Ərdoğan ABŞ və Qərbə “tarixi dərs” verir: Türkiyə NATO və Avropa Birliyinə rəqib qütbü gücləndirir

Rəsmi Ankara Türkiyəni ABŞ və Qərbin təsir dairəsindən tamamilə çıxartmaq niyyətində olduqca qərarlı görünür, NATO üzrə “formal müttəfiqlər” sarsıdıcı itkilərlə üzləşəcək... Türkiyənin milli maraqları baxımından, Avropa Birliyi ilə yaxınlaşma indi daha o qədər də cəlbedici variant deyil, rəsmi Ankaranın riyakar Qərblə qarşıdurma ehtimalı isə artır...
Dünya məkanında qütbləşmə prosesi artıq intensiv xarakter daşıyır. Belə ki, yeni dünya düzəninin ilkin əlamətləri tədricən müşahidə olunmağa başlayıb. Xüsusilə də, beynəlxalq qütbləşmənin məzmun və keyfiyyətində müəyyən dəyişikliyin ola biləcəyi qətiyyən istisna deyil. Çünki inkişaf etməkdə olan dövlətlər son vaxtlar dünyanı idarə etməyə iddialı ölkələrin maraqları ilə hesablaşmağa o qədər də həvəsli deyillər. Və beynəlxalq siyasi-iqtisadi ədalətsizliyə qarşı müqavimət göstərməyə çalışırlar.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə yeni dünya düzəninində avanqard dövlətə çevrilmək istiqamətində kifayət qədər prinsipial addımlar atmaqdadır. Rəsmi Ankara dünyanın superdövlətlərin geopolitik maraqlarına girov düşməsinə kəskin müqavimət cəhdləri hazırda açıq müstəviyə keçməyə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” tezisi indi rəsmi Ankaranın xarici siyasət kursunda əsas prioritetə çevrilib. Və Türkiyə bu mövqeyindən geri çəkilmək niyyıtindən artıq çox-çox uzaqdır.

Məsələ ondadır ki, Türkiyə son illərdə intensiv şəkildə güclənir, iqtisadi inkişaf səviyyəsini yüksəldir. Türkiyənin xarici ticarət dövriyyəsi artıq yüzmilyardlarla dollar həcmində hesablanır. Rəsmi Ankara son onilliklərdə Türkiyənin hərbi-sənaye kompleksinin inkişafına da nail olub. Müasir hərbi texnologiyalarda Qərb ölkələrinin önünə keçməyə nail olan Türkiyə hətta NATO üzrə formal müttəfiqlərini məyus etməyə də başlayıb. Hər halda, Türkiyənin güclənməsi rəsmi Ankaranı NATO üzrə formal müttəfiqlərinin maraqları ilə hesablaşmaq məcburiyyətindən xilas edib.

Bu baxımdan, rəsmi Ankara beynəlxalq məkanda Türkiyənin geopolitik iradəsini daha israrla və prinsipial şəkildə diqtə etməkdədir. Yəni, rəsmi Ankara indi ABŞ və Qərbə demək olar ki, heç bir məsələdə möhtac deyil. Əksinə, son vaxtlar ABŞ və Qərbin Türkiyəyə möhtac duruma düşmə ehtimalı artmaqadır. Rəsmi Ankaranın Qərbdəki “riyakar müttəfiqliyə” müqaviməti Türkiyənin alternativ tərəfdaşlıq məkanı axtarması ilə də müşahidə olunur. Və Türkiyənin bu istiqamətdə atdığı prinsipial addımlar indi Qərbdə ciddi narahatlıqla müşahidə olunur.

Maraqldır ki, rəsmi Ankara əvvəlki dövrlərdən fərqli olaraq, artıq Avropa Birliyinə tamhüquqlu üzvlüyə qətiyyən can atmır. Hər halda, Türkiyə bu quruma üzvlüyü artıq özünün prioritet hədəfləri sırasından çıxartdığı inkaredilməz reallıqdır. Avropa Birliyi onilliklər boyu Türkiyəni öz sıralarına buraxmamaqla, rəsmi Ankaranın səbrinin tükənməsinə səbəb olub. Üstəlik, dünyada dəyişən şərtləri nəzərə aldıqda, Avropa Birliyinə üzvlük Türkiyənin maraqları ilə ziddiyyət təşkil etməyə də başlayıb.

Digər tərəfdən rəsmi Ankara iqtisadi-ticari tərəfdaşlıq üçün yeni alternativ də tapmış kimi görünür. Belə ki, Türkiyə BRİCS ilə yaxınlaşmaq xəttinə üstünlük verir. Son məlumatlara görə, rəsmi Ankara Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirən BRİCS sıralarına qatılmaq üçün artıq rəsmən müraciət edib. Türkiyə bu məsələdə Rusiya və Çinin isə rəsmi dəstəyini dərhal ala bilib. Və yaxın vaxtlarda resmi üzvlüyün reallaşa biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, BRİCS sıralarında olan dövlətlər bu qurumu təxminən Avropa Birliyinə aid iqtisadi-ticari prinsiplərə uyğunlaşdırmağa çalışırlar. Son məlumatlara görə, daha 15 ölkə bu qurumun sıralarına qatılmaq niyyətini bəyan edib. Ümumilikdəsə, BRİCS-də təxminən 25 ölkənin təmsilçiliyi nəzərdə tutulub. Və bu, reallaşarsa, dünayda yeni siyasi-iqtisadi qütbün yaranma ehtimalı barədə danışmaq lazım gələcək.

