dyp-hava-ile-bagli-muraciet-etdi

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, müraciətdə hərəkət iştirakçıları diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırılır:

“Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti növbəti günlərdə də davam edəcək. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması məqsədilə hərəkət iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə, xüsusilə şəxsi avtomobillə dağlıq və dağətəyi rayonlara səfər edən, eləcə də sərnişindaşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz havalarda sürət həddini minimuma endirməyə, yol şəraitini nəzərə almağa, hərəkət zamanı kifayət qədər ara məsafəsi saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır”.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcəyi gözlənilir.

Bakıda məhdudiyyət qoyulan və təmir edilən yollarla bağlı müraciət edilib - SİYAHI

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda hazırda məhdudiyyət qoyulan və təmir edilən yollarla bağlı müraciət edib.

Qurumdan Yol-xeber.az-a verilən məlumata görə, hazırda aidiyyəti dövlət qurumu tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:

1. Aleksandr Puşkin küçəsi Dəmir yol vağzalının qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Həsən bəy Zərdabi prospekti, Musabəyov parkı istiqamətində, Akim Abbasov küçəsi ilə kəsişmədən Həsən Məcidov küçəsi ilə kəsişməyə qədər;
3. Nəsimi rayonu, 28 May küçəsində, (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək);
4. Xətai rayonu, Yusif Səfərov küçəsi ilə kəsişmədən A.Puşkin küçəsi ilə kəsişməyə qədər;
5. Dilarə Əliyeva küçəsi, A.Puşkin küçəsi ilə kəsişmədən Səməd Vurğun bağınının yaxınlığı, Rixard Zorge küçəsi ilə kəsişmə istiqamətində;
6. 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Təmir işləri aparılan küçə və prospektlər:

1. Nərimanov rayonu, Molla Pənah Vaqif prospekti ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsi, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
2. Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında;
3. Xətai rayonu, 8 Noyabr prospekti, Heydər Əliyev adına Neft Emalı Zavodunun qarşısı, hər iki istiqamətdə;

4. Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, "Badamdar Hotel”in qarşısı, hər iki istiqamətdə;
5. Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi, Rəşid Behbudov küçəsi istiqamətində;
6. Səbail rayonu, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində;
7. Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməyədək yolda təmir işləri aparılır.

Bakı aeroportuna işləyən avtobuslar 24 saat fəaliyyət göstərəcək

Bu gündən Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Aerportuna işləyən ekspress marşrut xətti 24 saat fəaliyyət göstərəcək.

Bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.

Marşrut xətti üzrə avtobuslar gündüz saatlarında 20 dəqiqəlik intervalla (indiyə qədər 25 dəqiqə idi), gecələr isə 45 dəqiqədən bir hərəkət edəcək.

Azərbaycanda ehsan QADAĞASI - BUNDAN SONRA...
Ekspertlərdən SOS!: “Bunun yeganə yolu inzibati metoddur və...”

Göygöl rayonunda və Gəncədə eyni gündə keçirilən yas mərasimlərində kütləvi zəhərlənmə ehsan qadağası mövzusunu yenidən gündəmə gətirib. Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasiminin sahibi deyib ki, dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar olub.

Məlum olduğu kimi, hələ 2014-cü ildə Azərbaycanda israfçılığın qarşısını almaq məqsədilə dövlət hüzr mərasimlərində ehsan verilməsini xüsusi nəzarətə götürdü. Yeni təşəbbüs cəmiyyətin müxtəlif təbəqələri tərəfindən də dəstəklənirdi və rayon icra hakimiyyətlərində hüzrdə ancaq çay, halva və xurma verilməsinə nəzarət etmək üçün xüsusi komissiyalar belə yaradılmışdı.

Bu addım  müəyyən nəticələr versə də, tezliklə hüzr yerləri ilə bağlı bir sıra narazılıqlara yol açdı. İddia olunurdu ki, ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik etməsi Qafqaz Müsəlmanları İdarəsinin  sədri Şeyxülislam Allahşükür Paşazadənin ciddi narazılığına səbəb olub və bu  baxımdan qərarın bugünədək də icrasız qalmasında Şeyxi də günahlandıranlar var. Doğrudur, QMİ bir neçə dəfə yaslarda israfçılığa yol verilməməsi barədə çağırış etsə də, hazırda Bakıda QMİ-nin nəzarətində olan əksər məscidlərdəki mərasim evlərində bir çox hallarda hətta dəbdəbəli ehsan süfrələri açılmaqda davam edir.

