Rusiya Güney Qafqazda erməni kilsəsinin əli ilə qalmaq istəyir... - Zatulin deyir ki...Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Moskvada keçirilən “Lazarev Klubu”nun 6-cı iclasında yenə Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirib. Ümumiyyətlə Rusiya ilə Ermənistanın birgə təsis etdikləri “Lazarev klubu” erməni separatizminə və Qarabağ klanına dəstək verən başlıca müzakirə platformasıdır. Zatulin deyib ki, guya Qarabağ ərazisində “erməni kilsələri” albanlaşdırılır. Həmin kilsələr elə əvvəldən də alban kilsələri idi. Zatulin “erməni kilsələrinin albanlaşdırılmasını” tarixi irsə “cinayət” kimi qiymətləndirib.
Zatulinin erməni kilsəsi haqqında danışması təsadüfi deyil. Görünür, Zatulin erməni kilsəsinin “irsi” haqqında danışmaqla bu gün İrəvanda hakimiyyətlə kilsə arasındakı mübarizədə ikinciyə dəstəyinə işarə etmiş olur. Zatulin hiyləgər və təhlükəli siyasətçidir. “Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılması” təklifinin ideya müəllifinin də Zatulin olduğuna təəccüb etmərəm, sadəcə mövzunu həmkarı Karasin vasitəsilə gündəmə gətirib ki, bu Azərbaycanda etiraz doğurmasın.

Elxan Şahinoğlu 
Bakıda görmək istədiyimiz 3 məşhur erməni... – "Az qalıb, gələcəklər"

"Xocalıda, ümumiyyətlə, Qarabağda cinayət törədənlər layiqli cəzanı almalıdırlar".

Bu sözləri Globalinfo.az-a deputat Elman Məmmədov deyib.

O bildirib ki, Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırım heç vaxt unudulmayacaq:

"Ermənistan Azərbaycana qarşı törətdiyi cinayətlərin cavabını verməlidir. Ölkə başçımız bunu dəfələrlə deyib. Xocalıda insanlığa, bəşəriyyətə, Azərbaycan xalqına qarşı amansız cinayət, soyqırım törədilib, günahsız insanlar qətlə yetirilib. Buna görə də həmin soyqırımın təşkilatçıları, iştirakçıları qanuni şəkildə cəzalandırılmalıdırlar".

Deputat vurğulayıb ki, İrəvan qətliam aktında təqsiri olduğunu etiraf etməlidir:

"Təbii ki, bu gün Ermənistanda özünə isti yuva tapmış Robert Köçəryan, Serjik Sərkisyan, Vitali Balasanyan və digər cinayətkarlar Azərbaycana təhvil verilməli, Bakıya gətirilməlidir. İnanıram ki, vaxt gələcək, həmin canilər bizə təhvil veriləcək. O gün uzaqda deyil".

Azərbaycanda 2 yeni nazir təyin edildi

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri təyin edilib.

Bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov qərar imzalayıb. Qərara əsasən, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov nazir vəzifəsinə təsdiq edilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı qərarla Elxan Nəcəfov Naxçıvan MR təhsil naziri təsdiq edilib.

Qeyd edək ki, E.Nəcəfov buna qədər təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.

Milli Məclis toplandı - 9 məsələyə baxılacaq

Milli Məclisin yaz sessiyasının son iclası öz işinə başlayıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən mayın 31-də parlamentin yaz sessiyasının son iclas günüdür.

Bu gün keçirilən plenar iclasın gündəliyinə 9 məsələ daxil edilib. Parlamentarilər bu gün keçiriləcək iclasda aşağıdakı məsələləri müzakirə edirlər:

1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
3. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
8. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
9. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

Ceyhun Bayramov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, baş qərargah rəisi Asim Munir ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş əsnasında iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlığın perspektivləri, habelə müdafiə sənayesi sahəsində iki ölkənin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Ceyhun Bayramov Azərbaycan və qardaş Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx təmasların vacibliyini vurğulayıb.