Göründüyü kimi, rəsmi Ankara Türkiyəyə qarşı riyakar mövqedən çıxış edən Avropa Birliyinə alternativ tərəfdaşlıq məkanını artıq tapıb. ABŞ və Qərb indi rəsmi Ankaranı bu yeni hədəfindən yayındırmağın mümkün yollarını axtarmağa başlayıblar. Çünki Türkiyənin ABŞ və Qərbə rəqib düşərgəyə meyl etməsi həm Ağ Evdə, həm də Brüsseldə ciddi narahatlıq doğurur. Qərb siyasi dairələri hesab edirlər ki, rəsmi Ankaranın BRİCS sıralarına qatılmaq qərarına olduqca ciddi yanaşmaq lazımdır.

Qərbdə əmindirlər ki, NATO-nun aparıcı dövlətlərindən olan Türkiyənin əks düşərgəyə üz tutması onlar üçün böyük itkiyə çevrilə bilər. Halbuki, Qərb siyasi dairələri son illərə qədər Türkiyəni Avropa Birliyinin qapıları qarşısında saxlamaqla, rəsmi Ankaraya təzyiq mexanizmi yaratmağa nail olduqlarını düşünürdülər. İndisə, rəsmi Ankara Avropa Birliyindən üz çevirir və alternativ siyasi-iqtisadi məkana doğru yönəlir. Və bu, əks düşərgəni ciddi şəkildə gücləndirə biləcək önəmli faktordur.

Bəzi ehtimallara görə, ABŞ və Qərb Türkiyəni əks düşərgəyə buraxmamaq üçün müəyyən priventiv addımlar atmağa çalışa bilər. Xüsusilə də, rəsmi Ankaraya cəlbedici tərəfdaşlıq variantlarının, hətta Avropa Birliyinə üzvlüyün təklif olunacağı qətiyyən istisna olunmur. Halbuki, bəzi Qərb ekspertləri hətta belə addımların atılmasını belə, gecikmiş manevr cəhdi kimi dəyərləndirirlər. Onların fikrincə, rəsmi Ankara Türkiyəni ABŞ və Qərbin nəzarətindən tamamilə çıxartmaq niyyətində olduqca qərarlı görünür.

Digər tərəfdən, Avropa Birliyi ilə yaxınlaşma indi Türkiyənin maraqları baxımından o qədər də cəlbedici variant deyil. Çünki Türkiyə üçün Rusiya və Çinlə iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsi daha sərfəli, üstəlik uyğun istiqamətdir. Türkiyə siyasi dairələrinin son vaxtlar ardıcıl olaraq, həm Çin, həm də Rusiya ilə ikitərəfli təmasları dərinləşdirməsi də bunun əlaməti sayıla bilər. Və bu, o deməkdir ki, Qərb Türkiyə kimi önəmli müttəfiqi artıq itirmək üzrədir.

Belə anlaşılır ki, nə qədər narahatlıq keçirilsə də, hər halda, məhz ABŞ və Qərb öz riyakarlığı ilə Türkiyəni fərqli tərəfdaşlıq məkanı axtarmaq məcburiyyətində buraxıb. Çünki, Türkiyə onilliklər boyu Avropa Birliyinə tamhüquqlu üzvlük cəhdlərinə pozitiv qarşılıq ala bilməyib. Eyni zamanda, NATO üzrə formal müttəfiqlər Türkiyənin milli təhülkəsizlik maraqlarına laqeyd yanaşıblar. Hətta Türkiyəyə qarşı terrorçuluq fəaliyyəti göstərən PKK-ya genişmiqyaslı dəstək göstəriblər. Və indi rəsmi Ankaranın NATO üzvü olan Türkiyənin milli maraqları çərçivəsində fərqli istiqamətə yönəlməsi qətiyyən gözlənilməz deyil.(Yeni Müsavat)

Elçin Məmmədov rektor təyin edildi - SƏRƏNCAM

Elçin Əli oğlu Məmmədov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Rusiya nota verdi, İrəvan isə “Ukraynanı çökdürə bilməyəcəksən” dedi - Görünəni odur ki...Xəbər verildiyi kimi, iyunun 9-da Rusiya Ermənistana etiraz notası göndərib. XİN nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan nümayəndə heyətinin Buçaya (Ukraynanın Rusiya işğalı zamanı soyqırıma məruz qalmış şəhəri, hazırda azad olunub - red.) səfərini qeyri-dost addım kimi qiymətləndirir.

“İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan və Ermənistan diplomatik missiyasının nümayəndəsi Vladimir Karapetyan da daxil olmaqla, Ermənistan nümayəndə heyəti Ukraynanın Buça şəhərinə səfər edərək Moskvada qəbuledilməz sayılan bəyanatlar veriblər. Bundan əlavə, onlar Kiyevə humanitar yardım aparıblar. Biz Nor-Nork rayonunun və Ermənistan diplomatik missiyasının rəhbərlərinin Buçaya səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk və Ukrayna Silahlı Qüvvələrinə yardımın ötürülməsindən narahatıq. Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişik”, - Zaxarova bildirib.

O, Ermənistan hakimiyyətinin bu cür bəyanatları dəstəkləməsindən təəssüfləndiyini bildirib.

Yada salaq ki, ötən ilin sentyabrında da Rusiya Ermənistanın “qeyri-dost hərəkətləri” səbəbindən bu ölkəyə nota vermişdi. Notada Roma Statutunun ratifikasiya prosesinin başlanması, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Kiyev rejiminə humanitar yardımın göstərilməsi və ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi yer alırdı. Bundan başqa, etiraz notasında Ermənistan parlamentinin sədri Alen Simonyanın sentyabrın 6-da Mariya Zaxarovaya ünvanladığı və Rusiya XİN-lə əlaqədar təhqiramiz bəyanatlarının qəbuledilməz olduğu vurğulanırdı.

Ötən ay isə Rusiya etiraz əlaməti olaraq İrəvandakı səfiri Sergey Kopırkini müvəqqəti geri çağırmışdı.

Erməni tərəfinin notaya cavabı isə gecikməyib və Tiqran Ter-Marqaryandan gəlib. Həm də yetərincə sərt formada.

“Xüsusilə xanım Zaxarova üçün bir neçə dəqiqləşdirmə. İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin başçısı və "Respublika" partiyasının siyasi şurasının üzvü kimi mən Ukraynaya səfər etdim və həm yerli hakimiyyət orqanları, həm də erməni icması ilə görüşdüm. Mən də humanitar yardım çatdırmaq üçün Buçada idim. Lazım gələrsə, yenidən getməyə hazıram. Görüşlərimdə əmin oldum ki, Rusiya Ukraynanı məğlub edə bilməyəcək. Ukraynada hər kəs bu müharibəni müstəqillik və suverenlik uğrunda mübarizə hesab edir".

Bu sözləri Ter-Marqaryan özünün facebook səhifəsində Zaxarovaya cavab olaraq yazıb.

Bəs Moskvanın bu qəbil addımlarının davamı nə ola bilər, əgər forpost Ermənistan faktiki onu saymırsa?

Deputat Azər Badamov burada Rusiyaya açıq şəkildə mesaj ünvanlandığını düşünür: “Ermənistan Rusiya ilə münasibətlərini davam etdirmək istəmədiyini birbaşa bildirməsə də, öz hərəkətləri ilə rəsmi Moskvadan uzaqlaşmaq istədiyini ifadə edir. Belə ki, nümayəndə heyətini Ukraynanın Buça şəhərinə göndərməsi Rusiyaya mesajdır. Hətta nümayəndə heyətinin rəhbəri Tiqran Ter-Marqayanın "lazım gələrsə, Ukraynaya yenə getməyə hazıram və Rusiya Ukraynanı məğlub edə bilməyəcək" deməsi bu səfərə etirazını bildirən Moskvaya meydan oxumaq deməkdir. Əslində Ukraynaya olunan bütün səfərlər Ermənistan hakimiyyətinin göstərişləri ilə baş tutur. Bu baxımdan deyə bilərik ki, Paşinyan hakimiyyəti mümkün qədər Rusiyanın nəzarətindən çıxmaq istəyir. Belə hallar əvvəllər də olmuşdu. Moskva İrəvana notalar verir, səfirini məsləhətləşmələr üçün geri çağırır və XİN tərəfindən bəyanatlar səsləndirir. Ermənistan isə Moskvanın bəyanatlarını o qədər də ciddiyə almır və öz dəst-xəttini davam etdirir. Ermənistanın Rusiyaya qarşı münasibəti belə davam edərsə iki ölkə arasındakı münasibətlərdə ciddi uçurum yaranacaq. Belə ki, Moskva Ermənistanı cəzalandırmaq üçün ciddi təzyiq mexanizmlərini işə sala bilər. Bu da Rusiyadan asılı olan Ermənistan üçün ciddi problemlər deməkdir. Amma Paşinyan yavaş-yavaş Rusiyanın forpostluğundan çıxıb Qərbin forpostluğuna keçməyə çalışır. Çünki Ermənistan müstəqil yaşayıb siyasət yürüdə bilən ölkə deyil. Bu ölkə mütləq şəkildə kənardan idarə olunmalıdır. Ona görə də ictimai-siyasi sabitliyinə qovuşa bilmir".

