyasi analtiklər də rəsmi İrəvanın bu addımlarının növbəti müharibəyə hazırlaşmaq cəhdi kimi dəyərləndirirlər.

Milli Məclisin deputatı Azər Allahverənov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan özünün sülh gündəliyini bütün platformalarda diqqətə çatdırır:

“Lakin buna baxmayaraq, Ermənistan guya Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlı olduğunu bəyan edir. Hərçənd ki, Ermənistan müxtəlif maliyyə mənbələrdən maddi cəhətdən dəstək alır, onu isə birbaşa silah almağa yönləndirir. Bundan başqa, Avropa İttifaqının Sülh Fondunun xətti ilə də rəsmi İrəvanın silahlandırılma siyasəti dəstəklənir və bunun üçün vəsait ayrılır.

Bütün bunlar isə Ermənistanın sülhdə maraqlı olmadığını göstərir.

Erməni cəmiyyətində revanşist əhval-ruhiyyə hələ də yüksəkdir. Bu ocaq söndürülməyib, hətta zaman-zaman kənar qüvvələr tərəfindən daha da alovlandırılır. Bir tərəfdən sülhdən danışan dövlət, digər tərəfdən şərti sərhəd ərazilərində təxribatlara əl atır”.

Millət vəkili qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan öz siyasi mövqeyini qorumaq üçün zaman-zaman revanşist əhval-ruhiyyəni gündəmdə saxlamağa çalışır:

“Bununla da həm xarici havadarlar arasında daha böyük dəstəyə ümid bəsləyir, həm də ölkəsini silahlandırmağa davam edir.

Artıq Paşinyanın müəyyən mənada bir koalisiya formalaşdırdığı da görünür. Bir sıra dövlətlər bu prosesdə rəsmi İrəvana çox yaxından dəstək olur. Onlara maddi cəhətdən dəstəyin göstərilməsi, silahlanma üçün vəsaitin ayrılması və təmənnasız olaraq silah-sursatın verilir. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələriylə birlikdə hərbi təlimlər də keçirilir.

Həmçinin, Ermənistanın Müdafiə Nazirliyində xarici ölkələrin təlimatçıları fəaliyyət göstərir. Bütün bunlar isə Ermənistanın növbəti müharibədə maraqlı olduğunu nümayiş etdirir. Bunun başlıca səbəbi erməni cəmiyyətində Nikol Paşinyan əleyhinə olan qüvvələri onun leyhinə çevirməkdir. Yəni Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Paşinyan siyasi dvidet qazanmağa çalışır”.

Deputat bildirib ki, bütün bunlar Ermənistanın yenə də kiminsə alətinə çevrildiyini nümayiş etdirir:

“Ermənistan əvvəllər bir dövlətin forpostu idisə, hazırda isə bir çox dövlətin maraqlarının toqquşduğu poliqona çevrilir. Cənubi Qafqazda da öz maraqlarını təmin etmək istəyən dövlətlər Ermənistanda hərbi cəhətdən dəstək göstərməyə çalışırlar.

Onlar özlərinə uyğun konfiqurasiyanın formalaşmasına nail omaq və maraqlarını təmin etmək istəyirlər. Ermənistan dövlət olaraq çoxdan öz subyektliyini itirib. Ona görə də başqa dövlətlərin bu və ya digər formada geosiyasi oyunların alətinə və qurbanına çevrilir”.
Qafqaza müharibə və sülhü kim gətirəcək? - İNCƏLƏMƏ"Azərbaycan və Ermənistanla birlikdə biz Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün mühüm bir fürsət əldə etdik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasına qatılmaq üçün səfər etdiyi Nyu-Yorkda ABŞ-də fəaliyyət göstərən bəzi analitik mərkəzlərin nümayəndələri türk evində təşkil edilən dəyirmi masada görüşü zamanı deyib.

“Region ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılması, eləcə də sülh və qonşuluq münasibətlərinin qurulması bizim təməl prinsiplərimizdəndir. Ölkəmiz bütün dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünə, eləcə də beynəlxalq hüquqa hörmətini vacib hesab edir. Bu gün müasir dünyanın sadaladığım prinsiplərə olduqca böyük ehtiyacı var”, - o deyib.

