Ölkədə yaxın müddətdə güclü zəlzələ baş verə bilər? - Baş seysmoloqdan AÇIQLAMA

"Yaxın zamanlarda respublika üçün güclü və dağıdıcı zəlzələ proqnozlaşdırılmır".

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, hər hansı bir bölgədə maqnitudası 7 və ya daha yüksək olan, böyük fəsadlar və insan itkisinə səbəb ola biləcək zəlzələ gözlənilmir.

Qeyd edək ki, sentyabrın 8-də Göygöl şəhərində 3.2 maqnitudalı zəlzələ olub.

Yeraltı təkanlar saat 10:25-də Tovuz stansiyasından 29 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.

Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib

Qaradağ rayonunun “Lökbatan” dairəsindən mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin səbəbi yolda aparılan təmir işləridir.



Yol-xeber.az" xəbər verir ki, ADY sərnişin tələbatını təmin etmək məqsədilə 10, 11, 12 və 13 sentyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bundan əlavə, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
Şuşaya daha 27 ailə köçdü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə 27 ailə - 91 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 203 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.

Valideynlər "əl yandırır", satıcılar isə "su qiymətinədir" deyir - Məktəb bazarından REPORTAJ

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər artıq məktəb forması və məktəb ləvazimatlarının alış-verişinə başlayıblar.

Bəs bazarlarda qiymətlər necədir? Bir şagirdin məktəb bazarlığı təxminən neçəyə başa gəlir? Valideynlər bu qiymətlərdən razıdırlarmı?

TV Musavat-ın hazırladığı videoreportajı təqdim edirik:

Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib - FOTO

Xocalı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Qeyd edilən ərazi məişət tullantılarından təmizlənib, bu istiqamətdə tədbirlər davam etdirilir.

"Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır".

Heydər Əliyev və müstəqil Azərbaycan

Fazil Musayev - Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçdikcə Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür, fəaliyyətinin hər istiqaməti bir tədqiqat mövzusu kimi diqqətdə olur.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. 1991-ci ilin 3 sentyabr tarixi Azərbaycan xalqının və dövlətinin taleyində həyati əhəmiyyət kəsb edən günlərdən biri kimi tarixə düşdü. Həmin gün Azərbaycan xalqının xilaskar oğlu, Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçildi. Bu hadisə müasir Azərbaycanın müstəqillik yollunda atılan ən mühüm və əlamətdar addım idi. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Ulu Öndər Heydər Əliyevin gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Naxçıvan Muxtar Respublikasının qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində fəaliyyəti dövründə milli dövlətçilik ənənələrimizin bərpası istiqamətində xüsusi əhəmiyyətə malik olan işlər görüb. Belə ki, həmin dövrdə milliləşdirmə siyasətini uğurla həyata keçirən Ümummilli Liderin səyləri ilə Muxtar Respublikanın dövlət rəmzləri bərpa olundu. Naxçıvan Ali Məclisinin I sessiyasında milli bayraq məsələsi ilə əlaqədar iki bəndlik qərar qəbul olundu və ilk dəfə olaraq üçrəngli dövlət bayrağımız qaldırıldı.

Ulu Öndər Heydər Əliyevin yüksək siyasi iradəsi və cəsarəti sayəsində SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, Sovet ordusunun Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarılması haqqında qərar qəbul edildi və icra olundu. İlk dəfə 1990-cı il 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verildi. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar qəbul olundu.

Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada nüfuzlu dövlətə çevrildi.

Beləliklə, Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.



Yol-xeber.az" xəbər verir ki,  Bu ilin avqust ayında ADY-nin rayonlararası (şəhərlərarası) və şəhərətrafı qatarları ilə 651 min nəfərə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.
Marşrutlar üzrə ən böyük artım 41%-lə Bakı-Ağstafa-Bakı marşrutunda qeydə alınıb.
Həmçinin, ADY-nin sərnişindaşıma xidmətlərindən istifadə edən xarici turistlərin sayı bu il keçən illə müqayisədə 38 faiz çox olub.
Heydər Əliyevin ruhu şaddır!

Araz Bəndəliyev- Ümummilli Lider Heydər Əliyev bütün ömrünü müstəqil Azərbaycan dövlətini qurmağa və gücləndirməyə, hər bir vətəndaşın firavan, xoşbəxt həyat sürməsinə həsr etmişdir. Bütün çətinliklərə, hətta dəfələrlə həyatı təhlükədə olmasına baxmayaraq Heydər Əliyev bu müqəddəs amaldan geri çəkilmədi.

