İranın artan “Zəngəzur sancısının” səbəbi - Vaşinqtona mesaj

“The Wall Street Journal” yüksək rütbəli Amerika və Avropa rəsmilərinə istinadən yazır ki, İran Rusiyaya bir neçə yüz qısa mənzilli ballistik raketlər verib. Mənbələrdən biri aydınlaşdırıb ki, silahlar artıq Rusiya Federasiyasına gəlib.

Maraqlısı odur ki, bu raketlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") sabiq komandanı, İran Məsləhət Şurasının üzvü general Möhsün Rezayinin Zəngəzur dəhlizinə görə Rusiya xarici işlər nazirini sərt tənqid etdiyi vaxtda həyata keçirilib:

“Rusiya dövlət xadiminin davranışı qəbuledilməzdir və İranla dostluq bəyanatı ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu anlaşılmazlıqlar aradan qaldırılmalıdır”.

Söhbət Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli sazişi sabotaj etməsi ilə bağlı bəyanatından gedir. Bəziləri bu gərginliyi hətta İran-Rusiya yaxınlaşmasının sona çatmaslı kimi dəyərləndiriblər.

Yada salaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi "X" səhifəsində bildirib ki, regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, həm də ölkəsinin milli təhlükəsizliyinin sütunlarındandır:

“Regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, milli təhlükəsizliyimizin sütunlarıdır. Şimaldan, cənubdan, şərqdən və ya qərbdən qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması qəbuledilməzdir. Bu, İranın "qırmızı xətti"dir”. Anti-Azərbaycan çıxışları ilə tanınan İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani nazirindən qabağa gedərək "region araqarışdırıcısı" rolunu yenə oynayıb. O, Azərbaycanı nəzərdə tutaraq Zəngəzur yolunun açılması barədə deyib: “Bəzilərinin Sünikdən (Zəngəzur mahalını nəzərdə tutur- red.) keçən qondarma dəhlizlə bağlı arzu və istəkləri reallaşmayacaq. Qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”.

Haqqın.az xəbər verir ki, Zəngəzur dəhlizi mövzusu İranın yeni hakimiyyətinin və Nazirlər Kabinetinin gündəmində ən aktual mövzuya çevrilməsi səbəbsiz deyil.

“İndi İranın kifayət qədər başqa, daha vacib problemləri var və digər coğrafi yerlərdə - İraqdan Pakistana, Livan təpələrindən Yəmənin qumlarına qədər gərginlik nöqtələri var. İran elitasının diqqəti son prezident seçkilərinin nəticələri ilə islahatçılarla mühafizəkarlar arasında balansın əldə olunmasına yönəlib. Bu aktual mövzular gündəmdə varkən “Zəngəzur məsələsi” İran elitasının heç də kəskin qərarlar verməli olduğu mövzu deyil. Rusiya Federasiyası ilə gərginlik yaradan İran amerikalılara belə mesaj vermiş olur: “Rusiya ilə münasibətlər bizim üçün çox da önəmli deyil, bunu nəzərə almanızı xahiş edirik...”

Sayt təhlilində yazır ki, Zəngəzur dəhlizi Tehran üçün ağrılı mövzudur, amma indi yox: “Və sonra ikinci sual yaranır: bu qalmaqalı indi qabartmaq Tehranın nəyinə lazımdır? Mesajın əsas alıcısı Vaşinqtondur, çünki Tehran üçün əsas Rusiya deyil, Qərblə münasibətlərdir. Zəngəzur dəhlizi ilə bağlı qalmaqala başlayan İran amerikalılara açıq-aşkar bunu demək istəyir: “Rusiya ilə münasibətlər bizim üçün o qədər də vacib deyil, sizdən bunu nəzərə almanızı, həmçinin bizə Rusiya ilə münasibətləri soyudacaımız təqdirdə nə verə biləcəyinizin təxmini siyahısını tərtib etməyinizi xahiş edirik...”

Vətən müharibəsindən 4 il ötür - VİDEO

Vətən müharibəsindən 4 il ötür.

Yol-xeber.az Müdafiə Nazirliyinin hazırladığı videomaterialı təqdim edir:

İranlı diplomatdan MÜHARİBƏ AÇIQLAMASI: “Qərb dövlətləri Ermənistana kömək edəcək və...”

