Sülh imzalayan kimi onlar qayıtmasa, müharibə edək? - NikolSülh müqaviləsinin əsas məqsədi müharibəni istisna etməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə “Ermənistan” fraksiyasının üzvü Anna Qriqoryanın sualına cavabında bildirib.

Qriqoryan deyib ki, Ermənistan pasportu olan insanlar Bakıda “oturmağa” davam etdiyi halda (Bakıda həbsdə olan erməni separatçı-terrorçular nəzərdə tutulur – red.) sülh müqaviləsinin imzalanmasını təsəvvür etmək onun üçün çətindir. “Mənim üçün əsas prinsip sülh müqaviləsi layihəsində əksini tapmayan məhbusların qaytarılması məsələsi olardı. Ümumiyyətlə, sizin soydaşlarınız, Ermənistan pasportu olan insanlar Bakıda həbsdə qalmaqda davam edəndə sülh müqaviləsi imzalamağı təsəvvür etmək mənim üçün çətindir, bu, dövlətin ləyaqəti məsələsidir. Mənim üçün bu müqavilənin əsas prinsipi sərhədlərin açıq olması olmalıdır. Sülh imzalanandan sonra sərhədlərimiz açılacaqmı? Yoxsa biz sülh müqaviləsi imzalayıb, kommunikasiyalar məsələsi ayrıca danışıqlar yolu ilə həll olunana qədər bağlı sərhədlərlə yaşamağa davam edəcəyik? Bu sənədə daxil edilməli olan üçüncü fundamental prinsip Azərbaycan qoşunlarının ölkəmizin ərazisindən çıxarılması olmalıdır. Amma ayrıca demarkasiya prosesinin getdiyi müzakirə olunur. Bu, hansı formatda və nə vaxt olacaq? Yəni, eyni ölkənin qoşunları sizin ölkənin suveren ərazisini işğal edəndə mən bir ölkə ilə sülh bağlamağı çətin ki, təsəvvür edə biləm. Və zaminlik institutu haqqında: Heç bir zəmanət yoxdur. Bunlar, ən azı, bizə yer üzündə sülhdən danışa biləcəyimizi söyləyə biləcək fundamental prinsiplərdir, çünki sülh haqqında kağızda yazılanların bir qəpik dəyəri yoxdur”, - deyə deputat Paşinyana müraciətlə deyib.

Paşinyan cavabında qeyd edib ki, qeyd etdiyiniz şeyin sülh müqaviləsinin əsl mənası ilə birbaşa əlaqəsi ola və ya olmaya bilər:

“Əgər deyirsənsə ki, sazişə imza atdıqdan sonra məhbuslar dərhal qayıtmayacaq, müharibə olsun, bu yanlış məntiqdir. Mən dəfələrlə demişəm ki, Ermənistan Respublikasının bir dənə də olsun suveren ərazisi danışıqlara məruz qalmır, lakin digər tərəfdən də demişəm ki, Ermənistan Respublikası hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməyi qarşısına məqsəd qoymayacaq. Çünki görürük ki, bunu siyasi və diplomatik yollarla həll etmək olar.

Zamin institutundan danışarkən bu gün deyirəm ki, bundan daha saxta mövzu yoxdur. Ya öz təhlükəsizliyimizin qarantıyıq, ya da zamin yoxdur, çünki zamin dediyimiz bütün şəxslər üçün bazarlıq predmetiyik. Özümüz öz məsələlərimizi həll etməliyik. ABŞ kimi ölkədə sonuncu məhbus Vyetnam müharibəsi bitdikdən nə qədər sonra qayıtdı?”

Paşinyan vurğulayıb ki, sərhədlərin açılması sülhün nəticəsidir, sülh paketinin bir hissəsi deyil.
Gözünün qabağında Ermənistana girdilər - İran bu dəfə səsini çıxara bilmədiHərbi-siyasi analitik, polkovnik Üzeyir Cəfərov Zəngəzur dəhlizi ilə bağlı son gəlişmələr və Ermənistanın şərti sərhəddəki təxribatları barədə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gündür İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı gərginlik yaşanır. Rusiya xarici işlər naziri Sergey Lavrovun son Zəngəzur açıqlaması İranı o qədər təlaşlandırıb ki, məsələni müzakirə etmək üçün Moskvaya hərbi heyət göndərdilər. İndiyədək dəhlizlə bağlı ən müxtəlif ölkələr bəyanatlar verib, fikirlər səsləndirib, amma İran o qədər təlaşlanmamışdı. Bəs bu dəfə niyə belə qorxdular?

- İranın davranışları qəribədir, nə istədiyi məlum deyil. İran ümumi fikirlərlə nəsə danışır, amma nə istədiyini açıq demir. Qənaətimə görə, İran Zəngəzur dəhlizi açılacağı təqdirdə gələcəkdə büdcəsinə daxil olacaq milyardların əlindən çıxacağını düşünərək bu bəyanatları verir. Heç kim bu dəhlizi açmaqla sərhədi dəyişmək və ya harasa itələmək fikrində deyil. İran nədən narahatdır, doğrusu, bilmirəm.

İran son vaxtlar Rusiya ilə soyumuş münasibətləri bir qədər də soyutdu. İş o yerə çatıb ki, hətta Rusiyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə də çağırdılar. Bu gün Ermənistan öz yerinə qərar verə bilmir, bunu onun adından başqaları etməyə çalışır. İran da bundan istifadə edərək, marşrutu öz ərazisinə salmaq istəyir. İranın bütün cəhdləri bununla bağlıdır.