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva qeyd etdi ki, Ermənistan nümayəndə heyətinin Ukraynaya, Buçaya səfəri birbaşa Qərbin sifarişidir: “Onlar birbaşa baş nazir Nikol Paşinyanın sifarişi ilə Buçaya səfər ediblər. Düşünürəm ki, Paşinyan daha böyük fiqurları Buçaya göndərə bilərdi, amma hələ ki İrəvandakı hansısa dairənin icma sədrini göndərməklə kifayətlənib. Əslində Paşinyan hökuməti bu cür gedişlərlə nəbz yoxlayır. İrəvan Kremlin adekvat cavablarını diqqətlə təhlil edir, daha sonra bir qədər də Moskvanı qıcıqlandıracaq addımların kəsərini artırır. Düşünürəm ki, bu, Ermənistanın timsalında Rusiyaya meydan oxumaqdır. Çünki Rusiya bir neçə dəfə bu cür faktla üz-üzə qalıb, daha sonra "quru" etiraz bildirməklə kifayətlənib. Daha kəsərli addımlar atmayıb. Fikrimcə, Moskva da indiki həssas məqamda İrəvanla daha sərt dillə danışmağa ehtiyat edir. Kreml diplomatik danışıqlar nəticəsiz qaldıqda hərəkətə keçir. Görünür, Rusiyada düşünürlər ki, hələ də Paşinyan hökuməti ilə dil tapa bilərlər. Bu, baş verməsə, o zaman Gümrüdəki 102-ci ordu hissələri İrəvanın qapısını döyəcək. Ən pis halda isə Ermənistanın baş nazirini fiziki məhvetmə əməliyyatı gözləyir".

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun fikrincə, Rusiya ilə Ermənistan arasında ziddiyyətli münasibətlərin olması İrəvanın qopması anlamına gəlmir: “Rusiya ilə Ermənistanı bağlayan bağları qoparmaq da mümkün görünmür. Təkcə onu demək kifayətdir ki, Ermənistan adlı bir dövləti Rusiya yaradıb, himayə edib, ondan öz maraqları üçün istifadə edib. İndi də eyni tendensiya davam etməkdədir. Rusiya ona qarşı tətbiq olunan beynəlxalq sanksiyalardan Ermənistan üzərindən yan keçə və regionda qeyri-stabil vəziyyət yarada bilir. Bu gün Ermənistan iqtisadiyyatı Rusiyadan bilavasitə asılıdır. Ermənistanın Moskvaya qarşı addımları strateji deyil, taktiki xarakter daşıyır. İrəvanı qıcıqlandıran və Kremlə qarşı addımları Rusiya ilə Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından, Bakı-Moskva müttəfiqliyindən qaynaqlanır. Rusiyaya erməni cəmiyyətində nifrətin, qəzəbin kökləri isə 2020-ci ildə 44 günlük müharibədə Ermənistanın bütün təhrik və təxribatlarına baxmayaraq Rusiyanın buna uymamasına gedib çıxır. Ermənistanın bəzi siyasi dairələri düşünür ki, Rusiya onları müdafiə etmək gücündə deyil və Rusiya ilə batmaqdan qaçmaq daha faydalıdır. Rusiya-Ukrayna cəbhəsində Qərbin fəal yardımları ilə son dövrlər fəallaşan Kiyevin uğurları fonunda İrəvanın Rusiyadan qopma meylləri daha qabarıq özünü göstərməkdədir. Moskva da anlayır ki, Ukraynada hər gün itirdiyi mövqelərini Ermənistanda da itirir. "Respublika" partiyası zatən əvvəlcədən də anti-Rusiya mövqeli partiyadır və bu partiyanın ideologiyası faşist Qarigen Nijdenin əsasını qoyduğu çexokronizmə əsaslanır. Məncə, istər “Respublika” partiyası olsun, istərsə də hakim “Vətəndaş müqaviləsi” partiyası olsun, hər iki partiyanın Moskvaya qarşı baxışları çox hallarda üst-üstə düşür. Məqsədli şəkildə Ermənistan Rusiyanı hiddətləndirəcək addımlar atmaqla sanki Kremli daha sərt davranış sərgiləməyə məcbur etmək istəyir. Və Ukraynanı, Rusiya tərəfindən viran qoyulan Buçaya səfəri, verilən bəyanatlar nəhayət ki, Moskvanın qəzəbinə səbəb oldu və bu dost olmayan münasibət adlandırıldı. Məncə, Ermənistan hakimiyyəti bilərəkdən Rusiyanı üzərinə qaldırmaqla beynəlxalq diqqəti özünə çəkmək və beynəlxalq dəstək almağı hədəfləyir. İkincisi, bununla da Ermənistan Rusiyaya beynəlxalq sanksiyalardan yan keçməkdə diqqəti özündən uzaqlaşdırır. Göstərmək istəyir ki, Rusiya Ermənistanın qərbyönümlü siyasətinə qarşıdır və buna müqavimət göstərir. Əgər belə olmasaydı, Rusiya Ermənistan hakimiyyətinə qısa zamanda yerini göstərərdi və hədsiz şıltaqlığına son qoyardı. Hesab edirəm ki, bundan sonra da Ermənistanla Rusiya arasında söz və diplomatik duel davam etdiriləcək. Bu cür səhnələşdirilən “gərginlik” və qarşılıqlı suçlamalar Ermənistan və Rusiyanın maraqlarına uyğundur”.