İranın Azərbaycandakı keçmiş səfiri, siyasi ekspert Möhsün Pakain Moskva və Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin aydınlaşdırılmasının vacibliyindən danışıb.

Musavat.com-un erməni mətbuatına istinadən bildirdiyinə görə, Qərb mediası bu məsələdən İranın Rusiya və Azərbaycanla münasibətlərinə xələl gətirmək üçün istifadə edir.

Möhsün Pakain “Mehr” xəbər agentliyinə müsahibəsində Rusiya rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamalarına münasibət bildirərkən bir sıra fikirlər söyləyib.

“Vladimir Putinin Azərbaycana səfərindən sonra Rusiyanın tutduğu mövqe aydınlaşdırılmalıdır” deyən diplomat əlavə edib ki, hazırda Putinin bu mövqeyindən sonra belə qənaət yaranır ki, Zəngəzur dəhlizi açılacaq, İran sərhədi dərhal dəyişəcək və ölkə bu məsələ ilə bağlı Rusiya və Azərbaycanla münasibətlərdə problemlərlə üzləşəcək.

“Azərbaycan və Rusiya bizim dostumuz olsalar da, biz ilk növbədə vəziyyəti diqqətlə öyrənməli, Moskva və Bakı ilə qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün danışıqlara başlamalıyıq ki, onların niyyətlərini başa düşək və məsələ həll olunana qədər mənfi davranış nümayiş etdirməyək”, - deyə sabiq səfir bildirib.

İranın Azərbaycandakı keçmiş səfiri Zəngəzur dəhlizinin açılmasının bir neçə yolla baş verə biləcəyini deyib.

Onun fikrincə, Rusiya və Azərbaycanın hərbi hərəkətləri dəhlizin açılmasının yollarından biri ola bilər ki, bu da Ermənistanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaracaq, bu halda İran və Ermənistanın beynəlxalq sərhədləri də pozulacaq.

“Belə bir hadisə baş verərsə, Qərb dövlətləri Ermənistana mütləq kömək edəcək və regionda yeni müharibə başlayacaq. Ona görə də mən düşünmürəm ki, Rusiya və Azərbaycan regionda növbəti müharibənin olmasını istəyir. Çünki Azərbaycan və Ermənistan bir müddət əvvəl Qarabağ müharibəsini yekunlaşdırıblar, sülh müqaviləsini imzalayacaqlar və hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib.  Ona görə də Zəngəzur dəhlizinin hərbi yolla açılması istisna edilir” - deyə diplomat bildirib.

Möhsün Pakainin fikrincə, ikinci yol Azərbaycan və Ermənistan arasında sülh danışıqları ola bilər ki, bu danışıqlar vasitəsilə Ermənistanın milli suverenliyi çərçivəsində Azərbaycan Naxçıvana çıxış əldə edə bilər.

Pakain onu da bildirib ki, belə bir razılaşma əldə olunarsa, Ermənistanın mütləq Azərbaycanın öz ərazisindən İrana keçməsinə icazə verməsini gözləmək kimi tələbləri olacaq.

“Üstəlik, Türkiyə bu marşrutu tutmaq istəyirsə, Ermənistanın şimal sərhədlərindən Qara dənizə çatmasına icazə verməlidir”, - o əlavə edib.

“Bu məqsədlərə nail olmaq uzun danışıqlar tələb edir, çünki Azərbaycan və Türkiyə Ermənistanı yeni marşrutlarla təmin etməkdə maraqlı deyil. Əgər bu məsələ danışıqlar yolu ilə həll olunarsa, bu, bir neçə il çəkə bilər, ona görə də Azərbaycan və Ermənistan sülh sazişində bunu qeyd etməmək barədə razılığa gəliblər” - Pakain deyib.

“Beləliklə, Rusiyanın bəyanatı hər hansı mövqe tutmazdan əvvəl hər tərəfdən ölçülməlidir, çünki bu dəhlizin açılmasına çoxlu maneələr var və ona görə də ölkələrin diplomatları bu məsələdə Moskva ilə danışıqlar aparmalıdırlar. Görünür, Qərb mediası Zəngəzur məsələsindən sui-istifadə edərək Rusiya və Azərbaycanla münasibətlərimizi pozmağa çalışır”, - deyə İranın keçmiş səfiri əlavə edib.

Onun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizini elə açmağa çalışır ki, o, Ermənistanla Azərbaycan arasında 2020-ci ildə imzalanmış atəşkəs sazişinin müddəalarına uyğun olaraq Rusiya qoşunlarının nəzarəti altında olsun.