Təkcə dövlət rəhbərləri və rəsmiləri deyil, həmçinin bir çox analitiklər də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, regionda kommunikasiya xətlərinin açılmasının Cənubi Qafqazda daimi sülhün və təhlükəsizliyin bərqərar olunmasına töfhə verəcək mühüm amil hesab edirlər.

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, münaqişələrdən yayınmanın ən yaxşı yolu dövlətlərarası əməkdaşlıqdan keçir:

“Dünyada mövcud olan dövlətlər arasında bu və ya digər məsələlər ilə əlaqədar problemlər, bir çox hallarda isə ərazi mübahisələri ilə bağlı münaqişələr var.

Amma bəzi dövlətlər problemlərin və mübahisələrin müharibəyə səbəb olmaması üçün qarşılıqlı təmaslar və əməkdaşlıq yolunu seçirlər. Dövlətlər arasında əməkdaşlığın genişlənməsi münaqişənin alovlanması və müharibənin başlanması ehtimalından yayınmanın ən münasib variantıdır.

Bu baxımdan, Azərbaycanla Ermənistan arasında regional kommunikasiyaların açılması və əməkdaşlığın qurulması regionda sülhün bərqərar olunmasına töfhə verəcək.

Bildirim ki, regionda sülhün taleyi, Azərbaycanla Ermənistan arasında normal münasibətlərin formalaşması tam olaraq rəsmi Bakı ilə İrəvan arasındakı təmaslardan asılı deyil. İstər əməkdaşlıq mexanizmləri, istərsə də kommunikasiyaların açılması bu məsələdə yardımçı xarakteri daşıyacaq.

Əsas məsələ budur ki, hazırda bir sıra güc mərkəzləri Cənubi Qafqaz üzərində geostrateji və geosiyasi mübarizəyə cəlb olunublar. Özünü güc mərkəzi hesab edən ölkələr Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsində maraqlıdır.

Çünki onlar bu münaqişədən regionda öz maraqlarını və mənafeyini təmin etmək üçün bir vasitə kimi istifadə edirlər. Bu da regionda sülhün təminatına imkan vermir.

Yalnız güc mərkəzləri öz iddialarından əl çəkdiyi təqdirdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsinə yol açılacaq.

Buna baxmayaraq, Azərbaycanla Ermənistan arasında təmasların intensivləşməsi münaqişə ehtimalını azaldacaq”.
Ceyhun Bayramov BMT Baş Assambleyasının “Gələcəyin Sammiti”ndə çıxış etdi

İqlim dəyişikliyi, dağıdıcı münaqişələr, geosiyasi gərginliklər və artan bərabərsizlik kimi presedentsiz çağırışlarla qarşı-qarşıya qalan dünya həlledici yolayrıcındadır. Bu kritik dönəmdə, "Gələcəyin Sammiti” aktual çağırışların həll olunması, uçurumların aradan qaldırılması və çoxtərəfli sistemin bir vahid şəklində irəlilədiyini nümayiş etdirmək üçün bir fürsətdir.

Report xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında "Yüksək Səviyyəli Həftə"si çərçivəsində baş tutan "Gələcəyin Sammiti”ndə ("Summit of the Future”) çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan özü beynəlxalq hüququn, o cümlədən humanitar hüququn pozulmasının ən faciəvi nəticələrini yaşayıb və BMT Nizamnaməsinin, habelə əsas orqanlarının çoxsaylı qətnamələrinin icra edilməməsi ədalətsizliyi ilə üzləşib:

"Məhz bu səbəbdən Azərbaycan beynəlxalq hüquqa ciddi riayət edilməsi və beynəlxalq normaların aşınmasının dayandırılması baxımından bu Sammitin ideyasını tam anlayır.

Nizamnamə və eləcə də orada əksini tapan bütün alətlər və mexanizmlər heç bir ikili standartlar, siyasi, coğrafi və ya hər hansı üstünlüklər olmadan qeyd-şərtsiz tətbiq edilməlidir.