“Yeni Müsavat”
İlham Əliyevdən

Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısını təsdiq edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Üzrlü səbəb nəzərə alınmayacaq - Qanun sərtləşir

Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Dəyişikliklə qanunun bu müddəası ləğv edilir.

Bakıdan son tələb: Ermənistan 1992-ci ildəki qərarı ləğv etməlidir - BAŞQA YOLU YOXDUR...Azərbaycan Prezidenti Ermənistanla imzalanacaq sülh müqaviləsi ilə bağlı iki mühüm cəhəti qeyd etdi. İlk olaraq ATƏT-in Minsk qrupundan imtina məsələsidir. Ölkə başçısı da vurğuladı ki, Minsk qrupu yarandığı dövrdən öz missiyasını yerinə yetirməyib. Onun faktiki rolu Azərbaycan torpaqlarının işğal altında qalmasına yardım etməkdən ibarət olub. Digər məqam isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlıdır.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

O qeyd edib ki, Ermənistan Konstitusiyasının bir neçə maddəsi Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını özündə ehtiva edir:

“1992-ci ilin 12 iyulunda Ermənistan parlamaneti tərəfindən qəbul edilmiş “qərar” ləğv edilməlidir. Həmin “qərar”a görə, Ermənistanın heç bir vəzifəli şəxsi Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan hansısa sənədə imza ata bilməz. Bu baxımdan Ermənistan qanunvericiliyində olan absurd iddialar dəyişdirilməyincə, Azərbaycan haqlı olaraq iki ölkə arasında sülhün bərqərar olacağını mümkünsüz hesab edir”.

Politoloq bildirib ki, Ermənistan tərəfindən ilk reaksiya olaraq parlamentinin spikeri Alen Simonyan Minsk qrupunun buraxılması üçün sülh müqaviləsinin imzalanmasının lazımlılığını qeyd edib:

“Sözsüz ki, bu növbəti manipuliyasiya cəhdidir. Çünki sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi əsas şərtdir”.

Oqtay Qasımova görə, erməni tərəfinin davranışları prosesləri uzatmağa edilən növbəti cəhddir:

“Bu aydın şəkildə müşahidə edilir. Eyni zamanda yaxın bir neçə ayda bu təklifə adekvat reaksiya veriləcəyini və irəli sürülən tələblərin icra olunacağı real görünmür. Ermənistan konstitusiya dəyişikliliyi ilə bağlı müxtəlif bəhanələr irəli sürür. Daxili siyasi vəziyyəti daha çox önə çəkilir. Referendumun keçirilməsi üçün vaxt lazım olduğu, cəmiyyətinin hazırlanmasının vacibliyi qeyd edilərək prosesi uzatmağa çalışılacaq. Bu halda sülhün əldə edilməsi gecikəcək”.
Sülhə Ermənistanın konstitusiyası, yoxsa Konstitusiya Məhkəməsi əngəldir? - İrəvanın odla oyunuPrezident İlham Əliyev ötən həftə bir daha İrəvanla sülh sazişi üçün əsas maneənin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası olduğuna diqqət çəkdi. Rəsmi İrəvan isə Bakının haqlı tələbini yenə qıcıqla qarşıladı, bunu həyasızcasına hətta öz daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi.

Üstəlik, Ermənistan XİN-in məsələ ilə bağlı yaydığı bəyanatda iddia olundu ki, Ermənistan konstitusiyası, sən demə, heç də sülhə əngəl deyilmiş, çünki sülh sənədinin mətnində belə bir bənd yer alır: “Tərəflərdən heç biri sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz”.

Azərbaycan XİN artıq bu iddiaya cavab verərək onu əsassız sayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin yaydığı bəyanatda bununla bağlı deyilir: “Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan "heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz" müddəasını qeyd edərək, bu ölkənin konstitusiyasındakı ərazi iddiasının zərərsiz olduğunu bildirməsi tam əsassızdır. Heç bir beynəlxalq sazişin konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır".

Ardınca XİN vurğulayıb ki, Ermənistanın konstitusiyanı dəyişmək tələbinin gözardı edilə biləcəyi ilə bağlı bu yanaşma İrəvanın dayanıqlı sülhdə maraqlı olmadığını və indiki konstitusiyanın gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Yəni yenə vaxt udmaq cəhdi.

Gerçəkdən də, tutaq ki, sözügedən öhdəliyin olduğu sülh müqaviləsi imzalandı. Hətta Ermənistan parlamenti də sənədi ratifikasiya etdi. Bəs Ermənistanın Konstitusiya Məhkəməsi “sülh sənədi konstitusiyaya ziddir” deyib onu ləğv edə bilərmi?