Putinin Bakıda qaldırdığı məsələnin məhz 2020-ci il müqaviləsinin bəndlərindən biri olduğunu deyən Möhsün Pakain qeyd edib ki, bənddə tərəflər kommunikasiya marşrutlarını açmalıdırlar.

“Rusiya prezidenti Bakıda yenə də bu mövqeyi təkrarladı, bu, əlbəttə ki, yeni mövqe deyil, çünki Lavrov da belə bir mövqedən çıxış edib”, - Möhsün Pakain yekunda deyib.

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.

Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən bildirilib.

Məruzə edilib ki, hərbi qulluqçuların xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə bütün lazımi infrastruktur qurulub və maddi-texniki təminatı normalara uyğun olaraq tam həcmdə həyata keçirilir.

Sonra hərbi qulluqçularla görüşən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan Ordusunda həyata keçirilən tədbirlərdən danışıb.

Hərbi qulluqçularla söhbət zamanı general-polkovnik Z.Həsənov şəxsi heyətin qayğıları ilə maraqlanıb, onların peşəkarlığının, bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Zəngəzur yoluna çıxa bilməyən İran – Tehran "qırmızı xətti"ni aşağı sürüşdürəcək

"Qırmızı xətt" dövlətin marağıdır. Bütün dövlətlər də bunu qorumağa çalışır. Çünki o, xəttə qarşı hücum təhlükəsizliyin təhdidi, onun pozulması deməkdir. Bir qayda olaraq hər dövlət təhlükəsizliyini öz sərhədləri daxilində reallaşdırır, "qırmızı xətt"in aşılmasına imkan vermir.

Bəs bu xətt pozulanda nə olur? Müharibə, qarşıdurma və s. baş verir.

Bəzi ölkələrdəki hakimiyyətlər, rejimlər öz "qırmızı xətti"ni başqa dövlətin ərazisində, onun maraqlarına qarşı cızır. Bu davranış necə adlanır? Başqasının daxili işinə qarışmaq, beynəlxalq hüququn və münasibətlərin pozulması olaraq qiymətləndirilir.

Regional qlobal təhlükəsizlik bir-biri ilə əlaqəlidir.

Ermənistanın baş naziri Nikol Paşinyanın "Azərbaycanla bütün mübahisəli mövzuları, o cümlədən kommunikasiya məsələsini birbaşa danışıqlar yolu ilə həll etməyə hazırıq" deməsi ilə yanaşı, həmin nəqliyyat marşrutlarının xarici təhlükəsizlik xidmətinin mühafizə edəcəyinə dair açıqlamasına ən çox qıcıqlanan İran hakimiyyətidir.

Məsələyə münasibət bildirən İranın xarici işlər naziri Abbas Əraqçi "X" səhifəsində bildirib ki, regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, həm də ölkəsinin milli təhlükəsizliyinin sütunlarındandır: "Regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, milli təhlükəsizliyimizin sütunlarıdır. Şimaldan, cənubdan, şərqdən və ya qərbdən qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması qəbuledilməzdir. Bu, İranın "qırmızı xətti"dir".

Anti-Azərbaycan çıxışları ilə tanınan İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani nazirindən qabağa gedərək "region araqarışdırıcısı" rolunu yenə oynayıb. O, Azərbaycanı nəzərdə tutaraq Zəngəzur yolunun açılması barədə deyib: "Bəzilərinin Sünikdən (Zəngəzur mahalını nəzərdə tutur- red.) keçən qondarma dəhlizlə bağlı arzu və istəkləri reallaşmayacaq. Qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir".

Nazir Əraqçi və səfirinin nəzərinə çatdıraq ki, təhlükəsizlik bütün dövlətlər üçün "qırmızı xəttdir". Regional təhlükəsizliyin təhdid edilməsi bir sıra hallarda qlobal anlamda problem yaradır. Məsələn, İranın Livanda "Hizbullah"ın, Yəməndə husilərin, Əfqanıstan və Pakistanda "Fatimiyun", "Zenəybiyun", İraqda "Həşdi-Şəbi" kimi proksi qüvvələri təkcə bir ölkənin, regionun deyil, həm də qlobal təhlükəsizliyi təhdid edir. Yaxud qonşu ölkələrin təhlükəsizliyi və ərazisinin qayğısını çəkən Tehran hakimiyyəti İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) xarici ölkələrdə fəaliyyət göstərən Qüds qoşununu niyə saxlayır? "Qüds" qoşunu İraq və Suriyada bir qayda olaraq həmin ölkələrin daxili işinə müdaxilə edir. Husi, HƏMAS, Hizbullahın İsrailə qarşı müharibəsini əlaqələndirir.