Ermənistanın bir fikri də var ki, Zəngəzur dəhlizinə ABŞ-ın hansısa özəl mühafizə şirkəti nəzarət edə bilər. Mən bunu ciddi saymıram. Düzdür, yenə də deyirlər ki, dəhlizə nə Rusiya, nə də Ermənistan nəzarət eləsin, nəzarət bir kənar beynəlxalq mühafizə şirkətində olsun. Belə olacağını düşünmürəm. Dəhlizə Ermənistan nəzarət edə bilər, amma bununla bağlı bizə qaneedici təhlükəsizlik zəmanəti verməlidir.

Biz həmçinin alternativ yol kimi İran ərazisindən də istifadə etməyi düşünürük, artıq bununla bağlı Tehranla razılaşmamız var. Amma İran ərazisindən Naxçıvana getmək vaxt itkisidir. Bununla belə İran ayağını dirəyib ki, Zəngəzur dəhlizi açıla bilməz. Görünür, İran dəhlizə nəzarətin Rusiyada olmasını da istəmir, Ermənistan da buna qarşı çıxır. Bu minvalla məsələ uzanır.

Ermənistan 2020-ci ildə Rusiyaya razılıq verəndə durum fərqli idi, Moskvadan çəkinirdilər. Amma sonradan Ukraynadakı müharibədə zəif düşdükdən sonra etiraz eləməyə başladılar. Hətta “Zvartnots”dakı Rusiya sərhədçilərini də çıxardılar. Bu gün də dəhlizə nəzarətin Rusiya yox, Ermənistanda olmasını istəyirlər və bunda da israrlıdırlar. Hələlik durum belədir.

- İran Zəngəzur məsələsi kontekstində Ermənistana dəstək bəyanatları versə də, bunlar İrəvanda adekvat reaksiyalarla qarşılanmır. Belə desək, sanki İrəvan Tehranın bu canfəşanlığına etinasız yanaşır. Sizcə, bu belədirmi?

- Mən belə başa düşürəm ki, İranla Ermənistan arasında gizli razılaşma var. Bu razılaşma da ondan ibarətdir ki, hər iki dəhliz işləməlidir – həm Zəngəzur, həm də İran ərazisindən keçən yol. Azərbaycan da dəhlizləri şaxələndirmək istəyir, yəni İran problem yaradanda Ermənistan, Ermənistan da problem yaradanda İran üzərindən keçəcək. İran öz maraqlarını saxlamaq üçün Ermənistanla gizli razılaşmaları həyata keçirməyə çalışır. Bunu ona görə əminliklə deyirəm ki, Rusiya avqustun əvvəlində hərbçilərini “Zvartnots”dan çıxardıqdan sonra ABŞ yük təyyarələri İrəvana gəldilər.

İranın özünün bəyan etdiyi bir “qırmızı xətt” anlayışı var. Necə olur ki, Ermənistan ABŞ-dan böyük dəstək alır, amerikalılarla hərbi təlimlər keçirir, amma İranın səsi çıxmır? NATO təyyarələri İran sərhədinə qədər gəlirlər, amma Tehran yenə də susur. Amma İran Azərbaycan ərazisində olmayan hansısa İsrail hərbçilərindən danışır. Görünür, İranla Ermənistan arasında nələrsə razılaşdırılıb, prosesi də bu şəkildə aparmağa çalışırlar.

- Bəs İran niyə Rusiyaya göstərdiyi təpkiləri ABŞ-a göstərmir və ya göstərə bilmir?

- Bunun izahı odur ki, İran öz zəifliyini bir neçə dəfə sübut edib. Qasım Süleymani öldürüləndə İran dedi ki, bunun qisası alınacaq, ABŞ cəzalandırılacaq və sair. Heç nə olmadı. Üstəgəl, Süleymaniyə keçirilən anım tədbirində çox böyük terror aktı həyata keçirildi. İkincisi, İbrahim Rəisi helikopter qəzasına düşdü, amma İran saatlarla onun yerini müəyyən edə bilmədi. Üçüncüsü, İsrail İranın Suriyadakı konsulluğunu vurduqdan sonra Tehran yenə qisas vədi verdi. Apreldə guya İran İsrailə 300-dən çox raket və dron atdı, bəs nəticəsi nə oldu? Sonuncu: İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılan HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi. Sonra “İsraili bu gün vuracağıq”, “Sabah vuracağıq” nağılı danışmağa başladılar. Hadisənin üstündən nə qədər keçib?! Nə oldu? Heç nə.

Bunlar İranla bağlı sadaladığım azsaylı faktlardır. Digər məsələlər də var. Bu gün bəzi dövlətlər də var ki, İranı nələrəsə vadar eləmək, ardınca buna görə onu cəzalandırmaq istəyirlər. Hələlik Tehran bu addımları atmır. Çünki qabağında dura bilməyəcək, ehtiyat edir. Bu da İranı susmağa məcbur edir.

İran öz gücünü bilir. İranın gücü olsaydı, çoxdan balaca İsrailə qarşı addımlar atardı. İran bilir ki, hərəkət eləsə, dənizlərdə gözləyən döyüş gəmilərindən misli görülməmiş cavablar alacaq. İran bu səbəbdən Ermənistan ərazisində baş verənlərə də təpki göstərə bilmir. Əslində, göstərib özünü birabır eləməkdənsə, susmaq yaxşıdır. Susmaq da razılıq deməkdir.

