Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, “Xəqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xəqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Qeyd edək ki, bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.

Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.

Xatırladaq ki, paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir. Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər də ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.

***

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

 

 
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub?

Son günlər Zəngəzur dəhlizi ilə bağlı danışıqların aktivləşməsi və Yerevanın kapitulyasiyadan sonra üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışması fonunda, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyannamənin doqquzuncu bəndinin (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında əlaqələrin açılması şərtləri burada qeyd olunmuşdu) yeganə kağız üzərində qalan bənd olmadığı barədə müzakirələr artıb.

Bu barədə "Caliber" "YouTube" kanalının növbəti analitik süjetində məlumat verilib.

"Erməni siyasi dairələrində belə bir tezis irəli sürülüb və dərhal aktiv şəkildə yayılmağa başlayıb ki, guya Rusiya və Azərbaycan əvvəlki səkkiz bəndi yerinə yetirməyiblər və indi yalnız guya yerinə yetirilməmiş həmin səkkiz bəndə qayıtdıqdan sonra doqquzuncu bənd haqqında danışmaq olar, o da yalnız erməni interpretasiyasında".

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz mətbuat konfransında bəyan edib.

Yaxşı, meydan açıqdır, dəvəti qəbul edək və səkkiz bəndin hər birini nəzərdən keçirək, görək kim nəyi yerinə yetirib, kim nəyi pozub", - materialda qeyd olunur.

Daha ətraflı videosüjetdə:

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Paşinyan gedərsə... SÜLH PROSESİ DAYANACAQ? - GƏLİŞMƏErmənistan müxalifətinin baş nazir Nikol Paşinyana alternativi yoxdur. Bunu Ermənistan parlamentinin keçmiş sədr müavini, “Erməni Legionu”nun üzvü Albert Bazeyan deyib.

“Hazırda parlamentdə Paşinyanın impiçmenti məsələsinin müzakirəsini mənasız hesab edirik. Çünki "Vətəndaş Müqaviləsi" Partiyası orada mütləq çoxluğa malikdir. Bu durumda partiyası Paşinyana etimad göstərməyə bilər, amma onun yerinə baş nazir kimi Papikyan, Simonyan və ya Mirzoyanı seçəcəklər", - siyasətçi qeyd edib.

Bazeyanın fikrincə, rəhbərlik etdiyi revanşist “Vətən naminə Tavuş” hərəkatının yeni aksiyalarını elan edən yepiskop Baqrat Qalstanyan Paşinyanı devirə bilməyəcək: “Xalq yepiskopun çağırışı ilə getməyəcək, çünki alternativi yoxdur, insanlar ona qarşı alternativ görmürlər. Yepiskopun dəstəkçiləri kimlərdir: Robert Köçəryanın ”Ermənistan" bloku, Serj Sərkisyanın “Şərəfim Var” alyansı. Camaat onları görür - eyni simalar, eyni adamlar".

Keçmiş vitse-spikerin sözlərinə görə, Ermənistan cəmiyyəti yenidən Köçəryan və ya Sərkisyanı hakimiyyətdə görmək istəmir.

Paşinyan özbaşına deyil və müstəqil siyasət də yürütmür. Onu həmin posta gətirən ayrı-ayrı Qərb dövlətləri və institutları qarşısında konkret öhdəlikləri var. Ən vacib öhdəlik isə Rusiyanın regiondan tədricən də olsa sıxışdırılıb çıxarılmasından ibarətdir. Həmin öhdəliklər hələ yerinə yetirilməyib, bu isə o deməkdir ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun istefasında maraqlı deyillər və buna da heç bir halda imkan verməzlər.

Rusiya da Paşinyana əvəz axtarmağa həvəsli ola bilər. Amma bu, elə namizəd olmalıdır ki, həm xalq tərəfindən qəbul edilsin, həm də Qərbə arxa çevirə biləcək gücdə olsun. Bu isə çox müşkül məsələdir və indiki halda faktiki olaraq mümkün deyil. Lakin bir şey aydındır ki, istər Paşinyan, istərsə də hakimiyyətdə onu əvəzləyəcək hər hansı bir şəxsin artıq gedən prosesləri uzun müddət tormozlamaq imkanları yoxdur.