İki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, habelə müvafiq qoşun növləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ikitərəfli, habelə Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli hərbi təlimlərin əhəmiyyəti qeyd edilib.

Ceyhun Bayramov həmsöhbətini həmçinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, habelə Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədin müəyyən hissəsinin delimitasiyası prosesində əldə edilən son razılaşmalar barədə məlumatlandırıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 
İcra başçısı vəzifəsindən azad edildi- SƏRƏNCAM

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qərbi Azərbaycan Xronikası: Ermənistanın Gürcüstana və İrana qarşı ərazi iddiaları

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ermənistanın Gürcüstana və İrana qarşı ərazi iddiaları" adlı süjetdə Ermənistanın baş naziri Nikol Paşinyanın dəfələrlə dilə gətirdiyi və siyasi xətt olaraq seçdiyi "Tarixi Ermənistan real Ermənistan üçün təhlükədir" tezisinə yer verilib.

Bildirilib ki, Paşinyan "real Ermənistan", yəni qondarma miflərin və ərazi iddialarının olmadığı bir ölkə qurmaq niyyətindədir:

"Əslində erməni baş nazir ölkəsinin gələcək mövcudluğunun bundan asılı olduğunu anlayır və erməniləri ağıllandırmaq istəyir. Çünki Qərbi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət quran erməni millətçilər saxta tarix üzərindən "böyük Ermənistan" ideologiyası yaradıb və bu gün bütün qonşu ölkələrin həm tarixinə, həm də ərazisinə göz dikib".

Qeyd olunub ki, ermənilər təkcə bizə qarşı yox, həm Gürcüstana, həm də İrana qarşı da eyni iddiaları irəli sürürlər:

"Ermənilər Gürcüstanda "svan və meqrel" kartını da daim əllərində rıçaq olaraq saxlayıb, hətta etnik separatizmi körükləmək cəhdləri də ediblər. Qondarma "Sameqrelo respublikası" iddiasına ən çox dəstək verən də erməni diasporu və millətçiləri olub".

Vurğulanıb ki, bu gün Ermənistanda keşiş Baqrat Qalstyanın rəhbərliyi ilə etiraz hərəkatının başlaması, Paşinyana qarşı aparılan anti-təbliğat məhz Qərbi Azərbaycan məsələsi üzərində qurulur. Belə ki, Fransadakı erməni diasporunun əsas rəhbərlərindən olan daşnak Murad Papazyan iddia edib ki, Qazaxın dörd kəndinin qaytarılması Zəngəzurun, Geqrnukin və İrəvanın qaytarılması, nəhayət Ermənistanın Qərbi Azərbaycana çevrilməsidir. ABŞ-də "Ay Data" erməni milli komitəsinin mətbuat katibi Elizabet Çuljiyan da iddia edib ki, Azərbaycanın növbəti hədəfi Zəngəzur və Göyçə mahalıdır. O, bunun qarşısını almaq üçün Paşinyanı devirməyə çağırış edib. Aydındır ki, Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıtması hüququ Ermənistan daxili siyasətində mübarizə elementinə çevrilib. Lakin Ermənistan hakimiyyətinin erməni miflərini dağıtmaq istiqamətində inamlı addımları Paşinyanın hələ də güclü tərəf olduğunu təsdiq edir".