- Axır vaxtlar ermənilər tez-tez haqqında bəhs etdiyimiz Zəngəzur istiqamətindən atəşkəs rejimini tez-tez pozurlar, atəşlər də çox vaxt Naxçıvan yönündə açılır. Uzunmüddətli sakitlikdən sonra artan erməni təxribatları nədən xəbər verir, hansı məqsədlərə xidmət edir?

- Məsələnin içində Ermənistanla yanaşı, həm də bu ölkədə yerləşən Rusiya hərbçiləri var. Ötən həftə Ermənistan prezidenti Beşinci Ordu Korpusunun komandiri Sasun Badasyanı işdən çıxardı. İttihama görə, o, Rusiya hərbçiləri ilə əlbir olub həm Naxçıvan, həm də Qarabağ istiqamətində Azərbaycana qarşı təxribatlar həyata keçirib. Bu adam ötən ilin fevralında vəzifəyə təyin olunmuşdu. Badasyan vasitəsilə Azərbaycanın mövqeləri atəşə tutulurdu. Baş nazir Nikol Paşinyanın təkidli tələbi ilə prezident həmin korpusun komandirini vəzifəsindən uzaqlaşdırdı.

Badasyan postundan uzaqlaşdırılıbsa, bəs bu gün baş verənlər nədir? Ermənistan ordusuna yenə də Rusiya hərbçilərinin təsiri qalır. Ermənistanın Azərbaycan, Türkiyə və İranla sərhədlərini kim qoruyur? Rusiya hərbçiləri və ya sərhədçiləri. Necə olur ki, Rusiya hərbçiləri ermənilərin sərhəddə atəşkəs rejimini pozmasına mane olmurlar? Buna görə düşünürəm ki, bu məsələ təkcə Ermənistanla bağlı deyil.

Paşinyanın özü də girov vəziyyətindədir. Ermənistan ordusunda idarəolunmaz bəzi qurumlar var. Bu qurumlar hanısa formada Paşinyana təzyiq göstərirlər. Unutmayaq ki, 44 günlük müharibədən sonra Paşinyanın istefası ilə bağlı sənədi imzalayan general və polkovniklərin bir hissəsi hələ də Ermənistan silahlı qüvvələrinin sıralarındadır.
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Gaffar Gören müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.

General-polkovnik Z.Həsənov iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını bildirib.

General-polkovnik Z.Həsənov türkiyəli hərbi attaşeyə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

General-mayor G.Gören isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.

Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Soner Oruçoğlunun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Rəsmi Bakı: Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb

Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Real Tv”yə müsahibəsində deyib.

O bildirib ki, sülh sazişi bütöv sənəddir: “Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. Amma ümumilikdə irəliləyiş var”.

A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır: "Həmçinin, bildirim ki, Azərbaycan konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur".

Nazirlik rəsmisi onu da bildirib ki, rəsmi Bakı regionda kommunikasiyaların açılmasında maraqlıdır.

A.Hacızadənin sözlərinə görə, Ermənistan konstitusiyasına nə qədər tez dəyişiklik edərsə, sülh sazişi də bir o qədər tez imzalanar: “Konstitusiya dəyişikliyi ilə bağlı prosesin uzadılması sülhə töhfə vermir. Əksinə, prosesi ləngidir. Biz ümid edirik ki, Ermənistan sülhdə maraqlı olacaq”.

Professor Rusiya-Ukrayna müharibəsinin həllindən danışdı: "Azərbaycan vasitəçi ola bilər"

"Ukrayna ilə Azərbaycanın dostluğu uzunmüddətlidir və bu dəyərlər bu gün də lazımi şəkildə həyata keçirilir. Bu gün Ukraynanın çətin günündə Azərbaycanın ona göstərdiyi humanitar dəstəyi heç bir ölkə etmir".

Bunu Oxu.Az-a müsahibəsində Kiyev Əqli Mülkiyyət və Hüquq Milli Universitetinin professoru, Ukrayna Azərbaycanlıları Alimlər Şurası İctimai təşkilatının rəhbəri Arif Quliyev deyib.

Onun sözlərinə görə, bəzi Avropa və Amerika ölkələri Ukraynaya dəstək verdiklərini deyirlər, amma əməldə bunun təzahürləri görünmür: "Çünki Rusiya-Ukrayna münaqişəsinin danışıqları vasitəsi ilə həlli üçün hər iki tərəfin diplomatlarını lazımı şəkildə istiqamətləndirmir, əksinə, onların bir-birini ittiham etməsinə şərait yaradırlar. Bununla da problem həllini tapmır. Mən Ukraynada da dəfələrlə demişəm ki, Qərb sizdən istifadə edir, ona görə də ayılmaq lazımdır. Həmçinin, ruslar da birmənalı şəkildə bu münaqişəni pisləyirlər. Hesab edirəm ki, müharibənin sona çatmasının vaxtıdır".

Professor gərginliyin həll yolunun yalnız danışıqlar vasitəsi ilə mümkün olduğunu deyib: "Bunun üçün isə münbit şərait olmalıdır. Lakin böyük dövlətlərin liderləri münaqişənin həll olunması üçün heç bir addım atmırlar. Əksinə, onlar məhz Ukrayna vasitəsi ilə Rusiya ilə müharibə aparırlar. Sözsüz ki, böyük ölkələrin hər iki tərəfi danışıqlar prosesinə cəlb etməyə səlahiyyətləri çatır və onlar istədikləri an bunu edə bilərlər. Bununla bağlı bir faktı da qeyd etmək yerinə düşər. Necə olur ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Ukraynaya gedib, Ukraynanın taxılını özlərinin istədiyi ölkələrə göndərə bilir, amma bu ölkənin rəhbərliyini danışıqlara cəlb etməyə sözü keçmir? Təsəvvür edin ki, hələ bu əsrin əvvəllərində Ukraynanın rəsmi əhalisinin 30 faizini ruslar təşkil edirdi. İndi isə iki qardaş xalq bir-birinə düşmən düşüb".

