|
Hazırda Bakı şəhərinin bir çox binalarında istilik təchizatı “Azəristiliktəchizat” ASC-yə məxsus 5 ədəd rayon istilik qazanxanası, 345 ədəd məhəllədaxili qazanxana, 89 istilik məntəqəsi və “Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzindən alınan istilik enerjisi hesabına həyata keçirilir.
“Azəristiliktəchizat” ASC-yə məxsus qazanxanalardan 246 ədədi müasir tipli, 62 ədədi köhnə tipli və 32 ədədi modul tipli daşınabilən qazanxanalardır.
“Azəristiliktəchizat” ASC-ə məxsus qazanxanalarda istehsal edilən istilik enerjisinin 31,9 %-i 1990-cı ilə qədər tikilmiş köhnə tipli qazanxanalara, o cümlədən rayon istilik qazanxanaları üzrə 17,8%, 3,1%-i 1990-2005-ci illərdə tikilmiş qazanxanalara, 54,2%-i 2005-ci ildən sonra tikilən qazanxanalara, 10,7%-i “Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzinə aiddir. İstilik xətlərinin uzunluğu 845,6 km təşkil edir.
Hansı problemlər var?
Şəhərin istilik təchizatı sistemində əsas problem rayon istilik qazanxalarından və “Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzindən çıxan ümumi uzunluğu 120 km-ə yaxın olan magistral istilik xətlərinin texniki vəziyyəti ilə bağlıdır.
Bundan əlavə, rəsmi məlumata Bakı şəhərində 500-ə yaxın bina istilik mənbəyinin olmaması və binadaxili istilik sistemlərinin sıradan çıxması səbəbindən mərkəzi istilik sisteminə qoşulmayıb.
Bundan əlavə yeni tikilmiş binaların da mütləq əksəriyyəti mərkəzi istilik sisteminə qoşulmayıb. Səbəbi isə odur ki, binaları tikən bəzi şirkətlər tərəfindən ayrıca qazanxanalar və istilik sitemləri quraşdırılıb. Mənzillər məhz onların vasitəsilə istiliklə təmin olunur.
Bəs, yeni tikililərin mərkəzi istilik sisteminə qoşulması mümkündürmü?
Bizim.Media-nın bu və digər suallarını cavablandıran “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvin Basqallı, əsas vəzifələrinin qurumun balansında olan binalardakı mənzillərin daha yüksək səviyyədə istiliklə təmin edilməsi və keyfiyyətinin artırılması olduğunu qeyd edib:
“Təmsil etdiyim qurum xərcyönümlü deyil, sosialyönümlü olduğu üçün istiliyi maya dəyərindən bir neçə dəfə aşağı qiymətə satır. Belə olan halda, MTK-lar və özəl şirkətlər tərəfindən tikdikləri binaların mərkəzləşdirilmiş istilik sisteminə qoşulması ilə bağlı müraciətlər olsa da, məqsədəuyğun hesab olunmur. Hər hansı bir koorporativ bina tikilərkən qazanxanası da varsa, o zaman layihələndirmə zamanı “Azəristiliktəchizat” ASC ilə razılaşdırılma aparılır”.
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 176 811 nəfər təşkil edib.
Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir
“Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənilir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, dəyişiklik layihəsi rəy verilməsi üçün Müdafiə Nazirliyinə göndərilib.
“Azərbaycanın suverenliyinin təmin edilməsi, ərazi bütövlüyümüzün tam təmin edilməsi, eləcə də hərbi qulluqçuların sosial müdafiə məsələləri ilə bağlı bir sıra nüanslar yenidən aktuallıq kəsb edir. Hesab edirəm ki, yaz sessiyası müddətində həmin dəyişikliklər qəbul ediləcək”, - Z.Əsgərov əlavə edib.
Məcburi dayanma zamanı sürücülərin təhlükəsizlik qaydalarına riayət etməməsi, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində xüsusilə diqqət çəkir.
Bu barədə Daxili İşlər Nazirliyinin BDYPİ-dən bildirilib.
