|
2040-cı ilədək “28 May”-”Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması planlaşdırılır.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Baş planda qeyd olunub ki, 2040-cı ilədək "28 May" stansiyasının yenidən qurulması daxil olmaqla metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.
Baş planda “Bakı metropoliteni” QSC ilə bağlı əsas hədəflər də açıqlanıb.
Qeyd olunub ki, sistemdəki sərnişin sıxlığın aradan qaldırılması, tranzit təyinatlı inkişafın nəzərə alınması və təşviqi, şəbəkənin sürətlə inkişaf etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi əsas hədəflərdəndir.
Baş planın “Gələcək İnkişaf 2027” bəndində isə qeyd olunur ki, metronun əhatə dairəsinin genişləndirilməsi, bənövşəyi xətt üzrə “Xocəsən-Avtovağzal“ hissəsinin, “B-03“ və “B-04“ stansiyalarının tikintisi, yaşıl (dairəvi) xətt üzrə “Dərnəgül“ elektrik deposunun, “Y-03“, “Y-02“ “Y-14“ və “Y-15“ stansiyalarının tikintisi, dairəvi metro şəbəkəsinin tamamlanması istiqamətində ilk addımların atılması, qazma avadanlıqlarının paralel istifadəsi ilə bütün tunellərin mümkün dərəcədə səmərəli (müstəqil, eyni zamanda) qaydada genişləndirilməsi, birinci yarım həlqəvi şəbəkənin qurulması istiqamətində zəruri addımların atılması nəzərdə tutulur.
Mart ayında qeyri-iş günlərinin sayı məlum olub.
8 matr Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.
Beləliklə şənbə və bazar günləri də daxil olmaqla martda 15 gün iş olmayacaq.
Baş plan çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində, yeni layihələndirilən avtomobil yollarında və yeni şəhər inkişaf ərazilərində velosipedlərin hərəkəti üçün zolaqların salınması və velosiped nəqliyyatı infrastrukturunun yaradılması nəzərdə tutulur.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Baş Planda 2040-cı ilədək aşağıdakılar nəzərdə tutulur:
Təhlükəsiz velosiped nəqliyyatı imkanlarının yaradılması:
• ilk addım olaraq velosiped nəqliyyatının şəhər konteksti baxımından mənimsənilməsi
prosesinə başlanılması;
• yol istifadəçilərinin (və geniş ictimaiyyətin) velosipedi nəqliyyat vasitəsi kimi qəbul
etməsinə nail olunması;
• velosiped nəqliyyatının tədricən, lakin davamlı olaraq şəhərin modal nəqliyyat növü kimi
payının artırılması.
İlkin olaraq şəhərin mərkəzi hissəsi üzrə uzunluğu təqribən 10 km velosiped zolağının təşkil edilməsi nəzərdə tutulur (yolun orta xətti ilə qəbul edildikdə təqribən 6 km).
Parklar və idman məkanlarında avtomobil yolları olmayan sahələrdə turizm və istirahət məqsədli velosiped marşrutlarının yaradılması:
• xüsusi ərazilərdə istirahət məqsədilə təhlükəsiz velosiped sürmək üçün imkanların yaradılması;
• geniş ictimaiyyətin velosipedi nəqliyyat vasitəsi kimi qəbul etməsi üçün təhlükəsiz və nizamlanan mühitdə ilk effektiv addımların atılması.
Seçilmiş yaşayış ərazilərində velosiped infrastrukturunun inkişafı:
• velosiped nəqliyyatı ilə əlaqədar şəhər inkişaf prototipinin yaradılması.
Avtomobil yolları boyu velosiped marşrutları vasitəsilə velosiped nəqliyyatı uyğun ərazilərin ilkin əlaqələndirilməsi:
• ilk əsas velosiped şəbəkəsinin yaradılması;
• turizm baxımından cəlbedici marşrutların (əlamətdar məkanların birləşdirilməsi) yaradılması;
• velosiped nəqliyyatından gündəlik nəqliyyat vasitəsi kimi və istirahət (və turizm) məqsədlərindən başqa digər məqsədlər üçün də istifadə olunması üçün şəraitin yaradılması.