Münaqişənin həllindən danışan alim Azərbaycanın Vətən müharibəsindəki qələbəsini nümunə kimi göstərib:

"Mən Ukraynada hər kəsə deyirəm ki, Azərbaycanın sağ əli Ukraynanın başına ki, Ukrayna da öz probleminin həllinə Azərbaycan kimi öz iradəsi ilə nail ola bilsin. Necə ki, Azərbaycan öz dəyərlərinə sədaqətini bütün dünyaya göstərdi. Ukraynada isə sadaladığım bu təzahürlər hələlik görünmür. Bunun da səbəbi Avropa və ABŞ-nin təsirlərinə görədir. Sanki Ukraynada bu qitə təmsilçilərinin konspektləriylə fəaliyyət göstərirlər."

Müsahibimiz hesab edir ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün ən əlverişli dialoq mühiti ola bilər:

"Amma bunun üçün, münbit şərait yaranmalıdır. Halbuki biz Avropa və Amerikanın sülhün danışıqlar yolu ilə əldə edilməsinə mane olduğunu görürük. Çünki bu münaqişə onların istənilən formada qazancını artırır, Ukrayna və Rusiya xalqının əziyyət çəkməsi onların marağında deyil. Lakin fikir verin, Azərbaycanın heç özünə Ermənistanla sülh sazişi bağlamağa imkan vermirlər. Bəzi dövlətlər sülh müqaviləsinin imzalanmaması üçün Ermənistanın əliylə prosesləri yubadırlar. Təbii ki, Azərbaycan belə bir şəraitdə vasitəçi olsa, müəyyən qərəzli dairələrdə onun əleyhdarları hərəkətə keçəcəklər. Onsuz da Azərbaycanın imicini ləkələmək üçün fürsət axtarırlar. Hətta mən bir dəfə ATƏT-in Minsk qrupunun həmsədrlərinə onların diplomat yox, turist olduğunu deyəndə, əsəbiləşib niyə belə dediyimi soruşmuşdular. Onlara dedim ki, siz münaqişənin həlli ilə məşğul olan diplomatlarsınızsa, mənə bir santimetr torpaq göstərin ki, fəaliyyətiniz sayəsində onu geri qaytarmağa müyəssər olmusunuz. Yəni, bu gün münaqişələrin danışıqlar yolu, vasitəçilik missiyası və s. bu kimi amillərlə həllinin təzahürləri görünmür. Azərbaycan da məhz buna görə problemin həllinə öz hesabına nail oldu."

Paşinyan erməni separatçılara savaş açır: Silahlı qiyam planını pozmaq üçün onları ölkədən çıxarırlar

Ermənistanda olduqca qəliz ictimai-siyasi situasiya yaranmağa başlayıb, xarici kəşfiyyatın və erməni müxalifətinin Ermənistanda vətəndaş müharibəsinə qədər inkişaf edə biləcək silahlı toqquşmalar törətməsi üçün münbit şərait mövcuddur... Paşinyan hakimiyyəti növbəti seçkilərə qədər bu problemi həll etməyə məcburdur, əks halda, xarici kəşfiyyatın da dəstəklədiyi silahlı müxalif qruplaşmalara müqavimət qətiyyən asan olmayacaq, bu, hətta Ermənistanda dövlət çevrilişi ilə də nəticələnə bilər...

Ermənistanın sürüşkən və xaotik xarici siyasətinin ilkin nəticələri artıq ölkədaxili proseslərə birbaşa təsir göstərməyə başlayıb. Belə ki, Ermənistan cəmiyyəti Paşinyan hakimiyyətinin idarəçilik dönəmində ciddi şəkildə parçalanmasıyla diqqəti çəkir. Hər halda, onilliklər boyu möbvud olmuş ümumerməni siyasi-ideoloji mərkəzləşmə artıq arxa plana keçmək üzrədir. Hətta yalnız Ermənistanda deyil, xarici ölkələrdə erməni diasporlarını da vahid mərkəzdə birləşdirən bu siyasi-ideoloji xətt demək olar ki, iflasa uğramış kimi görünür. Və bu, o deməkdir ki, yaxın gələcəkdə ənənəvi “erməni problemi”nin tamamilə sıradan çıxarılması reallaşa bilər.

Onu da qeyd etmək lazımdır ki, indi Ermənistanın ictimai-siyasi məkanı Cənubi Qafqazda geopolitik maraqları olan dövlətlər arasında bölüşdürülüb. Belə ki, Ermənistan cəmiyyəti ümumerməni narrativlərindən uzaqlaşma prosesinə məruz qalaraq, rusiyaçılara, irançılara, avropaçılara və hətta amerikaçılara bölünüb. Ona görə də, xarici ölkələrin xüsusi xidmət servisləri tərəfindən idarə olunan erməni siyasi düşərgələri bağlı olduqları dövlətlərin maraqlarından çıxış edirlər. Və Ermənistanın maraqlarına, hətta gələcək taleyinə belə, xarici himayədarlarının drektivləri üzərindən baxırlar.