Zati-aliləri,

Biz Dayanıqlı İnkişaf Məqsədlərinin cəmi 17%-nin yerinə yetirildiyi Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə aparan yolun tən yarısında görüşürük. İrəliləyişə nail olmaq üçün siyasi öhdəliklərimizi həlledici fəaliyyətə çevirməyə təcili ehtiyac var.

Azərbaycan bu baxımdan DİM-lər üzrə irəliləyişi gücləndirmək üçün Baş katibin səylərini tam dəstəkləyir və 75-ci Yubiley Bəyannaməsindəki öhdəliklərə sadiq qalır.

Biz milli səviyyədə 17 məqsəd, 88 hədəf və 119 göstəricini prioritetləşdirməklə irəliləyişə nail olmaqla digərlərinə nümunə göstəririk. Buna vətəndaş cəmiyyəti, biznes ictimaiyyəti, qadınlar, gənclər və digər əsas maraqlı tərəfləri əhatə edən əməkdaşlıq və inklüziv proses vasitəsilə nail olunub.

Ərazilərimizin işğaldan azad edilməsi DİM-lərə nail olunması baxımından da yeni səhifə açıb. Hökumət DİM-lərin həyata keçirilməsinin bütün aspektlərini əhatə edən on milyardlarla ABŞ dolları dəyərində genişmiqyaslı yenidənqurma və bərpa səylərinə başlayıb.

Bundan əlavə, Azərbaycan DİM18, mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər üzrə milli məqsədi təqdim edib. Təcili humanitar ehtiyacların həlli, yaşayış vasitələrinin bərpası və icmaların canlandırılmasında minalardan təmizlənmənin həlledici olduğunu nəzərə alaraq, daha böyük beynəlxalq dəstəyə və həmrəyliyə çağırırıq.

Biz həmçinin 2030 Gündəliyi üzrə dörd Könüllü Milli Hesabat təqdim edən regionumuzda birinci ölkə olmaqla, bütün dünyada azsaylı ölkələr sırasındayıq. 2024-cü il Dayanıqlı İnkişaf Hesabatında Azərbaycan dünya ölkələrinin üçdə ikisindən irəlidədir.

Zati-aliləri,

Azərbaycan BMT Nizamnaməsi tərəfindən qorunan suverenlik və ərazi bütövlüyü hüquqlarını bərpa edərək yeni dövrə qədəm qoyub.

Azərbaycan gücdən istifadənin qanunsuzluğuna son qoymaqla Ermənistanla tam şəkildə bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsinə əsaslanan postmünaqişə normallaşma gündəliyinin təməlini qoyub.

Biz ikitərəfli danışıqlar vasitəsilə əldə edilmiş irəliləyişi əsas götürərək, yerdə qalan əngəlləri aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırır, lazımi siyasi iradənin və məsuliyyətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq.

Xanımlar və cənablar,

Əsrin ən böyük transmilli çağırışı olan iqlim dəyişikliyini aradan qaldırmaq zəruridir. Bu, gələcək risk deyil, bütün dünyada hazırda milyardlarla insan üçün mövcud olan təhlükədir.

2024-cü ilin noyabr ayında Azərbaycan İqlim Dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. "Yaşıl Dünya naminə Həmrəylik” çağırışını rəhbər tutaraq, Azərbaycan iqlim dəyişikliyinə qarşı daha davamlı və dayanıqlı dünya üçün əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Biz həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri bir araya gətirməyi və ümumi öhdəlik və mənəvi vəzifə qismində iqlim çağırışlarını həll etmək məqsədilə əməkdaşlıq ruhunu təşviq etməyi hədəfləyirik.

Başlamaqda olan COP29 sədrliyi çərçivəsində, biz bütün tərəflər və maraqlı bitərəf tərəfdaşlar ilə inklüziv şəkildə işi davam etdiririk. Azərbaycanın COP29 sədrliyinin əhatəli və inklüziv strategiyası bu il əsas prioritet qismində yeni iqlim maliyyəsi hədəfinin qoyulması ilə ambisiyanın artırılması və fəaliyyətə şərait yaradılması kimi qarşılıqlı şəkildə bir-birini gücləndirən iki sütunda təşəkkül tapıb.