Sonda vurğulanıb ki, Ermənistan 1918-ci ildə Azərbaycan torpaqları hesabına yaradılıb və həmin vaxt ərazisi cəmi 10 min kvadratkilometr olub:

"SSRİ dövründə Zəngəzur, Göyçə kimi tarixi torpaqlarımız Ermənistana birləşdirilib. Ona görə də Azərbaycan məhz 1920-ci illərin xəritələrini aktuallaşdıra, real Ermənistanın 1918-ci ildəki ərazilərdə mövcudluğunu irəli sürə və sovetlər dövründə ermənilərə verilən Qərbi Azərbaycan torpaqlarını tələb edə bilər. Bu halda azərbaycanlıların evlərinə qayıdışını Azərbaycan dövləti özü həll edəcək. Yaxud Ermənistan soydaşlarımızın yurdlarına qayıdışını təhlükəsiz şəraitdə təmin edə, bununla da dövlət kimi ən azı mövcudluğunu qoruya bilər. Əks təqdirdə, "real Ermənistan"ın ərazisi 10 min kvaratkilometrə qədər azala bilər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Rus yaşamayan şəhərdə konsulluq açmaq istəyi - Niyə Gəncə yox, Xankəndi?Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi dövlətlərarası əlaqələrdə diplomatik münasibətlərin genişləndirilməsi ampluasından izah edilə bilər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Sankt-Peterburq, Yekaterinburqda konsulluqları var:

"Dövlətlərarası münasibətlərdə mövcud diplomatik praktikaya görə bir dövlət digər dövlətin ərazisində bir neçə şəhərdə konsulluqlara malikdirsə, qarşı tərəfin də bununla bağlı istəyinə normal yanaşıla bilər. Bu baxımdan Kremlin Xankəndidə konsulluq açmaq istəyi Azərbaycan-Rusiya arasında diplomatik münasibətlərdə balans yaratmaq istəyindən irəli gəlir. Bu məsələnin rəsmi və diplomatik tərəfidir. Digər tərəfdən, beynəlxalq qanunvericiliyə görə, konsulluqlar mövcud dövlətlərin o şəhərlərində açılır ki, o dövlətlərdə qarşı tərəfin vətəndaşları yaşayırlar. Onların həmin dövlətlə münasibətlərində hüquqi problemlərin tənzimlənməsinə ehtiyac yarandıqda həmin problemlərin qısa zaman kəsiyində həllində konsulluq təbii ki, iştirak edir. Rusiyanın hazırda Xankəndidə vətəndaşları yoxdur. Rusiya sülhməramlıları isə artıq Azərbaycanla əldə edilmiş razılıqdan sonra bölgəni tərk ediblər. Bu mənada, Rusiyanın konsulluğu Azərbaycanın niyə ikinci böyük şəhəri - Gəncədə yox, məhz Xankəndidə açmaq istəyi təbii ki, suallar doğurur. Rusiyanın özündə sonuncu prezident seçkiləri zamanı Azərbaycanda işləyib çalışan Rusiya vətəndaşlarının bu seçkilərdə iştirakını təmin etmək, onların hüquqlarının realizə olunması üçün məhz Bakı və Gəncədə belə seçki məntəqələri yaradılmışdı. Rusiyanın Xankəndidə konsulluğun açılması ilə bağlı səyi perspektivdə Azərbaycan və Rusiya arasında münasibətlərin genişləndirilməsi istəyindən və arzusundan irəli gələ bilər.

Bu, Bakı və Moskva arasında münasibətlərin genişləndirilməsi istəyindən irəli gəlməklə yanaşı, Azərbaycan və Rusiyanı təhdid edən qlobal problemlərə münasibətdə ümumi və ortaq mövqeyinin ortalığa qoyulması kontekstində də qəbul oluna bilər. Çünki regionun təhlükəsizlik problemlərinin həllinə dair Azərbaycan və Rusiyanın mövqeləri üst-üstə düşür. Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz evi ideyasını irəli sürmüşdü. Bu ideyanın realizə olunması isə region və region ətrafı dövlətlər arasında münasibətlərin məhz 3+3 formatında əməkdaşlıq müstəvisi üzərində qurulmasını özündə ehtiva edir. Rusiya Azərbaycan Prezidentinin bu təklifini bəyənir və dəstəkləyir. Bu prosesə fərqli mövqe sərgiləyən tərəf Qərb və ilk növbədə ABŞ-dir. Çünki Azərbaycan Prezidentinin irəli sürdüyü bu model regiondan kənarda olan dövlətlərin, o cümlədən qlobal güc mərkəzlərinin, regionun təhlükəsizlik problemlərinin həllində iştirakını məqbul saymır. Bu da təbii ki, regiona dair özünün geosiyasi maraqları və baxışları olan və regionun geosiyasi konfiqurasiyasını ciddi cəhdlə dəyişdirmək istəyən ABŞ və NATO-nun, o cümlədən Avropa Birliyinin maraqlarına cavab vermir. Bu kontekstdə konsulluğun məhz Xankəndi şəhərində açılması, güman edirəm ki, Azərbaycan və Rusiyanın regionun geosiyasi konfiqurasiyasını dəyişdirmək istəyən bəlli mərkəzlər və bəlli dairələrə ümumi və ortaq ismarışı kontekstində də qəbul oluna bilər".