Bütün bunları nəzərə aldıqda, Ermənistan cəmiyyətində ümumi problemlərə münasibətdə çoxsaylı fərqli yanaşma tərzinin olması qətiyyən təəccüblü deyil. Böyük ehtimalla bundan sonra erməni siyasi-ictimai məkanının deqradasiya prosesinin daha intensiv xarakter alması da qaçılmaz olacaq. Hər halda, erməni siyasi-ictimai qruplaşmalar arasında ortaq mövqenin tapılması indi olduqca qəliz məsələdir. Hətta Paşinyan hakimiyyətinə müxalif mövqedə olan Qarabağ klanı daxilində belə, ciddi ziddiyyətlərin olduğu bildirilir. Keçmiş prezidentlər və hərbi cinayətkarlar Robert Köçəryanla Serj Sarkisyanın tərəfdarları da hazırda müttəfiqdən daha çox siyasi rəqib durumuna keçiblər.

Yəqin ki, Ermənistanda 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca, erməni siyasi-ictimai qruplaşmaları arasında qarşıdurma ən yüksək həddə çatmış olacaq. Son müşahidələr bu qruplaşmaların elə indidən həmin seçkilərə hazırlıq prosesinə start verdiklərini göstərir. Xüsusilə də, Paşinyan hakimiyyəti poternsial rəqiblərini küncə sıxışdırmaq istiqamətində planlı fəaliyyətə başlayıb. Və əsasən də rəqib müxalif düşərgənin sosial bazası hədəfə alınıb.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti könüllü şəkildə Ermənistana mühacirət etmiş ermənilərin davranışlarından ciddi narahatlıq keçirir. Belə ki, erməni kilsəsi və Qarabağ klanı Qarabağdan köçən ermənilərdən hakimiyyət uğrunda mübarizədə alət kimi istifadə etməyə cəhd göstərir. Ona görə də, erməni separatçıların qondarma qurumunun Ermənistandakı ənənəvi strukturlarını fəallaşdırmağa başlayıblar. Və onların vasitəsilə Ermənistanda  ölkədaxili gərginliyi artırmaq məqsədi güdürlər.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Qarabağ klanının siyasi düşərgəsinə yönələn gəlmə erməniləri təhlükəli sosial kontingent hesab edir. Baş nazir Nikol Paşinyanın yaxın ətrafı gəlmə ermənilərin xarici ölkələrə mühacirət etməsində maraqlı olduğunu da qətiyyən gizlətmir. Hətta bunun üçün əlavə imkanların açılmasına yönəlik addımlar da atır.

Hər halda bəzi məlumatlarda Paşinyan hakimiyyətinin Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə yönəlik cəhdlərinin gəlmə ermənilərin Qərb ölkələrinə gedişini asanlaşdırmaq məqsədi güddüyü də bildirilir. Bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Ermənistanı gəlmə ermənilərdən mümkün qədər tez bir zamanda təmizləmək niyyətindədir. Və bu niyyətin reallaşdırılması üçün gəlmə ermənilərə müxtəlif yollarla təzyiqlərin göstərildiyi də iddia olunur.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti gəlmə ermənilərin sosial problemlərinin həllinə həvəs göstərmir. Eyni zamanda, onların separatçı liderlərinin siyasi fəaliyyətlə məşğul ola biləcəkləri qurumların ləğv edilməsinə cəhd göstərir. Ermənistan parlamentinin spikeri Alen Simonyan bu barədə açıq mətnlə xəbərdarlıq etməklə, prosesin artıq başlandığına eyham vurub. Erməni spiker bildirib ki, separatçı qurumun özünü buraxmasından sonra “Ermənistan-artsax” qondarma parlamentlərarası komissiya da artıq fəaliyyət göstərə bilməz. Onun fikrincə, bu qurumda təmsil olunan separatçıların siyasi-hüquqi statusu mövcud deyil. Və bu səbəbdən də belə bir komissiyanın mövcudluğu hüquqi baxımdan absurddur.

Digər tərəfdən, Alen Simonyan erməni separatçıların İrəvandakı “daimi nümayəndəliyi”nin də bağlanmasının qaçılmaz olduğuna eyham vurub. Onun fikrincə, mövcud olmayan “dövlət”in “daimi nümayəndiliyi” də ola bilməz. Erməni spiker hesab edir ki, separatçılar orada toplaşıb, Paşinyan hakimiyyətinin əleyhinə siyasi fəaliyyətlə məşğuldur. Bunun yolverilməz olduğunu bildirən erməni spiker həmin bunadan daha faydalı fəaliyyət üçün istifadə etməyin vaxtı çatıb. Və bu, o deməkdir ki, gəlmə ermənilərin siyasi fəaliyyət mərkəzləri hazırda Paşinyan hakimiyyətinin maraqlarına qətiyyən cavab vermir.

Məsələ ondadır ki, rəsmi İrəvan gəlmə ermənilərin Qarabağ klanına dəstək verməsinin növbəti parlament seçkiləri ərəfəsində ciddi problemə çevriləcəyini artıq anlayır. Çünki gəlmə ermənilərin əksəriyyəti vaxtilə Azərbaycan ərazilərində hərbi cinayətlər törətmiş şəxslərdir. Üstəlik, bu kontingentin əlində külli miqdarda odlu silah mövcuddur. Paşinyan hakimiyyəti dəfələrlə çağırışlar etsə də, həmin silahlar hüquq-mühafizə qurumlarına təhvil verilməyib. Və seçki ərəfəsində erməni müxalifətinin xarici kəşfiyyatın təsiri altında olan bu silahlı qruplaşmadan Paşinyan hakimiyyətinə qarşı istifadə edə biləcəyi də qətiyyən istisna deyil.