COP29 eyni zamanda, qlobal sülh və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaq. Münaqişələr və iqlim böhranı kimi məsələlərin kəsişdiyini nəzərə alaraq, bir neçə gün əvvəl bəyan edilən Barışıq Çağırışında əksini tapmış COP29 naminə flaqman Barışıq Təşəbbüsünü təqdim edib. Biz COP29 ayı ərzində birliyə və barışığa hörmət etməyə çağırırıq.

Sonda gəlin bir daha iqlim davamlılığı və dayanıqlı inkişafın, sülh və təhlükəsizliyin sadəcə arzu-istək deyil, hamı üçün reallıq olduğu daha yaxşı gələcəyə sadiqliyimizi təsdiq edək.

Biz yalnız cəsarətli, inklüziv və əməkdaşlıq fəaliyyəti vasitəsilə buna nail ola bilərik".

İrəvan iki ermənipərəst ölkənin dəstəyini itirir: Fransa diktatorunu isə Yelisey sarayından qovurlar

Hazırda həm ABŞ, həm də Fransa siyasi hakimiyyət dəyişikliyi ilə yekunlaşa biləcək böhranlı mərhələyə qədəm qoyub, halbuki bu iki ölkənin yeni hökumətlərinin də Ermənistana dəstəyinin davam edəcəyi şübhə doğurmur... Ancaq qətiyyən istisna deyil ki, hər iki ölkənin yeni hakimiyyətləri ermənipərəst mövqelərini indiki kimi qabarıq şəkildə nümayiş etdirməyəcəklər və bu baxımdan, Ermənistanın beynəlxalq dəstəyinin yaxın vaxtlarda nisbətən zəifləmə ehtimalı da mövcuddur...

Ermənistanın əsas beynəlxalq himayədarları olan iki önəmli ölkədə kifayət qədər ciddi daxili siyasi problemlər mövcuddur. Belə ki, həm ABŞ-da, həm də Fransa da olduqca ciddi siyasi böhran yaşanmaqdadır. Üstəlik, hər iki ölkədə siyasi böhran dərinləşməkdə davam edir. Hətta bu proses o qədər intensiv xarakter daşıyır ki, həm ABŞ-da, həm də Fransa da yaxın vaxtlarda siyasi hakimiyyət dəyişikliyi baş verərsə, qətiyyən gözlənilməz xarakter daşımayacaq. Və bu baxımdan, Ermənistana verilən beynəlxalq dəstəyin yaxın gələcəkdə nisbətən zəifləyə biləcəyi istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ-da növbəti prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası siyasi qarşıdurmanı son həddə qədər güclənidirb. Bayden administrasiyası Ağ Evə sahiblik hüququnu daha dörd il üçün qorumaq məqsədilə bütün mümkün vasitələrdən, hətta inzibati təzyiq metodlarından belə, istifadə edir. Belə ki, bir müddət öncəyə qədər Bayden administrasiyasının əsas siyasi rəqibi, keçmiş Ağ Ev sahibi Donald Trampın seçki marafonundan kənarlaşdırılması üçün yolverilməz variantlar işə salınmışdı. Və Donald Trampın çoxsaylı məhkəmə prosesləri ilə ABŞ prezidentliyi uğrunda mübarizədən kənarlaşdırmağa çalışırdılar.

tramp-kamala.JPG (57 KB) 

Ancaq Bayden administrasiyasının bütün cəhdlərinə baxmayaraq, keçmiş prezident inzibati təzyiqlərə tab gətirməyi bacardı. İndi Bayden administrasiyasının prezidentliyə namizədi Kamala Harris keçmiş Ağ Ev sahibi ilə ABŞ-ın dövlət başçısı postu uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Yəni, bundan sonrakı mərhələdə Ağ Evin yeni sahibinin kimliyini məhz ABŞ seçiciləri müəyyən edəcəklər. Və bu, Bayden administrasiyasının hakimiyyəti itirmə ehtimalını hər halda, aktual saxlayır.