Hüquq eksperti Yusif Bağırzadə “Yeni Müsavat”a öncə bildirdi ki, rəsmi Bakının Ermənistan müstəqillik bəyannaməsi və konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tələbi kifayət qədər haqlı tələbdir və bununla bağlı konstitusiya dəyişikliyi heç bir halda Ermənistanın daxili işi hesab oluna bilməz. Bu artıq Azərbaycanın ərazi bütövlüyünə təhdiddir və Azərbaycanın da beynəlxalq hüquqa görə də bu təhdidləri ortadan qaldırmaq hüququ var. Bunu Ermənistan ya xoşluqla, müvafiq dəyişikliklə təmin etməlidir, ya da Azərbaycan bu təhdidin ortadan qaldırılması üçün hətta Ermənistanı silahsızlaşdırmaqla bağlı müəyyən addımlar ata bilər: “Əgər ərazi iddiaları qalmaqda davam edərsə bu o deməkdir ki, gələcəkdə hər hansı Ermənistan hakimiyyəti ölkəsinin əsas qanununu, yəni Konstitusiyanı əsas tutaraq sülh sazişini tamamilə bir kənara ata bilər. Paşinyandan sonrakı istənilən Ermənistan hakimiyyəti bir müddət keçdikdən sonra Ermənistanın Konstitusiya Məhkəməsinə Azərbaycanla imzalanmış sülh sənədinin Ermənistan konstitusiyasına zidd olub-olmadığı ilə bağlı rəsmi müraciət edər və Konstitusiya Məhkəməsi də hakimiyyətdən gələn sifarişlə qərar çıxarar ki, filan zaman Ermənistan hakimiyyəti ilə Azərbaycan hakimiyyəti arasında imzalanmış sülh müqaviləsi, yaxud sülh müqaviləsinin filan hissəsi Ermənistan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil edir və bu səbəbdən sülh sazişi qüvvədən düşmüş sayılır, yaxud sülh sazişi qanuni deyil. Yəni ermənilərdən hər cür pozuculuq hərəkəti gözləmək mümkündür. Ona görə də Paşinyan əgər hiylə işlətmirsə sülh sazişindən öncə referendum keçirib konstitusiyada dəyişiklik etməlidir. Ermənistanın sülh sənədində "tərəflərdən heç biri sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz" müddəasının olması ilə bu problemin ortadan qalxdığı ilə bağlı mövqeyi isə qəbulolunan deyil. Çünki ölkənin konstitusiyası daha üstün bir sənəddir və revanşist qüvvələrin hakimiyyəti zamanı onlar çox asanlıqla məhz konstitusiyanı əsas götürərək sülh sazişini mübahisələndirə bilərlər.

Ümumiyyətlə isə istər Nikol Paşinyanın, istərsə də Alen Simonyan və Ararat Mirzoyan kimi digər rəsmi şəxslərin konstitusiya dəyişikliyinin vacibliyi ilə bağlı artıq bir neçə müddətdir ki, apardıqları təbliğatın birdən-birə dayandırılması və bu cür əks-fikirlərin ortaya atılması onu deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin “biz sülhə hazırıq” bəyanatları beynəlxaq ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey deyil.

Odur ki, indiki halda Ermənistanla hər hansı sülh sazişindən söhbət gedə bilməz. Yeganə yol, Ermənistanın digər öhdəliklərlə yanaşı konstitusiyaya dəyişikliklər edəcəyi öhdəliyinin də öz əksini tapdığı çərçivə sazişinin imzalanması ola bilər. Yalnız bundan sonra Ermənistanın öhdəlikləri hansı səviyyədə icra etməsindən asılı olaraq sülh sazişi də imzalana bilər".
Erməni kilsəsi daxili savaş qərarı verib: Paşinyan terrora hədəf seçilib, dəfn mərasimi...
Paşinyan hakimiyyəti və erməni kilsəsi arasındakı savaşın artıq dəhşətli kulminasiya nöqtəsinə yaxınlaşdığı açıq-aşkar nəzərə çarpır... Belə davam edərsə, erməni kilsəsi ya terror, ya da Rusiya kəşfiyyatının nəzarətindəki hərbçilərin silahlı qiyama qalxması ilə situasiyanı öz xeyrinə çevirməyə çalışa bilər...


Cənubi Qafqazda Ermənistan ən etibarsız tərəfdaş rolunda çıxış edir. Rəsmi İrəvanın verdiyi qərarlar və atdığı addımlar birmənalı şəkildə gündəlik situasiyadan qaynaqlanır. Yəni, Ermənistanın yaxın, orta və uzaq perspektiv üçün hər hansı strateji “yol xəritəsi” mövcud deyil. Üstəlik, rəsmi İrəvanın siyasi gündəmi də əslində, ABŞ və Qərb tərəfindən müəyyən olunur. Və Paşinyan hakimiyyəti Ermənistanın yeni beynəlxalq himayədarlarının təlimatlarından kənara çıxmaq şansı demək olar ki, yoxdur.