Paşinyanın “üç badam, bir qoz...” (zatən onlar da Qərbin kadrlarıdır və prinsipcə, siyasətdə heç nə dəyişməyəcək) siyasətinin perspektivi varmı?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, erməni siyasətçi Albert Bazeyan əslində Ermənistan siyasi palitrasının, cəmiyyətinin durumunu olduğu kimi ifadə edib: “Bu gün Ermənistanda hakimiyyət komandasından kənarda Nikol Paşinyanı əvəz edə biləcək, cəmiyyət tərəfindən dəstək qazanacaq siyasi lider yoxdur. Hərbi canilər Robert Köçəryan və Serj Sərkisyan cütlüyü hakimiyyətdə uzun müddət olduqları dövrdə cinayətə bulaşıblar. Onlar öz xalqlarına qarşı da cinayətlərə yol veriblər, ölkəni bataqlığa salıblar və ölkə hələ də məhz həmin canilərin onu saldığı bataqlıqdan qurtula bilmir. Robert Köçəryan son üç ildə bir neçə dəfə Nikol Paşinyanı devirməyə cəhdlər elədi. Lakin xalq Köçəryan və ona bağlı olan qüvvələrə etimad göstərmədiyi üçün Paşinyanı yıxmaq planları puça çıxdı. Paşinyan hakimiyyətinə müxalifətdə olan həmin qüvvələr Ermənistan cəmiyyətində o qədər nüfuzdan düşüb ki, müharibədə məğlub olmuş Paşinyanın partiyası müharibədən sonra keçirilən seçkilərdə qalib gəldi. Bu, dünya tarixində analoqu olmayan hadisə idi. Bu ona görə baş verdi ki, erməni cəmiyyəti ən pislə nisbətən pis arasında seçim etmək vəziyyəti ilə üz-üzə qaldı. Nəticə isə bəllidir. Keşiş Baqrat Qalstyan son bir ilə yaxın müddətdə çox çalışdı ki, Paşinyan iqtidarının ciddi müxalifətinə çevrilsin və xalqı ayağa qaldırıb hakimiyyəti dəyişsin. Ancaq Baqratın da arxasında Köçəryan və Sərkisyan cütlüyünün dayandığını görən xalq onun təşkil etdiyi mitinqlərə, yürüşlərə qoşulmadı. Keşiş Baqrat hakimiyyəti yıxacaq səviyyədə aksiyalar təşkil edə bilmədi. Beləliklə, Nikol Paşinyanın əslində bəxti ondan gətirib ki, ona qarşı olan müxalifətə xalq inanmır. Bunu hətta bir neçə gün öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıq etiraf etmişdi. Simonyan deyib ki, bu cür müxalifətin olması bizim şansımızdır”.

Politoloq qeyd etdi ki, Nikol Paşinyanın komandasının əsas simalarının da Qərbin yetirmələri olduğu bəllidir: “Paşinyanı hakimiyyətə gətirən və onun hakimiyyətini qoruyan böyük güclər elə bir siyasət işləyiblər ki, sabah Paşinyan hər hansı səbəbdən baş nazir vəzifəsindən gedəsi olsa, hakimiyyət dəyişməyəcək, onun partiyası yenə hakimiyyətdə qalacaq, sadəcə, baş nazir böyük ehtimalla Papikyan, Simonyan və ya Mirzoyan olacaq. Paşinyanın qurduğu bu sistemin uzun müddət dayanıqlı olub-olmayacağı isə həm Rusiyanın mövqeyindən, həm də Qərbin ona bundan sonra da hansı həddə qədər dəstək verib-verməyəcəyindən, ortaya xalqın etimadını qazana biləcək siyasi liderin çıxıb-çıxmayacağından asılı olacaq”.
10 noyabr bəyanatının IX bəndi: Kremllə Tehran qəti qərar verdi - BUNDAN SONRA...9 (10) noyabr bəyanatının 9-cu bəndi həyata keçiriləcək, Rusiya və İranın mövqeyi qətidir, belə olacaq.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə mütəxəssis Qriqori Balasanyan erməni mediasına deyib.

Onun fikrincə, Rusiya və İran Azərbaycandan “Zəngəzur dəhlizi” ideyasının müvəqqəti olaraq gündəmdən düşdüyünə dair zəmanət alıblar və indi kommunikasiyaların açılıb-açılmayacağı Ermənistandan asılıdır:

“Üstəlik, Ermənistan ciddi təzyiqlərə məruz qalır, o cümlədən Qazaxıstan uranının Ermənistan və Türkiyədən keçərək Avropaya daşınması üçün bu dəhlizə ehtiyacı olan Qərbdən.

O ki qaldı rus sərhədçilərinə, onlar fiziki iştirak olmadan necə xidmət etməlidirlər? 9 (10) noyabr bəyanatının məntiqindən belə çıxır ki, Rusiya sərhədçiləri Ermənistan və Azərbaycan sərhədçiləri arasında dayanmalıdır. Bəlkə yükləri pilotsuz təyyarələrlə və ya kosmosdan yoxlasınlar? Mən bilmirəm. Ola bilsin ki, müvafiq şifahi razılaşma olub. 2020-ci ildən sonra artıq elə hallar olub ki, şifahi razılaşmaların nəticələrinə əsasən biz fakt qarşısında qalmışıq”.

Onun sözlərinə görə, Rusiya sərhədçilərinin yola (Zəngəzur dəhlizi – red.) nəzarət edəcəyi ilə bağlı müqavilədə heç nə yoxdur:

“Söhbət yola yox, sərhəd-keçid məntəqəsinə nəzarətdən gedir və bunlar başqa şeylərdir. Bəyanatda Ermənistanın nəzarət etməməsi ilə bağlı da heç bir bənd yoxdur. Üstəlik, 2021-ci ildə Overçuk iki dəfə bildirib ki, Ermənistan və Azərbaycanın yolları bu ölkələrin yurisdiksiyasında olacaq”.

Ekspert qeyd edib ki, bu məsələdə heç kim Ermənistanın hüquqlarını pozmayıb ki, Ermənistan bununla mübarizə də aparsın:

“İranla Rusiya arasında nifaq salmaq və bunun fonunda “Zəngəzur dəhlizi” ideyasını təbliğ etmək üçün kənardan məqsədli şəkildə informasiya gündəmə gətirilib. İranda mühafizəkarlar və islahatçılar arasında ikili güc formalaşdırmağa cəhd edilir. Və Qərblə münasibətləri dərinləşdirmək yolu ilə gedən yeni siyasi qanadın (islahatçılar) nümayəndələri tərəfindən kəskin bəyanatlar səsləndirilib.