Ona görə də, birbaşa Donald Trampı seçkidən kənarlaşdırmağı bacarmayan Bayden adminitrasiyası keçmiş Ağ Ev sahibini dəstəkləyən nüfuzlu şəxsləri hədəfə almağa, onlara qarşı təzyiqləri gückəndirməyə başlayıb. Belə ki, Donald Trampın əsas tərəfdarları və dəstəkçiləri sırasında yer alna İlon Mask da məhkəməyə verilib. Ona qarşı bir necə ittiham üzrə məhkəmə prosesi başladılıb. Və İlon Mask isə üzləşdiyi təzyiq dalğasını məhz birbaşa onun Donald Trampı dəstəkləməsindən qıcıqlanan Bayden administrasiyasının səhnəarxası siyasi sifarişləri ilə əlaqələndirib.

Təbii ki, Ermənistanı israrla dəstəkləyən və Azərbaycana qarşı əsassız mövqeyi ilə münasibətləri korlanmaq həddinə çatdırmış Bayden administrasiyasının hakimiyyətdən kənarlaşdırılması Cənubi Qafqazda da sülh prosesinin pozitiv inkişafına geniş imkanlar aça bilər. Çünki hazırda davamlı olaraq, sülhdən danışan Ağ Ev ABŞ-ın Cənubi Qafqazdakı geopolitik maraqları naminə Ermənistanı silahlandırmaqla, bu regionda hərbi-siyasi gərginliyi artırır, yeni savaş təhlükəsi yaradır. Və bu baxımdan, ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qələbəsi Cənubi Qafqazda sülh prosesi qarşısındakı əsas əngəllərdən birini aradan qaldıra bilər.

9ecb321dd55d56f3410b92574ef0bf8c.jpg (139 KB) 

Cənubi Qafqazda sülh prosesini bloklamağa çalışan digər ölkəyə - Fransaya gəldikdəsə, bu ermənipərəst ölkədə də siyasi böhran dərinləşməyə başlayıb. Belə ki, prezident Emmanuel Makronun partiyası iki ardıcıl seçkidə sarsıdıcı məğluniyyətə uğrayıb. Xüsusilə də, sonuncu parlament seçkilərində ağır məğlubiyyət Makron hakimiyyətinin siyasi dayaqlarını sıradan çıxartmağa başlayıb. Və ona görə də, prezident Emmanuel Makron inzibati-amirlik sisteni quraraq, Fransada diktatura rejimi yaratmağa can atır.

Təbii ki, prezident Emmanuel Makronun Fransanı avtoritarizmə və diktaturaya sürükləmək cəhdləri ölkə daxilində kəskin etirazlarla, sərt müqavimətlə qarşılanmaqdadır. Makron hakimiyyətinə müxalif mövqedə olan və parlamentdə çoxluğu ələ keçirtmiş siyasi qüvvələr arasında birləşmə prosesi də intensivləşib. Hətta bunun ilkin nəticələri də mövcuddur. Və belə davam edərsə, prezident Emmanuel Makron vaxtından əvvəl hakimiyyətini itirə, Yelisey sarayından qovula bilər.

Məsələ ondadır ki, müxalif siyasi qüvvələr Fransa parlamentinə prezident Emmanuel Makrona qarşı impiçmentin tətbiq olunması barədə müraciət təqdim ediblər. Fransa parlamenti isə bu müraciəti araşdırma prosesi üçün məqbul hesab edərək, icraata götürüb. Bu, Fransa tarixində ilk belə hadisədir. Çünki buna qədər Fransa tarixində heç bir prezident barədə analoji məzmunlu müraciət icraata qəbul edilməmişdi. Və prezident Emmanuel Makron barəsində impiçment araşdırması başladılmış ilk Fransa dövlət başçısı kimi ölkəsinin tarixinə düşməyi bacarıb.

 1130298.jpg (73 KB)

Bəzi iddialara görə, prezident Emmanuel Makrona qarşı impiçment tələbinin müsbət nəticələnmə ehtimalı kifayət qədər yüksəkdir. Əgər, bu proses eyni istiqamət üzrə inkişaf edərsə, prezident Emmanuel Makronun prezident səlahiyyətlərinin ləğv edilməsi və Fransada növbədənkənar seçkilərin təyin edilməsi qaçılmaz olacaq. Və bu isə o deməkdir ki, Ermənistan özünün ən qatı dəstəkçisini itirmək təhlükəsi ilə üzləşib.

