|
Yol-xeber.az" xəbər verir ki, Bu gün gecə və səhər saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyəti strukturları gücləndirilmiş iş rejimində çalışıblar.
Respublikanın avtomobil yollarında gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər görülüb.
Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib. Bu istiqamətdə işlər davam etdirilir.
İctimaiyyəti yollardakı vəziyyət barədə məlumatlandırmaq üçün görülən işlərlə bağlı agentliyin “Facebook”, “İnstagram” və “Telegram” sosial şəbəkə hesablarında məlumatlar paylaşılır.
Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, 1 “ZƏFƏR yolu”: Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
2 Toğanalı - Kəlbəcər - İstisu: Zəif qar yağır. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsüyyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.
3 Qubadlı-Laçın: Yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
4 Füzuli-Hadrut: Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5 Bakı - Quba: Yağıntı yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
6 Giləzi - Xızı: Yağıntı yoxdur. 8 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7 Bakı-Qobustan: Hava çisginlidir, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
8 Qobustan - Şamaxı - Muğanlı: Hava çisginlidir, şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
9 Muğanlı – Ağsu-Yevlax: Qar yağmır. Yolun 143-km dən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Muğanlı ərazisində 7-8 dərəcə şaxta var.
10 Muğanlı - İsmayıllı: Yağıntı yoxdur, 9-14 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
11 İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yağıntı yoxdur. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 9-12 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
12 Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur. 5-6 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13 Şəmkir - Gədəbəy: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunur.
14 Gəncə - Daşkəsən: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
15 Ələt - Astara: Yolda şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
16 Masallı – Yardımlı: Masallı rayonu ərazisində yağıntı yoxdur. 2-3 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
17 Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Lerik rayonu ərazisində yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
18 Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax: Hava çisginlidir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
19 Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Avtomobilini kasko sığorta etdirənlərə bəzi hallarda sığorta təminatı verilməyə bilər.
Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan sığorta eksperti Vüsal Bədəlov deyib ki, bu məsələ müvafiq qanunla tənzimlənir.
Oxşar yanaşma daşınmaz əmlakın da könüllü sığortasında tətbiq edilir. Burada da mülk sahibi müqavilədə qeyd edilən bəzi hallarda sığorta pulu almaq hüququnu itirir.
Həmçinin kasko sığorta edilən avtomobilə hadisə zamanı dəyərinin 70%-dən çox zərər dəyərsə, daşınmaz əmlak isə hadisə zamanı təmirə yararsız vəziyyətə düşərsə, bu zaman sığorta şirkəti təminat məbləğini tam ödəməlidir.
Ətraflı süjetdə:
2020-ci ilin yazında COVİD-19 pandemiyası ilə bağlı ölkəmizdə karantin rejiminin tətbiq edilməsindən sonra regionlara işləyən sərnişin qatarları dayandırıldı. Ötən müddətdə isə regionlara işləyən bəzi marşrutlar bərpa olundu. Hazırda Sumqayıta, Ağstafaya və Qəbələyə sərnişin qatarları fasiləsiz olaraq işləyir.
Amma hələ də Bakı-Astara, Bakı-Horadiz, Bakı-Bərdə və Bakı-Balakən marşrutları üzrə qatarların hərəkəti bərpa olunmayıb.
Nəzərə alaq ki, “Azərbaycan Dəmir Yolları” QSC ötən ilin payızında xeyli sayda yeni qatarlar alıb.
Bəs, həmin qatarlar hansı istiqamət üzrə xəttə buraxılacaq?
Bu suala cavab almaq üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, yeni qatarlar Bakı Dəmiryol Vağzalına çatdırılıb:
“ADY QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 2019-cu ilin noyabr ayında imzalanmış müqaviləyə əsasən yeni alınan FLİRT tipli 6 elektrik və 4 dizel qatarının 4 ədədi (dizel) Bakı Dəmiryol Vağzalına çatdırılıb. Qatarlar yeni nəsil təhlükəsizlik texnologiyaları və bir sıra innovativ mexanizmlərlə təchiz olunub”.
ADY-dən bildirilib ki, Bakıya çatdırılmış 4 qatardan ikisi yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək:
“Qatarlar əsasən Bakı-Abşeron dairəvidə sərnişin sıxlığının aradan qaldırılması, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edəcək. Hazırda Yevlax-Balakən dəmir yolu xəttinin təmiri və infrastrukturun sağlamlaşdırılması işləri aparılır. Gələcəkdə bu istiqamətdə sərnişindaşımanın bərpa olunması məsələsinə baxılacaq”.
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir toplanışları davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanışlarda iştirakçılara müxtəlif mühəndis maneələri və minaaxtaran vasitələri ilə bağlı ətraflı məlumat verilib, piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi qaydaları izah edilib.
Bundan başqa, komandir heyətinə döyüş hazırlığı üzrə müxtəlif mövzularda məşğələlər nümayiş etdirilib. O cümlədən şərti dayaq məntəqəsinin normativlərə uyğun olaraq tutulması tapşırıqları yerinə yetirilib.
Qeyd edək ki, toplanışlarda əsas diqqət Azərbaycan Ordusunda komandir heyətinin fərdi hazırlığının və peşəkarlıq səviyyələrinin artırılması, eləcə də liderlik keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.
Təsdiq olunmuş yeni Baş Plana əsasən, şəhərin mərkəz hissələrində sıxlığı azaltmaq üçün mərkəzlər və iqtisadi zonalar yaradılacaq.
Qala qəsəbəsində və Xocasən gölü ətrafında dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi salınacaq.
Bəs, bu amil həmin ərazilərdə torpaq sahələri və əmlak bazarındakı qiymətlərə necə təsir göstərəcək?
Ekspertlərin sözünə görə, bəzi müəssisələrin paytaxtın mərkəzindən köçürülməsi həmin ərazilərdəki əmlak qiymətlərinə də təsirsiz ötüşməyəcək.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların üzərinə su çiləyən sürücülərə xəbərdarlıq edib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
“Yollardakı su gölməçələri piyadalar üçün böyük problemdir. Çünki bəzi sürücülər hava şəraitini nəzərə almır və yağıntılı havalarda yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq, yol kənarında dayanan piyadaları üst-başlarını batırırlar.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir.
Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq”, - xəbərdarlıqda qeyd olunub.
Lokal xarakterli antiterror tədbirlərində şəhid olan hərbçilərin və Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının ailə üzvlərinə təqaüd və sosial ödənişlərin verilməsi tam şəkildə həyata keçilib.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib.
Onun sözlərinə görə, ödənişlərin verilməsi bu gün də davam edir.