İlahiyyat üzrə fəlsəfə doktoru, Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini deyib: “Təəssüflə qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı dəfələrlə çağırış edilsə də, heç bir dönüş yoxdur. Mən də parlamentdə, mediada bununla bağlı çağırışlar etmişəm. Təəssüf ki, yas məclislərinin təşkili böyük bir biznesə çevrilib.

Bu gün Azərbaycanda yasda olan israfçılığın dinlə əlaqəsi yoxdur. Dinimizə görə vəfat edən şəxsin ailəsində başsağlığına gələnlər üçün yemək bişirmək və ehsan vermək kimi öhdəliklər yoxdur. Əksinə, Məhəmməd Peyğəmbərin (s.a.v) hədisi var ki, vəfat edən şəxsin qonşuları və qohumları yas evinə yemək gətirməlidir. Daha da aydınlaşdırsaq, ailə dərin acı içindədir, lakın ehsan hazırlığı səbəbindən acısını yaşaya bilmir. Ehsan vermək üçün məkan, azuqə və digər ehtiyaclar arxasınca qaçır, təlaş yaşayır. Bu cür qayğılara görə biz öz əzizlərimizi son mənzilə necə yola salırıq, onu da bilmirik. Əslində hamı bu ehsan prosesindən narazıdır. İnsanlar banklardan kredit, borc, hətta sələmə pul  götürürlər ki, yas məclisini yola versinlər. Etməzlərsə, insanlar tənəyə başlayırlar ki, “filankəs ölüsünə hörmətsiz yanaşdı, ölüsünə qiymət vermədi”. Fikrimcə, bu məsələ ilə bağlı normativ aktlar da qəbul etməliyik. Hətta qanun səviyyəsində məsələ qaldıra bilərik. Bəzən deyirlər ki, bu, ictimai məsələdir, ona görə qanunlarla qadağa qəbuledilməzdir. Amma düşünürəm ki, hər birimiz yas-toylardakı israfçılıqdan bezmişik. Bəzən bir yas 30 min, 50 minə başa gəlir. Bir toy isə 500 minə başa gəlir. Nə də toylarda insanlar otura bilir, musiqi qulağı batırır. Bəzən eyni yeməklər toylarda təqdim olunur. Yaslarda da biz eyni problemi görürük, insanlar əziyyət çəkirlər. Süfrədə 3-4 cür yeməyə, şirniyyata nə ehtiyac var? Orta Asiya respublikaları, məsələn, Tacikistanda bununla bağlı müəyyən normalar müəyyənləşib. Bizdə də bu qaydalar olmalıdır. İnsanlar könüllü şəkildə bunu etmədiyi üçün inzibati resurslardan istifadəyə ehtiyac var.  Fikrimcə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu işdə fəal olmalıdır. QMİ də bu təbliğatın önündə getməlidir. Yas məclislərinə uzaqdan gələnlərə çay süfrəsi verilə bilər, nəzərə alına bilər. Amma iki min nəfərə süfrə açmaq yolverilməzdir".  

Dini sahə üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki,  Azərbaycanda yas mərasimlərinin keçirilməsi ilə bağlı müasir mənzərə nə bu xalqın tarixi ənənələri, nə İslam dininin qaydaları ilə uyğun gəlir: “Dünyasını dəyişmiş insanların yaxınları yas mərasimləri zamanı bilmir ki, öz əzizlərinin itkisinə yansın, yoxsa qonaqların yemək məclisinin dərdini çəksin. Onun üçün bu mərasimə yemək məclisi deyirəm ki, bu mərasimin dini qayda ilə heç bir əlaqəsi yoxdur. Bizim ölkədə qeyd edilən yeddi, qırx, hətta bəzi hallarda əlli iki mərasiminin də İslam dini ilə heç bir bağlılığı yoxdur. Bu ənənə başqa dinlərin nümayəndələrindən öyrənilmiş, yanlış olaraq da bizim ölkənin əhalisi arasında geniş yayılmış yanlış adətdir. İslam dini israfı ən bəyənilməyən əməllərdən biri sayır. Hətta Qurani-Kərimdə israf edənlər "şeytanla qardaş" adlandırılır. Bu qədər açıq və dəqiq bəyandan sonra yas mərasimlərindəki israf hallarını İslam dini ilə bağlamaq mümkündürmü?