Region ölkələrinin təhlükəsizliyi və ərazi bütövlüyünü düşünən Tehran hakimiyyəti dünyanın siyasi xəritəsindən İsraili silmək üçün HƏMAS-a, Hizbullaha, husilərə və başqalarına milyonlarla dollar maliyyə vəsaiti xərcləyir.

Azərbaycan torpaqları Ermənistanın işğalı altında olanda, deyəsən, Tehranın qələmi qırılmışdı və o, "qırmızı xətti"ni cıza bilmirdi. Həmin illərdə İran rəsmiləri İrəvanı işğalçı və təcavüzkar fəaliyyətinə görə bir dəfə də olsun qınamadı, "müsəlman torpağı olan Azərbaycanın ərazi bütövlüyü bizim "qırmızı xəttimiz"dir" demədi.

İndi özünü müsəlmanların, məzlumların hamisi sayan Tehran hakimiyyəti Azərbaycanın təhlükəsizliyini pozmaq məqsədi ilə burada "beşinci kolon" yaradır, Xomeyninin inqilab doktrinasının yayılması, özünə tərəfdar toplamaqla məşğul olurdu. Görünür, qonşuların təhlükəsizliyi və ərazi bütövlüyü İransayağı belə təmin edilir.

Ərazi bütövlüyündən danışarkən İran Birləşmiş Ərəb Əmirliyi ilə üç ada məsələsini niyə həll edə bilmir? Əmirlik üç adanı - Əbu Musa, Böyük Tomb və Kiçik Tombu öz ərazisi sayır. İran hakimiyyəti əsasən, BƏƏ vətəndaşları olan sakinləri hərbi polis qüvvələri ilə adadan qovub, çıxarıb.

İran hakimiyyəti Ermənistanı Suriya, İraq, Yəmən, Livan və Fələstin sayaraq onun daxili işinə qarışır. Öz ərazisində yol açmaq, bağlamaq hər ölkənin daxili işidir. Yaxud götürdüyü öhdəliyə əməl etmək beynəlxalq hüququn başlıca prinsiplərindəndir. Odur ki, Zəngəzur yolunun açılması ilə bağlı rəsmi İrəvanın beynəlxalq öhdəliyi var. Onu yerinə yetirməyə borcludur. Bu halda isə onun suverenliyi və ərazi bütövlüyü pozulmur. Əraqçinin və təmsil etdiyi hakimiyyətin narahatlığına Ermənistan XİN başçısının müavini Mnatsakan Safaryan "yolu xarici özəl şirkət qoruyacaq, bu, ölkəsinin suverenliyini pozmayacaq" deməklə cavab verib. Bu həm də Zəngəzur yolunun açılmasının Ermənistanın ərazi bütövlüyünün pozulmayacağı deməkdir.

Ötən gün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə fəaliyyət göstərən işçi qrupun əsasnaməsi erməni parlamentində müzakirə edilmədən təsdiqlənib. Bu da hər iki ölkənin ərazi bütövlüklərinin qorunacağı istiqamətində atılan addımlardandır.

Odur ki, Əraqçinin və onun səfirinin açıqlamaları yersiz, qanunaziddir. Onların çıxışlarından az qala belə çıxır ki, Ermənistanın ərazisi və rəsmi İrəvanın atacağı addımlara dair məsələlər İranla müzakirə olunmalıdır. İddiası təmin olunmayacağı halda İran Ermənistanla müharibəyə başlayacaq? Yoxsa, yolun təhlükəsizliyini hücumla təhdid edəcək? Bunları etməyə İranın cəsarəti çatmaz. Çünki bu, başqa bir ölkənin daxili işinə qarışmaqdır. Zəngəzur yolu Tehranın Cənubi Qafqazda fəaliyyətinə məhdudiyyət qoyacaq. Regiondakı atlarını Rüstəm Zal (sasanilərin ərəblərlə döyüşdən qaçan pəhləvanı) kimi geri çapmalı olacaq.