Göründüyü kimi, Ermənistanda olduqca qəliz ictimai-siyasi situasiya yaranmağa başlayıb. Xarici kəşfiyyatın və erməni müxalifətinin Ermənistanda vətəndaş müharibəsinə qədər inkişaf edə biləcək silahlı toqquşmalar törətməsi üçün münbit şərait mövcuddur. Ona görə də, Paşinyan hakimiyyəti seçki dövrünə qədər bu problemi həll etmək məcburiyyətindədir. Əks halda, xarici kəşfiyyatın da dəstəklədiyi silahlı müxalifət qruplaşmalarına müqavimət göstərmək qətiyyən asan olmayacaq. Və bu, hətta Ermənistanda dövlət çevrilişi ilə də nəticələnə bilər.(Yeni Müsavat)

 Erməni deputat sülhün detallarını yaydı: Gizli məlumatlar... - "Müqavilədə sərhədlərin demarkasiyası haqqında..."

Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan “Gizli məlumatları ilk dəfə açıqlayıram” anonsu ilə Bakı-İrəvan sülh sazişi layihəsinə dair iddialar irəli sürüb.

Publika.az xəbər verir ki, Mamicanyan sülh müqaviləsi ilə bağlı məlumatlar əldə etdiyini deyib.

“Müqavilədə sərhədlərin demarkasiyası haqqında heç nə olmayacaq. Erməni məhbusların qaytarılması (separatçılar-red), o cümlədən, Azərbaycan qoşunlarının sərhəddən çıxarılmasına dair heç nə yoxdur. Nəqliyyat qovşaqları Azərbaycanın xeyrinə həll ediləcək. Bu, tamamilə Ermənistanın əleyhinə olan sənəddir”, - o iddia edib.

Bakı ilə İrəvan arasında razılaşdırılmayan 3 maddə... HANSIDIR?Paşinyan sülh sazişi layihəsinin 13 maddəsi və preambulasının razılaşdırıldığını bildirir. Qeyd edir ki, “iki cümlədən ibarət 3 maddə qismən razılaşdırılıb, həmin maddələrdəki cümlələrdən biri də razılaşdırılıb, digəri yox”.
Razılaşdırılmayan 3 maddənin nədən ibarət olduğu rəsmi şəkildə açıqlanmır. Bununla bağlı müəyən təxminlər irəli sürmək mümkündür:
1. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyası və normativ-hüququ aktlarının dəyişdirilməsidir: mümkündür ki, Ermənistan Azərbaycana qarşı adekvat tələblə çıxış edir, yaxud daxili qanunvericiliyin layihəyə salınmasını istəmir; hələ iyun ayında Ermənistan XİN bəyan edirdi ki, “sülh sazişi layihəsində “tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz” müddəası var, buna görə Konstitusiya məsələsi bura aid edilməməlidir”;
Razılaşdırılmayan maddələrdən biri bu ola bilər. İstisna deyil ki, “tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz” cümləsi razılaşdırılsa da, “Konstitusiya və normatik-hüququ aktların dəyişdirilməsi” qeydinin bura daxil edilməsi müzakirə edilir.
2. Sərhədin delimitasiyasının hansı prinsiplərlə aparılmasıdır. Delimitasiya prosesi sülh sazişinin imzalanmasından sonraya saxlanılıb, lakin bunun layihədə necə əks olunması ilə bağlı fikir ayrılığını mövcudluğu aydın görünür:
- İrəvan “delimitasiyanın Alma-Ata bəyanaməsinə uyğun aparılması” (SSRİ dağılanda mövcud olan xətlər) prinsipinin layihədə əks olunmasını istəyir və bundan gələcəkdə istinad nöqtəsi kimi istifadə etməyi planlaşdırır;
- Bakı əvvəlcə layihədə delimitasiya ilə bağlı heç bir qeydin yer almasını istəmirdi, lakin 19 aprel razılaşmasından sonra vəziyyət dəyişdi. Razılaşmaya görə, delimitasiyada əsas baza prinsipi kimi Alma-Ata bəyannaməsi götürülüb, lakin qeyd olunur ki, “gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq”. Bu o deməkdir ki, Bakı delimitasiyada baza prinsipinin sülh sazişində əksini tapmasına nail olmalıdır, əks təqdirdə, baza prinsipi Alma-Ata bəyannaməsi olaraq qalacaq. Mümkündür ki, rəsmi Bakı sülh sazişi layihəsində bu prinsipi dəyişmək, SSRİ dövünün xəritələrinin əsas götürülməsi qeydini daxil etmək istəyir.
3. Bu, ən müəmmalı bənddir, çünki tərəflər arasında əsas ziddiyyətli məsələ kommunikasiyanın hansı prinsiplərlə açılması idi. Ki, qarşılıqlı razılaşma ilə bu bənd sülh sazişi layihəsindən çıxarıldı. Bu halda razılaşdırılmayan bəndlə bağlı əsas və əlavə olmaqla iki ehtimal qalır.
- əsas ehtimal: qaçqınların qayıdışı - Qərbi azərbaycanlıların qayıdışı və emənilərin yenidən Qarabağa yerləşməsi; İrəvan bu iki məsələ arasında bərabərlik qoyur, hərçənd, azərbaycanlılardan fərqli olaraq, ermənilər beynəlxalq hüquqa əsasən qaçqın statusuna malik deyil; bu məsələnin hər iki tərəf üçün əlavə çağırışlar yaradacağı fonunda onun sülh sazişi layihəsinə daxil edilməsinə münasibət “soyuq” ola bilər;
- əlavə ehtimal: üçüncü bəndlə bağlı daha az ehtimal olunan versiyalardan biri də Minsk qrupunun de-yure buraxılması ilə bağlı ola bilər. Bu, Bakıya lazımdır, çünki bu qrupun de-yure mövcudluğu bölgədə maraqları olan tərəflərin gələcəkdə “dayaq nöqtəsi”nə çevrilə bilər. Məsələnin layihəyə salınması belə bir perspektivin qarşısını alacaq. Ermənistan regionda şərtlərin dəyişməsi və Azərbaycana qarşı təsir rıçağı əldə etmək ümidi ilə bu məsələdə maraqlı deyil. Bu ehtimal zəif görünsə də, istisna edilməməlidir.
Ermənistan tərəfi razılaşdırılmayan bəndləri saxlamaqla sülh sazişi layihəsinin imzalanmasını istəyir və bununla həm konstitusiya məsələsini arxa plana keçirə, həm delimitasiya prosesində istədiyibaza prinsipini qoruya, həm də razılaşdırılmayan üçüncü bəndi təxirə sala bilər. Azərbaycan isə regionda sülhün davamlı və uzunmüddətli olması üçün “menyu” yox, “paket həll” variantından çıxış edir.