Bununla belə, İran və Rusiya arasında qlobal mənada heç bir problem yoxdur və İran Təhlükəsizlik Şurası katibinin Rusiyaya səfəri şifahi atışmanı dayandırmaq məqsədi daşıyırdı”.
Güney Qafqazda SÜLH: Qərbin işinə yaramır... - BU FAKTDIR!BMT-nin 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək İqlim Konfransı (COP29) ərəfəsində Azərbaycana qarşı hücumlar intensivləşib. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, 30 beynəlxalq hüquq-müdafiə təşkilatının və Strasburqda keçirilən Nazirlər Şurasının iclasından sonra Aİ-nin Avropa Şurasındakı nümayəndəliyinin anti-Azərbaycan bəyanatları bunun sübutudur.

“Turan”ın verdiyi məlumata görə, anti-Azərbaycan bəyanatı imzalayanlar arasında Amerika Tərəqqi Mərkəzi, Jurnalistləri Müdafiə Komitəsi, FIDH (İnsan Hüquqları uğrunda Beynəlxalq Federasiya), Freedom Now, Henrix Boyl Fondu, İnsan Hüquqları Fondu, Human Rights House, Human Rights Watch, İnsan Hüquqları naminə Beynəlxalq Tərəfdaşlıq, Təbii Resursları İdarəetmə İnstitutu, Norveç Helsinki Komitəsi, PEN America, PEN International, People in need, Sərhədsiz Reportyorlar, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və s. var.

Bəyanatda adları açıqlanmayan “hüquq müdafiə qruplarına” istinadən bildirilir ki, “yüzlərlə insan siyasi motivli ittihamlarla həbs olunub”. Bəyanatı imzalayan təşkilatlar hesab edirlər ki, ""Abzas Media", “Toplum TV” və “Kanal 13"lə əlaqəsi olan ən azı 18 jurnalist və digər şəxslər ya həbsdədir, ya da əsassız cinayət təqibinə məruz qalır”.

Qərb “qht”ləri hətta Vətənə xəyanət ittihamı ilə həbs edilən Praqa Karlov Universitetinin aspirantı Bəhruz Səmədovun və araşdırmaçı İqbal Ağazadənin də müdafiəsinə qalxıblar. Bəyanat ultimativ üslubda hazırlanıb və Azərbaycan hakimiyyəti “siyasi motivlərlə qanunsuz olaraq saxlanılan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal və qeyd-şərtsiz azad etməyə və onlara qarşı saxta ittihamları ləğv etməyə” çağırılır.

O cümlədən “qeyri-hökumət qruplarının və KİV-lərin qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı qanunlara düzəliş etməyə” çağırılır. “BMT-yə üzv dövlətlər və təşkilatın Katibliyi, həmçinin Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupu, həmçinin Azərbaycanda biznes maraqları olan şirkətlər Azərbaycanın müstəqil vətəndaş cəmiyyəti ilə möhkəm həmrəylik nümayiş etdirməlidirlər. Bir çox vətəndaş subyektləri böyük şəxsi riskə məruz qalsalar da, insan hüquqları və ölkədə və regionda iqlim ədaləti uğrunda mübarizə aparmaqda davam edirlər”, - deyə bəyanatda qeyd edilir.

Azərbaycanda insan haqlarının vəziyyəti, ictimai fəalların, reportyorların saxlanması ilə bağlı zaman-zaman çağırışlar eşidilir. Lakin ilk dəfə belə total hücum təşkil olunur. Yəni indiyədək 30 beynəlxalq təsisatın birgə bəyanatı olmamışdı. Bəli, Azərbaycanda da yerli hüquq-müdafiə təşkilatları hesab etmirlər ki, insan haqlarının müdafiəsi ilə bağlı şərait idealdır, lakin bu bəyanatın imzalanması COP29 ərəfəsində reallaşıb. Çünki beynəlxalq diqqət Bakıya yönəlib və təşkilatlar bu vəziyyətdən istifadə edirlər. Bundan əvvəl də keçirilmiş mötəbər tədbirlər, yarışlar, festivallar ərəfəsində Azərbaycan hakimiyyətinə təzyiq məqsədi güdən belə hücumlar az olmayıb. İndi isə yeni bir situasiya yaranıb, üstəgəl, təkcə jurnalistlərin, yaxud siyasi aktivistlərin həbsi deyil, həm də Qarabağdan öz xoşu ilə köç etmiş ermənilərin də guya qovulduğu haqda ittihamları öz hesabatlarına, bəyanatlarına əlavə edirlər.