Zəngəzur yolunun açılması, fəaliyyət göstərməsi, təhlükəsizliyi İranın deyil, Azərbaycan və Ermənistanın "qırmızı xətti"dir. Ona görə bu istiqamətdə İran cızını bir az aşağı sürüşdürməli olacaq.(Report)

Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI

Qarabağda keçirilən antiterror əməliyyatının indiyədək məlum olmayan bir sıra detalları açıqlanıb.

Qafqazinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov danışıb.

Onun sözlərinə görə, əməliyyat zamanı 310 seperatçı məhv edilib, 614 düşmən isə yaralanıb.

Cəmi bir gün ərzində isə 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alınıb:

“19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü”.

Bundan başqa, bəlli olub ki, əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilib.

Vətən müharibəsindəki təcrübədən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefini nəzərə alaraq, bölmələrimiz əsasən kiçik qruplar halında hərəkət edib. Bu da həm sürətli hərəkəti təmin edib, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradıb. Bunun nəticəsidir ki, hücum istiqamətlərində bölmələrimiz az bir vaxtda Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütün yolları nəzarət altına alıb.

Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra ediblər.

Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirib və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib.

İran təlaşda: Əməliyyat Zəngəzurdan başlayır - GƏLİŞMƏPolitoloq Zərdüşt Əlizadə Zəngəzur dəhlizi və Ermənistan ətrafındakı son gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması İranda etirazla qarşılandı. Rusiya səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra ölkənin rəsmi mediası Moskvanı tənqid etməyə başlayıb. İran niyə Zəngəzur mövzusundan qorxur?

- Çünki İran çox gözəl anlayır ki, Zəngəzur dəhlizi açılsa, Amerika bunun üzərindən bütün Trans-Xəzər dəmir yolunu (Orta dəhliz) nəzarətə götürəcək. Bu durumda Zəngəzur qapı rolunu oynayacaq, kilidi də Amerika və ya Qərbdə olacaq. Qərb istəyir ki, Ermənistanda yerləşib Cənubi Qafqaza nəzarət eləsin. İran bilir ki, Ermənistan gələcəyini NATO-ya girməkdə görür. Bu zaman NATO gəlib Ermənistanın İranla sərhədində oturacaq. Bu əməliyyat da Zəngəzur dəhlizindən başlayır. Zəngəzur dəhlizi açılsa, Qərb-Ermənistan yaxınlaşması daha da güclənəcək. İran bunu istəmir.

- Dəhlizə həm də Rusiya nəzarət eləmək istəyir, amma İran buna da qarşıdır.

- İran yaxşı başa düşür ki, artıq zaman Rusiyanın zamanı deyil. Yəni indi heç nə Rusiyanın istəyi ilə olmur. Rusiya çox şey istəyir, amma bunları nə Qərb, nə də Ermənistan istəyir. Rusiyanın geri çəkilməsinə nail olacaqlar. Rusiyanın yaratdığı boşluğu da Qərb dolduracaq. Ümumiyyətlə, İran Zəngəzur dəhlizinin açılmasını istəmir.

- Zəngəzur ətrafında gedən proses necə yekunlaşacaq?

- Zəngəzur uğrunda gedən mübarizə nüfuz mübarizəsidir. Dünənə qədər Cənubi Qafqazda üstün tərəf Rusiya idi, indi Qərb bunu etməyə çalışır. Ermənistan əvvəl bölgədə Rusiyanın forpostu idisə, indi də Qərbin forpostu olmaq istəyir. İran isə bunu bəyənmir.

- İran gedişata mane ola biləcəkmi?

- Hələlik İran prosesə mane olmaq üçün Ermənistana təsir edə bilir. İndi Ermənistan İrandan hərbi-siyasi baxımdan asılıdır. Hindistandan Ermənistana verilən silahlar necə çatdırılır? İran ərazisi ilə. Hələlik İran Ermənistanı yolundan döndərə bilir. Çalışacaq ki, prosesi dayandırsın və ya ləngitsin.

- Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı müzakirələr başlayıb. Sizcə, bu proses necə bitəcək?

- Bu, 2027-ci ildən əvvəl olmayacaq. Bilmirəm, Ermənistan müxalifətinin payızdakı mitinqlərindən sovuşsalar, bəlkə də prosesi sürətləndirəcəklər. Amma hələlik Paşinyan deyir ki, 27-ci ildən əvvəl olmayacaq. Yəni qarşıda ən azı üç il var.