Asif Nərimanlı 
ABŞ-ın kəşfiyyat rəhbəri Bakıdan nə ilə getdi? - GİZLİNLƏR ÜZƏ ÇIXDICənubi Qafqazda mürəkkəb geosiyasi və geostrateji proseslərin getdiyi bir zamanda ötən həftə ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prioru Bakıya gəldi.

MKİ nümayəndəsinin Azərbaycana səfəri sözsüz ki, çoxlu suallara yol açırdı. Çünki MKİ rəhbərliyindən İrəvana da səfərlər intensiv xarakter almışdı. Bu baxımdan Patrik Priorunun Bakıda olması kifayət qədər önəmli səfər idi, habelə, Azərbaycan-Ermənistan danışıqları ərəfəsində vacib görüş idi. Səfər çərçivəsində o, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətlərini və təhlükəsizlik əməkdaşlığının müzakirə edildiyi bildirilir. Bundan öncə səfirlik belə bir paylaşım etmişdi: “Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”.

Söhbət hansı məsləhətləşmələrdən gedir? Amerikalı kəşfiyyat rəsmisinin Azərbaycan səfəri ilə bağlı müxtəlif versiyalar səslənir. Onların arasında Zəngəzur dəhlizinə nəzarətin hansısa xarici (Qərb) şirkətinə həvalə edilməsinə rəsmi Bakını razı salmaq istəməsi ilə bağlı ehtimal da var. Hətta belə fikir var ki, bu səfərin proqramı Azərbaycanın maraqlarına uyğun sayılmır. ABŞ təhlükəsizlik yetkilisi Bakıdan nə ilə getdi və bu səfərin təsiri özünü bölgədə nə vaxt göstərməyə başlayacaq?

Professor Qabil Hüseynli istisna etmir ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətindən kənarda açılması mövzusu MKİ rəsmisinin portfelində olan məsələlərdən biridir. Onun zənnincə, ABŞ regiona Ermənistan üzərindən nüfuz etməyə səy göstərir və hazırda geoekonomik hədəf Orta dəhlizin Rusiyasız işə düşməsidir. Bununla belə, politoloq regionda təhlükəsizliyin gücləndirilməsi, İranın bitməyən “qırmızı xətt” eyhamlarının da müzakirə oluna biləcəyini mümkün sayır: “Amerika kəşfiyyatı Ermənistana ayaq açıb və tez-tez səfərlər edirlər. İrəvandakı səfirliyində də kəşfiyyatçıların olması şübhə doğurmur. Məni maraqlandıran odur ki, Tehranın qarşı çıxdığı dəhlizlə bağlı Vaşinqton nə düşünür? Yəni İran etiraz edir, amma müttəfiqi Rusiyaya bu koridor lazımdır. Əgər bu logistika işə düşərsə, İran Kremlin yanında olacaq, ya yox? Düşünürəm ki, Cənubi Qafqazda təhlükəsizlik ən kövrək məsələdir. İndi tərəflərin üst-üstə düşməyən mövqeləri ucbatından mübahisə daha qızğın xarakter ala bilər. Görünür ki, MKİ rəsmisi Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəqiqləşdirmək istəyib. Lakin Azərbaycanın baxışı ortadadır - qərb rayonlarımızdan Naxçıvana gediş-gəliş maneəsiz təmin olunmalıdır”.

Q.Hüseynli xatırladır ki, yola kontrolun özəl şirkətə verilməsi gündəmə gəlib və ABŞ bu mövzuda Azərbaycanın münasibətini bilmək istəyib: “Yəni bizim üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin, yoxsa hər hansı özəl şirkətin Naxçıvana gediş-gəlişə nəzarət etməsinin fərqi varmı? - bunu öyrənmək istəyə bilərlər. Əslində Azərbaycana lazım olan üçtərəfli sənədin 9-cu bəndinin yerinə yetirilməsidir. Ermənistan öhdəlik götürüb. Paşinyan təhrif edərək deyir ki, yolun təhlükəsizliyinin qarantiyası Ermənistandadır. Bəli, belədir, amma yola nəzarət ruslara verilməlidir. Bu öhdəlik var. Paşinyan doğru deyir, təhlükəsizliyi Ermənistan təmin etməlidir, amma yola kontrol Rusiya Federal Təhlükəsizlik Xidmətində olmalıdır, buna da qol çəkib. Onun çıxışı Paşinyanın sənədi təhrif etməsi kimi dəyərləndirilir. Lakin belə deyil, sadəcə, erməni baş nazir təhlükəsizliklə bağlı hissəni qeyd edib, nəzarət haqda heç nə deməyib və üstündən keçib. Bu da ondan irəli gəlir ki, hər məsələdə Rusiyaya yarınan Ermənistan hakimiyyəti Qərbin himayəsi ilə dəhlizə kontrolu ruslara vermək istəmir”.

