İranın Zəngəzur oyununda SON PƏRDƏ - "Rusiyanın dediyi olacaq"İran Zəngəzur dəhlizi məsələsinə kifayət qədər aqressiv yanaşır. Eyni zamanda bunu özünün qırmızı xətti elan edir. Amma bunun heç bir əsası yoxdur. Çünki Zəngəzur dəhlizinin açılması məsələsi üç ölkənin liderinin imzaladığı bəyanatda yer almış bir müddəadır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın öhdəlikləri var:

“Bu öhdəliklər yerinə yetirilməlidir. Buradan açılacaq kommunikasiya xətlərinin İranın təhlükəsizliyi, yaxud onun sərhədlərinin təhdid altına alınması ilə bağlı səsləndirilən fikirlər absurddur. Həqiqəti əks etdirmir. Sadəcə olaraq İran burada Ermənistandan daha çox özünün maraqlarını önə çəkir. İranın bu maraqları nədən ibarətdir? Zəngəzur dəhlizi ilə bağlı İranın siyasi maraqları var. İran istəyir ki, bu dəhliz onun öz ərazisindən keçsin. İran çox yaxşı bilir ki, Zəngəzur dəhlizi orta dəhlizin əsas komponentidir. Bu dəhliz üzərindən ildə 10 milyon tondan artıq yükün daşınması nəzərdə tutulub. Belə bir potensial var. Bundan başqa, bu dəhlizdən hər il 10 minlərlə avtonəqliyyat vasitəsi və 100 minlərlə insan səfər edə bilər ki, bunların hər biri də kifayət qədər maliyyə vəsaitlərini özündə əks etdirir. Yəni İran ilk növbədə belə bir dəhlizdə nəzarəti əlində saxlamaqla bundan təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Digər tərəfdən burada böyük maliyyə vəsaitlərinin daxil olması məsələsi var ki, İran bu maliyyə vəsaitlərindən məhrum olmaq istəmir. İranın əsas niyyəti ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin Güney Qafqazda rolunun möhkəmlənməsinə imkan verməsin. Bu ittifaqın güclənməsinə əngəl törətsin. Məhz İran bu baxımdan Zəngəzur dəhlizinin açılmasını istəmir.

Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanın Türkiyə ilə birbaşa əlaqələrin yaranması demək olacaq. Eyni zamanda, Türkiyənin bu dəhliz vasitəsilə Azərbaycan, o cümlədən Orta Asiya ilə əlaqələri ciddi şəkildə irəliləyəcək. Bu da İran tərəfindən arzuolunan bir məsələ kimi qəbul edilmir. İran hakimiyyəti hələ də Firdovsinin şahnaməsində olduğu kimi İran-Turan savaşı aparmaq niyyətindədir. Məhz bu səbəbdən də dəhlizin açılmasını istəmir. İran hazırda bu məsələdə Rusiya ilə üzbəüz gəlib. Düşünürəm ki, bu işin sonunda Kreml qətiyyət göstərsə, Rusiyanın dediyi olacaq.

Rusiyanın Ermənistan üzərində kifayət qədər təsir imkanları var, eyni zamanda üçtərəfli bəyanatda Ermənistanın öhdəlikləri və Paşinyanın imzası var. Bu baxımdan İranın nə deməsindən asılı olmayaraq, bu dəhliz açılacaq. İranın hazırkı isterikası həm də onunla bağlıdır ki, İranın yeni hakimiyyəti Qərblə yaxınlaşma xəttini həyata keçirməyə çalışır. Buna görə də hazırda İranın bu məsələ ilə bağlı fikirləri Amerika, Fransa və digərləri ilə daha çox üst-üstə düşür. Amma bütün hallarda bu işin sonunda hesab edirəm, İranın dediyi yox, əks cinahın dediyi və öhdəliklərə uyğun məsələ həllini tapacaq”.

Politoloq bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan son illər, xüsusilə də münasibətləri ciddi şəkildə inkişaf etdiriblər və bu, strateji tərəfdaşlıq hətta bu münasibətlər müttəfiqlik səviyyəsinə qədər artıq yüksəlməkdədir:

“İran çox yaxşı bilir ki, bu ölkələri qarşısını almaqla İran ciddi problem yaşaya bilər. Baxmayaraq ki, İran həm Pakistan, Türkiyə, həmçinin də Azərbaycana qarşı əslində qısqanc və qeyri-dost davranışları var. Amma İran eyni zamanda onu da anlayır ki, həm Pakistan, həm Türkiyə dünyada nüfuzlu dövlətlərdir. Pakistan həm də nüvə dövlətidir. Güclü orduya və iqtisadiyyata malikdirlər. İranla da geniş sərhədlərə sahibdirlər. İran bu faktorları nəzərə almağa məcburdur. İranda xarici siyasəti müəyyən edən prezident deyil. Bu dini lider və onun ətrafında SEPAH və digər qurumlar tərəfindən müəyyən olunmuş xarici siyasət var və biz həmin xarici siyasətdə hansısa 30 ildə dəyişikliklər olduğunu görmürük. Yaxın gələcək də, İranın Pakistan, Türkiyə, Azərbaycan üçlü formatına qoşulma ehtimalını mümkünsüz hesab edirəm”.
Paşinyan hər vəchlə sülhdən yayınır... - Məsuliyyəti isə...Ermənistan Zəngəzur dəhlizinin açılmasından yayınmaq üçün növbəti siyasi manipulyasiyaya əl atıb.

Baş nazir Nikol Paşinyanın son açıqlaması rəsmi İrəvanın 2020-ci il 10 noyabr Bəyanatının yerinə yetirilməsində maraqlı olmadığını göstərir.

Bu da öz növbəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasını ləngidir. Halbuki sülh sazişinin imzalanmaması Ermənistan bu məsələdə ikibaşlı mövqe tutması ilə bağlıdır.

Paşinyan hökuməti bir tərəfdən Azərbaycanla sülh sazişini bu gün imzalamağa hazır olduğunu bildirsə də, eyni zamanda, bir sıra şərtlər irəli sürməklə prosesin reallaşmasını əngəlləyir.

Ermənistanın Zəngəzur dəhlizini açmağa hazır olduğuna dair Paşinyanın açıqlaması əslində, Azərbaycanın qarşısında qoyulan şərtləri özündə ehtiva edir.

Ermənistanın Baş naziri Zəngəzur dəhlizindən istifadə üçün bütün mümkün yerlərdə yolları təmin etməyə haz olduqlarını bildirir.

Eyni zamanda, “Onlar Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına zərər vurmadan və ya pozmadan yan keçməklə hərəkət edə bilərlər” - fikrini söyləyib.

Yəni Paşinyan həmişəki ritorikasını təkrara edərək Zəngəzur dəhlizinin guya Ermənistanın ərazi bütövlüyüni və suverenliyini pozduğuna işarə edib.

Paşinyanın sözlərinə görə, son vaxtlar regional kommunikasiyaların açılması kontekstində Azərbaycan tərəfindən müəyyən bəyanatlar səsləndirilib. Halbuki rəsmi Bakı Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında hərəkətin təmin olunmasını yalnız son vaxtlar deyil, Ermənistandan 4 ilə yaxındır tələb edir.

Çünki Ermənistan 10 noyabr Bəyanatı ilə həmin marşrutun açılması və təhlükəsizliyinə təminat verilməsinə dair konkret hüquqi öhdəliyə malikdir.

Paşinyanın digər sözləri də Zəngəzur dəhlizinin açılmasında Ermənistanın qeyri-obyektiv mövqeyindən xəbər verir.

“Azərbaycanın reaksiyası belədir: Bir halda ki, Ermənistan Respublikası bunu istəmir, biz İran ərazisindən layihələr həyata keçirəcəyik. Bir daha rəsmən qeyd edirəm ki, Ermənistan Respublikası İranla eyni şərtlərlə Azərbaycana girişi təmin etməyə hazırdır və bunu istəyir. Üstəlik, biz prosedurların müəyyən sadələşdirilməsini istisna etmirik və bunu ikitərəfli yanaşmanın məntiqində qəbul edirik”.

Əslində, Paşinyan oxşar fikri əvvəllər də səsləndirib. Amma əməli işə gəldikdə, Ermənistan kommunikasiyaların açılması istiqamətində real addım atmağa cəhd göstərməyib.

Hətta rəsmi İrəvan 2022-ci ilin iyun ayında Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən İşçi Qrupda Zəngəzurdan dəmir yolunun açılması ilə bağlı əldə olunmuş razılaşmadan da çıxıb.

Nəticə etibarilə, kommunikasiyaların açılmaması sülh müqaviləsinin imzalanmasına mane olan başlıca səbəblərdən birini təşkil edir.

Ermənistandan fərqli olaraq, Azərbaycan hətta avqust ayında aparılan danışıqlar zamanı Zəngəzur dəhlizi məsələsinin müzakirəsinin çərçivə sülh sazişinin imzalanmasından sonrakı mərhələyə saxlanılmasına da razılıq verib.