“Yeni Müsavat”a 30 təşkilatın birgə bəyanat verməsini dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin sözlərinə görə, COP29 ərəfəsində Azərbaycana təzyiq göstərilir: “Hətta çalışırlar ki, bəzi ölkələr konfransda iştirak etməsinlər və bunu boykot kimi qiymətləndirsinlər. İnanmıram ki, bu cür qərarların böyük ölçüdə təsirləri olsun. Çünki əksər ölkələr və onların liderləri öz iştirak niyyətlərini bəyan ediblər. İstənilən halda, bu birgə bəyanat xoş deyil və Azərbaycanın uğurlarına qısqanclıqla yanaşmaqdır”. AMİP sədri hesab edir ki, Azərbaycana qarşı qarayaxma kampaniyası siyasi qərəzdən irəli gəlir: “Azərbaycanın siyasi-iqtisadi cəhətdən gücə çevrilməsi həzm olunmur. Əfsus ki, bəzi hallarda münaqişə tərəfi olanlar Azərbaycan əleyhinə iş aparmağa gələndə birləşə bilirlər. Çox təəssüf ki, bizim şimal, cənub qonşularımız, bəzi Qərb dövlətləri bəzi məqamlarda həmrəylik nümayiş etdirirlər. Ancaq bu "qara piar" kampaniyası ciddi nəticələr doğurmayacaq. Azərbaycana ekoloji bir konfrans üzərindən siyasi təzyiqlər edilməsi göstərir ki, məqsəd başqadır". A.Əlizadənin fikrincə, COP29 konfransının təşkili ilə Azərbaycan dünyaya nümunə olduğunu göstərəcək və ən yüksək səviyyədə hazırlıq işləri getməkdədir: “Biz bu konfransa Ermənistanı da, ölkəmizə iftiralar yağdıran Fransanı da dəvət etmişik, münaqişə vəziyyətində olan Rusiya və Ukrayna da çağırılıblar, yəni Bakı iki həftə həm də sülh, barış üçün bir platforma təklif etməkdədir. Bu baxımdan kənardan eşidilən yad səslər, kimlərinsə xor şəklində uğursuz çıxışları bizi çox da narahat etməməlidir, irəliyə baxmalıyıq”.

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev sözügedən təşkilatların əksəriyyətinin korrupsiyaya bulaşdığını, siyasi dələduzluqla məşğul olduğunu və Fransanın təsiri altında olduqlarını hesab edir. Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi bu çağırışlara münasibət bildirməlidir: “Söhbət ölkənin reputasiyasına xələl gətirmək missiyasından gedir. Bu, bir mərkəzdən verilmiş komandadır və tapşırıq yerinə yetirilib. Onların arasında "Freedom Now", "Human Rights Watch", Norveç Helsinki Komitəsi, "PEN America", "PEN International", "People in need", "Sərhədsiz Reportyorlar" kimi təşkilatlar bizə çox tanışdırlar. Onlar həmişə qərəzli hesabatlarla çıxış edirlər. Bircə dəfə görmədik ki, pozitiv bir məlumat açıqlasınlar. Bu təşkilatlar erməni lobbisinin, Makron administrasiyasının və bütövlükdə anti-Azərbaycan mərkəzlərinin əlində əsir-yesirdirlər, yəni istifadə olunurlar. Bu da siyasi dələduzluq yolu ilə pul qazanmaq variantıdır”. Partiya funksioneri təklif edir ki, ölkənin QHT-ləri, siyasi təşkilatları, parlament partiyaları cavab olaraq birgə bəyanatla çıxış etsinlər, mötəbər tədbir ərəfəsində Azərbaycan dövlətinə qarşı aparılan çirkin informasiya hücumunu pisləsinlər.

“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev Qərb QHT-lərinin birgə bəyanatını əvvəlcədən hazırlanmış siyasi akt sayır. Onun bildirdiyinə görə, Azərbaycan haqda mənfi rəy formalaşdırmaq cəhdləri müşahidə olunur: “Bizi dünyaya belə tanıtmaq istəyirlər. Amma söhbət BMT-nin konfransından gedir. Azərbaycan isə sadəcə ev sahibliyi edir və təşkilatçılığa cavabdehdir. Bu hücumları başladanlar bilməlidirlər ki, ilk növbədə BMT-nin tədbirinə kölgə salmış olurlar. İkincisi, dünya Bakıda keçirilməsinə razılıq verib, 100-dən çox ölkənin prezidenti və hökumət başçıları təşrif buyuracaqlar, 80-100 min arası qonaq gələcəyi gözlənilir, o zaman bu təşkilatların əski parçası olan bəyanatlarına hansı dövlətlər reaksiya verəcək? Əslində bir daha özlərinin qərəzli və kəmfürsət olduqlarını nümayiş etdirdilər”.

QHT rəhbəri ayrı-ayrı deyil, birgə bəyanatla çıxış edilməsini siyasi plan adlandırır: “İstisna deyil ki, növbəti qərəzli hesabatlar da yayılacaq. Hətta konfransın keçirildiyi günlərdə daha total hücumların olacağını təxmin etmək mümkündür. Heç təəccüb etmərəm ki, Fransa telekanalları, ermənipərəst təşkilatlar konfrans günlərində Azərbaycan əleyhinə məlumatlar yaysınlar. Ona görə buna hazır olmalıyıq və öz işimizi təqdim etməklə xain qüvvələri susdurmalıyıq”.
Azərbaycan Ordusunun Naxçıvandakı təlimindən GÖRÜNTÜLƏR

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.

MN xəbər verir ki, təlimin planına əsasən, bölmələr atəş mövqelərinin tutulması, artilleriya silah sistemlərinin döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini aşkar edərək sərrast atəşlərlə məhv edib.

Təlimin keçirilməsində əsas diqqət atəş dəstək qrup komandirlərinin və nizamlayıcıların hədəflərin koordinatlarını dəqiq müəyyən etməsi, məsafələrin və bucaqların düzgün ölçülməsi, eləcə də atəşin idarə edilməsi zamanı funksional vəzifələrinin praktiki icrasına və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Prezident “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də “Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ermənistanın artan Naxçıvan təxribatlarında “Çin məsələsi” - ŞƏRHAzərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub: “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.