İslam peyğəmbəri Hz.Məhəmməd (s) bir hədisində buyurur: “Dünyasını dəyişmiş insanın yaxınlarını üç gün ziyarət edin”. Bu da mərhumun yaxınlarına təsəlli vermək, dərdinə şərik olmaq anlamını ifadə edir. Təəssüf ki, bizdə dinimizin bütün buyruqlarının əksinə yas mərasimləri banket tədbirlərinə dönüb.

Dinimiz bir yandan da hansısa əmələ görə kollektiv məsuliyyəti deyil, fərdi məsuliyyəti əsas götürür. Çünki Allah qatında hər kəs öz əməlinə görə mükafatlandırılır, yaxud ona cəza verilir. Bu baxımdan da yas mərasimlərində normal qaydalara əməl etməyi hər kəs özündən başlamalıdır. Təbii ki, mərasim evləri, ərzağın bu yerlərə topdansatışı bu işin biznesini quranlar üçün sərfəli vasitədir. Lakin kimsə ehtiyacı olan insanlara həqiqi, dinimizin tövsiyə etdiyi kimi ehsan etsə, yardımlaşsa, bunu qarşısını kim ala bilər?

Qəbiristanlıqlara nəzər salanda bütpərəstlik elementi ilə zəngin olan məzar daşlarını hansı müsəlmanlığa aid etmək olar? İnsanlar fərqində deyil ki, kimlərinsə mərmər biznesinin daha da çiçəklənməsinə yardımçı olurlar. Təəssüf ki, dini təbliğat, israfdan qaçmağı təşviq etməklə bu qədər  biabırçılıqları aradan qaldırmaq mümkün olmur. Nə qədər bu vasitənin tətbiqini istəməsəm də, görünür, yas mərasimlərində və toylarda normal qaydalar yaratmağın yolu inzibati metodlarla tənzimləmədən keçir. Əks halda, nəyəsə nail ola bilməyəcəyik".

"Bakı Kart"ın rəhbəri dəyişdi

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

Sabah bəzi bölgələrdə külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Şamaxı, Qobustan, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Cəbrayıl, Salyan, Şirvan, Biləsuvar, Neftçala, Cəlilabad, Naxçıvan, Ordubad və Culfada fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə: Ekspertdən ÇAĞIRIŞ

Paytaxtın bir çox küçələrində divarlarda, eləcə də sosial şəbəkələrdə daimi qeydiyyata düşməklə bağlı elanlara rast gəlinir.

Ev sahibi müəyyən məbləğ qarşılığında tanımadığı şəxsləri mənzilinə qeydiyyata almağı təklif edir.

Baku TV-nin əməkdaşı məsələni araşdırmaq üçün həmin şəxslərdən biri ilə müştəri kimi əlaqə saxlayıb.

"Ev köhnədir. İçində itlər yaşayır. Orada donuz da saxlayıram. 300 manat qarşılığında sizi bu evə qeydiyyata sala bilərəm", - deyə o söyləyib.

s

Yol-xeber.az" xəbər verir ki,   Bakı Dəmiryol Vağzalında yerləşdirilmiş “Sleepbox” kapsul tipli istirahət zonasında 1 saatdan 3 saatadək dincələ bilərsiniz.
✅ “Sleepbox” qısamüddətli istirahət üçün televizordan tutmuş yataq dəstinə və gigiyenik məhsullara kimi bütün lazımi vasitələrlə təmin olunub.
Sabah bu ərazidə hərəkət məhdudlaşdırılacaq

8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Təmir işləri sabah saat 06:00-dan etibarən başlayacaq.  dirnaq modelleri

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. 

Badamdarda boru partladı: Bəzi evləri və küçələri su basdı - VİDEO

Bakının Badamdar qəsəbəsində bəzi evləri və küçələri su basıb.

Bu barədə şikayətlər Baku.ws-in "qaynar xətti"nə daxil olub.

Şikayətçilərin sözlərinə görə, sözügedən hal Seymur Məmmədov küçəsində su borusunun partlaması nəticəsində qeydə alınıb:

"Borudan su fontan vururdu, evimə 20 santimetr su yığılmışdı. Vedrələrlə evi təmizləmişik. Hazırda "Azərsu"nun əməkdaşları suyun verilişini dayandırıblar. Ərazidə təmir işləri aparılır".

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən Baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, məlumat daxil olduğu andan Səbail rayon Sukanal İdarəsinin əməkdaşları əraziyə cəlb olunaraq dərhal su təchizatının dayandırılması işlərini həyata keçiriblər.

Hazırda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Xəbər lenti