Lakin Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasına hazır olduğunu gündəmə gətirməklə özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışırsa, digər tərəfdən adekvat şərtlər irəli sürərək prosesi pozur.

Bununla da Ermənistan hakimiyyəti Azərbaycanın sülh tərəfdarı olmadığına dair manipulyasiya etmək imkanları qazanır. Paşinyan son açılamasında Ermənistanın İranla eyni şərtlər əsasında Azərbaycan Respublikasına girişi təmin etməyə hazır olduqlarını deyir.

Yəni Baş nazir həm Azərbaycanın qərb hissəsi ilə, həm də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Ermənistanın gömrük və sərhəd nəzarətinin fəaliyyət göstərəcəyinə dair sətiraltı şərt qoyur.

Eyni zamanda, Paşinyan demək istəyir ki, “Araz” dəhlizinə İran nəzarət etdiyi kimi, Zəngəzur dəhlizinin təhlükəsizliyini də Rusiya deyil, Ermənistan hərbçiləri təmin etməlidir. Amma məsələnin hüquqi tərəfi 10 noyabr Bəyanatına görə Rusiyaya məxsus olduğundan bu, İrəvan və Moskva arasında müzakirə ediləcək problemdir.

Ermənistana isə görünür, mövcud vəziyyətdə kommunikasiyaların açılmasından yayınmaq sülh prosesi çərçivəsində Azərbaycana qarşı informasiya müharibəsi aparmaq üçün lazımdır. Qeyd edilən konyukturda Ermənistanla yanaşı, regionda marağı olan dövlətlər də fəal aktor kimi iştirak edir.

Cənubi Qafqaz uğrunda Rusiya və Qərb arasında geosiyasi savaşın böyüməsi kommunikasiyaların açılmasını da çətinləşdirir. Çünki nəqliyyat-kommunikasiya dəhlizlərinə nəzarət bölgədə artan rəqabətin əsas səbəblərindən birini təşkil edir. Ukrayna ilə müharibə və sanksiyalar fonunda Asiya bazarlarına çıxış əldə etməyə çalışan Rusiyaya Zəngəzur dəhlizinə nəzarəti təmin etmək lazımdır.

ABŞ isə Rusiyanın və Çinin “Orta dəhliz”dən istifadəsinə qarşı çıxır. Zəngəzur dəhlizinin qəti əleyhinə çıxan İranın da bu məsələdə ABŞ-la maraqları taktiki baxımdan, üst-üstə düşür. Çünki Zəngəzur dəhlizinin reallaşmaması yalnız Rusiyaya əngəl yaratmır, həm də Türkiyənin Cənubi Qafqaza və Mərkəzi Asiyaya birbaşa çıxışının qarşısını alır.

İran, ABŞ, Fransa və Avropa İttifaqının da “Orta dəhliz”in əsas nəqliyyat “arteriya”sına nəzarətin Türkiyənin nəzarətinə keçməsinə mane olmaqdır.

İki əsrdir Osmanlı İmperiyasının və Türkiyənin Cənubi Qafqazda söz sahibi olmasına imkan verməyən Rusiya Asiya bazarlarına ehtiyacı yarandığına görə bu siyasətini dəyişmək məcburiyyətindədir. Ona görə də İran ixrac-idxal əməliyyatlarına nəzarət etmək üçün Rusiyaya “Araz” dəhlizindən istifadəni təklif edir.

Bu halda Zəngəzur dəhlizinin təhlükəsizliyinin təminatçısı funksiyasını ABŞ öz üzərinə götürə bilər. Qeyd edilən səbəbdən, Rusiyanın “Araz” dəhlizi variantı üzərində dayanacağı inandırıcı görünmür. Dəhlizdən istifadə ilə bağlı refgional güclər arasında ziddiyyətlərin artması Ermənistanın manevr imkanlarını artırır.

Yaranmış situsiv fon Paşinyan hakimiyyətinin həm Zəngəzur dəhlizinin açılmasından, həm də sülh müqaviləsinin imzalanmasından imtina etmək üçün manipulyasiyası ilə müşahidə olunur.

Müşfiq Abdulla
“Cebheinfo.az”
Ağdamda “İmarət” stadionunun təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.

Yol-xeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



Yol-xeber.az" xəbər verir ki,  19-20 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və “Tacikistan Dəmir Yolları” Dövlət Unitar Müəssisəsinin Yol rəisinin birinci müavini Sorbon Qulaxmadov arasında görüş olub.

Görüşdə Azərbaycan və Tacikistan arasında dəmir yolu sahəsində əməkdaşlığın əsas istiqamətləri və inkişaf perspektivləri, xüsusilə Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib.