Xəbər verdiyimiz kimi, bundan əvvəl də düşmən təxribata əl atmışdı. Belə ki, sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Beləliklə, sülh bəyanatlarının arxasında gizlənən Ermənistan davamlı şəkildə atəşkəsi pozmaqla təxribatlarını davam etdirir. Xüsusilə də erməni ordusunun son vaxtlar Naxçıvan istiqamətində atəşkəsi pozması və bu kimi təxribatların intensiv xarakter alması, üstəlik, daha uzun müddətdə davam etməsi diqqət çəkir. Təxribatların Naxçıvan istiqamətinə ötürülməsi Ermənistanın burada yeni problemli vəziyyət yaratmaq niyyətində olduğunu göstərir. Təhlilçilərə görə, Naxçıvan istiqamətində atəşkəsin pozulmasına səbəb Zəngəzur dəhlizinin açılmasına əngəl olmaqdır. Zəngəzur dəhlizi ilə bağlı məsələdə dünyanın önəmli ölkələrinin iqtisadi-siyasi maraqları var və Çinlə Britaniyaya qədər uzanan bir iqtisadi maraq bu dəhlizdə özünü tapır. Buna görə də Ermənistan qəsdən Naxçıvan istiqamətində təxribat törətməklə Zəngəzur dəhlizi ideyası ətrafında təhükəsizliklə bağlı problemlərin olmağı haqqında bir fon yaratmağa çalışır.

Son günlər rəsmi Bakı bir neçə dəfə Ermənistana xəbərdarlıq mesajları verib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığında da mühüm məqamlara toxunulub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığında iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub. Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı, hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb. Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli hərbiləşməsinin bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.

Təxribatların davam etdiyi günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyanın Cənubi Koreyaya səfərə getməsi də diqqət çəkir. Ermənistan hərbi arsenalına yeni silahlar əlavə etməkdə israrlıdır ki, bu da sülhü uzaqlaşdırır. Baş verənlər böyük qonşularımızı da qayğılandırır. Həm də artan gərginlik fonunda Zəngəzur dəhlizinin açılmasının yubanması Bakı ilə yanaşı, Ankara və Moskvada narahatlıq doğurur. Bu arada, Türkiyə və Rusiya rəsmilərinin bir araya gəldiyi, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparıldığı barədə məlumat yayılıb. Sentyabrın 11-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıcı qəbul edib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu barədə xəbər yayıb.

“Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolları barədə ətraflı fikir mübadiləsi aparılıb. Hər iki ölkənin yanaşmalarının, o cümlədən 3+3 Məşvərətçi Regional Platforması çərçivəsində sıx əlaqələndirilməsinin davam etdirilməsində qarşılıqlı maraqlar ifadə olunub", - deyə məlumatda qeyd olunub.

Heç şübhəsiz, rəsmi İrəvan hərbiləşməni davam etdirməklə, paralel qaydada atəşkəsi pozmaqla münaqişənin miqyasını yenidən böyütməyə də çalışır. Özü də Naxçıvana açılan atəş sıradan məsələ deyil. Məsələ burasındadır ki, 13 oktyabr 1921-ci ildə Türkiyə ilə Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası arasında imzalanan Qars müqaviləsinə görə, tərəflər Naxçıvanı Azərbaycanın himayəsi altında Muxtar Respublika kimi tanıyıb. Həmçinin bu müqavilə ilə Naxçıvan Muxtar Respublikasına beynəlxalq hüquqi təminat verilib. Həm də 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi var və Türkiyənin hərəkətə keçməsi an məsələsi ola bilər. Həm də Ermənistan Naxçıvanı hədəfə almaqla bu müqaviləni pozmaqla yanaşı, Türkiyənin müdaxiləsini şərtləndirir. Başqa bir iddiaya görə isə Paşinyan orduya tam nəzarət edə bilmir, çünki atəşkəsin pozulmasında maraqlı olduğu inandırıcı deyil.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan-Azərbaycan şərti sərhədində baş verənlər bu ay ərzində hələ dəfələrlə təkrarlanacaq: “Bunun hansısa ciddi toqquşmalara gətirib çıxaracağını düşünmürəm. Münasibətlərin ən çətin vaxtlarında, Qarabağ məsələsi həllini tapmayanda belə, Ermənistan və ona havadarlıq edənlər Naxçıvan istiqamətində məlum cizgiləri keçməyə cəhd etmədilər və bundan sonra da çətin etsinlər”. Ermənistan ordusu ilə bağlı sensasion faktı açıqlayan polkovnik qeyd etdi ki, bugünlərdə Ermənistan Silahlı Qüvvələrində bir səs-küylü hadisə baş verdi, o da nədənsə bizim mətbuatın diqqətindən kənar qaldı: “Orduda bəzi özbaşınalıqlar edən rəhbər şəxslərdən biri olan 5-ci ordu korpusunun komandiri vəzifəsindən azad edildi. Özü də bu şəxs ötən ilin fevralında general vəzifəsinə elə Paşinyan tərəfindən təqdimat əsasında təyin edilmişdi. Sasun Badasyan adlı polkovnik İrəvandakı rus bazasında olan bəzi rəhbər şəxslərinin sifarişi ilə Azərbaycan-Ermənistan sərhədində bəzi özbaşınalıqlar həyata keçiribmiş. Bu faktın özü bir daha sübut edir ki, həqiqətən də Ermənistan ordusunda çoxlu sayda bölgədə daim gərginliyin yaşanmasına çalışan dövlətlərin maraqlarını təmin edən zabit və gizirlər var. Məhz onlara görə Paşinyan hələ də orduya tam nəzarəti həyata keçirə bilmir”. Ü.Cəfərov əmindir ki, atəşkəs sifarişli hərəkətlər nəticəsində pozulub, pozulur və bundan sonra da pozulacaq: “Baxın, bugünlərdə Moskvada bölgə ilə bağlı saysız-hesabsız fikirlər səsləndi. Eyni vaxtda yenə Azərbaycanın mövqeləri atəşə məruz qaldı. Təsadüfdürmü? Əsla yox. Biz illərdir ki, nə baş verdiyini, niyə baş verdiyini və bu təxribatlarının arxasında kimlərin durduğunu gözəl bilirik. Bu hallar hələ uzun aylar davam edəcək. Aydın məsələdir ki, Ermənistan bu cür təxribatlarla nəyəsə nail olmayacağını gözəl anlayır. Sadəcə, bu hərəkətləri ilə yandaş oyunçulara hansısa şəkildə dəstək olur”.