Parklar, idman məkanları və buna bənzər mərkəzi ərazilər arasında avtomobil yolları boyu velosiped zolaqlarının çatışmayan hissələrinin tamamlanması:
• üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsinin yaradılması;
• funksional və əlçatan velosiped şəbəkəsinin yaradılması (müxtəlif istifadəçi qrupları
üçün cəlbedici olan);
• avtomobil yolları boyu uzanan velosiped zolaqlarının uzunluğunun/sayının artırılması
(velosipedçilərin məlumatlandırılması).
Mümkün yerlərdə avtomobil yolları boyu uzanan velosiped zolaqlarının genişləndirilməsi:
• turizm və istirahət məqsədli velosiped nəqliyyatı imkanlarının genişləndirilməsi;
• şəbəkə uzunluğunun artırılması (istifadəçilər üçün daha əlçatan və daha cəlbedici).
Yeni şəhər inkişafında velosiped yollarının planlaşdırılmasının tətbiqi:
• velosiped infrastrukturunun maksimal adaptasiyasının təmin edilməsi;
• velosiped infrastrukturu şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi;
• velosiped infrastrukturu baxımından əlverişli imkanlara malik yeni inkişaf əraziləri
vasitəsilə dördüncü dairəvi şəbəkənin yaradılması.
Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır.
Bakının mərkəzində yeni parklanma yerləri yaradılacaq.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd olunub ki, parklanma yerlərinin sayının artırılması və şəhər inkişafına inteqrə edilməsi üçün mövcud yerüstü parklanma sahələrində yeni yeraltı və çoxmərtəbəli dayanacaqlar inşa ediləcək.
Belə ki, parklanma yerləri ilə bağlı yeni qaydaların tətbiqi yeni inşa olunan parklanma yerlərindən səmərəli istifadəni təmin edəcək.
Bundan başqa yeni inkişaf ərazilərində parklanma ilə bağlı çatışmazlığın kompensasiya edilməsini nəzərə almaqla parklanma qaydaları çərçivəsində yeni parklanma tarifləri müəyyən ediləcək.
Gələcək inkişaf – 2040-cı il
• Əlavə parklanma yerləri mövcud yerüstü avtomobil dayanacaqlarında və ödənişsiz əsaslarla fəaliyyət göstərən ərazilərdə təmin edilə bilər.
• Parklanma yerlərinə olan tələbatı ödəmək üçün Xüsusi Mühafizə Zonasının hüdudlarından kənarda, onun sərhədinin birbaşa yaxınlığında yeni parklanma yerlərinin yaradılması tələb oluna bilər.
• Yeraltı avtomobil dayanacaqlarının inşası üçün şəhərdaxili yaşıllıq sahələri də nəzərə alınmalıdır (“Qış parkı”nda olduğu kimi).
• CD kodu olan zonalarda yüksək sıxlığın olması, əhali artımı və avtomobilləşmə səviyyəsinin yüksəlməsi ilə əlaqədar yeni tikilən binalarda parklanma yerləri ilə təminat nəzərə alınmalıdır.
Abşeronun dayanıqlığının artırılması üçün Xəzər dənizinin təbii sahil xəttinin qorunması tələb olunur.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Bunun üçün Baş plan çərçivəsində aşağıdakılar tövsiyə olunur:
- Sahil xətti boyu yeni şəhərsalma inkişafının məhdudlaşdırılması Sahil xətti boyu yeni şəhərsalma inkişaflarına yalnız müstəsna hallarda və ətraf mühitə təsirlərin ətraflı qiymətləndirilməsi aparıldıqdan sonra yol verilməlidir;
- Yol verilən yeni şəhərsalma təşəbbüsləri istisnasız olaraq müəyyən edilmiş planlaşdırma normalarına və sanitar-mühafizə zonası tələblərinə uyğun həyata keçirilməlidir.
2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğu təqribən 368,7 km-dək artırılacaq.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, paytaxtın mərkəzi ərazisində nəqliyyat sıxlığının azaldılması, şəhərin şərq və qərb hissələri arasındakı nəqliyyat yerdəyişmələri zamanı əsas nəqliyyat axınlarının mərkəzə daxil olmadan şəhərkənarı həlqəvi magistrallara çıxışlarının təmin edilməsi, habelə mövcud yolların perspektivdə ifrat yüklənmələrinin qarşısının alınması məqsədilə yeni alternativ yol infrastrukturlarının yaradılması nəzərdə tutulub.
2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.