"Elə bir neçə gün əvvəl Bakı-Sumqayıt avtomobil yolunda iki nəfərin ölümü ilə nəticələnən qəza problemin nə qədər aktual olduğunu göstərir. Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, məcburu dayanma zamanı mütləq qaydada zəruri təhlükəsizlik tədbirləri görülməli, o cümlədən qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən qırmızı işıq fənəri qoyulmalı, yol-nəqliyyat hadisəsi zamanı başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsi boşaldılmalıdır.
Xatırladaq ki, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsin. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ fənərdən də istifadə edilə bilər".
Bakıda sürücülərin yollarda tez-tez rastlaşdığı xoşagəlməz hallardan biri də əks istiqamətdə hərəkət edərək digərinin qarşısını kəsmə hallarıdır.
Sürücülərin əks yola çıxmaq istəyi tıxacda qalmamaq və mənzilbaşına tez çatmaq məqsədi daşısa da, bunu etdikləri halda ən yaxşı halda bir neçə sürücünün qarşısını kəsir, ən pis halda isə qəza, tıxac və oxşar hadisələrə səbəb olurlar.
Bəs, bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə cərimələr nəzərdə tutulubmu? Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, nəqliyyat vasitələri əks istiqamətli nəqliyyat axını hərəkət zolağına keçərək qaydanı kobud pozmuş olublar: "İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, bu kimi hallara görə 4 cərimə balı yazılır və 150 manat cərimə tətbiq edilir. Bu sürücülər anlamalıdır ki, bu kimi qayda pozuntularına yol verməklə həm özləri, həm digər sürücülər, həm də piyadaların həyatlarını riskə atmış olurlar.
Bu gün qəzaların baş verməsinin əsas səbəblərindən biri də sürücülərin əks istiqamətdə hərəkət zolağına çıxmasıdır ki, bəzən həmin yerlərdən piyadalar çıxır. Eləcə də digər sürücülərin haqlı narazılığına səbəb yaradır. Hətta bu kimi qayda pozuntuları tıxacların yaranmasına da səbəb olur.
Həmin sürücülər DYP əməkdaşları, eləcə də xüsusi texniki vasitələr tərəfindən aşkarlandığı təqdirdə qanunla müvafiq tədbirlər həyata keçirirlir".
''Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min sosial ödəniş təyin edilib''.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair həsr olunmuş mətbuat konfransında bildirib.
Anar Əliyev deyib ki, 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, 460 hərbçi 481 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. 6 min mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə təqdim olunub.
Nazir müavini müharibə veteranları və qazilər üçün verilən müavinətlərin artırıla biləcəyinə də diqqət çəkib.
O, qadınların pensiya yaşının azaldılmasından da danışıb.
Nazir müavini əlavə edib ki, fevral ayında pensiya indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək. ''Pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil. Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq'', - deyə Anar Əliyev əlavə edib.
Xızı və Samux rayon prokuroru vəzifələrinin icrası həvalə olunmuş Xəyalə Aslanova və Könül Ələsgərova həmin vəzifələrə təyin olunub.
“Bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Qeyd edək ki, Xəyalə Aslanova 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Əvvəllər Binəqədi rayon prokurorluğunda müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə, Baş Prokurorluqda isə idarə prokuroru vəzifələrində çalışıb.
Könül Ələsgərova isə 2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Bu təyinata qədər Qax və Nizami rayon prokurorluqlarında müstəntiq və prokuror köməkçisi, bundan başqa Baş şəhər prokurorluğunda şöbə prokuroru və Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifələrində çalışıb.
Bununla da, prokurorluq orqanlarında rayon prokuroru kimi çalışan qadın əməkdaşların sayı 4-ə çatıb.
“1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub. Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb ki, orada tikinti məsələlərinə məhdudiyyət qoyulub”.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.
O bildirib ki, bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək:
O bildirib ki, xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.
Azərbaycanda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının endirilmiş sürət həddi bərpa olunub.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) xəbər verir.
"Sərnişinlərimizdən qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.