Hərbi ekspert Ədalət Verdiyev Ermənistan tərəfi Azərbaycan mövqelərini son aylarda intensiv şəkildə atəşə tutmasının səbəbləri barədə bunları bildirib: “Bu təxribatların törədilməsinə əsas səbəb Ermənistanın ABŞ, Fransa və Hindistan tərəfindən silahlandırılmasıdır. Ermənistanın həm Naxçıvan, həm Şərqi Zəngəzur istiqamətində yerləşən bölmələrimizi dəfələrlə atəşə tutması əslində onun növbəti eskalasiya yaratmaq niyyətindən xəbər verir. Hesab edirəm ki, Azərbaycan tərəfi olaraq Ermənistanın bu təxribatlarına qarşı təmkinli davranışımız əks tərəfi daha da cəsarətləndirir. Bir nəfər Azərbaycan əsgərinin yaralanması Ermənistan üçün çox ağrılı və acılı nəticələrə gətirib çıxara bilər”. Ə.Verdiyevin fikrincə, Ermənistan tərəfi öz öhdəliklərini təsdiq edənə qədər Azərbaycan cəzalandırma prosesini davam etdirməlidir: “Azərbaycan Ermənistanın döyüş potensialını bərpa etmək niyyətinin qarşısını almaq üçün təxribatlara düşmənin anlayacağı bir dildə cavab verməlidir. Cavab zərbəsi paralel olaraq Ermənistanın bəyanatlar üzrə öhdəliyini yerinə yetirməsi ilə nəticələnməlidir. Ermənistanın cəzalandırılması epizodik xarakter daşımalı deyil, o, sülhə məcbur edilməlidir. Qarşı tərəf üzərinə götürdüyü öhdəlikləri təsdiq edənə qədər onu cəzalandırma prosesini davam etdirməliyik”.

Politoloq Məhəmməd Əsədullazadə bu fikirdədir ki, Ermənistan tərəfindən Naxçıvanın atəşə tutulması ordu içərisində Zəngəzur dəhlizinin “təhlükəli” olması ilə bağlı yaşanan ajiotajın məntiqi nəticəsidir: “İlk növbədə Nikol Paşinyan orduya tam nəzarət etməli və bu kimi təxribatların qarşısını almalıdır. Ermənistan ordusunda İranın təlimatı ilə hərəkət edən bəzi təxribatçılar da var. Onlar da Tehranın təlimatı ilə Zəngəzur dəhlizinin açılmasıni sabotaj edir. Əgər Naxçıvan istiqamətində təxribatlar çoxalarsa, Azərbaycan hərəkətə keçə bilər. Ümumiyyətlə, dəhlizlərin reallaşmasına bir sıra ölkələrin əngəllər yaratdığı faktdır. Zəngəzur dəhlizi də bu sıradandır. Konkret halda İran çalışır ki, dəhliz açılmasın və bu mənada siyasi təxribatlara əl atır”. Bütün bunlara baxmayaraq, M.Əsədullazadə əmindir ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına gedəcək: “Bu məsələ sülh müqaviləsindən sonraya saxlanılıb. Qeyd edim ki, Çin də bu dəhlizin açılmasında maraqlıdır. Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamədə də Çin Azərbaycana bu məsələdə dəstək verir. Həmçinin dünyanın böyük gücləri, Çinlə yanaşı, Böyük Britaniya da bu məsələdə tam şəkildə Azərbaycanın yanındadır. Rusiya da bu məsələdə Azərbaycanı dəstəkləyir. Çin, Böyük Britaniya dəhlizin təhlükəsizliyində maraqlıdır. Düşünürəm ki, Ermənistan hakimiyyəti də Naxçıvanla bağlı siyasətində korrektlərə edəcək və bu istiqamətdə təxribatlara son veriləcək. Əks halda, proseslər onun əleyhinə çevrilə bilər”.
Kreml Tehranı "Turan yolu"na gətirə biləcəkmi... - Zəngəzur dəhlizi Moskvadan keçirDünyanın xüsusi diqqətində olan və qlobal miqyasda mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması məsələsində İranın pozucu fəaliyyəti davam edir. Ən çox Ermənistanın özünə ciddi dividentlər gətirəcək bu dəhlizin açılmasına mane olmaq üçün Tehran İrəvana ciddi təzyiqlər göstərir.