Bakının xarici həlqəvi marşrutların tamamlanması və yarımadanın şimal-şərqindəki yaşayış məntəqələri ilə M-1, M-3 və M-4 avtomobil yolları arasında birbaşa magistral yol bağlantısının yaradılması məqsədilə “Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Qobu-Xırdalan-Novxanı-Fatmayı-Pirşağı” kənar xarici həlqəvi yolunun və “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” xarici həlqəvi yolunun yaradılması nəzərdə tutulub.
“Zığ-Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanmasının təmin edilməsi, eləcə də strateji əhəmiyyətli obyekt olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Sumqayıt şəhəri ilə və M-1 “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi” avtomobil yolu ilə birbaşa nəqliyyat bağlantısının yaradılması məqsədilə “Xırdalan-M-1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın yaradılması nəzərdə tutulub.
Paytaxtın mərkəzi hissənin əlavə nəqliyyat yükündən qorunması, bu yükün mərkəzə daxil olmadan şəhərin şimal və şimal-qərb istiqamətlərinə doğru birbaşa hərəkətlərinin təmin edilməsi məqsədilə “Mehdiabad-Dərnəgül-Ziya Bünyadov-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun yaradılması planlaşdırılıb.
Baş planla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km-dək artırılması, habelə küçə- yol şəbəkəsinin ümumi uzunluğunun 2300 km-dən 2668 km-ə, şəbəkənin orta sıxlığının isə 1,02 km/km2-dən 1,2 km/km2-ə çatdırılması planlaşdırılıb.
Cəlilabad rayonunda yeni yol polisi rəisi təyinatı olub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb.
Əmrə əsasən Şəhmir Uluxanov Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu vəzifəyədək mayor Ş. Uluxanov Şəki rayonunun Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışıb. Ötən ilin may ayından etibarən polis mayoru Şəhmir Uluxanov sərəncama götürülmüşdü.
Xəbər verdiyimiz kimi, yanvarın 4-ü Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan 2 hərbçimizdən biri İsmayılov Həsən ötən gün Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhid gizirin tabutunu onun həyat yoldaşının daşıması diqqət çəkib.
Xatırladaq ki, xidmət vaxtı həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova şəhidlik statusu veriləcək.
Hava şəraiti ilə əlaqədar bu gün bəzi avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, yanvarın 3-ü əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.
Polad Həşimovun şəhadət xəbəri Xudayara çox pis təsir etmişdi. Mənə yığıb onun şəhid olma xəbərini deyəndə ona şəhidliyin əlçatmaz zirvə olduğunu, hər adamın həmin mərtəbəyə ucala bilmədiyini dedim. Dedi ki, "başa düşürsən, ana, əsgərin generalını şəhid etmək evindəki atasını öldürmək kimidir. Onun intiqamı yerdə qalmayacaq". Xudayar Dövlət Sərhəd Xidmətinin kiçik giziri idi. Vətən müharibəsi başlayanda Polad Həşimovun qisasını almaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün könülü olaraq döyüşə yollandı. Zəngilan istiqamətində döyüşlərdə şəhid oldu.
Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova deyib.
“Şəhid olan oğulların şəkillərinə baxdıqda, həyat hekayələrini dinlədikdə açıq-aydın görmək olar ki, o gözəl məqamın nuru şəhadət şərbətini içəcək oğulların üzünə, əməllərinə yansıyıb. Polad Həşimovun da simasından, davranışlarından sanki cənnətin sorağı gəlirdi. Daşkəsən, Tovuz, Murovdağda xidmət edənlər, onunla ünsiyyətdə olanlar bilirlər ki, o, necə zabit olub. Şəhid general-mayor digər oğlum Məhəmmədin Daşkəsəndə komandiri olub. Onun necə bir komandir olduğu hər kəsə bəlli idi. Oğlum deyirdi ki, Polad Həşimov əsgərlərinə öz övladı kimi baxır. Polad kimi generallar neçə əsrdən bir yetişir. Onun kimi generalın da belə qəhrəman əsgərləri olmalı idi. Ərazi bütövlüyümüzü bərpa edənlər də məhz onun açdığı cığırla gedənlər oldular. Çox şükür ki, torpaqlarımız düşmən tapdağından xilas edilib. Azad olunmuş torpaqlara ayaq basanda generalımız başda olmaqla bütün şəhidlərin ruhuna dualar oxuyuruq. Nə onun, nə də onun qəhrəman əsgərlərinin qisası qiyamətə qalmadı”, - deyə şəhid anası vurğulayıb.