Politoloq Xaqani Cəfərlinin fikrincə, ABŞ Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətdir: “Ötən 33 ildə ABŞ-ın Azərbaycanın təhlükəsizliyinə töhfə verməsi barədə Azərbaycan rəsmiləri tərəfindən çoxsaylı müsbət fikirlər səsləndirilib. Bütövlükdə, ABŞ öz müttəfiqlərini və tərəfdaşlarını bir qayda olaraq kəşfiyyat kanalları vasitəsilə məlumatlandıraraq onları arzuolunmaz hadisələrdən sığortalamağa çalışır. Ehtimal oluna biləcək xüsusi terror hadisələri ilə bağlı müttəfiqlərini və tərəfdaşlarını məlumatlandırır”. Ekspertin sözlərinə görə, ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri Rusiya ilə bağlı ola bilməz: “Çünki Rusiya ilə münasibətlər, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Rusiyanın İranla yaxınlaşması və Ermənistana təzyiqləri daha çox siyasi mövzulardır. Səfərin məqsədi ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsində münasibətlərini möhkəmləndirməklə bağlıdır. Həm də Azərbaycana terror hadisələrinin artma ehtimalı ilə bağlı məlumatlar verməkdir”.

“Yeni Müsavat”
İrəvanın gizli silahlanması davam edir - NƏ ETMƏLİ?Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 8-də Cənubi Koreya Respublikasına işgüzar səfər edib. Müdafiə Nazirliyi səfərin məqsədi ilə bağlı təfərrüatlı açıqlama verməyib. Ekspertlərin təhlilincə, bir ölkənin müdafiə naziri başqa ölkəyə səfər edirsə, bunun ən azı iki səbəbi var - hərbi əməkdaşlığı inkişaf etdirmək və ya səfər etdiyi ölkənin hərbi texnikasına maraq göstərmək. İrəvanın Cənubi Koreyanın hərbi texnikasına maraq göstərdiyi deyilir. Görünür, Ermənistan Fransa, Hindistan və İrandan sonra Cənubi Koreyadan da hərbi texnika almaq istəyir. Qeyd edək ki, Cənubi Koreyanın illik müdafiə ixracatı 15 milyard dollara yaxındır. Bu ölkə dünyanın səkkizinci ən böyük müdafiə ixracatçısıdır. Cənubi Koreya tanklar, artilleriya sistemləri və bir sıra döyüş təyyarələri istehsal edir. Bəzi mütəxəssislər Cənubi Koreyanın istehsal etdiyi bir sıra hərbi texnikanın Qərb analoqlarını üstələdiyi fikrindədir. Əslində, Azərbaycan da Cənubi Koreyanın hərbi texnikasına maraq göstərib. Ötən il Koreyada keçirilən hərbi sərgidə Azərbaycanın müdafiə sənayesi naziri koreyalı həmkarı ilə görüşərək geniş fikir mübadiləsi aparmış, görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilmişdi.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, İrəvan hökuməti bir yandan sülhlə bağlı açıqlamalar səsləndirir, digər yandan açıq, yaxud gizli şəkildə silahlanmağa davam edir. Ekspertin fikrincə, İrəvanın sülhə yönəlik bəyanatları qeyri-səmimidir:

"İrəvan Bakının şərtlərinə əməl etməkdən yayınır. Rəsmilər davamlı sülhdən dəm vursalar da, Fransadan, Yunanıstandan, Hindistandan, Koreyadan və başqa ölkələrdən hərbi texnikalar ölkəyə daşınır. Bu da açıq-aşkar İrəvanın sülhlə imitasiya etməsi deməkdir. Ermənistanın qayəsi vaxt uzatmaq, sülhü yubatmaqdır. Özlərini "sülhpərvər" göstərməyə, problemlərin Bakıdan qaynaqlandığını sübut etməyə çalışırlar".
S.Hümbətov vurğulayıb ki, Paşinyan hökumətinin addımları sülhə yönəlik deyil: "İrəvanın hazırda sərgilədiyi ritorika mövcud gərginliyi saxlamağa hesablanıb. Silahların alınması gələcəyə hesablanmış təxribatlardan xəbər verir. Regionda sülh istəməyən xarici güclərin məqsədi tərəflər arasında sülhü gecikdirmək və bu müddət ərzində bölgədə öz maraqlarının daha çox təmin olunmasını reallaşdırmaqdır. Əfsuslar ki, Ermənistan da arxasındakı güclərə güvənərək Cənubi Qafqazda sülh istəməyənlərin çaldığı havaya oynayır. Bu məqsədyönlü "rəqsin" nə qədər davam edəcəyi bəlli deyil. Ancaq istənilən halda zaman irəlilədikcə, hər məsələdə geri düşən təcrid vəziyyətindəki Ermənistandır. Sülhün olmaması ilk növbədə İrəvana zərbədir".

Xəbər lenti