Hər halda, onu da nəzərə almaq lazımdır ki, Fransa həmişə ermənipərəst ölkə olsa da, bu ölkənin əvvəlki prezidentləri beynəlxalq hüquq normalarının arxasında gizlənməyə daha çox üstünlük verirdilər. Yəni, Ermənistana dəstək məsələsində beynəlxalq hüquq normalarının “qırmızı cizgilər”ini və Fransanın nüfuzunu da nəzərə alırdılar. Ancaq prezident Emmanuel Makron Fransanın ermənipərəst mövqeyini açıq müstəviyə keçirib. Və bu mövqeyində beynəlxalq hüquq normalarını belə, kobud şəkildə pozmağa üstünlük verir.

Belə anlaşılır ki, hazırda həm ABŞ, həm də Fransa siyasi hakimiyyət dəyişikliyi ilə yekunlaşa biləcək böhranlı mərhələyə qədəm qoyub. Əslində, bu iki ölkədə hakimiyyətlər dəyişsə belə, ABŞ və Fransa Ermənistana dəstək verməkdə davam edəcək. Ancaq qətiyyən istisna deyil ki, hər iki ölkənin yeni hakimiyyətləri ermənipərəst mövqelərini indiki kimi qabarıq şəkildə nümayiş etdirməyə də bilər. Və bu, o deməkdir ki, Ermənistanın beynəlxalq dəstəyinin yaxın vaxtlarda nisbətən zəifləmə ehtimalı kifayət qədər inandırıcıdır.(“Yeni Müsavat”)

“3+3” formatı yenidən gündəmdə: Nələr müzakirə olunacaq? - İNCƏLƏMƏYaxın günlərdə “3+3” platformasının növbəti iclası Türkiyədə baş tuta bilər.

Rusiya Xariciş İşlər Nazirliyinin məbtuat katibi Mariya Zaxarova son mətbuat konfrasında bildirib ki, Türkiyədə “3+3” formatında xarici işlər nazirlərinin görüşü gözlənilir.

Platformanın növbəti görüşündə Rusiya, İran, Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri iştirak edəcəklər.

Maraqlıdır, Türkiyədə bu görüşün baş tutma ehtimalı nə qədərdir? Əgər belə bir görüş baş tutacaqsa, regionla bağlı hansı məsələlər müzakirə olunacaq?

Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cebheinfo.az” -a şərhində qeyd edib ki, “3+3” formatında görüş baş tuta bilər:

“Ola bilsin ki, önümüzdəki aylarda “3+3” platformasının növbəti görüşü baş tutsun. Əgər təşəbbüs iştirakçı ölkələr tərəfindən müsbət qarşılanarsa, bu görüş baş tutacaq.

O ki qaldı görüşdə hansı məsələlərin müzakirə olunacağına, bu, bir qədər qaranlıq qalır. İnanmıram ki, görüşdə ciddi bir nəticə əldə etmək mümkün olsun. Ola bilər ki, tərəflərin müzakirə gündəminə regiondakı münaqişələr, nəqliyyat kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər daxil olacaq.

Çünki altılıq platformanın içərisindəki bəzi dövlətlər üçün iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Rusiya regionda yeni kommunikasiyaların açılmasında maraqlıdır. İran da regional əməkdaşlığı dəstəkləyir, amma Tehran bu kimi məsələlərdə daha çox öz maraqlarına üstünlük verir.

Eyni zamanda, bu görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi də müzakirə predmentinə çevrilə bilər. Amma növbəti görüşün ciddi nəticə verəcəyini indidən proqnozlaşdırmaq bir qədər çətindir.

Ümumi götürəndə əsas odur ki, “3+3” platformasının növbəti görüşü baş tutsun və platforma tam olaraq fəaliyyətə başlasın. Ondan sonrakı mərhələlərdə regionla bağlı bir çox önəmli məsələləri müzakirə etmək olar”.

Xəbər lenti