1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra doğma yurdu olan Naxçıvana dönən Ulu Öndər Heydər Əliyevi Naxçıvan əhalisi böyük sevinc və çoşqu ilə qarşıladı. O vaxtlar çətin vəziyyətdə olan Naxçıvan əhalisi başa düşürdü ki, onları bu ağır vəziyyətdən yalnız dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər.

30 sentyabr 1990-cı il tarixində Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi. Bu, Ulu Öndərin yenidən Azərbaycanda siyasi fəaliyyətinin başlanğıcı oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Soveti üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda Azərbaycanın qanunvericilik orqanına 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət rəmzlərinin - bayraq, gerb və himnin Azərbaycanın milli atributları kimi qəbul edilməsi təklif edildi. Həmçinin sessiyada Naxçıvan MSSR-in adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması barədə qərarın qəbul edilməsi təklifi Heydər Əliyev tərəfindən irəli sürülmüşdür.

Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü bütün təkliflər məhz müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edirdi. Naxçıvan Muxtar Respublikası Ali Soveti 1990-cı il 20 yanvar hadisələrinə də siyasi qiymət verdi və bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun da günahkar olduqları qeyd edildi.

Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılış sessiyasındakı çıxışı xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Ulu Öndər respublikadakı mövcud siyasi vəziyyəti ətraflı təhlil etdi, Qarabağ prblemində SSRİ rəhbərliyi ilə yanaşı, Azərbaycan rəhbərliyinin də ciddi nöqsanlara yol verdiyini, eləcə də təcavüzkar Ermənistanla birlikdə mübarizə aparmağın vacib olduğunu qeyd etdi. Həmin sessiyada dövlətin adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması və Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının  dövlət bayrağı təsdiq olunmasında məzh Dahi Lider Heydər Əliyevin böyük rolu olmuşdur.  Heydər Əliyevin 1991-ci il iyulun 19-da SSRİ Nazirlər Soveti partiya təşkilatına Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Konstitusiyaya zidd olaraq pozulması, Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibə aparması səbəbindən partiya sıralarından çıxması barədə yazdığı ərizə xalq tərəfindən böyük rəğbətlə qarşılandı. 

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı tarixi çıxış etdi.  Bunun nəticəsində sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında” Bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi və qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Bundan sonra dahi şəxsiyyətin Azərbaycanın siyasi həyatında böyük işlər görməsinə şərait yarandı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atılmasına səbəb oldu. Ulu Öndər hakimiyyətə gəldikdən sonra dövlətçilik konsepsiyası hazırlandı, iqtisadiyyatımız yeni mərhələyə qədəm qoyaraq sürətlə dirçəlməyə başladı. Azərbaycanda demokratiya, mətbuat və söz azadlığı bərqərar oldu, tolerantlıq, multikulturalizmin əsası qoyuldu. Dahi siyasətçi Heydər Əliyev Azərbaycanda dövlətçilik prinsiplərinin əsasını qoydu, sosial, siyasi sabitliyin təməlini formalaşdırdı. Bu gün də Azərbaycan Ulu Öndərin siyasi kursu ilə inamla irəliləyir və dünyada böyük nüfuz sahibinə çevrilərək yeni uğurlara imza atır.

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Müseyib Həmzəyev - Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Bu mərhələlərin biri də 3 sentyabr 1991-ci ildə həm deputatların, həm də minlərlə muxtar respublika sakininin tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ulu Öndərimiz Heydər Əliyev məhz bu müdrik fikrinin işığında muxtar respublikanın ozamankı ağır vəziyyətində, soyuq iş otağında, çıraq işığında xalq və dövlət üçün çalışmağın, bu yolda fədakarlıq göstərməyin real nümunəsini yaratmış, müstəqilliyimizin təməl daşları həmin dövrdə Naxçıvanda qoyulmuşdur.

Ulu Öndər Heydər Əliyevin vaxtilə səsləndirdiyi “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” dəyərli fikrini bu gün də minnətdarlıqla xatırlayırıq. 

Böyük siyasətə qayıdış dövrü kimi xarakterizə olunan həmin dövr illər ötsə də hər zaman qürurla xatırlanacaq. Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.

Fenomen şəxsiyyət Heydər Əliyevin milli dövlətçilik ənənələrinin qorunmasına xidmət edən fəaliyyəti Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və bu diyarda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslandırılır.

Bu gündə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini atdığı hər bir addımı ilə təsdiqləyən dövlət başçısı İlham Əliyev Azərbaycana möhtəşəm uğurlar qazandırdı.

İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni hədəflər var. Hədəflərimiz uğurlu gələcəyimizin təqdimatıdır. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq.

Xəbər lenti