Hətta son vaxtlar İran bu məsələyə görə Rusiya ilə münasibətlərdə də “qırmızı xətti” keçməkdədir. Heç zaman rəsmi Moskvanın ziddinə getməyən Tehran maraqlıdır ki, Zəngəzur məsələsində Rusiya ilə söz güləşdirir. O gün olmur ki, cənub qonşumuzdan şimal qonşumuza ünvanlı hansısa mesaj, qınaq, etiraz olmasın. İranın rəsmi, yaxud vaxtilə vəzifələr tutmuş şəxsləri Rusiyanı Zəngəzur dəhlizinin reallaşması istiqamətində tutduğu mövqedən çəkindirməyə çalışır. Anormallıq odur ki, son illərdə Rusiya və İran arasında yaxın münasibətlərin əməkdaşlıq formuluna çevrilməsinə, imperialist güclərin faktiki olaraq bu iki ölkəni parçalayıb, əzməyə yönəlik planlarına baxmayaraq, rəsmi Tehran da məhz Rusiyanı hədəfə alır. Əslində İran öz ərazisində ABŞ, Fransanın hərbi varlığına imkan yaradan Ermənistanı cəzalandırmalı, Qərb paytaxtlarının, xüsusilə də anti-İran koalisiyasının sərhədlərinə yaxınlaşmasına mane olmalı idi. Amma baxın, ABŞ-ın Zvartnots hava limanına enən hərbi təyinatlı yüklərini “görməyən” İranın İrəvandakı səfiri Azərbaycana qarşı qarayaxmalarla məşğuldur. Yaxud Pentaqonun İranın “qulağının dibində” - Zəngəzurda hərbi baza yaratmasına səssiz qalan Tehran rəsmiləri Zəngəzur dəhlizinin açılmasını özlərinə təhlükə saymaqla bisavad davranışlar sərgiləyirlər.

Əslində çoxları anlayır ki, Zəngəzur dəhlizi açılacaq, sadəcə, bu kimi maneələr zamanın uzadılmasına səbəb olacaq. Eyni zamanda 3+3 formatında əməkdaşlığa önəm verən Azərbaycanın irəli sürdüyü Zəngəzur layihəsi həm də bölgə dövlətləri üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan və İran üçün. Amma bütün bunlara baxmayaraq, İranın Rusiyaya təsir göstərmək cəhdləri anormallıqdır. Doğrudanmı İranda anlamırlar ki, Rusiyaya alternativlər lazımdır və bunlardan ən önəmlisi elə Azərbaycanın qərb bölgəsini Naxçıvan regionu ilə birləşdirəcək Zəngəzur dəhlizinin işə salınmasıdır. Görünən budur ki, Kreml bu məsələdə Tehranın yanlış mövqeyinin nəticələrinin fərqindədir və buna görə də molla rejimini inadından döndərməyə çalışırlar. Rəsmi məlumata görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyada Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya yola düşüb. Əhmədianın Zəngəzur dəhlizi ilə bağlı Rusiya rəsmiləri ilə ikitərəfli danışıqlar apardığı bildirilir. Bununla yanaşı, o, BRİKS-ə üzv ölkələrin yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin iclasında da iştirak edəcək. Ekspertlər necə düşünür, nəticə olacaqmı? Moskva İranı inadından döndərməyə müvəffəq olacaqmı?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, əslində əvvəllər də mövcud olmuş dəmir yol xəttinin bərpası və avtomobil yolunun çəkilməsi İranın nəinki iqtisadi maraqlarına zidd deyil, əksinə, bu yollardan istifadə etməklə İran özü də Avropaya və region ölkələrinə, həmçinin İran ərazisinə yüklərinin daşınması üçün əlavə kommunikasiya əldə edə bilər: “İran dövlətinin "beynəlxalq sərhədlərin dəyişməzliyi və istənilən geosiyasi dəyişikliklərin qəbuledilməz olması" barədə açıqlamaları, ümumiyyətlə, absurddur. Zəngəzur üzərindən kommunikasiyanın bərpası nə sərhədlərin dəyişməsinə, nə də geosiyasi dəyişikliklərə gətirmir. Yollar üzərində Ermənistanın suveren hüquqları da tanınır. Əgər yolların çəkilməsini Ermənistan öz üzərinə götürəcəksə, yolun sahibi də onlar olacaqlar və daşınmalara görə qazanc əldə edəcəklər. Əslində bu kommunikasiya Ermənistan üçün də əlverişli imkan yaradır". S.Məmmədovun sözlərinə görə, İranın kommunikasiyaların açılmasına mane olmasının səbəbləri də əslində aydındır: “Sadəcə, verdikləri bəyanatlar və açıqlamalar səbəb deyil, bəhanələrdir. Azərbaycan həmin kommunikasiyanı İran ərazisindən çəkəsi olsa, bu, İran üçün təhdid olmayacaq, amma Ermənistan ərazisindən keçsə, təhdid olacaq? Cəfəngiyyatdır. İran Türk dünyasını birləşdirəcək istənilən kommunikasiyaya qısqanclıqla yanaşır. Bu məsələdə onun üçün ən ciddi təhdidlər belə ikinci plana keçir. Ermənistanın sərhədlərini Rusiya Federal Sərhəd Xidmətinin mühafizə etməsi təhdid deyil, Avropa İttifaqının "müşahidə missiyası" adlanan hərbi-kəşfiyyat qrupu təhdid deyil, İrəvanda ABŞ-ın nəhəng səfirliyi və kiçik ölkə üçün həddən artıq diplomatik korpusa malik olması təhdid deyil, ABŞ-Ermənistan hərbi təlimləri təhdid deyil, amma Ermənistanın ərazisindən keçən qısa yollar təhdiddir? İran təəssüf ki, Azərbaycanın dost münasibətini düzgün qiymətləndirə bilmir. Münasibətlərdə qeyri-stabil mövqe tutmaqda davam edir". Ekspert qeyd etdi ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işə düşməsi ilə bağlı ləngimələrin səbəbkarı da İrandır: “Qırmızı dənizdə baş verənlər Şimal-Cənub nəqliyyat dəhlizini də, Zəngəzur dəhlizini də regionun bütün ölkələri üçün daha əhəmiyyətli edir. Təəssüf ki, İran öz-özünü blokadaya salmaqdadır. Fars körfəzində hər an vəziyyət pisləşə bilər, Qırmızı dəniz və Süveyş kanalı üzərindən yüklərin daşınmasına ciddi təhdidlər mövcuddur. Belə olan halda regionda daha çox kommunikasiyanın olması olduqca vacibdir”.