Politoloq Ermənistandakı aksiyalara da toxunub və vurğulayıb ki, Baqrat Qalustyan əslində siyasi mübarizə aparır:

“Halbuki, o, özünün dəyərlər uğrunda mübarizə apardığını bəyan edir. Qalustyanın Ermənistan iqtidarına münasibətdə irəli sürdüyü təkliflər erməni vətəndaşlarının, yəni həmin o mitinqlərə yığılan vətəndaşların siyasi hüquq və düşüncəsi olsa da, həmin meydana yığılmış 20 min insan Ermənistanda seçki hüququ olan milyonlarla vətəndaşın mövqeyini israr etmir. Onların kiçik bir hissəsini təşkil edirlər. Güman edirəm ki, Paşinyan hakimiyyətinin Qalustyanın rəhbərliyi ilə hazırda genişlənməkdə olan etiraz aksiyalarının qarşısını almaq üçün hüquqi müstəvidə səlahiyyətləri var. Həlledici anda güman edirəm ki, iqtidar bu məsələlərə münasibət sərgiləyəcək. Çünki erməni kilsəsinin hazırkı şəraitdə əsas mövqeyi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının əleyhinədir. Bu mənada erməni kilsəsi dini təşkilatdan daha çox siyasi motivasiya ilə hərəkət edən qurum təsiri bağışlayır. Paşinyan iqtidarının kilsəyə münasibətdə təzyiq vasitələri də var. Kilsənin vergilərə cəlb olunması və hətta kilsə torpaqlarının bir hissəsinin dövlət xeyrinə müsadirə olunması ilə bağlı problemləri özündə ehtiva edə bilər.

Düşünəm ki, kilsənin dövlətlə münasibətlərin hüquqi müstəvi üzərində qurulması üçün kilsəyə təsir mexanizmləri kimi kilsənin geri çəkilməsinə təsir göstərə biləcək ciddi faktorlardan biri ola bilər. Kilsə erməni müxalifətinin bəlli hissəsi ilə hazırda işbirliyindədir. Müxalifətin isə bəlli dairələri revanşist mövqelərindədirlər. Onların əsas məqsədi Paşinyan iqtidarını devirməkdən ibarətdir. Sadəcə olaraq, müxalifətdə bəlli dairələrin ölkənin etiraz elektoratına təsir imkanları yüksək səviyyədə olmadığından, onlar kilsəni bu proseslərə cəlb ediblər. Kilsə uzun müddət erməni xalqının tarixində xalqı və milləti koordinasiya edə biləcək, hədəflərini müəyyənləşdirən və hədəflərə qarşı yönəldə biləcək qüvvə kimi daha çox fəaliyyət göstərib. Müxalifət də özünün korporativ maraqlarının realizə olunması üçün kilsədən bu kontekstdə istifadə etmək istəyir.