Onu da qeyd etmək lazımdır ki, son günlər baş verən hadisələr Ermənistanın konkret və prinsipial siyasi mövqeyinin olmadığını da açıq şəkildə göstərir. Belə ki, rəsmi İrəvan ABŞ və Qərbdən aldığı çoxsaylı vədlərin yerinə yetirilməməsindən ciddi şəkildə məyus olsa da, Ermənistanı xarici siyasət vektoru qeyri-müəyyən qalmaqda davam edir. Yəni, rəsmi İrəvan Ermənistanı Rusiyadan qaçırıb, Qərbə yaxınlaşdırmağa çalışsa da, hədəflərinin heç birisinə çata bilməyib. Ermənistan Rusiyadan qaçmağa nail olmayıb, Qərbə də heç yaxınlaşmayıb. Və indi Ermənistan ortalıqda müxtəlif tərəflərə dartışdırılan ölkə təsiri bağışlayır.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)Maraqlıdır ki, bir müddət öncə Moskvaya səfər edən baş nazir Nikol Paşinyan, Rusiyaya qarşı xəyanət yolunu tutmasına baxmayaraq, prezident Vladimir Putindən yüz milyon dollar həcmində maliyyə dəstəyi qopartmağa nail olmuşdu. Ardınca Rusiya Ermənistandakı təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında Ermənistana kömək təklif etmişdi. Nəhayət, Kreml sahibi hətta erməni baş naziri doğum günü münasibətilə təbrik də etmişdi. Və ilk baxışdan, olduqca gərgin Rusiya-Ermənistan münasibətlərində normallaşma mərhələsinin başlandığı ilə bağlı təsəvvürlər yaranmışdı.

Ancaq nə qədər qəribə də olsa, bu, qətiyyən uzun sürmədi. Belə ki, Ermənistanın rəsmi nümayəndə heyəti Ukraynaya səfər etdi. Həmin səfər çərçivəsində erməni rəsmilər Rusiyanın kütləvi qırğınlar törətdiyi Buça şəhərinə baş çəkməyi də unutmayıblar. Üstəlik, Ukrayna ordusu üçün yardımlar da aparıblar. Bəzi məlumatlara görə, erməni rəsmilərin bu səfəri Qərb siyasi dairələrinin təlimatı ilə reallaşdırılıb. Və bu təlimata uyan Paşinyan hakimiyyəti Ermənistanın Rusiya ilə münasibətləri normallaşdırmağa hazırlaşmadığını, Qərbə yaxınlaşma kursuna sadiq olduğunu nümanyiş etdirmək niyyəti güdüb.

Kremldən verilən reaksiyaların məzmununa diqqət etdikdə rəsmi İrəvanın öz niyyətinə müəyyən mənada, çatdığını da düşünmək olar. Hər halda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Ermənistanı sərt ittihamlara məruz qoyub. Belə ki, o, Ermənistan rəsmilərinin Ukraynaya son səfərini Rusiyaya münasibətdə qeyri-dost davranış kimi dəyərləndirib. Kremlin erməni rəsmilərin Ukrayna ordusuna yardımından narahat olduğunu vurğulayıb və Ermənistana nota verildiyini bildirib. Və bu, o deməkdir ki, Rusiya-Ermənistan münasibətlərində nisbi yumşalma yenidən qarşıdurma səviyyəsinə qaytarılıb.

pasha-keshish.JPG (36 KB)Nəticə isə özünü o qədər də çox gəzlətməyib. Belə ki, Ermənistan polisi ölkə parlamentinin və hökumət binasının qarşısına artıq tikanlı məftillər çəkməyə başlayıb. Belə anlaşılır ki, Paşinyan hakimiyyətinə və onun təmsilçilərinə qarşı real təhlükənin yaranması ilə bağlı müəyyən məlumatlar alınıb. Əks halda, belə radikal təhlükəsizlik tədbirlərinin görülməsinə elə bir ciddi ehtiyac duyulmazdı. Və indi belə ehtimal etmək olar ki, Paşinyan hakimiyyəti hazırda “tikan” üzərində oturub.

Maraqlıdır ki, Ermənistan mətbuatı mövcud ölkədaxili gərginliyi ilk növbədə Rusiya ilə gərginliyin yenidən yüksəlməsi ilə izah etməyə çalışırlar. Ermənistan hökumətinə yaxın media quruluşları Rusiya kəşfiyyatının nəzarəti altında olan müxalifət qüvvələrinin Paşinyan hakimiyyətinə qarşı radikal addımlar atmağa hazırlaşdığını iddia edib. Həmin iddialara görə, baş nazir Nikol Paşinyanın hətta erməni kilsəsinin rəhbəri II Qaregin və onun ölkəni qarışdırmağı tapşırdığı keşiş Baqrat tərəfindən ölümlə hədələndiyi də vurğulanır. Və bu, Ermənistanda siyasi terror ehtimalının kifayət qədər ciddi olduğunu göstərir.

Digər tərəfdən, Paşinyan hakimiyyətinə müxalif, erməni kilsəsinə isə yaxın Ermənistan mətbuatı bunun tam əksini iddia edir. Belə ki, baş nazir Nikol Paşinyan və onun yaxın ətrafının II Qaregini sui-qəsd ilə təhdid etdiyi vurğulanır. Hələlik qarşıduran tərəflərdən hansının doğru, hansının isə yalan dediyi müəmmalı olaraq, qalmaqdadır. Yalnız onu anlamaq mümkündür ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə artıq silahlı terror mərhələsinə sürətlə yaxınlaşır. Və hər an Ermənistanda silah səsləri eşidilə bilər.