Qeyd olunub ki, Çin-Tacikistan avtomobil yolu ilə çatdırılan yüklərin Tacikistandan Avrasiya Nəqliyyat Marşrutu ilə dəmir yolu vasitəsilə qərb istiqamətində daşınması Orta Dəhlizin şaxələndirilməsi üçün mühüm imkanlar təqdim edir.

Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi - İNCƏLƏMƏRusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu yenidən, həm də elan olunmadan İrana getdi və bu, onun 6 avqustdan sonra ikinci səfəri – Bakının da daxil olduğu Moskva-Tehan xəttindəki diplomatik trafikdə isə 4-cü hadisədir.

Avqustun 6-də Şoyqunun Tehran səfəri xüsusilə İran-İsrail qarşıdurması fonunda diqqət çəkirdi. Lakin onun Tehrandan Bakıya uçması diqqəti Cənubi Qafqaza – Zəngəzur dəhlizinə yönəltdi. Və ardınca – avqustun 18-də Putinin Bakı səfərində bütün kartlar açıldı: Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşib.

Dəhlizdə Rusiyaya “hücuma” keçən İran Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı Rusiyaya göndərdi. Məqsəd Tehranın “qırmızı xətlərini” izah etmək və Rusiyanın geri çəkilməsinə nail olmaq idi, hərçənd, bu səfərdən sonra hər iki paytaxda verilən bəyanatlar uzlaşmanın olmadığı ehtimalını gücləndirdi.

Əhmədianın Moskva səfərindən bir neçə gün sonra Şoyqunun Tehrana gedişi bu prosesdə əsas diqqətçəkən məqamdır və Rusiyanın İrana təkliflər paketi hazırladığı fikrini önə çıxarır. Əks təqdirdə, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Moskvada Əhmədiana təqdim edildikdən sonra Şoyqunun Tehrana uçmasına zərurət olmazdı.

Rusiyanın İrana təqdim edə biləcəyi iki mümkün təklif ola bilər.

Birincisi, dəhlizin Tehranın maraqlarına zidd olmadığı ətraflı şəkildə izah olunur və İran marşrutunun da alternativ yol kimi istifadə edilməsinin detalları təqdim edilir, yəni uzlaşma təkifi irəli sürülür;

İkincisi, İranın da Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsi, yaxud başqa formada iştirakına dair təkliflər ola bilər;

İkinci ehtimal daha zəifdir, çünki Rusiyanın hazırda İranla əməkdaşlığa ehtiyacı olsa da, bölgədə mövqelərini paylaşmaqda maraqlı deyil, eyni zamanda, Tehranın hansısa formada iştirakı Ankaranın da iştirakına zəmin yaradacaq. Rusiya daha çox İranla uzlaşmaq və dəhlizin məhz özünün iştirakı ilə açılmasına nail olmaq istəyir. Şoyqunun uzlaşma ilə Moskvaya qayıtdığını demək o qədər də asan deyil. İran mediasının təbliğatı da bunu “bağırır”. Maraqlıdır ki, tərəflər Şoyqunun səfəri ilə bağlı məlumatı öz ictimai rəyinə hesablanmış formada təqdim edir:

- İran mediası “Moskva Tehranın mövqeyini dəstəklədi” formasında yazır;

- Rusiya mediası, əksinə, “Tehran Moskvanın siyasəti ilə razılaşdı” formasında təqdim edir;

Bu “təqdimat” da Moskva-Tehran xəttində Zəngəzur dəhlizi ilə bağlı uzlaşmanın olmadığı versiyasını gücləndirir.

Asif Nərimanlı 
Prezident Ağdam Sənaye Parkında - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun açılışında iştirak edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında iştirak ediblər.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB

20 sentyabr - Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olacaq.

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Xatırladaq ki, Əmək Məcəlləsində müvafiq dəyişikliklər Milli Məclisin səlahiyyətindədir.

Yol-xeber.az" xəbər verir ki,  19-20 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayevlə görüşüb.

Görüşdə Azərbaycan və Özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətləri, hər iki tərəfi maraqlandıran digər mühüm məsələlər müzakirə edilib. Həmçinin bu ilin iyun ayında iki ölkənin dəmiryol administrasiyaları arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində müştərək səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, görüşdə iki ölkə arasında Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyətin şaxələndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Özbəkistan–Qırğızıstan–Çin yeni dəmir yolu layihəsinin icrası ilə Özbəkistan tərəfinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olublar.

Yol-xeber.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Yol-xeber.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xəbər lenti