S.Məmmədov bildirdi ki, Rusiyada bunu anlayırlar və bu baxımdan, görünür, onlar İranı inandırmağa səy göstərirlər: “Hər halda, Rusiya tərəfindən verilən açıqlamalardan belə görünür. Ermənistana gəlincə, onu bir daha qeyd etməliyik ki, hazırkı hakimiyyət bir tərəfdən Avropa, o biri tərəfdən ABŞ-ın dediklərini etməyə çalışır, bu biri tərəfdən həmin dövlətlərin düşməni olan İranla müttəfiqlik edir və Rusiyadan da hərbi və iqtisadi asılılıqda qalmaqda davam edir. Acınacaqlı vəziyyətdir. Həm də region üçün belə mövqe yaxşı heç nə vəd etmir”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov qeyd etdi ki, Zəngəzur dəhlizi ilə bağlı İranın narahatlığı və etirazları daha da genişlənir və regional ziddiyyətlərə çevrilir: “İranla Rusiya arasında müşahidə olunan gərginliyin mahiyyəti regional dominantlıq istəyi ilə izah oluna bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan üçün dəhlizin perspektivsiz olması haqqında İran tərəfi dəfələrlə çıxış edib. Burada söhbət bir nəqliyyat dəhlizinin açılmasından gedir, heç kim İranın ərazisini məhdudlaşdırmır, yaxud da İrana hər hansı mədudiyyət qoyulmur. Ona görə bu xüsusda İranın bu kimi açıqlamalarının məntiqi başa düşülmür. Faktiki olaraq "Turan dəhlizi"ni sabotaj edirlər. ABŞ, Aİ, Çin, Rusiya, İran və digər güc mərkəzlərinin mübarizəsi artıq dəhliz kontekstinə yönəlir. Məhz bu baxımdan, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian rusiyalı həmkarı Sergey Şoyqu ilə görüş keçirmişdi".

İ.Hüseynov hesab edir ki, bu tipli mübahisələrin həlli üçün ən uyğun platforma 3+3-dür: ”Yeri gəlmişkən, qeyd edim ki, regional əməkdaşlıq müstəvisində növbəti görüş qardaş Türkiyədə keçiriləcək. Əgər regionun problemləri regionda həll olunmasa, Vaşinqton, London, Paris, Berlin və Brüssel masa arxasında bizim regionun gələcəyini müzakirə edəcək. Bu baxımdan düşünürəm ki, Moskva İranı inadından döndərməyə müvəffəq olmaq üçün bütün resurslarını səfərbər etməlidir".

Diqqətçəkən budur ki, İran bəyanatlarının rəngini tündləşdirdikcə Ermənistan da Zəngəzur dəhlizi ilə bağlı yersiz israrını davam etdirir, yaxud sərsəm iddialarla çıxış edir. İşarənin verildiyi daha bir məkandır İran. Amma sonda uduzacaq. Necə ki, Azərbaycan ərazilərinin işğaldan azad olunmasına müqavimət göstərənlərdən biri də məhz müsəlman qonşumuz idi, hətta savaşın qızğın vaxtında Araz çayı boyunca hərbi əməliyyatlara mane olmağa çalışmışdı. 44 günlük müharibədən sonra da Azərbaycanı təhdid edirdi, hətta Rusiyanı da bu prosesə cəlb etmək üçün cəhdlər göstərmişdi, amma Kreml o zaman Tehrana “sarı vərəqə” göstərdi. Görək budəfəki reaksiya necə olacaq... Amma unutmaq olmaz ki, Rusiya prezidenti Azərbaycana səfərini başa vurub geri dönəndən sonra Prezident İlham Əliyevlə telefon danışığında da məhz Zəngəzur dəhlizinə xüsusi yer ayırmışdı. Bu mənada İranın Rusiyanı “Turan yolu”ndan çəkindirmək cəhdləri də “suya düşə” bilər...

Xəbər lenti