Müxalifət və kilsənin Ermənistanda seçicilərin mütləq əksəriyyətini Paşinyan iqtidarına qarşı qaldırmaq imkanları yoxdur. Çünki erməni xalqı müharibədə Azərbaycan dövlətinin, xalqının hansı güclü iradəyə malik olduğunu gördü. Ermənilər bu müharibənin Ermənistan cəmiyyəti üçün doğurmuş olduğu təhlükənin mahiyyətinə vardılar. Ona görə də xalq mahiyyət etibarilə Azərbaycanla növbəti qarşıdurmadan çəkinir. Bu Paşinyan iqtidarının xeyrinə işləyən bir faktordur. Bu ciddi siyasi və sosial faktordan çıxış edərək iqtidar hazırda kilsənin təşəbbüsü ilə başlanan etiraz aksiyalarının qarşısını almaq üçün kifayət qədər gücə və iqtidara malikdir. Hələlik etiraz aksiyalarına münasibətdə iqtidar yumşaq gücün tətbiqi ilə kifayətlənir. Həlledici anda bu aksiyaların genişlənərək daha fərqli müstəvi üzərinə keçə bilməsinin qarşısını alınması üçün iqtidar qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən istifadə edərək lazım olan bütün addımları atacaq”.
Prezident TƏSDİQLƏDİ: Bəzi şəxslər özəl universitetlərdə pulsuz təhsil alacaqlar

Şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair qanun təsdiqlənib.

Bununla bağlı Prezident İlham Əliyev "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sənədə əsasən, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Təhsil haqqında" qanuna dəyişikliklə bağlı layihə Milli Məclisin mayın 7-də keçirilən iclasında qəbul edilib.

Ermənilərin Zəngəzur dəhlizi ilə bağlı sensasiyalı iddiası... - Sentyabrda nə olacaq?“Tavuşdan sonra Sünik (Zəngəzur-red) gəlir. Növbəti addımda Azərbaycan Ermənistandan Naxçıvana dəhliz verilməsini tələb edəcək. Türkiyə rəsmiləri artıq açıq şəkildə deyirlər ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır”.

Publika.az xəbər verir ki, bu barədə erməni şərhçi Avetis Babacanyan “Hraparak” nəşrində dərc olunan məqaləsində yazıb.

Erməni şərhçi qeyd edib ki, müharibə təhlükəsi ilə Ermənistandan hər şeyi almaq olar: “Nikol Paşinyan bunu göstərdi. Zəngəzur dəhlizini könüllü verməliyik, verməsək, müharibə olacaq. Paşinyan inandıracaq ki, məsələ o qədər də pis deyil, azərbaycanlıların o yoldan keçməsi üçün müəyyən imtiyazlar verilir, misal üçün, gömrük nəzarəti olmayacaq. Hakimiyyət Azərbaycana növbəti güzəşti müxtəlif səbəblərlə əsaslandıracaq, insanları əmin edəcəklər ki, Sünik (Zəngəzur) tezliklə sülh qovşağına, ticarət mərkəzinə çevriləcək, hətta o qədər inkişaf edəcək ki, əvvəllər bunun niyə edilmədiyinə peşman olacağıq. Bütün bunlar sentyabr ayına qədər edilməlidir, çünki Azərbaycan, Türkiyə və Ermənistan tələsir. Zəngəzur dəhlizi sentyabr ayına qədər reallaşacaq”.

A.Babacanyan yazır ki, Rusiya qoşunlarının Zəngəzurda olması Paşinyanın planlarına mane olur.

“Rusiya qoşunları Ermənistan-Azərbaycan sərhədinin müxtəlif yerlərindən çəkilsələr də, onların Sünikdə hərbi mövcudluğu davam edir. Daha əvvəl də məlumat yayılmışdı ki, rus sərhədçilərin Azərbaycanla sərhəddən çıxarılması tələbini Bakı irəli sürüb, İrəvan da bunu icra edib”, - o iddia edir və bildirir ki, Rusiya hərbçiləri Zəngəzurdan tamamilə çıxarsa, bu bölgə Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.

Xəbər lenti