- Ermənistan müxalifətinin payız hazırlığından gözləntiniz necədir? Artıq sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan da prosesə qoşulub.

- Onlar 20 ildən artıq hakimiyyətdə olan adamlardır. Bu dövrdə çoxlu sayda cinayətlər törədiblər – oğurluq ediblər, qanunları pozublar və sair. Buna görə də nüfuzları aşağıdır. İndi həmin adamların ətrafında olanlar bir yerə toplaşırlar, nəsə eləməyə çalışırlar. Yəni hamı onları yaxşı tanıyır. Bu qüvvələr hakimiyyəti dinc yolla dəyişmək gücündə deyillər. Ümid edirlər ki, bəlkə bu payızda qan tökülsə, onda silah gücünə dəyişiklik üçün zəmin yaranar. Qan tökülməsini istəyirlər. Axırıncı mitinqlərdə parlamentin önündə bunun üçün çox çalışdılar, amma polis imkan vermədi. Ancaq bu dəfə Robert və Serjdən sərt göstərişlər var ki, çalışın, bu dəfəki qarşıdurmalarda qan tökülsün, bir neçə nəfər öldürülsün. Bundan sonra da şivən qoparsınlar ki, cəllad Paşinyan xalqı qırır. Bununla silahlı qiyam üçün zəmin yaratmaq istəyəcəklər.

Köçəryan və Sərkisyanın bu qanlı zəmin üçün silahı da, adamları da var. Paşinyan bunları bilir, buna görə də öz müdafiəsini gücləndirir və hazırlığını görür, ordunu da, polisi də hazırlayır. Amerika səfirliyinin 2500 əməkdaşı var, onların 200-300-ü diplomatdır, qalanı silahlı adamlardır. Onlar Paşinyanı qorumaq üçün gəliblər. Paşinyan amerikalıların adamıdır, istəyirlər ki, hakimiyyətdə qalsın.
Putin bir aradan çıxsa yaxşıdır... - HƏQİQƏTƏN DƏ...Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Kremlin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində “vicdanlı broker” rolundan heç vaxt imtina etmədiyini deyib. Bu həm İrəvana, həm də Bakıya mesajdır ki, “Rusiyanın iştirakı olmadan məsələləri həll etməyin”. Sergey Kopırkin “brokerlikdən” danışarkən 2020-ci ilin 10 noyabrında Rusiya prezidenti Vladimir Putinin iştirakıyla qəbul olunan üçtərəfli sazişi xatırladıb. Səfir İrəvana minnətlə demək istəyib ki, müharibəni dayandırmaq Putinin sayəsində baş tutub, əks halda Ermənistan daha ağır məğlubiyyətlə üzləşəcəkdi, onsuz da 3 il sonra Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərindəki suverenliyini bərpa edib. Azərbaycanın və Ermənistanın səfirin məntiqi ilə desək “brokerə” ehtiyacı yoxdur, Bakı və İrəvan birbaşa danışıqlara üstünlük verirlər. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün “brokerə” deyil münasib məkana ehtiyacları olacaq.

Elxan Şahinoğlu
“Bakının istədiyini edəcəklər” - “Hraparak”

“Həyata keçirilməsi planlaşdırılan hazırkı dəyişikliklər, ümumilikdə, mövcud Konstitusiyanın dəyişdirilməsi deyil, yeni Konstitusiyanın yazılması deməkdir”. Bu sözlər “Hraparak” qəzetində dərc olunmuş məqalədəndir.

Həmin məqalədə qeyd edilir ki, burada xarici faktorları, Ermənistanın vəziyyətini, regional vəziyyəti və min bir başqa səbəbi nəzərə alaraq, yeni sənəd yeni reallıqlara uyğun hazırlayacaqlar. “Yəni Bakının damağına xoş gələn variantla tərtib olunacaq. Və bu, Ermənistanın hazırkı hakimiyyətinin Ermənistanın vəziyyəti ilə bağlı gələcəyə baxışını göstərəcək. O baxış, əslində, Türkiyə-Azərbaycan tandemindən asılı olan yarı subyektiv ölkədir”.

Prezident Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.

Yol-xeber.az xəbər verir ki, görüş İtaliyanın Çernobbio şəhərində baş tutub.

 

 

 

Xəbər lenti