pasha-keshish.JPG (36 KB)Belə anlaşılır ki, Paşinyan hakimiyyəti və “erməni üçlüyü” - kilsə, diaspor və Qarabağ klanı arasında savaş həlledici mərhələdən o qədər də uzaq deyil. Hər halda, qarşıduran tərəflərdən hansınınsa, sıradan çıxarılacağı qətiyyən istisna deyil. İndiki situsiyada keşiş Baqratın “kilsə qiyamı”nın sürətlə zəiflədiyini nəzərə aldıqda, Paşinyan hakimiyyətinin bu savaşdan qalib çıxma şansı kifayət qədər yüksəkdir. Halbuki, bu, “erməni üçlüyü”nün daha da radikallaşdıra biləcək məqamdır. Və Paşinyan hakimiyyətinin erməni kilsəsini vergilərə cəlb etmək niyyəti ilə küncə sıxışdırmağa çalışması qarşı tərəfin terrora son çıxış yolu kimi yanaşmasına da səbəb ola bilər.

Bütün bunları nəzərə aldıqda, Paşinyan-kilsə savaşının artıq kulminasiya nöqtəsinə yaxınlaşdığı açıq-aşkar nəzərə çarpır. Belə davam edərsə, erməni kilsəsi ya terror, ya da Rusiya kəşfiyyatının nəzarətində olan hərbçilərin silahlı qiyama qalxması variantları ilə situasiyanı öz xeyrinə çevirməyə çalışa bilər. Bu, hər iki variantda Ermənistanı vətəndaş savaşına düçar edə biləcək situasiya vəd edir. Və belə anlaşılır ki, baş nazir Nikol Paşinyan üçün dəfn mərasimi də artıq planlaşdırılıb.(musavat.com)

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedib.

Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.
İlham Əliyev Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj verdi - İNCƏLƏMƏAzərbaycan Prezidenti İlham Əliyevin Misir səfərində gündəlik çox zəngin olub. Dövlət başçısı Qahirədə keçirdiyi bir sıra görüşlərdə önəmli mesajlar verib, iki ölkı arasında bütün əlaqələrin ən üst səviyyədə inkişafda olduğunu vurğulayıb. Azərbaycan lideri Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə əməkdaşlığın gücləndiyini bildirib. Bu təmaslar bir daha göstərir ki, Misir və Azərbaycan dünyada islam həmrəyliyinin möhkəmlənməsinə və mötədil islamın inkişafına mühüm tohfə verirlər.
İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti çıxışında bildirib ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək: "Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür.
Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır".
Bəyanatdan da göründüyü kimi Azərbaycan həmişə islam dünyasının diqqətində olan məsələlərə böyük önəm verir. Fələstin məsələsində də həmişə ədalətli və prinsipial mövqeyini qoruyub. Azərbaycan Fələstin məsələsinin 1967-ci il sərhədləri şərqi əl-Qüds paytaxt olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdafıdır. Azərbaycan Qoşulmama Hərakatının sədri olarkən də bu prinsiplərin təşviqinə daim önəm verib. Son zamanlar irəli sürülən bəzi iddialara baxmayaraq, Azərbaycanın ərəb islam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin əlahiddə əhamiyyəti var.
Azərbaycanın xarici siyasəti, dünyada bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafına yönəlmiş siyasi kursun uğurları aydın görünür. Azərbaycanın istər ABŞ, istər Rusiya, həmçinin region ölkələri, İran, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa İttifaqı ölkələri ilə əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Prezidentinin Misirə səfəri həm də Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdi.
Sherg.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı Prezidentin Misir səfərinin əhəmiyyətli hadisə olduğunu qeyd edib. Politoloq bildirib ki, Qahirə görüşündə müzakirə olunan önəmli mövzulardan biri də İsrail-Fələstin münasibətləri olub:

"İlham Əliyev Sisi ilə görüşdə bəyan etdi ki, müstəqil Fələstin dövləti qurulmalı, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qəzzada baş verənləri faciə adlandıran Prezident müharibənin dayandırılması, danışıqların başlanması çağırışını edib.
Azərbaycan müstəqillik və Qüds məsələsində Fələstinə daim dəstək verib, həmçinin, bu ölkəyə iqtisadi yardımlar da edib. İsraillə münasibətlərdə də Fələstin amilini nəzərə alıb. Misal üçün qeyd edə bilərik ki, İsraildə səfirliyimizin açılış mərasimində iştirak edən xarici işlər naziri ardınca Fələstinə səfət etdi. Buna rəğmən, Fələstin məsələsinə görə rəsmi Bakını zaman-zaman ittiham altına salmaq cəhdləri edilir, xüsusilə İran bu prosesdə aktivdir. Son olaraq, İstanbulda Fələstin bəhanəsi ilə SOCAR-a hücumda da İrana bağlı qruplar iştirak edirdi. Ümumiyyətlə Fələstin məsələsi İran tərəfindən İraillə qarşıdurmada alət olaraq istifadə edilir. Bu “aləti” mütəmadi olaraq Azərbaycana qarşı da yönəltməyə çalışırlar.
Əliyevin bəyanatı isə təkcə Qəzzada baş verənlərə ədalətli yanaşmanın sərginlənməsi yox, həm də Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj xarakteri daşıyır".

Xəbər lenti